Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1392/2020 01.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Əzizov Sahib Ədalət oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi üzrə və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “ipotekaya xitam verilməsi və sair” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-226/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İlkin iddia üzrə iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Ləğv prosesində olan “xxxx” ASC arasında bağlanmış xx xxxx 2010-cu il tarixli 454 saylı kredit müqaviləsi üzrə xx xxxx 2019-cu il tarixə maliyyə arayışına əsasən qalan 4569,60 ABŞ dolları əsas borcun, 5,95 ABŞ dolları faiz borcunun, 1597,05 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz məbləği, 5506,15 ABŞ dolları cərimə borcunun, cəmi 11678,75 ABŞ dolları borcun və 30 manatdövlət rüsumunun Cavabdeh tutularaq Ləğv prosesində olan “xxxx” ASC-nin hesabına ödənilməsi, tutmanın girov predmeti olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 27 bina, m.11, istifadəsində olan 0.03715 ha torpaq sahəsində yerləşən 27 nömrəli, 5 mərtəbəli binanın 4-cü mərtəbəsində 57,11 kv.m ümumi, 45.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 11 nömrəli mənzilə açıq hərracda satılması və əldə olunmuş vəsait hesabına yuxarıda qeyd olunan pul tələbinin təmin edilməsi üçün Ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli 454 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 26% ödənilmək şərti ilə 30000 ABŞ dolları məbləğində istehlak krediti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ilə həmin tarixdə 454 saylı ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 27 bina, m.11, istifadədə olan 0.03715 ha torpaq sahəsində yerləşən 27 nömrəli, 5 mərtəbəli binanın 4-cü mərtəbəsində 57,11 kv.m ümumi, 45.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 11 nömrəli mənzil «xxxx» ASC-nin Sənaye filialında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, bina 27, 11 saylı mənzilin ipotekasına xitam verilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsinə və tərəfindən 454 saylı xx xxxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə artıq ödənilmiş 10755 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı ilə «xxxx» ASC-nin Sənaye filialı arasında xx.xx.2010-cu il tarixli 454 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən bank tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıya 24 ay müddətinə illik 26% dərəcəsi olmaqla 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda həmin kredit müqaviləsinin təminatı olaraq qarşılıqlı iddia üzrə iddiaçı ilə «xxxx» ASC-nin Sənaye filialı arasında xx.xx.2010-cu il tarixli 454 saylı ipoteka müqaviləsi bağlanmış və mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, bina 27, 11 saylı mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən qarşılıqlı iddia üzrə iddiaçı banka əsas borc üzrə 30000 ABŞ dolları, faiz borcu üzrə 8783 ABŞ dolları, cəmi 38783 ABŞ dolları məbləğində borcu qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2010-cu il tarixdə etibarən qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən hər ay mütəmadi olaraq həmin kredit müqaviləsi üzrə ödənişlər aparılmış, cəmi 49538 ABŞ dolları məbləğində pul banka ödənilmişdir. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı mübahisələndirilən kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən cəmi 38783 ABŞ dolları məbləğində vəsait qaytarmalı olduğu halda, 49538 ABŞ dolları məbləğində pul ödəmişdir. Yəni 10755 ABŞ dolları məbləğində artıq ödənişaparılmışdır. Bununla bağlı bankın ləğvedicisinə müraciət edilsə də, cavab verilməmişdir. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı xx.xx.2010-cu il tarixli 454 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam olaraq icra etmişdir. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-226/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi isə qismən təmin edilərək, «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2010-cu il tarixli 454 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinin təminatı olaraq «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2010-cu il tarixli 454 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 27 saylı evin 11 saylı mənzilin ipotekasına xitam verilsin, həmin mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyünün ləğv edilməsi, xx xxxx 2010-cu il tarixli 454 nömrəli kredit müqaviləsi üzrə artıq ödənilmiş 6615,07 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə «xxxx» ASC-dən alınaraq Cavabdeh verilməsi, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının tədqiqat dəyəri olan 145 manatın «xxxx» ASC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti texniki ekspertizasının tədqiqat dəyəri olan 300 manatın «xxxx» ASC-dən alınaraq «xxxx» MMCyə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək onun ləğv edilməsini, ilkin iddia tələbinin təmin və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş və bu na görədə birinci instansiya məhkəməsi yanlış olaraq ipoteka öhdəliyinə xitam vermişdir. Belə ki, cavabdehin xx.xx.2019-cu il tarixə banka 4569,60 ABŞ dolları əsas, 5,95 ABŞ dolları faiz, 5506,15 ABŞ dolları cərimə, 1597,05 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 11678,75 ABŞ dolları mövcuddur. Bu hallar birinci instansiya məhkəməsində yetərincə sübut edilsə də, məhkəmə bu halları nəzərə almamış və ekspert rəyinə əsasən qərar qəbul edtmişdir. Halbuki onlar həmin ekspert rəyi ilə razı olmadıqlarını bildirərək təkrar ekspertiza təyin edilməsini xahiş etsələrdə birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi apellyasiya şikayyətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi isə qarşılıqlı iddia ərizəsinin məzmununa uyun izahat verərək, apellyasiya şikayətinin əsassız olduğunu bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olman işə baxılmasını mükün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddianın təmin olunmayan və qarşılıqlı iddia tələbinin təmin olunan hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, qətnamə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, qətnamə qarşılıqlı iddianın təmin edilmədiyi hissədə yoxlanılmır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx xxxx 2010-cu il tarixli 454 saylı kredit müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən Cavabdeh illik 26 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxx 2010cu il tarixli xəzinə məxaric orderinə əsasən Cavabdeh həmin tarixdə “xxxx” ASC-dən 29700 ABŞ dolları məbləğində vəsait götürmüşdür. İpoteka saxlayan “xxxx” ASC ilə ipoteka qoyan və borc alan Cavabdeh arasında bağlanmış xx xxxx 2010-cu il tarixli 454 saylı ipoteka müqaviləsinə əsasən qeyd olunan kredit müqaviləsinin təminatı olaraq Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 27 bina, m.11 istifadədə olan 0.03715 ha torpaq sahəsində yerləşən 27 nömrəli, 5 mərtəbəli binanın 4-cü mərtəbəsində 57.11 kv.m ümumi, 45.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 11 nömrəli mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən ipoteka predmeti 58000 manat dəyərində qiymətləndirilmişdir. xx.xx.2017-ci il tarixli bildirişdən və xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, Cavabdeh banka olan borcun ödənilməsi, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı və tələbin ipoteka predmetinə yönəldiləcəyi barədə “xxxx” ASC tərəfindən xəbərdar olunmuş, həmin bildiriş xx.xx.2017-ci il tarixdə ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsində qeydə alınmışdır. Eyni zamanda Cavabdeh tərəfindən ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna müraciət edilmiş, xx xxxx 2010-cu il tarixli 454 saylı kredit müqaviləsi üzrə öhdəliyi tam icra etdiyi, bunu nəzərə alaraq 10 gün müddətində onunla “xxxx” ASC arasında bağlanmış xx xxxx 2010-cu il tarixli 454 saylı ipoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmiş mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, bina 27, 11 saylı mənzilin ipoteka yüklülüyünə xitam verilməsi və banka artıq ödədiyi 10157 ABŞ dolları məbləğində vəsaitin ona qaytarılması xahiş edilmişdir. Həmçinin birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən mübahisələndirilən kredit müqaviləsi üzrə bank tərəfindən Cavabdeh 4569,60 ABŞ dolları əsas borc, xx.xx.2012-ci il tarixinə müqavilə müddətinə 5,95 ABŞ dolları faiz borcu, 5506,15 ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış 1597,05 ABŞ dolları borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli 15487 nömrəli ekspert rəyinə əsasən borcalan Cavabdeh tərəfindən “xxxx” ASC-dən alınmış kredit vəsaiti üzrə xx xxxx 2012-ci il tarixə (müqavilə müddətinin qüvvədə olduğu tarixədək) banka ödənilməli olan əsas və faiz borcu ümumilikdə 16217,13 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 15986,21 ABŞ dolları, faiz borcu üzrə 230,91 ABŞ dolları. Həmin ekspert rəyində həmçinin qeyd edilmişdir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixdən sonrakı dövrdə 18371,73 manat məbləğində ödəniş aparılmışdır, lakin hesablamalar xx.xx.2012-ci il tarixədək aparıldığından həmin ödənişlər nəzərə alınmamışdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, iş materiallarında olan hesabdan çıxarışa əsasən Cavabdeh tərəfindən qeyd olunan kredit müqaviləsi üzrə xx.xx.2012-ci il tarixdən sonra 22832,19 ABŞ dolları ödənilmişdir, həmin məbləğin 13259,25 ABŞ dolları əsas borca, 9572,94 ABŞ dolları faiz borcuna silinmişdir. Halbuki müqavilə müddəti bitdikdən sonra faiz borcu hesablanmamalı idi. Müqavilə müddətinin sonuna faiz borcunun 230,91 ABŞ dolları nəzərə alınmaqla, Cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixdən sonra ödənilmiş 22832,19 ABŞ dollarının 15986,21 ABŞ dolları əsas borca və 230,91 ABŞ dolları müqavilə müddətinin sonuna qalıq qalmış faiz borcuna hesablanmalıdır (22832,19 - 15986,21 - 230,91 = 6615,07). Kollegiya aşağıdakılara əsasən məhkəmənin qeyd edilən borcun tutulması tələbi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinəəsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinəöhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur(m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçəşəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinəəsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ysı digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin mübahisələndirilməyən faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında bankdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq öhdəliyi götürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddətərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Yaranmış vəziyyətdə sözügedən kredit müqaviləsi üzrə borcun olub-olmadığı və ya artıq ödənilən məbləğin olub-olmadığının müəyyən edilməsi üçün apellyasiya instansiya məhkəməsində icraat zamanı məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış xx xxxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə hesablanmaqla ümumilikdə 18308,99 ABŞ dolları məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 15986,21 ABŞ dolları əsas borcun, 230,91 ABŞ dolları faiz borcunun silinməsinə yönəlir və 814,23 ABŞ dolları məbləğ isə artıq ödəniş kimi müəyyən edilmişdir. Kollegiya apellyasiya şikayətində irəli sürülənlərlə bağlı qeyd edir ki, ekspert rəyinin nəticə hissəsini şübhə altına almaq üçün əsas yoxdur, həmin hissə ekspert tərəfindən müvafiq hesablamalar aparılmaqla əsaslandırılmışdır. Belə olan halda, bank tərəfindən Reyhan Zyenalovaya ödənilməli olan məbləğ ekspert rəyi ilə müəyyən edilmiş həcmdə müəyyən edilməlidir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdiqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarina müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borcunun müəyyən edilməsi hissəsində dəyişdirilməli, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertiza xərci tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-226/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi “xx xxxx 2010-cu il tarixli 454 nömrəli kredit müqaviləsi üzrə artıq ödənilmiş 6615,07 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə «xxxx» ASC-dən alınaraq Cavabdeh verilməsi” hissəsində dəyişdirilsin. xx xxxx 2010-cu il tarixli 454 nömrəli kredit müqaviləsi üzrə artıq ödənilmiş 814,23 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə «xxxx» ASC-dən alınaraq Cavabdeh verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş mühasibatşünaslıq ekspertizasının xərci qismində 145 (yüz qırx beş) manatın 100 (yüz) manatı Ləğv prosesində olan “xxxx” ASC-dən, 45 (qırx beş) manatı isə Cavabdehtutularaq dövlət büdcəsinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Akif İsgəndərov Rəşad Həsənov Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-1392/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1392/2020
01.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver