Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1387/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə Cavabdeh Müseyibova Cavabdeh iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-3971/2019 saylı qətnaməsindən cavabdeh Müseyibova Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Müseyibova Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyəmüraciət edərək, 35369 (otuz beş min üç yüz altmış doqquz) manat pulun, həmçinin həmin pulu ələ keçirib qanunsuz istifadə etməklə əsassız varlanmağa, iddiaçıları mülki dövriyyədən və əldə edəcəyi gəlirdən məhrum etdiyinə görə illik 5 % olmaqla 2 il 6 ay üçün12,5 % yəni 11053 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehMüseyibova Cavabdeh tutulub iddiaçılar İddiaçı2 vəİddiaçı1 verilməsi bərədə qətnamə qəbul edilməsini məhkəmədənxahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-3971/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Müseyibova Cavabdeh 35369 manat məbləğində pul, habeləgecikdirilmiş pul məbləğinin illik 5 faizi, yəni 4418 manat olmaqla, cəmi 39787 (otuz doqquz min yeddi yüz səksən yeddi) manat məbləğində pul tutularaq, iddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə müştərək qaydada ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh Müseyibova Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)- 758/2020 saylı qətnaməsi ilə cavabdeh Müseyibova Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 3971/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə cavabdeh Müseyibova Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-758/2020 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəmə kollegiyasına notarial qaydada təsdiq edilmiş ərizə göndərərək, iddia tələbindən imtina edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdeh Müseyibova Cavabdeh apellyasiya şikayətindən imtina ilə razı olduğunu, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçıların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehi dinləyib, iddiaçıların ərizəsinə baxıb, iş materiallarını araşdırıb, hesab edir ki, iddiaçıların iddiadan imtina etməsi qanuna zidd olmadığına, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə qəbul edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-3971/2019 saylı qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi bu Məcəllənin 19- 20-ci fəsillərində göstərilən əsaslar olduqda apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261.0.4, 370, 384.0.4, 391, 400, 402-403, 405.0.2, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddiadan imtinası qəbul edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-3971/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1387/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1387/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver