Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1443/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın Cavabdeh qarşı iş üzrə (Açar sözlər: müqavilələrin etibarsız hesab edilməsi və yaşayış və qeyri-yaşayış sahələrinin boşaldılaraq təhvil verilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X6 ibarət tərkibdə, Qurbanlı Aysel Elşən qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi X7, nümayəndəsi-vəkilləri Nümayəndə2 və Vəkil2 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “müqavilələrin etibarsız hesab edilməsi və yaşayış və qeyri-yaşayış sahələrinin boşaldılaraq təhvil verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(011)-6366/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 28 fevral 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. "xxxx" X2 təsisçisi E.B.Ələkbərov və Cavabdeh arasında bağlanmış 31 oktyabr 2014cü il tarixli 5 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı ünvan 1 ünvanda yerləşən 1 saylı, 2 girişli yaşayış binasında 1 girişdə, 14-cü mərtəbədə sahəsi 114,33 kv/m olan 3 otaqlı 145 nömrəli mənzilin tikintisini, alıcı isə həmin mənzilin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Təsisçisi Qanuni nümayəndəB. tərəfindən verilmiş 31 oktyabr 2014-cü il tarixli maliyyə arayışına görə mənzilin ümumi məbləği Cavabdeh tərəfindən tam ödənilmişdir.
2. "xxxx" X3 təsisçisi E.B.Ələkbərov və Cavabdeh arasında bağlanmış 18 noyabr 2015ci il tarixli qeyri yaşayış sahənin alqı-satqı müqaviləsinə əsasən satıcı ünvan 1 ünvanda yerləşən 1 saylı, 2 girişli yaşayış binasında 2 girişdə, birinci, ikinci mərtəbədə sahəsi 500 kv/m olan qeyri-yaşayış sahəsinin tikintisini, alıcı isə həmin qeyri-yaşayış sahənin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh və Qanuni nümayəndəB tərəfindən imzalanmış tərəflər arası razılaşmada qeyd edilir ki, ünvan 1 ünvanda yerləşən 1 saylı, 2 girişli yaşayış binasında 2 girişdə, birinci, ikinci mərtəbədə sahəsi 500 kv/m olan qeyri-yaşayış sahəsi pay bölgüsü olaraq X12 düşmüşdür, həmin sahənin məbləği Cavabdeh tərəfindən ******* manat X12 ödənilmişdir. "xxxx" MMM-nın təsisçisi Qanuni nümayəndəB. tərəfindən verilmiş 18 noyabr 2015-ci il tarixli maliyyə arayışına görə qeyri-yaşayış sahəsinin ümumi məbləği Cavabdeh tərəfindən tam ödənilmişdir.
3. "xxxx" X2 təsisçisi E.B.Ələkbərov və X13 arasında bağlanmış 22 iyun 2016-cı il tarixli qeyri-yaşayış sahənin alqı-satqısı müqaviləsinə əsasən satıcı ünvan 1 ünvanda yerləşən 1 saylı, 2 girişli yaşayış binasında 1 girişdə, birinci, ikinci mərtəbədə sahəsi 1000 kv/m olan qeyri-yaşayış sahəsinin tikintisini, alıcı isə həmin qeyri-yaşayış sahənin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. "xxxx" MMM-nın təsisçisi Qanuni nümayəndəB. tərəfindən verilmiş maliyyə arayışına görə qeyri-yaşayış sahəsinin ümumi məbləği X13 tərəfindən tam ödənilmişdir.
4. "xxxx" X2 təsisçisi E.B.Ələkbərov və X13 arasında bağlanmış 28 noyabr 2017-ci il tarixli 91 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı ünvan 1 ünvanda yerləşən 1 saylı, 2 girişli yaşayış binasında 2 girişdə, mansard mərtəbədə, sahəsi 117,01 kv.m olan 3 otaqlı 295 nömrəli mənzilin tikintisini, alıcı isə həmin mənzilin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür, "xxxx" MMM-nın təsisçisi Qanuni nümayəndəB. tərəfindən verilmiş 28 noyabr 2017-ci maliyyə arayışına görə mənzilin ümumi məbləği X13 tərəfindən tam ödənilmişdir.
5. 29 noyabr 2019-cu il tarixli Azərbaycan Respunlikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi tikinti-planlaşdırma Mərkəzi tərəfindən verilmiş “İcazə” sənədinə görə ünvan 3; 2 girişli, zirzəmili, 14 (+mansard) mərtəbəli yaşayış binasının tikintisinə dair icazə verici sənədi Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006cı il tarixli 146 nömrəli sərəncamıdır, tikinti obyektinin sahibi "xxxx" MMC-dir, xx.xx.2019-cu il tarixdən yaşayış binasının istismarına icazə verilmişdir.
6. X13 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür, onun vərəsələri - arvadı Cavabdeh və uşaqları X7, X14, X15 və X16r.
7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən, ünvan 3 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 231 saylı xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi "xxxx" MMM göstərilmişdir, "xxxx" MTK xx.xx.1998-ci il tarixdə 597 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" MMM-in hüquqi varisidir, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun "xxxx" MTK tərəfindən təsdiq edilmiş hüquqmüəyyənedici sənədlər əsasında qeyd olunan ünvanda yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparıla bilər. Qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasının təqdim olunmuş layihəsində və hüquqmüəyyənedici sənədlərdə ona məxsus 296 saylı mənzil 3 otaqlı göstərilsə də, İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman qeyd olunan mənzilin binanın mansard mərtəbəsində yerləşdiyi, 4 otaqlı olduğu, qonşu mənzilin bir hissəsinin, ümumi istifadədə olan dəhlizin bir hissəsinin və mansard mərtəbənin üstündə yerləşən 43.8 kv.m sahənin onun istifadəsinə olduğu müəyyən edilmişdir.
8. "xxxx" MTK tərəfindən verilmiş 2 noyabr 2022-ci il tarixli arayışda göstərilmişdir ki, şirkət tərəfindən inşa olunmuş ünvan 4 ünvanında yerləşən 2 girişli, zirzəmi, 14 mərtəbə və mansardlı, 1 saylı yaşayış binasında 145, 294 və 295 saylı mənzillər, həmçinin həmin binanın 1-ci və 2-ci mərtəbələrində 1270 kv.m qeyri-yaşayış sahəsi heç bir vətəndaşa satılmayıb və hazırda "xxxx" MTK-nın balansındadır.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən Xətai rayon Məhkəməsinə ünvanlanmış 05 noyabr 2022-ci il tarixli məktubda göstərilmişdir ki, "xxxx" MTK dövlət qeydiyyataına alındığı xx.xx.1998-ci il tarixdə qanuni təmsilçisinin təyin edilməsi barədə hüquqi şəxsin qeydiyyat qovluğunda məlumat aşkar edilməmişdir, xx.xx.2000-ci il tarixdən xx.xx.2012-ci il tarixədək hüquqi şəxsin rəhbəri X8, xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək X17 olmuş, xx.xx.2017ci il tarixdən hazıradək X4r.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il, xx.xx.2014-cü il tarixli 91, 5 saylı müqavilələrin, xx.xx.2015-ci il, xx.xx.2016 tarixli nömrəsiz müqavilələrin etibarsız hesab edilməsi, ünvan 6 ünvanında yerləşən mansard mərtəbəsində 294 nömrəli sahəsi 59,7 kv.m, 295 nömrəli sahəsi 117,01 kv.m və 14-cü mərtəbədə 145 nömrəli sahəsi 114,33 kv.m zəbt olunmuş mənzillərin cavabdeh tərəfindən boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi belə əsaslandırılmışdır ki, mənzilin qanunsuz zəbt olunması halının araşdırılması zamanı cəmiyyətə 91,5 nömrəli və qeyri-yaşayış üzrə 1000 kv.m və 500 kv.m nömrəsiz, heç bir hüquqi əsası olmayan müqavilələrin mövcudluğu məlum olmuş, aparılmış daxili araşdırma nəticəsində qeyd olunan müqavilələrin şirkətin qanuni nümayəndəsi tərəfindən imzalanmadığı və binanın texniki plan sexminə uyğun gəlməyən şəkildə tərtiib olunduğu məlum olmuşdur. Sadalanan əmlaklardan yalnız 730.1 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi X9 görülmüş podrat işlərinin əvəzində verilmiş, qeyd olunan qeyri-yaşayış sahəsindən xx.xx.2020-ci il tarixli notariat sənəd əsasında Aydın Mürvələdov MTK-nın xeyrinə imtina etmişdir. Digər 1270 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə dair Aydın Mürvələdov və Cavabdeh heç bir mülkiyyət müəyyən edən və ya sərəncamverici hüququ olmamışdır. Eyni müddəalar sadalanan mənzillərə də aiddir. Bu müqavilələrin hansı şəkildə bağlandığı və mənşəyi MTK-ya məlum deyil. Müqavilələr MTK tərəfindən rəsmiləşdirilmədiyindən etibarsız hesab edilməlidir.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(011)-6366/2022 saylı qətnaməsi (hakim Şəhriyar Əliyev) ilə iddia tələbi təmin edilmiş, xx.xx.2017-ci il, xx.xx.2014-cü il tarixli 91, 5 saylı, xx.xx.2015-ci il, xx.xx.2016 tarixli nömrəsiz müqavilələr etibarsız hesab edilmiş, ünvan 6 ünvanında yerləşən mansard mərtəbəsində 294 nömrəli 59,7 kv.m sahəsi, 295 nömrəli sahəsi 117,01 kv.m və 14cü mərtəbədə 145 nömrəli sahəsi 114,33 kv.m mənzillərin Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MTK-ya ödənilməsi qət edilmişdir.
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 2014-2015-ci illərdə bağlanmış müqavilələr bir tərəfdən Cavabdeh, digər tərəfdən isə "xxxx" MMM-in təsisçisi şəxsində E.B.Ələkbərov, 2016 və 2017-ci illərdə bağlanmış müqavilələr bir tərəfdən A.Q.Mürvələdov, digər tərəfdən isə "xxxx" MMM-in təsisçisi şəxsində E.B.Ələkbərov tərəfindən imzalanmış, müqavilələr "xxxx" MMM-in möhürü ilə təsdiqlənmişdir. Mübahisələndirilən 31 oktyabr 2014-cü, 18 noyabr 2015-ci və 22 iyun 2016-cı il müqavilələrin bağlandığı tarixlərdə iddiaçının qanuni təmsilçisi X17 (xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək), 28 noyabr 2017-ci il tarixli müqavilənin bağlandığı tarixdə X10 (xx.xx.2017-ci il tarixdən hazıradək) olmuşdur. İddiaçı MTK "xxxx" MMMin hüquqi varisidir, A.Q.Mürvələdov xx.xx.2020-ci il tarixdə ölmüşdür, Cavabdeh onun vərəsəsidir, iddiaçıya məxsus mübahisəli əmlaklar Cavabdeh qanunsuz sahibliyindədir və onun tərəfindən iddiaçının məlumatı və icazəsi olmadan mansard mərtəbədə layihədən kənar olaraq tikinti-quraşdırma işləri həyata keçirilmiş, 294 və 295 saylı mənzillər birləşdirilərək zəbt olunmuşdur, pilləkən meydançasına müdaxilə edilərək qeyri-qanuni quraşdırma aparılmışdır. Bununla belə, Cavabdeh qeyd olunan mənzillərə və qeyri yaşayış sahələrinə dair mülkiyyət, sahiblik və istifadə hüququna, həmçinin həmin mənzillərə dair E.B.Ələkbərovun mülkiyyət hüququna və onun tərəfindən müqavilə bağlanmasının mümkünlüyünə əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.
14. E.B.Ələkbərov mübahisəli mənzillər və qeyri-yaşayış sahələri üzrə subyektiv hüquqa malik olmadığından onun həmin əmlaklara dair bağlamış olduğu müqavilələr də etibarlı hesab oluna bilməz və ona görə də iddiaçı hazırki müqavilələrin etibarsız hesab edilməsi və mənzillərin (qeyri-yaşayış sahələrinin) cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
15. Məhkəmə, cavabdehin “iddia müddətinin ötürülməsi” barədə dəlillərinə münasibətdə qeyd edib ki, iddiaçıya məxsus əmlakın alqı-satqısına dair bağlanmış müqavilələr üzrə iddiaçı müqavilə tərəfi olmadığından, bununla da mübahisəli əmlaklar üzrə tərəflər arasında hər hansı bir hüquq münasibəti yaranmadığından cavabdeh də hüquq münasibətinin subyekti olmamışdır və buna görə də onun iddia müddətinin tətbiri barədə ərizəsi məhkəmə tərəfindən nəzərə alına bilməz.
16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 14.2.4, 18, 49.2, 52.2, 152.1, 157.2, 337.1, 337.4, 360.1, 560.1, 560.2, 560.3.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1, 124.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
17. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apelyasiya şikayətində göstərilmişdir ki, qeyd edilən müqavilələr "xxxx" MTK-nın rəsmi nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmişdir. Məhkəmə müqavilənin bir tərəfinin məhz hüquqi şəxs olmasına və hüquqi şəxs tərəfindən bağlanan müqavilələrin xarakterik xüsusiyyətinin olmasına hüquqi qiymət verməmişdir. Hüquqi şəxs tərəfindən bağlanmış müqavilənin etibarlılığı həmin hüquqi şəxsin möhürü ilə təsdiq edilməsi ilə bağlıdır. Məhkəmə müqavilənin məhz möhürlə təsdiqlənməsinə heç bir münasibət bildirməmişdir. Hüquqi şəxs tərəfindən müqavilənin bağlanması və müqavilənin rəsmi hüquqi qüvvə alması üçün imzalanması və möhür vurulması zəruridir. Digər tərəfdən məhkəmə onun vicdanlı alıcı olmağına da heç bir münasibət bildirməmişdir. Mənzillərin iddiaçının mülkiyyətində olmadığı təqdirdə onun satılması da mümkün deyildir. O, qanunla müəyyən edilmiş qaydada mübahisələndirilən mənzilləri almış, iş materiallarında olan maliyyə arayışlarından da görünür ki, mənzillərin pulunu tam ödəmişdir. Mənzil Tikinti Kooperativlərinə münasibətdə pay haqqı ödənildikdə mənzilə sahiblik və istifadə hüququ yaranır. Habelə, iş materiallarında olan maliyyə arayışlarından o da məlum olur ki, İddiaçı MTK-nın möhürü ilə təsdiqlənmiş və imzalanmışdır. Mənzillər iddiaçının nümayəndələri tərəfindən ona təhvil verilmişdir, yəni mənzillərin açarları rəsmi qaydada təqdim edilmişdir. O, mənzilləri qəbul edərək, mənzillərin ölçülərək müqavilədə nəzərdə tutulan ölçüdə olmasını yoxlamış, iddiaçının guya mənzilləri ona təqdim etməməsi və müqavilənin bağlanmasından xəbəri olmaması işin həqiqi hallarına qətiyyən uyğun deyil. Xüsusən qeyd edilməlidir ki, məhz iddiaçının iştirakı ilə mənzillərə sayğac qoyulmuş, uzun müddət onların gözü qarşısında tərəfindən təmir işləri aparılmışdır. Bundan başqa Maliyyə arayışında İddiaçı MTK-nın adından maliyyə arayışını məhz MTK-nın direktoru imzalamışdır. Müqavilə və maliyyə arayışları möhürlə təsdiqləndiyi və imzalandığı üçün müqavilənin qanunla müəyyən edilmiş qaydada bağlandığına heç bir şübhəsi olmamışdır. Onun mübahisələndirilən mənzilləri təmir etməyi vicdanlı alıcı olduğunu təsdiqləyən hallardan biridir, mübahisələndirilən sahələrin təmirinə külli miqdarda pul xərcləmişdir. İddiaçı MTK əvvəllər "xxxx" MMM olmuş və yenidən təşkil olunmuşdur. Məhz bu səbəbdən cavabdeh ünvan 7 ünvanında yerləşən 294 və 295 nömrəli mənzilləri iddiaçıdan xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında almışdır. Buradan da görünür ki, bütün hüquq müəyyənedici sənədlər cavabdehdə var. Cavabdehlə bağlanmış xx.xx.2017-ci il tarixli (91 nömrəli), xx.xx.2014-cü il tarixli (5 nömrəli), xx.xx.2016-cı il tarixli və xx.xx.2015-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair İddiaçı MTK-nın iddiası üzrə iddia müddətləri də ötürülmüşdür. Bundan başqa, sözügedən daşınmaz əmlaklara müvafiq sayğacların quraşdırılması zamanı podratçı kimi KAT şirkətinin məlumatı olmalı idi. Çünki həmin sayğaclar müvafiq akt əsasında quraşdırılır və mənzillərin kimə mənsub olduğu həmin aktda qeyd edilir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
20. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
21. İddiaçının nümayəndəsi isə apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
22. Maddə 139.1.6. Qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin üzərində mülkiyyət hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur.
23. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
25. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apelyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
33. Göründüyü kimi, binanın 1-ci giriş, 14-cü mərtəbəsində yerləşən sahəsi 114,33 kv/m olan 3 otaqlı 145 nömrəli mənzilə və 2-ci giriş, birinci, ikinci mərtəbədə yerləşən sahəsi 500 kv/m olan qeyri-yaşayış sahəsinə dair E.B.Ələkbərov və Cavabdeh arasında bağlanmış 31 oktyabr 2014-cü il və 18 noyabr 2015-ci il tarixli, 1-ci giriş, birinci, ikinci mərtəbədə yerləşən sahəsi 1000 kv/m olan qeyri-yaşayış sahəsinə və 2ci giriş, mansard mərtəbədə yerləşən sahəsi 117,01 kv.m olan 3 otaqlı 295 nömrəli mənzilə dair E.B.Ələkbərov və X13 arasında bağlanmış 22 iyun 2016-cı il və 28 noyabr 2017-ci il tarixli müqavilələr mövcuddur, müqavilələr "xxxx" MMM-in möhürü ilə təsdiqlənmişdir.
34. İddiaçı müqavilələrin MTK tərəfindən rəsmiləşdirilmədiyini, Şirkətin qanuni nümayəndəsi (təmsilçisi) tərəfindən imzalanmadığını bildirərək, etibarsız hesab edilməsini tələb etmişdir.
35. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət qeydiyyatı İdarəsi tərəfindən göndərilmiş “məhkəmə qərarının icra edilməsi haqqında” xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, İddiaçı MTK (xx.xx.2020-ci il tarixinədək "xxxx" MMM adlandırılmışdır) dövlət qeydiyyatına alındığı xx.xx.1998-ci il tarixində təsisçisi X25 olmuşdur. xx.xx.2000-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən təsisçisi X20, Xətai Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-569/06 nömrəli qərardadı ilə xx.xx.2006-cı il tarixindən təsisçiləri X20 və X18 olmuşdur. xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixindən X1, X19, X21, X33 və X10 olmuş, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixindən hazıradək İddiaçı MTK-nın təsisçiləri (üzvləri) X1, X19, X21, X33 və Qanuni nümayəndədur.
36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, qurumun arxiv sənədlərinə əsasən 2014-2017-ci illərdə "xxxx" MMM-nin adından bağlanan müqavilələri Qanuni nümayəndəB. təsisçi qismində imzalamışdır.
37. Göründüyü kimi, X20 2000-ci ildən tək, xx.xx.2006-cı ildən xx.xx.2020-ci ilədək isə arvadı X18 ilə həmtəsisçi olmuşdur, xx.xx.2012-ci ildən xx.xx.2017-ci ilədək müəssisənin qanuni təmsilçisi də qızı - X17 olmuşdur. Buradan aydın olur ki, 2000-ci ildən 2020-ci ilədək müəssisənin faktiki sahibi məhz X20 olmuşdur.
38. "xxxx" ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və ona əlavə olunmuş sənədlərdən görünür ki, ünvan 8 ünvanında yerləşən İddiaçı MTK (əvvəlki adı "xxxx" MMM) tərfindən inşa olunmuş çoxmənzilli yaşayış binasında sayğaclar MTK-nın xx.xx.2018-ci il tarixli müraciəti əsasında Xətai Sukanal İdarəsi tərəfindən quraşdırılmış və plomblanmışdır. Həmin sayğaclara abonent kodu MMC-nin müraciəti əsasında verilmişdir. Abonent kodu verilən zaman aktda sakinlərin adı siyahıda qeyd olunmuşdur. Məktuba əlavə olunmuş "xxxx" MMM-nin Xətai rayon Sukanal İdarəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli 01/04 saylı müraciəti "xxxx" MMM-nin direktoru kimi E.M.Ələkbərov tərəfindən imzalanmışdır. «Sayğacların qəbulu barədə» xx.xx.2018-ci il tarixli Aktda 30, 31, 45 (hazırda 145), 103 (hazırda 295) saylı mənzillərin qarşısında «Mürvələdov» soyadı, 145 saylı mənzilə verilmiş sayğacın kodu 14371845, 295 saylı mənzilə verilmiş sayğacın kodu 14371876 qeyd olunmuşdur. Həmçinin 102, yəni 294 saylı mənzilin sahibi kimi «Əlmanağac», abonent kodu 14371847 qeyd olunmuşdur. «Ətraflı abonent kartlarında» 145 saylı mənzilin sahibi Cavabdeh, 295 saylı mənzilin sahibi Aydın Mürvələdov, 294 saylı mənzilin sahibi isə Abdullah Əlmaaqac göstərilib.
39. Xətai rayonu Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan və əlavə olunmuş siyahıdan görünür ki, 145 saylı mənzilin sahibi Cavabdeh, 294 və 295 saylı mənzillərin sahibi Aydın Mürvələdov qeyd olunub (siyahını "xxxx" MMM-nin direktoru kimi E.M.Ələkbərov imzalayıb).
40. Göründüyü kimi çoxmənzilli yaşayış binasında sayğaclar MTK-nın müraciəti əsasında quraşdırılmış, sayğaclara abonent kodu MMC-nin müraciəti əsasında verilmişdir. Abonent kodu verilən zaman aktda sakinlərin adı siyahıda qeyd olunmuşdur.
41. «Ətraflı abonent kartlarında» 145 saylı mənzilin sahibi Cavabdeh, 295 saylı mənzilin sahibi Aydın Mürvələdov, 294 saylı mənzilin sahibi isə Abdullah Əlmaaqac göstərilib.
42. 294 saylı mənzili cavabdeh türk vətəndaşı Abdullah Ərmanağacdan aldığını bildirmişdir.
43. Kollegiya tərəfindən baxış keçirilməsi məqsədi ilə yerli baxış təyin edilmiş və yerində müayinə zamanı "xxxx" MMMC-nin sədri X26 şahid qismində dindirilmiş, sonuncu ifadəsində bildirmişdir ki, “Hazırda binanın idarəçiliyini o, həyata keçirir. Binanın təməli 2012-ci ildə qoyulmuşdur. Sifarişçi KAT, podratçı MAQ Şirkəti (X5 adına) olmuşdur. Yəni, binanı Aydın müəllim tikmişdir. O da ilk gündən iş icraçısı-prorab olmuşdur. 2019-cu ilin noyabr ayının axırlarında təhvil-təslim aktı ilə bina istismara verilmişdir. 2021-ci il noyabr ayının axırında idarəçiliyə verilmiş, qeydiyyatdan keçmişdir. Qeyri-yaşayış sahəsində o, oturmuş, göstərişləri isə Aydın müəllim vermişdir. Qeyri-yaşayış sahəsinin kimə məxsus olduğunu isə bilməmişdir. Qeyriyaşayış sahəsinin açarı onda var, həmçinin Aydın müəllimin oğlu Məhəmmədgildə də var. Həmçinin mühafizəçidə də var. Sahibinin kim olduğunu bilmir. Emin müəllimi görməsə də, 2-3 ay olar ki, onunla telefon əlaqələri olmuşdur. Səbinə xanımdan sonra Elşən müəllim gəlib-getmişdir. Mənzillərin təmirləri 2019-cu ildə edilmişdir, mübahisəli mənzillər də Aydın müəllimgil tərəfindən təmir edilmişdir. 295 nömrəli mənzil Aydın müəllimindir, 294 nömrəli mənzil isə tanımadığı türk vətəndaşının adına idi, sonra Aydın müəllim hər iki mənzili birləşdirdi, mənə dedi ki, türk vətəndaşından almışam, narahat olma.”
44. Yerli baxış zamanı cavabdehin nümayəndəsi Məhəmməd Mürvələdov qeyd etdi ki, Çıxarış alınması zamanı obyektlər 1000 kv.m və 500 kv.m olmaqla bölünməli idi, ancaq faktiki vahid sahədir. 145 nömrəli mənzili icarəyə vermişlər, digər – 294 və 295 saylı mənzillər isə onun üçün təmir edilirdi.
45. Hər üç mənzil cavabdehin sahibliyindədir, ancaq baxış zamanı açarları olmadığından içərisinə baxış keçirmək mümkün olmadı. Məhəmməd Mürvələdov bildirdi ki, yerli baxışın yalnız qeyri-yaşayış sahəsi barədə baş tutacağını zənn etdiyindən mənzillərin açarlarını özü ilə götürməmişdir.
46. Alt qonşu ilə müqayisədə müəyyən edildi ki, 294 və 295 saylı mənzillərdə layihə dəyişikliyi baş vermişdir, iki mənzil birləşdirilmiş və bir qapı qoyulmuşdur.
47. Həmçinin müəyyən olundu ki, binanın yaşayış sahəsi olan hissəsinə giriş arxa tərəfdən olmaqla, 2 girişlidir. 145 saylı mənzil 1-ci, 294 və 295 saylı mənzillər isə 2-ci girişdə yerləşir.
48. Qeyri-yaşayış sahəsi isə üç girişli olmaqla binanın yola tərəf baxan ön hissəsində yerləşir. İlkin layihə üzrə hər üç girişdən vahid qeyri-yaşayış sahəsinə daxil olmaqla hər hansı bölgü aparılmamış, qeyri-yaşayış sahəsi binanın 1-ci və 2-ci mərtəbəsini əhatə etmişdir. İkinci mərtəbəyə pilləkən 1-ci və 3-cü girişlərdəndir. Sonradan 3-cü giriş tərəfdən 730 kv.m sahə (1-ci və 2-ci mərtəbə) satılmaqla həmin hissə daş hasar çəkilərək qalan sahədən ayrılmışdır. Hazırda 1-ci və 2-ci girişdən daxil olduqda hər hansı bölgü ölmadan vahid sahə kimi 1-ci və 2-ci mərtəbəni əhatə edən 1500 kv.m boş vəziyyətdə qeyri-yaşayış sahəsinin olduğu müəyyən edilir.
49. Beləliklə, qeyri-yaşayış sahəsi ilə bağlı müəyyən edilir ki, binanın ümumilikdə təqribən 2230 kv.m qeyri-yaşayış sahəsi olmuş, 730 kv.m satılmış, 1500 kv.m isə boş vəziyyətdə qalmışdır.
50. Həmçinin qeyri-yaşayış sahəsinə daxil olmaq üçün 1-ci və 2-ci girişin qapılarının açarları Məhəmməd Mürvələdov, binanın idarəçisi ("xxxx" MMMC-nin sədri X26) və mühafizəçisində olmaqla, həmin sahələr cavabdeh tərəfin faktik sahibliyində və istifadəsindədir. İddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə son zamanlar həmin sahə ilə bağlı maraqlanmağa başlamışdır. Bu vaxtadək heç kəs, o cümlədən MTKnın nə əvvəlki, nə də ki sonrakı (hazırki) təsisçiləri (qanuni təmsilçiləri) qeyri-yaşayış sahəsinə iddialarını bildirməmiş, həmin sahə ilə heç vaxt maraqlanmamışlar.
51. Müəyyən edilir ki, mübahisələndirilən müqavilələr "xxxx" MMM-nin adından təsisçi qismində Qanuni nümayəndəB. tərəfindən imzalanmış, möhürlə təsdiq edilmişdir. Ədliyyə Nazirliyindən verilmiş rəsmi arayışdan da görünür ki, 2014-2017-ci illərdə bağlanmış bütün müqavilələr məhz təsisçi Qanuni nümayəndəB. tərəfindən imzalanmışdır. Digər tərəfdən, MTK-nın müraciət əsasında sayğaclar quraşdırılmış, abonent kodu verilmiş və mənzillərin sahiblərinin adlarını əks etdirən siyahı da onlar tərəfindən təqdim edilmişdir. Ətraflı abonent kartlarında 145 saylı mənzilin sahibi Cavabdeh, 295 saylı mənzilin sahibi Aydın Mürvələdov olmuşdur.
52. Göründüyü kimi 145 və 295 saylı mənzillər cavabdehin faktiki sahibliyində olmuşdur.
53. 294 saylı mənzilə münasibətdə isə, müəyyən edildiyi kimi, MTK tərəfindən həmin mənzil Abdullah Əlmaaqaca satılmışdır, həmin mənzilin sahibi Abdullah Əlmaaqac olmuşdur. Belə olan halda iddiaçının həmin mənzilə dair subyektiv hüququ olmadığından, hazırki iddia tələbini də qaldırmağa hüququ olmamışdır. Həmin mənzillə bağlı mənzili satmış şəxs, yəni Abdullah Əlmaaqac cavabdehə qarşı hazırki iddianı qaldıra bilərdi.
54. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, bağlanmış müqavilələr etibarlı ədq olmuşdur. Müqavilələrin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş hər hansı tələb pozulmamışdır.
55. Qeyri-yaşayış sahəsinə münasibətdə isə müəyyən edilmişdir ki, onun ümumi sahəsi 2230 kv.m olmuş, 730 kv.m 2017-ci ildə satılmış, qalan 1500 kv.m sahə isə 1000 kv.m və 500 kv.m olmaqla iki müqavilə əsasında Mürvələdovların sərəncamında olmuşdur. Həmin ərazi vahid sahə olduğu üçün və yaşayış binasında başqa qeyriyaşayış sahəsi olmadığı üçün bununla bağlı əlavə çertyoj çəkilməsinə ehtiyac olmamışdır. İki giriş qapısının açarları cavabdeh tərəfdə və "xxxx" MMMC-nin sədrində, həmçinin mühafizəçidə var. Qeyri-yaşayış sahəsinə sahibliyi cavabdeh tərəf etmişdir və hazırda da onlar sahiblik və istifadə edirlər.
56. Beləliklə Kollegiya hesab edir ki, iddiaçının tələbi əsassızdır.
57. İddia əsassız olduğundan iddia müddətinin tətbiqinə də ehtiyac qalmır.
58. Digər tərəfdən, Kollegiya qeyd edir ki, hazırki tələbə iddia müddəti tətbiq oluna bilməz, belə ki, iddiaçının hazırki tələbinin qanuni əsasını əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqi təşkil edir və tələb əvəz edilməz əşya ilə bağlıdır. Bu tələblərə isə iddia müddəti tətbiq olunmur.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6366/2022 saylı iş üzrə 18 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MTK-nın Cavabdeh qarşı “müqavilələrin etibarsız hesab edilməsi və yaşayış və qeyri-yaşayış sahələrinin boşaldılaraq təhvil verilməsi tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.