Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1423/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cəlaləddin və X3 ibarət tərkibdə, İddiaçılar İddiaçı və X6 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6622/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: Azyaşlılar xx.xx.2013-cü il təvəllüdlü İddiaçı və xx.xx.2015-ci il təvəllüdlü X2i nümayəndəsi qismində (anaları) Qanuni nümayəndə Cavabdeh qarşı azyaşlıların anaları Qanuni nümayəndə ilə birlikdə mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Daha sonra cavabdehin nümayəndəsi-vəkili məhkəməyə vəsatət təqdim edərək hazırki mülki işlə əlaqəli olan Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Nümayəndə2 cavabdeh Qanuni nümayəndə Tofiqovnaya qarşı “nikahın pozulması, birgə nikahdan doğulan övladları X6 və İddiaçı saxlanılması üçün alimentin ödənilməsi, X6 və İddiaçı (hazırki iş üzrə iddiaçılar) himayə hüququnun verilməsi ” tələbinə dair e-2(001)- 3662/2022 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alana qədər hazırki mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6622/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qərardadı ilə Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Nümayəndə2 cavabdeh Qanuni nümayəndə Tofiqovnaya qarşı “nikahın pozulması, birgə nikahdan doğulan övladları X6 və İddiaçı saxlanılması üçün alimentin ödənilməsi, X6 və İddiaçı (hazırki iş üzrə iddiaçılar) himayə hüququnun verilməsi” tələbinə dair e-2(001)-3662/2022 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, iddiaçılar İddiaçı və X6 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiaları üzrə mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçının həmin qərardaddan verdiyi şikayət məhkəmənin 19 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçılar hazırda yetkinlik yaşına çatmamaqla X5 10 yaşında, X7 isə 6 yaşındadırlar. Ona görə də onların adından hazırki “mənzilə köçürülmə” tələbini onların qanuni nümayəndəsi olan anaları X1rmışdır. Madina Mirzəxanova onunla uşaqların atası olan Nümayəndə2 boşanması onun azyaşlıların qanuni nümayəndləri olmasını heç bir şəkildə dəyişdirməyəcəkdir. Hətta belə fərz edilsə ki, məhkəmədə yekunda uşaqların himayəsini atalarına vermiş olsa belə yenə də onların ataları ilə yaşayacaqları mənzil məhz hazırda köçürülmə tələbi qaldırılan mənzil olacaq. Belə olan halda hazırki işin baxılmasının digər işdən nə asılılığı qalır nə də ki bir işin digər işə maneəçiliyi olur. Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 şikayətə etiraz verərək, təmin edilməməsini, Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6622/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan - Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. Konstitusiya Məhkəməsi Plənumunun Mülki Prosəssual Məcəllənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmə prosesi zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Kollegiya qeyd edir ki, məhkəmə işin icraatını Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-3662/2022 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırdığı zaman, həmin işlə özünün icraatında olan iş arasındakı bağlılığın mahiyyətinə düzgün hüquqi qiymət verməmiş və işlər arasındakı asılılığın dərəcəsi, eləcə də həmin iş üzrə olan məsələ nizamlananadək hazırki işə baxılmasının mümkün olması yaxud olmamasını tam və dəqiq müəyyən etməmiş və əsaslandırmamışdır. Belə ki, hazırki işdə iddiaçılar nənələrinə məxsus mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etsələr də, Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)- 3662/2022 saylı iş üzrə isə azyaşlıların anası və atası arasında nikahın pozulmasına məsələsinə baxılır; hazırki tələbə baxılmasının isə hazırki iş üzrə Binəqədi Rayon Məhkəməsində baxılan mübahisənin nəticəsindən asılı edilməsi anlaşılan deyildir. Qeyd olunduğu kimi, icraatın dayandırılması üçün işlərin hər hansı bir qarşılıqlı bağlılığı deyil, yalnız birinin baxılmasını digərindən məcburi asılı edən mütləq asılılığı nəzərdə tutulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6622/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qərardadı ləğv olunsun və mülki iş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Elşən Kazımov Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-1423/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1423/2023
25.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver