Məhkəmə qərarları › İş №2(103)-1441/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1441/2022

26.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1441/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Həmidov Həmid Üzeyir oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi İddiaçının nümayəndəsi-vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh Xaliq qızına qarşı “mənzildən çıxarma, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7698/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi-vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh Xaliq qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Xətai rayonu, 1197-ci məhəllə, Həsən Salmani küçəsində yerləşən “Halal” mənzil tikinti kooperativinə məxsus hündürmərtəbəli 1 saylı yaşayış evinin 1-ci girişinin 12-ci mərtəbəsində olan 60-cı mənzilindən əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7698/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh oğu məhkəməyə ərizə göndərərək apellyasiya şikayətindən imtina etdiyini bildirib apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətindən imtinanın qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayətdən imtina qəbul edilməli və cavabdehin nümayəndəsi-vəkilinin şikayəti əsasında başlanmış apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir (maddə 369). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, cavabdehin nümayəndəsi-vəkilinin şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 191, 369, 405-ci maddələrini rəhbər tutub Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Xaliq qızının şikayətdən imtinası qəbul edilsin. Baxılan iş üzrə Cavabdeh Xaliq qızının nümayəndəsi-vəkili X1 şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Həmid Həmidov Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar