Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1389/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5733/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 26.02.2018-ci il tarixindən 10.02.2021-ci il tarixinədək işlədiyim vaxt pensiya stajına hesablanaraq, cavabdeh tərəfindən pozulmuş əmək hüquqlarımla bağlı vurulmuş 3000 (üç min) manat maddi ziyanın və mcdiasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilən 50 manatın dövlət rüsumun yarısını yanı 25 manatın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 26.02.2018-ci il tarixindən 10.02.2021ci il tarixinədək X3 qanuni təmsilçisi olan “Arsenal Group LTD" X1 çalışdığı müddətdə işini layiqli olaraq yerinə yetirmiş, demək olar ki, nümunəvi işçi olaraq tutduğu vəzifədə çalışmışdır. Cavabdeh X1 2018-2021-ci il tarixlərində işlədiyi müddətdə demək olar ki, Cavabdeh MMC tərəfindən onun bütün əmək üzrə hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, 26.02.2018-ci il tarixindən 01.02.2019-cu il tarixinədək o, Cavabdeh X1 müqaviləsiz olaraq çalışmış və bu faktı işdən azad olunanda cavabdeh tərəfindən əmək kitabçasını ona təqdim edəndə bilmişdir. Əmək kitabçasına əsasən cavabdeh onunla yalnız 01.02.2019-cu il tarixində əmək müqaviləsi bağlamışdır. Qeyd edir ki, 26.02.2018-ci il tarixindən 01.02.2019-cu il tarixinədək, əmək haqqı ona əlbə əl verilirdi və demək olar ki büüıı işçilərə əmək haqqı əlbə əl verildiyinə görə bu fakt məndə şübhə yaratmırdı. Bundan əlavə olaraq qeyd etmək istəyir ki, 26.02.2018-ci il tarixindən 01.02.2019-cu il tarixinədək Cavabdeh X2 tərəfindən onun gələcəkdə pensiya hüququ ilə bağlı sosial sığorta ödənişləri həyata keçirilməmişdir. Faktiki olaraq qeyd etmək olar ki, həmin illərdə “Arsenal Group LTD" MMC-də çalışmağıma baxmayaraq, işəgötürən tərəfindən hüquqlarının pozulması nəticəsində əmək stajı rəsmi olaraq qeyd edilməmişdir. Bundan əlavə olaraq, məzuniyyət pulu, və digər əlavə ödənişlər "Arsenal Group LTD” MMC tərəfindən ona ödənilmirdi. Görünür ki, cavabdeh Əmək Məcəlləsinə uyğun olaraq onunla əmək müqaviləsini bağlamamışdır və bununla həm onun əmək stajına zərər vurmuşdur, həm də sosial sığorta ödənişləri həyata keçirilməmişdir. Əlavə olaraq bildirmək istəyir ki. O, 26.02.2018-ci il tarixindən 01.02.2019-cu il tarixinədək müqaviləsiz işləməyi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin yanında X4 müraciət etmişdir. Müraciətinə cavab olaraq ona Azərbaycan Respublikasının Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin yanında X5 tərəfindən 19.05.2021-ci il tarixli **********4 saylı məktub göndərilmişdir. Həmin məktubda bildirilmişdir ki, Cavabdeh MMC təfərindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və 192.4-ci maddələrinin tərkiblərinin olması müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir, lakin İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələblərinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi ən geci 3 ay keçənədək verilə biləcəyinə görə 192.1 maddəsinin tərkibi olmasına baxmayaraq inzibati məsuliyyətə cəlb etmək mümkün olmamışdır. Məhkəməyə bildirmişdir ki, əmək kitabçasına əsəsən 26.02.2018-ci il tarixindən 01.02.2019-cu il tarixinədək müqaviləsiz işləməyindən əlavə olaraq da 01.02.2019-cu il tarixində əmək müqaviləsi əsasında çalışdığı müddətdə bir çox əmək üzrə hüquqları pozulmuşdur. Qeyd etmək istəyir ki, işəgötürən iş vaxtlarını kobud şəkildə pozurdu, belə ki, 3 il ərzində iş saatından əlavə olaraq hər həftə 9 saat işləmiş və əlavə işlədiyi iş vaxtların və bayram günlərin ödənişini etməmişdir. Bunlardan əlavə olaraq qeyd elmək istəyir ki, 2019-2020 iş ilinə görə 07.02.2020 tarixindən 27.02.2020 tarixinədək olan vaxt ərzində məzuniyyətə çıxmamağıma baxmayaraq Cavabdeh MMC tərəfindən qeyri-qanuni özləri tərəfindən məzuniyyət ərizəsi özləri tərəfindən əmək müfəttişliyinə təqdim edilmişdir. Əlavə olaraq da qeyd etmək istəyir ki 3 il (26.02.2018-ci il tarixindən 10.02.2021-ci il tarixinədək) ərzində məzuniyyətə çıxmamağına baxmayaraq kompensasiya ödənilməmişdir. Cavabdeh MMC mülki işin aidiyyatı üzrə göndərilməsinə dair vəsatətlə məhkəməyə müraciət edərək, mülki işin aidiyyatı üzrə baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(005)- 5733/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddiası barədə mülki iş üzrə Cavabdeh MMC-nin mülki işin aidiyyatı üzrə baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilməsinə dair vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh MMC Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(005)-5733/2021 nömrəli qərardadından şikayət verərək mülki işin baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya Cavabdeh MMC-nin şikayətinin dəlillərini işin materialları ilə əlaqəli yoxlayıb hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, mülki iş üzrə Cavabdeh MMC tərəfindən verilmiş vəsatət onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh kimi Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 1duğu yer üzrə Şirvan Şəhər Məhkəməsinə yox, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim edilmişdir. Cavabdeh MMC-nin hüquqi ünvanının həmin ünvan olması barədə iş materiallarında olan “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarışın surətində, eləcə də iddia ərizəsində də əksini tapmışdır. Bu səbəbdən də mülki işin baxılması üçün aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Cavabdeh vəsatəti hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 34, 35.1, 35.2, 44.2.2, 45.1, 45.2ci maddələrinə, həmçinin Mülki Məcəllənin 47.2, 51-ci və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddələrinin tələbləri ilə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən mülki işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatətin təmin edilməməsinə dair gəldiyi nəticəni Şirvan Şəhər Məhkəməsinin 19.11.2021-ci il tarixli 2(032)-1694/2021-ci il tarixli qərardadına əsasən cavabdehin faktiki ünvanının ünvan 3əbəbdən mülki işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatətin əsassız olması ilə əsaslandırmışdır. Cavabdeh MMC mülki işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatətinin təmin edilməməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(005)-5733/2021 nömrəli qərardadından verdiyi şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh hüquqi şəxs Cavabdeh MMC-nin hüquqi ünvanının ünvan 4 reyestri məlumatları haqqında” çıxarışla müəyyən edildiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə görə isə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməli olduğundan, məhkəmə aidiyyətlə bağlı qanunun tələblərini pozmaqla, işin baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilməsi barədə vəsatəti təmin etməmişdir. İş materiallarında olan “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarışdan (i.v. 12) görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 5sasən qeyd edir ki, iş materiallarında cavabdehin ünvanı kimi rəsmi reyestrdən çıxarışda ünvan 6əhkəməsi vəsatətin, şikayətin həmin dəlilləri üzrə hər hansı araşdırma aparmamış, cavabdehin faktiki ünvanının ünvan 7ında hər hansı bir sübutun olmamasına diqqət yetirməmiş, yalnız Şirvan Şəhər Məhkəməsinin qəbul etdiyi qərardada istinad etməklə, iş üzrə vəsatətin təmin edilməməsi barədə gəldiyi nəticə əsaslı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47.2-ci maddəsinə əsasən hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyri-kommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir. Qeyrihökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 34-cü maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini, həmçinin işin materiallarını nəzərə alan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardad əsaslı olmamışdır. Bu səbəbdən də qərardad ləğv edilməli, cavabdeh tərəfindən mülki işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatətin dəlillərinin yenidən müzakirə edilib qanunauyğun qərarın qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5733/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatətin dəlillərinin yenidən müzakirə edilib qanunauyğun qərarın qəbul edilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1389/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1389/2022
25.01.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver