Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1432/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: Anar Vəzir oğlu Tanrıverdiyev, Hakimlər: Rəşad Məhəmməd oğlu Həsənov və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə köçürülmə tələbinə dair ilkin və Cavabdeh2 İddiaçı qarşı “cehiz əmlaklarının fərdi yaşayış evindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5205/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə köçürülmə tələbinə dair ilkin və Cavabdeh2 İddiaçı qarşı “cehiz əmlaklarının fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5205/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilərək, İddiaçı məxsus olan - 1 ədəd “Saloğlu” markalı 6 ədəd yastıq və 1 ədəd tumbadan ibarət divan dəsti, 1 ədəd Televizor altlığı, 1 ədəd 2X3 ölçülü yaşıl rəngli xalça, 1 ədəd pərdə, 2 ədəd pərdə (kənarlar), 1 ədəd atlas pərdə (günlük), 1 ədəd stol, 1 ədəd 3 şkafdan ibarət mebel dəsti, 1 ədəd madonna güldan, 2 ədəd göy rəngli güldan, 1 ədəd şüşə meyvə qabı, 1 ədəd şüşə güldan, 2 ədəd konfet qabı, 6 ədəd şüşə rumka, 1 ədəd yaşıl qrafin və 6 ədəd şirə stəkanı, 1 ədəd 6 ədədli çay stəkanı və 6 ədəd nəlbəki, 6 ədədli kofe stəkanı və 6 ədəd nəlbəkidən ibarət dəst, 4 ədəd süfrə, 1 ədəd “Samsung” markalı soyuducu, 1 ədəd “Bosch” markalı qab yuyan maşın, 1 ədəd “Tefal” markalı ətçəkən maşın, 1 ədəd “Moulinex” markalı şirəçəkən maşın, 1 ədəd “Tefal” markalı mikser, 1 ədəd “Tefal” markalı blender, 1 ədəd plastik limon sıxıcı, 4 ədəd plastik qab (ləyən), 1 ədəd plastik aşsüzən, 3 ədəd xörək qazanı, 1 ədəd yaşıl rəngli çaynik, 6 ədədli bıçaq dəsti, 2 ədədli şirəli mavi qazan dəsti, 1 ədəd tava, 1 ədəd ağ-çəhrayı zolaqlı baharat qabı dəsti, 1 ədəd “İmran" markalı 12 ədədli qaşıq, 12 ədədli çəngəl, 12 ədədli çay qaşığı, 12 ədədli bıçaq, 12 ədədli çay qaşığı, 12 ədədli meyvə bıçaq, 12 ədədli şirniyyat çəngəli dəsti, 1 ədəd Lelinqrata məxsus 6 ədədli yemək qaşığı, 6 ədədli çay qaşığı, 6 ədədli çəngəl, 6 ədədli bıçaq dəsti, 1 ədəd 6 ədədli qaşıq, 5 ədədli çəngəl, 6 ədədli bıçaq dəsti, 3 ədəd şüşə tort qabı, 1 ədəd güllü tort qabı və 6 ədəd boşqabı, 2 ədəd mecməyi (padnos), 4 ədəd güllü kasa, 4 ədəd zolaqlı kasa, 12 ədəd şirə stəkanı, 1 ədəd şüşə tort qabı və 12 ədəd boşqabı, 12 ədəd çay stəkanı, 12 ədəd nəlbəki, 12 ədəd mürəbbə qabı, 2 ədəd kül qabı, 2 ədəd duz qabı, 6 ədəd yaşıl zolaqlı boşqab (servis), 6 ədəd rumka, 3 ədəd qızılı qab, 1 ədəd 5 predmetli çömçə dəsti, 6 ədəd ağ rəngli çay stəkanı, 12 ədəd boz rəngli boşqab dəsti, 1 ədəd doğrama taxtası, 1 ədəd keks bişirmək üçün soba qabı, 6 predmetli “Tefal” markalı tava dəsti, 1 ədəd çörək qabı, 12 ədəd şirə stəkanı, 6 ədəd qızılı şirə stəkanı, 6 ədəd mürəbbə qabı, 1 ədəd ağ palıdı zolaqlı güzgülü paltar şkafı, 1 ədəd ağ palıdı zolaqlı güzgülü balaca şkaf, 1 ədəd 2 nəfərlik çarpayı, 2 ədəd ağ palıdı zolaqlı tumba, 1 ədəd çilçıraq, 1 ədəd aydınlatma (naçnik), 1 ədəd ağ rəngli pərdə, 1 ədəd atlas pərdə (günlük), 1 ədəd “Philips” markalı ütü, 1 ədəd ütü stolu, 1 ədəd 2 nəfərlik döşək, 2 ədəd 1 nəfərlik döşək, 2 ədəd 1 nəfərlik yorğan, 1 ədəd 2 nəfərlik yorğan, 6 ədəd yastıq və 1 ədəd 2 nəfərlik yataq örtüyü adlı əmlaklar Cavabdeh2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, Samir Əliyev küçəsi 271C saylı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 16 iyul 2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli 363-VİQD nömrəli Qanunu 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndində qeyd olunmuşdur ki, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Həmçinin Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5205/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti İddiaçı geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1432/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1432/2022
26.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver