Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1405/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs X11 nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs X6 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4722/2021 saylı, 12 noyabr 2021-ci il tarixli qətnaməsindən üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər “X10” MMCyə, Cavabdeh1nə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Nəsimi rayon İcra şöbəsinə qarşı “hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivində İddiaçı MTK tərəfindən inşa edilmiş “F” binasında yerləşən 515 saylı iki otaqlı təmirli mənzilin satılmasına dair "xxxx"MMC-nin 04 yanvar 2019-cu il tarixli açıq hərracın nəticələrinə dair tərtib etdiyi 006/1 saylı hərracın yekunları barədə protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). X15 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4722/2021 saylı, 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində İddiaçı tərəfindən inşa edilmiş “F” binasında yerləşən 515 saylı iki otaqlı mənzilin satılmasına dair “X10” MMC-nin hərracın yekunları barədə 04.01.2019-cu il tarixli, 006/1 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilmişdir. Üçüncü şəxs N.Nəzərov həmin qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Üçüncü şəxs N.Nəzərov həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, iddiaçının hazırkı iddia tələbini qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti başçısının 27.07.2005-ci il tarixli, 203 №-li sərancamına istinad edir. Həmin sərəncamda isə torpağın İddiaçı MMC-yə ayrılması göstərilib, hazırkı iddiaçı isə İddiaçı MTK-dır və onun İddiaçı MMC-nin hüquqi varisi olması təsdiq olunmur. İkincisi, İddiaçı MMC həmin mənzili 17.06.2008-ci il tarixli müqavilə ilə X3, demək ki, bu əsasa görə də onun mənzil üzərində hüququ yoxdur. Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-795/2012 saylı, 29.10.2012-ci il tarixli hökmünü, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2749/2017 saylı iş materiallarını tələb edərək araşdırmalı olduğu halda bunu etməyib. N.Nəzərov həmin cinayət işindən gec xəbər tutmuşdur, buna görə də zərərçəkən kimi qeydə alınmamışdır. Hesab edir ki, İddiaçı MMC "xxxx" MMC-nin ona vurduğu ziyan üçün cavabdehlik daşıyır. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin N.Nəzərovun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, həmçinin bildirdi ki, iddiaçının hazırkı iddia tələbini qaldırmaq üçün subyektiv hüququ yoxdur, İddiaçı MTK-nın İddiaçı MMC-nin hüquqi varisi olması təsdiq olunmur, eləcə də İddiaçı MMC həmin mənzili 17.06.2008-ci il tarixli müqavilə ilə X3. Həmçinin İddiaçı MMC tərəfindən bütövlükdə 6 ədəd yüksək mərtəbəli yaşayış binalarının Azərbaycan Respublikasının mülkiyyətinə əvəzsiz olaraq təqdim edilməsi barədə razılaşması da var. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, iddiaçının subyektiv hüququnun olmaması barədə şikayətin dəlili əsassızdır. Belə ki, Vergilər Nazirliyi Milli Gəlirlər İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından məlum olur ki, İddiaçı MTK İddiaçı MMC-nin çevrilməsi nəticəsində yaradılmışdır və onun hüquqi varisidir. Bundan başqa, İddiaçı MMC həmin mənzili 17.06.2008-ci il tarixli müqavilə ilə X1, lakin sonra həmin şəxsin müraciəti ilə müqavilə ləğv olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 8(103)-357/2019 saylı, 12.06.2019-cu il tarixli qərardadından da Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivində inşa edilmiş “F” binasındakı iki otaqdan ibarət 515 saylı mənzilin İddiaçı MMC-nin mülkiyyətində olması müəyyən edilir. Eyni zamanda da, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-795/2012 saylı, 29.10.2012-ci il tarixli hökmünə əsasən İddiaçı MMC "xxxx" MMC-nin vurduğu ziyana görə zərər çəkmiş kimi tanınmış, ona vurulan zərərlə bağlı mülki iddiası təmin olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 12 mərtəbəli olan yaşayış binası İddiaçı MMC-nin sərəncamına verilmişdir. Həmçinin iddiaçı tərəfindən bütövlükdə 6 ədəd yüksək mərtəbəli yaşayış binalarının Azərbaycan Respublikasının mülkiyyətinə əvəzsiz olaraq təqdim edilməsi barədə niyyət olmuş, lakin ikinci Vətən Müharibdən sonra həmin məsələ sona çatdırılmamış və rəsmiləşdirilməmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs T.Balayev həmin mənzili 2008-ci ildə İddiaçı MMC-dən aldığını bildirdi, lakin maddi vəziyyətinin pisləşməsinə görə 30.09.2019cu ildə müraciət edərək müqavilənin ləğv edilməsini, ödədiyi 54887 manat məbləğində pulun ona geri qaytarılmasını xahiş etmiş, MMC həmin pulu ona qaytarmışdır, mənzil MMC-yə qaytarılmışdır. Sübutların tədqiqi: Bakı Şəhər İcra Hakimiyyəti başçısının 27.07.2005-ci il tarixli, 203 №-li sərancamından görünür: “Özünəməxsus sahədə yaşayış binasının, ofis, kotec tipli evlərin tikintisi və istehsalat sahələrinin yaradılması haqqında 28.Yaşayış binalarının layihələşdirilməsi haqqında 28. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin 08.04.2005-ci il tarixli, 05 saylı müraciətini nəzərə alaraq, Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivində 1,0 ha torpaq sahəsi yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün həmin MMC-nin icarə əsasında istifadəsinə verilsin. Sifarişçiyə tapşırılsın: Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin. Layihələşdirmənin vaxtı və qaydası üzrə Memarlıq və şəhərsalma baş idarəsinin tapşırığını və inşaat pasportunda nəzərdə tutulan digər şərtləri yerinə yetirsin. Ərazinin və obyektin memarlıq-planlaşdırmasının eskiz həllini layihələşdirmə ərəfəsində Memarlıq və şəhərsalma baş idarəsi ile razılaşdırsın. Layihələşdirmə başa çatdıqdan sonra işçi layihəsini tam həcmdə Baş idarəyə təqdim etsin. Layihə təşkilatı layihə-axtarış işləri apararkən inşaat pasportunda göstərilməmiş mühəndis kommunikasiyaları aşkar etdikdə, Baş plan işlonməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və şəhərsalma baş idarəsi və əlaqədar təşkilatlarla razılaşdırsın. Bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələşdirmə üçün əsasdır. Azərbaycan Respublikası «Torpaq Məcəllesi»nin 66,67 vo 68-ci maddələrinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis" müdiriyyəti torpaq icarə müqaviləsinin bağlanmasını təmin etsin və sifarişçi Bakı Şəhər Torpaq Şöbəsindən torpaq sahəsi üzərində hüququnu təsdiq edən rəsmi sənədləri, dövlət aktını (şəhadətnamə) almalıdır. Layihə sənədləri tam həcmdə Bakı Dövlət Memarlıq və Tikinti Nəzarəti Müfəttişliyində qeydiyyatdan keçdikdən sonra tikinti işlərinə başlanmalıdır. Layihə sənədləri mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lisenziya əsasında məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən işlənməlidir. Ayrılmış torpaq sahəsinin sanitar vəziyyətinə nəzarət, həmin sahənin özbaşına zəbt olunmasının qarşısını almaq üçün tədbirlər görmək rayon icra hakimiyyətinin başçısına tapşırılsın. Yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə, sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin ayrıc aktından görünür ki, İddiaçı MMC-yə Bakı Şəhər İcra Başçısının 12.05.2010-cu il tarixli 174 saylı sərəncamı ilə Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 1.1150 hektar torpaq sahəsi yaşayış binasının tikintisi üçün İddiaçı MMC-yə verilmişdir. Bu barədə ayrıc aktının qeydiyyat kitabında 10/49 sayla qeydiyyata alınmışdır. İstismara hazırlıq barədə 27.11.2018-ci il tarixli, Ö/002322 №-li aktdan görünür ki, İddiaçı MMC-yə məxsus, ünvan 1 ünvanda 1 ədəd, 2 girişli və 4 ədəd 1 girişli 12 mərtəbəli (D,E, G, F, K və H blokları) (D və G bloklarında 3 səviyyəli Zirzəmi və E, F, K və H bloklarında 2 səviyyəli zirzəmi, texniki mərtəbə) yaşayış binaları nın tikintisinə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 27.07.2005-ci il tarixli, 203 nömrəli Sərəncamı ilə icazə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 X4 Ekspertiza Baş İdarəsinin rəyinin nəticə hissəsindən görünür ki, “Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 12 mərtəbəli yaşayış binaları kompleksi” üzrə iş layihəsinin konstruksiya bölməsinə, o cümlədən seysmik normativ tələblərə