Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1409/2024 08.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Maraqlı şəxs və "xxxx" MTK-ya və İddiaçı cavabdehlər Maraqlı şəxs və X8 qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: ("müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boş vəziyyətdə təhvil verilməsi ) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1 və cavabdeh Maraqlı şəxs nümayəndəsi və vəkili, cavabdeh X6 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Maraqlı şəxs və "xxxx" MTK-ya qarşı "müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi" tələbinə və İddiaçı cavabdehlər Maraqlı şəxs və X8 qarşı "mənzildən çıxarılma və mənzilin boş vəziyyətdə təhvil verilməsi” tələbi üzrə iddia ərizələrinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6844/2021 saylı mülki iş üzrə 23 dekabr 2021-ci il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5642/2022 saylı mülki iş üzrə 08 dekabr 2022-ci il tarixli qətnamələrindən cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə (birləşdirilmiş mülki icraata) Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. xx.xx.2018-ci il tarixində İddiaçı cavabdeh "Yeni Yasamal” MTK-ya qarşı iddia ərizəsi ilə, daha sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən "Yeni Yasamal” MTK-nın tikilməkdə olan binasının 2-ci girişi, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 130,5 kv.m. olan 3 otaqlı, 207 saylı mənzilin boş vəziyyətdə iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, daha sonra Maraqlı şəxs əlavə cavabdeh qismində cəlb etməklə, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində "Yeni Yasamal” MTK- nın inşa etdiyi binanın 2-ci girişi, 12-ci mərtəbəsinə, ümumi sahəsi 130,5 kv.m. olan 3 otaqlı, 207 saylı mənzilə dair MTK ilə Maraqlı şəxs arasında bağlanmış 02 oktyabr 2014-cü il tarixli müqavilənin və 02 oktyabr 2014-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, mənzilin boşaldılması və boş vəziyyətdə iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkməyə müraciət etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(004)- 5642/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş yaşayış binasının 2-ci girişi, 12-ci mərtəbə, ümumi sahəsi 130.5 kv.m olan 3 otaqlı 207 saylı mənzilə dair "Yeni Yasamal” MTK ilə Maraqlı şəxs arasında bağlanmış 02 oktyabr 2014-cü il tarixli müqavilənin və 02 oktyabr 2014-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş yaşayış binasının 2-ci girişi, 12-ci mərtəbə, ümumi sahəsi 130,5 kv.m olan 3 otaqlı 207 saylı mənzilinin boşaldılaraq, boş vəziyyətdə İddiaçı təhvil verilməsinin cavabdeh "Yeni Yasamal” MTK-ya həvalə edilməsi, cavabdeh "Yeni Yasamal” MTK- dan 52000 manat məbləğində pul vəsaitinin tutularaq cavabdeh Maraqlı şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152.1, 157.2, 158.1.2, 324, 337.2, 337.5, 385.1, 389.1, 425.1, 452.1, 567, Cinayət Prosessual Məcəllənin 65.4, Mülki Prosessual Məcəllənin 82.4, 217.4, 216-220, 360-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarlarına istinadən qeyd edilmişdir ki, mübahisəli mənzilin ilkin olaraq "Yeni Yasamal” MTK ilə bağlanmış 25 yanvar 2007ci il tarixli müqavilə əsasında İddiaçı satılmasını, sonuncu tərəfindən həmin tarixdə mənzilin dəyərinin tam ödənildiyini, mənzilin ona təhvil verilməsini və tərəfindən mənzilə qapı qoyulmasını, MTK-nın qanuni qüvvəsini almış məhkəmə aktları ilə məhkum edilmiş vəzifəli şəxsləri tərəfindən mübahisəli mənzilin tamah niyyəti ilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək, 12 oktyabr 2014-cü il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında MTK-nın adından cavabdeh Maraqlı şəxs satılmasını, cinayət əməlini gizlətmək üçün mənzilə iddiaçı tərəfindən qoyulmuş qapını sındıraraq cavabdehin mənzilə köçürülməsini, bununla iddiaçını öz əmlakına sahiblik və ondan istifadə ilə bağlı hüquqlarından məhrum etməsini nəzərə alıb hesab edir ki, iddia tələbləri təmin olunmalıdır. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, müqavilənin etibarsızlığının nəticəsi olaraq, ikitərəfli restitusiyanın tətbiq edilməsini istisna edən hallar yoxdur. Maraqlı şəxs hərəkətlərində hər hansı mülki hüquq pozuntusunun olması mülki iş materialları ilə təsdiq edilmir. Əksinə, işin mübahisə olunmayan hallarına görə Maraqlı şəxs mənzili müqavilə əsasında əldə edib, müqaviləyə, maliyyə arayışına əsasən mənzili satın almaq üçün qabaqcadan 52000 manat pay haqqı ödəyib.
3. Cavabdeh Maraqlı şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(004)-5642/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2(103) - 1951/2023 nömrəli qətnaməsi ilə cavabdeh Maraqlı şəxs apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(004)-5642/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2(103)-1951/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
4. xx.xx.2021-ci il tarixində İddiaçı cavabdehlər Maraqlı şəxs və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında, 2-ci girişi, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 130,5 kv.m ibarət olan 3 otaqlı, 207 saylı mənzildən çıxarılmaları və mənzilin boş vəziyyətdə iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(004)- 6844/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Maraqlı şəxs və X4 azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında, 2-ci girişi, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 130,5 kv.m. ibarət olan 3 otaqlı, 207 saylı mənzildən çıxarılmaları və həmin mənzilin boş vəziyyətdə İddiaçı təhvil verilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Konstitusiyasının 13, 23, Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 228.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdehlər iki azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzildə heç bir qanuni əsas olmadan yaşamaqda davam edir və mənzili iddiaçıya təhvil verməkdən imtina edirlər. Halbuki, cavabdehlərin (azyaşlı uşaqları ilə birlikdə) həmin mənzildə yaşaması üçün hər hansı bir hüquqi əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Cavabdehlərin (azyaşlı uşaqları ilə birlikdə) iddiaçının mülkiyyətində olan mənzildə qanunsuz yaşaması, iddiaçının bir mülkiyyətçi kimi hüquqlarını pozmuşdur.
6. Cavabdeh Maraqlı şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(004)-6844/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(103) - 7020/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(004)-6844/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(103)- 7020/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
7. İşlərin icraatı zamanı müəyyən edilmişdir ki : - "Yeni Yasamal” MTK-nın direktoru X5 ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən "Yeni Yasamal” MTK-mn tikilməkdə olan binasının İİ girişinin 12-ci mərtəbəsində ümumi sahəsi 130,5 kv.m olan 3 otaqdan ibarət 207 saylı ümumi dəyəri 47698 manat məbləğində müəyyən olunmuş mənzili son variantda daxili sanitariya avadanlığı və daxili tamamlanma işləri görülmədən, bilavasitə alıcının özünə vermişdir; - "Yeni Yasamal” MTK tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli maliyyə arayışına əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binası "Yeni Yasamal” MTK-ya məxsusdur. Bu binanın 2-ci girişi, 12-ci mərtəbəsində ümumi sahəsi 130,5 kv.m olan 3 otaqlı 207 saylı mənzilin pay dəyərindən 47698 manat alıcı İddiaçı tərəfindən ödənilmişdir; - "Yeni Yasamal” MTK-nin sədri X5 ilə Maraqlı şəxs arasında xx.xx.2014-cü il tarixdə bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş "Yeni Yasamal’' MTK-nın tikilməkdə olan binasının İİ girişinin 12-ci mərtəbəsində ümumi sahəsi 130,5 kv.m olan 3 otaqdan ibarət 207 saylı ümumi dəyəri 52000 manat məbləğində müəyyən olunmuş mənzili son variantda daxili sanitariya avadanlığı və daxili tamamlanma işləri görülmədən, bilavasitə alıcının özünə vermişdir; - "Yeni Yasamal” MTK tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binası "Yeni Yasamal” MTK-ya məxsusdur. Bu binanın 2-ci girişi, 12-ci mərtəbəsində ümumi sahəsi 130,5 kv.m olan 3 otaqlı 207 saylı mənzilin pay dəyərindən 52000 manat alıcı Maraqlı şəxs tərəfindən ödənilmişdir; - "Yeni Yasamal” MTK tərəfindən verilmiş arayışlara əsasən, X14 ünvan 2 ünvanda Yeni ünvan 3 mənzilində qeydiyyatsız olaraq yaşayır (övladları X9, X17); - Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktuba əsasən, "Yeni Yasamal” MTK-da olan 3 otaqlı, 130,5 kv.m sahəli 207 nömrəli mənzil ilə əlaqədar Maraqlı şəxs və İddiaçı adları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təşəbbüsü ilə "Kristal Abşeron” MTK Bakı şəhəri, Xətai rayonu, Əhmədli şossesi ünvanında inşa edilən binada yerləşən 75 kv.m mənzilin ayrılması ilə əlaqədar tərtib edilmiş siyahıya daxil edilmişdir. İddiaçı xeyrinə qəbul edilmiş müvafiq məhkəmə qətnaməsi ilə Maraqlı şəxs qeyd edilən mənzildən çıxarılmasını və mənzilin ona qaytarılmasını tələb etdiyindən "Kristal Abşeron” MTK tərəfindən inşa edilən mənzili qəbul etməkdən imtina etmişdir;- Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101 )- 61/2021 saylı hökmü ilə X5 və X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 20,178.3.2. və 308.2-ci maddələri ilə məhkum edilmişlər; - Bakı Apellyasiya Məhkəməsinin CKnın 1(103)-133/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-cı il tarixli, 1(101)-61/2021 saylı hökmü məhkumlar X1 və X3 barəsində dövlət ittihamçısı Rauf Malışov tərəfindən verilmiş apellyasiya protesti, məhkumlar X5, X10, zərərçəkmiş şəxslər X19 və X11 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2(102)-3398/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Maraqlı şəxs və X8 qarşı "mənzildən çıxarılma və mənzilin boş vəziyyətdə təhvil verilməsi” tələbinə dair 2(102)-4279/2023 nömrəli mülki iş İddiaçı cavabdehlər Maraqlı şəxs və "Yeni Yasamal” MTK-ya qarşı "müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair 2(102)-3398/2023 nömrəli mülki işlə bir icraatda birləşdirilmiş və Ali Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(102)- 3398/2023 nömrəli qərarı ilə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 157.8, 178.8, 385.1, 425.1, 452.1; Mülki Prosessual Məcəllənin 9.1, 14.2, 77.1, 88, 217.3, 217.4, 218.1, 254.1.4, 416.1, 416.2, 418.1-ci maddələrinə; "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1, 2.2, 2.4, 17-ci bəndlərinə istinadən) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(103)-7020/2022 nömrəli və 10 aprel 2023-cü il tarixli, 2(103)-1951/2023 nömrəli qətnamələrinin ləğv edilməsi və birləşdirilmiş işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər iki qətnamə qəbul edilərkən maddi hüquq norması düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. İlk olaraq qeyd olunmalıdır ki, yuxarıda qeyd olunduğu kimi tərəflər arasında mübahisə iki iş üzrə icraatda araşdırılmışdır. İddiaçı əvvəlcədən cavabdeh MTK-ya qarşı iddia verərək mübahisəli mənzilin ona təhvil verilməsini tələb etmiş, həmin iddia Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qiyabi qətnaməsi ilə təmin olunmuşdur. Sonradan iddiaçı həmin qətnaməni əsas göstərərək, mənzildə yaşayan cavabdehlərin çıxarılmasını xahiş etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə həmçinin iddia təmin olunmuşdur. Yalnız bundan sonra cavabdeh Maraqlı şəxs birinci instansiya məhkəməsinin qiyabi qətnaməsinin ləğvi ilə bağlı ərizə, digər qətnamədən isə apellyasiya şikayəti vermiş, ikinci qətnamədən apellyasiya şikayətinə baxılarkən, birinci iş üzrə qiyabi qətnamə ləğv edilmiş və işə birinci instansiya məhkəməsində baxılması davam etdirilmiş və həmin iş üzrə iddiaçı tələbini artırmaqla, cavabdehlərlə bağlanmış müqavilənin etibarsızlığı tələbini irəli sürmüşdür. Lakin, həmin iş üzrə qəbul ediləcək qərar, yəni cavabdehlər arasında bağlanılan 02 oktyabr 2014-cü il tarixli müqavilənin etibarlılığının qiymətləndirilməsi, ikinci iş üzrə qanuni və əsaslı qərarın qəbul edilməsi üçün preyudisial əhəmiyyətinə malik olduğu halda, apellyasiya instansiyası məhkəməsi ikinci işdə Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində verilən imkandan istifadə etməyərək, Mülki Məcəllənin 452.1-ci maddəsinə istinad etməklə, iddiaçının ikinci tələbini rədd etmişdir. Halbuki, Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiqi yalnız borclunun etibarlı müqavilələr üzrə fərdi-müəyyən əşyanı kreditorlara vermək öhdəliyi yaranması halında mümkündür. İddiaçının tələbi ilə cavabdehlər arasında bağlanmış sonrakı müqavilə etibarsız hesab edildiyi halda isə, artıq MTK-nın cavabdeh Maraqlı şəxs qarşı mənzili vermək öhdəliyi aradan qalxır. Birinci işdə isə apellyasiya məhkəməsi mövqeyini yalnız ikinci iş üzrə məhkəmənin müəyyən etdiyi hallara istinad etmişdir. Halbuki, ikinci iş üzrə qətnamə daha əvvəl qəbul edilsə də, onun iddiaçıya lazımi qaydada təqdim edilməməsi nəticəsində sonuncu kassasiya şikayəti vermək hüququndan vaxtında istifadə edə bilməmişdir. Kassasiya məhkəməsinin mövqeyinə görə hazırki mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normasının seçilməsi əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, iddiaçı ilə cavabdeh MMC arasında müqavilə 25 yanvar 2007-ci il tarixdə bağlanmışdır. Odur ki, işin həlli üçün Mülki Məcəllənin həmin dövrdə qüvvədə olmuş 178.8- ci maddəsinin və həmin maddənin rəsmi şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun qərarının tətbiqi nəzərdən keçirilə bilər. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Hazırki işin hallarına oxşar olan mülki mübahisə üzrə Konstitusiya Məhkəməsinin Plenumu “S.Fərəcovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 yanvar 2020-ci il tarixli qərarında göstərmişdir ki, ... mənzilin dəyərini tam ödəməklə S.Fərəcov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MMC-nin başqasına məxsus əşya (mənzil) barədə sərəncam verməsi (həmin mənzil barədə S.Mustafayeva ilə 12 noyabr 2013-cu il tarixli müqavilənin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, ikinci iddianı rədd edən apellyasiya məhkəməsi mövqeyini digər hallarla yanaşı onunla əsaslandırmışdır ki, iddiaçıya "xxxx" MTK tərəfindən mənzil ayrılmış, lakin o, həmin mənzildən imtina etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçının təklif olunan mənzildən imtinası iddianın rəddi üçün əsas ola bilməz. Belə ki, birinci işin materiallarına əlavə olunan Cavabdeh MTK-nın vəzifəli şəxsləri barəsində qəbul edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmündə (ikinci işdə bu hökm əlavə olunmamış və məhkəmələr tərəfindən tədqiq olunmamışdır) göstərilmişdir ki, İddiaçı mübahisəli mənzillə bağlı tələbinin mülki icraat qaydasında (yəni hazırki birinci işdəki Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qiyabi qətnaməsi ilə) təmin edilməsi nəzərə alınmışdır. Göründüyü kimi, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 28 oktyabr 2022-ci il tarixli məktubunda iddiaçının "xxxx" MTK tərəfindən inşa edilən binada mənzili qəbul etməkdən imtinası həmin zaman qüvvədə olan qiyabi qətnamənin mövcudluğundan irəli gəlmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hər iki iş üzrə qətnamə qəbul edərkən, cinayət mühakimə icraatı qaydasında qəbul edilən yuxarıda qeyd olunan hökmlə müəyyən olunan halları nəzərə almamış və həmin halların Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən preyudisial əhəmiyyətə malik olub-olmamasına hüquqi qiymət verməmişdir. Halbuki, həmin hökmlə müəyyən olunmuşdur ki, Cavabdeh MTK-nın sədri X5 MTK-nın inşa etdiyi binanın 3 otaqlı, 130,5 kv.m sahəli 207 nömrəli mənzil 25 yanvar 2007-ci il tarixli müqavilə ilə İddiaçı satdığı və sonuncu tərəfindən həmin tarixdə mənzilin dəyəri tam ödənildiyi halda, X10 tərəfindən tanışı X18 yalandan guya həmin mənzilin sahibi olan, istintaqla kimliyi dəqiq müəyyən olunmamış “Asil” adlı şəxsin nümayəndəsi kimi təqdim etməklə, sonuncuların məsləhətləri və məlumatları ilə, maneələri aradan qaldırmaqla etdiyi köməkçiliyi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, həmin mənzilin tamah niyyətilə məzmununa bilə - bilə yalan məlumatlar daxil edərək sonuncunun öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi 02 oktyabr 2014-cü il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında MTK-nın adından Maraqlı şəxs satılması adı ilə ondan ilkin ödəniş olaraq 25 sentyabr 2014-cü ildə binanın həyətində yerləşən ofis otağında qeyrilərinin iştirakı ilə 10000 manat və 784,40 manat ekvivalentində 1000 ABŞ dollarını, 02 oktyabr 2014-cü ildə isə əlavə olaraq 55000 manat - vahid niyyətlə cəmi 65784.40 manat məbləğində pulu alıb, əlbir olduğu şəxslərlə birlikdə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Maraqlı şəxs qeyd olunan pul vəsaitini - özgənin əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq və qabaqcadan əlbir olan bir qrup şəxs qismində qeyrisinin köməkçiliyi ilə təkrarən vəzifə saxtakarlığı etmiş, cinayət əməlini gizlətmək üçün sonuncunun mənzilə köçməsini təmin edib, bununla İddiaçı öz əmlakından istifadə ilə bağlı hüquqlarından məhrum etməklə hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla vəzifə saxtakarlığı etmişdir. Beləliklə, məhkəmə kollegiyasının mövqeyinə apellyasiya instansiyası məhkəməsi hər iki iş üzrə qətnamələrini müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamış, nəticə olaraq maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyası izah etmişdir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011 -ci il tarixli Qərarı).İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamələr yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamələr maddi və prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
9. Cavabdeh Maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(004)-6844/2021 saylı qətnamədən verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "Yeni Yasamal” MTK tərəfindən mənzillərin bir neçə şəxsə satılması faktları ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi istintaq edilmişdir. Həmin cinayət işinin araşdırması zamanı "Yeni Yasamal” MTK-dan mənzil almış bütün şəxslər istintaq orqanı tərəfindən işə cəlb edilmiş və mübahisəli mənzillərin sahibləri və aldadılmış şəxslərin dairəsi müəyyən edilmişdir. Həmin vaxt İddiaçı zərərçəkən şəxs kimi tanınmış, ona vurulmuş ziyanın əvəzi kimi digər mənzil təqdim edilmişdir. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən "Yeni Yasamal” MTK-nın Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən binasının 2-ci girişi, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 130,5 kv.m. olan 3 otaqlı, 207 saylı mənzilin sahibi kimi onlara təqdim edilmişdir. Artıq 8 ildən artıqdır ki, həmin mənzili təmir edərək yaşayırlar. Həmin müddət ərzində heç kim tərəfindən onlara müraciət edilərək, mənzilə dair mübahisə açılmamışdır. Məhkəmənin qətnaməsini əsaslandırarkən Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-7864/2018 saylı qiyabi qətnaməsinə preyudisial əhəmiyyət kəsb edən sübut kimi qiymət verməsi əsassız və qanunsuz olmuşdur. Belə ki, qeyd edilən məhkəmə qətnaməsi üzrə onlar cavabdeh olmamış və bu səbəbdən də həmin qiyabi qətnamə onlara münasibətdə preyudisial əhəmiyyət kəsb edə bilməz. Bundan əlavə məhkəmə qətnaməsində "Yeni Yasamal” MTK-nın xx.xx.2021-ci il tarixli, M/H- 83 saylı məktubuna (İddiaçı sorğusuna cavaba) istinad edir ki, həmin cavab məktubu da MTK-nın möhürü ilə təsdiq edilməmiş, iddiaçının belə bir sorğunu vermək səlahiyyəti belə olmamışdır. Məhkəmənin hansı əsasla həmin sənədə sübut kimi istinad etməsi və qətnaməsini əsaslandırması müəyyən deyil. Yasamal Rayon Məhkəməsi tərəfindən araşdırma aparılarkən, mübahisəli mənzilə baxış keçirilməmiş, onların cavabdehliyinə dair hər hansı bir hüquqi əsasın məhkəmə tərəfindən müəyyən edilmədiyi qeyd edilmişdir. Onlar mübahisəli mənzili qanuni əsaslarla əldə etmiş və yaşayırlar. "Yeni Yasamal” MTK ilə aralarında bağlanılmış xx.xx.2014 tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən həmin mənzilə hüquqlar əldə etmişlər. Nə qədər ki, mübahisəli mənzil üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü var, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən mənzilin sahibi kimi tanınıblar, iddiaçının məhkəməyə təqdim etdiyi müqavilə hüquqi baxımdan mübahisəli olmuşdur. Mübahisəli müqaviləyə istinad edilməklə onlara qarşı hazırki mənzildən çıxarılma barədə iddia tələbi əsassız olmuşdur və bu səbəbdən də məhkəmə tərəfindən təmin edilə bilməzdi.
10. Cavabdeh Maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(004)-5642/2022 saylı qətnamədən verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi araşdırarkən, iddia müddətinin tətbiqi barədə ərizədə göstərilmiş xüsusatları araşdırmamış və düzgün hüquqi qiymət verməmişdır. Bu xüsusatlar İddiaçı iddia etdiyi mənzildə Maraqlı şəxs yaşadığını 5 il öncə bilməsi, bu barədə hər hansı bir iddia tələbi qaldırmamaqla iddia müddətini ötürməsidir. Bu xüsusat ilk olaraq İddiaçı etirafına əsaslanır. Onun bildirməsinə görə icraçılarla mənzilə gedəndə cavabdehin orada təmir işlərinin apardığını görmüş, cavabdehə mənzilin özünə məxsus olduğunu, buna görə də təmir işlərinin dayandırmasını xahiş etdiyini demişdir. Həmin vaxt cavabdeh Maraqlı şəxs mübahisəli mənzil ona təhvil verildiyi üçün təmir işləri aparmış və mənzilin ona məxsus olduğunu iddiaçıya o zaman bildirmişdir. İddiaçı bundan sonra cavabdeh Maraqlı şəxs qarşı hər hansı bir iddia qaldırmamış, tələbini "Yeni Yasamal” MTK-dan etmişdir. 5 ildən artıq bir müddət keçdikdən sonra məhkəmədə cavabdeh Maraqlı şəxs qarşı müqavilənin etibarsızlığı tələbini qaldırmış və məhkəmə də bu xüsusatı araşdırmadan iddia tələbini təmin etmişdir. İddiaçı Əhməd Məmmədov mübahisələndirdiyi müqavilənin mövcudluğunu cinayət işinin istintaqı və məhkəmə baxışı zamanı bilmiş, istintaqın sonunda qəbzə imza etməklə iş materialları ilə tanış olduğunu təsdiq etmişdir. İddiaçının istintaq dövründə istintaqa təqdim etdiyi qiyabi qətnamə "Yeni Yasamal” MTK-ya qarşı olmuşdur ki, həmin istintaq dövründə "Yeni Yasamal” MTK tərəfindən istintaqa mübahisəli mənzillərdə yaşayan şəxslərin (zərərçəkmiş şəxslərin) siyahısının təqdim edilməsi barədə istintaq orqanının sorğusuna cavab məktubu ünvanlamışdır. Həmin məktubda qeyd edilən siyahıya əsasən, Maraqlı şəxs da hazırki mübahisəli mənzilin zərərçəkəni kimi yaşadığı göstərilmişdir. Bu gün də həmin siyahı üzrə mübahisəli binada yaşayan zərərçəkən şəxslərdən biri də cavabdeh Maraqlı şəxsdur. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
11. Yeni apellyasiya icraatı zamanı Maraqlı şəxs apellyasiya şikayətinə əlavə, qarşılıqlı iddia ərizəsi təqdim etmiş, apellyasiya şikayətinə əlavəsində qeyd etmişdir ki, iddia tələbinin əsası və predmeti olan əqd 2018-ci ildə mülki qaydada mübahisələndirilmiş, Yasamal rayon məhkəməsi tərəfindən qiyabi qətnamə qəbul edilmiş, bu Ağır Cinayətlər məhkəməsinin xx.xx.2021 tarixli hökmündə də əks edilmiş və eyni zamanda qiyabi qətnamədə göstərilən halların məhkəmə baxışı zamanı da təsdiqini tapdığı göstərilmişdir. Həmin hökmə görə tərəflər arasında olan münasibətlər mülki qaydada həll edildiyi səbəbindən zərərin əvəzinin təqsirləndirilən şəxslərdən tutulması müvafiq hesab edilməmiş, mənzilin MTK tərəfindən boşaldılaraq MTK tərəfindən təhfil verilməsi göstərilmişdir. Bu zaman zərərçəkənlərə mənzil təklif edilməsi də nəzərə alınmışdır. İddiaçı əsaslandırdığı və 2018-ci ildə mübahisələndirdiyi və bu barədə icraya yönəldilmiş hökm olduğu halda eyni tələbi təkrar olaraq əqdin etibarsızlığı formasında qaldıraraq mübahisələndirilmişdir. AR Ali məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə görə əqdin etibarsızlığı tələbi icraata qəbul edilərək araşdırma predmeti olmamışdır. Yasamal rayon məhkəməsinin hazırki qətnaməsinin “Cavabdeh MTK-dan 52000 manat məbləğində pul vəsaiti tutularaq cavabdeh Maraqlı şəxs Nüsrət oğluna ödənilməsi” hissəsi isə əqdin etibarsızlığının hüquqi nəticələri və ikitərəfli restitusiyanın tətbiq edilməsi ilə əsaslandırılmışdır. Bu qənaət Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2021 tarixli hökmündə müəyyən edilən hallardan olmuşdur. Bu səbəbdən mahiyyəti üzrə gəlinmiş nəticə əsassız və qanunsuz hesab edilə bilməz. Yasamal Rayon Məhkəməsinin 2(004)-5642/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsini qismən, Cavabdeh MTK ilə Maraqlı şəxs Nüsrət oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi hissəsində ləğv edilməsni və həmin hissədə icraata xitam verilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məkhəməsinin 2(103)-1409/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh Maraqlı şəxs Yeni Yasamal” MTK-dan 13000 manat (ümumilikdə 52000+13000=65000 manat) məbləğində, İddiaçı 98609 (doxsan səkkiz min altı yüz doqquz) manat məbləğində pul vəsaitinin tutularaq, Maraqlı şəxs ödənilməsi, qətnamənin icrası zamanı bütün tələblərin eyni zamanda icra edilməsi barədə qarşılıqlı tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilərək geri qaytarılması qərara alınmışdır.
13. Apellyasiya icraatı zamanı cavabdeh Maraqlı şəxs nümayəndəsi vəkil X12 ərizə ilə məhkəməyə müraciət etmiş və qeyd etmişdir ki, Yasamal rayon məhkəməsinin 2(004)- 6844/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi həmin məhkəmənin 2(004)-7864/2018 saylı, xx.xx.2018 tarixli qiyabi qətnaməsi əsasında qəbul edilmişdir. Hazırda qiyabi qətnamə mövcud olmadığı və onun əsasında qəbul edilmiş məhkəmə qətnaməsi ilə də mənzilin iddiaçıya verilməsi artıq müəyyən edilmişdir. Hazırda tərəfindən Yasamal rayon Məhkəməsinin 2(004)-5642/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina edir. Hazırki baxılan işlər üzrə icraata 2(004)-5642/2022 saylı iş üzrə apellyasiya şikayətindən imtina etməsi əsası ilə 2(004)-6844/2021 saylı iş üzrə isə eyni predmet barədə təkrar iddia tələbi qaldırılması ilə əlaqədar icraata xitam verilməlidir. Belə ki, etibarsız əqdlər üzrə tərəflər aldıqlarını digər tərəfə qaytarması qanunla müəyyən edildiyindən tərəfindən mübahisəli mənzili etibarsız əqd üzrə MTKya qaytarmaq vəzifəsi həmin mənzili təkrar olaraq iddiaçıya qaytarmaq vəzifəsi aradan qaldırır. İddiaçı mənzili müqavilə öhdəlikləri üzrə MTK-dan tələb etmiş, iş üzrə hələ 2018-ci il tarixdə qiyabi qətnamə qəbul edilmiş və həmin qətnamə əsasında məhkəmə hökmü də çıxarılmışdır. Qüvvədə olan məhkəmə hökmü ilə də mənzilin MTK tərəfindən iddiaçıya verilməli olması müəyyən edilmişdir. Belə olan halda eyni tələb üzrə iddiaçının təkrar olaraq onlara qarşı tələb irəli sürməsinin hüquqi əsası yoxdur. Çünki, iddiaçı ilə aralarında hər hansı bir öhdəliklər olmamış, öhdəliklər yalnız MTK ilə olmuşdur. Məhkəmə Kollegiyasından xahiş edir ki, Yasamal rayon məhkəməsinin 2(004)-5642/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtinasını qəbul edərək apellyasiya şikayətini baxışdan çıxararaq geri qaytarasınız. Yasamal rayon məhkəməsinin 2(004)- 6844/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsini ləğv edərək iş üzrə icraata xitam verəsiniz.
14. Apellyasiya icraatı zamanı cavabdeh X6 oğlunun nümayəndəsi X15 izahat təqdim etmiş və qeyd etmişdir ki, iddia tələblərini qəbul etmir və digər cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş etirazın əsaslarını qismən qəbul edir. Hesab edir ki, iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddia tələbinin əsasını Cavabdeh MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2007-ci il tarixli müqavilə, xx.xx.2018 tarixli qiyabi qətnamə və həmin qiyabi qətnamə nəzərə alınmaqla çıxarılmış xx.xx.2021 tarixli məhkəmə hökmünə məhkəmə hökmü təşkil edir. Hazırda qiyabi qətnamə ləğv edildiyindən məhkəmə hökmü ilə mübahisəli mənzilin iddiacıya verilməsi özlüyündə yeni açılmış halı ehtiva etdiyindən, tərəflər arasında olan mübahisə mülki mühakimə icraatı qaydasında qaydasında həll edilməlidir. Bu zaman maddi hüquq normaları kimi əqdlərin etibarsızlığı, müqavilə öhdəlikləri və bu tələblər üzrə tətbiq edilməli olan iddia müddətləri tətbiq edilməklə baxılmalıdır. Hazırki mübahisə üzrə nəzərə alınmalı olan məhkəmə hökmü MPM-nin 82.4. maddəsinə əsasən, məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilən hökmlə iddiaçı və cavabdeh hər ikisi zərərçəkmiş şəxs kimi tanınaraq, eyni hüquqi statusa malik olmuşdurlar. Cinayət mühakimə icraatı qaydasında aparılmış araşdırma zamanı Cavabdeh MTK-dan mübahisəli binada mənzil almış şəxslərin və hazırda həmin mənzillərdə yaşayan şəxslərin siyahısı tələb edilərək alınmış, bu zaman Maraqlı şəxs adı mənzildə yaşayan şəxslərin siyahısında göstərilməklə təqdim edilmişdir. Cinayət mühakimə icraatı qaydasında mübahisə həll edilərkən, mənzildə yaşayan şəxslərə həmin yaşadıqları mənzil verilmiş və digər zərərçəkmiş şəxslər isə digər mənzillərlə təmin edilmişdirlər. Bu yanaşma AR MM-nin 452.1. maddəsinin tələblərindən irəli gəlmiş, bu barədə hələ istintaq vaxtı bütün zərərçəkmiş şəxslərə bildirilmişdir. Bu gün də mübahisəli binada həmin siyahı üzrə göstərilmiş şəxslər yaşayırlar. Maraqlı şəxs mübahisəli binada 3 mənzil almış, onlardan 2 ədəd 1 otaqlı mənzilin Sərvər Şeyxov tərəfindən dələduzluq yolu ilə alındığı üçün barəsində ayrı hökm çıxmış, hazırki mübahisəli 3 otaqlı mənzilin isə Cavabdeh MTK tərəfindən satıldığı təsdiq edilmişdir. İddiaçı və Maraqlı şəxs müqavilə azadlığı prinsipinə uyğun olaraq, Cavabdeh MTK ilə ilə müqavilə bağlayaraq, mübahisəli mənzili almışdır. Bu zaman Cavabdeh MTK müqavilələrdən Maraqlı şəxsla bağladığı müqavilə üzrə öhdəliklərini icra edərək, mənzili Maraqlı şəxs təhfil vermiş, öhdəliklərini İlkn Xəlilova münasibətdə icra etmişdir. Bu səbəbdən mənzil tərəflərindən təmir edilərək, 5 ildən artıqdır ki həmin mənzilin qanuni sahibi kimi istifadə edirlər. İddiaçı isə özünü etirafı ilə həmin mənzilin illərdir istifadə etdiklərini bildiyi halda 5 il müddətində onlara qarşı hər hansı tələblər irəli sürməmişdir. Mübahisəli mənzilin Cavabdeh MTK tərəfindən İddiaçı münasibətdə öhdəliklərin icrası qaydasında təhvil verilməsi AR Mülki Məcəlləsinin 452.1. maddəsinin tələblərinə ziddir. Çünki, müqavilə Mülki Məcəllədə nəzərdə tutulmuş şərtlərlə bağlanılmış və artıq öhdəliklərin icrası qaydasında Maraqlı şəxs təhvil verilmişdir. İddiaçının hazırki tələblərlə məhkəməyə müraciət etməkdə subyektiv hüququ olsa da, bu hüquqlar AR MM-nin 452.1. maddəsinə və 354-cü maddəsinə əsasən təmin edilə bilməz. Hazırki tələblər üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, İddiaçı özünü də etirafına görə, Maraqlı şəxs ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşadığını 2018-ci ildə bilmiş, lakin onlara qarşı hər hansı bir tələblər irəli sürməmişdir. Qiyabi qətnamənin ləğvindən sonra iddia ərizəsinin predmetinin dəyişdirilərək yeni tələblər irəli sürülməsi iddia müddətinin ötürülməməsi kimi qiymətləndirilə bilməz. Bu barədə yəni, iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə verilmiş və bu zaman qanunvericiliyin, o cümlədən AR Konstitusiya məhkəməsinin qərarına da istinad edilmişdir. Lakin bu birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Göründüyü kimi, Cavabdeh MTK ilə eyni mənzilə dair İddiaçı və Maraqlı şəxsla müqavilə bağlanılmış, bağlanılmış müqavilələr üzrə öhdəliklər Maraqlı şəxs münasibətdə icra edilmişdir. Öhdəliklərin icra edilməməsinin hüquqi nəticələri AR MM-nin 452.1. maddəsi ilə tənzimləndiyini nəzərə alınaraq iddiaçının Cavabdeh MTK-ya qarşı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır. Göstərilənlərə istinadən Yasamal rayon məhkəməsinin 2(004)-5642/2022 saylı, xx.xx.2022 tarixli və 2(004)-6844/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamələrini ləğv edərək, AR Mülki Məcəlləsinin 452.1. və 354-cü maddələrinin tələblərinə əsasən iddia tələbinin onlara münasibətdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Maraqlı şəxs nümayəndəsi və vəkili, cavabdeh X6 nümayəndəsi Vəkil2 cavabdeh Maraqlı şəxs münasibətdə apellyasiya şikayətindən imtina barədə ərizəni müdafiə edərək, ilk iddia tələbinin mənzilin boş vəziyyətdə təhvil verilməsi, ikinci iddia tələbinin isə mənzildən çıxarılma olduğunu, birinci iş üzrə tələbin ikinci iddia tələbini əhatə etdiyini, müqavilə etibarsız hesab edildiyi halda, etibarsız əqdlər üzrə tərəflərin aldıqlarını bir-birlərinə qaytarmalı olduqlarını, mənzilin onlar tərəfindən MTK-ya, MTK tərəfindən isə ödənilmiş pulun onlara geri qaytarıldığı halda, digər qətnamənin icrasının mümkünsüz olacağını, onların iddiaçıya qarşı öhdəliyinin olmadığını, hər iki iş üzrə öhdəliyin MTK-ya aid olduğunu, cavabdeh Maraqlı şəxs ümumilikdə qət edilmiş pulu alaraq mənzildən çıxmasına razı olduğunu, lakin digər cavabdeh X6 evin təmiri və sair xərclərlə bağlı evdən çıxmasına yalnız müvafiq kompensasiyaların verildiyi halda razı olduğunu, cavabdehlərin ailə münasibətlərində olmasına baxmayaraq, iş üzrə mövqelərində fərqli yanaşma olduğunu, X6 apellyasiya şikayəti verməsə də, cavabdeh olaraq mövqeyini bildirmək hüququna malik olduğunu qeyd etmiş, Yasamal rayon məhkəməsinin 2(004)-5642/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən imtinanın qəbul edilməsini və hər iki iş üzrə tələblər eyni olduğundan Yasamal rayon məhkəməsinin 2(004)- 6844/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edərək iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
16. Qeyd: Məhkəmə Kollegiyasının əvvəlki iclaslarında cavabdeh Maraqlı şəxs nümayəndəsi və vəkili, cavabdeh X6 nümayəndəsi Vəkil2 mübahisəli mənzilə dair MTK tərəfindən onlara təhviltəslim aktının verilmədiyini qeyd etmiş, bundan əlavə müdafiə etdiyi şəxslərin 5 ilə yaxındır ki, həmin mənzili qanuni sahibi kimi istifadə etdiklərini, İddiaçı isə həmin mənzilin illərdir istifadə etdiklərini bildiyi halda, onlara qarşı 2022-ci ilə qədər hər hansı tələb irəli sürmədiyini, iddiaçının 2018-ci ildə öz hüquqularının pozulduğunu bilməli olduğunu və iddia müddətinin ötürüldüyün qeyd etmişdir.
17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 cavabdeh Maraqlı şəxs ilə bağlanmış müqavilənin saxtalaşdırma yolu ilə tərtib edildiyinin cinayət işi üzrə qəbul edilmiş hökmlə müəyyən edildiyini və həmin müqavilənin birmənalı olaraq etibarsız olduğunun hökmdə qeyd edildiyini, Yasamal rayon məhkəməsinin 2(004)-5642/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən imtinaya hər hansı etirazlarının olmadığını, lakin digər iş üzrə icraata xitam verilməsi barədə qarşı tərəfin əsaslandırmasını qəbul etmədiklərini, bundan əlavə qarşı tərəf şikayətindən imtina edib mənzili boşaltdığı halda, digər iş üzrə icraata xitam verilməsinin həmin tərəf üçün hər hansı əhəmiyyətinin olmadığını, iddia tələblərinin hər iki iş üzrə ayrı-ayrı tələblər və fərqli cavabdehlərə qarşı olduğunu, mənzilin boşaldılıb, boş vəziyyətdə İddiaçı verilməsinin cavabdeh "xxxx" MTK-ya həvalə edildiyini, tələblərin təkrarlanmadığını, mənzil cavabdehlər Maraqlı şəxs və X14 tərəfindən onların ailə üzvləri ilə birlikdə boşaldılmalı olduğuna görə məhz digər iddia tələbi ilə məhkəməyə müraciət etdiklərini bildirməklə, mənzilin boşaldılacağı və təhvil veriləcəyi halda, mənzilin boş vəziyyətdə təhvil verilməsi ilə ilə bağlı icra vərəqəsi verilərkən icradan imtina edərək, icra vərəqəsinin icrasına xitam verilməsi ilə bağlı ərizə verəcəklərini, bununla da işin bitəcəyini qeyd etmişdir.
18. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Yeni Yasamal" MTK-nın iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Bununla bərabər,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən qeyd edilməlidir ki,mübahisələndirilən qətnamə kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə müəyyən edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 2 4 . İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir; 7 1 . İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır; 8 0 . Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 162. Əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 163.2. Əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi hüquq münasibətləri əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Münasibətlər yaranan zaman qüvvədə olan əvvəlki redaksiyasında deyilirdi: 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli 918-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 feveral 2018-ci il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 142) ilə 178.8-ci maddə yeni redaksiyada verilmişdir.). 387.1. Öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. 387.2. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər.
394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
396. Öhdəliyin xarakterindən ayrı hal irəli gəlmirsə, müqavilə öhdəlikləri barədə qaydalar digər qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir. 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır; 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
23. Məhkəmə kollegiyası cavabdeh Maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5642/2022 saylı mülki iş üzrə 08 dekabr 2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinanı qəbul edib, ona münasibətdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1409/2024 saylı birləşdirilmiş icraatda mülki işə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5642/2022 saylı iş üzrə 08 dekabr 2022-ci il tarixli qətnaməsinə aid hissədə apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edildiyi nəzərə almaqla,apellyasiya icraatının baxış predmetində qalmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6844/2021 saylı iş üzrə 23 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, qeyd edilən qətnamənin dəyişdirilmədən saxlanılmasını qanuni hesab edir. Belə ki, iddiaçının tələbinin əsasını kooperativdən alınan mənzil hüquqlarının təmin edilməsi olmaqla biləvasitə cavabdehliyi, müqavilə öhdəlikləri üzrə vəzifələr daşıyan Cavabdeh MTK daşımalı olsa da, iddiaçının cavabdeh Maraqlı şəxs ilə MTK arasında bağlanmış olduğu müqavilənin mübahisələndirməsi üzrə qəbul edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5642/2022 saylı mülki iş üzrə 08 dekabr 2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası ona münasibətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5642/2022 saylı iş üzrə apellyasiya icraatına xitam verilməsi həmin iş üzrə qətnamənin qanuniliyi və onun icrasının məcburiliyini şərtləndirir. Mübahisə tərəfləri ilə yaranmış münasibətlərin Mülki Məcəlllənin 178.8ci maddəsinə edilmiş dəyişiklərdən öncə yaranması bu müddəanın əski məğzinin tətbiqini ehtiva edir, burada isə qeyd edilirdi ki, Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Bu mənada, kooperativin sübutlar təqdim etməməsi və mübahisənin mahiyyətinə dair mövqeyini nümayiş etdirməməsi məhkəmənin qanuni əsaslarla müəyyən edilən mövcud faktlar əsasında qənaətini istisna edə bilməz. Diqqətə çatdırılmalıdır ki, cavabdehlərin iddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış müqavilənin mübahisələndirməməsi, habelə bu müqavilənin saxtalaşdırılmasına dair halların cinayət işi üzrə təsbit edilməməsi, bunun əksi olaraq isə Cavabdeh MTK ilə cavabdeh Maraqlı şəxs arasında bağlanmış müqavilənin saxtalaşdırma yolu ilə tərtib edildiyinin cinayət işi üzrə təsbit edildiyi (Bakı Ağır Cinayətlərinin Məhkəməsinin 1(101)-61/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli hökm 3, 5, 7, 9, 10, 11-ci vərəqlərində) və sonda apellyasiya məhkəməsi tərəfindən cavabdeh Maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5642/2022 saylı mülki iş üzrə 08 dekabr 2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinanı qəbul edib, ona münasibətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5642/2022 saylı iş üzrə apellyasiya icraatına xitam verilməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)-6844/2021 saylı mülki iş üzrə 23 dekabr 2021-ci il tarixli qətnaməsinin qanuliliyini şərtləndirir və fərqli cavabdehlərə qarşı fərqli tələbələrin verilməsi sonucu iş üzrə icraatın xitamına əsas vermir. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdeh Maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5642/2022 saylı mülki iş üzrə 08 dekabr 2022-ci il tarixli qətnamə üzrə tərəf olduğundan, eyni halların onun tərəfindən mübahisələndirməsi prosessual qanunvericiliklə istisna olunur, digər cavabdeh isə apellyasiya şikayəti vermədiyindən müzakirə Yasamal Rayon Məhkəməsinin 2(004)-6844/2021 saylı mülki iş üzrə 23 dekabr 2021-ci il tarixli qətnaməsinədən verilən şikayətə münasibətdə bitmiş olaraq onun əsassızlığını müəyyən edir.
24. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyası 13, 29, 33, 43; Mülki Məcəllənin 139-158, 178, 324, 337-360, 385- 388, 560; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 371-372, 385, 386, 388 və 390, 420-ci maddələrinə, kassasiya instansiya məhkəməsinin göstərişlərinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən və baxış həddi müəyyən edilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, baxış həddi üzrə araşdırılan hissədə qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qeyd edlən və əlavə olaraq bildirilən dəlillərinə müvafiq qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Cavabdehlərin (azyaşlı uşaqları ilə birlikdə) iddiaçının mülkiyyətində olan mənzildə qanunsuz yaşaması, iddiaçının potensial mülkiyyətçi kimi sahiblik və istifadə hüquqlarını pozur və yuxarıda qeyd edilən əsaslar iddiaçının tələbinin əsaslı olmasını müəyyən edir. Apellyasiya şikayəti yoxlanılan hissədə əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxslərə aid edilməlidir. Cavabdehin diqqətinə çatdırılmalıdır ki, onun kooperativlə olan müqavilə münasibətlərinə (öhdəliklərin yerinə yetirmədiyinə) görə mütləq mülki məsuliyyət (başqa əsaslarla çıxış etmədiyi təqdirdə) sonuncuya mənsubdur və cavabdeh mülki qanunvericiyə müvafiq kooperativə qarşı mənzil, ödənilən pul vəsaiti və sair üzrə tələblər irəli sürməkdə haqlıdır.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: Birləşdirilmiş icraat üzrə (Yasamal Rayon Məhkəməsinin 2(004)-5642/2022 saylı mülki işi üzrə apellyasiya icraatına xitam verilməsi nəzərə alınaraq) baxış predmeti qalmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6844/2021 saylı mülki iş üzrə 23 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6844/2021 saylı mülki iş üzrə 23 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.