Məhkəmə qərarları › İş №2(103)-1387/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1387/2023

08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1387/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və X1 ibarət tərkibdə Şirinova Gülyar Elman qızının katibliyi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1515/2022 saylı, 28 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: Nərimanov Rayon Məhkəməsinin 2(005)-1515/2022 saylı, 28 iyun 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “əldən çıxmış pul vəsaitinin ödənilməsi” tələbinə dairmiddiası təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçının 2-ci dəfə verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, apellyasiya şikayəti mümkün hesab olunmuş və icraata qəbul edilərək baxışa təyin edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırda apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (357.1). Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.1). “Elektron məhkəmə” informasiya sistemində və mülki iş materiallarında olan elektron qaydada verilmiş apellyasiya şikayətindən görünür ki, şikayət yalnız vəkil kimi Vəkil tərəfindən elektron qaydada imzalanmışdır. Lakin vəkilin qətnamədən şikayət vermək, şikayəti iddiaçının adından imzalanmasına dair müvafiq etibarnamə nə şikayətə əlavə edilmiş, nə də mülki iş materiallarında mövcuddur, nə də ki məhkəmə iclasında təqdim edilməmişdir, şikayətə sadəcə iddiaçıya qanunla müəyyən edilmiş qaydada hüquqi yardımın göstərilməsi ilə bağlı vəkil orderi əlavə edilmişdir.) Digər tərəfdən iş materiallarında iddiaçının “PDF formatlı” apellyasiya şikayəti vardır ki, məhkəmə kollegiyasının mövqeyinə görə həmin şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan iddiaçının elektron kabineti vasitəsilə daxıl olmadığından mövcud mülki-prosessual qanunvericiliyin tələblərinə görə məhz iddiaçının özü tərəfindən verilmiş və onun tərəfindən imzalanmış apellyasiya şikayəti kimi qəbul edilmir. Belə olan halda kollegiya hesab edir ki, prosessual qanunvericiliyə görə Vəkil şikayəti imzalamaq səlahiyyəti olmamış və hazırda da bu səlahiyyəti müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayətin mümkün hesab edilməsi barədə qərardad ləğv edilməli, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Kollegiya onu da qeyd edir ki, mülki iş apellyasiya instansiyasına daxil olduqdan sonra həmin apellyasiya şikayəti üzrə apellyasiyanın mümkün hesab edilməsi, sonradan apellyasiyanın qeyri-mümkün hesab edilməsinə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (vəkili Vəkil) tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1515/2022 saylı, 28 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı (vəkili Vəkil) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin, mülki iş baxışdan çıxarılaraq şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Elşən Kazımov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar