Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1409/2022 07.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-2195/2021 saylı, 22.09.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh2 kompensasiya verilməklə, digər cavabdehə kompensasiya verilmədən onların mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsini, cavabdehlərin azyaşlı uşaqları – 02.09.2009-cu il təvəllüdlü X2 və 24.11.2010-cu il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən 28 saylı evin 68 saylı mənzilindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir). Suraxanı Rayon Məhkəməsinin 2(010)-2195/2021 saylı, 22.09.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna İddiaçı tərəfindən ona 3000 (üç min) manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və onun, həmin mənzildən çıxarılması, Cavabdeh1 və uşaqlarının ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, iddia təəbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil ərizə ilə müraciət edərək bildirdi ki, iddiaçı ona şəhid anası kimi 29.12.2020-ci il tarixdə verilmiş ünvan 2 ünvanında üçotaqlı, 3 nömrəli mənzildə cavabdehlərin məskunlaşmasına razılıq vermişdir, bu səbəbdən hazırda Cavabdeh2 apellyasiya şikayətindən imtina etdiyini, ərizənin qəbul edilməsini, iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı bildirdi ki, ona şəhid anası kimi 29.12.2020ci il tarixdə verilmiş ünvan 2 ünvanında üçotaqlı, 3 nömrəli mənzildə cavabdehlərin məskunlaşmasına razılıq verir, oğlu və gəlininin öz uşaqları ilə birgə həmin evdə yaşamasına etiraz etmir, bu səbəbdən Cavabdeh2 apellyasiya şikayətindən imtina edilməsinə dair ərizəsinin qəbul edilməsini, iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, iddiaçı şəhid anası kimi ona 29.12.2020-ci il tarixdə verilmiş ünvan 2 ünvanında üçotaqlı, 3 nömrəli mənzildə cavabdehlərin məskunlaşmasına razılıq verir, bu səbəbdən Cavabdeh2 apellyasiya şikayətindən imtina edilməsinə dair ərizəsinin qəbul edilməsini, iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etdi. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin fikirlərini dinləyib, ərizəni mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2195/2021 saylı, 22.09.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilən apellyasiya şikayətindən imtina qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində yazılı formada ondan imtina edə bilər. Qeyd olunan Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin şikayətdən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-2195/2021 saylı, 22.09.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilən apellyasiya şikayətindən imtina qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Suraxanı Rayon Məhkəməsinin 2(010)-2195/2021 saylı, 22.09.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilən apellyasiya şikayətindən imtina qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1409/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1409/2022
07.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver