Məhkəmə qərarları › İş №2(103)-1408/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1408/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1408/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: qeyri-yaşayış sahəsinin təhvil verilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1, Qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-751/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsindən qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış mənzil tikintisi haqqında 27 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, tərəflər öz arasında ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasında payçı kimi müqavilə imzalanmışlar. Müqavilənin əsas predimeti ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasında ümumi sahəsi 400 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsidir. İlk olaraq həmin tarixdə müqaviləyə uyğun olaraq İddiaçı tərəfiindən 400 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin hər 1 kv.m üçün 2200 manat olmaqla, 880.000 manat məbləğində ödəniş edilmiş və bununla bağlı ona Cavabdeh MMC tərəfindən xx.xx.2018-ci il tarixli maliyyə arayışı verilməklə qeyri-yaşayış sahəsinin pay dəyəri tam ödənilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlikləri yerinə yetirilmiş, cavabdeh isə icraçı olaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.

2. İş materiallarında olan, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 27 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən "xxxx" Cavabdeh MMC ünvan 1 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 1-3-cü blokunda 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 400 kv.metr olan qeyriyaşayış sahəsini “payçı” İddiaçı verilməsi öhdəliyini üzrərinə götürmüşdür. Həmin müqavilənin şərtlərinə əsasən qeyri-yaşayış sahəsinin 1 kv.m. üçün qiyməti 2200 manat olmaqla, ümumi dəyəri 880.000 manat təşkil edir.

3. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru T.A.Səlimov tərəfindən verilmiş 27 saylı, xx.xx.2018-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi sahəsi 400 kv.metr olan qeyri-yaşayış sahəsinin dəyərini tam şəkildə ödəmişdir. Həmin sahəyə görə borcu qalmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 27 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 400 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixində mənzil tikintisi haqqında bağlanmış 27 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasında payçı kimi müqavilə imzalanmışdır. Müqavilənin əsas predimeti ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasında ümumi sahəsi 400 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsidir. İlk olaraq həmin tarixdə müqaviləyə uyğun olaraq 400 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin hər 1 kv.metrrəsi üçün 2200 manat olmaqla 880.000 manat məbləğində ödəniş edilmiş və bununla bağlı ona Cavabdeh MMC tərəfindən xx.xx.2018-ci il tarixli maliyyə arayışı verilməklə qeyri-yaşayış sahəsinin pay dəyəri tam ödənilmişdir. Onun tərəfindən müqavilə üzrə öhdəlikləri yerinə yetirilmiş, cavabdeh isə icraçı olaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Belə ki, qeyd olunan müqavilənin 1.2-ci bəndinə görə "xxxx" öhdəsinə götürür: a) tikintinin xarici təxribatı və daxili arakəsmələr; b) giriş dəmir seyf qapısının qoyulması; c) mənzillərə elektrik enerjisi, qaz, su, kanalzasiya xətlərinin çəkilməsi, divarların suvaq edilməsi, pəncərələrin qoyulması və şüşələnməsi. Həmçinin, qeyd olunan müqavilənin 1.3-cü bəndinə görə, “payçı” öhdəsinə götürür: müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə ödəməyi öhdəsinə götürür, mümkün olmadıqda müqavilə ləğv olunur və “payçı”-nın pulu başqa payçı ilə əvəzləşəndən sonra geri qaytarılır; b) ödəmələr qarşılıqlı razılaşma əsasında həll edilir; c) tikinti müddətində təhvil verilir. Lakin, MTK binanın tikintisini müqavilədə göstərilən müddətdə başa çatdırsada, tərəfindən müqavilə şərtləri qeyd-şərtsiz icra olunsa da, cavabdehin məsuliyyətsiz davranışından, heç bir səbəb göstərilmədən binanı tikib başa çatdırılmasına baxmayaraq, təhvil-təslim verməməsi onun hislərini tar-mar etmişdir. MTK tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə dəfələrlə müraciəti nəticəsiz qalmışdır. Axırıncı dəfə yenə məsələyə aydınlıq gətirmək üçün qeyri-yaşayış sahəsinin təhvil verilməsini tələb etsə də, MTK rəhbərliyi onu qəbul etməmiş, müqavilə öhdəliyini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmışdır.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(004)-751/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev), iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04 iyul 2018-ci il tarixli 27 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 400 kv. metrdən ibarət olan qeyriyaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh MMC İddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçının pay dəyərini tam ödədiyi qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, İddiaçı Cavabdeh MMC ilə aralarında bağlanmış müqavilə üzrə müəyyən edilmiş məbləği tam şəkildə ödəməklə mübahisəli qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququ əldə etmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İV hissəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 5.3, 16.1, 152.2, 152.3, 157.4, 157.8, 178.8, 385.1, 399.1, 425.1, 442, 448.1, 560.1, 560.2, 752.1, 752.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

9. Qətnamədən qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri:

10. Qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.

11. Qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs apelyasiya şikayətində göstərilmişdir ki, xx.xx.2006-ci il tarixli müqavilələr əsasında ünvan 2 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsidə 140.5 kv.m, 2-ci blokun 1-ci mərtəbəsində yerləşən 164.5 kv.m və 3-cü blokunun 1-ci mərtəbəsidə 118.3 kv.m sahələrdən ibarət qeyri-yaşayış obyektləri binanın sahibi olmuş X2 almış, həmin müqavilə üzrə nəzərdə tutulmuş qeyri yaşayış sahələrinin dəyəri tərəfindən tam şəkildə ödənilmiş və ona təhvil verilmiş, qeyriyaşayış sahələri tərəfindən təmir olunmuş, həmin vaxtdan onun sahibliyində və istifadəsindədir. İddiaçıla Cavabdeh MMC arasında “qeyri-yaşayış sahəsinə dair xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmışdır. Cavabdeh MMC-nin ünvan 2 ünvanında yerləşən binaya dair heç bir hüququ olmamış, bina "xxxx" MTK tərəfindən idarə olunur. Birinci İnstansiya Məhkəməsi tərəfindən iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04 iyul 2018-ci il tarixli 27 saylı müqavilənin etibarlı olub-olmaması araşdırılmamışdır. Cavabdeh MMC-nin direktoru Telman Səlimov binanın sahibi Şakir Hüseynovun həbsdə olmasından sui-istifadə edərək MMC yaratmaqla, ünvan 2 ünvanında yerləşən binadan müxtəlif şəxslərə mənzil satdığı üçün Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə məhkum edilmişdir. Məhkəmə araşdırmamışdır ki, sözügedən bina Telman tərəfindən tikilməyib və onun bu bina ilə heç bir hüquqi bağlılığı yoxdur. Cavabdeh MMC binada heç bir tikinti işləri aparmamışdır. Binanın tikintisi barədə Cavabdeh MMC-yə aid heç bir sənəd mövcut deyil. b) Apelyasiya şikayətlərinə qarşı etirazın dəlilləri:

12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı:

13. Əvvəlki məhkəmə iclasında iştirak edən qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs və onun nümayəndəsi və vəkili Nümayəndə verilmiş apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.

14. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz edərək, təmin edilməməsini xahiş etdi.

15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.

16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Qətnamədən qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası

19. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

21. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

22. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

23. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

24. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

26. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

27. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur..

30. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

31. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

33. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

34. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

35. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

36. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

43. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

44. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası tərəflərin çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh MMC ilə aralarında bağlanmış müqavilə üzrə müəyyən edilmiş məbləği tam şəkildə ödəməklə mübahisəli qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququ əldə etdiyini, İddiaçı müqavilə üzrə razılaşdırılmış məbləği vaxtında ödəsə də, Cavabdeh MMC-nin iddiaçı qarşısında götürdüyü öhdəliyi yerinə yetirməyərək, müqavilə üzrə ünvan 1 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 400 kv.metr olan qeyri-yaşayış sahəsini iddiaçıya təhvil vermədiyini nəzərə alıb, hesab etmişdir ki, iddiaçı pay dəyərini tam ödədiyi qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini cavabdehdən tələb etməkdə haqlıdır.

49. Qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs qətnamədən verdiyi apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmiş və apelyasiya şikayətini belə əsaslandırmışdir ki, ünvan 2 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsidə 140.5 kv.m, 2-ci blokun 1-ci mərtəbəsində yerləşən 164.5 kv.m və 3-cü blokunun 1-ci mərtəbəsidə 118.3 kv.m sahələrdən ibarət qeyri-yaşayış obyektləri binanın sahibi olmuş X2 xx.xx.2006-ci il tarixli müqavilələr əsasında almış, dəyəri tərəfindən tam şəkildə ödənilmiş və ona təhvil verilmiş, qeyri-yaşayış sahələri tərəfindən təmir olunmuş, həmin vaxtdan onun sahibliyində və istifadəsindədir. Cavabdeh MMC-nin ünvan 2 ünvanında yerləşən binaya dair heç bir hüququ olmamış, bina "xxxx" MTK tərəfindən idarə olunur. Məhkəmə iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04 iyul 2018-ci il tarixli 27 saylı müqavilənin etibarlı olub-olmamasını araşdırmamışdır. Məhkəmə araşdırmamışdır ki, sözügedən bina Telman tərəfindən tikilməyib və onun bu bina ilə heç bir hüquqi bağlılığı yoxdur. Cavabdeh MMC binada heç bir tikinti işləri aparmamışdır. Binanın tikintisi barədə Cavabdeh MMC-yə aid heç bir sənəd mövcut deyil.

50. Məhkəmə kollegiyası qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs apelyasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli yoxlayıb, maddi hüquq normalarının tələblərinə uyğun qiymətləndirib hesab edir ki, apelyasiya şikayətinin həmin dəlilləri əsassızdır. Belə ki, qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs şikayətdə qeyd etdiyi hallarla bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim edilməmişdir.

51. Belə ki, İddiaçıla Cavabdeh MMC arasında bağlanmış 27 saylı, xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC ünvan 1 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 1-3-cü blokunda 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 400 kv.m olan qeyri-yaşayış sahəsini “payçı” İddiaçı verilməsi öhdəliyini üzrərinə götürmüşdür. Həmin müqavilənin şərtlərinə əsasən qeyri-yaşayış sahəsinin 1 kv.m. üçün qiyməti 2200 manat olmaqla, ümumi dəyəri 880.000 manat təşkil edir. 27 saylı, xx.xx.2018-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı qeyri-yaşayış sahəsinin dəyərini tam şəkildə ödəmiş, həmin sahəyə görə borcu qalmamışdır.

52. Məhkəmə kollegiyası qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs apelyasiya şikayətinin ünvan 2 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsidə 140.5 kv.m, 2-ci blokun 1-ci mərtəbəsində yerləşən 164.5 kv.m və 3-cü blokunun 1-ci mərtəbəsidə 118.3 kv.m sahələrdən ibarət qeyri-yaşayış obyektlərini binanın sahibi olmuş X2 xx.xx.2006-ci il tarixli müqavilələr əsasında alması barədə dəlilinə qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, Maraqlı şəxs qeyd etdiyi müqavilələrdə göstərtiyi qeyri-yaşayış obyektlərini "xxxx" MTK ilə bağladığı müqavilələrlə əldə etmişdir. Lakin, hazırki iş üzrə iddiaçı mübahisələndirilən qeyri-yaşayış sahəsini Cavabdeh MMC ilə bağlanmış müqavilə üzrə əldə etmiş və hazırda iddiaçının qeyri-yaşayış sahəsini əldə etməsi barədə müqavilə qüvvədədir, ləğv və ya etibarsız hesab olunmamışdır. İşin materiallarında olan Azərbaycan Respublikasə İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin internet vergi idarəsindən (Cild 1, İ.v-12) verilən çıxarışdan görünür ki, Cavabdeh MMC hüquqi şəxs kimi vergi orqanında qeydiyyatdadır.

53. Həmçinin iş materiallarından müəyyən olunur ki, iddiaçının iddia tələbinə əvvəl qiyabi icraat qaydasında baxılmış, həmin qiyabi qətnamədən Cavabdeh MMC-nin direktoru tərəfindən verilmiş şikayət əsasında qiyabi qətnamə ləğv edilmiş, iddia tələbi üzrə mübahisəyə iddia icraatı qaydasında mahiyyəti üzrə yenidən baxılmış, həmin iş üzrə cavabdeh olan Cavabdeh MMC-nin direktorunun iddia tələbinin rədd edilməsi barədə göstərdiyi dəlillər əsaslı hesab edilməmişdir.

54. İşin qeyd edilən halları iş üzrə Cavabdeh MMC-nin cavabdehlik daşımasını təsdiq edir.

55. Buna görə də məhkəmə kollegiyası qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs Cavabdeh MMC-nin iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsinə aidiyyətinin olmaması, orada cavabdehin hər-hansı bir tikinti işləri aparmaması barədə göstərdiklərini əsasız hesab edir və eyni zamanda qeyd edir ki, qətnamə maraqlarına toxunan şəxsin iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin ona məxsus qeyri-yaşayış sahəsi ilə eyni olması barədə dəlillərini də əsaslı saymır və bu barədə təsdiqedici sübutlar qətnamə maraqlarına toxunan şəxs tərəfindən təqdim edilməmişdir.

56. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

57. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apelyasiya şikayətində qeyd edilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilmədiyindən, məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir.

58. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-751/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar