Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1429/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi, işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə barədə mülki iş üzrə (açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9 katibliyi, İddiaçı, cavabdehin nümayəndələri https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3226369Vəkil və https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3226369Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi, işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2(009)-2107/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Xəyyam Əlizadənin X7 (PF) rəisi İddiaçı əmək müqaviləsinin ləğv edilməsi haqqında 30 iyul 2024-cü il tarixli əmrindən görünür ki, Daxili Nəzarət Departamentindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-27-109/16/2/3-1-16022/2024 nömrəli təqdimatda 01 iyul 2024-cü il tarixində Kəlbəcər PF-nin baş xəzinəsində və tabeli poçt şöbələrində həyata keçirilmiş qəfləti yoxlama zamanı nağd pul və digər qiymətlilər sistem üzərindən üzləşdirilərkən bir neçə halda çatışmamazlıq aşkar edildiyi bildirilmişdir. Belə ki, baş xəzinədə 4860 manat nağd pul əskikliyi müəyyən edilmiş və PÖN üzrə 5892,70 manat qalıq olduğu halda, göstərilən qiymətlilər faktiki aşkar edilməmişdir. Kəlbəcər PF-nin rəisi İddiaçı baş xəzinədə olan nağd pul çatışmamazlığını Gömrük Komitəsinə ödənişlər edildiyini və həmin məbləğin sahibkarlar tərəfindən ona verilmiş plastik kart hesabında olduğunu bildirmişdir (filial rəisinin izahatları əlavə edilir). Nağd pul çatışmazlığı yoxlama zamanı İddiaçı tərəfindən tam bərpa edilmişdir (sistem üzərindən 01 iyul 2024-cü il tarixli “hesabdan çıxarış”əlavə edilir). Cari ilin iyun ayı üzrə sistem üzərindən araşdırılma aparılarkən məlum olmuşdur ki, Kəlbəcər PF üzrə yalnız 13 iyun 2024-cü il tarixdə 2328,84 manat gömrük komitəsinə ödənişlər edilmişdir. Yəni Baş xəzinədə olan çatışmamazlıqla iyun ayında Gömrük Komitəsinə edilmiş ödənişlər arasındakı fərqin 2531,16 manat hissəsi daha əvvəlki aylarda yarandığı məlum olur. İddiaçı PÖN və markalı zərflər üzrə çatışmamazlığın səbəbini 2019-2021-ci illərdə qaimə əsasında hüquqi şəxslərə verdiyini, lakin sistem üzrə məxaric edilmədiyini bildirmişdir. Həmçinin filialın Müştəri xidmətləri şöbəsində PÖN və markalı zərflər üzrə 1412,62 manat və “Azərcell” danışıq kartları üzrə isə 690 manat dəyərində çatışmamazlıq aşkar edilmişdir. Aşkar edilmiş çatışmayan məbləğ araşdırma zamanı bərpa etdirilmişdir . Kəlbəcər PF-nin rəisi İddiaçı xidməti işində yol verdiyi nöqsan AR Əmək Məcəlləsinin 72-ci maddəsinin (“Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar”) tələblərinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması halı kimi qiymətləndirildiyinə görə AR ƏM-nin 70-ci maddəsinin “ç”bəndinə əsasən işdən azad edilməsinə hüquqi əsas yaradır. Beləliklə, İddiaçı əmək funksiyası və vəzifə təlimatı üzrə öhdəliklərini yerinə yetirməməsinin zəruri hüquqi sənədlərlə təsdiq edildiyini, həmçinin işəgötürənin təşəbbüsü ilə onun işdən azad olunmasına dair Həmkarlar Komitəsinin müvafiq rəyini nəzərə alıb, AR ƏM-nin 70-ci maddəsinin "ç" bəndini rəhbər tutaraq, Cavabdeh MMC-nin X7 (PF) rəisi İddiaçı AR ƏM-nin 70-ci maddəsinin “ç”bəndinə əsasən 30 iyul 2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv olunması qərara alınmışdır.
2. İddiaçı tərəfindən Cavabdeh MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İ.Mustafayevə ünvanlanmış izahatdan görünür ki, 01 iyul 2024-cü il tarixdə filialın baş xəzinəsində və MXŞ-də yoxlama aparılıb və aşağıdakılar müəyyən edilmişdir: Baş xəzinə üzrə 4680manat nağd pul, 5892,70 manat PÖN çatışmamazlığı aşkar edilmişdi. MXŞ-də isə 1412,62 manat PÖN və 690 manat Azərcell ödəmə kartları çatışmamazlığı aşkar edilmişdir. Bunun səbəbini bununla izah edir ki, sahibkarlar üçün gömrük komitəsinə ödəniş aparılmış, bu ödənişlərə sahibkarlara məxsus bank kartından çıxarır. Sahibkarların kartında yaranmış problemə görə həmin vəsaitin çıxarılması gecikmişdir. Yoxlama olduğu dövrdə həmin pul kartdan çıxarılaraq 25 dəqiqə ərzində bərpa olunmuşdur. Baş xəzinədə yaranmış PÖN çatışmamazlığı ilə bağlı qeyd etmək istəyir ki, hüquqi şəxslərə verilmiş PÖN və markalı zərflər tərəfindən qaimə əsasında verilmiş, lakin sistemdə silinmə aparılmamışdır. Bununla bağlı Gəncə RPF-nin baş mühasibinə hansı təşkilata nə qədər mal verdiyi barədə məlumat vermiş və həmən təşkilata qaimə vurulmasını xahiş etmişdir. MXŞ-də PÖN çatışmamazlığı ilə bağlı bildirmək istəyir ki, əməliyyata tərəfindən PÖN və markalı zərflərin satışını təyinatı üzrə düzgün işlənməsi səbəbində azalma olmuş, lakin həmin vəsait MXŞ-nin xəzinəsinə təyinatından kənar mədaxil olunub. Həmçinin Azərsell ödəmə kartları ilə bağlı bildirir ki, həmin kartların satışını həyata keçirilməsi ilə bağlı marketlərə vermiş və yoxlama zamanı həmin pul MXŞnin xəzinəsinə mədaxil olmuşdur. Yoxlama ərzində baş xəzinə və MXŞ-nin xəzinələri (nağd pul) sıfırlanıb.
3. DND-nin PƏNŞ-nin aparıcı mütəxəssisi - Rəşad Soltanov, Gəncə RPF-nin PƏM- 1 Lətif Məmmədov, Kəlbəcər PF nin rəisi- İddiaçı, Kəlbəcər PF-nin MXŞ-nin əməliyyatçısı - Ülviyyə Fərmanzadənin iştirakı ilə tərtib edilmiş Kəlbəcər RF-nin 01 iyul 2024-cü il tarixli Aktından görünür ki, 01 iyul 2024-cü il tarixdə Baş xəzinə və MXŞ-də nağd pul və digər qiymətlilər sistem üzrə üzləşdirildi bir neçə halda əskikliklər müəyyən edilmişdir. Belə kı, sistem üzrə Baş xəzinədə 4680 manat nağd pul əskikliyi və 5892,70 manat PÖN və markalı zərfin ümumiyyətlə baş xəzinədə olmadığı aşkar edilmişdir. MXŞ-də PÖN və markalı zərflər üzrə 1412,62 manat və Azərcell ödəmə kartları üzrə isə 690 manat dəyərində çatışmamazlıq aşkar edilmişdir. Azərcell ödəmə kartları üzrə 690 manat məlbəğ satış əməliyyatı olunaraq vəsait MXŞ-nin xəzinəsinə bərpa edildi. Filial rəisi Nazım Bəylərov izahatında baş xəzinədə olan nağd pul əskikliyinin səbəbini sahibkarlar tərəfindən gömrük komitəsinə məxsus rüsumların ödənildiyini qeyd edərək həmin pulların kart hesabında olduğunu bildirmiş və dərhal əskiklik kartdan çıxarılaraq tarn olaraq bərpa edilmişdir.
4. Cavabdeh MMC-nin Daxili Nəzarət Departamentinin direktoru Vyaçeslav Məmmədov tərəfindən tərəfindən Cavabdeh MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İ.Mustafayevə ünvanlanmış Təqdimatından görünür ki, 01 iyul 2024-cü il tarixində Kəlbəcər PF-nin baş xəzinəsində və tabeli Poçt şöbələrində qəfləti yoxlama aparılmışdır. Yoxlama zamanı naqd pul və digər qiymətlilər sistem üzrə üzləşdirilərkən bir neçə halda çatışmamazlıq aşkarlanmış və sənədləşdirilmişdir. Belə ki, baş xəzinədə 4860 manat nağd pul əskikliyi müəyyən edilmiş və PÖN üzrə 5892,70 manat qalıq olduğu halda göstərilən qiymətlilər faktiki aşkar edilməmişdir. Kəlbəcər PF-nin rəisi İddiaçı baş xəzinədə olan nağd pul çatışmamazlığını Gömrük komitəsinə ödənişlər edildiyini və həmin məbləğin sahibkarlar tərəfindən ona verilmiş plastik kart hesabında olduğunu bildirmişdir. Nağd pul çatışmamazlığı yoxlama zamanı İddiaçı tərəfindən tam bərpa edilmişdir. İyun ayı üzrə Departament tərəfindən sistem üzərindən araşdırılma aparılmış və məlum olmuşdur ki, Kəlbəcər PF üzrə yalnız 13 iyun 2024-cü il tarixdə 2328,84 manat gömrük komitəsinə ödənişlər qəbul edilmişdir. Yəni baş xəzinədə olan çatışmamazlıqla iyun ayında gömrük komitəsinə edilmiş ödənişlər arasınadakı fərqin 2531,16 manat hissəsi daha əvvəlki aylardan gəldiyi ehtimal olunur. İddiaçı PÖN və markalı zərflər üzrə çatışmamazlığın səbəbini 2019-2021-ci illərdə qaimə əsasında hüquqi şəxslərə verdiyini, lakin sistem üzrə məxaric edilmədiyini bildirmişdir. Qeyd olunan illərin üzləşmə aktları və qaimələr təqdim olunmadığından, sistem məlumatları arxivləşdirildiyindən, Kəlbəcər PF tərəfindən göstərilən xidmətlərin araşdırılması imkan xaricindədir. MXŞ-də PÖN və markalı zərflər üzrə 1412,62 manat və Azərcell danışıq kartları üzrə isə 690 manat dəyərində çatışmamazlıq aşkar edilmişdir. Azərcell danışıq kartları üzrə yoxlama zamanı 690 manat məbləğ Ü.Fərmanzadə tərəfindən satış əməliyyatı edilmiş və əskiklik bərpa edilmişdir. MXŞ-nin müdiri əvəzi Ü.Fərmanzadə MXŞdə olan PÖN və markalı zərflər üzrə çatışmamazlığı hüququ şəxslərə təyinatı üzrə düzgün satış etmədiyini (yəni zərf satışı kimi) və sistem üzərindən düzgün işlənmədiyini (yəni markalayıcı həkki kimi) bildirmişdir. 2022-ci il tarixdən bu günədək PÖN və markalı zərflər üzrə çatışmamazlığın Departament tərəfindən sistem üzrə araşdırılması aparılmış və həmin məbləğin 1123,50 manat təyinatı üzrə düzgün satış edilmədiyi və zərf satışı kimi sistemə işlənildiyi, digər hissəsi markalayıcı həkki kimi işləndiyi təsdiqini tapmışdır. Bu baxımdan MXŞ-nin sistem üzərindən PÖN qalığından 1412,62 manat məbləğin azaldılmasına etiraz etmirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq, aidiyyatı üzrə göstəriş verilməsi xahiş olunmuşdur.
5. İdarə Heyətinin sədri vəzifəsini icra edən İşi Mustafayev tərəfindən Rabitə işçiləri X2 Bakı 2 şöbəsinin sədri Nüsrət Səmədova ünvanlanmış məktubdan görünür ki, Daxili Nəzarət Departamentindən daxil olmuş 22 iyul 2024-cü il tarixli 3-27-109/16/2/3-1- 16022/2024 nömrəli təqdimatda bildirilir ki, 01 iyul 2024-cü il tarixində Kəlbəcər PF-nin baş xəzinəsində və tabeli Poçt şöbələrində qəfləti yoxlama aparılmışdır. Yoxlama zamanı nağd pul və digər qiymətlilər sistem üzərindən üzləşdirilərkən bir neçə halda çatışmamazlıq aşkar edilmişdir. Belə ki, baş xəzinədə 4860 manat nağd pul əskikliyi müəyyən edilmiş və PÖN üzrə 5892.70 manat qalıq olduğu halda, göstərilən qiymətlilər faktiki aşkar edilməmişdir. Kəlbəcər PF-nin rəisi İddiaçı baş xəzinədə olan nağd pul çatışmamazlığını Gömrük Komitəsinə ödənişlər edildiyini və həmin məbləğin sahibkarlar tərəfindən ona verilmiş plastik kart hesabında olduğunu bildirmişdir. Nağd pul çatışmazlığı yoxlama zamanı İddiaçı tərəfindən tam bərpa edilmişdir. Cari ilin iyun ayı üzrə sistem üzərindən araşdırılma aparılarkən məlum olmuşdur ki, Kəlbəcər PF üzrə yalnız xx.xx.2024-cü il tarixdə 2328.84 manat gömrük komitəsinə ödənişlər edilmişdir. Yəni Baş xəzinədə olan çatışmamazlıqla iyun ayında Gömrük Komitəsinə edilmiş ödənişlər arasındakı fərqin 2531.16 AZN hissəsi daha əvvəlki aylarda yarandığı məlum olur. İddiaçı PÖN və markalı zərflər üzrə çatışmamazlığın səbəbini 2019-2021-ci illərdə qaimə əsasında hüquqi şəxslərə verdiyini, lakin sistem üzrə məxaric edilmədiyini bildirmişdir. Filialın Müştəri xidmətləri şöbəsində PÖN və markalı zərflər üzrə 1412.62 manat və “Azərcell” danışıq kartları üzrə isə 690.0 AZN dəyərində çatışmamazlıq aşkar edilmişdir. Aşkar edilmiş çatışmayan məbləğ (690.0 AZN) araşdırma zamanı bərpa etdirilmişdir. Kəlbəcər PF-nin rəisi İddiaçı xidməti işində yol verdiyi nöqsan AR Əmək Məcəlləsinin 72-ci maddəsinin (“Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar”) tələblərinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması halı kimi qiymətləndirildiyinə görə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə hüquqi əsas yaradır. Qeyd olunan hüquqi əsasları nəzərə alaraq, İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına Həmkarlar Komitəsinin iclasında baxıb nəticəsi barədə müvafiq rəyin Cavabdeh MMC-yə təqdim edilməsi xahiş olunur. Həmçinin bildirilir ki, göstərilən məsələnin müzakirəsi zamanı Həmkarlar İttifaqının iclasındakı çıxışlar, səslənən fikirlər iclas protokolunda geniş və ətraflı əks olunmalı, qəbul olunacaq qərar iclasda iştirak edən komitə üzvlərinin hər biri tərəfindən imza edilməli, yol verilmiş nöqsanın sübutu üçün tələb olunan zəruri sənədlər (akt, izahat) protokola əlavə olunmalıdır.
6. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Rabitə işçiləri X2 “Bakı-2” şöbəsinin iclasının 27 nömrəli, 26 iyul 2024-cü il tarixli protokolundan görünür ki, xidməti fəaliyyətində ciddi nöqsana yol verməsinin müvafiq hüquqi sənədlərlə təsdiq edildiyini və bununla bağlı aparılan araşdırmada hüquq prosedur qaydalarına əməl olunduğunu nəzərə alaraq HİK-nin Bakı 2 şöbəsinin iclas iştirakçıları Kəlbəcər RPF-nin rəisi İddiaçı AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasına etiraz etmir.
7. Cavabdeh Milli Operatorun 30 mart 2011-ci il tarixli, 47 nömrəli əmrindən görünür ki, RRQ-də işləməyən rabitəçilərə minium əmək haqqı və çörək pulu xərclərinin ödənilməsi üçün ayrılmış vəsaitin ödənişinin nöqsanlı həyata keçirildiyinə, mühasibat uçotuna və istismar fəaliyyətinə lazımı nəzarəti təmin etmədiyinə və audit aktında göstərilmiş digər nöqsanlara görə RRQ-nin rəisi İddiaçı "töhmət" elan edilmişdir.
8. Cavabdeh Milli Operatorun 07 fevral 2020-ci il tarixli, 259 nömrəli əmrindən görünür ki, Cavabdeh MMC-nin 27 yanvar 2020-ci il tarixli 152 nömrəli əmri ilə X3 maliyyətəsərrüfat fəaliyyətinin auditi zamanı aşkar edilmiş ciddi nöqsan və çatışmazlığı nəzərə alaraq X3 rəisi İddiaçı 07 fevral 2020-cı il tarixdən aşkar edilmiş çatışmazlığın aradan qaldırıldığı son tarixədək vəzifəsindən kənarlaşdırılmışdır.
9. Cavabdeh Milli Operatorun 05 mart 2020-ci il tarixli, 465 nömrəli əmrindən görünür ki, Cavabdeh MMC-nin X3 (RQ) rəisi İddiaçı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir.
10. Cavabdeh MMC-nin İdarə Heyətinin sədri X8 tənbehi verilməsi haqqında 01 mart 2023-cü il tarixli əmrindən görünür ki, Cavabdeh MMC-nin ... Kəlbəcər PF-nin rəisi İddiaçı “töhmət" verilmiş, xidməti fəaliyyətlərində təkrar nöqsana yol verəcəkləri halda, barələrində daha ciddi intizam tənbehi görüləcəyi onların nəzərinə çatdırılmışdır.
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə azad olunması barədə xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, onu tutduğu vəzifəyə bərpa olunması, vəzifədən azad olunduğu vaxtdan faktiki işə bərpa olunacağı vaxtadək ona hesablanmalı olan əmək haqqının və tərəfindən mediasiya sessiyasında ödənilən 55 manat rüsumun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin 30 iyul 2024-cü il tarixli əmri ilə o, tutduğu vəzifədən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 30 iyul 2024-cü il tarixdən azad olmuş və onunla olan əmək müqaviləsi ləğv edilib. Qeyd edilən əmrin verilməsinə əsas Kəlbəcər poçt filialında Daxili Nəzarət Departamenti tərəfindən aparılmış yoxlamanın nəticələri göstərilmişdir. Daxili Nəzarət Departamentinin aktına əsasən aparılmış yoxlama nəticəsində aşkar olunan hallar aşağıdakılardan ibarət olmuşdur: 4860 manat nağd pul əskikliyi müəyyən edilmişdir. PÖN üzrə 5892,70 manat qalıq olduğu halda, göstərilən qiymətlilər faktiki aşkar edilməmişdir. Müştəri xidmətləri şöbəsində PÖN və markalı zərflər üzrə 1412,62 manat çatışmamazlıq aşkar edilmişdir. “Azercell” danışıq kartları üzrə 690 manat dəyərində çatışmamazlıq aşkar edilmişdir. Yuxarıda qeyd etdiyi kimi cavabdeh onu AR Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə işdən azad etməklə səbəb kimi yuxarıdakıları əsas gətirmişdir. Hesab edir ki, qeyd edilən hallara istinad etməklə onun işdən azad olunması qanunsuz və əsassız olmuşdur. Belə ki, işdən azad olma əmrində istinad olunan hallarla bağlı məqamları aşağıda qeyd edir. 4860 manat nağd pul əksikliyi barədə bildirir ki, həqiqətən də yoxlama aparılan zaman xəzinədə qeyd edilən məbləğdə pul əskikliyi olmuşdur. Səbəbi o olmuşdur ki, o, poçtun dövriyyəsini artırmaq və nəticə olaraq daha çox mənfəət vermək üçün vergi və s. ödənişlərini rəhbərlik etdiyi poçt vasitəsilə aparılması məqsədilə bir neçə sahibkarı cəlb etmişdir. Həmin sahibkarlar qeyd etdiyi ödənişlərini rəhbərlik etdiyi poçt vasitəsilə edirdilər. Hansı ki, onlar bunu elektron ödəniş sistemləri və ya banklar vasitəsilə də edə bilərdilər. Sırf şəxsi əlaqələri nəticəsində onlar bu ödənişlərini rəhbərlik etdiyi poçt vasitəsilə edirdilər. Ödəniş etdikləri müddətdə təxminən ******* manat həcmində ödənişlər edilmişdir ki, bunların da nəticəsində Cavabdeh MMC-yə təxmini 5000-6000 manat məbləğində mənfəət verilmişdir. Qeyd etdiyi sahibkarlar ödənişləri barədə ona bildirdikdə, o onların ödənişlərini edir və sahibkarların ona verdikləri kartdakı vəsaitlərindən silirdi. Sonuncu ödənişləri zamanı (may 2024-də) adəti üzrə poçt vasitəsilə onların 4860 manat məbləğində ödənişləri edildi, lakin kartlarında problem olduğu üçün həmin vəsaiti kartdan silə bimədi və kart problemlərini həll etmələri müəyyən müddət çəkdi. Poçt filialı üçün vacib müştəri olduqları üçün o onlara dərhal pulu ödəmələrini tələb edə bilmədi və kartda olan problemin tez bir zamanda aradan qalxacağını, bu səbəbdən gözləməyi xahiş etdilər. Yoxlama da bu dövrə tasədüf etdiyi üçün bu fakt pozuntu kimi qəbul edildi. Bu irad ona bildirilən kimi, o, sahibkarlara bunu bildirdi və onlar onun şəxsi kartına bu vəsaiti göndərdilər, o da öz növbəsində həmin vəsaiti məxaric edərək dərhal poçtun kassasına ödədi. Göründüyü kimi, bu pozuntu halında onun məqsədi oğurluq, mənimsəmə və s. kimi şəxsi maraq güdən hal olmamışdır. Sadəcə olaraq, qeyd etdiyi kartda yaranmış problem səbəbindən gecikmənin yaranması olmuşdur. PÖN üzrə 5892,70 manat qalıq olduğu halda göstərilən qiymətlilər faktiki aşkar edilməmişdir. Bu halın mahiyyəti ondan ibarətdir ki, yoxlama zamanı sistem üzrə 5892,70 manatlıq zərfin poçtda olduğu (istifadə edilmədiyi) görünsə də, onların faktiki olaraq yerində olmadığı qeyd edilmişdir. Lakin faktiki olaraq bildirmək istəyir ki, qeyd edilən zərflərin sistemdə qalıq kimi görünməsi texniki səhvdir. Faktiki olaraq qeyd edilən məbləğdə zərflər poçt tərəfindən işlənmiş və əldə olunan vəsaitləri də ümumi qaydada (müəssisə-təşkilatlar tərəfindən köçürmə qaydasında) ödənilmişdir. Bu zərflər 2019-2021ci illər ərzində Kəlbəcər rayon DYP idarəsi və Kəlbəcər rayon icra hakimiyyəti tərəfindən sifariş olunmuş, işlənmiş və köçürmələri də edilmişdir. Hər birində 60 ədəd olmaqla 115 reyestr tərtib edilmiş və xidmət üzrə göndərişlər çatdırılmışdır. Bu zərflərin Azərpoçtun sistemində qalıq kimi görünməsi texniki haldır. Bu halda yenə də onun şəxsi bir marağı, məsuliyyətsizliyi və s. kimi təqsirli hərəkətləri yoxdur. Əsas odur ki, qeyd edilən texniki faktın sənədlərlə elə olmadığı öz təsdiqini tapır və texniki halın digər sənəd-sübutlarla öz təsdiqini tapmadığı halda onun günahlandırılması əsassızdır. Texnikada hər bir səhvlik ola bilər. Lakin bunu digər yanakı hallarla müəyyən etməyə imkan varsa, faktiki hal araşdırılmalıdır. Primitiv olaraq texnikaya əsaslanmaqla yekun nəticəyə gəlmək əsassızıdr. Məlumat üçün bildirir ki, o, təsdiqedici sənədləri yoxlama zamanı təqdim etmişdir. Lakin onlar həmin dövrün məlumatlarının arxivlə yoxlanılmasının mümkün olmadığını əsas gətirərək, həmin sənədlərin üzləşdirilməsi, müəyyən edilməsini araşdırmadılar. Primitiv olaraq texnikanın məlumatlarına əsaslandılar. Eyni zamanda bildirir ki, bu hal 2020-ci ildə Cavabdeh MMC tərəfindən rəhbərlik etdiyi poçt şöbəsində yoxlama aparılarkən pozuntu kimi qeyd edilməmişdir. Müştəri xidmətləri şöbəsində PÖN və markalı zərflər üzrə 1412,62 manat çatışmamazlıq aşkar edilmişdir. Qeyd edilənlə bağlı bildirmək istəyir ki, bu qeydin mahiyyəti ondan ibarətdir ki, 2021-2023-cü illər üzrə 1462 manatlıq zərf poçt şöbəsində yoxdur. Əslində isə qeyd edilən zərflər qeyd edilən dövrlərdə işlənmiş və onların işlənməsindən əldə olunan vəsait Cavabdeha ödənilmişdir. Belə ki, Kəlbəcər RİH və digərorqanlara təqdim edilən həmin zərflər təyinatına uyğun olaraq istifadə edilmişdir. Bunu müvafiq orqanların tərtib etdikləri qaimə-fakturaların məzmunundan da müəyyən etmək olur. Həmin fakturaları yoxlamaya da təqdim etmişdir. Cavab olaraq bildirdilər ki, fakturaları qəbul edirlər, lakin sistemdə də, gərək bunlar görünər və silinərdi ki, onun poçtu üzərində qalıq kimi görünməsin. Yəni yoxlama özü də əmin oldu ki, “aşkarlanmayan”, sanki satılıb pulu onun tərəfindən özününküləşdirilən zərflər əslində təyinatına uyğun işlənilib və əldə olunan vəsait kassaya ödənilib (müəssisə-təşkilatlar köçürmə edib). Bu halda da, hər hansı maddi ziyan vurulmayıb. Qalır onların sistemdən silinməsinə, bu, əməliyyatçıların işidir. Həmçinin texniki məqam olduğu, hər hansı maddi maraq və s. ziyan olmadığı üçün bu pozuntu da, 70 “ç” tətbiq etmək üçün əsas deyil. “Azercell” danışıq kartları üzrə 690 manat dəyərində çatışmamazlıq aşkar edilmişdir. Qeyd edilən halla bağlı bildirir ki, bəli yoxlama zamanı satış məqsədilə verilmiş poçtda 690 manat məbləğində Azərcell kartları (kontur) aşkar edilməmişdir. Bunun səbəbi isə odur ki, həmin kartlar poçt şöbəsində satılmadığı, qaldığı üçün onların satılması məqsədilə qonşu mağazaya vermişdir. Yoxlama bunu irad bildirən kimi, onları mağazadan götürüb yoxlamaya təqdim etdi. Bəli, o bu halı pozuntu kimi qəbul etsə də, ancaq bu kimi texniki hallar onun AR Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə işdən azad olmağı üçün əsas deyil. Bu kimi şəxsi maraq, oğurluq, mənimsəmə, işəgötürənə maddi zərər vurmayan pozuntular istənilən təşkilat, müəssisələrdə ola bilər. Bunlar aradan qaldırılması asan və mümkün olan pozuntulardır. Bu kimi hallarla bağlı işçiyə xəbərdarlıq, töhmət və ya ağırlıq dərəcəsinə görə şiddətli töhmət də verilə bilər. Lakin Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə işdən azad olunması çox ağır cəzadır. O, 1987-ci ildən Poçtda işləyir. 2009-cü ildən Azərpoçt MMC-nin X7 rəisi vəzifəsində çalışır. Poçt sahəsində işlədiyi 1987-ci ildən hesablanarsa 37 illik, X7 rəisi vəzifəsində işlədiyi 15 illik dövrdə hər hansı pozuntusu, inzibati tənbehi və ya xoşagəlməz hər hansı əməli olmayıb. Əksinə, dəfələrlə rəhbərlik tərəfindən Fəxri fərmanlarla və digər təltiflərlə qiymətləndirilmişdir. Bu sahə üzrə bir neçə sertifikatın sahibidir. Belə ki, Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçısı ilə 18 sentyabr 2009 – 19 sentyabr 2009cu illərdə keçrilmiş filialların idarə edilməsi mövzusunda keçirilən təlim üzrə müvafiq sertifikata layiq görülmüşdür. AR Rabitə və İnformasiya Texnologiyaları naziri cənab Əli Abbasov tərəfindən 04 dekabr 2009-cu il tarixli Fəxri Fərmanla təltif edilmişdir. 17 noyabr 2022-ci ildə YAP Kəlbəcər rayon təşkilatının sədri cənab Həbib Misirov tərəfindən YAP-n fəal üzvü olaraq, uzun müddət partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştirak etdiyi üçün təltif edilmişdir. “Respublika” qəzetinin 02 oktyabr 2015-ci il tarixli buraxılışında rəhbərlik etdiyi poçt şöbəsində işin düzgün təşkili ilə bağlı məqalə dərc olunmuşdur. Dəgər Fəxri fərman və təltiflərə layiq görülmüşdür. 2021-2024-cü illər ərzində işlədiyi dövrdə rəsmi olaraq filial rəisi olsa da, işçi çatışmamazlığı səbəbindən aşağıda qeyd etdiyi vəzifələri icra etmişdir: Poçt əməliyyatları üzrə mühasib, xəzinadar, inkassator, kargüzar, əməliyyatçı və ya poçtalyon məzuniyyətdə və ya başqa səbəbdən işdə olmadığı dövrdə onları da əvəz etmişdir. Yəni rəsmi vəzifəsi rəis olsa da, ailəsini dolandırmaq üçün ona tapşırılan bütün işləri vicdanla görməyə çalışmışdır. Heç vaxt işlədiyi təşkilata maddi maraq naminə hər hansı formada maddi ziyan vurmamışdır. Özü 3-cü qrup əlildir, ailəlidir və 3 qız övladının atasıdır. Yuxarıda qeyd etdiyi kimi, xırda nöqsanlarını qəbul edir. Lakin işin hallarından göründüyü kimi, aşkar olan pozuntular onun 37 illik iş həyatını Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə məhv etməyə əsas vermir. Onun iş həyatı bu formada məhv edilməklə, həmçinin himayəsində 3 qız övladı olan bir ailənin məhv olması ilə nəticələnir. Mübahisələndirdiyi əmrin məzmunundan və işin digər hallarından göründüyü kimi, o, təşkilata hər hansı maddi ziyan vurmamışdır. Hazırda da, təşkilata ödəməli olduğu hər hansı maddi ziyan yoxdur. Bu səbəblərdən də hesab edir ki, ona tətbiq edilən cəza işin hallarına uyğun gəlmir.
13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2(009)- 2107/2024 nömrəli qətnaməsi ilə iddia təmin olunaraq Cavabdeh 30 iyul 2024-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" MMC-nin X7 rəisi vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə təkzib olunur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, iddiaçıya istinad olunan pozuntu onun qəsdi, səhlənkarlığı, yaxud etinasızlığı səbəbindən baş verməmiş, eləcə də, həmin pozuntu nəticəsində onun işlədiyi iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi ziyan dəydiyi sübuta yetirilməmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, yoxlama zamanı müəyyən edilmiş nağd pul çatışmamazlığı iddiaçı tərəfindən tam bərpa edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, işlədiyi müddət ərzində iddiaçı əmək funksiyalarını yerinə yetirərkən səhlənkarlığa, etinasızlığa yol verməmiş və cavabdeh təşkilata qəsdən heç bir ziyan vurmamışdır. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən Cavabdeh MMC-nin X7 (PF) rəisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifədən azad olunması açıq-aşkar qanunsuz və əsassız olmuşdur.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 72, 300-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilərək qətnamənin ləğv və iddianın rədd olunması xahiş edilmişdir.
17. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi işin faktiki halları ilə əmək qanunvericiliyin tələbləri arasında əlaqəni qanunsuz və əsassız olaraq düzgün müəyyən etməmişdir. Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış və işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi bu ha lardan biri kimi göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan ha ların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcə ləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Birinci instansiya məhkəməsi 25 noyabr 2024-cü il tarixli qətnaməsində göstərmişdir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə təkzib olunur. Habelə məhkəmə birinci instansiya məhkəməsi müvafiq qətnaməsində bildirmişdir ki, iddiaçıya istinad olunan pozuntu onun qəsdi, səhlənkarlığı, yaxud etinasızlığı səbəbindən baş verməmiş, eləcə də, həmin pozuntu nəticəsində onun işlədiyi iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi ziyan dəydiyi sübuta yetirilməmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, yoxlama zamanı müəyyən edilmiş nağd pul çatışmazlığı iddiaçı tərəfindən tam bərpa edilmişdir. Və buna görə də birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək iddia tələbini əsaslı saymış və onun təmin edilməsi qənaətinə gəlmişdir. Lakin yuxarıda qeyd edilən halları tamamilə təkzib edərək vurğulamaq istəyirik ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını qiymətləndirərkən yalnızca maddi nəticəyə əsaslanmış, iddiaçı tərəfindən edilmiş qanunsuz hərəkətləri və bunun nəticəsində cəmiyyətdə işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurulmasını, iddiaçı tərəfindən onun üzərinə qanunvericiliklə təlimatlarına uyğun olaraq qoyulmuş əmək vəzifələrini kobud şəkildə pozmasını, öz vəzifə səlahiyyətlərindən suiistifadə edərək rəhəbəri olduğu poçt filialının kassasında olan əskikliyə etinasız yanaşmasını və işin faktiki halları ilə bağlı digər nüansları nəzərə almaqdan imtina etmişdir. Nəzərə çatdırmaq istəyir ki, maddi ziyanın olmaması və ya vurulmuş ziyanın sonradan bərpa edilməsi əmək vəzifələrinin kobud şəkildə pozulması faktını inkar etmir. İşin hallarına nəzər yetirdikdə aydın olur ki, İddiaçı Cəmiyyətin rəhbərliyinə heç bir məlumat vermədən öz kassasından bir neçə sahibkar üçün gömrük və digər maliyyə ödənişlərini həyata keçirirmiş, onların əvəzinə ödənişi kassasında olan pul vəsaitindən istifadə edərək etmiş daha sonra həmin sahibkarların iddiaçıya təqdim etdiyi bank kartlarından vəsaitləri məxaric edərək əskikliyi bərpa edirmiş. İddiaçı sonuncu dəfə may ayının ortalarında hər zamankı kimi sahibkarın adına ödəniş etmiş, lakin deməsinə görə guya onların bank kartında olan problemə görə pul vəsaitini yoxlama vaxtına qədər (xx.xx.2024-cü il) bərpa edə bilməmişdir. Göstərilən fakt sübut edir ki, İddiaçı rəhbərlik etdiyi poçt filialın kassasında 2 aya yaxın müddətdə çatışmazlıq mövcud olmuş, lakin o, bu barədə rəhbərliyə heç bir məlumat verməmiş, subordinasiya qaydalarına əməl etməmiş, habelə öz vəzifə təlimatının göstərişlərini pozaraq qanunsuz olaraq başqalarının adından pul köçürməsi həyata keçirmişdir. Habelə iddiaçı birinci instansiya məhkəməsinin baxış iclasında pul vəsaiti çatışmazlığının yoxlama həyata keçiriləndən çox qısa müddət ərzində bərpa edildiyini bildirmiş, pul vəsaiti çatışmazlığının sahibkarların bank kartında yaranmış problemlərlə əlaqələndirmiş, çatışmazlığın gec bərpa edilmə səbəbi kimi isə sahibkarların poçt filialı üçün son dərəcə əhəmiyyətli müştərilər olduğunu əsas gətirmiş, ona görə də onları tələsdirməmək üçün kassasında olan pul əskikliyinə “göz yummuşdur”. Bununla yanaşı İddiaçı yenə də tabeçilik qaydalarına zidd olaraq 690 manat məbləğində “Azercell” danışıq kartlarını satılması üçün digər obyektlərə icazəsiz olaraq təqdim etmişdir. Öz mülahizəsinə görə heç bir şəxsi, maddi və sair marağı olmadan sadəcə həmin danışıq kartlarının satılması üçün digər obyektlərə təqdim edən İddiaçı rəhbərlik tərəfindən göstəriş verilməməsinə baxmayaraq bu kimi özbaşına hərəkətləri birbaşa olaraq onun vəzifə təlimatlarını pozur və bu əməllərdə başqa maraqlarının olmasını istisna etmir. Bu fakt isə özlüyündə iddiaçının öz işinə qarşı səriştəsiz yanaşmasının, şəxsi əlaqələrini öz işindən daha üstün tutduğunun göstəricisidir. Bu kimi hallar cəmiyyətdə işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozulması, cəmiyyətlə onun X7 arasında işgüzar və tabeçilik münasibətlərinin, habelə qarşılıqlı etimad prinsiplərinin pozulmasına gətirib çıxarmışdır. Bununla yanaşı qeyd etmək lazımdır ki, iddiaçı öz iddia ərizəsində indiyə qədər öz əmək vəzifələrini çox düzgün icra etdiyini, heç bir qüsur və ya xəta törətmədiyini, əksinə öz fəaliyyətinə görə təltifnamə aldığını bildirmişdir. Lakin birinci instansiya məhkəməsinə 2 töhmət, 1 sonuncu xəbərdarlıqla şiddətli töhmət və 1 kənarlaşdırma əmri təqdim edilmişdir. Göstərilən sənədlər İddiaçı öz işində heç də qüsursuz olmadığını, nöqsanlara yol verdiyini və bununla da, İddiaçı qeyri-səmimi və yalan mövqeyininin açıq şəkildə göstəricisidir. Həmçinin qeyd edilən faktlar İddiaçı digər ifadələrində də qeyrisəmimi olduğunu istisna etmir. Yekun olaraq, məhkəmə qanunvericiliyin müvafiq müddəasını məhdud olaraq tətbiq etmiş, sadəcə maddi ziyanın mövcud olmaması ilə kifayətlənmiş və işin bütün faktiki hallarını nəzərə almadan əsassız olaraq yekun qətnamə çıxarmışdır. Göründüyü kimi, işəgötürən tərəfindən İddiaçı əməlləri ilə onun barəsində tətbiq edilmiş intizam tənbeh tədbiri arasında səbəbli əlaqə müəyyən edilmiş, müvafiq əmrlə işçinin öz əmək vəzifələrini kobud şəkildə pozaraq Cəmiyyətdə işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurması faktı aşkar edilmişdir. Lakin məhkəmə işəgötürən tərəfindən AR Əmək Məcəlləsinin 70, 71-ci maddələrinin tələblərinə uyğun olaraq işçinin əmək müqaviləsinə xitam verilməsi qaydalarına əməl edilməsinə baxmayaraq sadəcə maddi ziyanın olmaması faktını əsas gətirmiş və digər hər hansı bir fakta istinad etməyərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Qeyd edilənlərə müvafiq olaraq aydın olur ki, “əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi” faktı işəgötürən tərəfindən aşkar edilmiş və nəticə etibarı ilə iddiaçının hərəkətləri ilə proposionar qaydada iddiaçı barədə tədbir görülmüşdür. Lakin məhkəmə tərəfindən işin faktiki halları məhdud qaydada dəyərləndirildiyi üçün yekun nəticədə Əmək Məcəlləsinin 72-ci maddəsinin qaydası pozularaq qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Beləliklə, Səbail Rayon Məhkəməsi yalnız iddiaçının şifahi mülahizələrinə əsaslanaraq mövqe bildirmiş, iddiaçının qeyri-səmimi, onun xeyrinə olan faktları şişirdərək özünü günahsız kimi göstərməsinə istinad etmiş, cavabdeh tərəfindən təqdim edilmiş sübutları qəbul etsə də, yekun qərar verərkən həmin sübutları nəzərə almadan prosessual pozuntuya yol vermişdir. Əsində və tabeli poçt şöbələrində qəfləti yoxlama aparılmışdır. Yoxlama zamanı nağd pul və digər qiymətlilər sistem üzrə üzləşdirilərkən bir neçə halda çatışmazlıq aşkarlanmış və sənədləşdirilmişdir. Müvafiq yoxlama zamanı baş xəzinədə 4860 manat nağd pul əskikliyi, PÖN üzrə 5892,70 manat dəyərində çatışmazlıq, MXŞ-də PÖN və markalı zərflər üzrə 1412,62 manat və Azercell danışıq kartları üzrə isə 690 manat dəyərində çatışmazlıq aşkar edilmişdir. Yaranmış çatışmazlıqlarla bağlı olaraq Kəlbəcər PF-nin rəisi İddiaçı baş xəzinədə olan nağd pul çatışmazlığını Gömrük Komitəsinə ödənişlər edildiyini və həmin məbləğin sahibkarlar tərəfindən ona verilmiş plastik kart hesabında olduğunu bildirmişdir. Nağd pul çatışmazlığı yoxlama zamanı İddiaçı tərəfindən tam bərpa edilmişdir. Həmçinin İddiaçı PÖN və markalı zərflər üzrə çatışmazlığın səbəbini 2019-2021-ci illərdə qaimə əsasında hüquqi şəxslərə verdiyini, lakin sistem üzrə məxaric edilmədiyini bildirmişdir. Lakin qeyd olunan illərin üzləşmə aktları və qaimələr təqdim olunmadığından, sistem məlumatları arxivləşdirildiyindən, Kəlbəcər PF tərəfindən göstərilən xidmətlərin araşdırılması mümkün olmamışdır. Azercell danışıq kartları üzrə yoxlama zamanı 690 manat məbləğ Ü.Fərmanzadə tərəfindən satış əməliyyatı edilmiş və əskiklik bərpa edilmişdir. Bununla yanaşı MXŞ-nin müdiri əvəzi Ü.Fərmanzadə MXŞ- də olan PÖN və markalı zərflər üzrə çatışmazlığı hüquqi şəxslərə təyinatı üzrə düzgün satış etmədiyini (yəni zərf satışı kimi) və sistem üzərindən düzgün işlənmədiyini (yəni markalayıcı həkki kimi) bildirmişdir. Kəlbəcər PF-nin rəisi İddiaçı hərəkətləri AR Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması halı kimi qiymətlənləndirildiyi üçün AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına hüquqi əsas yaratmışdır. İddiaçı yol verdiyi nöqsana görə barəsində görüləcək intizam tənbehinə rəy bildirilməsi ilə bağlı Cavabdeh MMC-nin Həmkarlar Komitəsinin iclasında baxılmış və Həmkarlar Komitəsinin qərarında İddiaçı AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına dair müvafiq rəy bildirilmişdir. 30 iyul 2024-cü il tarixli əmrlə İddiaçı Aslan oğlunun əmək müqaviləsi ləğv edilmişdir. Daha sonra Bəylərov X4” MMC-yə qarşı iddia ərizəsi ilə 24 sentyabr 2024-cü il tarixində Səbail Rayon Məhkəməsinə müraciət edərək, işdən çıxarılma əmrinin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını və məcburi iş buraxma müddəti üçün hesablanmalı əmək haqqı məbləğinin ödənilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-2107/2024 saylı, 25 noyabr 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Cavabdeh 30 iyul 2024-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" MMC-nin X7 rəisi vəzifəsinə bərpa olunması və ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi, habelə cavabdeh "xxxx" MMC-dən mediasiya sesiyasına ödənilmiş 55 (əlli beş) manat rüsum tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Lakin qətnamənin faktiki və hüquqi əsasları işin faktiki halları ilə kifayət qədər uyğunluq təşkil etməmiş, məhkəmə sübutları məhdud çərçivədə araşdıraraq yekun qətnamə qəbul etmişdir. Bu səbəbdən də tərəfimizdən qətnamədən apellyasiya şikayəti verilir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını qiymətləndirərkən yalnız maddi nəticəyə əsaslanmış, iddiaçı tərəfindən edilmiş qanunsuz hərəkətləri və bunun nəticəsində Cəmiyyətdə işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurulmasını, iddiaçı tərəfindən onun üzərinə qanunvericiliklə təlimatlarına uyğun olaraq qoyulmuş əmək vəzifələrini kobud şəkildə pozmasını, öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəhəbəri olduğu poçt filialının kassasında olan əskikliyə etinasız yanaşmasını və işin faktiki halları ilə bağlı digər nüansları nəzərə almaqdan imtina etmişdir. Maddi ziyanın olmaması və ya vurulmuş ziyanın sonradan bərpa edilməsi əmək vəzifələrinin kobud şəkildə pozulması faktını inkar etmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz iddia ərizəsində qeyd olunan xüsusatlarla əsaslandırılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Cavabdehin nümayəndələri https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3226369Vəkil və https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3226369Nümayəndə1 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək qətnamənin tam ləğv olunmaqla iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
20. İddiaçı iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə; Maddə 3.9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu; Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; Maddə 43.2 2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: ... e) işçinin əmək funksiyası; ... f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; Maddə 57.1. İşəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən gəldiyi qənaəti onunla əsaslandırır ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə təkzib olunur, məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, iddiaçıya istinad olunan pozuntu onun qəsdi, səhlənkarlığı, yaxud etinasızlığı səbəbindən baş verməmiş, eləcə də, həmin pozuntu nəticəsində onun işlədiyi iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi ziyan dəydiyi sübuta yetirilməmişdir, işlədiyi müddət ərzində iddiaçı əmək funksiyalarını yerinə yetirərkən səhlənkarlığa, etinasızlığa yol verməmiş və cavabdeh təşkilata qəsdən heç bir ziyan vurmamışdır.
25. İşin hallarını apellyasiya şikayətinin dəlilləri baxımından araşdıran məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh MMC tərəfindən təsdiq olunmuş, iddiaçı tərəfindən 01 iyul 2019-cu il tarixdə tanış olması ilə bağlı qeyd yazılaraq imzalanmış “poçt filialının müdirinin vəzifə təlimatı”nın “vəzifə öhdəlikləri və onların təsnifatı” adlanan bölməsində aşağıdakılar qeyd olunmuşdur: - poçt filialında və tabeli poçt şöbələrində gündəlik aparılan bütün əməliyyatların mərkəzləşdirilmiş sistemə (proqrama) vaxtında işlənməsinə, gündəlik ictimai balans alınmasına nəzarət etmək: - poçt filialının tabeli poçt şöbələrinə gündəlik poçtun daşınmasına, mübadiləsinə, çatdırılmasına, nağd pulların inkassasiya olunmasına nəzarət etmək;
26. İşin hallarından görünür ki, əmrin verilməsi üçün əsaslar aşağıdakılardır: - 4860 manat nağd pul əskikliyi; PÖN üzrə 5892,70 manat qalıq olduğu halda, göstərilən qiymətlilər faktiki aşkar edilməmişdir; Müştəri xidmətləri şöbəsində PÖN və markalı zərflər üzrə 1412,62 manat çatışmamazlıq aşkar edilmişdir; “Azercell” danışıq kartları üzrə 690 manat dəyərində çatışmamazlıq aşkar edilmişdir.
27. 4860 manat nağd pul və “Azercell” danışıq kartları üzrə 690 manat dəyərində çatışmamazlığın mövcudluğu faktı iddiaçının özü tərəfindən də təsdiq olunur, lakin iddiaçı bu çatışmazlığın dərhal aradan qaldırılmasını və cavabdehə hər hansı bir zərər vurmadığını bildirir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, zərərin aradan qaldırılması həmin zərərin mövcud vurulmaması kimi qiymətləndirilə bilməz. Qeyd olunan çatışmamazlıq iddiaçı tərəfindən vəzifə təlimatının tələbləri pozulmaqla törədilmiş hüquq pozuntusu nəticəsində baş vermişdir, yəni, nəticə ilə iddiaçının əməli arasında səbəbli əlaqə mövcuddur və bu fakt iddiaçının özünün əsaslandırması ilə yanaşı mötəbərliliyi şübhə doğurmayan aktlar və arayışlarla təsdiqini tapır.
29. İş materiallarından görünür ki, iddiaçı barəsində əvvəllər də eyni xarakterli əməllərin törədilməsinə görə müxtəlif vaxtlarda töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, vəzifədən kənarlaşdırma kimi ciddi intizam tədbirləri tətbiq olunmuşdur. Hətta 07 fevral 2020-ci il tarixli əmrə əsasən iddiaçının aşkar edilmiş çatışmazlığın aradan qaldırıldığı son tarixədək vəzifəsindən kənarlaşdırılması qərara alınmışdır.
30. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının bu epizodlardla bağlı irəli sürdüyü arqumentlər (poçtun dövriyyəsini artırmaq və nəticə olaraq daha çox mənfəət vermək üçün vergi və s. ödənişlərini rəhbərlik etdiyi poçt vasitəsilə aparılması məqsədilə sahibkarların cəlb olunması, bunun nəticəsində cavabdehin mənfəət əldə etməsi, danışıq kartlarının poçt şöbəsində satılmadığı, qaldığı üçün onların satılması məqsədilə qonşu mağazaya verməsi) bir daha onun əmək funsiyasını, təlimatın tələblərini pozduğunu təsdiq edir.
31. Zərərin vurulması faktı təsdiqini tapdığı, bu fakt ilə iddiaçının əməli arasında səbəbli əlaqə olduğu halda birinci instansiya məhkəməsi səhvən bu nəticəyə gəlmişdir ki, “iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə təkzib olunur.”
32. Əmrin verilməsi üçün digər 2 əsas - PÖN üzrə 5892,70 manat qalıq olduğu halda, göstərilən qiymətlilər faktiki aşkar edilməməsi və müştəri xidmətləri şöbəsində PÖN və markalı zərflər üzrə 1412,62 manat çatışmamazlığın aşkar edilməsi ilə bağlı iddiaçının gətirdiyi dəlillər ondan ibarətdir ki, zərflərin sistemdə qalıq kimi görünməsi texniki səhvdir, faktiki olaraq qeyd edilən məbləğdə zərflər poçt tərəfindən işlənmiş və əldə olunan vəsaitləri də ümumi qaydada (müəssisə-təşkilatlar tərəfindən köçürmə qaydasında) ödənilmişdir, sistemdə qalıq kimi görünməsi texniki haldır, 2021-2023-cü illər üzrə 1462 manatlıq zərflər qeyd edilən dövrlərdə işlənmiş və onların işlənməsindən əldə olunan vəsait Cavabdeha ödənilmişdir, lakin bu məlumat sistemdə görünmür.
33. Lakin qətnamənin 25-ci bəndində qeyd olunduğu kimi poçt filialında və tabeli poçt şöbələrində gündəlik aparılan bütün əməliyyatların mərkəzləşdirilmiş sistemə (proqrama) vaxtında işlənməsinə, gündəlik ictimai balans alınmasına nəzarət etmək də iddiaçının vəzifəsidir, hətta bu arqument təsdiq olunsa belə, gəlinən nəticə iddiaçı tərəfindən vəzifə təlimatından irəli gələn vəzifələrin yerinə yetirilməməsidir.
34. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin ləğvinə əsas verir. Buna görə də qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd olunmalıdır.
35. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2(009)- 2107/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2(009)- 2107/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi, işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.