Məhkəmə qərarları › İş №2(103)-142/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-142/2022

13.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-142/2022 13.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı cavabdehlər Binəqədi New Service Fərdi Tikinti Şirkətinə, X7 və X6 qarşı “mənzilə köçürülmə və yaradılan manelərin aradan qaldırılması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1516/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Binəqədi New Service Fərdi Tikinti Şirkətinə, X7 və X6 qarşı xx.xx.2002-ci il təvəllüdlü X2, xx.xx.2005-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsi 1-ci döngə 5-ci dalan 1 saylı evin 2 saylı mənzilinə köçürülmələrinə, həmin mənzildə yaşamalarına yaradılan manelərin aradan qaldırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001 )-1516/2020 saylı mülki işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Binəqədi New Service Fərdi Tikinti Şirkətinə, X7 və X6 qarşı xx.xx.2002-ci il təvəllüdlü X2, xx.xx.2005-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsi 1-ci döngə 5-ci dalan 1 saylı evin 2 saylı mənzilinə köçürülmələrinə, həmin mənzildə yaşamalarına yaradılan manelərin aradan qaldırılmasına dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti ilə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 2(001 )-1516/2020 saylı mülki işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunaraq, azyaşlı uşaqları xx.xx.2002ci il təvəllüdlü X2, xx.xx.2005-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 2 saylı mənzilə köçürülməsi və həmin mənzildə yaşamağına cavabdehlər "xxxx" Fərdi Mənzil Tikinti Şirkəti, X12 və X11 tərəfindən yaradılan maneçilik aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə, mülki iş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6455/2020 saylı mülki işi üzrə yekun qərar qəbul edilib qüvvəyə minənədək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-917/2021 saylı iş üzrə icraatın dayandırılması qərara alınmış, qərar qəbul edilib qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2022-ci il tarixli qərardad ilə icraat təzələnmişdir. Qanuni qüvvəsini almış (Bakı Apellyasiya Məhkəməsində dəyişdirilmədən saxlanılan) Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6455/2020 (2(001)-1035/2021) saylı mülki işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi qüvvəyə mindikdən mülki işi üzrə müəyyən edilmişdir ki, iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh X3 mənzilin alınması üçün ödənilmiş 24000 manat məbləğində pul, 5400 manat dəymiş maddi ziyanın və 3000 manat dəymiş mənəvi ziyanın əvəzi, cəmi 32400 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, cavabdeh X4 2500 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, 30 manat dövlət rüsumunun cavabdehlərdən X12 və X4 müştərək qaydada dövlət nəfinə tutulması, iş üzrə aparılmış qiymətləndirmə üzrə xidmət haqqı-200 manat məbləğində pulun X12 və X4 müştərək qaydada tutularaq "xxxx" MMCnin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı oğlu apellyasiya şikayətini müdafiə edərək, mənzilə görə pul ödədiyini, evə dair sənədləri- alğı-satqı müqaviləsi və ödəniş qaiməsinin olduğunu, ona 2 dəfə ev verdiklərini, əvvəl 26-ci, sonra 14-cü mənzili verdiklərini bildirmiş, 3 aya evə daxil ola biləcəyini desələr də, hələ də evə girə bilmədiyini, binanın sahibi Elçin Ağayevin 9000 manat pul istədiyini, 2015-ci ildən kirayədə qaldığını, borc alıb mənzil üçün ödəniş etdiyini, hələ də faiz ödədiyini, məhkəmə qərarı ilə müəyyən edilmiş pula indi ev ala bilməyəcəyini, pul yox ev istədiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Binəqədi New Service Fərdi Tikinti Şirkəti, X12 və X5,müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC-nin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 139-158, 385-390, 560; Mülki Prosesual Məcəllənin 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 220.5, 233, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, iddiaçının apellyasiya şikyətində qeyd etdiyi dəlilləri onun istinad etdiyi mülkiyyət və ya istifadə hüquqlarına aid olduğundan, məhkəmə qərarı ilə mübahisəli mənzi üzrə bu hüquqlara xitam verildiyindən (hüquqlar tanınmadığından), habelə iddianın təmin edilməsi üçün digər əsaslar müəyyən edilmədiyindən onların müzakirəsinin iş üçün artıq sübutedici əhəmiyyəti mövcud deyildir. Qeyd edilməlidir ki, mülki prosessual qanunvericilik müəyyən edir ki: (MPM 82.3-cü maddə) Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (MPM 233.3-cü maddə) Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1516/2020 saylı mülki işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar