Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-140/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili X6 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5100/19 saylı, 27 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsi, ev 72, 289 saylı mənzilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 (yetkinlik yaşına çatmayan uşaqları X4 və X5 ilə birlikdə) istifadə hüquqlarına xitam verilməsi, X1 və X2 həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli qərardadı ilə iddia tələbinin X3 və X2 Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsi, ev 72, mənzil 289-dan çıxarılmaqla mənzilin boşaldılması hissəsində iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5100/19 saylı, 27 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (azyaşlı uşaqları X4 və X5 ilə birlikdə) "xxxx" KBASC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 72 saylı evin 289 saylı mənzilinə istifadə hüquqlarına xitam verilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellaysiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, onun nə əmlakın qiymətləndirilməsindən, nə də hərracın keçirilməsindən məlumatı olmamışdır. O, hərracı mübahisələndirmiş, müvafiq iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bu səbəbdən, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verildiyi üçün qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin (103)- 11832/2019 saylı, 04 noyabr 2019-cu il tarixli qərardadı ilə “iddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" MMC, "xxxx" KB ASC və AR ƏMDK yanında DƏDRX-nın Bakı Şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və sair” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbu edilənədək hazırkı iş üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili A.Əliyev apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" MMC, "xxxx" KB ASC və AR ƏMDK yanında DƏDRX-nın Bakı Şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3382/2020 saylı, 10.06.2020-ci il tarixli qətnaməsi ilə hərracın yekunları barədə "xxxx" MMC və "xxxx" KB ASC arasında bağlanmış 04.10.2018ci il tarixli müqavilə etibarsız hesab edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsi, ev 72, 289 saylı mənzilə dair "xxxx" KB ASC-nin mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və ona əsasən verilmiş çıxarış ləğv edilmişdir. Həmin qətnamədən "xxxx" KB ASC tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-267/2021 saylı, 09.03.2021-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3382/2020 saylı, 10.06.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla da müəyyən olunur ki, "xxxx" KB ASCnin hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2017-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin olunmuş, Cavabdeh1 23.579,55 ABŞ dolları əsas, 3.426,73 ABŞ dolları faiz, 3.000 ABŞ dolları cərimə olmaqla, cəmi 30.006,28 ABŞ dolları kredit borcunun, habelə məhkəmə xərclərinin əvəzi qismində 50 manatın "xxxx" ASCnin xeyrinə tutulması, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 9- cu mikrorayon, M.Cəlal küçəsində yerləşən 72 saylı evin 289 saylı mənzilinə tutmanın yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 93.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, hərrac üzrə xərclərin satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra mənzilin satışından əldə olunan vəsait hesabına banka ödənilməli olan məbləğlərin ödənilməsi və qalan məbləğin Cavabdeh1 qaytarılması, ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində mənzilin boşaldılaraq Cavabdeh1 və Cavabdeh2 yaşayış sahəsindən çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh1 "xxxx" KB ASC-nin xeyrinə 3.000 ABŞ dolları hissəsində dəyişdirilərək Cavabdeh1 "xxxx" KB ASC-nin xeyrinə 2.000 ABŞ dolları cərimə borcunun tutulması qət edilmiş, qətnamə mübahisələndirilməyən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsi, ev 72, mənzil 289-a "xxxx" KB ASCnin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 1668 nömrəli reyestr kitabının 153116 nömrəli vərəqində ********** nömrə ilə 17 dekabr 2018-ci il tarixdə qeydiyyata alınmışdır. “Elektron notariat” Avtomatlaşdırılmış informasiya sistemindən 13 may 2019-cu il tarixli çıxarışdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uşaqları 05 aprel 2012-ci il təvəllüdlü X5 və 21 fevral 2015-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsi, ev 72, mənzil 289-da qeydiyyatdadırlar. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3382/2020 saylı, 10.06.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" MMC, "xxxx" KB ASC və AR ƏMDK yanında DƏDRX-nın Bakı Şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və sair” tələbinə dair mülki iş üzrə hərracın yekunları barədə "xxxx" MMC və "xxxx" KB ASC arasında bağlanmış 04.10.2018-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsi, ev 72, 289 saylı mənzilə dair "xxxx" KB ASC-nin mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və ona əsasən verilmiş çıxarış ləğv edilmişdir. Həmin qətnamədən "xxxx" KB ASC tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-267/2021 saylı, 09.03.2021-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3382/2020 saylı, 10.06.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh R.Nəzəovun şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iştirakçısının izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.» Hazırkı iddi tələbini təmin edərəkən rayon məhkəməsi göstərmişdir ki, "xxxx" MMC və "xxxx" KB ASC arasında bağlanmış 04.10.2018-ci il tarixli müqavilə ilə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsi, ev 72, mənzil 289 satılaraq iddiaçının mülkiyyətinə keçmişdir. Bu əsasla da iddianı təmin etmişdir. İşə apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin (103)- 11832/2019 saylı, 04 noyabr 2019-cu il tarixli qərardadı ilə “iddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" MMC, "xxxx" KB ASC və AR ƏMDK yanında DƏDRX-nın Bakı Şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və sair” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbu edilənədək hazırkı iş üzrə icraat dayandırılmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3382/2020 saylı, 10.06.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" MMC, "xxxx" KB ASC və AR ƏMDK yanında DƏDRX-nın Bakı Şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və sair” tələbinə dair mülki iş üzrə hərracın yekunları barədə "xxxx" MMC və "xxxx" KB ASC arasında bağlanmış 04.10.2018-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsi, ev 72, 289 saylı mənzilə dair "xxxx" KB ASC-nin mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və ona əsasən verilmiş çıxarış ləğv edilmişdir. Həmin qətnamədən "xxxx" KB ASC tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-267/2021 saylı, 09.03.2021-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3382/2020 saylı, 10.06.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Kollegiya bildirir ki, "xxxx" KB ASC-nin yuxarıda qeyd edilən məhkəmə aktları ilə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsi, ev 72, 289 saylı mənzilə dair Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC ilə bağladığı 04.10.2018-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən və həmin mənzilə dair onun mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və ona əsasən verilmiş çıxarış ləğv edildiyindən, iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə hazırkı iddia tələbini qaldırmaq üçün subyektiv hüququ yoxdur və iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçının hazırkı iddia tələbini qaldırmaq üçün subyektiv hüququ olmadığından iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu tərəfə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5100/19 saylı, 27 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-140/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-140/2021
23.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver