Məhkəmə qərarları › İş №2(103)-1435/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1435/2020

24.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1435/2020 24.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı “xxxxxxx” MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3199/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 17.465,93 manat (8.234,23 manat qalıq borc + 1.231,70 manat faiz borcu + 8.000 manat əldən çıxmış fayda) pul və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 17.496,33 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3199/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı şirniyyat və qənnadı məmulatlarının dəyərindən xx.xx.2015-ci il tarixə ödənilməmiş qalan 8.234,23 manat borc və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 8.264,63 (səkkiz min iki yüz altmış dörd manat altmış üç qəpik) manat pul tutularaq iddiaçı “xxxxxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunan və iş materiallarında olan 11.08 2015-ci il tarixli bağlanmış şifahi razılaşmaya əsasən cavabdeh Xətai rayon ərazisində yerləşən satış nöqtəsində “xxxxxxx” MMC-dən aldığı şirniyyat və qənnadı məmulatlarını satışını həyata keçirməklə pulunu 30 gün müddətində iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləni şərtlərinin pozulması ilə bağlı iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx xxxxx 2019-cu ildə müraciət etmişdir. Buradan görünür ki, iddiaçı müqavilə münasibətləri pozulduqdan 4 il sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, 2015-ci ildə işdən çıxmışdır. İşdə müqaviləsi olmayıb, işdən çıxanda da ona heç nə verilməmişdir. İşlədiyi müddətdə onun satışı 7000-8000 manat olurdu. Onun 1600 manat borcu olmuşdur. Həmin pul da ondan oğurlanmışdır. Bu barədə dərhal polisə müraciət etmişdi. Polisdə bu barədə araşdırma aparıldı, lakin pulu oğurlayan şəxs tapılmadı. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iştirakım təmin edilməyib, yəni məhkəmə iclaslarından xəbəri olmamışdır. Ona görə də iddia müddətinin tətbiqi barədə ərizə ilə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə bildirdi ki, cavabdeh götürdüyü bütün malları imzalayıb götürüb. Ümumilikdə hansı məbləğdə mal götürüldüyünü indi deyə bilməz. Onlar borcu hesablayıb tələb edirlər. Cavabdeh onlardan mal alıb, onların rəsmi işçisi olmayıb. Aralarında da şifahi razılaşma olmuşdur. 2016-cı ildə müqavilələri pozuldu. 2018-ci ilə qədər ödənişlə bağlı cavabdehlə mütəmadi olaraq əlaqə saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qeyd etmişdir ki, iddiaçı “xxxxxxx” MMC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış şifahi razılaşmaya əsasən cavabdeh Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən satış nöqtəsində MMC-dən aldığı şirniyyat və qənnadı məmulatlarının satışını həyata keçirməklə pulunu 30 gün müddətində iddiaçıya ödəməsini öz öhdəsinə götürmüşdür. Həmin razılaşmaya əsasən müvafiq şirniyyat və qənnadı məmulatları cavabdeh tərəfindən qəbul olunmuşdur. Bu barədə “xxxxxxx” MMC-nin cari uçot qeydiyyat kitabında cavabdehin qəbul olunmuş malları, MMC-yə ödənilən pul vəsaitləri, qaytarılan malları və yığılmış borcları barədə qeydlər aparılmışdır, cavabdeh isə bu qeydlərlə tanış olarkən kitabını imzalamışdır. “xxxxxxx” MMC tərəfindən Cavabdeh adına verilmiş mallara görə hesablaşma vərəqələrinin təsdiq olunmuş kserosurətlərindən müəyyən edilir ki, Cavabdeh iddiaçı “xxxxxxx” MMC-dən aldığı şirniyyat və qənnadı məmulatlarının ümumi dəyərindən xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək cəmi 8.234,23 manat borcu yaranmışdır.İddiaçı cavabdehə nisyə satdığı şirniyyat və qənnadı məmulatlarının ümumi dəyərindən xx.xx.2015-ci ilədək ödənilməmiş qalan 8.234,23 manat borcun xx.xx.2019-cu il tarixədək (məhkəməyə ərizə verənə kimi) cavabdehdən tələb etməsini, cavabdehin 8.234,23 manat vəsaiti özündə saxlamaqla, ondan faydalanmasını və gəlir əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı şirniyyat və qənnadı məmulatlarının dəyərindən xx.xx.2015-ci il tarixə ödənilməmiş qalan 8.234,23 manat borc və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 8.264,63 manat pul tutularaq iddiaçı “xxxxxxx” MMC-yə ödənilməlidir. İddia tələbi - “Cavabdeh xx.xx.2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı şirniyyat və qənnadı məmulatlarının dəyərindən xx.xx.2015-ci il tarixə ödənilməmiş qalan 8.234,23 manat borca hesablanmış 1.231,70 manat faizin və əldən çıxmış fayda kimi 8.000 manat olmaqla, cəmi 9.231,70 manat tutularaq iddiaçı “xxxxxxx” MMC-yə ödənilməsi” hissəsində rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətindən görünür ki, şikayətin obyektini əslində birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni təmin edilən hissə (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalı, digər hissəsinə isə toxunulmamalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, birinci instansiya məhkəməsi “xxxxxxx” MMC tərəfindən Cavabdeh adına verilmiş mallara görə hesablaşma vərəqələrinin təsdiq olunmuş kserosurətlərindən də Cavabdeh iddiaçı “xxxxxxx” MMC-dən aldığı şirniyyat və qənnadı məmulatlarının ümumi dəyərindən xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək cəmi 8.234,23 manat borcu yarandığının müəyyən edildiyini göstərsə də, bu hesablaşma vərəqəsində məbləğin cavabdehin iddiaçıya olan borcu kimi göstərilməsinə dair hər hansı bir şərt mövcud deyildir və hesablaşma vərəqinin məzmunundan da qeyd olunan məbləğin cavabdehin iddiaçıya olan borcu kimi əks olunması təsdiq olunmur. İkincisi, əgər qeyd olunan tarixdə cavabdehin iddiaçıya həmin məbləğdə borcu mövcud idisə onda iddiaçı cavabdehdən həmin məbləğin hansısa formada(nağd pul, mal və.s), hansısa müddətdə və vaxtlarda qaytarmalı olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilərdi. Bununla yanaşı, iddiaçı cavabdehdən hesabında olan 8234,23 manatın ödənilməsəini dəfələrlə tələb etdiyini göstərsə də məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. İş materialından da iddiaçının cavabdehə hansısa formada xəbərdarlığı təsdiq olunmur. Üçüncüsü, işdən görünür ki, hazırki mülki işə birinci instansiya məhkəməsində baxılmasından cavabdehin məlumatı olmamış və onun iştirakı təmin edilməmişdir. Belə ki, cavabdehə göndərilmiş iddia ərizəsi və məhkəmə bildirişləri “bina sökülmüşdür” qeydi yazılmaqla geri qaytarılmış və iş materialına əlavə edilmişdir(i.v.14,37,44). Göründüyü kimi, iddiaçının irəli sürdüyü iddiadan və bununla əlaqədar keçirilən məhkəmə iclaslarından cavabdehin məlumatsız olması da işin mübahisəsiz halıdır. Ona görə də cavabdeh apellyasiya şikayəti ilə yanaşı iddia müddətinin tətbiqi barədə ərizə ilə də apellyasiya instansiyası məhkəməsinə müraciət etməyə hüququ yaranmışdır. Dördüncüsü, iddiaçı da bəyan edir ki, cavabdehlə arasında 11.08 2015-ci il tarixdə bağlanmış şifahi nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh Xətai rayon ərazisində yerləşən satış nöqtəsində “xxxxxxx” MMC-dən aldığı şirniyyat və qənnadı məmulatlarını satışını həyata keçirməklə pulunu 30 gün müddətində iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləni şərtlərinin pozulması ilə bağlı iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx xxxxx 2019-cu ildə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı müqavilənin icra müddətinin bitdiyi tarixdən 3 il 6 ay sonra məhkəməyə müraciət etmiş, bununla da üç illik iddia müddətini ötürmüşdür. Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli «Azər-baycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarına əsasən iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intiza-mının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyən-liyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2, 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3199/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3199/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Tofiq Səmədov imza İkram Şirinov Düzdür: Hakim: Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar