Məhkəmə qərarları › İş №2(103)-14068/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-14068/2019

27.11.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-14068/2019 27.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, X3 və X5 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İlk iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, İlk iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərin öz əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzilin təhvil verilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçı qarşı “mənzilin təmirinə çəkilmiş xərcin və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qəbul etdiyi 2(005)-190/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə xx xxxxxx 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərin öz əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 (azyaşlı olan qızı X7 ilə birlikdə), Cavabdeh2 Mirzə oğlu və Cavabdeh3 özlərinə məxsus əşyaları ilə birlikdə ona məxsus olan ünvan 1 ünvanında “xxxxxxxxx” MTK tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 178.4 kv.m. sahəsi olan 84 (əvvəlki nömrəsi 78) saylı mənzildən çıxarılmaları və ona məxsus olan ünvan 1 ünvanında “xxxxxxxxx” MTK tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 178.4 kv.m. sahəsi olan 84 (əvvəlki nömrəsi 78) saylı mənzilin təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı «mənzilin təmirinə çəkilmiş xərcin və mənəvi zərərin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 “xxxxxxxxx” MTK tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 178.4 kv.m. sahəsi olan 84 (əvvəlki nömrəsi 78) nömrəli mənzilə çəkdiyi zərərin əvəzi olaraq 100000 manatın, mənəvi zərərin əvəzi olaraq 40.000 manatın, qarşılıqlı iddia tələbinin qaldırılması üçün tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-190/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 (azyaşlı olan qızı X7 ilə birlikdə), Cavabdeh2 Mirzə oğlunun və Cavabdeh3 özlərinə məxsus əşyaları ilə birlikdə iddiaçıya məxsus olan ünvan 1 ünvanında “xxxxxxxxx” MTK tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 178.4 kv.m. sahəsi olan 84 (əvvəlki nömrəsi 78) saylı mənzildən çıxarılmaları, ünvan 1 ünvanında “xxxxxxxxx” MTK tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 178.4 kv.m. sahəsi olan 84 (əvvəlki nömrəsi 78) saylı mənzilin İddiaçı təhvil verilməsi və Cavabdeh1 İddiaçı qarşı mənzilin təmirinə çəkilmiş xərcin və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə Cavabdeh1 apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İlk iddia üzrə Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi ilə razı deyildir. Belə ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, o, qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 21 nömrəli evin 78 saylı mənzilini Maraqlı şəxs xx xxx 2013-cü il tarixdə «xxxxxxxxx” MTK İlə müqavilə bağlayaraq almış, mənzilin dəyəri həyat yoldaşı Maraqlı şəxs tərəfindən ödənilsə də, həmin mənzilin təmirini tam olaraq o etdirmişdir. Lakin məhkəmə həmin mənzilin onun tərəfindən təmir edilməsini araşdırmamış, öz qətnaməsində mübahisəli mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə dair xx xxxxxx 2015-ci il tarixli müqavilədə mənzilin təmirsiz olmasına heç bir hüquqi qiymət verməmiş, 178.4 kv.m ümumi sahəsi olan təmirli mənzilin 50.000 ABŞ dollarına satılmasının əsasız olmasına dair qarşılıqlı iddia tələbinin dəlillərini araşdırmamışdır. Məhkəmə həmçinin qətnamədə qeyd etmişdir ki, qanuni quvvəsini almış məhkəmə qətnaməsindən görünür ki, Maraqlı şəxs həmin mənzilə köçərkən mənzili o, MTK-nın razılığı ilə təmir etdirmişdir. Məhkəmə bu ifadəni əsas götürərək mənzilin onun tərəfindən təmir edilməməsi qənaətinə gəlmişdir. Lakin, hamıya məlumdur ki, MTK-larda mənzillər təmir edilərkən adətən MTK-nın razılığı tələb olunur. Bu razılığı da onun fakitiki həyat yoldaşı almışdır. Lakin, mənzilin təmir xərclərini özü ödəmişdir. Məhkəmə qeyd olunan mənzilin nə vaxt təmir edilməsini araşdırmamışdır. Əgər təmirin vaxtı müəyyən edilsə idi, mənzilin məhz onun tərəfindən təmir edildiyi öz təsdiqini tapacaq idi. Bunun üçün də iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməli və ekspert bu suala cavab verməli idi. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Lakin ekspertin vəsatətinə əsasən lazimi sənədlərin təqdim edilməməsi səbəbindən ekspert mülki iş materiallarını geri qaytarmışdır. Belə ki, 178.4 kv.m. ümumi sahəsi olan təmirli mənzil 50000 ABŞ dollarına necə satıla bilər. Ona görə də, məhkəmə tərəfindən mənzilin təmirli və ya təmirsiz vəziyyətdə satılması halları araşdırılmalı idi. “xxxxxxxxx” MTK 3-cü şəxs qismində prosesə cəlb edilmiş və MTK-nın nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdi ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi,21 nömrəli evin 78 nömrəli mənzilin ödənişini Maraqlı şəxs etsə də, mənzl onun tərəfindən təmir edilmiş, bütün kommunal xərclər onun tərəfindən ödənilmişdir. Göründüyu kimi, məhkəmə tərəfindən qarşılıqlı iddia rədd edilərkən MTK-nın nümayəndəsinin izahatına da hüquqi qiymət verilməmişdir. Eyni zamanda ilk iddia üzrə Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və ilk iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İlk iddia üzrə Cavabdeh3 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosesual hüquq normalarının pozulması iə qəbul edildiyindən ləğv edilməlidir və ilkin iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə həmin mənzilin Cavabdeh1 tərəfindən təmir edilməsini araşdırmamış, öz qətnaməsində mübahisəli mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə dair xx xxxxxx 2015ci il tarixli müqavilədə mənzilin təmirsiz olmasına heç bir hüquqi qiymət verməmiş, 178.4 kv.m. ümumi sahəsi olan təmirli mənzilin 50.000 ABŞ dollarına satılmasının əsassız olmasına dair qarşılıqlı iddia tələbinin dəlillərini araşdırmamışdır. Bundan başqa məhkəmə tərəfindən qeyd olunan mənzilin nə vaxt təmir edilməsi araşdırılmamışdır. Əgər təmirin vaxtı müəyyən edilsə idi, mənzilin məhz Cavabdeh1 tərəfindən təmir edilməsi öz təsdiqini tapacaq idi. Bunun üçün də iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməli və ekspert qarşısında evin nə vaxt təmir edilməsi barədə sualı qoyulmalı idi. Hər iki apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2019-cu il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İşdə iştirak edən şəxslər hazırki işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili X4 hər iki apellyasiya şikayətini müdafiə edərək və izahat verərək bildirmişdi ki, Cavabdeh1 mənzili alan şəxsdir. Mənzil onun yoldaşının adına alınmışdır. Mənzilin dəyəri 400000 manat olmuşdur. Ancaq mənzil 50000 manata satılmışdır. Aralarında borc münasibətləri olmuşdur. Mənzil 2013-cü ildə alınmış, lakin Cavabdeh1 yoldaşının borcu olduğundan mənzili satmışdır. Bununla bağlı ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili apellyasiya şikayətlərinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etdi. İlk iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Azər oğlu hər iki apellyasiya şikayətini qəbul etməyərək izahatlarında bildirmişdilər ki, müqavilənin etibarsızlığı ilə bağlı mülki işə Azərbaycan Respublikası Ali məhkəməsində baxılmışdır. Maraqlı şəxs mənzildən çıxarılmış, lakin rəsmi nikahda olmadıqlarından ailə üzvləri çıxarılmamışdır. Mənzil təmirli vəziyyətdə 150000 ABŞ dolları məbləğinə alınmışdır. 100000 ABŞ dolları kredit ödənilmiş, 50000 ABŞ dolları isə əlavə alınmışdır. Təmir işləri Maraqlı şəxs tərəfindən aparılmış, müqavilə onunla bağlanaraq mənzil alınmışdır. Bununla bağlı ilk iddia üzrə iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətlərinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, hər iki apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdi ki, mübahisəli mənzil xx.xx.2018-ci il tarixli müqavilə əsasında İddiaçı məxsusdur. Qeyd olunan mənzildə halhazırda Maraqlı şəxs, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və X7 qeydiyyatsız olaraq yaşayırlar. xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, «xxxxxxxxx» MTK Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 21 ünvanında inşa ediləcək yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 178.4 kv.m. sahəsi olan 78 saylı mənzilin pay kimi İddiaçı verilməsini, payçı İddiaçı isə qeyd olunan mənzilin hər kv.m. üçün 280 ABŞ dolları olmaqla, cəmi 50.000 ABŞ dolları məbləğində ödəniş etməyi öhdələrinə götürmüşlər. xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, mənzilinin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2062/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Maraqlı şəxs qarşı «mənzildən çıxarma və kirayə haqqının tutulması» tələbinə dair ilk iddiası təmin edilməmiş, Maraqlı şəxs İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası isə təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 21 nömrəli evin 78 nömrəli mənzilinə dair «xxxxxxxxx» MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6986/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2062/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, ilk iddia qismən təmin edilmiş, ilk iddia üzrə cavabdeh Maraqlı şəxs və mənzildə olan ev əşyalarının ünvan 1 ünvanında yerləşən 78 saylı mənzildən çıxarılması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Maraqlı şəxs cavabdehlər İddiaçı və «xxxxxxxxx» MTK-ya qarşı ünvan 1 ünvanında yerləşən 78 saylı mənzilinə dair İddiaçı adına bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin etibarsız sayılması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4067/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6986/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmişdi ki, mənzilə dair Maraqlı şəxs hər hansı hüququ qalmadığı halda onun hazırda mənzildə yaşamaqda davam etməsi İddiaçı həmin mənzilə dair əldə etdiyi sahiblik və istifadə hüquqlarının məhdudlaşdırlması ilə nəticələnir ki, bu da qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Həmçinin sözügedən qətnamədən görünür ki, iddiaçı mənzildən cavabdeh Maraqlı şəxs, onun ailə üzvlərinin, digər şəxslərin və ev əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, tələbində cavabdehin ailə üzvləri və digər şəxslərin kimliyi bilinmədiyindən iddia bu hissədə təmin edilməmişdir. Məhkəmə tərəfindən eyni zamanda müəyyən olunmuşudu ki, mübahisəli mənzildə Cavabdeh1 (azyaşlı olan qızı X7 ilə birlikdə), Cavabdeh2 Mirzə oğlu və Cavabdeh3 heç bir hüquqi əsas olmadan yaşayırlar. Cavabdeh1 2013-cü il tarixdən Maraqlı şəxs ilə nikahları rəsmiləşdirilməmiş, faktiki nikah münasibətlərindən bir övladları vardır. Hazırki iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər mübahisəli mənzildə heç bir hüquqi əsasları olmadan yaşadıqları üçün onların həmin yaşayış sahəsindən çıxarılmasına dair iddiaçının iddia tələbi əsaslıdır. Məhkəmə bu nəticəyə gələrkən həmçinin yuxarıda qeyd olunan Maraqlı şəxs əşyaları ilə həmin mənzildən çıxarılmasına dair qanuni qüvvəsini almış apellyasiya instansiya məhkəməsinin qətnaməsinin mövcudluğunu və sözügedən qərarın artıq icra olunmasını da nəzərə almışdır. Hazırki ilk iddia üzrə iddiaçının mübahisəli mənzil üzərində tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilməməsi və bu hüquqdan istifadə imkanının məhdudlaşdırılması cavabdehlərin həmin mənzildə hüquqi əsasları olmadan yaşamaqda davam etməsi ilə bağlıdır. Halbuki Azərbaycan Respublikası MM-nin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa mənaelər əşyanı götürmədən və ondan məhrum edilmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının ilk iddia tələbini təmin etməklə bağlı düzgün nəticəyə gəlmişdir. Qarşılıqlı iddia tələbinə gəldikdə isə birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlərin mənzilə 100000 manat məbləğində xərc çəkilməsinə dair dəlilləri əsassızdır. Belə ki, qarşılıqlı iddia tələbində göstərildiyi kimi, Cavabdeh1 2013-cü il tarixdən X8 ilə nikahsız olaraq mübahisəli mənzildə yaşayır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən Maraqlı şəxs həmin mənzilə köçərkən mənzili o, MTK-nin razılığı ilə təmir etdirmişdir. Bu hal qeyd olunan qətnamədən göründüyü kimi, şahid qismində ifadə vermiş MTK-da komendant işləmiş şəxsin- X1 ifadəsində də əks edilmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, mübahisəli mənzilin Cavabdeh1 Cərbrayıl qızı tərəfindən təmir etdirilməsi işin araşdırılmış halları ilə öz təsdiqini tapmır. Odur ki, hazırki işdə qarşılıqlı iddia üzrə iddiaçı olan Cavabdeh1 “mənzilin təmirinə çəkilmiş xərcin ödənilməsi” barədə tələbinə münasibətdə sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş, başqa sözlə, mənzilin təmiri xərcinin məhz onun tərəfindən çəkilməsi barədə hər hansı mötəbər sübutü nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (maddə 14.2, 217.4 və 218.3). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). O ki qaldı qarşılıqlı iddia üzrə iddiaçının “mənəvi ziyan”la bağlı tələbinə, qeyd olunmalıdır ki, həmin tələb əsas iddia tələbinə əlavə tələb olduğundan və əsas iddia tələbinin təmin olunmaması səbəbindən həmin əlavə tələbin də təmin olunması qeyrimümkündür. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə təmin olunmaması barədə düzgün nəticəyə gəlmişdir. Hər iki apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər qarşılıqlı iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etdiyindən və bu dəlillərə qətnamənin əsaslandırıcı hissəsində qiymət verildiyindən bu barədə əlavə apellyasiya araşdırılmasına zərurət qalmamışdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə iddiaçının “iş üzrə tikinti-texniki ekspertizasının keçirilməsi” və “iş üzrə icraatın dayandırılması” barədə vəsatətlərinə münasibətdə qeyd edir ki, işə birinci instansiya qaydasında baxılarkən təyin edilmiş tikintitexniki ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 24364 nömrəli məlumat məktubu ilə bildirilmişdi ki, ekspertiza qarşısında qoyulmuş sualların həlli məqsədilə tədqiq olunan mənzilə baxış keçirilməsi təşkil olunmaqla, mənzilə dair texniki pasportun və ya plansxemin, eləcə də təmir işlərinə dair smeta sənədlərinin Mərkəzə təqdim edilməsi zəruri olduğundan bu barədə vəsatət göndərilsə də, mənzilə baxış keçirilməsinə baxmayaraq vəsatətdə qeyd olunan sənədlər Mərkəzə təqdim olunmamış və buna görə də tədqiqatın aparılması mümkün olmamışdır. Bununla bağlı apellyasiya baxışı zamanı qeyd olunan hallar aradan qalxmadığı üçün iş üzrə tikinti-texniki ekspertizasının keçirilməsi barədə verilmiş vəsatət təmin olunmamışdır. Digər- “iş üzrə icraatın dayandırılması” barədə vəsatətin təmin olunmamasına səbəb isə hazırki iş üzrə icraatın dayandırılması üçün əsas gətirilmiş mülki işin bu işə aidiyyatının olmadığı, yəni həmin– “müqavilənin və maliyyə arayışının ləğvi” ilə bağlı iddianın müqavilə tərəfi olmayan şəxs tərəfindən verildiyi üçün onun təmin olunması ehtimalının olmaması və buna görə də hazırki işin qeyd olunan digər mülki işdən hər hansı asılılığının müəyyən olunmadığı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyantların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-190/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hər iki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apelyantlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər İsmayıl Xəlilov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar