Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1382/2023 13.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3059/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli qətnaməsindən Maraqlı şəxs nümayəndəsi və vəkili Zalıyev Mayıs Mayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətin mümkünlüyünə dair işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3059/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı ünvan 2 ünvanda yerləşən, 46.5 kv.m sahədən ibarət, fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamədən Maraqlı şəxs nümayəndəsi və vəkili Zalıyev Mayıs Mayıl oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3059/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli qətnaməsindən Maraqlı şəxs nümayəndəsi və vəkili Zalıyev Mayıs Mayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. İşdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3059/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti Maraqlı şəxs nümayəndəsi və vəkili Zalıyev Mayıs Mayıl oğlu tərəfindən verilmiş, birinci instansiya məhkəməsi Maraqlı şəxs ümumiyyətlə apellyasiya şikayəti vermək hüququnun olubolmadığını müəyyənləşdirməmiş və prosessual qanunvericiliyin tələbinə riayət etmədən mülki işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.2-ci maddəsinə görə apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə birinci instansiya məhkəməsi qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Maraqlı şəxs apellyasiya şikayəti vermək hüququnun olub-olmadığı yoxlanıldıqdan sonra sonuncu tərəfindən verilmiş apellyasiya şikayətini baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərməlidir. Bu halda kollegiya hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-3059/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli qətnaməsindən Maraqlı şəxs nümayəndəsi və vəkili Zalıyev Mayıs Mayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və apellyasiya şikayətinin mümkünlüyü məsələsinin yenidən yoxlanılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 269, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3059/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli qətnaməsindən Maraqlı şəxs nümayəndəsi və vəkili Zalıyev Mayıs Mayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Maraqlı şəxs nümayəndəsi və vəkili Zalıyev Mayıs Mayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsi yenidən yoxlanılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1382/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1382/2023
13.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver