Məhkəmə qərarları › İş №2(103)-1426/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1426/2023

25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1426/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 6604/2022 saylı qərardadından İddiaçı İB tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçınə olan debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 1190,75 (bir min bir yüz doxsan manat 75 qəpik) manat və ödənilmiş 31,91 (otuz bir manat 91 qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1222,66 (bir min iki yüz iyirmi iki manat 66 qəpik) manat pul vəsaitinin cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın "xxxx" ASC-nin Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 6604/2022 saylı qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı ASC həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddaçı İddiaçı prosessual hüquq norması olan MPM-nin 36.11-ci maddəsini rəhbər tutaraq iddia tələbi ilə qaz paylayıcı ilə abonent arasında bağlanmış müqavilənin icra edildiyi yerə uyğun duzgün olaraq məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-6604/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-6604/2022 saylı qərardadı ləğv edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin 35.1-ci və 152.1.3-cü maddələrinin tələbləri pozulmuş, Cavabdeh ərazi aidiyyətinə əməl etmədiyindən, o cümlədən mübahisənin məhkəməyə qədər nizama salınmasına iddiaçı tərəfindən riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə aşağıda göstərilənlərə əsasən razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Məhkəmə iddianın cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olmasını qeyd etsə də, hazırki iddia tələbi iddiaçının seçməsinə görə aidiyyəti müəyyən edən Azərbaycan Respublikası MPM-in 36-cı maddəsinin tələblərinin təsiri altına düşür. İşdə olan tərəflər arasında bağlanmış müqaviləyə əsasən müəyyən edilir ki, qaz paylayıcı ilə abonent arasında bağlanmış qazın alğı-satqısı müqavilənin icra edildiyi yer, yəni qazla təchiz edilən ünvan ünvan 1071). Belə olan halda hazırki iddia ərizəsi üzrə mülki işə Cəlilabad rayon Məhkəməsində baxılmalı olması barədə məhkəmənin mövqeyi düzgün olmamışdır. Belə mövqe prosessual qanunvericiliyin məhkəməyə müraciətlə bağlı iddiaçıya verdiyi seçimin məhdudlaşdırılması hesab edilər ki, bu da yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı prosessual qanunvericiliyin tələblərinə riayət etməklə iddia tələbi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişdir və bu əsasla iddia ərizəsinin geri qaytarılmasına prosessual əsas olmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi iddianı geri qaytararkən mübahisənin məhkəməyə qədər nizama salınmasına iddiaçı tərəfindən riayət edilməməsi qənaətinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Azərbaycan Respublikası MPM-nin 152.1.6-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Kollegiya hesab edir ki, qanunla bu kateqoriya işlər üçün pretenziya qaydasına riayət edilməsi nəzərdə tutulmamışdır. Tərəflər arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin 5.2-ci bəndinə əsasən, tərəflər arasında bu müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. Kollegiya hesab edir ki, müqavilənin qeyd edilən şərti pretenziya qaydası kimi qəbul edilə bilməz. Belə ki, müqavilənin istinad olunan bəndi tərəflərin üzərinə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət etmək, bununla bağlı qarşı tərəfə pretenziya –yazılı təklif və ya etiraz göndərmək vəzifəsi qoymur. Hazırki vəziyyətdə yuxarıda göstərilən digər əsasla yanaşı iddia ərizəsinin pretenziya qaydasınada riayət olunmamasına istinadla iddia ərizəsinin geri qaytarılmasına prosessual əsas olmamışdır. Kollegiya hesab edir ki, hazırki halda iddiaçı mülki və mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququndan istifadə etməkdə haqlıdır. Beləliklə, kollegiya hesab edir ki, İddiaçı İB-nin şikayəti təmin edilməklə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-6604/2022 saylı qərardadı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı İB-nin şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 6604/2022 saylı qərardadı ləğv edilsin. İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbi üzrə iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün iş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar