Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1381/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Açar sözlər:(Evdən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Fuad Vilayət oğlu X1 ibarət tərkibdə, Rüfanə Elxanı qızı Əzizzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2(010)-3475/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Oqtay Şabanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evi özbaşına tikilidir. İddiaçının həyat yoldaşı Şakir Muradova məxsus ev satıldıqdan sonra, mübahisəli özbaşına tikili iddiaçının oğlu Elnur Muradova ailəsi (Cavabdeh və oğlu) ilə birlikdəyaşamaları üçün alınmışdır. 2.Hazırda iddiaçı cavabdehin həmin evdən çıxarılmasını tələb edir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən (sonradan dəqiqləşdirmə barədə ərizə verərək həmin küçədə yerləşən nömrəsiz evdən) çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 14 avqust 1979-cu il tarixdə X11 ilə evlənərək ailə qurmuşdur. Nikah rəsmi qaydada qeydə alınmış, həmin nikahdan X18, X15, X5 doğulmuşdur. İddiaçı 1998-ci ildən ailə üzvləri ilə birlikdə əri Şakir Muradovun xüsusi mükiyyətində olan Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 5, mənzil 106-da yaşamışdır. 2012-ci ilin sentyabr ayındaiddiaçının oğlu Elnur Muradov cavabdehlə evlənərək həmin mənzildə yaşamağa davam etmişdir. Lakin ev darısqal olduğu üçün qeyd olunan mənzil mülkiyyətçi tərəfindən 2022-ci ilin iyun ayında alğı-satqı və ipoteka müqaviləsi əsasında 73500 manata satılmış, satışdan əldə olunan vəsaitə Hövsan qəsəbəsi, O.Şabanov küçəsin 5/107 ünvanda yanyana yerləşən üç həyət evi alınmışdır. Cavabdeh və ailə üzvləri həmin ünvanda qeydiyyata alınmışlar. xx.xx.2022-ci il tarixdə iddiaçının əri Şakir Muradov vəfat etmişdir. Bundan sonra Cavabdeh ilə X18 arasında bağlanmış nikah Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, azyaşlı uşaqları X12 cavabdehin yanında qalması müəyyən edilmişdir. Ailə münasibətlərinə son verilməsinə baxmayaraq Cavabdeh İddiaçı məxsus fərdi yaşayış evində yaşamağa davam edir, evin boşaldılmasını tələb etsə də, cavabdeh evi boşaltmır. Halbuki, fərdi yaşayış evi iddiaçının və ərinin şəxsi vəsaiti hesabına alınmışdır. 5.Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, mübahisəli evi 2022-ci ilin iyun ayında almışlar. Belə ki, onun ərinə məxsus olmuş və birgə nikah dövründə əldə olunmuş mənzil satılmış, həmin mənzilin satışından əldə olunmuş vəsait hesabına mübahisəli ev alınmışdır. Lakin ev qanunsuz tikili olduğundan heç kimin adına rəsmiləşdirilməmişdir. Həmin tikili nə cavabdehin, nə də cavabdehin keçmiş ərinin (iddiaçının oğlunun) birgə nikah dövründə əldə etdiyi qazanc hesabına alınmamışdır. Buna baxmayaraq onun keçmiş gəlini olan cavabdeh üç otaqdan ibarət evdən çıxmaq istəmir, bu azmış kimi nə onu, nə də keçmiş əri olan oğlunu evə buraxmır, onlar evlərinə girmək istəyəndə polis çağırır. Hətta cavabdeh, keçmiş əri ilə bağlı mühafizə orderi də almışdır. Buna görə də nə oğlu, nə də özü yaşayış sahəsinə daxil ola bilmirlər. Cavabdeh özündən başqa anasını da həmin mənzilə yerləşdirib, onunla birlikdə yaşayır. Halbuki cavabdehin anasının İmişli rayonunda evi var və gedib orada yaşaya bilərlər. Yəni onlar evdən çıxarılsalar, küçədə qalmayacaqlar. Ev heç də cavabdehin iddia etdiyi kimi ona və keçmiş ərinə yaşamaq üçün alınmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. 6.Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli ev özbaşına tikilidir. Belə ki, evə dair heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Bu səbəbdən iddiaçının özbaşına tikili olan evlə bağlı belə bir iddia qaldırmağa subyektiv hüququ da yoxdur. Həmin evi iddiaçının mərhum əri cavabdehin ailəsi ilə birlikdə yaşaması üçün almışdır. Onlar iddiaçının bu barədə dediklərini inkar etmirlər. İddiaçının oğlunda evin açarı da var və heç kim onu evdən çıxarmamışdır (məhkəmənin xx.xx.2023-cü il tarixli baxış iclasının 28:50-30:10-cu dəqiqələri). Cavabdehin uşağı əlildir və əgər evdən çıxarılsalar, xəstə uşaqla yaşamağa yerləri olmayacaq. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. 7.Məhkəmə iclasında şahid kimi ifadə vermiş X19 bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən fərdi yaşayış evi ona məxsus olmuş, həmin evi qardaşının vasitəsi ilə İddiaçı satmışdır. 8.Məhkəmə iclasında şahid kimi ifadə vermiş X20 bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən yaşayış evini o, qardaşına orada yaşasın deyə almışdır. Lakin qardaşı xəstəliyi ilə əlaqədar müalicə üçün evi satmaq qərarına gəlmişdir. O, həmin üç otaqlı evi satıb əldə olunan pulun bir hissəsinə qardaşını müalicə etmək, qalan hissəsinə isə ev almaq fikrində olmuş, bu məqsədlə də “makler”ə müraciət etmişdir. Bir müddət sonra “makler” ona zəng edərək evə müştəri çıxdığını bildirmişdir. Sonra isə evin alıcısının İddiaçı olduğunu öyrənmişdir. Onunla görüşüb, qiymətlə razılaşandan sonra evi Heyran xanıma satmışdır. Notariat ofisində də pulu ona Heyran xanım vermişdir. 9.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 01 noyabr 2023-cü il tarixli, 2(010)-3475/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Səlimə Miriyeva) iddia tələbi təmin edilərək, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evindən çıxarılması, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan: 10."xxxx" ASC (İpoteka saxlayan), X16 (Alıcı) və X11 (Satıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, Satıcı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən vəxx.xx.2019-cu il tarixdə verilmiş çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı Alıcının mülkiyyətinə verir. Daşınmaz əmlak Satıcı tərəfindən Alıcıya bütün vergilər daxil 74000 manat dəyərində satılır. Bu məbləğin 22000 manatı ilkin ödəniş məbləği olaraq Alıcı/Borcalan tərəfindən, 51800 manatı isə Bank tərəfindən Bankla Alıcı/Borcalan arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Alıcı/Borcalana verilən kredit məbləği hesabına Satıcıya notariusun depozit hesabına köçürülmək yolu ilə ödənilir. 11.İmişli rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1979-cu il tarixdə verilmiş JQ seriyalı, 295774 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 və X4 arasında xx.xx.1979-cu il tarixdə nikah bağlanmış, həmin tarixdə nikah haqqında akt qeydləri kitabında 149 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Muradova soyadı verilmişdir. 12.Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 2199/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh və cavabdeh X18 arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsində 202 nömrə ilə qeydə alnmış nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X12 iddiaçı Cavabdeh yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdeh X6 tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. 13.Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-20/2- M96/2-129/2/2023 saylı qısamüddətli mühafizə orderinin surətindən görünür ki, X18 tərəfindən X7 qarşı məişət zəminində fiziki, psixi, iqtisadi və cinsi zorakılıq hərəkətləri edilməsi qadağan edilmişdir. Qısamüddətli mühafizə orderi 30 gün müddətinə verilir. 14.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, Cavabdeh İddiaçı keçmiş gəlinidir. İddiaçının oğlu X18 ilə Cavabdeh arasında olan nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli qətnaməsi ilə pozulmuşdur.Cavabdeh keçmiş əri Elnur Muradovla birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X21 ilə birlikdə Bakı şəhəri,Suraxanı rayonu, Oqtay Şabanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır. Həmin ev özbaşına tikilidir və heç kimin mülkiyyətində deyil. 15.Məhkəmə iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki hallarından göründüyü kimi, Cavabdeh yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Oqtay Şabanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evi özbaşına tikilidir. Cavabdehin keçmiş qayınanası olan İddiaçı iddia edir ki, həmin ev onun mərhum əri Şakir Muradov tərəfindən, onun özünə məxsus mənzilin satması nəticəsində əldə edilmiş vəsait hesabına alınmış, oğlu Elnur Muradova ailəsi (Cavabdeh və oğlu) ilə birlikdə yaşaması üçün verilmiş, lakin Elnur Muradovla Cavabdeh arasında olan nikah pozulduqdan sonracavabdeh, onu evə buraxmamışdır. Mübahisəli evin mərhum əri ilə birgə nikahı dövründə əldə edilmiş vəsait hesabına alınmasına istinad edən İddiaçı keçmiş gəlini olan Cavabdeh evdən çıxarılmasını tələb etmişdir. 16.Öz növbəsində cavabdeh tərəf evin iddiaçının mərhum ərinin vəsaiti hesabına əldə edildiyini, ailəsi ilə birlikdə yaşaması üçün cavabdehin keçmiş əri Elnur Muradova verildiyini qəbul etmiş, işin bu hallarını mübahisələndirməmiş, evin cavabdehin və ya onun keçmiş ərinin birgə nikah dövründə əldə etdiyi qazanc hesabına əldə edildiyini iddia belə etməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) mübahisəli evin iddiaçının mərhum ərinin vəsaiti hesabına alındığını inkar etmədiklərini bildirmişdir (Müvafiq izahatın video-audio yazısı aparılan məhkəmə iclasının hansı hissəsində verildiyi bu qətnamənin 5-ci bəndində göstərilmişdir). Bununla belə, cavabdeh tərəf mübahisəli evin özbaşına tikili olmasına istinadla iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ olmadığını iddia edərək, iddianı qəbul etməmişdir. 17.Məhkəmə isə hesab etmişdir ki, iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Belə ki, mübahisəli ev iş materiallarında olan sənədlərdən, dinlənilmiş şahid ifadələrindən göründüyü, ən əsası cavabdeh tərəfin də mübahisələndirmədən qəbul etdiyi kimi İddiaçı mərhum əri Şakir Muradovun vəsaiti hesabına əldə edilmişdir. Evin özbaşına tikili olması, bu ev üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaması bu faktı dəyişdirmir. Məhkəmə qeyd edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququ əldə etmədiyi, həmin tikintiyə dair sərəncam vermək hüququ olmadığı müəyyən edilmişdir. Yəni qanun özbaşına tikinti aparmış şəxsin tikinti üzərində sərəncam verməsinə qadağa qoysa da, belə tikintiyə sahiblik etmək və ondan istifadə etməklə bağlı bənzər qadağa müəyyənləşdirməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, öz vəsaiti hesabına özbaşına tikili tikmiş (əldə etmiş) şəxsin bu tikilidən onun iradəsi ziddinə istifadə edən şəxslərin tikilidən çıxarılmasını tələb etmək hüququ da olmalıdır. Bunun əksi yanaşma, öz vəsaiti hesabına bu cür tikili tikmiş (əldə etmiş) şəxslərin heç bir halda, hətta tikili üçüncü şəxslər tərəfindən sökülsə, zəbt edilsə belə bu vəziyyətə son qoymağı tələb etməyə subyektiv hüququ olmadığı mənasına gələr ki, bu cür yanaşma hüququn təbiətinə ziddir. Başqa sözlə, şəxsin özbaşına tikinti tikməsi, yaxud əldə etməsi onun bu tikili ilə bağlı istənilən özbaşınalığa qarşı müdafiəsiz olduğu, bütün özbaşınalıqlara dözməli olduğu mənasına gəlmir. 18.Məhkəmə qeyd etmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz tikmiş şəxs onsuz da özbaşına tikinti tikmiş sayılır, lakin istənilən halda bu “özbaşınalıq” maraqlı şəxs (torpaq sahəsinin mülkiyyətçisi), özbaşına tikintini tikmiş şəxs və dövlət arasındadır. Hər bir halda özbaşına tikinti tikmiş şəxslər maraqlı şəxslər qarşısında bu tikintiyə görə mülki (tikintinin məhkəmənin qərarı əsasında sökülməsi üçün iddia qaldırılması halında), dövlət qarşısında isə inzibati (yaşayış sahələrindən istifadə, şəhərsalma, tikinti və abadlaşdırma qaydaları əleyhinə olan inzibati xəta törədilməsi halında) və cinayət (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma cinayətinin törədilməsi halında) məsuliyyəti daşıyırlar, lakin bunun üçüncü şəxslərə aidiyyəti yoxdur. 19.Hazırkı işin hallarından görünür ki, hazırda cavabdehin yaşadığı özbaşına tikilini öz vəsaiti hesabına alan şəxs ölmüşdür. Məhkəmə hesab edir ki, İddiaçı həmin şəxsin 1979-cu ildən ölümünə qədər nikahda olduğu arvadı kimi mərhum əri ilə birgə nikahı dövründə əldə edilmiş vəsait hesabına alınmış bu evdən onun iradəsi ziddinə yaşayan şəxsin çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, evin özbaşına tikili olması bu evə görə heç bir xərc çəkməmiş üçüncü şəxslərin, eləcə də cavabdeh HəbibəMuradovanın evdən istədiyi kimi istifadə edə biləcəyi mənasına gəlmir. Odur ki, cavabdeh heç bir xərc çəkmədiyi evdən bu evi mərhum əri ilə birgə nikah dövründə qazanılmış vəsait hesabına əldə etmiş iddiaçının tələbi əsasında çıxarılmalıdır. 20.Məhkəmə həmçinin hesab etmişdir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 21.Məhkəmə öz mövqeyiniAzərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.-ci;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4, 216-220, 227, 233 və 360-ci maddələrinəistinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 22.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv ediməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 23.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabedeh isə iddia tələbinə etiraz edərək bildirir ki, X18 ilə ailə həyatı qurduqdan sonra bu nikahdan bir övlad dünyaya gəlib. Uşaq 1-ci qrup əlildir. Elnur Muradovla münasibətləri pisləşdiyi üçün məhkəmə qaydasında nikah pozulub. Etirazda o da qeyd edilir ki, hazırda Hövsan qəsəbəsi O.Şabanov küçəsi ünvanında yaşadığı ev Elnur Muradovla birgə nikah dövründə əldə olunub. Bu evdə İddiaçı heç vaxt yaşamayıbdır. Evin bütün kommunal (işıq, qaz və su) müqavilələri Elnur Muradovun adına rəsmiləşib. Elnur Muradovla ailə münasibətləri pozulduqdan sonra həmin evdə Cavabdeh, oğlu və müvəqqəti olaraq Həbibə xanımın anası yaşayır. Elnir Muradov isə bəzi günlərdə evin bir otağından istifadə edir. Cavabdeh onu da qeyd etmişdir ki, faktiki olaraq yaşadığı evin müəyyən təmir və tikinti işlərində qardaşı və yaxınlarının maddi təstəyi olmuşdur. Hətta Cavabdeh özü də işləyib evin tikilib-təmir olunmasında köməklik göstərmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, iddiaçı ünvan 3 ünvanında olan fərdi yaşayış evinin ona məxsus olması və evin mülkiyyətçisi olduğunu iddia etsə də mülkiyyətçi olması barədə heç bir sənəd təqdim etməyib. Etrazda o da qeyd olunur ki, Şakir Muradovun xüsusi mülkiyyətində olan mənzilin satılaraq onun pulu ilə ünvan 3 ünvanında olan fərdi yaşayış evini məhz Şakir Muradov aldığı bildirilsə də cavabdehə qarşı iddianı İddiaçı irəli sürmüşdür. İddiaçının subyektiv hüququ olmadan qaldırdğı iddianı Suraxanı rayon məhkəməsi təmin etmişdir.İş məhkəmə baxışına təyin edildikdən sonra iddiaçının nümayəndəsi 18 oktyabr 2023-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək onun şahidlərinin baxış iclasında dindirilməsi və onların ifadələrinin sübut kimi qəbul etmələrini xahiş edir. Halbuki, AR MPM-nin78.1-ci maddəsində qeyd edilir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməlidir. Cavabdeh tərəf olaraq həmin vəsatətə etiraz etsək də məhkəmə vəsatəti təmin edir və fəaliyyət qabiliyyəti olmayan şəxsin yalançı və həqiqətə uyğun olmayan ifadəsini sübut kimi qəbul edir. Məhkəmə iclasında audio, video yazı ilə aparılan protokola diqqət edildikdə işin necə qərəzli və birtərəfli qaydada aparılması bir daha aydın olur. Həmçinin hakim öz qərəzli mövqeyini məhkəmə baxış iclasında gizlədə bilməyərək iddiaçı tərəfə istiqamət verərək iddia tələbinin dəqiqləşməsi barədə ərizə verməsini bildirmişdir. Bu hər birinin gözü qarşısında baş vermişdir. Halbuki, iddia tələbinin dəqiqləşmə barədə ərizə də məhkəmənin hazılıq iclasında təqdim olunmalı idi. Beləliklə, iddiaçı tərəfdən şahidlərin dindirilməsi barədə vəsatətin təmin edilməsi və iddia tələbinin (hakimin istiqamətverici məsləhəti ilə) dəqiqləşməsi barədə ərizənin məhz məhkəmə baxışında təmin edilməsi gözlənilməz hal olmuşdur. Bu isə cavabdeh tərəfin həmin vəsatət və ərizəyə qarşı lazımı münasibət bildirməsi və hüquqi müdafiə imkanlardan məhrum etmişdir. İddiaçı Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi O.Şabanov küç.,ev 5/107 ünvanında olan fərdi yaşayış evinin ona məxsus olması və evin mülkiyyətçisi olduğunu iddia etsə də, mülkiyyətçi olması barədə heç bir sənəd təqdim etməyir. Cavabdehin Hövsan qəsəbəsi O.Şabanov küçəsi ünvanında yaşadığı ev Elnur Muradovla birgə nikah dövründə əldə olunub. Bu evdə İddiaçı heç vaxt yaşamayıbdır. Cavabdeh onu da qeyd etmişdir ki, faktiki olaraq yaşadığı evin müəyyən təmir və tikinti işlərində qardaşı və yaxınlarının maddi təstəyi olmuşdur. Hətta Cavabdeh özü də işləyib evin tikilib-təmir olunmasında köməklik göstərmişdir. Belə ki, 20 sentyabr 2023-cü il tarixdə məhkəmənin sonuncu hazırlıq iclası keçirilmişdir. Hakim tərəflərin hər hansı vəsatət və ya digər sübutlarının olub-olmamasını dəqiqləşdirmişdir. Hər iki tərəfdən əlavə sübutların olmaması bildilmişdir. Bu səbəbdən məhkəmənin baxış iclası xx.xx.2023-cü il, saat 11.00-a təyin edilmişdir. İş məhkəmə baxışına təyin edildikdən sonra iddiaçının nümayəndəsi 18 oktyabr 2023-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək onun şahidlərinin baxış iclasında dindirilməsi və onların ifadələrinin sübut kimi qəbul etmələrini xahiş edir. Cavabdeh tərəf olaraq həmin vəsatətə etiraz etsələr də məhkəmə vəsatəti təmin edir və fəaliyyət qabiliyyəti olmayan şəxsin yalançı və həqiqətə uyğun olmayan ifadəsini sübut kimi qəbul edir. Məhkəmə iclasında audio, video yazıilə aparılan protokola diqqət edildikdə işin necə qərəzli və birtərəfli qaydada aparılması bir daha aydın olur. Həmçinin hakim öz qərəzli mövqeyini məhkəmə baxış iclasında gizlədə bilməyərək iddiaçı tərəfə istiqamət verərək iddia tələbinin dəqiqləşməsi barədə ərizə verməsini bildirmişdir. Bu hər birinin gözü qarşısında baş vermişdir. Halbuki, iddia tələbinin dəqiqləşmə barədə ərizə də məhkəmənin hazılıq iclasında təqdim olunmalı idi. Beləliklə, iddiaçı tərəfdən şahidlərin dindirilməsi barədə vəsatətin təmin edilməsi və iddia tələbinin (hakimin istiqamətverici məsləhəti ilə) dəqiqləşməsi barədə ərizənin məhz məhkəmə baxışında təmin edilməsi gözlənilməz hal olmuşdur. Bu isə cavabdeh tərəfin həmin vəsatət və ərizəyə qarşı lazımı münasibət bildirməsi və hüquqi müdafiə imkanlardan məhrum etmişdir. Məhkəmə qətnaməsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, məhkəmənin əsaslandırıldığı sübutlar və cavabdeh tərəfin istinad etdiyi qanun və digər hüquqi halları, onun gətirdiyi dəlillər nəzərə alınmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 24.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 25.Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin müdafiə etdilər, onun məzmununa uyğun izhata verərək şikayətin təmin edilməsini xahiş etdilər. 26.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin qəbul etmədi onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 27.Maddə 32.1.Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 28.Maddə 32.2.Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqlarıpensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s.kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kimtərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 29.Maddə 34.1.Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 30.Maddə 135.1.Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 31.Maddə 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 32.Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 33.Maddə 666.1.Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 34.Maddə 666.2.Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 35.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlarıaraşdırmalı və onlardan istifadə etməlidir. 36.Maddə 76.1.Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işidüzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və yaolmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyənolunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 37.Maddə 76.2.Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərinrəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə,işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 38.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. 39.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tambaxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətverir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 40.Maddə 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara vətərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 41.Maddə 217.4.Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasındatədqiq olunmuş sübutlarla əsaslandırır. 42.Maddə 218.1.Maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, işüçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyənedilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanununtətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 43.Maddə 220.4.Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmətərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığısübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad 44.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdəiştirak edən şəxslərə aid edilir. 45.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 46.Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 47.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 48.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 49.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməməlidir. 50.İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, Cavabdeh İddiaçı keçmiş gəlinidir. 2012-ci ildən iddiaçının oğlu Elnur Muradov cavabdehlə ailə quraraq, iddiaçının həyat yoldaşı Şakir Muradovun xüsusi mükiyyətində olan Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 5, mənzil 106-da yaşamışlar. Mənzil darısqal olduğundan 2022-ci ilin iyun ayında alğı-satqı və ipoteka müqaviləsi əsasında 73500 manata satılmış, əldə olunmuş pulla üç ev (özbaşına tikili) əldə olunmuşdur. Mübahisəli ev (özbaşına tikili) Cavabdeh keçmiş əri Elnur Muradovla birgə nikahları dövründə əldə olunmuşdur. Cavabdeh keçmiş əri Elnur Muradovla birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X21 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Oqtay Şabanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evlərindən birində yaşayır. İddiaçının oğlu X18 ilə Cavabdeh arasında olan nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin ev özbaşına tikilidir və heç kimin mülkiyyətində deyil. 51.İddiaçı iddia tələbində cavabdehin yaşadığı özbaşına tikilini özü üçün aldığını və müvəqqəti olaraq oğluna və ailəsinə yaşamaq üçün verdiyini qeyd etmiş, bununla bağlı məhkəmədə şahid ifadələrinə istinad etmişdir. 52.Kollegiya qeyd edir ki, iddiaçının mənzilin özü üçün alınması və oğluna cavabdehlə birlikdə ailə olaraq müvəqqəti yaşamağa verməsi ilə bağlı iddia tələbində qeyd etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, iddiaçı bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. 53.Belə ki, iddiaçı Suraxanı Rayon Məhkəməsində video-audio yazısı aparılan məhkəmə iclasında mübahisəli evi oğluna ailəsi ilə birlikdə yaşamaları üçün aldığını qeyd etmiş, cavabdeh tərəf bu qaydada iddia tələbi ilə razılaşdıqlarını bildirmişdir. 54.Digər tərəfdən şahidlər evin iddiaçıya satıldığını bildirsələrdə, özbaşına tikilini satan X19 tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Oqtay Şabanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evi ilə bağlı iddiaçının oğlu X13 xx.xx.2112-ci ilədək (90 il müddətinə) baş etibarnamə verilmişdir. 55.Bundan əlavə mübahisəli evin kommunal xidmətləri X9 adına olmuş, xx.xx.2023-cü il tarixdən iddiaçının qızı Aynurə Məhərrəmovanın müraciəti əsasında sonuncunun adına dəyişdirilmişdir. 56.Bütün bunlarla yanaşı iddiaıçı tərəfindən eyni vaxtda üç ev (özbaşına tikili) alınmışdır ki, bunlardan ikisi oğlanlarına, biri isə qızına alınmışdır (birinci instansiya məhkəməsində video-audio yazısı aparılan məhkəmə iclasında iddiaçı özü bildirmişdir). 57.Buna görə də, kollegiya hesab edir ki, şahid ifadələri evin iddiaçının həyat yoldaşına məxsus mənzilin satılmasından əldə edilmiş vəsait hesabına iddiaçının vasitəsi ilə alınmasının sübutu kimi qəbul oluna bilər. 58.Qeyd olunanlar bir daha təsdiq edir ki, mübahisəli ev (özbaşına tikili) iddiaçının ərinin evinin satılmasından əldə edilmiş pulla alınmış, həmin ev iddiaçının oğlunun ailəsinin əvvəlki şəraitdən fərqli olaraq mənzil şəraitinin yaxşılaşdırılması üçün əldə edilmişdir. 59.Belə ki, Ailə Məcəlləsinin 34.1-ci maddəsinin dispozisiyasına görə, nikah dövründə əldə olunmuş əmlak o halda fərdi mülkiyyət sayılır ki, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, yaxud digər əvəzsiz əqdlər üzrə əldə edilmiş əmlak olsun. 60.Hazırki halda isə mübahisəli evin özü deyil, onun əldə edilməsi üçün vəsait hədiyyə edildiyindən və əmlak ər-arvadın nikah dövründə həmin vəsait hesabına olsa da, əvəzli şəkildə əldə edildiyindən, mübahisəyə Ailə Məcəlləsinin 34-cü maddəsinin işə birbaşa tətbiqi mümkün deyildir. 61.Məhkəmə kollegiyasının qənaətinə görə evin ona məxsus oduğunu iddia edən iddiaçı, vəsaiti oğlunun ailəsinə deyil, məhz özünə mənzil alınması üçün sərf edildiyini sübuta yetirməlidir. 62.Belə ki, mübahisəli ev əldə olunan dövrdə cavabdeh öz ailəsi ilə mehriban ailə kimi yaşamışlar. 63.Qeyd olunanlar iddiaçının öz oğlunun ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə verdiyi pul vəsaitinin bütövlükdə ailəyə verilmiş hədiyyə kimi qiymətləndirilməsini istisna etmir. 64.Kollegiya MM-nin 668.1.1-ci maddəsinə əsasən bağışlama müqaviləsinin notariat qaydada təsdiq edildiyi halda etibarlı olması, hazırda isə tərəflər arasında belə bir müqavilənin olmaması ilə bağlı qeyd edir ki, MM-nin 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə, bağışlama müqaviləsi etibarlıdır. İddiaçı hazırki iş üzrə daşınmaz əmlak və ya həmin əmlaka olan hüquqları hədiyyə etməmiş, oğlunun ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədlə həmin evin (özbaşına tikilinin) alınmasına pul vəsaiti hədiyyə olaraq xərcləmişdir. 65.Göründüyü kimi, iddiaçının evin alınması üçün pul vəsaitini oğlunun ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə verdiyi halda, məhz evi özü üçün əldə etməsi və oğlunun ailəsinə müvəqqəti yaşamaq üçün verməsi halı sübut olunmur və bununla bağlı iddiaçı mötəbər sübutlar təqdim etməmişdir. 66.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 67.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür.
68. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 69.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 70.“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. 71.Hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ-aktlarda müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin mənmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüqüqun ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 72.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırki halda iddiaçı subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. 73.Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilərkən maddi hüquq norması düzgün tətbiq olunmamış, prosessual hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsinin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. 74.Beləliklə, qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2(010)-3475/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. 75.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2(010)-3475/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov