Məhkəmə qərarları › İş №2(103)-1413/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1413/2023

11.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1413/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi ilə, X1 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh, X4 və X2 qarşı bağ sahəsindən, bağ evindən cavabdehin əşyaları ilə birlikdə çıxarılması və onlardan istifadəyə görə pul tələbinə dair ilkin iddia tələbinə, Cavabdeh Firuddin oğlunun cavabdeh İddiaçı qarşı ödənilmiş pulun və çəkilmiş xərclər tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(003)-630/2022 saylı qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(003)- 630/2022 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDRX-dən verilmiş **********18-1130 reyestr nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışa əsasən ünvan ünvanda yerləşən, iddiaçının tam mülkiyyətində olan bağ sahəsindən və bağ evindən cavabdehlər Cavabdeh, X4 və X5 məcburi qaydada əşyaları ilə birlikdə çıxarılması, ilkin iddianın qalan hissədə təmin edilməməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Bakı şəhəri Xəzər rayonu Vişnyovka qəsəbəsi, 1620 ünvanında yerləşən bağ sahəsinin təmiri, tikintisi və digər çəkilən xərclərin əvəzi 26.065 manat pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qarşılıqlı iddia hissəsində ləğv edilməsi, iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını və daxil olmuş apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, 1 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 8.1 və 8.1.3-cü maddələrinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. İş materiallarından görünür ki, iddiaçı 18 yanvar 2022-ci il tarixdə “iddia ərizəsinə əlavə” ilə məhkəməyə müraciət edərək iddia tələbinin həcmini artırmış və Cavabdeh həmçinin ümumilikdə 15.200 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması ilə bağlı ərizəsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa yuxarıda qeyd edilən dəyişikliklərdən sonra məhkəməyə verilmiş, buna baxmayaraq apellyasiya şikayəti verilərkən iddiaçı tərəfindən cəmi 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Halbuki, həmin Qanunun istinad olunan müddəalarına əsasən iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməli, apellyasiya şikayəti verilərkən isə həmin məbləğin 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir; 363.1 və 363.1.2-ci maddələrinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir; 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh, X4 və X2 qarşı bağ sahəsindən, bağ evindən cavabdehin əşyaları ilə birlikdə çıxarılması və onlardan istifadəyə görə pul tələbinə dair ilkin iddia tələbinə, Cavabdeh Firuddin oğlunun cavabdeh İddiaçı qarşı ödənilmiş pulun və çəkilmiş xərclər tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(003)-630/2022 saylı qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhəmməd Rüstəmli Hakimlər: Vahid Sadıqov Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar