Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-143/2025 29.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia; İddiaçı Cavabdeh İddiaçı qarşı (üçüncü şəxs Bakı şəhəri 14 saylı Notariat Ofisi) bir icraatda birləşdirilmiş iddialar üzrə mülki iş. (Açar sözlər: “müqavilə üzrə öhdəliyin icra edilməsi, yalan əqd və əqdin etibarsızlığından sui-istifadə edilməsi”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-499/2023 saylı, 09 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı (digər iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilir ki: "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 392.1 kv.m olan bağ evi 30 dekabr 2019-cu il tarixli 2019/00742-EY saylı istehlak krediti müqaviləsinə əsasən yaranmış öhdəliyin (35000 manat kredit götürülmüşdür) icrasının təmin edilməsi məqsədilə "xxxx" BOKT ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti olan əmlakın dəyəri tərəflərin razılığına əsasən 90000 manat müəyyən edilmişdir.
2. Daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı ******* nömrəli, 27 avqust 2021ci il tarixli müqavilə ilə Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 392.1 kv.m olan bağ evini və ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.109 ha olan torpaq sahəsini 75000 manata İddiaçı satmışdır.
3. Müqavilə bağlanan anda bağ evi və torpaq sahəsi ipoteka ilə "xxxx" BOKT ASCnin xeyrinə yüklü olmuşdur.
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 392.1 kv.m olan bağ evi və Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 bağ sahəsi ev 528 ünvanında yerləşən ümumi sahəsi 0.1090 ha olan torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
5. Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışa əsasən Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 bağ sahəsi ev 528 ünvanında yerləşən ümumi sahəsi 604.5 kv.m olan bağ evi və ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.199 ha torpaq sahəsinin xx.xx.2019-cu il tarixinə bazar dəyəri 308.000 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
Birinci instansiya məhkəməsində icraat
Birinci iş üzrə məlumat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, “Vişnyovka-1” Bağ sahəsində yerləşən 528 “M” saylı bağ evindən və həmin evin yerləşdiyi 0,109 ha torpaq sahəsindən cavabdehin və digərlərinin cavabdehin hesabına çıxarılması, bağ evinin və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi və gələcəkdə mülkiyyətdən istifadəyə maneçiliklərin törədilməsinin cavabdehə və digərlərinə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yuxarıda qeyd edilən torpaq sahəsini və bağ evini onunla Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış və Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, qeydə alınmış AN-İ seriyalı, ******* nömrəli “Alqı-satqı müqaviləsi” əsasında almışdır. Bundan sonra həmin torpaq sahəsi və bağ evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmış və həmin əmlakın iddiaçının xüsusi mülkiyyətində olması barədə DƏDRX tərəfindən iddiaçıya ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli “Reyestrdən çıxarış” verilmişdir. Alqı-satqı müqaviləsinin bağlanmasından 1 il keçməsinə, torpaq sahəsinin və bağ evin boşaldılması ilə bağlı iddiaçının dəfələrlə edilmiş müraciətlərinə baxmayaraq Cavabdeh torpaq sahəsini və bağ evini iddiaçıya təhvil vermir, ailə üzvləri ilə birlikdə orada yaşamağa davam edir.
8. Bu iddia ərizəsi əsasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən 2(008)- 5154/2022 saylı mülki işin icraatı başlanmışdır.
İkinci iş üzrə məlumat
9. İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli torpaq sahəsinə və bağ evinə dair onunla İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış və 14 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, qeydə alınmış AN-İ seriyalı, ******* nömrəli “Alqı-satqı müqaviləsinin” etibarsız sayılması və həmin əmlaka dair İddiaçı adına DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Özündə İddiaçı iddiasına qarşı etiraz məzmununu da ehtiva edən bu iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında həmin alqı-satqı müqaviləsi bağlansa da, Cavabdeh torpaq sahəsini və bağ evini İddiaçı satmamış, müqavilə formal xarakterli olmuşdur. Belə ki, Cavabdeh İddiaçı qohumu olan Elmir adlı şəxsdən 2019-cu ildən başlayaraq topdan satış məqsədi ilə meyvə-tərəvəz məhsullarını nisyə götürüb satırdı və satışdan əldə olan vəsait hesabına Elmirə olan borclarını ödəyirdi. Elmir özünü sığortalamaq üçün Cavabdeh təklif etmişdir ki, o, yeganə yaşayış yeri olan bağ evini və torpaq sahəsini İddiaçı adına rəsmiləşdirsin. Elmir və Vüsalla aralarında uzun illər alver və tanışlıq olduğu üçün Cavabdeh bu təkliflə razılaşmış, lakin onları xəbərdar etmişdir ki, əmlakı ipoteka ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatının xeyrinə yüklüdür. Elmir ilə Vüsal razılaşmışlar ki, onlar "xxxx" BOKT-a olan borcu ödəyəcəklər ki, alqı-satqı müqaviləsi bağlana bilsin. Bu minvalla Cavabdeh ilə İddiaçı arasında həmin müqavilə bağlanmışdır. Əmlakın qiyməti 308000 manat olsa da, müqavilədə qeyd edilmişdir ki, əmlakın qiyməti 75000 manatdır. Notariat Ofisində və "xxxx" ASC-də video görüntülərə baxış keçirilərsə, onda açıq şəkildə bəlli olar ki, alqı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh pul almamışdır. Buradan açıq aydın görünür ki, alqı-satqı müqaviləsi formal bağlanmışdır. İddiaçı Cavabdeh qarşı “bağ evindən və torpaq sahəsindən çıxarılma, evin və torpaq sahəsinin boşaldılması, mülkiyyətdən istifadəyə maneçilik törədilməsinin qadağan edilməsi tələbi barədə” iddianı irəli sürdükdə o, başa düşmüşdür ki, İddiaçı və Elmir onu aldadıblar.
11. Bu iddia ərizəsi əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən 2(001)- 5627/2022 saylı mülki işin icraatı başlanmışdır.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadla yuxarıda qeyd edilən hər iki mülki işin bir icraatda birləşdirilməsini qərara almış və mülki işi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir.
13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-499/2023 saylı, 09 fevral 2023-cü il qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddiasının təmin olunmaması; Cavabdeh İddiaçı qarşı iddiası isə təmin olunaraq mübahisəli torpaq sahəsinə və bağ evinə dair Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış və 14 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək qeydə alınmış AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması, həmin əmlaka dair İddiaçı adına DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarış”ın ləğv edilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdehla İddiaçı arasında mübahisəli torpaq sahəsinin və bağ evinin alınıb-satılması barədə heç bir danışıq aparılmamış, Cavabdeh mülkiyyətində olan həmin əmlakları satmaq niyyətində olmamışdır. Belə ki, Cavabdehla İddiaçı qohumu olan Elmir adlı şəxs arasında ticarət münasibətləri olmuş, sonuncu gələcəkdə bu münasibətlərdən əmələ gələ biləcək öhdəliklərin təminatı kimi Cavabdeh öz əmlakını İddiaçı adına rəsmiləşdirməyi təklif etmiş, Cavabdeh da tanışı Elmirə etibar etmiş və əmlakını formal olaraq, dəyərindən çox aşağı qiymətə İddiaçı satmışdır. Göründüyü kimi, alqı-satqı müqaviləsi Elmir adlı şəxslə Cavabdeh arasında gələcəkdə yarana biləcək borc öhdəliklərinin təminatı qismində çıxış etmiş, bununla da tərəflər müqaviləni vahid hüquqi niyyətlə deyil, ehtimal olunan borc münasibətlərini pərdələmək niyyəti ilə bağlamışlar. Birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı İddiaçı dəlilini əsassız hesab etmişdir. Belə ki, “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli Qərarı”nda formalaşdırılmış hüquqi mövqe ondan ibarət olmuşdur ki, “əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları). Əhəmiyyətsiz əqd arzuolunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər”. Hazırkı iş üzrə Cavabdeh iddiası bağ evinin və torpaq sahəsinin alqı-satqı müqaviləsinin yalan əqd olaraq əhəmiyyətsizliyinin təsdiqi və müqavilənin predmeti olan bağ evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpası ilə bağlı olduğundan onun bu tələbi müddətlə məhdudlaşdırıla bilməz.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3090/2023 saylı, 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-499/2023 saylı, 09 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat
17. Həmin qətnamədən iddiaçı (cavabdeh) İddiaçı (vəkili Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4310/2023 nömrəli, 05 dekabr 2023-cü il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3090/2023 saylı, 16 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
18. Kassasiya instansiya məhkəməsi həmin qərarda göstərmişdir ki, İddiaçı iddia tələbi onun mülkiyyətində olan bağ evi və evin yerləşdiyi 0,109 ha torpaq sahəsindən Cavabdeh çıxarılması barədədir. İddiaçı tələbinin əsası kimi bağ evini (0,109 ha torpaq sahəsi ilə birgə) cavabdehdən satın almasına və əmlak üzərində mülkiyyət hüququnun olmasına istinad edib. Cavabdeh iddia tələbi isə həmin əmlakın alqı-satqısına dair müqavilənin etibarsız olması ilə bağlıdır. Cavabdeh iddia tələbinin faktiki əsası kimi İddiaçı qohumu olan Elmir adlı şəxslə birgə ticarət fəaliyyətindən irəli gələn münasibətləri sığortalamaq üçün sonuncunun xahişi ilə bazar dəyəri 308000 manat olan əmlakı 75000 manata satmasına dair həmin müqaviləni formal olaraq bağlamasına və bununla da aldadılmasına istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh evi və torpaq sahəsini satmaq niyyəti, İddiaçı isə onları almaq niyyəti olmamışdır. Müqavilə borc münasibətlərinin pərdələnməsi məqsədi ilə rəsmiləşdirilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq Cavabdeh iddiasını təmin edərkən 3 əsasa söykənmişdir: 1) İddiaçı qohumu Elmirin Cavabdehla ticarət münasibətlərinin olmasını inkar etməməsi, belə olan halda, evin və torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin Cavabdeh bildirdiyi səbəbdən deyil, real olaraq satılması səbəbindən bağlanmasını sübut etmək vəzifəsinin İddiaçı üzərinə düşməsi; 2) "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İpoteka müqaviləsi”ndə alqı-satqının predmeti olan ev və torpağın qiymətinin 90.000 manat müəyyən edilməsinə baxmayaraq, Cavabdehla İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsində bağ evinin və torpaq sahəsinin qiymətinin birdən-birə 15.000 manat aşağı göstərilməsi; 3) iş üzrə tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış həmin alqı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən alqı-satqının predmeti olan bağ evi və torpaq sahəsinin xx.xx.2021-ci il tarixdə satıcı olan Cavabdeh tərəfindən alıcı olan İddiaçı təhvil verilməli olmasına baxmayaraq, bağ evi və torpaq sahəsinin hələ də İddiaçı təhvil verilməməsi, Cavabdeh ailəsi ilə birlikdə həmin bağ evində yaşaması və torpaq sahəsinin onların istifadəsində olması. Əvvəla, İddiaçı qohumu Elmirin Cavabdehla ticarət münasibətlərinin olmasını inkar etməməsi faktı özü-özlüyündə mübahisələndirlən müqavilənin məhz Elmirin borcunun qaytarılmasının təminatı olaraq bağlanması nəticəsinə gəlmək üçün nə qədər əsaslı olubolmaması qətnamədən görünmür. Bu baxımdan, yalnız İddiaçı qohumu Elmirin Cavabdehla ticarət münasibətlərinin olmasını deməsinə istinadən avtomatik olaraq əqdin reallığını sübut etmək vəzifəsinin İddiaçı üzərinə qoyulması əsaslı sayıla bilməz. Görünən odur ki, tərəflər arasında evin (torpağın) alqı-satqısına dair müqavilə var, İddiaçı həmin müqavilə əsasında aldığı əmlakı mülkiyyət hüququ ilə adına qeydə aldırıb. Cavabdeh aldadılmasını, həmin müqavilənin yalan olmasını, İddiaçı qohumu Elmirin borcunun qaytarılmasının təminatı olaraq bağlanmasını bildirirsə, tələbinin əsası kimi istinad etdiyi halları da, sübutların aidliyi və mümkünlüyü prinsipləri çərçivəsində, sübut etmək vəzifəsi daşıyır. Buna görə də İddiaçı qohumu Elmirlə Cavabdeh inkar edilməyən ticarət münasibətlərinin mövcudluğunun nə dərəcə də əqdin yalan olmasına əsas veribverməməsi işdəki sübutların məcmu halında qiymətləndirilməsi ilə müəyyən edilə bilərdi. "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İpoteka müqaviləsi”ndə alıq-satqının predmeti olan ev və torpağın qiymətinin 90.000 manat müəyyən edilməsinə baxmayaraq, Cavabdehla İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsində bağ evinin və torpaq sahəsinin qiymətinin birdən-birə 15.000 manat aşağı göstərilməsinə gəldikdə, qeyd edilməlidir ki, bu da müqavilə azadlığı prinsipinə uyğun olaraq, müqavilənin yalan olması nəticəsinə gəlmək üçün əsas deyil. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi əmlakın yalnız 15000 manat ucuzuna satılmasına görə belə nəticəyə gəlib. Halbuki likvidlik baxımından əmlakın bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilinməsi də nəzərə alınmalıdır. Bir halda ki, apellyasiya instansiyası məhkəməsi alqı-satqının predmeti olan əmlakın satış qiymətini ipoteka müqaviləsindəki qiymətlə müqayisə etməklə bu nəticəyə gəlib və bu barədə Cavabdeh əmlakın 308000 manat olması barədə təqdim etdiyi rəyi də (başqa əmlakla bağlı olduğu üçün) qəbul etməyib, belə olan halda, ən azı qiymətlə bağlı xüsusata istinad edirdisə, əmlakın dəyərini müəyyən etmək üçün xüsusi biliyə ehtiyacın olubolmamasını tərəflərlə müzakirə edib, qiymətləndirmə aparmaqla da bu hala aydınlıq gətirə bilərdi. Həmçinin tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış həmin alqı-satqı müqaviləsinin 11-ci bəndində alqı-satqının predmeti olan bağ evi və torpaq sahəsinin xx.xx.2021-ci il tarixdə satıcı olan Cavabdeh tərəfindən alıcı olan İddiaçı təhvil verilməli olmasına baxmayaraq, bağ evi və torpaq sahəsinin hələ də İddiaçı təhvil verilməməsi, Cavabdeh ailəsi ilə birlikdə həmin bağ evində yaşaması və torpaq sahəsinin onların istifadəsində olması barədə apellyasiya instansiyasının istinad etdiyi dəlil də həmin müqavilənin yalan olması nəticəsinə gəlmək üçün yetərli əsas deyil. Üstəlik, İddiaçı evin boşaldılması ilə bağlı Cavabdehla 7-8 ay ərzində danışıqlar aparması, müsbət nəticə olmadığı üçün hazırki iddia ilə məhkəməyə müraciət etməsini göstərmişdir. Buna baxmayaraq, iddiaçının bu dəlili lazımi qiymət verilmədən rədd edilmişdir. Nəhayət, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən hesab etmişdir ki, müqavilə borc münasibətlərinin pərdələnməsi məqsədi ilə rəsmiləşdirilmişdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Apellyasiya instansiyası məhkəməsi alq-satqı müqaviləsinin borc münasibətlərinin pərdələnməsi məqsədi ilə rəsmiləşdirilməsini qeyd edərək, Mülki Məcəllənin 340.2-ci maddəsinə istinad etsə də, həmin maddəni tam tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında olan alqı-satqı müqaviləsinin Elmir adlı şəxslə olan borc münasibətlərinin pərdələnməsi üçün bağlanması nəticəsinə gəlsə də, Mülki Məcəllənin 340.2-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulan qaydanın hazırki işə tətbiqinin mümkünlüyünə qiymət verməmişdir. Halbuki normanın tələbinə görə yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il Qərarında qeyd edilmişdir ki, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. X3 Məhkəməsinin Plenumu onu da qeyd edib ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin borc münasibətlərinin pərdələməsi nəticəsinə gəlsə də, Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyini nəzərə almamış, tərəflərin həqiqi niyyətinə (istər müqavilənin predmeti, istərsə də subyekt tərkibi üzrə) və hüquqi nəticələrin əslində bağlanmış müqavilə tərəfləri arasında yaranıb-yaranmaması halına aydınlıq gətirməmişdir. Nəticədə alqı-satqı müqaviləsi yalan əqd kimi etibarsız sayılmaqla yanaşı, tərəflərin istər müqavilənin predmeti, istərsə də subyekt tərkibi üzrə əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilməməklə, qeyri-bərabər hüquqi vəziyyət yaranmışdır. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq restitusiyanı tətbiq etməyərkən qeyd etmişdir ki, alıcı olaraq İddiaçı ilə satıcı olaraq Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə notariusun "xxxx" ASC-də olan hesabına ödənilmiş 75.000 manatdan 35.670 manat Cavabdeh verilmədən "xxxx" BOKTun xx.xx.2021-ci il tarixli, 91129-0821 saylı məktubuna əsasən notarius tərəfindən Cavabdeh BOKT-a olan borcun ödənilməsinə yönəldilmişdir. Qalan məbləğin isə Cavabdeh tərəfindən qəbul edilməsini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi restitusiyanı tətbiq etməyərkən iki hala istinad etmişdir. Birinci hal ondan ibarət olmuşdur ki, alqı-satqı müqaviləsi üzrə notariusun "xxxx" ASC-də olan hesabına ödənilmiş 75.000 manatdan 35.670 manat Cavabdeh verilmədən Cavabdeh "xxxx" BOKT-a olan borcun ödənilməsinə yönəldilmişdir. Birinci halla bağlı qeyd edilməlidir ki, 75000 manatın 35.670 manatının Cavabdeh "xxxx" BOKT-a olan borcunun ödənilməsinə yönəldilməsi müəyyən edilib, bunun əksi, yəni həmin məbləğin İddiaçı və ya hər hansı üçüncü şəxs tərəfindən götürülməsi isə müəyyən edilməyib. Bu da Cavabdeh bank qarşısında həmin məbləğdə olan borc öhdəliyinin xitamına səbəb olub. Başqa sözlə, bütün hallarda, qeyd edilən məbləğdə pul Cavabdeh mənafeyi çərçivəsində kredit təşkilatına yönəlib. Buna görə də həmin pulun Cavabdeh kredit təşkilatına olan borcuna yönəldilməsinin restitusiyanın tətbiqini istisna edən hal kimi qiymətləndirilməsi əsaslı sayıla bilməz. Qalan məbləğin isə Cavabdeh tərəfindən qəbul edilməsinin müəyyən etməyin mümkün olmaması barədə apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi ikinci hala gəldikdə, qeyd edilməlidir ki, əvvəla, bu halı müəyyən etmək işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinin vəzifəsi olmuşdur. Üstəlik, işdən görünür ki, məhkəmə bununla bağlı notariat işini tələb etmiş, məhz notariat işindəki sənədlərə əsasən 75000 manatın 35.670 manatının Cavabdeh "xxxx" BOKT-a olan borcuna yönəldilməsini müəyyən etmişdir. Həmin notariat işinə əlavə edilmiş, 32518 manat pulun (qalan məbləğin) alınması barədə qəbzdə isə (i.v.175) pulu alan şəxs kimi Cavabdeh adı qeyd edilib və imza da onun adından edilib. Apellyasiya instansiyası məhkəməsi qalan məbləğin Cavabdeh tərəfindən qəbul edilməsinin müəyyən etməyin mümkün olmaması qeyd etsə də, adı çəkilən qəbzə, ümumiyyətlə, qiymət verməmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə əsaslı sayıla bilməz. Cavabdeh alqı-satqı müqaviləsi üzrə pulun ona verilməməsini bildirirsə, artıq bu halı sübut etmək vəzifəsi də onun üzərinə düşürdü. Lakin bu yöndə nə Cavabdeh etirazı olmuş, nə də apellyaisya instansiyası məhkəməsi hər hansı araşdırma aparmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin Cavabdeh iddiası üzrə gəldiyi nəticə yuxarıda göstərilənlər baxımından əsassız olduğu üçün, İddiaçı iddiasının təmin edilməməsi barədə gəlinən nəticə də əsaslı sayıla bilməz. Çünki İddiaçı iddiasının təmin edilməməsi məhz Cavabdeh iddiasının təmin edilməsi ilə əsaslandırılmışdır. İşdən də görünür ki, Cavabdeh iddiasının təmin edilməsi faktiki olaraq İddiaçı iddiasının rədd edilməsinə yönəlib.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, onun tərəfindən Cavabdeh qarşı irəli sürülmüş iddianın təmin, Cavabdeh tərəfindən ona qarşı irəli sürülmüş iddianın isə rədd edilməsini xahiş edib şikayətini onunla əsaslandırılmışdır ki, Cavabdeh məhkəmədə verdiyi izahatında bildirmişdir ki, onun əmlakına dair “Alqı-satqı müqaviləsi” bağlanılarkən onun inamından sui-istifadə edilmişdir. Demək ki, Cavabdeh vacib əhəmiyyətli yanılmanın təsiri altında evi satmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan 1 ay ərzində mübahisə edilə bilər. Cavabdeh aldandığı barədə gətirdiyi arqumentlər əsaslı deyildir. Müqavilənin Cavabdeh aldanması nəticəsində bağlanılmasını və müqavilə üzrə İddiaçı Bankdakı hesaba köçürtdüyü 75.000 manat məbləğində pulun Cavabdeh tərəfindən götürülməməsini təsdiq edən əsaslı sübutlar yoxdur. Cavabdeh 75.000 manat məbləğində pulu şəxsən bankdan götürmüş, həmin pul məbləğindən "xxxx" BOKT ASC-yə ödəyə bilmədiyi 45.000 manat istehlak kreditini ödəmiş və keçən dövr ərzində bu barədə heç bir mübahisə aparmamışdır. Bununla da vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilməsinə görə qanunvericilik tərəfindən müəyyən olunmuş bir aylıq müddəti keçirmişdir. Bundan başqa, Cavabdeh mübahisəli əmlakın qiymətinin 308.000 manat olduğunu iddia etsə də, iş materiallarında "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi var və həmin müqavilədən görünür ki, Cavabdeh məxsus bağ evi xx.xx.2019-cu il tarixli “İstehlak krediti müqaviləsinə” əsasən yaranmış öhdəliyin (Cavabdeh həmin BOKT-dan 35.000 manat kredit götürülmüşdür) icrasının təmin edilməsi məqsədilə BOKT qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti olan əmlakın dəyəri Cavabdeh ilə BOKT arasında olmuş razılığa əsasən 90.000 manat müəyyən edilmişdir. Belə idisə, Cavabdeh niyə bir ildən çox müddətdə 75000 manat məbləğində pulu şəxsən Bankdan götürərkən aldandığını bilməmişdir. Daha sonra, Cavabdeh iddiasında qeyd edir ki, guya o, aldandığını İddiaçı ona qarşı “bağ evindən çıxarılma və sair tələbləri barədə” iddia ilə məhkəməyə müraciət etdikdən sonra bilmişdir. Bu, tamamilə yanlışdır və həqiqətə uyğun deyildir. İddiaçı Cavabdehla 7-8 ay ərzində şifahi danışıqlar aparmış və aralarındakı mübahisəni məhkəmədən kənar həll etmək istəmiş, lakin müsbət nəticə əldə olunmadığı üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı ilə alqı-satqı müqaviləsi bağlayarkən tam anlaqlı vəziyyətdə olmuş, öz hərəkətlərini və müqavilənin hansı nəticələr doğuracağını dərk etmişdir. Lakin Rayon Məhkəməsi işin yuxarıda qeyd edilən hallarına əhəmiyyət verməmişdir. Digər tərəfdən, Rayon Məhkəməsi heç bir təsdiqedici sübuta istinad etmədən qənaətə gəlməklə yanaşı, faktları da uzlaşdıra bilməmişdir. Gəldiyi nəticə məhkəmə iclası zamanı Cavabdeh verdiyi izahata deyil, onun məhkəmə iclasından əvvəl, yəni məhkəməyə verdiyi qarşılıqlı iddia ərizəsindəki fikirlərinə söykənmişdir. Rayon Məhkəməsi həmçinin qətnamədə “Alqı-satqı müqaviləsinin” formal bağlandığını qeyd etmişdir. Lakin alqı-satqı nəticəsində ödənilmiş 75.000 manat məbləğində pulun Cavabdeh özü tərəfindən Bankdan götürülməsini araşdırmamış, bununla bağlı sübutları Bankdan tələb etməmişdir. Halbuki, həmin məlumatlar bank sirrini təşkil etdiyindən İddiaçı tərəfindən əldə oluna bilməzdi. Cavabdeh Rayon Məhkəməsinə təqdim etdiyi daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, mübahisəli torpaq sahəsinin və bağ evinin xx.xx.2019-cu il tarixinə bazar dəyəri 308.000 manat təşkil edir. Lakin həmin arayışın onun (İddiaçı) alğı-satqı müqaviləsinə əsasən əldə etdiyi mülkiyyətinə heç bir aidiyyəti yoxdur. Belə ki, İddiaçı 14 saylı Notariat Ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci il tarixli “Alqı-satqı müqaviləsi” əsasında ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 392.1 kv.metr olan bağ evini və 528 “M” ünvanında yerləşən ümumi sahəsi 0,109 ha olan torpaq sahəsini Cavabdeh almışdır. Evin sahəsi arayışdan göründüyü kimi 604,5 kv.m yox, 392.1 kv.m-dir. Evin ünvanı 528 yox, 528 “M”-dir. Torpaq sahəsi isə 0,199 ha yox, 0,109 ha-dır. Arayışda qeyd edilən daşınmaz əmlak da Cavabdeh məxsusdur (və ya əvvəllər məxsus olmuşdur), lakin mübahisəli daşınmaz əmlak deyildir. Cavabdeh bu arayışla işə baxmış Rayon Məhkəməsini aldatmış və nəticədə Rayon Məhkəməsi “Alqısatqı müqaviləsi” ilə evin bazar qiyməti arasındakı fərqə görə həmin müqaviləni formal hesab etmişdir.
b) Hazırki icraatda apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
20. Məhkəmə iclasında iddiaçı (ikinci iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
21. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh (ikinci iddia üzrə iddiaçı) Cavabdeh öz iddiasını müdafiə edərək İddiaçı iddiasına və apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
22. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri 14 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1.Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Maddə 355.1.Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2.Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 357.Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358.1 Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2.Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadı: Bənd 20. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.). Bənd 27. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. Bənd 28. Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. Yuxarıda qeyd edildiyi kimi, etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsini yaradıb-yaratmaması isə onun növlərindən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Belə ki, yuxarıda sadalanan ilk üç növdə, yəni əhəmiyyətsizlik, mübahisə edilən və müvafiq razılığın olmaması hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi (məsələn, əhəmiyyətsizlik halında əqdin məcburi formaya zidd şəkildə bağlanması, mübahisə edilən əqdlərdə tərəfin əqdi məhkəmədənkənar qaydada mübahisələndirməsi, əqdin etibarlı sayılması üçün müvafiq razılığın alınmaması və s.), məhkəmə qərarı ilə etibarsız hesab edilən əqdlərdə isə bu nəticəni məhkəmənin qərarı meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olub-olmamasını da müəyyən etmiş olur. Bənd 29. Bu səbəbdən Konstitusiya Məhkəməsinin qərarında xüsusi olaraq vurğulanmışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin qanunla müəyyən edilmiş müddətlər çərçivəsində mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsinin bəyan edilməsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri:
26. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi, birinci iddianın qismən təmin, ikinci iddianın isə rədd edilməsi üçün əsasdır.
27. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
29. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini 1-ci iddia rədd, 2-ci iddia isə qismən təmin edildiyi üçün qətnamənin tam hissəsi, yəni 1-ci iddianın təmin edilməməsı, 2-ci iddianın isə təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
30. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
31. Əvvəla, birinci iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, ikinci iddanın faktiki əsası isə (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
32. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə 1-ci iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından həmin iddia haqlı sayılır. Lakin 2-ci iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından həmin iddia haqlı sayılmır.
33. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir.
34. Belə ki, işə baxan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə, yəni birinci iddianın rədd, ikinci iddianın təmin edilməsinə dair qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir.
35. Bununla əlaqədar, məhkəmə tərkibi kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq ünvan 6 ünvanında olan ev və torpaq sahəsi nəzərə alınmadan) ünvanında yerləşən, ümumi sahəsi 392.1 kv/m olan bağ evinin və həmin evə aid 0,109 ha torpaq sahəsinin 27 avqust 2021-ci il tarixdə, eləcə də hazıki dövrdə olan likvid və bazar dəyərlərinin nə qədər olduğunun müəyyən edilməsi üçün 12 fevral 2024-cü il tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin etdi.
36. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verimiş 3-16-16/2- 9/18xx-xx/1794/2024 saylı, 26 sentyabr 2024-cü il tarixli rəydə qeyd edilmişdir ki, ekspert baxışına təqdim edilmiş tədqiq olunan Baki şəhəri, ünvan 7 ünvanında olan ev və torpaq sahəsi nəzərə alınmaqla) ünvanında yerləşən, ümumi sahəsi 392.1 kv/m olan bağ evinin və həmin evə aid 0,109 ha torpaq sahəsi ilə birlikdə ərazilərdə yerləşən analoji fərdi yaşayış evinin orta təmirli halda 1 m2-nin 0,109 ha torpaq sahəsi ilə birlikdə hazırki tarixə orta bazar dəyəri təqribən 388179,00 (392,1 m2x 990,00 man) manat likvid dəyəri isə 349361,00 manat (388179,00 m - 10%) müəyyən edilir. Tələb və təkliflərı, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. 1-ci və 3-cü suallarda göstərilən Baki şəhəri, ünvan 7 ünvanında olan ev və torpaq sahəsi nəzərə alınmaqla) ünvanında yerləşən, ümumi sahəsi 392.1 kv/m olan bağ evinin və həmin evə aid 0,109 ha torpaq sahəsinin 2021-ci il tarixinə Mərkəzdə və internet saytlarında qiymətinə dair məlumat olmadığından tədqiqat aparmaq mümkün olmadı.
37. Məhkəmə iclasında iştirak edən ekspert X5 bildirdi ki, rəydə 528 ünvanında olan ev və torpaq sahəsi nəzərə alınmaqla ifadəsi yanlış olaraq qeyd olunmuşdur. Əslində ümumi sahəsi 392.1 kv/m olan və həmin evə aid 0,109 ha torpaq sahəsi ilə birlikdə ünvan 8 ünvanında olan ev və torpaq sahəsi nəzərə alınmamışdır.
38. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ekspert rəyinin reallığı əks etdirmədiyini, mübahisə predmeti olan evin yenidən qiymətləndirilməsini xahiş etdiyini Cavabdeh isə ekspert rəyinə etiraz etmədiyini bildirdi. Bundan sonra, apellyasiya instansiyası məhkəməsi qarşıya qoyulan sualların cavablandırılması işin obyektiv və düzgün həlli üçün əhəmiyyət kəsb etdiyindən 2(103)- 1405/2024 saylı, 21 oktyabr 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə yenidən qiymətləndirici təyin edilməsi və aydınlaşdırılmalı məsələlər üzrə mütəxəssis rəyinin alınmasını qərara aldı.
39. "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş MB 17/1259 №li 17 dekabr 2024-cü il tarixli rəyində qeyd edilir ki, ünvan 6 ünvanında olan ev və torpaq sahəsi nəzərə alınmadan) ünvanında yerləşən, ümumi sahəsi 392.1 kv/m olan bağ evinin və həmin evə aid 0,109 ha torpaq sahəsinin 27 avqust 2021-ci ildə bazar dəyəri 280.000 (iki yüz səksən min) manat, o cümlədən tikilinin bazar dəyəri 210.000 (iki yüz on min) manat, torpaq sahəsinin bazar dəyəri 70.000 (yetmiş min) manat təşkil edir. ünvan 6 ünvanında olan ev və torpaq sahəsi nəzərə alınmadan) ünvanında yerləşən, ümumi sahəsi 392.1 kv/m olan bağ evinin və həmin evə aid 0,109 ha torpaq sahəsinin hazırki dövrdə bazar dəyəri 322.000 (üç yüz iyirmi iki min) manat, o cümlədən tikilinin bazar dəyəri 234.000 (iki yüz otuz dörd min) manat, torpaq sahəsinin bazar dəyəri 88.000 (səksən səkkiz min) manat təşkil edir. ünvan 6 ünvanında olan ev və torpaq sahəsi nəzərə alınmadan) ünvanında yerləşən, ümumi sahəsi 392.1 kv/m olan bağ evinin və həmin evə aid 0,109 ha torpaq sahəsinin 27 avqust 2021-ci ildə likvid dəyəri 226.000 (iki yüz iyirmi altı min) manat, o cümlədən tikilinin dəyəri 168.000 (yüz altmış səkkiz min) manat, torpaq sahəsinin dəyəri 58.000 (əlli səkkiz min) manat təşkil edir. ünvan 6 ünvanında olan ev və torpaq sahəsi nəzərə alınmadan) ünvanında yerləşən, ümumi sahəsi 392.1 kv/m olan bağ evinin və həmin evə aid 0,109 ha torpaq sahəsinin hazırki dövrdə hesablanmış likvid dəyəri 260.000 (iki yüz altmış min) manat, o cümlədən tikilinin dəyəri 187.000 (yüz səksən yeddi min) manat, torpaq sahəsinin dəyəri 73.000 (yetmiş üç min) manat təşkil edir.
40. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olan 2(103)-5018/2024 nömrəli mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 107/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə bağlı tərəflər arasında yaranmış mülki-hüquq münasibətlərinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsi kontekstində (yanlış təsəvvür sübyektlərinin dairəsi, müqavilənin təminat kimi qiymətləndirilməsinin mümkünlüyü, naturada icra və sair) şərh edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edildiyindən, hazırkı mülki iş üzrə icraat dayandırılmışdır.
41. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29cu maddəsinin İ və İİ hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 iyun 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ və İİ hissələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin məzmununa və hüquqi təyinatına, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən müqavilə tərəflərinin istənilən üçüncü şəxsdə etibarlılığına dair yanlış təsəvvür yaratmaq niyyəti ilə bağladığı əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329 və 340.2-ci maddələrinin tələblərinə uyğun olaraq, yalan əqdə tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiq edilməsi, pərdələnən əqdin mülki qanunvericilikdə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verməsi halında mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1, 659.2 və 661-ci maddələrinin mənasına görə, daşınmaz əmlakın alğı-satqı müqaviləsinin mühüm şərti kimi tərəflərin satılmış əşyanın yenidən alınması ilə bağlı razılaşması yalnız notarial qaydada təsdiq olunduğu halda etibarlıdır.
42. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.
43. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
44. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. ...Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
45. Göründüyü kimi, yuxarıda qeyd olunan Mülki Məcəllənin normaları və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılan hüquqi mövqelərə görə etibarsızlığın irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidir. Çünki bu vəziyyət mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Bu mənada qarşılıqlı iddiaçı Cavabdeh tələbi üzrə mülki dövriyyə subyekti kimi vicdanlı hərəkət etməsi və hüquqdan sui-istifadəyə yol verməməsi tələb olunurdu.
46. Belə ki, Cavabdeh iddia tələbinin faktiki əsası kimi İddiaçı qohumu olan Elmir adlı şəxslə Rusiya Federasiyası ərazisində birgə ticarət fəaliyyətindən irəli gələn münasibətləri sığortalamaq üçün sonuncunun xahişi ilə bazar dəyəri 308000 manat olan əmlakı 75000 manata satmasına dair həmin müqaviləni formal olaraq bağlamasına və bununla da aldadılmasına istinad etmişdir. Cavabdeh İddiaçı ümumilikdə 120000 manat borcu olduğunu da məhkəmə iclasında təsdiq edib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında formalaşdırılan hüquqi mövqeyə görə,... tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqaviləsini formal əqd hesab edərək iddianı irəli sürüb. Bununla belə, alqı-satqı müqaviləsinin predmeti olan bağ evi və torpaq sahəsinin hansı müddətdə mülkiyyətdə olmasının, faktiki hansı şəxsin istifadəsində olmasının, eləcə də real bazar dəyərinin alqı-satqıya heç bir təsiri yoxdur. Yetər ki, əmlak sərbəst və könüllü iradə ifadəsi əsasında razılaşdırılmış qiymətə özgəninkiləşdirilmiş olsun. Alqı-satqı müqaviləsinin başqa əqdi pərdələmək məqsədilə bağlandığı düşünülsə də həqiqətən də həmin əqdin bu məqsəd ilə bağlandığı sübuta yetirilməlidir. X6 bu halları sübut edə bilmir. Hətta Cavabdeh İddiaçılə bu mövzuda sonradan danışıqları olsa belə, mübahisəli bağ evi və torpaq sahəsinə dair notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında satması, İddiaçı ümumilikdə 120000(yüz iyirmi min) manat borcu olduğunu bəyan etdiyi halda, alqı-satqı müqaviləsində göstərilən 75000(yetmiş beş min) manatı da əlavə qəbul etməsi(ən azından bu məbləğin 35670 manatının Cavabdeh "xxxx" BOKT-a olan borcuna ödənilməsi işin tam mübahisəsiz halıdır) həmin müqavilənin əhəmiyyətsiz əqd olduğu qənaətinə gəlməyə kifayət edən yaxud yetərli əsas vermirdi. Çünki Cavabdeh bu cür müqavilənin bağlanmasına razılıq verməyə hər hansın şəxsin ona təsir, təzyiq yaxud məcbur etməsi təsdiq olunmur. Heç özü də bu cür halların olduğuna istinad etmir. Demək ki, bu cür müqavilənin bağlanmasına, yəni mübahisəli bağ və torpaq sahəsini satması öz iradəsinə uyğun olmuşdur.
47. Bundan əlavə, mübahisəli bağ evinin və torpaq sahəsinin qiyməti ilə bağlı da hüquqi dəyərləndirmə aparılması zəruridir. Belə ki, işdə olan(cild 1; i.v.47) birinci instansiya məhkəməsinin də istinad etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 9 ünvanda yerləşən daşınmaz əmlakın, yəni torpaq sahəsinin ölçüsü 0.199 ha. olan, daşınmaz əmlakın ümumi sahəsi 604.5 kv. metr olan bağ evinin hüquq müəyyənedici sənədlərə əsasən xx.xx.2019-cu il tarixinə bazar dəyərinin 308000(üç yüz səkkiz min) manat təşkil etdiyi göstərilmişdir. Tikilinin sahəsinə və torpaq sahəsinin ölçüsünə nəzər yetirdikdə bu qiymətin alqı-satqı müqaviləsinin predmeti olan bağ evinin sahəsindən və torpaq sahəsinin ölçüsündən fərqləndiyi aydın olur. Buna baxmayaraq, hazırkı apellyasiya baxışı zamanı da mübahisə predmeti olan bağ evinin və torpaq sahəsinin dəyəri barədə yuxarıda qeyd olunan ekspert və mütəxəssis rəyləri alındı. Düzdü, qiymətləndirici və ekspert rəyində mübahisəli bağ evinin və torpaq sahəsinin ayrıayrılıqda və birgə dəyəri fərqli göstərilmişdir. Ancaq, mütəxəssis və ekspert rəyində göstərilən qiymətlərin müqavilədə göstərilən qiymətdən fərqli olması, etibarsızlığa dair iddianın əsaslı olmasına heç bir təsiri ola bilməzdi. Ən azından ona görə ki, Cavabdeh iddiaçı tərəfə 120000(yüz iyirmi min) manat borcunun olduğunu da qəbul və etiraf edib, eyni zamanda alqı-satqı müqaviləsində göstərilən məbləği qəbul etməsi də nəzərə alınmalı idi. Demək ki, bu amil də nəzərə alınmaqla müqavilədə göstərilən qiymətin qarşılıqlı razılıq əsasında müəyyən edilməsi təsdiq olunur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən müqavilə etibarsız hesab edilərkən tam, hərtərəfli və obyektiv araşdırma aparılmasına şərait yaratmadan əsassız olaraq qiymət fərqindən gəldiyi nəticəni “möhkəmləndirmək” üçün uğursuz istifadə etmişdir.
48. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən mübahisələndirilən alqı-satqı müqavilələri görünüş üçün bağlanan uydurma əqd də hesab oluna bilməz. Çünki uydurma əqd mütləq etibarsız (puç) əqd olmaqla hüquqi əhəmiyyət kəsb etmir və hüquqi nəticə doğurmur. Uydurma əqd odur ki, bu əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanılır. Bu əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan hər hansı hərəkət durmur və onu bağlamaqla tərəflər başa düşür və dərk edir ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla bir növ hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdürlər. Özü də bu məqsəd bir qayda olaraq hüquqazidd xarakter daşıyır. Mübahisələndirilən alqı-satqı müqaviləsinin görünüş üçün bağlandığını yalnız Cavabdeh iddia edir. Müqavilənin tərəfi olan İddiaçı, eləcə də birinci iddia məhkəməyə daxil olanadək Cavabdeh bu müqavilənin hansısa formada heç vaxt mübahisələndirməmiş, əksinə təqdim edilən sübutlar bağ evinin və torpaq sahəsinin qanuni əsaslarla əldə edildiyini təsdiq edir. Demək ki, alqı-satqı müqaviləsinin arxasında hüquqi əhəmiyyətə malik olan hərəkət durmuş və onu bağlamaqla tərəflər başa düşüb və dərk ediblər ki, həmin əqdlər üzrə hüquqi nəticə, yəni onlar üçün hüquq, vəzifə və öhdəlik əmələ gələcək. Göründüyü kimi, alqı-satqı müqaviləsini bağlamaqla müqavilə tərəflərinin başqa hüquqazidd xarakter daşıyan məqsəd güdməsi təsdiq olunmur. Bu hallara dair hər hansı bir sübut təqdim edilmədiyindən alqı-satqı müqaviləsinin görünüş üçün bağlandığı qənaətinə gəlmək üçün əsas deyildir. Üstəlik bu halların həqiqiliyi ehtimal olunsa belə qarşılıqlı iddiaçıya sonrakı davranışlarına görə hüquqdan sui-istifadə edərək qarşı tərəfə qarşı uğursuz iddia irəli sürməyə əsas vermir.
49. Göstərilənlərlə yanaşı, Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Mübahisələndirilən müqavilə əhəmiyyətsiz əqd kimi etibarsız olan əqdlər növünə aid olsa belə yenə də əsaslı ola bilməzdi. Çünki hətta qəbul edilsə belə ki, Cavabdeh mübahisə predmeti olmuş bağ evinin və torpaq sahəsinin 27 avqust 2021-ci il tarixli müqavilə ilə İddiaçı satılmasına arzusu və istəyi olmamış, ancaq satılmasında bilavasitə ona görə marağı olmuş ki, əldə edilən vəsaitin bir hissəsi ipoteka yüklülüyü ilə əlaqədar kredit təşkilatına ödənilmiş, üstəlik birinci iddia məhkəməyə daxil olmayanadək müqaviləni mübahisələndirməməsi də bu əqdi bəyənməsinə dəlalət edir. Çünki razılıq və bəyənmə üçün müəyyənləşdirilmiş əqd formasına(forma şərtinə) riayət edilməsi tələb olunmur. Ona görə də, göstərilən hallar da iddianın rədd edilməsi üçün müstəqil əsas sayılır.
50. Bundan əlavə, Konstitusiya Məhkəməsi Plenumunun 20 iyun 2025-ci il tarixli qərarında yenə də vurğulandı ki,... Göstərilənlərlə yanaşı o da nəzərə alınmalıdır ki, tərəflər aralarındakı borc münasibətlərini yalan əqd olaraq alğı-satqı müqaviləsi vasitəsilə təminat altına almış olduqları təqdirdə, sonradan borclu tərəfindən alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tələbin irəli sürülməsi, bəzi hallarda hüquqlardan istifadə edilməsi zamanı vicdanlılığın qorunması prinsipinə zidd olmaqla kreditorların mənafelərinin, mülki dövriyyənin sabitliyinin pozulmasına gətirib çıxara bilər. Belə ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrası böyük iqtisadi-sosial əhəmiyyətə malikdir. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi borc və ya kredit müqavilələri üzrə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə yönəlməklə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı).Bu baxımdan, mülki hüququn əsas prinsiplərindən olan vicdanlılıq prinsipinin təmin edilməsi, hüquqdan sui-istifadənin qarşısının alınması məqsədi ilə bu kimi hallarda əqdin yalan əqd olaraq etibarsızlığı ilə bağlı iddiaların işin faktiki halları, tərəfin güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilib-keçirilmədiyi nəzərə alınmaqla rədd edilməsi istisna edilmir. İşdən görünür ki (cild;1; i.v.160-161), xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri , Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 528 saylı bağ evi və onun yerləşiyi torpaq sahəsi Cavabdeh adına qeydiyyatdan keçib, daha sonra həmin bağ evi sökülərək yeni bağ evi inşa edilmişdir və eskiz layihəyə və bölgü sxeminə əsasən öz adına çıxarış almış, lakin xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirmişdir. Həmçinin Cavabdeh adına həmin bölgü sxeminə əsasən Bakı şəhəri , Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 528 saylı bağ sahəsindən ayrılıb 528M saylı bağ evi kimi və onun yerləşdiyi torpaq sahəsi qeydiyyatdan keçmişdir, lakin xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Qeyd olunan məlumatda Cavabdeh mülkiyyətində olan Quba rayonu Alekseyevka kəndində yerləşən 0.23 ha. torpaq sahəsini xx.xx.2022-ci ildə alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirdiyi, eləcə də Quba rayonu Qəçrəş kəndində ümumi birgə mülkiyyətində 0,68 ha. torpaq sahəsinin olduğu bildirilmişdir. Göründüyü kimi, Cavabdeh tərəfindən mübahisəli ünvandakı bağ evi sökülərək 2 ayrı bağ evi inşa olunmuş, yəni 528 saylı bağ evindən ayrılmış, 392.10 ümumi sahəsi olan və 0.1090 ha torpaq sahəsində yerləşən 528M saylı bağ evi xx.xx.2021-ci il tarixdə İddiaçı satılıb, digər bağ evi və ona aid torpaq sahəsi mülkiyyətində qalsa da, hər iki iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra isə məqsədli şəkildə bağışlama müqaviləsi əsasında xx.xx.2022-ci ildə özgəninkiləşdirilmişdir. Eyni zamanda, birinci iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Quba rayonu Alekseyevka kəndində yerləşən 0.23 ha. torpaq sahəsini xx.xx.2022-ci satmışdır. Göründüyü kimi, Cavabdeh bir tərəfdən iddiaçı tərəfə 120000 manat borcu olduğunu etiraf edir, üstəlik mübahisəli bağ evi və torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında satdığına görə İddiaçı əlavə 75000 manat alır, digər tərəfdən isə borcu olduğunu bilə-bilə özündə qalan bağ evini və torpaq sahəsini rahatlıqla bağışlama müqaviləsi əsasında xx.xx.2022-ci ildə özgəninkiləşdir. Qeyd olunan bağışlama müqaviləsinin etibarlılığının yoxlanılması hazırkı iddianın və icraatın predmeti olmasa da faktın özü xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığını işin faktiki halları, qarşı tərəfin güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirildiyi nəzərə alınmaqla rədd edilməsini nəinki istisna etmir, əksinə bunu labüd edir. Çünki apellyasiya baxışı zamanı dəfələrlə məhkəmə iclasları təxirə salınaraq tərəflərə mübahisəni barışıq sazişi tamamlamaq təklif edilməsinə baxmayaraq iddiaçı tərəf bununla razılaşsa da, Cavabdeh isə hər hansı bir formada razılığa gəlmədi, hətta etiraf və qəbul etdiyi “borcunu” da nə vaxt imkanı olacaqsa onda verə biləcəyini söylədi. Göründüyü kimi, məhkəmə tərkibinin bu istiqamətdə bütün cəhdləri də uğurlu olmadı. Demək ki, bütün bunlardan, yəni müqavilənin marağına və mənafeyinə uyğun bağlandıqdan sonra da müqavilənin etibarsızlığını tələb etməsi onun açıq-aşkar pis niyyətlə başqalarına zərər vurmaq məqsədi ilə hüquqdan sui-istifadə etməsinə dəlalət edir ki, bunu da məhkəmə tərkibi yolverilməz sayır.
51. Qarşılıqlı iddianın digər hissəsi bilavasitə əsas hissədən asılı və törəmə tələb olduğundan onların da avtomatik təmin edilməməsini labüd edir. Çünki təmin edilibedilməmələri sırf əsas hissədən asılı idi. Ona görə bu hissələr üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına məhkəmə tərkibi lüzum görmür.
52. Göründüyü kimi, əsasən ikinci iddia üzrə aparılan hüquqi dəyərləndirmə birinci iddia üzrə geniş əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurəti aradan qaldırmış olur. Çünki mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarlı əqd olduğu təsdiq olunduğu üçün birinci iddianın əsaslı və təmin olunmalı olmasını labüd edir. Buna baxmayaraq, iddia tələbinin cavabdehlələ yanaşı “digərlərini cavabdehin hesabına çıxarılması” olan hissəsi qeyri müəyyən olduğundan birinci iddia həmin hissədə təmin edilə bilməz. Çünki “digərlərinin” kimliyi, digər rekvizitləri, həmin bağ evində həqiqətən yaşayıb-yaşamamaları və digər məsələlər müəyyən edilməmişdir. Apellyasiya baxışı zamanı da bunların müəyyən edilməsi mümkün olmamışdır. Bununla yanaşı, iddia tələbinin “gələcəkdə mülkiyyətdən istifadəyə maneçiliklərin törədilməsinin cavabdehə və digərlərinə qadağan edilməsi” hissəsi də mücərrəd, üstəlik təmin edilməsinə ehtiyac və zərurət olmayan bir tələbdir. Əvvəla ona görə ki, bu cür tələbə ehtiyac olmasa da qətnamənin qanuni qüvvəsini alacağı təqdirdə icra mərhələsində bu məsələ öz həllini tapa bilir. İkincisi, gələcəkdə mülkiyyətdən istifadəyə maneçilik törədilərsə belə bu yeni iddianın və ya icraatın predmeti ola bilər. Ona görə də iddianın bu hissələri təmin edilməməlidir.
53. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən Cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür birinci iddianın təmin, ikinci iddianın isə rədd olunması həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıqaşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilə azadlığı, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, hüquqdan sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
54. Şərh olunanları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-499/2023 saylı, 09 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilməli; İddiaçı Cavabdeh qarşı bağ evindən və torpaq sahəsindən cavabdehin və digərlərinin cavabdehin hesabına məcburi çıxarılması, bağ evi və torpaq sahəsinin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi və gələcəkdə mülkiyyətdən istifadəyə maneçiliklərin cavabdehə və digərlərinə qadağan edilməsi tələbinə dair iddiası qismən təmin edilməli; Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 bağ sahəsi 528 M ünvanında yerləşən bağ evindən və həmin bağ evinə aid ümumi sahəsi 0,1090 ha. olan torpaq sahəsindən çıxarılmalı; Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 bağ sahəsi 528 M ünvanında yerləşən bağ evi və həmin bağ evinə aid ümumi sahəsi 0,1090 ha. olan torpaq sahəsi boşaldılaraq mülkiyyətçi İddiaçı təhvil verilməli; Birinci iddia qalan hissədə təmin edilməməli; İddiaçı Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv olunması tələbinə dair iddiası isə təmin edilməməli; Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat cavabdeh İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülməli; Qiymətləndiricinin xidmət haqqı - 1200 (min iki yüz) manat cavabdeh İddiaçı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN: ********** H/h № AZ33İBAZ******************** "Azərbaycan Beynəlxalq Bankı” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ013501**********2944 S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına köçürülməli; İddia ərizəsinin, eləcə də apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş ümumilikdə 200(iki yüz) manat dövlət rüsumuna görə xərcin əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. İkinci iddianın verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
55. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qətetdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-499/2023 saylı, 09 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı bağ evindən və torpaq sahəsindən cavabdehin və digərlərinin cavabdehin öz hesabına məcburi çıxarılması, bağ evi və torpaq sahəsinin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi və gələcəkdə mülkiyyətdən istifadəyə maneçiliklərin cavabdehə və digərlərinə qadağan edilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 bağ sahəsi 528 M ünvanında yerləşən bağ evindən və həmin bağ evinə aid ümumi sahəsi 0,1090 ha. olan torpaq sahəsindən çıxarılsın. Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 bağ sahəsi 528 M ünvanında yerləşən bağ evi və həmin bağ evinə aid ümumi sahəsi 0,1090 ha. olan torpaq sahəsi boşaldılaraq mülkiyyətçi İddiaçı təhvil verilsin. Birinci iddia qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv olunması tələbinə dair iddiası isə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manat İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qiymətləndiricinin xidmət haqqı - 1200 (min iki yüz) manat İddiaçı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN: ********** H/h № AZ33İBAZ******************** "Azərbaycan Beynəlxalq Bankı” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ013501**********2944 S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına köçürülsün. Birinci iddia ərizəsinin, eləcə də apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş ümumilikdə 200(iki yüz) manat dövlət rüsumuna görə xərcin əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. İkinci iddianın verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.