Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1385/2023 07.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti olmaqla şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinə tələbinə dair ərizəsi ilə bağlı mülki iş üzrə (açar sözlər: şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, Azərbaycan Respublikası ərazisində daimi yaşaması faktının müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X15 (sədrlik edən və məruzəçi), X31 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, ərizəçinin nümayəndəsi Vəkil, maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(001)-4457/2022 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin verdiyi apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. İİ-ТИ seriyalı, 326161 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş və tərcümə olunmuş surətindən görünür ki, Ərizəçi 22 sentyabr 1977-ci il tarixində Gürcüstan SSR Dmanisi rayonu Muğanlı kəndində doğulmuşdur. X6, anası X13r. Hər iki valideynin milliyəti azərbaycanlıdır.
2. Ərizəçi ailəsi ilə birlikdə 1989-cu ildə Gürcüstan SSR-nin Dmanisi rayonundan Azərbaycan Respublikasına yaşamaq üçün gəlmişlər. Həmin vaxt Ərizəçi doğum haqqında şəhadətnaməsi olsa da, heç vaxt SSRİ nümunəli pasportla təmin edilməmişdir.
3. Ərizəçi 1989-1992-ci illərdə Bakı şəhəri Binəqədi rayonu 99 nömrəli tam orta məktəbdə, 1992-1995-ci illər ərzində Bakı şəhəri 54 nömrəli texniki peşə məktəbində təhsil almışdır.
4. Ərizəçi 1998-ci ildə Azərbaycan Respublikasının vətəndaşı, 15 sentyabr 1977-ci il təvəllüdlü X14 ilə Azərbaycan Respublikasında ailə hayatı qurmuş, ailə münasibətlərindən 14 noyabr 2001-ci il tarixdə X8, 28 iyun 2003-cü il tarixdə X11 doğulmuşdur.
5. 20 dekabr 2003-cü ildə X16 atası olmağı faktı, 08 aprel 2004-cü ildə isə Osmanlı (Süleymanova) Gülzar Şəmistan qızının atası olmağı faktı müəyyən edilərək Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən həmin fakt qeydə alınmışdır.
6. Ərizəçi 2003-cü ildən 2008-ci ilədək mütəmadi olaraq işləmək üçün saxta pasportla Rusiya Federasiyasına gedib-gəlmişdir. Pasportdakı saxtakarlıq aşkar edildikdən sonra, yəni 2008-ci ildən birdəfəlik Azərbaycan Respublikasına qayıtmışdır.
7. Ərizəçi doğulduğu, yaşadığı və olduğu ölkələrin heç birindən vətəndaşlıq almamış, hazırda şəxsiyyətini təsdiq edəcək sənədi belə yoxdur.
8. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən X17 ünvanlanan 17 mar 2022-ci il tarixli cavab məktubundan görünür ki, sonuncunun Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanladığı 09 mart 2022-ci il tarixli O-1241/1500/ə saylı müraciətinə baxılmışdır. Qeyd olunan məsələ ilə bağlı bildirilmişdir ki, 20 oktyabr 2021-ci il tarixli, 235709/m nömrəli müraciətinə əsasən Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respubliaksının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat aparılmış və onun Azərbaycan Respublikasının vətəndaşı olmadığı nəticəsinə gəlinmişdir. Bu barədə ona 26 oktyabr 2021-ci il tarixli, ******* nömrəli arayış təqdim olunmuşdur. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527 İ\Q nömrəli Qanununun 14cü maddəsinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə istinad etməklə 2006-cı ilin yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək üçün X26 müraciət etməsi tövsiyyə olunmuşdur.
9. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilən himayə sənədindən görünür ki, Ərizəçi 01 iyun 2023-cü ilədək etibarlılıq tarixi olan BMT QAK mandatı altında olan şəxs kimi himayədədir.
10. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsi tərəfindən verilən 21 iyun 2022-ci il tarixli arayışdan görünür ki, BMT QAK-ın himayəsində olan X33 Miqrasiya Xidməti tərəfindən 16 iyun 2022-ci il tarixdən 31 may 2023-cü il tarixədək ünvan 1 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır.
11. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair 26 oktyabr 2021-ci il tarixli ******* nömrəli arayışın təsdiq olunmuş surətindən görünür ki, 22 sentyabr 1977-ci il təvəllüdlü Ərizəçi 235709/m nömrəli, 20 oktyabr 2021-ci il müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1988-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir.
12. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Çağırış Məntəqəsinə Təhkim edilmə haqqında vəsiqənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 29 aprel 2008-ci il tarixdə həkim müayinəsindən keçmiş hərbi xidmətə yararlı hesab edilmişdir. Binəqədi RHK tərəfindən Qanunun 18-ci maddəsinə əsasən (səhhətinə görə) 30 iyun 2008-ci il tarixinədək h/x çağırışına möhlət verilmişdir.
13. Natamam orta təhsil haqqında № 500794 nömrəli şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Bakı şəhəri Binəqədi rayonu 99-№-li orta məktəbdə oxumuşdur.
14. 982416 nömrəli diplomun təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 01 sentyabr 1992-ci ildə Bakı şəhəri 54 №-li peşə məktəbinə daxil olmuş və 14 iyun 1995-ci ildə orada təhsil almaqla, suvaqçı-rəngsaz peşəsinə yiyələnmişdir.
15. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X20 10 yanvar 1097-ci il tarixində Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuşdur.
16. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 780828 nömrəli “Ölüm haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X18 21 noyabr 2015-ci il tarixdə ürək çatışmazlığı səbəbindən Bakı şəhərində vəfat etmişdir.
17. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 467083 nömrəli “Doğum haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X19 14 noyabr 2001-ci il tarixdə Bakı şəhəri Xətai rayonunda doğulmuşdur. Atası Ərizəçi, anası X9r.
18. Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 431958 nömrəli “Doğum haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X27 28 iyun 2003-cü il tarixdə Bakı şəhəri Xətai rayonunda doğulmuşdur. Atası Ərizəçi, anası X9r.
19. Bakı şəhəri Xətai rayon VVADQ şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 042888 nömrəli “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamədən görünür ki, Ərizəçi 14 noyabr 2001-ci ildə vətəndaş X5 doğulmuş X2 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 08 aprel 2004-cü il tarixində 135 № ilə qeyd edilmişdir.
20. Bakı şəhəri Xətai rayon VVADQ şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 034832 nömrəli “Atalığın müəyyən edilməsi” haqqında şəhadətnamədən görünür ki, Ərizəçi 28 iyun 2003-cü ildə vətəndaş X5 doğulmuş X16 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 20 dekabr 2003-cü il tarixində 465 № ilə qeyd edilmişdir.
21. Rusiya Federasiyasının vətəndaşlığının olmaması barədə 01 iyun 2022-ci il tarixli arayışın təsdiq olunmuş surətindən görünür ki, 22 sentyabr 1977-ci ildə Gürcüstan SSR anadan olmuş Ərizəçi Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməmişdir və Rüsiya Federasiyasının vətəndaşlıq haqqında qanununa uyğun olaraq Rusiya Federasiyasının vətəndaşı deyildir.
22. Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilən 16 dekabr 2021-ci il tarixli arayışın tərcümə edilmiş və təsdiq edilmiş surətindən görünür ki, 22 sentyabr 1977-ci il təvəllüdlü Ərizəçi “Gürcüstanın Vətəndaşlıq haqqında” X30 30-cu maddəsinin “b” altbəndə müvafiq olaarq, agentliyə təqdim olunan və əldə edilən sənədlərə əsasən Gürcüstan vətəndaşı hesab olunmur. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
23. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1989-cu ildə Azərbaycan Respublikasına gələrək, 2008-ci il tarixdən Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Ərizənin əsaslarına görə, ərizəçi 22 sentyabr 1977-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunun Muğanlı kəndində doğulmuşdur. Doğumu Dmanisi rayonu Muğanlı kənd soveti tərəfindən 21 oktyabr 1977-ci il tarixdə 47 nömrəli aktla qeydə alınaraq, 21 oktyabr 1977-ci il tarixdə İİ-Tİ seriyalı, 326161 nömrəli “Doğum haqqında” şəhadətnamə ilə təmin edilmişdir. 1983-cü ildə Dmanisi rayonu Muğanlı kənd orta məktəbinin birinci sinfinə getmiş, 1989-cu ildə Gürcüstanda yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq daimi yaşamaq məqsədilə ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasına gəlmişdir. Həmin vaxt 12 yaşı olmuş, Azərbaycana doğum haqqında şəhadətnaməsi ilə gəlmiş, heç vaxt SSRİ nümunəli pasportla təmin edilməmişdir. Azərbaycana gəldikdən sonra təhsilini 1989-1992-ci illərdə Bakı şəhəri Binəqədi rayonu 99 nömrəli tam orta məktəbdə davam etdirmişdir. Daha sonra 1992-1995-ci illər ərzində Bakı şəhəri 54 nömrəli texniki peşə məktəbində təhsil almışdır. X6 10 may 1931-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı olmuş, 21 noyabr 2015-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. X40 (Gülüzar) Səməd qızı 10 yanvar 1937-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşıdır, ünvan 2 ünvanında yaşayır. O, 1998-ci ildə Azərbaycan Respublikasının vətəndaşı, 15 sentyabr 1977-ci il təvəllüdlü X14 ilə ailə hayatı qurmuş, lakin onun şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün nikaha daxil ola bilməmişlər. Ailə münasibətlərindən iki uşağı doğulmuşdur. 2003-cü ildə o, Rusiya Federasiyasının Sarotov şəhərinin daxili işlər orqanı tərəfindən pasportla təmin edilmiş, 2005-ci ilə qədər hamin sənədlə Rusiya Federasiyası ərazisində yaşamışdır. Amma bu dövrdə Azarbaycan Respublikasına gəlib-getmişdir. 2008-ci ilda Nijni Novqorod şəhərində polis onun pasportla qanunsuz təmin edilməyi əsası ilə həmin sənədi ondan almış və o, Azarbaycan Respublikasına qayıtmışdır. Azərbaycana qayıtdıqdan sonra 29 aprel 2008-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Harbi Komissarlığı tərəfinədən (Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsi) hərbi qeydiyyata alınmışdır. Lakin şəxsiyyət vəsiqəsi ilə təmin edilməyi mümkün olmamışdır. Həmin vaxtdan etibarən Azarbaycanda yaşayır və Azərbaycan Respublikasının sərhədlərini tərk etməmişdir. Hazırda, ünvan 3 ünvanında yaşayır. Təmir-tikinti sahəsinda fəhlə, suvaqçı va ya rəngsaz işləyir. Həyat yoldaşı X14 15 sentyabr 1977-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunun Muğanlı kəndində doğulmuşdur. O, Azərbaycan Respublikasının vatandaşıdır, hazırda ünvan 4 ünvanında yaşayır, Bakı şəhəri 99 nömrəli tam orta məktəbdə xadimə işləyir. X8 14 noyabr 2001-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Qızı Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda ünvan 2 ünvanında yaşayır. O, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti - iqtisad fakültəsinin 2-ci kurs tələbəsidir. X11 28 iyun 2003-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Oğlu Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda ünvan 2 ünvanında yaşayır, fərdi əməklə məşğuldur. X12 13 avqust 1958-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuşdur. Qardaşı Azərbaycan Respublikasının vətəndaşıdır, ünvan 6 ünvanında yaşayır, fərdi əməklə məşğuldur. X3 05 may 1963-cü il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuşdur. Qardaşı Azərbaycan Respublikasının vətəndaşıdır, ünvan 2 ünvanında yaşayır, fərdi əməklə məşğuldur. X4 16 fevral 1966-cı il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuşdur. Bacısı Azərbaycan Respublikasının vətəndaşıdır, Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsi ərazisində yaşayır, təqaüdçüdür. X10 18 iyul 1970-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuşdur. Qardaşı Rusiya Federasiyasının vətəndaşıdır, Rusiya Federasiyasının Krasnoyarsk vilayətinin Karsnoyarsk şəhərində yaşayır. Təmir-tikinti sahəsində işləyir. X7 04 mart 1973-cü il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuşdur. Qardaşı Azərbaycan Respublikasının vətəndaşıdır, ünvan 2 ünvanında yaşayır, fərdi əməklə məşğuldur. O, 1989-cu ildə Azərbaycan Respublikasına gəlmiş, 2008-ci ildən isə daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşayır və həmin tarixdən sonra Azərbaycan Respublikasının ərazisini heç vaxt tərk etməmişdir. Lakin 2008-ci ildən daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşasa da, Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməmiş, Gürcüstan Respublikasının vətandaşlığını isə itirmişdir. Belə ki, Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin 16 dekabr 2021-ci il tarixli, 22/00009977/2021-02 nömrəli arayışından da görünür ki, o, Gürcüstan Respublikasının vətəndaşı həsab olunmur. Bundan başqa, Azərbaycan Respublikasının vətəndaşı hesab olunmadığı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 26 oktyabr 2021-ci il tarixli, ******* nömrəli arayışdan aydın görünür. Eyni zamanda, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilmiş 01 iyun 2022-ci il tarixli, 1332/KO nömrəli arayışdan görünür ki, o, heç vaxt Rusiya Federasiyasının vətəndaşlığını əldə etməmiş və Rusiya Federasiyasının vətəndaşı hesab olunmur. O, Azərbaycana gələndə Gürcüstan SSR tərəfindən verilmiş doğum haqqında şəhadətnamə ilə gəlmişdir. 1989-cu ildə Azərbaycan Respublikasına gəlməyinə və 2008-ci ildən Azərbaycan Respublikasının ərazisində daimi yaşamağına baxmayaraq, Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilmədiyi üçün hazırda onun şəxsiyyətini təsdiq edən etibarlı sənədi yoxdur. Hazırda, vətəndaşlığı olmayan şəxsdir, lakin bu statusunu təsdiq edən heç bir sənədi yoxdur. Vətəndaşlığını və şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün vətəndaşlığı olmayan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir. O, 09 mart 2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyinə yardım edilməsini xahiş etmişdir. DMX müraciətinə 17 mart 2022-ci il tarixli, R/O-509 nömrəli məktubla aşağıdakı məzmunda cavab vermişdir: Odur ki, 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşamağınız və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağınız faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərsiniz. 1989-cu ildə Azərbaycana Respublikasına gəlməyinə, 2008-ci ildən indiyədək isə Azərbaycan Respublikasının ərazisində daimi yaşamağına baxmayaraq, onun şəxsiyyyətini təsdiq edən sənədi olmadığı üçün Azərbaycan Respublikasının ərazisində qeydiyyatsız yaşamışdır. Bu səbəbdən də, nə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilmiş, nə də ki, Azərbaycanda daimi yaşadığını təsdiq edən sənədi var. Eyni zamanda, doğulduğu ölkənin vətəndaşlığını da itirmişdir. Həmçinin qeyd etmək istəyir ki, 2003-cü ildən 2008-ci ilə qədər Rusiya Federasiyası ərazisində yaşasa da, pasportla qanunsuz təmin edilməyi səbəbindən Rusiya Federasiyasının vətəndaşlığını da əldə edə bilməmişdir. Bundan əlavə, digər bir ölkənin vətəndaşlığını da əldə etməmişdir. Belə ki, o, Gürcüstanın ərazisində doğulmuşdur. O, doğulan zaman valideynləri Gürcüstan SSR-nin vatandaşı olmuşlar, Azərbaycana gəldikdən sonra isə valideynləri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdir. Onlar heç vaxt üçüncü bir ölkənin vətəndaşlığını əldə etməmişlər. Üçüncü bir ölkənin vətəndaşı ilə nikaha daxil olmamışdır. Baxmayaraq ki, heç bir ölkənin vətəndaşı deyil, vətəndaşlığı olmayan şəxs statusunu təsdiq edəcək sənədi də yoxdur. Onun Azarbaycanda daimi yaşamağını və vətəndaşlığı olmayan şəxs olduğunu təsdiq edən sənədi olmadığı üçün Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün vəsatət qaldıra bilmir. Belə ki, Azərbaycan Respublikasının 31 may 1996-cı ilda ratifikasiya etdiyi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Birləşmiş Millətlər Təşkilatının 30 avqust 1961-ci il tarixli Konvensiyasına əsasən razılığa gələn dövlətlər öz ərazisində vətəndaşlığı olmayan şəxsə çevrilmiş şəxslərə öz vətəndaşlıqlarını verməlidirlər. Onun da Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyi üçün Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşamağı və vətəndaşlığı olmayan şəxs olduğu təsdiq edilməlidir. O isə bu faktları təsdiq edən sənədləri heç bir qaydada ala bilmir. Vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikası ərazisində daimi yaşaması faktını ona verilmiş Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi təsdiq edir. Onun vəziyyətində olan şəxslərin isə daimi yaşamaq üçün icazə vəsiqəsi ilə təmin edilməsi səlahiyyətini qanunvericilik heç bir orqana həvalə etməmişdir. Bu səbəbdən də 2008-ci il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı faktını təsdiq edən sənədi heç bir qaydada ala bilmir. Azərbaycan Respublikası qanunvericiliyi 1992-ci ilin yanvarın 1-dən sonra Azərbaycan Respublikası ərazisində vətəndaşlığı olmayan şəxsə çevrilən şəxslərin sənədləşdirilmə (vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi ilə təmin edilmə) qaydasını müəyyən etmədiyi üçün, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq yerli orqanları ona şəxsiyyət vəsiqəsi verə bilmir. Qanunvericilik 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsinin ancaq 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə verilməsini nəzərdə tutur. O, isə Azərbaycan Respublikasında 1992-ci il yanvarın 1-dək daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxs olmadığından qanunvericilik ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsinin verilməsini nəzərdə tutmayıb. Göründüyü kimi, qanunvericilik norması onun və onun vəziyyətində olan şəxslərin Azərbaycan Respublikası ərazisində qanuni yaşaması üçün heç bir qayda müəyyən etməmişdir. Məhz bu səbəbdən də, qanunvericilik onun vəziyyətində olan şəxslərin Azarbaycan Respublikası vətandaşlığına qəbulla bağlı vəsatətinin həmin şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin surəti əsasında qəbul edilməsini nəzərdə tutur. Buna müvafiq olaraq, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti onun vəziyyətində olan şəxslərin Azərbaycan Respublikası vatandaşlığına qəbulla bağlı vəsatətini həmin şəxslərin Azərbaycan Respublikasında daimi yaşaması faktı və həmin şəxslərin heç bir ölkənin vətəndaşı olmaması faktının məhkəmə qaydasında müəyyən olunduğu məhkəmə qətnaməsi əsasında qəbul edir. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək üçün vəsatət qaldıra bilməməyi onun sənədsiz vətəndaşlığı olmayan şəxs vəziyyətində qeyri-müəyyən statusda yaşamağına səbəb olur ki, bu da, onun “İnsan hüquqlarının və asas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyasının 8-ci maddəsi ilə nəzərdə tutulan şəxsi və ailə həyatına hörmət hüququnu pozur və bu məsələdə o, ayrı-seçkiliyin qurbanı olur. Belə ki, o, vətəndaşlığı olmayan sənədsiz şəxs kimi işləmək, əmlaka sahib olmaq, nikaha daxil olmaq, başqa yerə getmək imkanından və hər hansı bir dövlətin himayəsindən məhrum olmuşdur. Vətəndaşlığının olmaması Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmağını qeyri-mümkün edir və bu da onun (xüsusən “fin kod” tələb edilən) bir çox dövlət və qeyri-dövlət xidmətlərinə çıxışının məhdudlaşdırılmasına səbəb olur, nəticədə o hüquqlara çatımlılığı itirir - hüquq subyekti kimi qəbul edilmir. Ona görə də Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək məqsədilə vəsatət qaldıra bilməyi üçün onun 1989-cu ildə Azərbaycan Respublikasına gəlməyi, 2008-ci il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır.
25. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(001)- 4457/2022 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, 22 sentyabr 1977-ci il təvəllüdlü Ərizəçi (BMT QAK-ın himayə sənədi № ***-*******8) heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilmişdir.
26. Qətnamənin əsaslarına görə, ərizəçi 1989-cu ildə doğum sənədi əsasında Azərbaycan Respublikasına gəlmişdir, yəni 2006-cı ilin yanvarın 1-dək gəlmə halı mövcuddur, ikincisi 14 il Azərbaycan Respublikasında fasiləsiz yaşayaraq burada orta təhsil və natamam təhsil almışdır, yəni Azərbaycan Respublikasında daimi yaşamışdır, üçüncüsü doğulduğu və müvəqqəti yaşadığı ölkələrin vətəndaşlığını qəbul etməmişdir və hal-hazırda Azərbaycan Respublikasında da vətəndaşlığı yoxdur, yəni heç bir dövlətin vətəndaşlığına mənsubiyyəti yoxdur, dördüncüsü BMT QAK mandatı altında olan şəxs kimi himayədədir, yəni şəxsiyyətini təsdiq edən etibarlı sənədi yoxdur. Göründüyü kimi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqi əsaslar mövcuddur.
27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.1, 307.2.10, 308, 309, 310, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
28. Qətnamə ilə razılaşmayan maraqlı şəxs ondan apellyasiya şikayəti verərək, ləğv edilib, ərizənin rədd edilməsini xahiş etmişdir.
29. Şikayətin dəlillərinə görə, birinci instansiya məhkəməsi işə baxarkən heç bir dövlətin vətəndaşı olmaması faktının müəyyən edilməsi hissəsini tam aydınlaşdırmadan iş üzrə qətnamə qəbul etmişdir. Halbuki, sözügedən şəxs Gürcüstan SSRİ-də doğulmuşdur (qeyd olunan ölkənin vətəndaşlığı haqqında qanununa əsasən doğum faktına görə şəxs həmin ölkənin vətəndaşı sayılır). Ərizəçi 2008-ci ildə ölkə ərazisinə daxil olduğundan qeyd olunan Azərbaycan Respublikası “Vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin tələbləri ona münasibətdə tətbiq edilə bilməz. Həmçinin, şəxsin hansı dövrlərdə ölkə ərazisində daimi yaşaması faktı məhkəmə qətnaməsinin nəticə hissəsində konkret müəyyən edilməmişdir. İş materiallarından da görünür ki, şəxs təxminən 5 il ərzində 2003- 2008-ci illər arasında ölkə ərazisinə Rusiya pasportu ilə giriş-çıxış etmişdir. Rusiya səfirliyindən əldə edilmiş arayışda nə vaxtsa şəxsin həmin ölkənin vətəndaşlığını təsdiq edən sənədə malik olması məsələsinə də aydınlıq gətirilməmişdir. MPM-nin 310.2-ci maddəsində faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəblərinin göstərilməsi konkret öz əksini tapmışdır. Bundan başqa qeyd edilməlidir ki, şəxs ərizəsində Gürcüstan Respublikasının vətəndaşlığını itirməsini qeyd etsə də, Gürcüstan Respublikasında doğulması faktı (doğulduğu anda hər iki valideynin Gürcüstan vətəndaşı olması) ona həmin ölkənin vətəndaşlığını əldə etmək hüququ verir (Gürcüstan vətəndaşlığı haqqında qanunun 10-cu maddəsi). Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilən arayışdan görünür ki, həmin arayışda şəxsin sözügedən ölkənin vətəndaşlığını heç vaxt qəbul etməməsi və heç vaxt həmin ölkənin vətəndaşlığını təsdiq edən sənədə malik olmaması, həmçinin, heç vaxt Gürcüstanın vətəndaşı hesab olunmaması ilə bağlı məsələlərə toxunulmur. Halbuki, məhkəmə prosesi zamanı bu barədə qeyd olunan məsələlər göstərilmiş və analoji işlərlə bağlı təcrübəyə istinad olunmuşdur (Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilmiş arayışın mətnində yuxarıda qeyd olunan məsələlərin əks olunmaması Qənirə Vəliyevanın işi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin qətnaməsində ləğv edilmə səbəblərindən biri kimi qeyd olunmuşdur).
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətinə qarşı etirazın dəlillərinə əsasən, ərizəçi 09 mart 2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyinə yardım edilməsini xahiş etmiş, DMX müraciətinə 17 mart 2022-ci il tarixli, R/O-509 nömrəli məktubla cavab vermişdir ki, 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək üçün DMX-yə müraciət edə bilər. Əgər burda hüquq barədə mübahisə olsaydı, DMX hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyimi tövsiyyə etməzdi. Bundan əlavə, o, Azərbaycana 1989-cu ildə Gürcüstanda yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq daimi yaşamaq məqsədilə ailə üzvləri ilə birlikdə gəlmiş və ondan sonra Gürcüstana geri qayıtmamışdır. Belə ki, o, Azərbaycana gəldikdən sonra təhsilini 1989-1992-ci illərdə Bakı şəhəri Binəqədi rayonu 99 nömrəli tam orta məktəbdə davam etdirmiş, daha sonra 1992- 1995-ci illər ərzində Bakı şəhəri 54 nömrəli texniki peşə məktəbində təhsil almışdır. O, 1998-ci ildə Azərbaycan Respublikasının vətəndaşı, 15 sentyabr 1977-ci il təvəllüdlü X14 ilə Azərbaycan Respublikasında ailə hayatı qurmuş, ailə münasibətlərindən Azərbaycan Respublikasının Bakı şəhərində iki uşaqları: 14 noyabr 2001- ci il tarixdə X8, 28 iyun 2003-cii il tarixdə X11 doğulmuşdur. 20 dekabr 2003-cü ildə X16 atası olmağı faktı, 08 aprel 2004-cii ildə isə Osmanlı (Süleymanova) Gülzar Şəmistan qızının atası olmağı faktı müəyyən edilərək Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən həmin fakt qeydə alınmışdır. Sadalanmış faktlardan görünür ki, o, 2006-cı ilin yanvarın 1-dən əvvəl Azərbaycan Respublikasına gəlmişdir. 2003-cü ildə işləmək məqsədilə Rusiya Federasiyasına getmiş, lakin, buna baxmayaraq, davamlı olaraq Azərbaycan Respublikasına gəlib-getmişdir. Çünki daimi yaşayış yeri Azərbaycanda idi. 2008-ci ildə Azərbaycana qayıdaraq 29 aprel 2008-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən hərbi qeydiyyata alınmış və bundan sonra Azərbaycan Respublikasının ərazisini heç vaxt tərk etməmişdir. Həmin tarixdən etibarən daimi olaraq Azərbaycan Respublikasının ərazisində fasiləsiz yaşayır. Miqrasiya Məcəlləsinin 54.1-ci maddəsinə əsasən qeyri-vətəndaşlar, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış bu barədə icazə alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər. Həmin Məcəllənin 54.12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə 5 il müddətinə verilir. Yuxarıda qeyd edilən müddəa, şəxsiyyəti təsdiq edən etibarlı sənədi olan şəxslərə münasibətdə tətbiq edilir. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamənin 2-ci bəndinə əsasən, 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək (7 oktyabr 1998-ci il) doğulmuş uşaqlarına şəxsiyyət vəsiqəsi Daxili İşlər Nazirliyinin Baş Pasport. Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz miqrasiyaya qarşı mübarizə İdarəsi tərəfindən verilir. Yuxarıda qeyd edilən sənədlər isə, İran əsilli, 1946-cı ildə Azərbaycan Milli Hökumətinin süqutu ərəfəsində/süqutundan sonra İran ordusunun təqiblərindən qaçaraq Azərbaycan SSR-yə köçmüş, əvvəllər “demokrat pasportu” ilə təmin edilmiş, 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların 7 oktyabr 1998-ci il tarixədək doğulmuş uşaqlarına verilir. Lakin ölkə ərazisində yaşayan bir qrup şəxslər var ki, onlar ölkədə daimi yaşasalar da, onların şəxsiyyətlərini təsdiq edən sənədləri (yaxud etibarlı sənədləri) yoxdur və onlar heç bir dövlətin vətəndaşlığına mənsub deyillər. Bu şəxslər sənədsiz, vətəndaşlığı olmayan şəxslərdirlər. 1992-ci ilin yanvarın 1-dən sonra ölkə ərazisində vətəndaşlığı olmayan şəxsə çevrilmiş insanların sənədləşdirilmə qaydasını qanunvericilik heç bir orqana həvalə etmədiyi üçün onların sənədləşdirilməsi də mümkün deyil. O da, həmin kateqoriyaya aid şəxslərdən biridir. O da 1989-cu ildən hazırkı vaxta qədər ölkədə daimi yaşayır, lakin 2003-2008-ci illər ərzində Rusiya Federasiyasına gedib-gəldiyi üçün Azərbaycanda fasiləsiz olaraq daimi yaşamağı Qanunun 14-cü maddəsinin üçüncü hissəsi də nəzərə alınmaqla 2008-ci ildən hesab edilməlidir. Yuxarıda şərh edilənlərdən də görünür ki, qanunvericilik daimi yaşamaq dedikdə, ən az son 5 il müddəti nəzərdə tutur. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinin tələblərini tam ödəyir və Qanunun müəyyən etdiyi şəxslərin kateqoriyasına düşür. O, 2006-cı il yanvarın 1-dək, yəni 1989-cu ildə Azərbaycana gəlmiş və son 14 il ərzində Azərbaycanda fasiləsiz olaraq daimi yaşayır. Apellyasiya şikayətində qeyd olunur ki, onun hansı dövrlərdə ölkə ərazisində daimi yaşamağı faktı məhkəmə qətnaməsinin nəticə hissəsində konkret müəyyən edilməmişdir. Maraqlı şəxs öz arqumentini əsaslandırarkən Azərbaycan Respublikası MPM-in 310.2-ci maddəsinə istinad etmişdir. Maraqlı şəxsin bu arqumentinə cavab olaraq bildirir ki, Azərbaycan Respublikasının qanunvericiliyi şəxsin Azərbaycanda daimi yaşaması faktının müəyyən edilməsi işləri ilə bağlı qətnamədə onun Azərbaycana gəlmə tarixinin qeyd edilməsini tələb etmir. Bu tələb qeyd olunan faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə verilən ərizələrə aiddir. MPM-in 310.2-ci maddəsi həmin Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixinin göstərilməsini nəzərdə tutur ki, o da Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verdiyi ərizədə bunu göstərmişdir. Maraqlı şəxs eyni zamanda, qeyd edir ki, iş materiallarından görünür ki, o, təxminən 5 il ərzində 2003-2008-ci illər arasında ölkə ərazisinə Rusiya pasportu ilə giriş-çıxış etmişdir. Rusiya Səfirliyindən verilmiş arayışda nə vaxtsa onun həmin ölkənin vətəndaşlığını təsdiq edən sənədə malik olmağını məsələsinə aydınlıq gətirilməmişdir. Birinci növbədə qeyd edir ki, Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi tərəfindən verilmiş arayışda həm onun hazırda Rusiya Federasiyasının vətəndaşı olmadığı, həm də heç vaxt Rusiya Federasiyasının vətəndaşlığını əldə etmədiyi aydın şəkildə qeyd edilmişdir. Qanunun məzmunundan görünür ki, şəxs Azərbaycan Respublikası MPM-in 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizəyə doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd təqdim etməlidir. Yəni, qanunvericiliyin tələbi ondan ibarətdir ki, həmin arayışda şəxsin doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsi əks olunmalıdır, həmin arayışda şəxsin əvvəllər doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşlığını təsdiq edən sənədə malik olub-olmamasının göstərilməsi nəzərdə tutulmamışdır. Apellyasiya şikayətində qeyd olunur ki, o, Gürcüstan Respublikasının vətəndaşlığını itirsə də, Gürcüstan Respublikasının ərazisində doğulmağı faktı ona həmin ölkənin vətəndaşlığını əldə etmək hüququ verir. Bu zaman maraqlı şəxs doğulduğu anda valideynlərinin hər ikisinin Gürcüstan SSRİ-nin vətəndaşı olmasını əsas gətirərək, “Gürcüstan vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsinə istinad edib. Maraqlı şəxsin bu mövqeyi ilə aşağıda qeyd edilənlərə əsasən razılaşmır: “Gürcüstan Respublikasının vətəndaşlığı haqqında” 30 aprel 2014-cü il tarixli Konstitusiya Qanununun 10-cu maddəsi Gürcüstanın vətəndaşlıq məsələlərini tənzimləyən ilk Qanunu qüvvəyə mindikdən sonra (31 mart 1993-cli il) Gürcüstan vətəndaş(lar)ından/Gürcüstan ərazsində doğulan şəxslərin “doğulmaqla” müəyyən şərtlər altında vətəndaşlıq əldə etməsi əsaslarını müəyyən edir. Burda həm də zaman məsələsi də əsasdır, yəni qanun qüvvəyə mindikdən sonra doğulan şəxslərin avtomatik olaraq vətəndaşlıq əldə etməsi. “Gürcüstan Respublikasının vətəndaşlığı haqqında” ilk Qanun qüvvəyə minənədək (31 mart 1993-cli il) Gürcüstana aidiyyəti olan şəxslərin vətəndaşlığının müəyyən edilməsi isə xx.xx.2014-cü il tarixli Qanunun 302-ci maddəsi ilə tənzimlənir və həmin şəxslər vətəndaşlığın əldə edilməsinin “transfert” üsulu ilə Gürcüstan vətəndaşı kimi tanmırlar. Transfert - ərazilər dəyişərkən, yəni bir dövlətdən digərinə keçərkən həmin ərazidə yaşayan əhalinin vətəndaşlığının müəyyən olunmasıdır. O da “Gürcüstan Respublikasının vətəndaşlığı haqqında” ilk Qanun qüvvəyə minməmişdən əvvəl doğulmuşdur. Ona görə də o Gürcüstan vətəndaşı hesab edilib-edilmədiyi “Gürcüstan Respublikasının vətəndaşlığı haqqında” 30 aprel 2014-ci il tarixli Konstitusiya Qanununun 10-cu maddəsi ilə deyil, 30-cu maddəsi ilə tənzimlənir. O, 31 mart 1975-ci il tarixədək doğulmuş şəxslər kateqoriyasına aid olmadığı üçün “Gürcüstan vətəndaşlığı haqqında” Konstitusiya Qanununun 30-cu maddəsinin “a” bəndi ona münasibətdə tətbiq edilə bilməz. Bundan başqa, o, Gürcüstan Respublikasının ərazisini 1989- cu ildə tərk etdiyi üçün adı çəkilən Qanunun “b” və “c” bəndləri də ona münasibətdə tətbiq edilə bilməz. Göründüyü kimi, mən Gürcüstan qanunvericiliyinin müəyyən etdiyi şəxslərin kateqoriyasına düşmür, bu səbəbdən də Gürcüstan Respublikasının vətəndaşı hesab edilmir. Maraqlı şəxs apellyasiya şikayətində qeyd edir ki, Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilən arayışa nəzər salınsa görünər ki, həmin arayışda onun sözügedən ölkənin vətəndaşlığını heç vaxt qəbul etməməyi və heç vaxt həmin ölkənin vətəndaşlığını təsdiq edən sənədə malik olunmamağı, həmçinin heç vaxt Gürcüstanın vətəndaşı olmamağı ilə bağlı məsələlərə toxunulmur. Maraqlı şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 mart 2022-ci il tarixli Qərarına istinad edərək Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilmiş arayışın mətnində yuxarıda qeyd olunan məsələlərin əks olunmamasının həmin qərarda qətnamənin ləğv edilmə səbəblərindən biri kimi göstərilməsini qeyd etmişdir. Maraqlı şəxsin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(102)-1086/2022 nömrəli Qərarında adı çəkilən ərizəçinin təqdim etdiyi Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilmiş arayışda onun “Gürcüstanın vətəndaşlıq haqqında” Qanununun 30-cu maddəsinin “a” bəndinə əsasən Gürcüstan Respublikasının vətəndaşı olmadığı qeyd edilib. Ali Məhkəmə həmin arayışla bağlı öz mövqeyini bildirərkən Gürcüstan Respublikasının 25 mart 1993-cü il tarixdə qəbul edilmiş “Gürcüstanın vətəndaşlıq haqqında” Qanununa istinad edərək həmin Qanunun 30-cu maddəsinin ‘'Gürcüstan vətəndaşlığına xitam verilməsinin əsasları”, həmin maddənin “a” bəndinin isə “Gürcüstan vətəndaşlığından çıxmaq” adlandırıldığını qeyd edib. Həmin iş üzrə ərizəçi olan şəxs isə Gürcüstan vətəndaşlığından çıxmadığını bildirib. Bu səbəbdən də Məhkəmə hesab etmişdir ki, Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilmiş arayışın araşdırılmasına ehtiyac var. Ali Məhkəmənin sözügedən Qərarındandan da göründüyü kimi həmin iş üzrə ərizəçi olan şəxsə Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən təqdim olunmuş arayış 15 oktyabr 2019-cu il tarixdə verilmişdir. Həmin tarixdə qüvvədə olan “Gürcüstan vətəndaşlığı haqqında” Qanunun 30-cu maddəsi “Gürcüstan vətəndaşlığının ınüəyyən edilməsi” adlanır. Həmin maddənin “a” bəndində isə qeyd edilir ki, 1975-ci il martın 31-dək doğulmuş, ümumilikdə ən azı beş il Gürcüstanda yaşamış, 31 mart 1993-cü il tarixədək Gürcüstan Respublikasının ərazisində olmuş və başqa dövlətin vətəndaşlığını əldə etməmiş şəxs Gürcüstan Respublikasının vətəndaşı hesab edilir. İstinad edilən iş üzrə ərizəçi olan şəxs də həmin tarixə qüvvədə olan “Gürcüstanın vətəndaşlığı haqqında” Qanunun 30-cu maddəsinin “a” bəndinin tələblərini ödəmədiyi üçün Gürcüstan Respublikasının vətəndaşı hesab edilməmişdir. Ona Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən təqdim edilmiş arayışda “Gürcüstanın vətəndaşlıq haqqında” Qanununun 30-cu maddəsinin “b” bəndinə istinad edilərək onun Gürcüstan Respublikasının vətəndaşı olmadığı göstərilib. O isə "Gürcüstanın vətəndaşlıq haqqında” Qanununun 30-cu maddəsinin “b" bəndində nəzərdə tutulan tələblərdən birini ödəmədiyi üçün Gürcüstan Respublikasının vətəndaşı hesab olunmur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Maraqlı şəxsin nümayəndəsi apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunması və ərizənin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
32. Ərizəçinin nümayəndəsi apellyasiya şikayətinə etirazda qeyd olunan xüsusatlarla eyni məzmunlu izahat verdi və şikayətin təmin olunmamasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
33. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 52. Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
34. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 14. Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər; Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla); Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun; Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.
35. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: Maddə 307.2.10-1. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; Maddə 310.2. Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Apellyasiya şikayəti ilə qətnamə bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı sikayətin dəlilləri üzrə tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
38. İşdə olan mötəbər sübutların məcmusu ilə müəyyən olunur ki, ərizəçi 22 sentyabr 1977-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuş, 1989-cu ildə doğum sənədi əsasında Azərbaycan Respublikasına gəlmişdir. Azərbaycana gəldikdən sonra 1989-1992-ci illərdə Bakı şəhəri Binəqədi rayonu 99 nömrəli tam orta məktəbdə təhsilini davam etdirmiş, daha sonra 1992-1995-ci illər ərzində Bakı şəhəri 54 nömrəli texniki peşə məktəbində təhsil almışdır. Azərbaycan Respublikasında Azərbaycan Respublikasının vətəndaşı ilə ailə qurmuş, bu nikah münasibətindən övladları olmuşdur. Bir müddət işləmək üçün Rusiya Federasiyasına gedib-gəlmişdir. Ərizəçi doğulduğu və müvəqqəti yaşadığı ölkələrin vətəndaşlığını qəbul etməmişdir və hazırda Azərbaycan Respublikasının vətəndaşlığı da yoxdur.
39. Maraqlı şəxsin şikayətinin birinci dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işə baxarkən heç bir dövlətin vətəndaşı olmaması faktının müəyyən edilməsi hissəsini tam aydınlaşdırmadan iş üzrə qətnamə qəbul etmişdir. Halbuki, şəxs Gürcüstan SSRİ-də doğulmuşdur. Halbuki, Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilən 16 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, 22 sentyabr 1977-ci il təvəllüdlü Ərizəçi “Gürcüstanın Vətəndaşlıq haqqında” X30 30-cu maddəsinin “b” altbəndə müvafiq olaarq, agentliyə təqdim olunan və əldə edilən sənədlərə əsasən Gürcüstan vətəndaşı hesab olunmur.
40. Şikayətin növbəti dəlili Ərizəçi 2008-ci ildə ölkə ərazisinə daxil olduğundan Azərbaycan Respublikası “Vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin tələblərinin ona münasibətdə tətbiq edilə bilməməsi ilə bağlıdır.
41. Bununla bağlı qeyd edilməlidir ki, sözügedən Qanunun 14-cü maddəsində əksini tapan bütün dispozitiv şərtlər ərizəçiyə münasibətdə mövcuddur. Belə ki, ərizəçi 2008-ci ildə yox, ilk olaraq 1989-cu ildə keçmiş SSRİ doğum sənədi əsasında Azərbaycana gəlmiş, Azərbaycanda təhsil almış, Azərbaycan Respublikası vətəndaşı ilə ailə həyatı qurmuş, Azərbaycanda daimi yaşamağa başlamışdır. O, doğulduğu ölkənin vətəndaşlığını almamış, Azərbaycan Respublikasında da şəxsiyyətini təsdiq edən sənəd əldə edə bilməmişdir.
42. Ərizəçinin təxminən 5 il ərzində - 2003-2008-ci illər arasında ölkə ərazisinə Rusiya pasportu ilə giriş-çıxış etməsi, Rusiya səfirliyindən əldə edilmiş arayışda nə vaxtsa şəxsin həmin ölkənin vətəndaşlığını təsdiq edən sənədə malik olması məsələsinə də aydınlıq gətirilməməsi barədə dəlil də Rusiya Federasiyasının səfirliyi tərəfindən verilmiş arayış ilə təkzib olunur. Belə ki, arayışda ərizəçinin Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməməsi qeyd olunmuşdur.
43. Göründüyü kimi, ərizəçinin istinad etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmaqla, maraqlı şəxsin dəlillərini bütövlükdə təkzib edir. Birinci intansiya məhkəməsi düzgün olaraq qiymətləndirimişdir ki, “daimi yaşama” prosedur qayda kimi deyil, siyasi və hüquqi bağlılıq, habelə qarşılıqlı hüquq və vəzifələrin mövcudluğu mənasında başa düşülür, bu baxımdan yanaşdıqda ərizəçinin 2003-cü ilədək 14 il ərzində Azərbaycan Respublikası ərazisində fasiləsiz olaraq daimi yaşaması, orada orta və yuxarı təhsil alması, faktiki nikaha daxil olması və Azərbaycan Respublikası vətəndaşı olan uşaqlarının olması onun Azərbaycan Respublikası ilə siyasi və hüquqi bağlılığının, habelə qarşılıqlı hüquq və vəzifələrin olmasına dəlalət edir.
44. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ərizənin təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
45. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci i tarixli, 2(001)- 4457/2022 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci i tarixli, 2(001)- 4457/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev