Məhkəmə qərarları › İş №2(103)-1420/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1420/2020

27.01.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1420/2020 27.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi, İddiaçı Ərizəçi və onun vəkili Vəkil, Cavabdeh Maraqlı şəxs1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Ərizəçi cavabdehlər Maraqlı şəxs2 və Maraqlı şəxs1 qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, onun əsasında reyestrdə qeydə alınmış qeydiyyatın və verilmiş çıxarışın ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və adının vərəsə siyahısına salınmaqla yeni vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 2(007)- 2627/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ərizəçi cavabdehlər Maraqlı şəxs2 və Maraqlı şəxs1 qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum haqqında şəhadətnamədə ata barədə qeydin ləğv edilməsi, 2 saylı ASAN Xidməti Mərkəzi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2V- 506 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, həmin şəhadətnamə üzrə Maraqlı şəxs2 və Maraqlı şəxs1 adına verilmiş xx.xx.2017-ci ildə RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, onun 2014-cü ildə vəfat etmiş Volodin Stanislavoviçin yeganə vərəsəsi olması və ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki 36 saylı evin 1 saylı mənzilinin mülkiyyətçisi onun qardaşı X2muşdur. Qardaşı X7 2014-cü ildə vəfat etmiş və onun ölümündən sonra mübahisəli Bakı şəhəri Ş.Mirzəyev küçəsi 36 saylı evini saylı mənzili miras qalmışdır. Qardaşı X4 vəfatından sonra cavabdehlər Maraqlı şəxs2 və Maraqlı şəxs1 2 saylı ASAN Xidmət Mərkəzinə müraciət etmişlər və onlara xx.xx.2017-ci il tarixli 2V-506 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Bakı şəhəri, Ş.Mirzəyev küçəsi, 36 saylı evin 1 saylı mənzili xx.xx.2017-ci il tarixdə ½ hissəsinə Maraqlı şəxs2, ½ hissəsi isə Maraqlı şəxs1 vərəsəlik hüquqları tanınmış və onlara RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Cavabdehlərə qeyri-qanuni olaraq vərəsəlik haqqında şəhadətnamə yerilmişdir. Belə ki, qardaşı X7 xx xxxx 1986-cı il tarixdə X9 ilə rəsmi nikah münasibətinə girmişdir. Evlənəndən sonra bir müddət normal ər-arvad münasibətlərində olmuşlar. Lakin sonradan Yelenanın qardaşına qarşı münasibəti pisliyə doğru dəyişmişdir, o tez-tez Stanislavı aldadaraq evdən çıxıb getmişdir, ona məlum olmayan yerlərdə gecələmişdir, onunla hesablaşmamışdır. Cavabdehlərin anası X3 xx xxxxxxx 1993-cü il tarixdə Sergey adlı bir oğlu, xx xxxxxx 2000-cı il tarixdə isə Sabina adlı bir qızı doğulmuşdur. Həmin uşaqların doğum haqqında şəhadətnamələrində ata qrafasında Stanislavın adını yazdırmışdır. Ailəsinin dağılmasını istəməyən Stanislav uşaqların doğum haqqında şəhadətnamələrində ata qrafasında onun adının yazılmasına etiraz etməmişdir. Lakin cavabdeh yenə də uşaq gözlədiyindən Stanislav məhkəməyə atalığın mübahisələndirilməsi iddiası ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə tərəfindən atalıq faktının müəyyən edilməsi üçün məhkəmə tibbi-bioloji ekspertizası keçirilmişdir. Məhkəmə Tibbi Ekspertiza və X10 Nizami Rayon Şöbəsinin xx xxxxx 2005-ci il tarixli 197 saylı rəyi ilə müəyyən edilmişdir ki, X1 götürülmüş eyakulyatda spermatazoidlər aşkar olunmamış və bu onu göstərə bilər ki, S.V.Volodinin mayalandırma qabiliyyəti yoxdur. Bundan sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2-312/05saylı, xx xxxxx 2005-ci il tarixli qətnaməsi ilə S.V.Volodinin ərizəsi təmin edilmiş, X4 Maraqlı şəxs2 və Maraqlı şəxs1 atası olmaması faktı təsdiq edilmişdir. O, X4 bacısı olmaqla onun yeganə vərəsəsidir, lakin Maraqlı şəxs2 və Maraqlı şəxs1 Stanislavın uşaqları olmadığına görə onun vərəsələri ola bilməzlər. Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 2(007)-2627/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı Ərizəçi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini iddia ərizəsinin məzmununa əsaslandırmaqla bildirmişdir ki, məhkəmə ekspertlərtin rəylərinə düzgün qiymət verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmşilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin əsassız olduğunu, iddiaçının istinad etdiyi qtənamənin ləğv edildiyini və iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasına gəlməmiş və kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Bununla yanaşı kollegiya qeyd edir ki, MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək aşağıdaki nəticəyə gəlir. İş materiallarında olan xx.xx.2005-ci il tarixdə ekspert A.Ə.Məmmədov tərəfindən tərtib olunmuş 197 saylı “canlı şəxsin ekspertizası" barədə aktla müəyyən olunmuşdur ki, X1 götürülmüş eyakulyatda spermatozoidlər aşkar olunmamışdır və bu onu göstərə bilər ki, onun mayalandırma qabiliyyəti yoxdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında ekspert qismində dindirilmiş Məmmədov Kamal Yüzbaşı oğlu ifadə verərək göstərdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza PA və ETT” Birliyinin Nizami rayon şöbəsində ekspert kimi fəaliyyət göstərir. xx.xx.2005-ci il tarixdə verilmiş ekspert rəyi ilə tanışdır. Həmin rəylə əlaqədar onu deyə bilər ki, 2005-ci ildə X5 mayalanma olmamışdır, lakin X6 1993-cü ildə, X8 isə 2000-ci ildə doğulmuşlar. X4 1993-cü ildən 2000-ci ilə qədər mayalandırma qabiliyyətinin olub-olmamasını qeyd olunan rəy əsasında müəyyən etmək mümkün deyil. Əgər həmin şəxs sağ olsaydı yenidən müayinə edilməklə bu suala cavab vermək mümkün olardı. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında ekspert qismində dindirilmiş X12 ifadə verərək göstərdi ki,Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza PA və ETT” Birliyinin Nizami rayon şöbəsinin rəisidir. Qeyd etmək istəyir ki,əgər şəxsdə 1993-cü və 2000-ci illərdə mayalanma qabiliyyəti olmuşdursa 2005-ci ildə belə qabiliyyətin aradan qalxması mümkündür. Bunun üçün çox ciddi səbəblər, travma, şüalanma və insan orqanizminə neqativ təsir edən hallar baş verməlidir. Onda bu cür məlumatlar olmadığından və X4 vəfat etməsi səbəbindən 1993-cü və 2000-ci illərdə onun mayalanma qabiliyyətinin olub-olmaması barədə birmənalı rəy vermək mümkün deyil. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla kollegiya qeyd edir ki, iddiaçı Ərizəçidoğum haqqında şəhadətnamədə ata barədə qeydin ləğv edilməsi bardə iddia tələbini irəli sürməkdə subyektiv hüququ yoxdur. Belə ki, Maraqlı şəxs2 və Maraqlı şəxs1 doğum haqqında şəhadətnamələrində ata qrafasında iddiaçının qardaşı olan X4 adı qeyd edilmiş və həmin qeyd yalnız Stanislav Volodin özü mübahisələndirə bilərdi. Lakin X7 2014-cü il tarixdə vəfat etmişdir və onun bacısı olan iddiaçının sözügedən iddianı qaldımaqda subyektiv hüququ yoxdur. Həmçinin iddiaçı iddiasında “xx.xx.2017-ci il tarixli 2V-506 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsnii, həmin şəhadətnamə üzrə Maraqlı şəxs2 və Maraqlı şəxs1 adına verilmiş xx.xx.2017-ci ildə RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsini, onun 2014-cü ildə vəfat etmiş Volodin Stanislavoviçin yeganə vərəsəsi olması və ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini” tələb etsə də, o, vərəsəlik şəhadətnaməsinin etibarsız olduğunu təsdiq edəcək kifayət qədər mötəbər və ya tutarlı sübutları məhkəməyə təqdim etməmişdir. Hazırki halda sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini hər hansı sübutla əsaslandırmamışdır. Kollegiya xüsusilə vurğulayır ki, iddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2-312/05 saylı, xx xxxxx 2005-ci il tarixli qətnaməsi ilə S.V.Volodinin ərizəsi təmin edilmiş, X4 Maraqlı şəxs2 və Maraqlı şəxs1 atası olmaması faktı təsdiq edildiyini irəli sürsə də, sözügedən qiyabi qətnamə ləğv edilmiş və məhkəmənin xx xxx 2006-cı il tarixli qərardadı ilə ərizə baxılmamış saxlanılmış, 2014-cü ildə vəfat etmiş, bundan sonra 8 il müddətində X7 bu barədə iddia tələbi ilə məhkəməyə müraciət etməmiş, bu isə o deməkdir ki, uşaqların özünün olması ilə razılaşmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə onları irəli sürən şəxslərin üzərinə düşür və məhz onlar, yuxarıda sadalanan dispozitiv şərtlərin mövcudluğunu sübuta yetirməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”(sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin ekspert rəylərinə düzgün qiymət verməməsi barədə irəli sürülənlərə dair kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasına ekspertlər dindirilmiş və onlar bildirmişlər ki, X4 vəfat etməsi səbəbindən 1993-cü və 2000-ci illərdə onun mayalanma qabiliyyətinin olubolmaması barədə birmənalı rəy vermək mümkün deyil. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ƏT E T D İ: İddiaçı Ərizəçi apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 2(007)-2627/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Məmməd Məmmədov Elşad Şamayev Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar