Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1388/2020 24.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: X5 və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun vəkili və nümayəndəsi Mövlayev Ədalət İbrahim oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbinə dair» mülki iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş Apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 200 000 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: Cavabdeh1 15 ildən artıqdır ki, tanıyır. Cavabdeh1 Cavabdeh2 ilə birlikdə karqo işi ilə məşğul olduqlarını bildirmişdir. Nazim maraqlı biznes proyekti olan ət idxalı karqosu ticarətini qeyd edərək, bu ticarətə başqa şəxslərin də qoşulmaq istədiyini bildirmişdir. Həmin sahənin risksiz olaraq gəlirli iş olmasını və ona bu sahəyə pul yatırmasını təklif etmişdir. Ona görə də, o, onlarla iş birliyi qurmamaq şərti ilə qazancdan ona da xeyir verilməsi şərti ilə Cavabdeh1 nəzarəti altında pul sərmayəsi verməyə razılıq vermişdir. Şifahi razılaşmaya əsasən Cavabdeh1 tapşırığı, nəzarəti və onun rəhbərliyi altında fəaliyyət göstərən qohumu Cavabdeh2 biznes fəaliyyəti ilə məşqul olmaq niyyəti ilə o, xx.xx.2012-ci il tarixdə 50.000 ABŞ dolları vermişdir. Cavabdehlər bildirmişlər ki, bir kommersiya əməliyyatı təxminən 20 gün çəkir. Cavabdeh1 istəyi ilə Cavabdeh2 verdiyi 50 000 ABŞ dolları müqabilində 1 ay üçün ona 3000 ABŞ dolları verilməsi ilə razılaşmışlar. xx.xx.2012-ci il tarixdə cavabdehlər bizneslərini daha da genişləndirmək adı altında əlavə pul lazım olması barədə zəng etmişlər. Nazim ilə aralarındakı ikinci anlaşmaya görə onların bizneslərinin inkişafı üçün iki gün ərzində bank hesabından çıxardığı 150.000 dollar pulu onlara vermişdir. Bunun müqabilində Nazim ona hər ay 7500 dollar veriləcəyini bildirmişdir. Bu arada 3-cü dəfə, yəni 2013-cü ilin mart ayında Cavabdeh1 xahişi ilə onlara müvəqqəti pul lazım olduğundan, Hüsaməddin Qəhrəmanovun əsgərlik dostu və iş birliyində olan Fizuliyə 30000 ABŞ dolları borc vermişdir. Təxminən 2 ay sonra Fizuli aldığı borcu qaytarmışdır. Bir müddət sonra Hüsaməddin və Fizuli bildirmişlər ki, guya işləri pis gedir və pulu ödəyə bilmirlər. İstəyirlər ki, bundan sonra zavodun rəhbəri Cavabdeh1la yox onlarla danışıqları davam etdirsin. Lakin o, onlara rədd cavabı verərək, bildirmişdir ki, bu pulu onlara Cavabdeh1 cavabdehliyinə görə verib, onlarla əlaqədə olmaq istəmir. Bu görüş barədə Cavabdeh1 telefonla bildirmiş və ondan dostları ilə birlikdə aldıqları 200.000 ABŞ dolları pulu təcili qaytarmalarını tələb etmişdir. Pulu qaytarmadıqlarına, hər dəfə müxtəlif bəhanələr gətirdiklərinə görə bu barədə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Belə ki, onun şikayəti əsasında Bakı şəhərinin Nərimanov RPİ-nin təhqiqat şöbəsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən cinayət işinin başlanması rədd edilmiş və mülki xarakterli mübahisə olduğundan, bu mübahisə ilə bağlı məhkəmə orqanları qarşısında iddia qaldırmaq hüququ izah olunmuşdur. Əldə olunan qazancı deyil, borc şəkilində verdiyi puldan heç bir ödəniş olmamışdır. Cavabdeh1 göstərişi ilə Cavabdeh2 150.000 ABŞ dolları və 50.000 ABŞ dolları, ümumilikdə 200.000 ABŞ dolları məbləğində pul vermişdir. Həmin pul məbləğindən bu günədək, hər hansı ödəniş ödənilməmişdir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 135000 ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan iddiaçı və Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti belə əsaslandırılmışdır: Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi işin faktiki hallarını tam araşdırmamışdır. İddiaçı Cavabdeh1 təklifini qəbul etmiş və onun göstərişi işəCavabdeh2 xx.xx.2012-ci il tarixdə 50000 ABŞ dolları, ikinci dəfə isə 150000 ABŞ dolları məbləğində pul vermişdir. Belə ki, cavabdehlər iddiaçının 200.000 ABŞ dolları məbləğində pul verməsini mübahisələndirməyiblər. Puldan qazanc kimi, ümumilikdə İddiaçı 64.000 ABŞ dolları məbləğində pul qaytarılmışdır. Lakin İddiaçı borc şəklində verdiyi 200.000 ABŞ dolları məbləği puldan hər hansı məbləğ qaytarılmamışdır. Məhkəmə bu halı nəzərə almadan, ödənilmiş 64.000 ABŞ dollarını və iddiaçının anasının hüzr mərasimi üçün Cavabdeh1 tərəfindən ödənilmiş 1000 ABŞ dollarını nəzərə alıb, iddia tələbini qismən təmin etmişdir. Eyni zamanda məhkəmə, İddiaçı Cavabdeh1la əlaqəsinin olduğunu, ödənilmiş pulun da məhz Cavabdeh1 Bakı şəhərində olmadığına görə Hüsaməddinə verdiyini nəzərə almadan əsassız olaraq Cavabdeh1 cavabdehlikdən çıxarmışdır. İddiaçı məhkəmə iclasında da, dəfələrlə qeyd etməsinə baxmayaraq ki, mülkiyyətində olan pulu məhz Cavabdeh1 görə verib, lakin bu hal, məhkəmə tərəfindən lazımı qaydada araşdırılmamışdır. Cavabdeh2apellyasiya şikayəti belə əsaslandırılmışdır: İddiaçı onunla və Şahid ilə görüşüb kommersiya işləri ilə maraqlanaraq iş birliyi qurmuşdur. İddiaçı iş birliyi üçün ayrı-ayrı vaxtlarda 200.000 ABŞ dolları pul qoyarkən yazılı müqavilə bağlamasını bildirmişdir. Ancaq Hümeyir bildirmişdir ki, 200.000 ABŞ dolları bacısının həyat yoldaşı olan keçmiş Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevindir və adlarının hallanmasını istəmir. İddiaçıla olan razılığa əsasən biznes qurmuş, əldə olunan qazancın üç yerə bölünməsinə razılaşmışlar. İlk aylar satış uğurlu alındığından bir neçə ay ərzində İddiaçı hər satış əməliyyatı başa çatdıqdan sonra əldə olunan qazancın 30 %-i verilirdi. Daha sonra iflasa uğramış, Cavabdeh1la birlikdə bütün məsələləri nəzarətdə saxlayaraq özlərinin ziyana düşməsinə baxmayaraq satılan əşyaların pulundan İddiaçı 107.000 ABŞ dolları pul ödəmişdir. Eyni zamanda Fizuli Hümeyirə ayrıca 37.000 ABŞ dolları pul ödəmişdir. Ümumilikdə İddiaçı 144.000 ABŞ dolları pul ödəmişlər. İddiaçı iddia ərizəsində Füzulinin şərikliyə görə hamının adından ona ödəmiş olduğu 37 000 ABŞ dollarından guya 30 000 ABŞ dollarını digər bir işlə bağlı olduğunu, Füzuliyə qarşı şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə İddiaçı iş birliyi üçün ayrı-ayrı vaxtlarda 200 000 ABŞ dolları pul qoymasını bildirdikdə hakim müşavirə otağına getməmiş söylədiklərinə münasibət bildirərək bunun həmin məbləğdə pulun borca qəbul edilməsinin etirafı kimi başa düşülə bilməsini göstərmişdir. Hansı ki, o izahatında aydın və dəqiq surətdə İddiaçı məxsus 200 000 ABŞ dolları pulun borca qəbul edilməsinin etiraf etməmiş, əksinə İddiaçı şərikli iş birliyi üçün 200 000 ABŞ dolları pul qoymasını göstərmişdir. Eyni zamanda məhkəmə aralarında borc münasibətinin yarandığını qeyd etsə də yazılı kredit müqaviləsinin olmamasını nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Qurbanov X1 şikayətini müdafiə etmiş, ona uyğun izahat vermiş və bildirmişdir ki, Fizuli əsgərlik yoldaşı olmuşdur. Hümeyiri tanımamış, Nazim onun biznesə qoşulmaq istədiyini demişdir. Hümeyirlə razılaşmışlar. O, 90.000 ABŞ dolları, 17.000 ABŞ dollarını Nazim, 37.000 ABŞ dollarını isə Füzuli Hümeyirə qaytarmışdır. Nazimlə şərik olmuş, iddiaçıdan aldığı pulu Nazimlə birgə işlətmişdir. Nazim də Hümeyir kimi gəlir əldə etmək məqsədi ilə pul qoymuşdur. Müqavilə bağlanmasını təklif etmiş, lakin adları hallanmasın deyə razı olmamışlar. İflas olacağı təqdirdə məsuliyyəti öz üzərinə götürməmişdir. Birgə biznes iflasa uğrayırsa, bütün şəriklər həmin ziyana şərik olmalıdırlar. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Mövlayev X2 şikayətini müdafiə etmiş və bildirmişdir ki, borc müqaviləsi bağlanmasının qaydası və forması var. Müqavilə yazılı bağlanmalı idi. Tərəflər şərikli bizneslə məşğul olmuşlar və qətnamədən qeyd olunandan artıq vəsaiti iddiaçıya qaytarmışlar. Məhkəmə Fizulinin qaytardığı pul məbləğini və əlavə qaytarılmış vəsaiti nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Əhmədov X3 şikayətini qəbul etməmiş və bildirmişdir ki, ona aylıq 10.500 ABŞ dolları ödəməli idilər. Nazimlə birgə işləməmişdir. Sadecə onunla münasibəti var idi, ona güvəndiyi üçün pulu vermiş və aylıq ödənişlərini gözləyirdi. Lakin pul ödənməmişdir. Fizulini tanımır, o, Hüsaməddinin əsgərlik dostu idi. 64.000 ABŞ dolları və 1.000 ABŞ dolları qaytarmışlar. Ondan başqa pul verməmişlər. Füzuli ondan 30.000 ABŞ dolları pul götürmüş, lakin sonra qaytarmışdır. Nazim xahiş etdiyi üçün həmin pulu Fizuliyə vermişdir. Fizuli 30.000 ABŞ dollarını qaytardığına görə ona qarşı iddiası yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Həşimova X4 şikayətini qəbul etməmiş və bildirmişdir ki, iddiaçı Hüsaməddinə hər ay 3000 ABŞ dolları ödənilməsi şərti ilə 50.000 ABŞ dolları pul vermişdir. Sonra münasibətləri dərinləşdiyindən 150.000 ABŞ dolları da borc vermişdir, bu dəfə qazanc aya 7500 ABŞ dolları olmalı idi. Lakin borcdan heç bir məbləğ qaytarılmamışdır. Təmsil etdiyi şəxsin birgə biznesdə iştirakını təsdiq edən heç bir sübut yoxdur. İddiaçı pul verib və hər ay razılaşdıqları məbləği geri almalı idi. Cavabdehlərin hansı bizneslə məşğul olması, hardan mal almaları, malı harda satmaları iddiaçını maraqlandırmamışdır. Ona görə biznesin iflası ilə bağlı iddiaçının pulunun qaytarılmaması dəlili tamamilə əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, o, iddiaçı və Hümeyirlə biznes şəriki olmamış, sadəcə tərəfləri tanış etmişdir. Biznesin iflasından sonra iddiaçı onu axtarmağa başlamıdır. O, iddiaçıdan pul almamış, ona heç bir şərt vəd etməmişdir. Özü başqa işlə məşğul olmuşdur. Hümeyirin Fizuliyə əlavə olaraq 30.000 ABŞ dolları verməsini sonradan bilmişdir. Fizuli həmin pulu qaytarmışdır. Mübahisə ilə bağlı dəyərləndirmə: İddiaçının Cavabdeh2 ilkin olaraq 50000 ABŞ dolları, daha sonra isə 150000 ABŞ dolları, ümumilikdə 200000 ABŞ dolları məbləğində pul verməsi, həmin puldan 65.000 ABŞ dollarının qaytarılması işin mübahisəsiz hallarıdır. İddiaçı iki halı mübahisələndirir: 1-ci hal, ona qaytarılan məbləğin razılaşdıqları aylıq gəlir olması və borc məbləğinin tam (200.000 ABŞ dolları) qaytarılmaması; 2-ci hal, pulu təkcə Cavabdeh2 yox, eyni zamanda Cavabdeh1 verməsi və ona görə hər iki cavabdehdən tutulmalı olması. Cavabdehin mübahisələndirdiyi hallar: 1.
2. Onlar biznes şəriki olduqları üçün biznesin iflası ilə bağlı pulun geri tələb olunmasının əsassız olması;
3. Qaytarılan məbləğin düzgün hesablanmaması;
4. Pulun verilməsinin qanunsuz rəsmiləşdirilməsi;
Məhkəmə kollegiyası iddiaçının mübahisələndirdiyi hallarla bağlı qeyd edir:
İddiaçıya 65 000 ABŞ dolları məbləğində pulun verilməsi işin mübahisəsiz təsdiq olunmuş halıdır. İddiaçı bildirir ki, həmin məbləğ verdiyi 50.000 ABŞ dollara görə ayda 3000 dollar, 150.000 ABŞ dollarına görə isə ayda 7500 dollar gəlirə görə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya ödənilmiş 65 000 ABŞ dollarının qazanc hesab olunması üçün əsaslar kifayət deyil. Çünki verilən pulun müqabilində nə qədər vəsait qaytarılacağı və bunun hansı əsaslarla həyata keçiriləcəyi barədə tərəflər arasında nə yazılı bir razılaşma və nədə yekdil bir fikir var. İddiaçı verdiyi pulun məbləğinə uyğun olaraq hər ay bəlli bir məbləğ alacağını razılaşdılarını israr edir, qarşı tərəf isə pulun birgə biznesə qoyulduğunu və gələn gəliri böləcəklərini israr edir. Lakin heç bir tərəf irəli sürdükləri dəlillərlə bağlı birmənalı sübut təqdim edə bilmir. Tərəflər arasında mövcud olmuş münasibətlərdən formalaşan qənaət ondan ibarətdir ki, iddiaçı cavabdehə 200 000 ABŞ dolları pul vermiş, lakin həmin vəsaitin hansı biznesə yatırılması, onun hansı qaydada həyata keçirilməsi, ümumilikdə nə qədər qazanc əldə ediləcəyi onun marağında olmamışdır. Çünki məhkəmə araşdırmaları ilə təsdiq olunur ki, bizneslə bağlı əməliyyatları Hüsaməddin, Fizuli, Nazim həyata keçirmişlər. Ona görə 200 000 ABŞ dolları məbləğində vəsaiti borc kimi verilməsi qənaəti daha etibarlıdır. İddiaçı həmin məbləğə hər ay bəlli bir pul vəsaiti qaytarılması ilə bağlı razılaşmanın olmasını sübuta yetirə bilmədiyi üçün pulun qaytarılması zamanı 65 000 ABŞ dollarının ümumi məbləğdən çıxılması əsaslıdır. Məhkəmə kollegiyası borcun digər Cavabdeh1 tutulmalı olması ilə bağlı iddiaçının dəlili ilə bağlı qeyd edir ki, tərəflərin izahatlarından da aydın olur ki, pul Cavabdeh2 verilmişdir. Cavabdeh1 iddiaçıdan pul almamış, onun iddiaçıya pul qaytarmaq öhdəliyi yaranmamışdır. İddiaçı pulun eyni zamanda Cavabdeh1 verdiyini bildirirsə, bununla bağlı sübutlar təqdim etməlidir. Nə Cavabdeh1, nə də Cavabdeh2 bu halı təsdiq etməmişlər. Qeyd olunan halı təsdiq edə biləcək Fizuli adlı şəxs ola bilərdi ki, həmin şəxsin də məhkəməyə gətirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmə kollegiyası cavabdehin mübahisələndirdiyi hallarla bağlı qeyd edir:
Cavabdeh2 bildirir ki, həmin məbləğ verildikdən sonra biznes fəaliyyətində problemlər yaranmış və nəticədə onlara ziyan dəymişdir. Şərikli işə başladıqlarına, qazanca şərik olduqları kimi ziyana da şərik olduqlarına görə iddiaçıya pul ödəməli deyil. Yaranmış ziyanla bağlı cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, Hindistandan ət vuranda yolda problem yarandığı üçün mallar gecikmiş və dörd ay ət Qazaxıstan sərhədində qalmışdır. Bundan sonra, Çindən məhsul almaq qərarına gəlmiş, lakin gecikdiyi üçün həmin məhsulları bazara çıxara bilməmiş, həmin işdən də ziyana düşmüşlər. İşə baxan məhkəmə həmin dəlilin əsassız olması ilə bağlı gəldiyi nəticəni onunla formalaşdırmışdır ki, tərəflər arasında şərikli iş birliyi barədə müqavilə yoxdur, iddaçı şərikli iş gördüklərini təsdiq etməmişdir. Buna görə də baş verə biləcək risklərlə bağlı iddiaçının məsuliyyəti istisna olunur. Məhkəmə kollegiyası idddiaçının şikayəti ilə bağlı dəlillərə qiymət verərəkən bu halla bağlı yuxarıda dəyərləndirmə apardı və belə qənaətə gəldi ki, tərəflərin birgə biznes fəaliyyəti ilə məşğul olmaları sübuta yetirilməmişdir. Ona görə cavabdehin həmin dəlili qəbul olunmur. Bundan başqa, qanunvericilikdə birgə fəaliyyətlə bağlı müddəalar olmasa da, bununla bağlı yaranmış münasibətlər qanunla qadağan olunmadığı üçün tərəflərin belə bir münasibətlərə girərək özləri üçün hüquq və vəzifələr yaratmasına yol verilir. Lakin məhkəmə kollegiyası hesab edir ki, birgə fəaliyyət o zaman mövcud olur ki, hər bir tərəf birgə fəliyyət göstərsin, bu fəaliyyət əmtəə satışı, iş görülməsi, xidmət göstərilməsindən və s. ibarət olsun. Lakin hazırkı iş üzrə iddiaçı hər hansı bir fəaliyyət göstərməmiş, tərəflərin izahatlarından da məlum olduğu kimi Hindistan və Çindən məhsulların gətirilməsi işi ilə yalnız cavabdeh məşğul olmuşdur. İddiaçı 200 000 ABŞ dollarını biznes fəaliyyəti ilə əlaqədar vermiş olsa da bu birgə fəaliyət göstərmək kimi qiymətləndirilə bilməz. İddiaçı sadəcə cavabdehi pulla təmin edərək, həmin pul hesabına əlavə gəlir əldə etməyə ümid etmiş, biznes fəaliyyətində bilavasitə iştirak etməmişdir. Cavabdehin digər etirazı iddiaçıya daha artıq vəsait qaytarmaları ilə bağlıdır. Beləki, cavabdeh 200 000 ABŞ dollarından iddiaçıya özü tərəfindən 90 000 ABŞ dollarının, Nazim tərəfindən 17.000 ABŞ dollarının, Füzuli tərəfindən 37.000 ABŞ dollarının, ümumilikdə 144000 ABŞ dollarının qaytarıldığını bildirir. İddiaçı ona cəmi 65.000 ABŞ dolları qaytarıldığını etiraf edir. İddiaçı Şahid 30.000 ABŞ dolları borc pul verdiyini, 37 000 ABŞ dollarının həmin borcun əvəzi olaraq geri qaytarıldığı üçün ona qarşı tələbi olmadığını bildirmişdir. Cavabdeh həmin məbləğin 200 000 ABŞ dolları borca görə verildiyini bildirsə də bu halı təsdiq edəcək sübutları təqdim edə bilməmişdir. Şahid izahatının alınması məqsədi ilə iki dəfə məhkəmə iclası təxirə salınmış, lakin o, izahat vermək üçün məhkəmə iclaslarına gəlməmiş, heç bir tərəf onun iştirakını təmin etməmişdir. Həmçinin, məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaçının Fizuliyə ayrıca 30 000 ABŞ dolları borc verdiyindən məlumatlı olduğunu və Fizulinin həmin borcu geri qaytardığını təsdiq etmişdir. Beləliklə, 37 000 ABŞ dollarının 200 000 ABŞ dollarının əvəzinə qaytarılması halı təsdiqini tapmamışdır. Buna görə də məhkəmə kollegiyası həmin hissədə də cavabdehin dəlilini əsassız hesab edir. İddiaçı 65.000 ABŞ dolları ona qaytarıldığını etiraf etdiyindən, daha artıq vəsait qaytarılması halını sübutetmə yükü cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh tərəf bu halı sübuta yetirə bilməmidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmçinin, məhkəmə kollegiyası pulun verilməsinin düzgün rəsmiləşdirilməməsi ilə bağlı cavabdehin dəlili ilə əlaqədar qeyd edir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğu halda borc müqaviləsinin yazılı formada bağlanması tələbi xx xxx 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuşdur və həmin vaxtdan sonra yaranan münasibətlərə şamil olunur. Lakin 200 000 ABŞ dolları məbləğində borc 2012-ci ildə verilmişdir. Buna görə də həmin qaydanın gözlənilməsi hazırkı işdə tələb oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1. maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, Apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Q Ə T E T D İ:
Apelyasiya şikayətləri təmin edilməsin. Həmin iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Hakimlər: imzalar Əsli ilə düzdür
Hakim: İsmayıl Xəlilov