uyğunluğu hissələrinə bu rəyin 1.1 və 2.1-ci bəndlərində verilən iradlar yerinə yetirilərsə və bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilərsə başqa irad yoxdur. “X10” MMC-nin 04 yanvar 2019-cu il tarixli 006/1 nömrəli hərracın yekunları barədə protokolun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində İddiaçı tərəfindən inşa edilmiş “F” binasında yerləşən 515 saylı iki otaqlı mənzil tam dəyəri 34000 manat qiymətə açıq hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından, əmlak təkrar hərraca ilkin satış qiymətindən 10% endirimlə 30600 manat, 20% endirimlə 27200 manat, 30% endirimlə 23800 manat qiymətə tələbkar X14 təklif edilmiş və müvafiq əmlak qeyd edilən qiymətə tələbkar tərəfindən qəbul edilmişdir; Nəsimi rayon icra və probasiya şöbəsinin “X10” MMC-yə ünvanlanmış 24.09.2018-ci il tarixli, 10775-66498/17-5-7 məktubun məzmunundan görünürki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-206/2014 saylı, 23.01.2014-cü il tarixli icra vərəqəsinə əsasən X15 ilə "X18" MMC arasında bağlanmış 16.07.2007-ci ıl tarixli müqavilə ləğv edilmiş, borclu "X18" MMC-dən X11 Bakı şəhəri Yasamal rayonu. Yeni Yasamal yaşayış massivində inşa ediləcək "F" binasındakı iki otaqdan ibarət olan 515 saylı, ümumi sahəsi 78.41 kv.m olan mənzilə dair ödədiyi 28455 manat, vurulmuş ziyana görə 4260,75 manat, cəmi 32715,75 manat pul, həmçinin 20 manat dövlət rüsumu tutularaq təlobkor X12 xeyrinə ödənilməlidir. Həmin mənzil "Qiymətləndirmə Xidməti Mərəkəzi’ MMC-nin QR-1568 saylı, 13.09.2018-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatına əsasən 34000 (otuz dörd min) manat dəyərində qiymətləndirilmişdir. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 53-cü maddəsini rəhbər tutaraq, göstərilən mənzilin satışını təşkil edib, satışdan əldə olunan məbləğin Nəsimi rayon icra şöbəsinin aşağıda göstərilən depozit hesabına köçürülməsini xahiş etmişdir. “X10” MMC-nin açıq hərracın keçirilməsinə dair 14 noyabr 2018-ci il, 04 dekabr 2018-ci il və 20 dekabr 2018-ci il tarixli bildirişlərin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində İddiaçı tərəfindən inşa edilmiş “F” binasında yerləşən 515 saylı iki otaqlı mənzili 34.000 manat - 10% = 30600 manat, 20% endirimli satış qiyməti 27.200 manat, 30% endirimli qiyməti 23800 manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi müvafiq olaraq 29 noyabr 2018-ci il tarixə saat 11:00-a, 17 dekabr 2018-ci il tarixə saat 11:00-a və 04 yanvar 2019-cu il tarixə saat 11:00-a təyin edilmişdir; İddiaçı MMC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab K.Həsənova ünvanlanmış 08.05.2019-cu il tarixli 18№-li məktubdan görünür ki, Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsi ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanmış 16.05.2018-ci il tarixli birgə fəaliyyət müqaviləsinə müvafiq olaraq, Bakı şəhər İcra Hakimiyyətinin 27.07.2D05- ci il tarixli 203 saylı sərəncamı əsasında Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, 7- ci Altava küçəsində inşa olunmuş yaşayış kompleksindəki 82, 84, 86, 90 və 92 saylı binalar İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tam təmir olunmuş istifadəyə hazır vəziyyətə gətirilmişdir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən binanın istismarına icazə verilmiş və Əmlak Məsələləri Dövlət Komitəsinə müvafiq məlumat göndərilmişdir. O, X13 təsisçisi və sədri olduğu İddiaçı MMC tərəfindən Yasamal rayonu, 7-ci Alatava 82, 84, 86, 90 və 92 ünvanında inşa etdiyimiz yaşayış binalarını (9 ədəd mənzil istisna olmaq şərti ilə: D bloku, mərtəbə -9, 2 otaqlı - 101.2 kv.m.; D bloku , mərtəbə 7, 3 otaqlı - 141.7 kv.m.; K bloku mərtəbə 2, 1 otaqlı - 74.7 kv.m.; K bloku, mərtəbə 5, 2 otaqlı - 103.1 kv.m.; K bloku mansard 14-cü mərtəbə, 2 otaqlı - 67,4 kv.m.; K bloku mansard 14-cü mərtəbə, 2 otaqlı - 81.21 kv.m.; K bloku mansard 14cü mərtəbə, 2 otaqlı - 62.96 kv.m.; H bloku, mərtəbə 11, 2 otaqlı - 103.1 kv.m.; H bloku, 14-cü mərtəbə mansard, 2 otaqlı - 67.4 kv.m), həmçinin qeyri yaşayış sahələri, zirzəmi, binalara aid həyətyanı sahə, su anbarı və digər kommunikasiya xəttləri də daxil olmaqla, bütövlükdə 6 ədəd yüksək mərtəbəli yaşayış binalarını qaçqın və məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikasının mülkiyyətinə əvəzsiz olaraq təqdim edirəm və həmin mənzillərin Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin balansına və ya digər dövlət müəssisəsinin balansına verilməsinə etiraz etmir. X5 02.11.2021-ci il tarixli, 290 №-li rəyinin nəticə hissəsindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş “F” binasında yerləşən, iki otaqlı, müvafiq sənədlər üzrə sahəsi 78,41 kv.metr olan 515 saylı mənzilin bu günki bazar qiyməti ilə təqribi dəyəri 93543,00 manat məbləğində müəyyən edilir. Qeyd: Respublika əmlak bazarlarında mövcud olan tələb və təklifdən asılı olaraq müəyyən edilmiş orta bazar qiymətində qismən dəyişiklik olması istisna edilmir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş “F" binasında yerləşən, iki otaqlı, müvafiq sənədlər üzrə sahəsi 78,41 kv.metr olan 515 saylı mənzilin təmirinə çəkilmiş xərclərin dəyəri təqribən 12829,0 manat məbləğində müəyyən edilir. Mülki iş materiallarında olan Vergilər Nazirliyi Milli Gəlirlər İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından məlum olur ki, İddiaçı MTK İddiaçı MMC-nin çevrilməsi nəticəsində yaradılmışdır və onun hüquqi varisidir (i/v 21-23). “Mənzil Tikintisi Haqqında” 17 iyun 2008-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC X9 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş “F” binasında yerləşən, iki otaqlı, müvafiq sənədlər üzrə sahəsi 78,41 kv.metr olan 515 saylı mənzilin alqı-satqısı barədə müqavilə bağlanmışdır. X6 30 sentyabr 2019-cu il ərizəsindən görünür ki, X9 İddiaçı MMC-yə muraciət edərək aldığı filan mənzilə dair müqavilənin ləğv edilməsi və mənzilə görə ödədiyi həmin məbləğin ona geri qaytarılmasını xahiş etmiş, eyni tarixli digər ərizəyə əsasən mənzilə görə ödədiyi məbləğin ona geri qaytarıldığını bildirmiş və İddiaçı MTK-ya qarşı hər hansı digər tələbinin olmadığını və olmayacağını bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-795/2012 saylı, 29.10.2012-ci il tarixli hökmünə əsasən İddiaçı MMC "xxxx" MMC-nin vurduğu ziyana görə zərər çəkmiş kimi tanınmış, ona vurulan zərərlə bağlı mülki iddiası təmin olunmuş, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivində 12 mərətəbəli olan yaşayış binası İddiaçı MMCnin sərəncamına verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 8(103)-357/2019 saylı, 12.06.2019-cu il tarixli qərardadından görünür ki, qərardadla maraqlarına toxunan İddiaçı MMC-nin şikayətinin təmin edilməsi, Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 fevral 2018-ci il tarixli 8(006)- 23/2018 saylı qərardadının ləğv edilməsi, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivində inşa edilmiş “F” binasındakı iki otaqdan ibarət 515 saylı mənzilin üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardadla qeyd olunan mənzilin "xxxx" MMC-yə aid olmadığı, həmin mənzilin "xxxx" MMC-yə məxsus olduğu qeyd edilmişdir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini üçüncü şəxs N.Nəzərovun apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin İddiaçı MTK-nın İddiaçı MMC-nin hüquqi varisi olmasının təsdiq olunmaması və müvafiq olaraq da onun hazırkı iddia tələbi ilə bağlı subyektiv hüququ olmaması barədə dəlili üzrə qeyd edir ki, mülki iş materiallarında olan Vergilər Nazirliyi Milli Gəlirlər İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışla müəyyən olunur ki, İddiaçı MTK İddiaçı MMC-nin çevrilməsi nəticəsində yaradılmışdır və onun hüquqi varisidir (i/v 21). Kollegiya üçüncü şəxsin İddiaçı MMC həmin mənzili 17.06.2008-ci il tarixli müqavilə ilə X2 barədə dəlilinə münaibətdə bildirir ki, məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs T.Balayev həmin mənzili 2008-ci ildə İddiaçı MMC-dən aldığını bildirdi, lakin maddi vəziyyətinin pisləşməsinə görə 30.09.2019-cu ildə müraciət edərək müqavilənin ləğv edilməsini, ödədiyi 54887 manat məbləğində pulun ona geri qaytarılmasını xahiş etmiş, MMC həmin pulu ona qaytarmış, o da mənzili MTK-ya geri qaytarmışdır. Həmçinin bununla bağlı müqavilə və ərizələrin əslini təqdim etmişdir. Rayon məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mənzilin mülkiyyətçisi İddiaçı olduğu halda, mənzil hərraca çıxarılarkən əmlakın sahibi kimi “X22” MMC göstərilmişdir. Mənzilin İddiaçınə məxsus olması Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin ayrıc aktı və 27.11.2018-ci il tarixli, Ö/002322 №-li İstismara hazırlıq Aktı ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, əmlakın əsl sahibi İddiaçı MTK-nın əmlak hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, satılmış əmlak iddiaçının mülkiyyətində olmuşdur. Kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi MK-nın 8(103)-357/2019 saylı, 12.06.2019-cu il tarixli qərardadından görünür ki, qərardadla maraqlarına toxunulan İddiaçı MMC-nin şikayəti təmin edilmiş, Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 fevral 2018-ci il tarixli 8(006)- 23/2018 saylı qərardadı ləğv edilmiş, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivində inşa edilmiş “F” binasındakı iki otaqdan ibarət 515 saylı mənzilin üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməmişdir. Həmin qərardadda göstərilir ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında 30.10.2006-cı il tarixdə birgə təsərrüfat fəaliyyəti haqqında müqavilə bağlamış, həmin müqavilənin 2.1.5ci bəndinə əsasən, "xxxx" MMC mənzil satışına dair vətəndaşlarla müqavilə bağlamaq səlahiyyəti olmamışdır. Belə müqavilə bağlanacağı təqdirdə "xxxx" MMC-nin özünəməxus əmlakla məsuliyyət daşıyacağı müqavilədə birmənalı öz əksini tapmışdır. İddiaçı MMC tərəfindən təqdim olunmuş sənədlərə əsasən mənzil İddiaçı MMC-yə məxsus olmuşdur. Üçüncü şəx həmçinin qeyd etmişdir ki, İddiaçı MMC tərəfindən bütövlükdə 6 ədəd yüksək mərtəbəli yaşayış binalarının Azərbaycan Respublikasının mülkiyyətinə əvəzsiz olaraq təqdim edilməsi barədə razılaşması ilə bağlı bildirir ki, və həmin mənzillərin Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin balansına və ya digər dövlət müəssisəsinin balansına verilməsinə etiraz etmir. Kollegiya qeyd edir ki, həmin məsələ apellyasiya şiikayətində qeyd olunmamış, lakin apellyatorun vəkili məhkəmə iclasında bu halı göstərmişdir, bununla bağlı iddiaçının nümayəndəsi məhkəmə iclasında ilkin mərhələdə belə bir razılığın olmasını təsdiq etmiş və bildirdi ki, Vətən müharibdən sonra həmin məsələ sona çatdırılmamış qalmış və son rəsmiləşdirmə həyata keçirilməmişdir. Dolayısı ilə həmin tikililər indi də MTK-ın sahiblik və sərəncamında qalmışdır və ona məxsusdur. Beləliklə də Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırmalarla müəyyən olunur ki, iddiaçının subyektiv hüquqa malik olmaması barədə üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassızdır və İddiaçı MTK-ya məxsus olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivində İddiaçı MTK tərəfindən inşa edilmiş “F” binasında yerləşən 515 saylı iki otaqlı təmirli mənzilin üçüncü şəxs N.Nəzərovun borclusu olan "xxxx" MMC-yə məxsus əmlak kimi açıq hərracın keçrilməsi barədə icra məmurunun sifarişi, müvafiq olaraq da mənzilin satılmasına dair "xxxx" MMC tərəfindən 04 yanvar 2019-cu il tarixli açıq hərracın keçirilməsi aşkar qanunsuz olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.1-337.4). Mülki Məcəllənin 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəlllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məcəllənin 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Yuxarıda qeyd edilənlərə əsasən, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, rayon məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş üçüncü şəxsin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4722/2021 saylı, 12 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu üçüncü şəxsin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1405/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1405/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver