Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-142/2023 26.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X13 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(003)-82/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Mərdəkan qəsəbəsi 5/425 nömrəli sahədə yerləşən mübahisəli 1200 kv.m torpaq sahəsi Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 407/401 saylı sərəncamına əsasən İddiaçı ayrılmış, torpaq sahəsi həmin vaxtdan etibarən fasiləsiz və mübahisəsiz olaraq iddiaçının qanuni sahibliyində və istifadəsində olmuşdur. 2.Cavabdeh həmin torpaq sahəsini zəbt etməsi səbəbindən iddiaçı qanuni əsaslarla onun istifadəsinə verilmiş torpaq sahəsindən istifadə etmək imkanından məhrum olduğunu iddia edərək hazırkı tələblə məhkəməyə müraciə etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Mərdəkan qəsəbəsi 5/425 nömrəli sahədə yerləşən 0,12 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 407/401 saylı sərəncamı ilə Mərdəkan qəsəbəsində 5/425 nömrəli sahədə yerləşən 0,12 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ona verilmişdir. Bundan sonra onunla qonşuları arasında mərzlənmə işləri aparılmışdır. Torpaq sahəsinə daş tökərək hasara almış, sonra darvaza qoymuşdur. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir. Bundan sonra həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair şəhadətnamə verilmişdir. O, torpaq sahəsinə baxmağa getdikdə ona məlum olmuşdur ki, torpaq sahəsi başqa şəxs tərəfindən zəbt edilmişdir. Bununla əlaqədar olaraq Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə şikayət etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, ona məxsus olan torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. xx.xx.2020-ci il tarixdə şikayəti üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Odur ki, Cavabdeh Mərdəkan qəsəbəsində 5/425 nömrəli sahədə yerləşən 0,12 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin ona qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 5.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iddiaçıya torpaq sahəsi ayrılan kimi mərzlənmə işləri aparılmış, bir müddət sonra - 1995-1996-cı illərdə torpaq sahəsinin bir hissəsinə iddiaçı, digər hissəsinə isə qonşular hasar çəkdirmiş, elə həmin ildə də iddiaçı torpaq sahəsinə qapı qoydurmuşdur. 2006-cı ildə müvafiq dövlət orqanlarının nümayəndələri torpaq sahəsinə baxış keçirmiş, iddiaçının iştirakı ilə torpaq sahəsi ölçülmüş, bundan sonra iddiaçıya torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. 2019-cu ilin sonu 2020-ci ilin əvvəlində iddiaçı torpaq sahəsinin zəbt edildiyini müəyyən etmiş, bundan sonra polisə şikayət etmişdir. Cavabdeh iddiaçının qoydurduğu qapını dəyişdirərək başqa qapı qoymuşdur. Bundan başqa, iş materiallarında olan mütəxəssis rəyindən də görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsi naturada ölçülmüş və torpaq sahəsinin koordinatları ilə Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 407/401 saylı sərəncamı əsasında verilmiş şəhadətnamənin bazada yerləşmə mövqeyinin koordinatları üst-üstə düşür. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməmiş, izahatında bildirmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1,152.5 və 157.2-ci maddələrini qeyd etmişdir. Başqa sözlə, iddiaçı özünü torpaq sahəsinin mülkiyyətçisi kimi təqdim edir və irəli sürdüyü iddia tələbi vindikasiya tipli iddia tələblərinə aiddir. Lakin iddiaçı iddia tələbinin əsası kimi iddia predmetinə dair mülkiyyətçi olduğunu sübut edə bilməmiş, məhkəməyə mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edə bilməmişdir. Həmin sənədi o, heç istəsə də təqdim edə bilməz, çünki onun belə bir hüququ yoxdur. Belə ki Əzizbəyov rayon icra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 615/38 saylı sərəncamı ilə Mərdəkan qəsəbəsində M/515 №-li sahədə yerləşən 750 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış, sonuncu tərəfindən həmin sahə daş hasara alınmış, darvaza qoyulmuş və hal-hazıradək onun tərəfindən istifadə olunur. Əzizbəyov rayon icra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli, 1427 saylı arayışdan görünür ki, ona Mərdəkan qəsəbəsində yerləşən 515 №-li torpaq sahəsində kommersiya fəaliyyəti ilə məşğul olmağa icazə verilmişdir. Həmçinin, onun tərəfindən mübahisəli torpaq sahəsinə dair işıq, qaz və su xətlərinin çəkilməsinə dair müvafiq tədbirlər görülmüşdür. Bundan başqa, Xəzər rayon icra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 460 saylı məktubundan görünür ki, nümayəndəlikdə aparılmış araşdırma nəticəsində İddiaçı verilmiş torpaq sahəsinə dair şəhadətnamənin və Xəzər RİHB-nın sərəncamının surətləri qəsəbə nümayəndəliyinin arxivində mövcud deyildir. Bütün bu qeyd olunanlar ona dəlalət edir ki, mübahisəli torpaq sahəsi ilk olaraq 1992-ci ildə ona ayrılmış, tərəfindən həmin torpaq sahəsində kommunal xidmətlər təşkil olunmaqla kommersiya fəaliyyəti göstərilmiş, həmin torpaq sahəsi hal-hazıra qədər onun istifadəsində olmuşdur. İddiaçı isə yalnız 2019-cu ilin sonunda, yəni bildirdiyinə görə ona 1994-cü ildə torpaq sahəsi ayrıldıqdan 25 ildən sonra ortalığa çıxmış, guya ona məxsus olan torpaq sahəsinin onun tərəfindən zəbt olunması barədə Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə şikayət etmiş, lakin həmin polis bölməsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Buradan belə qənaətə gəlmək olur ki, mübahisəli torpaq sahəsi əvvəlcə, yəni 1992-ci ildə ona ayrılmış, hal-hazıradək onun istifadəsində olmuş, mübahisəli torpaq sahəsinin ona ayrılması barədə Əzizbəyov rayon icra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 615/38 saylı sərəncamı ləğv olunmamış, daha sonra naməlum səbəblərdən və ya saxta yola həmin torpaq sahəsinin İddiaçı ayrılması barədə Əzizbəyov rayon icra Hakimiyyəti Başçısının 10 may 1994-cü il tarixli, 407/401 saylı sərəncamı verilmişdir. Başqa sözlə, artıq istifadədə olan, yəni yüklü olan torpaq sahəsinə dair sonradan sərəncam verilməsi halı mövcud qanunvericiliyə əsasən etibarsız sayılmalıdır. Həmçinin, iddiaçı tərəfindən qaldırılmış iddia tələbi vindikasiya tələbi olduğundan və bu xarakterli iddialara iddia müddəti tətbiq olunmalı olduğundan hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il, həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il təşkil etdiyindən iddia müddəti hər bir halda artıq keçmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. 7.Məhkəmə iclasında cavabdehin vəkili Vəkil1 bildirmişdir ki, Milli Arxiv İdarəsi tərəfindən verilmiş məktublardan görünür ki, həm iddiaçıya, həm cavabdehə ayrılmış torpaq sahəsinin cizgi-planı sərəncamlara əlavə edilməmişdir. Bundan sonra cavabdeh Xəzər rayon İcra Hakimiyyətinə müraciət etdikdən sonra ona cizgi-plan təqdim edilmişdir. İddiaçı da cizgi-plan təqdim etmiş, lakin onun nə zaman verilməsini müəyyən etmək mümkün deyildir. Cavabdehə torpaq sahəsi 1992-ci ildə verilmişdir. Torpaq sahəsində cavabdeh tərəfindən əlavə qaraj tikilmişdir. 2006-cı ildə kadastr xidmətinin nümayəndələri tərəfindən cavabdehə ayrılmış torpaq sahəsində ölçmə işləri aparılmış, koordinatlar verilmişdir. Ona görə də hazırda koordinatlar üstüstə düşür, yəni ölçmə işləri aparılan zaman cavabdehə məxsus torpaq sahəsinin koordinatları qeydiyyata alınmışdır. Qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi əsassızdır, ona görə də rədd edilməlidir. 8.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim- Sabit Bəhrəmzadə) 21 oktyabr 2021-ci il tarixli, 2(003)-82/2021 saylı qətnaməsi ilə (bundan sonra-məhkəmə) iddia tələbi təmin edilərək, Cavabdeh İddiaçı mülkiyyətində olan Mərdəkan qəsəbəsi 5/425 nömrəli sahədə yerləşən 0,12 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, Cavabdeh 10 (on) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilməsi, mütəxəssis rəyi üzrə tədqiqatın dəyəri 311 (üç yüz on bir) manatın Cavabdeh tutularaq "xxxx" MMC-nin (Kapital Bank ASC Xətai filialının kodu 200071, VÖEN **********, Müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, VÖEN **********, Hesab AZ23AİİB********************) hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan: 9.Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 407/401 saylı sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Mərdəkan qəsəbəsi 5/425 nömrəli sahədə 1200 kv.m torpaq sahəsi ayrılmışdır. 10.JN-28011D KOD 00300016 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Mərdəkan qəsəbəsi 5/425 nömrəli sahədə yerləşən 1200 kv.m torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. 11.Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 615/38 saylı sərəncamı ilə X10 fərdi yaşayış evinin tikintisi üçün Mərdəkan qəsəbəsi M-515 nömrəli sahədə 750 kv.m torpaq sahəsi ayrılmışdır. 12.Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən Cavabdeh ünvanlanmış 419 nömrəli., xx.xx.2018-ci il tarixli məktubun məzmunundan görünür ki, sonuncuya torpaq sahəsi ayrılması barədə Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 615/38 saylı sərəncamına cizgi sənədi əlavə edilməmişdir. 13.Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, keçmiş Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 407/10 saylı sərəncamına əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X8 adına Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/217 saylı sahədə 0,12 ha torpaq sahəsinə dair (paylı) JN-24553D KOD-00300016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. 7 saylı DNK-nın 4Ə/3-480 reyestr nömrəli xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X9 adına Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/217 saylı sahədə 0,12 ha torpaq sahəsinə dair JN-26016D KOD-00300016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. 37 saylı DNK-nın 4- Ə-5/601 reyestr nömrəli xx.xx.2007-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən sözügedən torpaq sahəsinin bir hissəsi X6 (0,03 ha), bir hissəsi X7 (0,06 ha), bir hissəsi X5 (0,03 ha) adlarına qeydiyyatdan keçmişdir. 2 saylı “ASAN Xidmət” mərkəzinin notariusu E.A.Əliyev tərəfindən təsdiqlənmiş 4Ə/03-677 reyestr nömrəli xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/217 saylı sahənin bir hissəsi– 0,06 ha hissəsi X11 adına qeydiyyatdan keçmişdir. 37 saylı DNK-nın 4Ə-1/60 reyestr nömrəli xx.xx.2013-cü il tarixli alğısatqı müqaviləsinə əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/217 saylı sahənin bir hissəsi – 0,03 ha torpaq sahəsi X14 adına qeydiyyatdan keçmişdir. 52 saylı DNK-nın 4Ə/01- 168 reyestr nömrəli xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/217 saylı sahənin bir hissəsi – 0,03 ha torpaq sahəsi X14 adına qeydiyyatdan keçmişdir. Hazırda Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/217 saylı sahənin bir hissəsi – 0,06 ha torpaq sahəsi X14, bir hissəsi - 0,06 ha X11 mülkiyyətlərindədir. Həmçinin, X2 adına Bakı şəhəri ərazisində dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahəsi aşkar edilməmişdir. 14.Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin Cavabdeh ünvanladığı xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, elektron kadastr məlumatına əsasən Cavabdeh tərəfindən təqdim edilən Xəzər (Əzizbəyov) rayon İHB-nın xx.xx.1992-ci il tarixli, 615/38 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin İddiaçı adına JN 28011 saylı şəhadətnamə verilmiş sahə ilə üst-üstə düşdüyü və mübahisəli olduğu müəyyən edildiyindən Bakı şəhəri Xəzər rayon İHB-nın Mərdəkan İƏD üzrə nümayəndəliyinə sorğu verilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, mübahisəli torpaq sahəsi Xəzər rayon İHB-nin xx.xx.1992-ci il tarixli 615/38 saylı sərəncamı ilə həqiqətən ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Yerində aparılan sorğu nəticəsində məlum olmuşdur ki, 1992-ci il tarixdə Cavabdeh qardaşı X12 və bacısı X3 da həmin cərgədə yan-yana olaraq torpaq sahələri ayrılmışdır. Lakin onlar, o cümlədən Cavabdeh torpaq sahəsində uzun müddət heç bir tikinti işləri aparmamışdır. Bu səbəbdən Cavabdeh tərəfindən nəzarətsiz qoyulan torpaq sahəsi növbəti illərdə Xəzər rayon İH tərəfindən yenidən müraciət etmiş vətəndaşlara ayrılmışdır. 15.Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Xidmətin geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarət şöbəsinin mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 407/401 saylı sərəncamı əsasında JN-28011D KOD 00300016 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin verilməsinə əsas olmuş sənədlər araşdırılmışdır və xx.xx.1994-cü il tarixli 407/401 saylı sərəncamın əlavəsi olan torpaq sahəsinin yerləşmə sxemi koordinata gətirilərək, koordinatda olan ortofoto üzərində yerləşdirilmiş və sxemi hazırlanmışdır. xx.xx.1994-cü il tarixli 407/401 saylı sərəncamın əlavə olan yerləşmə sxemində miqyas, koordinat, hər hansı bir istinad nöqtəsindən məsafə olmadığından eyni zamanda həmin sxemdən göründüyü kimi sxemin hazırlanma tarixindən uzun müddət keçdiyindən, həmin ərazidə çox saylı tikililər inşa edildiyindən, ərazinin situasiyası dəyişildiyindən, xx.xx.1994-cü il tarixli 407/401 saylı sərəncamın əlavəsi olan torpaq sahəsinin yerləşmə sxeminin koordinatları müəyyən olunmuş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini dəqiq müəyyən etmək mümkün olmamışdır. Lakin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin elektron baza məlumatlarına əsasən müəyyən olunmuşdur ki, naturada ölçülmüş torpaq sahəsinin koordinatları ilə Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 407/401 saylı sərəncamı əsasında verilmiş JN-28011D KOD 00300016 nömrəli şəhadətnamənin bazada yerləşmə mövqeyinin koordinatları üst-üstə düşür. Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 615/38 nömrəli sərəncamının 1992-ci ildə verilmiş torpaq sahəsinin yerləşmə sxemi təqdim edilməmişdir. Lakin Xəzər rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2019-cu ildə təqdim edilmiş yerləşmə sxemində istinad nöqtəsindən məsafə göstərilmişdir və naturada koordinatları müəyyən edilmiş torpaq sahəsi ilə sxemdəki məsafələrə və cizgilərə əsasən təyin edilən torpaq sahəsi üst-üstə düşmür və sxemdə göstərilmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş smetadan görünür ki, tədqiqatın aparılmasına dair xərclər 311 (üç yüz on bir) manat təşkil edir. 16.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/2021 nömrəli rəyində Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarət şöbəsinin mütəxəssis rəyinə istinad edilmişdir. Ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. 17.Məhkəmə iş materiallarına əsasən müəyyən etmişdir ki, Mərdəkan qəsəbəsi 5/425 nömrəli sahədə yerləşən mübahisəli 1200 kv.m torpaq sahəsi Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 407/401 saylı sərəncamına əsasən İddiaçı ayrılmış, torpaq sahəsi həmin vaxtdan etibarən fasiləsiz və mübahisəsiz olaraq iddiaçının qanuni sahibliyində və istifadəsində olmuş, lakin Cavabdeh həmin torpaq sahəsini zəbt etməsi səbəbindən iddiaçı qanuni əsaslarla onun istifadəsinə verilmiş torpaq sahəsindən istifadə etmək imkanından məhrum olmuşdur. 18.Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf iddia tələbinə etiraz edərək iddiaçının iddia etdiyi torpaq sahəsinin əslində ona məxsus olmasını, həmin torpaq sahəsinin 1992-ci il tarixdə sərəncam əsasında ona ayrıldığını, orada kommersiya fəaliyyəti ilə məşğul olmaqla işıq, qaz və su xətlərinin çəkilməsinə dair müvafiq tədbirlər gördüyünü, daha sonra həmin torpaq sahəsinin naməlum səbəblərdən və ya saxta yolla iddiaçıya ayrılması barədə 1994-cü il tarixli sərəncam verildiyini, 2006-cı ildə isə kadastr xidmətinin nümayəndələri tərəfindən ölçmə işlərinin faktiki olaraq cavabdehə məxsus torpaq sahəsində aparılması səbəbindən koordinatların üst-üstə düşdüyünü, iddiaçının sərəncam verildiyi vaxtdan 25 il sonra ortalığa çıxdığını bildirmiş, lakin etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, işin tədqiq olunan hallarına əsasən qeyd olunan hallar öz təsdiqini tapmamışdır. 19.Belə ki, Bakı şəhəri Xəzər rayon İHB-nın Mərdəkan İƏD üzrə nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin sorğusuna cavab olaraq Əzizbəyov rayon İHB-nin xx.xx.1992-ci il tarixli 615/38 saylı sərəncamı ilə Cavabdeh, eyni zamanda, 1992-ci ildə cavabdehin qardaşı X12 və bacısı X3 da eyni cərgədə yan-yana olaraq torpaq sahələri ayrılsa da, sonuncular onlara ayrılmış torpaq sahəsində uzun müddət heç bir tikinti işləri aparmadıqlarından və torpaq sahələrinə nəzarət edilmədiyindən növbəti illərdə Xəzər rayon İH tərəfindən yenidən müraciət etmiş vətəndaşlara ayrıldığı bildirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan isə görünür ki, Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 407/10 saylı sərəncamına əsasən cavabdehin qardaşı X8 adına Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/217 saylı sahədə 0,12 ha torpaq sahəsi ayrılmış, torpaq sahəsi xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Eyni zamanda, məktubda qeyd edilmişdir ki, cavabdehin bacısı X2 adına Bakı şəhərində qeydiyyatdan keçmiş torpaq sahəsi aşkar edilməmişdir. 20.Bakı şəhəri Xəzər rayon İHB-nın Mərdəkan İƏD üzrə nümayəndəliyi tərəfindən Xəzər rayon İHB-nin xx.xx.1992-ci il tarixli, 615/38 saylı sərəncamı ilə Cavabdeh, eyni zamanda cavabdehin qardaşı X12 və bacısı X3 həmin cərgədə yan-yana olaraq torpaq sahələri ayrılması bildirilsə də, bununla bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, nümayəndəliyin məktubunda göstərilən hallar məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. 21.Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, cavabdehə torpaq sahəsinin ayrılmasına dair 1992-ci il tarixli sərəncama cizgi sənədi əlavə edilməmişdir, həmçinin sərəncamlardan görünür ki, 1992-ci ildə cavabdehə ayrılmış torpaq sahəsinin ölçülsü 750 kv.m, 1994-cü ildə iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü isə 1200 kv.m-dir. Həmçinin mütəxəssis və ekspert rəylərindən görünür ki, mübahisəli torpaq sahəsinin naturada müəyyən edilmiş ölçüləri 1200 kv.m təşkil etməklə, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ölçüləri ilə üst-üstə düşür. 22.Məhkəmə mütəxəssis və onun əsasında verilmiş ekspert rəylərinə hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin rəylər elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla tərtib edilmişdir və işin məhkəmə araşdırması zamanı müəyyən olunmuş halları ilə üst-üstə düşür. Məhkəmə müxətəssis və onun əsasında verilmiş ekspert rəyini obyektiv, qərəzsiz və hərtərəfli olaraq qiymətləndirməklə, həmçinin iş üzrə müəyyən olunmuş halları da araşdırmaqla belə qənaətə gəlmişdir ki, iddiaçıya 1200 kv.m ölçüdə torpaq sahəsinin ayrılması barədə Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 407/401 saylı sərəncamı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən torpağın mülkiyyətə verilməsinə dair JN-28011D KOD 00300016 nömrəli şəhadətnamə mövcuddur və həmin şəhadətnamə əsasında tərtib edilmiş torpaq sahəsinin cizgisi xx.xx.1994-cü il tarixli 407/401 saylı sərəncama əlavə edilmiş yerləşmə sxeminə əsasən verilmişdir. Qeyd olunan şəhadətnamə hazırkı vaxtadək mübahisələndirilməmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edilməmiş və ya etibarsız hesab olunmamışdır. 23.Bundan başqa, məhkəmə qeyd etmişdir ki, Xəzər rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2019-cu ildə təqdim edilmiş yerləşmə sxeminin məhz 1992-ci ildə cavabdehə ayrılmış torpaq sahəsinə aid olması sübut edilmir. Eyni zamanda, cavabdeh tərəfindən mütəxəssislərə yerində göstərilmiş torpaq sahəsinin koordinatları sxemdə göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. 24.Beləliklə, məhkəmə tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini rəhbər tutaraq belə nətəcəyə gəlmişdir ki, cavabdehin mübahisəli torpaq sahəsi üzərində hüququnun, ümumiyyətlə məhz həmin sahənin cavabdehə ayrılması məhkəmə tərəfindən müəyən edilməmişdir. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Mərdəkan qəsəbəsi 5/425 nömrəli sahədə yerləşən 0,12 ha torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsi iddiaçıya təhvil verilməlidir. 25.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ bəndi və 29-cu maddəsinin İ, İİ, və İİİ bəndləri: Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.5, 152.1, 152.2, 152.3, 152.4, 157.4, 157.8, 158.2, 159, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66, 68, 111, 84.1, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndi: Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamənin 3, 6, 13-cü bəndləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7,119.1,217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 26.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 27.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, mübahisəli torpaq sahəsinin Cavabdeh ayrılması barədə Əzizbəyov rayon İcra Hakimiyyeti Başçısının xx.xx.1992-ci il tarixi, 615/38 saylı sərəncamı ləğv olunmamış, daha sonra naməlum səbəblərdən və ya saxta yolla həmin torpaq sahəsinin İddiaçı ayrılması barədə Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 10 may 1994-cü il tarıxı, 407/401 saylı sərəncamı verilmişdir. Başqa sözlə, artıq istifadədə olan, yəni yüklü olan torpaq sahəsinə dair sonradan sərəncəm verilməsi halı mövcüd qanunvericiliyə əsasən etibarsız sayılmalıdır. Hemçinin, iddiaçı tərəfindən qaldırılan iddia tələbi vindiksiya tələbi olduğundan və bu xarakterli iddialara iddia müddəti təbiq olunmalı olduğundan iddia müddət keçmişdir. Lakin məhkəmə bu halların heç birini araşdırmamış, nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir.. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
a)Məhkəmə icraatı iştirakçılarının izahatları
29.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 30.İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
31.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 32.Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İİİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 33.Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 34.Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 35.Maddə 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 36.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 37.Maddə 139-1.1.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 38.Maddə 152.1, 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 39.Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 40.Maddə 384.0.4.Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin:
41. 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
42. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
43. 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
44. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə (1999-cu il tarixli redaksiyada) əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
45. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
46. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndində göstərilir ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 47.Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlara görə onlara torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (4 nömrəli əlavə) verilir. 48.Həmin Əsasnamənin 6-cı bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu və onun Naxçıvan Muxtar Respublikasındakı filialı, torpağın mülkiyyətə, daimi və müvəqqəti istifadəyə verilməsi haqqında səlahiyyətli dövlət orqanı və ya bələdiyyə tərəfindən qəbul edilmiş qərar və ona əlavə edilmiş 1:500, 1:2000, 1:5000 1:10000 və ya 1:25000 miqyasında ayrılan sahənin planı əsasında onun cizgisini müvafiq olaraq bu Əsasnamənin 1, 2, 3, 4 nömrəli əlavələrində verilən formalarda əks etdirir. 49.Həmin Əsasnamənin 13-cü bəndinə əsasən dövlət aktlarının və şəhadətnamələrin hazırlanmasına, verilməsinə, dövlət qeydiyyat kitablarının doldurulmasına, habelə saxlanılmasına ümumi rəhbərlik və nəzarəti Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həyata keçirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 50.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 51.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
52.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 53.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
54.Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 55.Belə ki, iş materiallarından məlum olur ki, Mərdəkan qəsəbəsi 5/425 nömrəli sahədə yerləşən mübahisəli 1200 kv.m torpaq sahəsi Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 407/401 saylı sərəncamına əsasən İddiaçı ayrılmış, torpaq sahəsi həmin vaxtdan etibarən fasiləsiz və mübahisəsiz olaraq iddiaçının qanuni sahibliyində və istifadəsində olmuş, lakin Cavabdeh həmin torpaq sahəsini zəbt etməsi səbəbindən iddiaçı qanuni əsaslarla onun istifadəsinə verilmiş torpaq sahəsindən istifadə etmək imkanından məhrum olmuşdur. 56.Cavabdeh iddiaçının iddia etdiyi torpaq sahəsinin əslində ona məxsus olmasını, həmin torpaq sahəsinin 1992-ci il tarixdə sərəncam əsasında ona ayrıldığını, orada kommersiya fəaliyyəti ilə məşğul olmaqla işıq, qaz və su xətlərinin çəkilməsinə dair müvafiq tədbirlər gördüyünü, daha sonra həmin torpaq sahəsinin naməlum səbəblərdən və ya saxta yolla iddiaçıya ayrılması barədə 1994-cü il tarixli sərəncam verildiyini, 2006-cı ildə isə kadastr xidmətinin nümayəndələri tərəfindən ölçmə işlərinin faktiki olaraq cavabdehə məxsus torpaq sahəsində aparılması səbəbindən koordinatların üst-üstə düşdüyünü, iddiaçının sərəncam verildiyi vaxtdan 25 il sonra ortalığa çıxdığını bildirmiş, lakin etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, işin tədqiq olunan hallarına əsasən qeyd olunan hallar öz təsdiqini tapmamışdır. 57.Bakı şəhəri Xəzər rayon İHB-nın Mərdəkan İƏD üzrə nümayəndəliyi tərəfindən Xəzər rayon İHB-nin xx.xx.1992-ci il tarixli, 615/38 saylı sərəncamı ilə Cavabdeh, eyni zamanda cavabdehin qardaşı X12 və bacısı X3 həmin cərgədə yan-yana olaraq torpaq sahələri ayrılması bildirilsə də, bununla bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, nümayəndəliyin məktubunda göstərilən hallar məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. 58.Bundan əlavə, cavabdehə torpaq sahəsinin ayrılmasına dair 1992-ci il tarixli sərəncama cizgi sənədi əlavə edilməmişdir. Sərəncamlardan görünür ki, 1992-ci ildə cavabdehə ayrılmış torpaq sahəsinin ölçülsü 750 kv.m, 1994-cü ildə iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü isə 1200 kv.m-dir. Həmçinin mütəxəssis və ekspert rəylərindən görünür ki, mübahisəli torpaq sahəsinin naturada müəyyən edilmiş ölçüləri 1200 kv.m təşkil etməklə, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ölçüləri ilə üst-üstə düşür. 59.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 60.Kollegiya qeyd edir ki, məhkəmə mütəxəssis və onun əsasında verilmiş ekspert rəylərinə hüquqi qiymət verərək düzgün olaraq qeyd etmişdir ki, həmin rəylər elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla tərtib edilmişdir və işin məhkəmə araşdırması zamanı müəyyən olunmuş halları ilə üst-üstə düşür. Məhkəmə müxətəssis və onun əsasında verilmiş ekspert rəyini obyektiv, qərəzsiz və hərtərəfli olaraq qiymətləndirməklə, həmçinin iş üzrə müəyyən olunmuş halları da araşdırmaqla belə qənaətə gəlmişdir ki, iddiaçıya 1200 kv.m ölçüdə torpaq sahəsinin ayrılması barədə Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 407/401 saylı sərəncamı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən torpağın mülkiyyətə verilməsinə dair JN-28011D KOD 00300016 nömrəli şəhadətnamə mövcuddur və həmin şəhadətnamə əsasında tərtib edilmiş torpaq sahəsinin cizgisi xx.xx.1994-cü il tarixli 407/401 saylı sərəncama əlavə edilmiş yerləşmə sxeminə əsasən verilmişdir. Qeyd olunan şəhadətnamə hazırkı vaxtadək mübahisələndirilməmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edilməmiş və ya etibarsız hesab olunmamışdır. 61.Kollegiya həmçinin qeyd edir ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-612/2023 saylı qərarına əsasən iddiaçı Cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xəzər (keçmiş Əzizbəyov) Rayon İcra Hakimiyyətinin 407/401 saylı, xx.xx.1994-cü il tarixli Sərəncamının etibarsız hesab olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6364/2022 saylı qərarına əsasən iddia rədd edilmişdir. İddiaçı Cavabdeh Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6364/2022 saylı qərarından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-612/2023 saylı qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6364/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 62.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qüvvədə olan xx.xx.2023-cü il tarixli, 2-1(103)-612/2023 saylı qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, elektron baza məlumatlarına əsasən naturada ölçülmüş torpaq sahəsinin koordinatları ilə Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 407/401 saylı mübahisələndirilən sərəncamı əsasında verilmiş JN-28011D KOD 00300016 saylı şəhadətnamənin bazada yerləşmə mövqeyinin koordinatları üst-üstə düşür. Bu isə onu deməyə əsas verir ki, mübahisələndirilən sərəncamla ayrılan torpaq sahəsi yerquruluşu sənədlərinə uyğun verilmişdir. 63.Kollegiya qeyd edir ki, Xəzər rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2019-cu ildə təqdim edilmiş yerləşmə sxeminin məhz 1992-ci ildə cavabdehə ayrılmış torpaq sahəsinə aid olması sübut edilmir. Eyni zamanda, cavabdeh tərəfindən mütəxəssislərə yerində göstərilmiş torpaq sahəsinin koordinatları sxemdə göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. 64.Göründüyü kimi cavabdehin mübahisəli torpaq sahəsi üzərində hüququnun, ümumiyyətlə məhz həmin sahənin ona ayrılması məhkəmə tərəfindən müəyən edilməmişdir. 65.Kollegiya apellyatorun iddia müddətinin ötürülməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən iddiaçının tələbi mülkiyyət hüquqlarından irəli gələrək, onun pozulmuş hüquqlarının aradan qaldırılması ilə bağlı olduğundan, həmin tələbə iddia müddəti şamil edilmir. 66.Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. 67.Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. 68.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 69.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə xərcləri prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilmişdir. 70.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 71.Qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(003)-82/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 72.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(003)-82/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov