Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1419/2022 29.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı işləri üzrə QƏTNAMƏSİ iş № 2(103)-1419/2022 (Açar sözlər: mənzilə istifadə hüququnun tanınması) Bakı şəhəri, 29 dekabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı X4 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Sadıqlı (Məmmədova) Aidə Loğman qızına qarşı “mənzilin təhvil verilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3489/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavbdeh Cavabdeh1 və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkməməsinin e-2(006)- 1570/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən birləşdirilmiş mülki işlərə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Sadıqlı (Məmmədova) Aidə Loğman qızına qarşı “mənzilin təhvil verilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx"MTK-nın inşa etdiyi ona məxsus olan ünvan 1 ünvanında yerləşən “X3” yaşayış kompleksinin B blokunun 145 saylı mənzilindən cavabdehin cehiz əşyaları ilə birlikdə çıxarılaraq mənzilin ona təhvil verilməsi, 2019-cu ilin avqust ayından hesablanmaqla mənzilin ona təhvil verildiyi gündəək hər ay üçün 5000 manat pul vəsaitinin cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2014-cü ildə Cavabdeh1 qızı Aidə Məmmədova ilə oğlu Sadıqlı Ülvi nişanlanmışdır. Onlar nişanlandıqdan qısa zaman keçmişdir ki, Cavabdeh1 toy etməyi tələb etmişdir. Bildirdi ki, uzun müddət nişanlı qalmaq yaxşı əlamət deyil. Həyat yoldaş ona təklif etmişdir ki, hazırda yaşadıqları ev ikimərtəbəli, normal təmirlidir. Toydan sonra bir müddət onlarla bir yerdə yaşayarlar ki, ailə kimi bir-birilərinə uyğunlaşsınlar. Cavabdeh1 qəti şəkildə etiraz edərək bildirdi ki, onun qızı ailə ilə bir yerdə yaşaya bilməz. Bu səbəbdən iddiaçının həyat yoldaşı Loğmanın qardaşı Ramizlə görüşərək ondan Loğmanı razı salmasını xahiş etmişdir. Səhəri gün Ramiz həyat yoldaşına zəng vuraraq dedi ki, bir yerdə yaşamaq alınası şey deyildir. Bu zaman həyat yoldaşı Loğmana bildirmişdir ki, Prezident Administrasiyası tərəfindən ona Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında 4 otaqlı mənzil verilib, hazırda binada təmir işləri gedir. Heç olmasa təmir işləri bitənə qədər toy ləngiməsin. Bu məqsədlə Loğmanı həmin binada yerləşən mənzilə baxmağa aparmışlar. Mənzilə baxdıqdan sonra Loğman bildirmişdir ki, hələ burada təmir işlərinin yekunlaşmasına çox var, bu vaxta qədər toyu ləngitmək olmaz. Loğmana həmin binanın yaxınlığında inşa edilən binadan dah bir mənzil olduğunu, onun da hələ hazır olmadığını bildirmiş və ondan mənzillərdən birində təmir-tikinti işləri başa çatanadək toyu təxirə salmalarını xahiş etmişlər. Cavabdeh1 həyat yoldaşı ilə birlikdə həmin mənzilə baxdıqdan sonra, Cavabdeh1 həmin mənzilin də tikinti işlərinin gec başa çatacağını bildirərək, başqa mənzil almaqlarını dolayısı ilə tələb etmişdir. Çarəsiz qalıb mənzil axtarmağa başlamışlar. Cavabdeh1 qızı, onun keçmiş gəlini Aidə Məmmədovanın oğluna təkidi ilə "xxxx" MTK-nın inşa etdiyi ünvan 3 ünvanında yerləşən “X3” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m sahəsi olan 145 saylı mənzili 625.000 manata almışlar. Onun bir qızı və bir oğlu var. Həyat yoldaşı uşaqların yaxın yaşamasını istəmiş və Yasamal rayonunda qeyd olunan ünvanlardakı kooperativ mənzilləri ailənin gələcək planlarına uyğun olaraq almışlar. Artıq bu planın pozulduğunu, oğullarının onlara məxsus olan mənzillərdə yaşayası olmadığını görüb, qızları üçün də həmin binadan eyni sahəədn olan ibarət olan 140 nömrəli mənzili almışlar ki, qardaş-bacı eyni binada yaşasınlar. Qızının həyat yoldaşı atasına məxsus ünvan 5 ünvanında olan mənzili 130000 manata sataraq onlar üçün aldıqları mənzili təmir etdirməyə başlamışlar. Cavabdeh1 da onun oğlu ilə qızının yaşayacağı mənzili öz təşəbbüsü ilə gənclərə hədiyyə kimi təmir etdirməyə başladı. 2015-ci il fevral ayının axırlarına yaxın Cavabdeh1 mənzili təmir etdirərək, cehiz əşyalarını yerləşdirməklə yaşayış üçün hazır vəziyyətə gətirmişdir. Hər iki mənzil onun adına sənədləşdirilməklə "xxxx" ASC-də girov qoyulmuşdur. Mənzillərin alışı üçün ilkin olaraq hər birinə görə 125000 manat pul ödənilməli, qalan məbləğ isə kredit kimi aylıq ödənilməli idi. Hər mənzilə görə binanın altında yerləşən dayanacaqdan hər biri 35000 manat dəyərində olan 2 dayanacaq yeri də almışlar. Həm mənzillər, həm də qarajlar üçün ümumilikdə 1.478.750 manat pul ödənilmişdir. Qeyd oluna 145 nömrəli mənzildə təmir yekunlaşdığı üçün toy hazırlığına başlanmışdır. xx.xx.2015-ci il tarixində toy oldu. Cavabdeh1 qızının təkidi ilə şadlıq sarayında əlavə bəzək işləri aparılmasına və müğənnilərin iştirakına əlavə olaraq 120000 manat civarında pul xərclənmişdir. Qız-oğlan toyu bir yerdə keçirildiyi üçün əlavə xərclərin yarıya bölünəcəyini düşünsələr də, lakin toyun sonunda Cavabdeh1 onun tərəfindən qonaqların az olduğunu bildirirək əlavə çəkilmiş xərclərin 30 faizini ödəyəcəyini bildirdi və toydan da külli miqdarda ziyan yarandı. Toydan bir müddət sonra oğlu atasına bildirmişdir ki, Cavabdeh1 onlara **-UA- *** dövlət nömrə nişanı hədiyyə etmişdir. Həyat yoldaşı buna ehtiyac olmadığını, onun özünün idarə etdiyi maşının dövlət nömrə nişanı olduğunu bildirərək etiraz etmişdir. Cavabdeh1 yenidən onları borc qarşısında qoymuşdur. Belə ki, Loğmanın hədiyyə etdiyi yeni nömrəyə görə yeni maşın alası olmuşlar. Yenidən "xxxx"ASC-dən 108500 ABŞ dolları məbləğində kredit götürərək “Mercedes Benz G63 Class” markalı yeni maşın almışlar. Həmin avtomobil bank faizləri ilə birlikdə onlara 260000 ABŞ dollarına başa gəlmişdir. Bundan əlavə Cavabdeh1 və ailə üzvlərinin təkidi ilə toy üçün alış-veriş və gənclərin xarici ölkələrə istirahət səfərləri də xeyli xərc aparmışdır. Bunun nəticəsinə 2015-ci ilin sonlarına yaxın kreditlərin ödənilməsində problemlər yaranmışdır. Bundan sonra Cavabdeh1 təklifi əsasında ünvan 1 ünvanında yerləşən “X3” yaşayış kompleksinin B blokunun 140 saylı mənzilinin qiymətini 974000 ABŞ dolları qiymətləndirməklə borcun əvəzinə Cavabdeh1 verməyə razılaşmışlar. 2017-ci ilin oktyabr aynda qeyd edilən mənzili Cavabdeh1 təklifi ilə bacısı oğlu X5 adına rəsmiləşdirmişlər. Hazırda cavabdehlə aralarında hər hansı qohumluq münasibətləri qalmamışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə oğlu Ülvi Sadıqlı arasında olan nikah pozulmuşdur. 2019-cu ilin avqust ayında oğlu Ülvi Sadıqlı mübahisələndirilən mənildən çıxdıqdan sonra mənzilin giriş qapısının kilidləri cavabdeh tərəfindən dəyişdirilmiş və o evə daxil ola bilməmişdir. Həmin vaxtdan bu günədək ailə üzvlərindən heç kim, o cümlədən mülkiyyəçi kimi o, özünə məxsus mənzildən istifadə edə bilmir. 2019-cu ilin avqust ayında bu günədək mənzildən cavabdehlər istifadə etməklə bəhrələnirlər. Hətta oğlu Ülvi Sadıqlının əşyaları qeyd edilən mənzildə qalmışdır. Mənzildən mülkiyyətçi kimi sahiblik və istifadə hüququndan cavabdeh tərəfindən məhrum edilməsinə baxmayaraq mənzlin bütün kommunal xərcləri bu günədək onun tərəfindən ödənilmişdir.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-nın inşa etdiyi ona məxsus olan ünvan 1 ünvanında yerləşən “X3” yaşayış kompleksinin B blokunun 145 saylı mənzilindən cavabdehin çıxarılaraq mənzilin ona təhvil verilməsi, 2019-cu ilin avqust ayından hesablanmaqla mənzilin ona təhvil verildiyi gündəək hər ay üçün 5000 manat pul vəsaitinin cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3489/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər X8 və Cavabdeh1 ünvan 6 ünvanında yerləşən “X3” yaşayış kompleksindəki B blokunda yerləşən 145 nömrəli mənzildən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (Sədrlik edən: Vüqar Quliyev).
5. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun "xxxx" MTK-nın inşa etdiyi Bakı şəhəri Nərimanov rayonu Kazım Kazımzadə küçəsi ev 30 ünvanda yerləşən «X3» yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 m2 sahəsi olan 145 saylı mənzildən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı Cavabdeh2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2015-ci ildə Səadət sarayı Bakı nikah evində 225 saylı akt qeydi ilə rəsmiləşən nikahla İddiaçı oğlu X14 ilə ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2016-cı il təvəllüdlü Nail adlı oğulları dünyaya gəlmişdir. 2015-ci ildə "xxxx" MTK-dan İddiaçı adına alınmış ünvan 7 ünvanda yerləşən «X3» yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 m2 sahəsi olan 145 saylı mənzilə köçmüşdür və hazırda da həmin mənzildə oğlu xx.xx.2016-cı il təvəllüdlü Sadıqlı Nail ilə yaşayır. Bu barədə "xxxx" MTK arayışını əlavə edir. Həmin mənzilin tam təmirini və ev, məişət əşyalarının alınmasını atası Cavabdeh1 həyata keçirmişdir. Mənzildə olan bütün mebel, məişət, ev əşyaları ona və atası Cavabdeh1 məxsusdur. Mənzildə İddiaçı və oğlu X9 aid olan heç nə yoxdur. Atası Cavabdeh1 "xxxx" MTK-nın inşa etdiyi Bakı şəhəri Nərimanov rayonu Kazım Kazımzadə küçəsi ev 30 ünvanda yerləşən «X3» yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 m2 sahəsi olan 145 saylı mənzilin təmir işlərinə 850.000 manat, mənzilin məişət əşyalarına görə 115.000 manat, cəmi 965.000 manat pul xərcləmişdir. İddiaçı və onun həyat yoldaşı X10 atası ilə razılaşmasına əsasən, o, həmin mənzilə köçdükdən bir müddətdən sonra mənzilə çəkilmiş xərcləri tam olaraq atasına ödəməli idilər. Lakin İddiaçı və onun həyat yoldaşı X16 həmin xərclərin ödənilməsini müxtəlif bəhanələrlə yubatmış, son olaraq isə söz vermişlər ki, mənzilin təmir xərclərini onunla X14 arasında olan nikah pozulduğu halda atası Cavabdeh1 ödəyəcəklər. Hazırda onunla X14 arasında nikah pozulmuşdur, amma İddiaçı və onun həyat yoldaşı X16 mənzilin təmin xərclərini atam Cavabdeh1 ödəməkdən imtina edirlər. Bundan başqa, atası Cavabdeh1 "xxxx" MTK-nın inşa etdiyi Bakı şəhəri Nərimanov rayonu Kazım Kazımzadə küçəsi ev 30 ünvanda yerləşən «X3» yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 m2 sahəsi olan 145 saylı mənzilin alınması üçün də pul ödəmişdir. Belə ki, X16 və İddiaçı "xxxx" MTK-nın inşa etdiyi Bakı şəhəri Nərimanov rayonu Kazım Kazımzadə küçəsi ev 30 ünvanda yerləşən «X3» yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 m2 sahəsi olan 145 saylı mənzilin alınması üçün "xxxx" ASC ilə kredit müqaviləsi bağlamışdırlar. 2017-ci ildə isə onların mənzilə görə kredit borcları yaranmışdır. Həmin vaxt "xxxx" ASC hətta borcun tutulması tələbi ilə cavabdehləri məhkəməyə vermiş və məhkəmə borcun tutulması barədə qərar da çıxarmışdı. Buna görə də, X16 və İddiaçı atasından onların əvəzinə mənzilin kredit ödənişlərini "xxxx" ASC-yə həyata keçirməyi xahiş etmiş və mənzilə görə borc ödənildikdən sonra pulu 1 il ərzində geri qaytaracaqlarına söz vermişlər. Buna görə də, atası Cavabdeh1 onlara inanaraq, "xxxx" MTK-nın inşa etdiyi Bakı şəhəri Nərimanov rayonu Kazım Kazımzadə küçəsi ev 30 ünvanda yerləşən X3 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 m2 sahəsi olan 145 saylı mənzilə görə İddiaçı əvəzinə, qaytarılması şərti ilə, "xxxx" ASC-yə 510.000 manat pul ödəmişdir. Bu vəsaitləri atası Cavabdeh1 tərəfindən şəxsən və onun tapşırığı və vəsaiti hesabına işçiləri tərəfindən "xxxx" ASC-yə nağd ödənilmişdir. Bunları təsdiq edən ödəniş qəbzləri vardır. Həmin vəsaitləri də X16 və İddiaçı atası Cavabdeh1 indiyədək geri qaytarmamışlar. Yuxarıda qeyd edilmiş təmir xərcləri və mənzilə görə "xxxx" ASC-yə ödənilmiş pul vəsaitlərinin X16 və İddiaçı tutulması üçün atası Cavabdeh1 məhkəməyə müraciət etmişdir, həmin iş hazırda Nəsimi rayon Məhkəməsinin icraatındadır (iş 2(006)- 101/2022, X20). Həmin iş üzrə keçirilmiş ekspert rəyi təmir üçün üçün atam Cavabdeh1 külli mirdarda vəsait xərclədiyini təsdiq edir. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun 27 may 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair hüquqi mövqeyinə görə, «MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin, icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır.» «Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır».
7. Bakı şəhəri Nəsimi Rayon Məhkməməsinin e-2(006)-1570/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir (sədrlik edən: Ceyhun Tağıyev).
Apellyasiya instansiyası məhkəməsində icraat a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3489/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 eyni məzmunlu apellyasiya şikayətləri verərək, apellyasiya şikayətində qeyd etmişlər ki, 2014-cü ilin sentyabr ayında Cavabdeh1 qızı Aida Məmmədova ilə iddiaçının oğlu Sadıqlı Ülvi nişanlanmışlar. xx.xx.2015-ci ildə gənclərin toy mərasimi keçirildikdən sonra yaşamaq üçün, iddiaçıya məxsus, "xxxx" MTK-nın inşa etdiyi, ünvan 8 ünvanda yerləşən “X3” yaşayış kompleksinin B blokunda yerləşən 4 otaqlı, 278 kv.m sahəsi olan 145 saylı mənzilə köçmüşlər. İddia ərizəsində qeyd edildiyi kimi, Cavabdeh1 və ailəsinin, eləcə də qardaşı Ramiz Məmmədovun və bacısı oğlu, onların biznes şəriki Babək İsmayılovun və onun anası Həqiqət İsmayılovanın pul və sərvət hərisliyi, başqalarına, o cümlədən, iddiaçının ailəsinə alçaldıcı münasibət bəsləmələri, dəfələrlə onları təhqir və təhdid etmələri, evliliklərinin ilk vaxtlarından etibarən, daim gənclərin ailə münasibətlərinə yersiz müdaxilə və manipulyasiya etmələri, Ülvi Sadıqlı və Cavabdeh2 arasında ailə-məişət zəmnində baş verən narazılıqlara, münaqişələrə, ailə münasibətlərinin son dərəcə gərginləşməsinə və nəticədə 2019-cu ildə ailənin faktiki olaraq pozulmasına gətirib çıxarmışdır. Cavabdeh 2020-ci ilin dekabr ayında X9 qarşı nikahın pozulması tələbinə dair Nəsimi Rayon Məhkəməsində iddia qaldırmışdır. Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1546/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. 2019-cu ilin avqust ayında Ülvi Sadqlı mübahisələndirilən evdən çıxdıqdan sonra mənzilin giriş qapısının kilidləri cavabdehlər tərəfindən dəyişdirilmiş, bu günədək nə Ülvi Sadıqlı, nə də iddiaçı o evə daxil ola bilmir. 2019-cu ilin avqust ayından bu günədək mənzildən cavabdehlər istifadə etməklə bəhrələnirlər. X19 bütün şəxsi əşyaları belə qeyd edilən mənzildə qalmışdır. Mənzildən mülkiyyətçi kimi sahiblik və istifadə hüququndan cavabdeh tərəfindən məhrum edilməyinə baxmayaraq, mənzil alındığı vaxtdan hal-hazıradək bütün kommunal xərclər də iddiaçı tərəfindən ödənilir. Məhkəmə qətnamə qəbul edərkən iddia tələbinin təmin edilmədiyi hissəsinə münasibətdə bildirir ki, iddia tələbinin 2019-cu ilin avqust ayından hesablanmaqla mənzilin iddiaçıya təhvil verildiyi gündək hər ay üçün 5000 (beş min) manat pul vəsaitinin cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi hissəsi ilə bağlı iddiaçı qeyd edilən məbləğin müəyyən edilməsinin əsasları və hesablanması qaydası ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən iddia tələbi qeyd edilmə hissədə təmin edilməməlidir. Cavabdeh tərəfindən mübahisələndirilən mənzilin aylıq kirayə haqqının daha aşağı olması barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Həmçinin iş üzrə zəruri sübutların toplanması üçün məhkəmə şərait yaratmamışdır. İş materiallarına əlavə edilmiş müqavilənin surətindən göründüyü kimi, mənzil şəhərin mərkəzi ünvanında yerləşməklə 274 kv.m sahədən ibarətdir. Mənzilin faktiki olaraq cavabdehlərin istifadəsində və sahibliyində olmasına məhkəmə tərəfindən hüquqi qiymət verilsə də, cavabdehlərin hansı əsasla mənzildən istifadə etmələri məhkəmə tərəfindən aydınlaşdırılmamışdır.
10. İddiaçı Cavabdeh2 Bakı şəhəri Nəsimi Rayon Məhkməməsinin e-2(006)- 1570/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı Cavabdeh2 Loğman qızı cavabdeh İddiaçı oğlu X24 oğlu ilə xx.xx.2015-ci ildə Səadət sarayı Bakı nikah evində 225 N-li qeydi ilə rəsmiləşən nikahla ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2016-cı il təvəllüdlü Nail adlı azyaşlı oğlu vardır. 2015-ci ildə iddiaçı Cavabdeh2 Loğman qızı cavabdeh İddiaçı oğlu X14 ilə "xxxx" MTK-nın inşa etdiyi Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi ev 30 ünvanda yerləşən X3 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan 145 saylı mənzilə köçmüşdür və hazırda da həmin mənzildə xx.xx.2016-cı il təvəllüdlü – Sadıqlı Nail ilə həmin mənzildə yaşayır. İş materiallarında iddiaçının mübahisəli mənzildə yaşaması barədə "xxxx" MTK-nın arayışı vardır. Mübahisəli - Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi ev 30 ünvanda yerləşən X3 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan 145 saylı mənzilin alınması üçün cavabdeh İddiaçı "xxxx" ASC ilə kredit müqaviləsi bağlamış və mənzilə görə kredit borcları yaranmışdı. Həmin vaxt "xxxx" ASC-in iddiası əsasında Nəsimi rayon məhkəməsi borcun tutulması barədə qərar da çıxarmışdı. Mənzilin dəyərini ödəmək üçün İddiaçı və həyat yoldaşı X26 oğlu atamdan onların əvəzinə mənzilin 500 min manatdan çox kredit ödənişlərini "xxxx" ASC-yə həyata keçirməyi xahiş etmiş və mənzilə görə borc ödənildikdən sonra pulu 1 il ərzində geri qaytaracaqlarına söz vermişlər. Həmçinin, həmin mənzilin tam təmirini və ev, məişət əşyalarının alınmasını da iddiaçının ailəsi, atası Məmmədov Loğman Müzəffər oğlu həyata keçirmişdir. Mənzildə olan bütün mebel, məişət, ev əşyaları iddiaçıya məxsusdur. Mənzildə İddiaçı və oğlu X9 aid olan heç nə yoxdur. İddiaçının ailəsi tərəfindən mübahisəli mənzilin təmir işlərinə 850000 (səkkiz yüz əlli min) manat, mənzilin məişət əşyalarına görə 115000 züy) on beş min) manat, cəmi 965000 (doqquz yüz altmış beş min) manat pul xərclənmişdir. Qeyd edilmiş təmir xərcləri və mənzilə görə "xxxx" ASC-yə ödənilmiş pul vəsaitlərinin X26 oğlu və İddiaçı tutulub iddiaçının atası Məmmədov Loğman Müzəffər oğluna ödənilməsi barədə Nəsimi rayon məhkəməsi (X20) 2(006)-101/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamə çıxarmışdır. Cavabdeh İddiaçı və onun həyat yoldaşı X26 oğlu həmin xərcləri ödəməmişlər. Buna görə də, əslində, cavabdeh İddiaçı mənzilə mülkiyyət hüququ da mübahisəlidir, çünki mənzilin dəyərini faktiki olaraq iddiaçının atası Cavabdeh1 ödəmişdir. AR Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun 27 may 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair hüquqi mövqeyinə görə, “MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin, icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır.” nəlirətsöG“ normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdaLiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır”. Beləliklə, məhkəmədə iddiaçının mübahisəli mənzilə istifadə hüququnun olması sübut olunmuşdur. Belə olan halda, məhkəmə tamamilə əsassız olaraq iddia tələblərini təmin etməmişdir. Nəsimi Rayon Məhkəməsi AR Mülki Məcəlləsinin 228.5-ci maddəsini düzgün tətbiq etməmişdir. AR Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun 27 may 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair hüquqi mövqeyinə görə, “MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin, icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır.” Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdaLiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Nəsimi rayon məhkəməsi AR Mənzil Məcəlləsinin 30.4.-ci maddəsini düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4- cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad etsə də, əsassız olaraq həmin maddədə müəyyən edilmiş yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnu da tanımamışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5426/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə sözügedən mülki işlər bir icraatda birləşdirilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3489/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
15. Kollegiya iclasının vaxtı və yeri barədə digər tərəflərə lazımi qaydada məlumat verilməsinə bamayaraq onlar kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
16. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
15. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
16. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.”
17. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir.
18. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.
19. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
20. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun 27 may 2008ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair hüquqi mövqeyinə görə, «MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin, icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır.» «Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır».
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
22. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
23. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
25. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər.
26. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Apellyasiya baxışının hədləri:
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3489/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsini cavabdehin apellyasiya şikayətlərinə əsasən yalnız iddia tələbinin təmin edilən hissəsində, Bakı şəhəri Nəsimi Rayon Məhkməməsinin e-2(006)- 1570/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini isə iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
28. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin 28 aprel 2022-ci il tarixli **********5 saylı arayışından görünür ki, Cavabdeh2 (FİN: xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əmək müqaviləsi bildirişi» altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.
29. xx.xx.2014-cü il tarixli mənzil inşaatı müqaviləsindən görünür ki, inşaatçı "xxxx" MTK ilə İddiaçı arasında mənzilin inşaatı barəsində müqavilə bağlanmışdır. Müqaviləyə əsasən inşaatçı Bakı şəhəri Nərimanov rayonu Kazımzadə küçəsindəki 802-803 saylı məhəllədə ayrılmış torpaq sahəsində inşa edilən yeni yaşayış massivinin B blokunun 6-cı mərtəbəsində sahibi mərtəbənin ümumi dəhlizin bir hissəsi, eyvan, sirkulyasiya boşluğu, çöl və daxili divarlar və kolonların tutduğu sahə də daxil olmaqla brüt 278 m2 tikinti sahəsi olan 4 otaqlı dubleks, 145 saylı mənzil ilə təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilənin məbləği 625.000 manat müəyyən olunmuşdur. Həmin məbləğdən 125.000 manat hissəsi avans olaraq, qalan 500.000 manat hissəsi isə inşaatçının zaminliyi ilə alacağı bank krediti hesabına icra olunmalıdır. 30. Üzvlük qaydalarından görünür ki, 23 aprel 2022-ci il tarixdə Fitnes və Spa Klubuna üzvlük qaydaları ilə tanış edilən şəxs kimi qeyd olunan N.Sadıqlı, həmin qaydalarla tanış olmasını imzası ilə təsdiq etmişdir. - "xxxx" MTK-nın 31 yanvar 2020-ci il tarixli 66-045 saylı arayışından görünür ki, X11 ünvan 9 ünvanda yerləşən «X3» yaşayış kompleksində B blokunda 145 saylı mənzildə 2015-ci ildən qeydiyyatsız yaşayır.
31. "xxxx" MTK-nın 24 yanvar 2022-ci il tarixli 02-99 saylı arayışından görünür ki, Cavabdeh2 oğlu X17 ilə birlikdə ünvan 9 ünvanda yerləşən X3 yaşayış kompleksində B blokunda 145 saylı mənzildə yaşayır.
32. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəməyə iddia ərirzəsi təqdim edilməsi üçün 100 manat dövlət rüsumu və 40 qəpik bank xidməti haqqı ödənilmişdir.
33. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-1546/2021 saylı qətnaməsindən (X20) görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh X9 qarşı «nikahın pozulması və s.» tələbinə dair iddiası qismən təmin edilmiş, X14 ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış və Bakı nikah evi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 225 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, xx.xx.2016-cı il təvəllüdlü X12 anası Cavabdeh2 yanında qalması müəyyən edilmiş, X2 xx.xx.2016-cı il təvəllüdlü X12 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq Cavabdeh2 ödənilməsi qət edilmiş, qətnamənin «alimentin tutulması» hissəsində dərhal icra edilməsi barədə göstəriş verilmiş, iddia digər hissədə rədd edilmişdir.
34. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 3489/2021 saylı qətnaməsindən (hakim Vüqar Quliyev) görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Sadıqlı (Məmmədova) Aidə Loğman qızına qarşı «mənzilin təhvil verilməsi və dəymiş zərərin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər X1 və Cavabdeh1 ünvan 10 ünvanda yerləşən «X3» yaşayış kompleksindəki B blokunda yerləşən 145 nömrəli mənzildən çıxarılmaları qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-101/2022 saylı qətnaməsindən (X20) görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər X13 və İddiaçı qarşı ("xxxx" MTK və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «pul» tələbinə dair iddiası qismən təmin edilmiş, təmir xərci olaraq 639.057,5 manat və bu məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 45.267 manat, borc olaraq 510.000 manat və bu məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 36.125 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı, cəmi 1.230.464,5 manat məbləğində pulun cavabdehlər X6 və İddiaçı müştərək qaydada tutularaq Cavabdeh1 ödənilməsi qət edilmiş, iddia digər hissədə rədd edilmişdir.
35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2022-ci il tarixli 10/6421-9/8779 saylı rəyindən görünür ki, Cavabdeh1 tərəfindən Bakı şəhəri Nərimanov rayonu Kazım Kazımzadə küçəsi ev 30 ünvanda yerləşən X3 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 m2 sahəsi olan 145 saylı mənzildə tikinti-təmir və quraşdırılma (mətbəx mebeli, qarderoblar (hər otaqda), giriş qapısı, divara montaj edilmiş işıqlandırmaya) işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 639.057,5 manat məbləğində müəyyən olunur. Tədqiq olunan ünvanda aparılmış tikinti-təmir və quraşdırma işlərinin nədən ibarət olması, həmin tikinti işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri rəyin tədqiqat hissəsində və rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir.
36. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(006)-1546/2021-ci il tarixli qətnaməsindən görünür ki, X14 ilə X15 arasında 14 mart 2015-ci il tarixdə bağlanmış və Bakı nikah evi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 225 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 10 mart 2016cı il təvəllüdlü X12 anası Cavabdeh2 yanında qalmasının müəyyən edilməsi, X2 10 mart 2016-cı il təvəllüdlü X12 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir.
37. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilən 02-75 nömrəli 20 aprel 2021-ci il tarixli arayışdan görünür ki, 2014-cü ilin 27 oktyabr tarixində "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən, ünvan 6 ünvanında yerləşən “X3” yaşayış kompleksindəki B blokunda 145 nömrəli mənzil ona məxsusdur. Müqavilə bağlanan tarixdən etibarən 2021-ci ilin aprel ayı da daxil olmaqla bütünü kommunal xərclər İddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçı hal-hazırda "xxxx" MTK-ya heç bir borcu yoxdur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
38. Məhkəmə kollegiyası İddiaçı cavabdehlər Cavabdeh1 və Sadıqlı (Məmmədova) Aidə Loğman qızına qarşı “mənzilin təhvil verilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3489/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə münasibət bildirərək qeyd edir ki, həmin qətnamənın iddia tələbinin təmin edilən hissəsi hazırki apellyasiya baxışının predmetini təşkil edir.
39. Kollegiya iş materiallarına əsasən qeyd edir ki, İddiaçı ünvan 6 ünvanında yerləşən “X3” yaşayış kompleksindəki B blokunda yerləşən 145 nömrəli mənzilin mülkiyyətçisidir. Cavabdeh Sadıqlı (Məmmədova) Aidə Loğman qızının həmin mənzildən istifadə hüququ yoxdur.
40. İddia ərizəsinin məzmunundan və tərəflərin izahatlarından o da məlum olmuşdur ki, digər Cavabdeh1 da həmin mənzildən istifadə edir. Bununla belə həmin mənzildə yaşamasına dair hər hansı bir əsas yoxdur.
41. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
42. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
43. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
44. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.”
45. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
46. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında 4 aprel 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
48. Həmin Qərarda o da qeyd edilir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər.
49. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər.
50. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.
52. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh X8 İddiaçı oğlu X14 ilə 14 mart 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1546/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur.
53. Kollegiya hesab edir ki, cavabdeh X8 ilə X7 nikah münasibətlərində olduğu dövrdə həmin evə mülkiyyətçinin razılığı ilə qeydiyyata düşməsinə dair cavabdeh tərəfindən sübut təqdim edilməmişdir.
54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
55. İş materiallarından görünür ki, cavabdehin həmin mənzilə istifadə hüququ ilə bağlı Daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat da aparılmamışdır.
56. Kollegiya iş materiallarına və apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, cavabdehlərin iddiaçıya məxsus ünvan 6 ünvanında yerləşən “X3” yaşayış kompleksindəki B blokunda yerləşən 145 nömrəli mənzildə yaşaması mülkiyyətçi kimi İddiaçı öz hüquqlarını real surətdə hüquqi cəhətdən realizə etmək imkanını məhududlaşdırır.
57. Kollegiya belə nəticəyə gəlir ki, X8 ünvan 6 ünvanında yerləşən “X3” yaşayış kompleksindəki B blokunda yerləşən 145 nömrəli mənzildən çıxarılmasına dair birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
58. Kollegiya Bakı şəhəri Nəsimi Rayon Məhkməməsinin e-2(006)-1570/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilən apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tələbinin və apellyasiya şikayətinin maddi əsası kimi Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad etmişdir.
59. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun 27 may 2008ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair hüquqi mövqeyinə görə, «MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin, icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır.» «Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır».
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
61. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
62. İş materiallarından görünür ki, tərəflər arasında münasibətlər 2009-cu il oktyabrın 1-dən sonra yaranmışdır. Başqa sözlə, iddiaçı 2015-ci ildə "xxxx" MTK-dan cavabdeh, qayınanası İddiaçı adına alınmış Bakı şəhəri Nərimanov rayonu Kazım Kazımzadə küçəsi ev 30 ünvanda yerləşən X3 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 m2 sahəsi olan 145 saylı mənzilə köçmüşdür.
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.
64. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.
65. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qaynananın gəlinini saxlamaq vəzifəsi müəyyən olunmamışdır.
66. Belə olan vəziyyətdə iddiaçı cavabdehlə birlikdə mübahisəli yaşayış evindən onun ailə üzvü kimi istifadə etmək və özünün saxlanılmasını tələb etmək hüquqları yaranmamışdır.
67. Başqa sözlə, ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmişdir.
68. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz.
69. Həmçinin kollegiya X1 ünvan 10 ünvanda yerləşən «X3» yaşayış kompleksindəki B blokunda yerləşən 145 nömrəli mənzildən çıxarılmalarına dair İddiaçı iddiasının qismən təmin edilməsinə dair Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-3489/2021 saylı qətnaməsinin mövcudluğunu da nəzərə alır və qeyd edir ki, iddia tələbinin məzmunundan da görünür ki, hazırki tələb mahiyyəti üzrə əsaslandırılmasından daha çox iddiaçının atasının cavabdeh və onun həyat yoldaşı ilə aralarında mübahisəli mənzilin təmiri, alınmış əşyaların dəyəri, bank kredit ödənişləri ilə bağlı aralarında yaranmış pul mübahisələri ilə əlaqələndirmişdir.
70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
71. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
72. Kollegiya mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair iddiasının rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
73. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3489/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə, Bakı şəhəri Nəsimi Rayon Məhkməməsinin e-2(006)-1570/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
74. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
75. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
76. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı və cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamələrin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnamələri faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
77. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməs
QƏT ETDİ:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3489/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkməməsinin e-2(006)-1570/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Anar Tanrıverdiyev