Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1423/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X9 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(007)-2748/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh mülkiyyətində olmuşdur. Cavabdeh xx.xx.2021-ci tarixdə İddiaçı ilə daşınmaz əmlakın alğı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilə bağlayıb, mülkiyyətində olan həmin mənzili İddiaçı sataraq onun mülkiyyətinə vermişdir. İddiaçı 50000 manat məbləğində pulu notariusun depozit hesabına köçürərək, həmin mənzili almışdır. Alğı-satqı müqaviləsinin bağlanmasından sonra həmin mənzilə İddiaçı mülkiyyət hüququ tanınmış və mənzil üzərində bu mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 2.Cavabdeh xx.xx.2021-ci il tarixədək mənzili alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürsə də, bu öhdəliklərinin icrasından yayınmış, mənzili tərk etməmişdir. Cavabdeh mənzildən köçməmiş, mənzildə qeydiyyatda qalmış və əmlakı iddiaçıya təhvil verməmişdir. Bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 4.Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair e-2(007)-966/2023 nömrəli mülki iş Cəbrayıl Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehdər X6 və X7 qarşı “alğı-satqı müqaviləsinin, daşınar və daşınmaz əmlakların dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair 2(072)-211/2023 saylı mülki işlə bir icraatda birləşdirilərək baxılması üçün Cəbrayıl Rayon Məhkəməsinə göndərilmişdir. 5.Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-211/2023 saylı, 02 iyun 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci madbəsinə əsasən iddiaçı X3 cavabdehlər X6 və X8 qarşı “alğı-satqı müqaviləsinin, daşınar və daşmmaz əmlakların dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. 6.Cəbrayıl Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli qərardadı ilə iddiaçı X4 Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması və mənzilin boşaldılaraq, təhvil verilməsi" tələbinə dair 2(072)-415/2023 saylı mülki iş baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsnə göndərilmiş, mülki iş xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. 7.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında 29 yanvar 2021-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqısına haqqında” müqavilə bağlanılmışdır. Həmin müqaviləyə görə satıcı, yəni cavabdeh ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 40,2 kv.m olan mənzili onun mülkiyyətinə verməyi, alıcı isə qeyd edilən mənzilin ümumi dəyəri olan 50000 (əlli min) manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada (notariat qaydasında) təsdiq edilmişdir. Müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən tam şəkildə icra edilmiş, ünvan 2 ünvanında yerləşən mənzilin dəyəri olan 50000 (əlli min) manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən satıcıya ödənilmişdir. Qeyd edilən alğı-satqı müqaviləsi Bakı şəhəri notariat ofisi tərəfindən təsdiq edilərək informasiya sisteminə daxil edilmişdir. Cavabdehlə aralarında bağlanmış olan “daşınmaz əmlakın alğısatqısı haqqında” müqavilə əsasında göstərilən mənzilə dair mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə ********** qeydiyyata nömrəsi dövlət reyestrində qeydiyyata alınmış və bununla bağlı olaraq ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bildirir ki, bugünədək satıcı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini tam şəkildə icra etməmişdir. Belə ki, aralarında mövcud alğı-satqı müqaviləsi olmasına, həmçinin əmlakın dəyərinin tam şəkildə tərəfindən ödənilməsinə baxmayaraq cavabdeh mənzili boşaldaraq ona təhvil verməmiş, həmçinin cavabdeh tərəfindən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə müxtəlif maneələr törədilmişdir. Cavabdeh tərəfindən dəfələrlə xəbardar edilməsinə baxmayaraq, qanunsuz hərəkətlərinə davam etmiş və mənzili tam şəkildə boşaldaraq ona təhvil verməmişdir. Göründüyü kimi cavabdeh müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməmiş, nəticədə onun qanunla qorunan və tanınan həmçinin konstitusion və konvension hüququm olan mülkiyyət hüquqlarım kobud şəkildə pozulmuşdur. Qeyd edilənlərdən də göründüyü kimi mübahisəli mənzilə dair mülkiyyət hüququ tam şəkildə ona məxsus olmuş, lakin o, mülkiyyət hüququnun tərkib hissələri olan istifadə və sahiblik hüquqlarımın həyata keçirilməsindən məhrum edilmişdir. Göstərilən mənzilə dair cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmalı və həmin mənzil cavabdehə məxsus əşyaların çıxarılması ilə tam şəkildə boşaldılaraq ona təhvil verilməlidir. Qeyd edilənlərə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 40,2 kv.m olan mənzilində Cavabdeh istifadə hüquqlarına xitam verilməsi, cavabdehin həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 8.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında ilk dəfə xx.xx.2020-ci ildə alğı-satqı müqaviləsi bağlanılıb, bundan sonra cavabdeh maddi vəziyyətinin düzəldiyini qeyd etmiş, 1000 və ya 2000 manat artıq ödəməklə mənzil qaytarılıb və həmin müqavilə ləğv edilmişdir. İş materiallarında buna dair sübut olmasa da, belə bir hal var ki, alğı-satqı olan zaman cavabdehin yanında özünü onun əri kimi təqdim edən şəxs olub. Lakin indi məlum olur ki, həmin şəxs cavabdehi aldadıb, onun bütün əmlaklarını ələ keçirib. İndi cavabdeh bu səbəbdən hesab edir ki, əlində qalan son əmlakından çıxmamalıdır. 9.Məhkəmə iclasnda cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış müqavilə borc münasibətlərini pərdələmək üçün bağlanmışdır. İddiaçı faizə pul verir. İddiaçı hazırda mübahisələndirilən əmlakla yanaşı, cavabdehin digər əmlaklarını, yəni “Mazda” markalı, “Land Cruiser” markalı avtomobillərini, Novxanıda yerləşən torpaq sahəsini özünün və qohumlarının adına rəsmiləşdirməklə almışdır. İddiaçı ilə Teymur adlı şəxs əvvəlcədən bir-birini tanıyıblar. Cavabdehin bütün daşınar və daşınmaz əmlakları əldən çıxmışdır. Cavabdehin başqa əmlakı yoxdur, o, mübahisəli əmlakdan çıxarılsa məcbur qalıb sığınacağa getməlidir.
10. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, o, faizlə borc pul götürmüşdür, buna görədə evini satmışdır. Borc pul ödəniləndən sonra mənzilini ona qaytardılar. Alğı-satqı müqaviləsi bağlanarkən 30000 manat pul almışdır, amma 50000 manatı almağı imza atdırıblar. 11.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 23 noyabr 2023-cü il tarixli, 2(007)-2748/2023 saylı qətnaməsi ilə (hakim-Qumru Əliyeva) iddia tələbi təmin edilərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüququna xitam verilməsi, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilindən çıxarılması, ünvan 1 ünvanında yerləşən mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan: 12.Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanaraq reyestrdə 4Ə-1228 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alğı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilini İddiaçı sataraq, onun mülkiyyətinə vermişdir. Müqavilənin 4-cü bəndinə əsasən satıcı mənzili 50000 manata satmış, alıcı isə həmin qiymətə almışdır; 13.Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanaraq reyestrdə 3M-2762 nömrə ilə qeyd edilmiş müqavilənin ləğvinə dair sazişinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər xx.xx.2020-ci daşınmaz əmlakın alğı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqaviləsinə xitam verirlər. Tərəflərin razılığına əsasən İddiaçı, Cavabdeh verdiyi 50000 manat pul məbləğini notariusun depozit hesabı vasitəsi ilə geri aldıqdan sonra qeyd olunan daşınmaz əmlakın alğı-satqı müqaviləsinə xitam verilmişdir. 14.Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzili xx.xx.2020-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda Cavabdeh adına qeydiyyata alınmışdır; 15.Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanaraq reyestrdə 4Ə-112 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alğı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilini İddiaçı sataraq, onun mülkiyyətinə vermişdir; -Müqavilənin 4-cü bəndinə əsasən satıcı mənzili 50000 manata satmış, alıcı isə həmin qiymətə almışdır; -Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür; -Müqavilənin 11-ci bəndinə əsasən satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2021-ci il tarixədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür; -Müqavilənin 13-cü bəndinə əsasən satıcı xx.xx.2021-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür; 16.Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzili xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmışdır. 17.Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Əmlakınızın Rəhimov Təyyar və qeyriləri tərəfindən ələ keçirilməsi barədə Respublika Baş Prokurorluğuna daxil olmuş müraciətinə baxılmışdır. Həmin müraciəti qanunamüvafıq qaydada baxılaraq tədbir görülməsi və nəticəsi barədə sizə məlumat verilməsi üçün 02 avqust 2023-cü il tarixdə aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə göndərilmişdir. 18.Məhkəmə işin faktiki halları kimi müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh mülkiyyətində olmuşdur. Cavabdeh xx.xx.2021-ci tarixdə İddiaçı ilə daşınmaz əmlakın alğı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilə bağlayıb, mülkiyyətində olan həmin mənzili İddiaçı sataraq onun mülkiyyətinə vermişdir. İddiaçı 50000 manat məbləğində pulu notariusun depozit hesabına köçürərək, həmin mənzili almışdır. Alğısatqı müqaviləsinin bağlanmasından sonra həmin mənzilə İddiaçı mülkiyyət hüququ tanınmış və mənzil üzərində bu mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixədək mənzili alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürsə də, bu öhdəliklərinin icrasında yayınmış, mənzili tərk etməmişdir. Cavabdeh mənzildən köçməmiş, mənzildə qeydiyyatda qalmış və əmlakı iddiaçıya təhvil verməmişdir. Bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. 19.Məhkəmə işin müəyyən edilmiş hallarına və istinad etdiyi normalara əsaslanaraq belə qənaətə gəlmişdir ki, cavabdeh mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozur. Qeyd olunan mənzil üzərində mülkiyyət hüququ həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığı andan ona keçmiş və cavabdeh mülkiyyət hüququnun tərkib hissəsi olan mənzildən istifadə hüquqlarını itirmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi “cavabdehin mənzilindən istifadə hüququna xitam verilməsi” hissəsində təmin edilməlidir. 20.Məhkəmə qeyd etmişdir ki, tərələr arasında bağlanmış alğı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2021-ci il tarixədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçının hazırda mülkiyyətçi olmasını nəzərə alaraq hesab etmişdir ki, cavabdeh mübahisəli mənzildən çıxarılmalıdır. 21.Məhkəmə həmçinin qeyd etmişdir ki, mülkiyyət hüququ özündə həm də subyektin ona mənsub əmlakdan (əşyadan) öz istədiyi kimi istifadə etmək və sahib olmaq imkanını da nəzərdə tutur. Bu baxımdan, iddiaçı mənzilin boşaldılmış vəziyyətdə ona təhvil verilməsi tələbi onun Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və MM-nin 152-ci maddəsindən irəli gələn istifadə və sahiblik səlahiyyətinin realizəsi kimi qəbul edilməlidir. Qeyd edilən səlahiyyətlərə hər hansı ağlabatan və obyektiv səbəb olmadan müdaxilə isə mülkiyyət hüququnun əsassız məhdudlaşdırılması ilə nəticələnə bilər. Hazırkı mübahisədə isə iddiaçının konstitusion səviyyədə təminat verilən həmin hüquqlarına müdaxilə üçün əsas yoxdur. Bu səbəbdən də, məhkəmə hesab etmişdir ki, iddia tələbinin əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsi də təmin edilməlidir. 22.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cü maddələrinə; “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə; “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə; “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına; Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 148.2, 152.1, 178.1, 203.1, 425.1-ci; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.1ci;Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
23.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 24.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh özünə məxsus olan mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 40,2 kv.m olan mənzili iddiaçıya satmamış, müqavilə formal xarakterli olmuşdur. Belə ki, cavabdehin yaxın tanışı olan Teymur adlı şəxs həmçinin hazırki iş üzrə iddiaçı olan İddiaçı oğlu X10 ilə daha əvvəl tanışlıq münasibətlərində olmuş, Teymur daima Təyyar adlı şəxsdən faizə borc pul götürərək qaytarmışdır, Cavabdeh tanışı Teymur adlı şəxsə borc pul lazım olduğunu bildirmiş və onlar birgə ilk dəfə olaraq 2020-ci il tarixndə Bakı şəhəri 14 saylı Notariat ofisində Təyyar adlı şəxsdən 30000 (otuz min) manat borc pul götürmüşdür. Təyyar özünü siğortalamaq üçün cavabdehə təklif etmişdir ki, o, yeganə yaşayış yeri olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 40,2 kv.m olan mənzilini onun adına rəsmiləşdirsin. Təyyar ilə Teymurun uzun illər tanış olduqları üçün cavabdeh bu təklifə razılaşmışdır. Lakin həmin məbləğ onun maddi vəziyyətinin yaxşılaşması səbəbi ilə tərəfindən tam şəkildə ödənilmiş, aralarında bağlanılmış alğı-satqı müqaviləsinə xitam verilmişdir. Daha sonra isə cavabdeh atasının xəstəliyi səbəbindən onun müalicəsinə pul lazım olduğu üçün 2021-ci il tarixində Təyyar adlı şəxsdən yenidən 30000 (otuz min) manat borc pul almış və yeganə yaşayış yeri olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 40,2 kv.m olan mənzilini Təyyarın anası olaraq tanıdığı hazırki iş üzrə İddiaçı adına rəsmiləşdirmişdir. Bu minvalla cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlanmışdır. Cavabdeh heç vaxt yeganə yaşayış sahəsini alğı-satqı etmək niyyətində olmamışdır, sadəcə qarşı tərəfin etibarını itirməmək üçün alğı-satqı həyata keçirmişdir. İddiaçı ilə bir-birinə inamları olduğuna görə heç bir tərəddüd etmədən alğı-satqı etməyə razılaşmış, gələcəkdə yarana biləcək borc öhdəliklərinin təminatı qismində çıxış etmiş, bununla da müqaviləni vahid hüquqi niyyətlə deyil, ehtimal olunan borc münasibətlərini pərdələmək niyyəti ilə bağlamışdır. İddiaçı da onun etibarından sui-istifadə etmiş və ona məxsus olan hal-hazırda yeganə yaşayış yeri olan mənzilini ələ keçirmişdir. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər qəbul edilmiş və əsas götürülmüş, lakin cavabdeh tərəfindən təqdim edilmiş sübutlar qəbul edilməmişdir. Yuxarıda göstərilən faktlardan da açıq aşkar görsənir ki, məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş sübutlara əhəmiyyət vermədən onu dinləməyərək qismən əsassız və qanunsuz qətnamə qəbul etmişdir, bu da məhkəmə çəkişməsi prinsipinə ziddir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
a)Məhkəmə icraatı iştirakçılarının izahatları 26.Məhkmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişidirilmədən saxlanılmasını xahiş etdi. 27.İş üzrə cavabdeh X11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o,məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının: 28.13-cü maddəsinin 1-ci hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. 29-cu maddəsinin 1-ci və 2-ci hissələri. Hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 30.Maddə 140.Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 31.Maddə 148.2.Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 32.Maddə 178.1.Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 33.Maddə 203.1.Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 34.Maddə 152.1.Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 35.Maddə 228.4.Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 36.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 37.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 38.Maddə 425.1.Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 39.Maddə 34.1.Şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. 40.Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. 41.“İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. 42.“Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. 43.Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1)mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2)mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. 44.“F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 45.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 46.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
47.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 48.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
49.Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 50.Belə ki, işin müəyyən olunmuş faktiki halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh mülkiyyətində olmuşdur. Cavabdeh xx.xx.2021-ci tarixdə İddiaçı ilə daşınmaz əmlakın alğı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilə bağlayıb, mülkiyyətində olan həmin mənzili İddiaçı sataraq onun mülkiyyətinə vermişdir. İddiaçı 50000 manat məbləğində pulu notariusun depozit hesabına köçürərək, həmin mənzili almışdır. Alğısatqı müqaviləsinin bağlanmasından sonra həmin mənzilə İddiaçı mülkiyyət hüququ tanınmış və mənzil üzərində bu mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixədək mənzili alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürsə də, bu öhdəliklərinin icrasında yayınmış, mənzili tərk etməmişdir. Cavabdeh mənzildən köçməmiş, mənzildə qeydiyyatda qalmış və əmlakı iddiaçıya təhvil verməmişdir. Bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. 51.Cavabdehin apellyasiya şikayəti üzrə dəlilləri ondan ibarətdir ki, cavabdeh heç vaxt yeganə yaşayış sahəsini alğı-satqı etmək niyyətində olmamışdır, sadəcə qarşı tərəfin etibarını itirməmək üçün alqı-satqı həyata keçirmişdir. İddiaçı ilə bir-birinə inamları olduğuna görə heç bir tərəddüd etmədən alğı-satqı etməyə razılaşmış, gələcəkdə yarana biləcək borc öhdəliklərinin təminatı qismində çıxış etmiş, bununla da müqaviləni vahid hüquqi niyyətlə deyil, ehtimal olunan borc münasibətlərini pərdələmək niyyəti ilə bağlamışdır. İddiaçı da onun etibarından sui-istifadə etmiş və ona məxsus olan hal-hazırda yeganə yaşayış yeri olan mənzilini ələ keçirmişdir. 52.Kollegiya bununla bağlı apellyatorun dəlilini əsassız hesab edərək, qeyd edir ki, əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır. Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Bununla belə, cavabdeh tərəfindən həmin ehtimalların əksi iddia və sübut oluna bilər ki, cavabdeh tərəfindən bununla bağlı iddia tələbi irəli sürülməmişdir. 53.Belə ki, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadında qeyd olunur ki, o da vurğulanmalıdır ki, əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər (bənd 54). -Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı (bənd 55). -Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir (bənd 54). 54.Göründüyü kimi, müqavilə azadlığı şəklində tərəflərin iradə ifadəsi olaraq alğı-satqı müqaviləsi bağlanmış, cavabdeh ödənilən 50000 manatın müqabilində mülkiyyətində olan mənzli iddiaçıya satmışdır. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmaqla, iddiaçı hal-hazırda mülkiyyətçi olmaqla, mülkiyyətdən irəli gələn hüquqlarının pozulması ilə bağlı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 55.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 56.Beləliklə məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(007)-2748/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 57.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edili r ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 58.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 59.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 60.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(007)-2748/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov