Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-14019/2019 09.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Etibar Qəzənfər oğlu Nəbiyevin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə , Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, İddiaçı2 hüquqi varisi Michaelov Riananın nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Cavabdeh2, Cavabdeh X6, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı2 və Mıchaelov Riana cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 19-da yerləşən 3 otaqlı, 73 kv.m yaşayış sahəsi olan 53 saylı mənzilə dair Cavabdeh1 ilə hədiyyə verən İddiaçı2 arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və Cavabdeh1 ilə Cavabdeh3 arasında arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmət tərəfindən verilmiş ******* nömrəli, RX seriyalı çıxarışın və Cavabdeh3 adına Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət tərəfindən verilmiş ******* nömrəli, RX seriyalı çıxarışın ləğv edilməsi və əmlaka olan mülkiyyət hüququnun hədiyyə verən İddiaçı2 qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsi baxışında iddiaçılar İddiaçı2 və Mıchaelov Riana cavabdeh qismində «xxxxxxx» MMC-ni də göstərməklə, iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 19-da yerləşən 3 otaqlı, 73 kv.m yaşayış sahəsi olan 53 saylı mənzilə dair Cavabdeh1 ilə hədiyyə verən İddiaçı2 arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət tərəfindən verilmiş ******* nömrəli, RX seriyalı çıxarışın və Cavabdeh3 adına Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət tərəfindən verilmiş ******* nömrəli, RX seriyalı çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 19-da yerləşən 3 otaqlı, 73 kv.m yaşayış sahəsi olan 53 saylı mənzilə dair mülkiyyət hüququnun İddiaçı2 qaytarılması, Cavabdeh3 və Cavabdeh2 ilə cavabdeh “xxxxxxx” MMC arasında sonuncunun eyni ünvanda inşa etdiyi binada 87,21 kv.metr təmirli mənzilin həmin şəxslərin mülkiyyətinə verilməsinə dair xx xxx 2018-ci il tarixli müqavilənin ləğv edilməsi, İddiaçı2 mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 19da yerləşən 3 otaqlı, 73 kv.m yaşayış sahəsi olan 53 saylı mənzilin söküntüsü ilə əlaqədar tikintini aparan cavabdeh “xxxxxxx” MMC ilə İddiaçı2 arasında yeni müqavilə bağlanması və cavabdehlərə verilməsi nəzərdə tutulmuş mənzilin İddiaçı2 verilməsi, Cavabdeh3 və Cavabdeh2 ödənilmiş cəmi 6.000 manat məbləğində pulun həmin şəxslərdən alınıb İddiaçı2 verilməsi və cavabdeh “xxxxxxx” MMC tərəfindən mənzil kirayə haqqı kimi hər ay cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ödənilən 500 manat pulun İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı2 (hədiyyə verən) ilə X5 (hədiyyə alan) arasında imzalanmış və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq edilmiş xx xxxxx 2016-cı il tarixli (reyestrdə 4Ə-740 nömrə ilə qeyd edilmiş) daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 (hədiyyə verən) ilə Cavabdeh2 (hədiyyə alan) arasında imzalanmış və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq edilmiş xx xxxx 2016-cı il tarixli (reyestrdə 4Ə-1376 nömrə ilə qeyd edilmiş) daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi, 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq edilmiş, reyesterdə 4Ə-1376 nömrə ilə qeyd edilmiş, xx xxxx 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışın ləğv edilməsi, Cavabdeh1 (hədiyyə verən) ilə Cavabdeh3 (hədiyyə alan) arasında imzalanmış və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq edilmiş xx xxxx 2016-cı il tarixli (reyestrdə 4Ə-1377 nömrə ilə qeyd edilmiş) daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi, 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq edilmiş, reyesterdə 4Ə-1377 nömrə ilə qeyd edilmiş, xx xxxx 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh3 verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 19 saylı evin 53 saylı mənzilə dair mülkiyyət hüququnun İddiaçı2 geri qaytarılması, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 19 saylı evin 53 saylı mənzilə dair xx xxx 2018-ci il tarixdə “xxxxxxx” MMC ilə Cavabdeh3 arasında bağlanmış müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 19 saylı evin 53 saylı mənzilin söküntüsü ilə əlaqədar “xxxxxxx” MMC ilə İddiaçı2 arasında yeni müqavilənin bağlanması və Cavabdeh3 verilməsi nəzərdə tutulmuş mənzilin (mənzillər) İddiaçı2 verilməsi, cavabdeh “xxxxxxx” MMC tərəfindən mənzil kirayə haqqı kimi hər ay ödənilən 500 manat məbləğində pulun İddiaçı2 ödənilməsi, Cavabdeh3 6.000 manat məbləğində pulun alınaraq İddiaçı2 verilsinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi və prosseual hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Cavabdeh “xxxxxxx” MMC-yə məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxsin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə cavabdeh “xxxxxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2, X10, cavabdehlərin nümayəndəsi və vəkili X2 ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş etdilər. Apellyasiya baxışında İddiaçı2 hüquqi varisi qismində cəlb edilmiş iddiaçı Michaelov Riananın nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatlarıdinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilərək hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi baxışında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, İddiaçı2 tanıyır. İddiaçı2 onun qonşusu olmuşdur. Rimma ona məxsus evi qızına və nəvələrinə bağışlamışdır. Həmin vaxtı Rimma evi ona baxmaq məqsədi ilə bağışlamışdır. Çünki o, yaşlı və xəstə qadındır, daimi qulluğa ehtiyacı var. Lakin qızı və nəvələri Rimmaya baxmamışlar. Birinci instansiya məhkəməsi baxışında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, İddiaçı2 tanıyır. Belə ki, o, Bayıl ərazisində Qurban Abbasov 4 ünvanında kirayədə yaşayır. İddiaçı2 da onunla üzbəüz evdə kirayədə yaşayır. Rimma həmin evdə tək qalır. Onun ehtiyacı olanda qonşular ona kömək edirlər. Birinci instansiya məhkəməsi baxışında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, İddiaçı2 tanıyır. Cavabdehləri isə tanımır. Belə ki, o, Əhmədli ərazisində “Bol market”in yanında qalır. İddiaçı2 da həmin ərazidə təqribən 2 aya yaxın müddətdə qalmışdır. Rimmanı orda yaşayandan tanıyır. Rimma həmin ərazidə yaşayanda heç kim onun yanına gəlib getməmişdir. Rimma ona özünə məxsus evi qızı və nəvələrinə ona baxmaq məqsədi ilə bağışladığını, lakin evi bağışlayandan sonra ona baxmadıqlarını demişdir. İş materiallarında olan notariat işindəki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 19 saylı evin 53 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1768 nömrəli reyestr kitabının 162598 nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan notariat işindəki 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda reyestrdə 4Ə-740 nömrə ilə qeydə alınmış xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 19 saylı evin 53 saylı mənzilini X4 bağışlamışdır. İş materiallarında olan notariat işindəki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 19 saylı evin 53 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 1768 nömrəli reyestr kitabının 162598 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan notariat işindəki 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda reyestrdə 4Ə-1376 nömrə ilə qeydə alınmış xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 19 saylı evin 53 saylı mənzilinin 2 otağını Cavabdeh2 bağışlamışdır. İş materiallarında olan notariat işindəki 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda reyestrdə 4Ə-1377 nömrə ilə qeydə alınmış xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 19 saylı evin 53 saylı mənzilinin 1 otağını Cavabdeh3 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********98 nömrəli məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 19 saylı evin 53 saylı mənzilinin 2 otağı paylı mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1768 nömrəli reyestr kitabının 162598 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********98 nömrəli məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 19 saylı evin 53 saylı mənzilinin 1 otağı paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 1768 nömrəli reyestr kitabının 162598 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan bildirişdən və poçt qəbzindən görünür ki, İddiaçı2 və Mıchaelov Rıana tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bildiriş göndərilərək bağışlanılmış Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 19-da yerləşən 3 otaqlı, 73 kv.m yaşayış sahəsi olan 53 saylı mənzilə dair daşınmaz əmlakın bağışlanması müqavilələrini könüllü qaydada ləğv etdirmək üçün notariat kontoruna gəlmələri təklif edilmişdir. İş materiallarında olan «xxxxxxx» MMC ilə (tikinti şirkəti) Cavabdeh3 (əmlak mülkiyyətçisi) arasında imzalanmış xx xxx 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, tərəflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarının 1.3 maddəsinin tələblərinin və bu müqavilənin icrası ilə əlaqədar olaraq aşağıda göstərilən məzmunda üzərlərinə öhdəliklər götürürlər: 1.1.1. əmlak mülkiyyətçisi bu müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən qeydiyyata alınmış RX seriyalı ******* nömrəli xx.xx.2016-cı il tarixli çıxarış ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən faktiki 72,68 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün «xxxxxxx» MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür; 1.1.2. tikinti şirkəti ünvan 1 ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək inşa etdiyi binada 87,21 kv.m (54,87 kv.m və 32,34 kv.m) təmirli mənzilləri əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürür; 1.2. tikinti şirkəti inşa edəcəyi çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və əmlak mülkiyyətçisini mənzillə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə əmlak mülkiyyətçisinə kompensasiya şəklində aylıq 500 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə 3 ayda bir dəfə ödəyir. Əmlak mülkiyyətçisinin kommunal borcları olduğu halda tikinti şirkəti həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir. İş materiallarında olan «xxxxxxx» MMC-nin xx xxxx 2019-cu il tarixli məktubunun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh3 ilə xx.xx.2018-ci il tarixində razılaşma müqaviləsi bağlanılıb. xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinə qədər 6000 manat kirayə kompensasiyası ödənilib. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qaydada həll edilmişdir. İşin müəyyən olunmuş halları ondan ibarət olmuşdur ki, 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda reyestrdə 4Ə-740 nömrə ilə qeydə alınmış xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə İddiaçı2 ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 19 saylı evin 53 saylı mənzilini qızı X4 bağışlamışdır. Daha sonra 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda reyestrdə 4Ə-1376 nömrə ilə qeydə alınmış xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə X5 ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu,Sahib Zeynalov küçəsi, 19 saylı evin 53 saylı mənzilinin 2 otağını qızı Cavabdeh2 bağışlamışdır. Həmçinin 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda reyestrdə 4Ə-1377 nömrə ilə qeydə alınmış xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə X5 ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 19 saylı evin 53 saylı mənzilinin 1 otağını oğlu Cavabdeh3 bağışlamışdır.«xxxxxxx» MMC ilə (tikinti şirkəti) Cavabdeh3 (əmlak mülkiyyətçisi) arasında xx xxx 2018-ci il tarixli müqavilə imzalanmışdır və həmin müqavilyə əsasən əmlak mülkiyyətçisi bu müqaviləyə əsasən öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən faktiki 72,68 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün «xxxxxxx» MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüş və tikinti şirkəti ünvan 1 ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək inşa etdiyi binada 87,21 kv.m (54,87 kv.m və 32,34 kv.m) təmirli mənzilləri əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilyə əsasən tikinti şirkəti inşa edəcəyi çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və əmlak mülkiyyətçisini mənzillə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə əmlak mülkiyyətçisinə kompensasiya şəklində aylıq 500 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə 3 ayda bir dəfə ödəyir. «xxxxxxx» MMC tərəfindən Cavabdeh3 xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinə qədər 6000 manat kirayə kompensasiyası ödənilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən hesab etmişdir ki, mənzil bağışlandıqdan sonra hədiyyə alan X5 ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə verən - anası (iddiaçı) barəsində üzərinə qoyulmuş vəzifələri yerinə yetirməmişdir, belə ki, iddiaçı hazırda başqa ünvanda kirayə yaşayır, cavabdehlər L.Fərəculayeva, Cavabdeh2, Cavabdeh3 iddiaçının harada yaşaması ilə maraqlanmamış, onun xərclərinə (kirayə haqqı, ərzaq, dərman alınması və s.) kömək etməmiş, yaşlı və xəstə olaraq onun qayğısına qalmamışlar, hazırda iddiaçının bağışladığı mənzil yerləşən ərazidə «xxxxxxx» MMC tərəfindən artıq söküntü işlərinə başlanılmışdır, mənzil yaşayış üçün yararsız və təhlükəlidir, ona görə də iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır, məhkəmə müəyyən edilmiş faktlardan tərəflər arasındakı hüquq münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında bağlanmış bağışlama müqaviləsində həmin müqavilənin şərtlə və yaxud cavabdehin hər hansı öhdəlik götürməsi müqabilində bağlanması barədə hər hansı qeyd olmamış, bu barədə hər hansı əlavə razılaşma olmamışdır. Həmçinin işin müəyyən olunmuş halları ilə cavabdehin ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə verən - anası (iddiaçı) barəsində üzərinə qoyulmuş vəzifələri yerinə yetirməməsi öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf iddianın əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş və bu hallar iş materialları ilə təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Həmin Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 673.1.2-ci maddəsinə əsasən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Həmin Məcəllənin 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Kollegiya iş materiallarınında olan sübutlara eləcə də tərəflərin izahatlarına qiymət verərək, belə qənaətə gəlir ki iddiaçı tərəfindən istinad edilən bu şərtlərdən heç birinin olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasl Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcələnin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iddiaçı tərəf bu barədə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi baxışında ifadə verən şahidlər iddiaçının istinad etdiyi hallar göstərmişlər. Həmçinin, iddiaçının təqdim etdiyi şahidlərin ifadələri detallı deyildir. Eyni zamanda həmin ifadələr işin müəyyən olunmuş halları ilə öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin şahidlərin ifadələrinin iddiaçının istinad etdiyi halların təsdiqinə dair sübut kimi qəbul edilə bilməsi barədə birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəlmişdir. Beləliklə,məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etməmişdir. Göründüyü kimi mübahisələndirilən bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilmədiyindən, iddia tələbi qalan hissələrdə də əsassızdır. Azərbaycan Respublikasl Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkiiş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və “xxxxxxx” MMC-yə qarşı “Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 19-da yerləşən 3 otaqlı, 73 kv.m yaşayış sahəsi olan 53 saylı mənzilə dair Cavabdeh1 ilə hədiyyə verən - İddiaçı2 arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət tərəfindən verilmiş ******* nömrəli, RX seriyalı çıxarışın və Cavabdeh3 adına Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət tərəfindən verilmiş ******* nömrəli, RX seriyalı çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 19-da yerləşən 3 otaqlı, 73 kv.m yaşayış sahəsi olan 53 saylı mənzilə dair mülkiyyət hüququnun İddiaçı2 qaytarılması, Cavabdeh3 və Cavabdeh2 ilə cavabdeh “xxxxxxx” MMC arasında sonuncunun eyni ünvanda inşa etdiyi binada 87,21 kv.metr təmirli mənzilin həmin şəxslərin mülkiyyətinə verilməsinə dair xx xxx 2018-ci il tarixli müqavilənin ləğv edilməsi, İddiaçı2 mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 19-da yerləşən 3 otaqlı, 73 kv.m yaşayış sahəsi olan 53 saylı mənzilin söküntüsü ilə əlaqədar tikintini aparan cavabdeh “xxxxxxx” MMC ilə İddiaçı2 arasında yeni müqavilə bağlanması və cavabdehlərə verilməsi nəzərdə tutulmuş mənzilin İddiaçı2 verilməsi, Cavabdeh3 və Cavabdeh2 ödənilmiş cəmi 6.000 manat məbləğində pulun həmin şəxslərdən alınıb İddiaçı2 verilməsi və cavabdeh “xxxxxxx” MMC tərəfindən mənzil kirayə haqqı kimi hər ay cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ödənilən 500 manat pulun İddiaçı2 ödənilməsi” barədə iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim Etibar Nəbiyev
Məhkəmə qərarları › İş №2(103)-14019/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-14019/2019
09.12.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver