Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1448/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(010)-4860/2021 saylı qətnaməsindən iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilindən yaşamaq-istifadə və qeydiyyat hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh həmin mənzilə hansı yolla qeydiyyata düşməsi və qeydiyyatdan çıxması barədə Suraxanı rayon Polis İdarəsinə yazılı müraciət etmiş, lakin heç bir cavab ala bilməmişdir. Cavabdeh həmin mübahisəli ünvanda heç vaxt yaşamamış və hal-hazırda da yaşamır. O isə həmin ünvanda yaşamış və həmin ünvana 2014-cü ildə qeydiyyata düşərək yaşadığı ünvandan hərbi xidmətə çağrılmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 1268/2015 saylı, 26.02.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin olunaraq Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllə, ev 10, mənzil 3 ünvanında yerləşən mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması qət edilmişdir. İş üzrə Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 26 avqust 2015-ci il tarixli, 2(103)-6040/2015 saylı qərardadı ilə Cavabdeh apellyasiya şikayətinin geri qaytarılması barədə Suraxanı rayon Məhkəməsinin 19 iyun 2015-ci il tarixli qərardadı əsaslı hesab edilmiş və qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin MK-sı 17 noyabr 2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 26 avqust 2015-ci il tarixli, 2(103)-6040/2015 saylı qərardadı ləğv edilmiş iş yenidən baxılmaq ücün Apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi yenidən işi araşdırmış və 13 yanvar 2016-ci il tarixli qərardadı ilə Suraxanı rayon Məhkəməsinin 19 iyun 2015-ci il tarixli qərardadını dəyişdirmədən qüvvədə saxlamışdır. Cavabdeh yenidən Bakı Apellyasiya Məhkəməsinin 13 yanvar 2016-ci il tarixli qərardadından Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Ali Məhkəmə 02.06.2016-cı il tarixdə 2(102)-2008/2016 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsi 13 yanvar 2016-ci il tarixli qərardadını əsaslı hesab etmiş, qüvvədə saxlamışdır. Beləliklə Cavabdeh qanuni qüvvə almış məhkəmə qərarları ilə yaşayış yeri üzrə pasport qeydiyyatına alınma və yaşayış sahəsindən istifadə hüquqlarını itirmiş hesab edilir. İddia üzrə Cavabdeh yaşayış yeri üzrə pasport qeydiyyatına alınma vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)2094/2017 saylı, 23 iyun 2017-ci il tarixli qərarı ilə rədd edilmişdir. Həmin qərardan Cavabdeh apellyasiya şikayəti vermiş Apellyasiya Məhkəməsinin 21(103)-2128/2017 saylı 07 dekabr 2017 tarixli qərarı ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmişdir. Yenə də Cavabdeh apelyasiyanın qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Ali Məhkəmə 21(102)-632/2018 saylı 10 aprel 2018-ci il tarixli qərarı ilə Badamxanım Əliyevanın kassasiya şikayəti rədd edilmiş, Bakı Apellyasiya İnzibati-İqtisad Kollegiyası yenidən 07 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlamışdır. Odur ki, cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(010)-4860/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul ediilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunur ki, məhkəmə tərəfindən maddi hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və qətnamənin ləğv edilərək iddanın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 fevral 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(010)-4860/2021 saylı qətnaməsi iddianın Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilindən yaşamaq- qeydiyyat hüququnun itirilməsi hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini apellyasiyanın predmetində qalan- qətnamənin Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilindən yaşamaq-istifadə hüququnun itirilməsinin təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə apellyasiya baxışının predmetində qalan hissədə ləğv olunmalı, həmin hissədə işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququnu əldə etməsi ilə bağlı olaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcud olduğundan və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmədiyindən iddia tələbi rədd olunmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçının hazırki iddianı vermək üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələsini araşdırmamışdır. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1268/2015 saylı, 26.02.2015-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçı X1 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin olunaraq Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllə, ev 10, mənzil 3 ünvanında yerləşən mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh X3 qarşı mənzilə köçürülmə tələbi təmin olunaraq iddiaçı Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllədə yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilə köçürülməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(010)-1317/2019 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdehlər X3, Nümayəndə və İddiaçı qarşı mənzildən çıxarılması tələbinə dair iddiası təmin olunaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllə, ev 10, mənzil 3 ünvanından cavabdehlər X5, Nümayəndə və İddiaçı çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.06.2020-ci il tarixli, 2(103)- 3781/2020 saylı qətnaməsinə əsasən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 1317/2019 saylı qətnaməsindən X5 və Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmayaraq, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1317/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05.04.2021-ci il tarixli, 2(102)436/2021 saylı qərarına əsasən cavabdeh Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.06.2020-ci il tarixli, 2(103)-3781/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhlədə yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilə istifadə hüququnun olması Azərbaycan SSR Orcanikidze Rayon Məhkəməsinin 19 dekabr 1988-ci il tarixli, 2-79/1988 saylı qətnaməsi ilə tanınmışdır. Cavabdehin həmin mənzilə hər hansı bir hüququ yoxdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(082)155/2017 saylı, 25 yanvar 2017- ci il tarixli qərarı ilə üçüncü şəxs X5 arasında bağlanmış mənzil kirayə müqaviləsi üzrə Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 27.02.2014-cü il tarixli sərəncam ləğv edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2015-ci il tarixli, 2(103)- 6040/2015 saylı qərardadından görünür ki, iddiaçı X5 Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhlədə yerləşən 10 nömrəli evinn 3 nömrəli mənzilindən istifadə hüququnun itirilmiş hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 fevral 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhlədə yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilindən istifadə hüquq itirilmiş hesab olunması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19 iyun 2015-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan Cavabdeh şikayət vermiş və onun şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19 iyun 2015-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu mərhələdə yerləşən 10 nömrəli evinn 3 nömrəli mənzilə köçürülməsi qət edilmiş, qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 01 avqust 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, qeyd edilən qətnamədən verilmiş kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 aprel 2016-cı il tarixli, 21(82)1212/2016 saylı qərarından görünür ki, iddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsinə qarşı mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmağın cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Nümayəndə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi 4048/49-cu məhəllədə yerləşən 10 saylı evin 3 saylı mənzilinə pasport qeydiyyatına alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2018ci il tarixli, 2-1(102)-632/2018 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və üçüncü şəxs X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri, ünvan 3 ünvana pasport qeydiyyatına alınması vəzifəsinin cavabdeh İdarənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 23 iyun 2017-ci il tarixli 2-1(82)-2094/2017 saylı qərarı ilə iddianın təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.12.2017-ci il tarixli, 21(103)2128/2017 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan iddiaçı kassasiya şikayəti vermiş, kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.12.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Suraxanı rayon Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli, 2(010)-7672/2018 saylı qərardadından görünür ki, iddiaçı Cavabdehlər X3 və Nümayəndə qarşı mənzildən və pasport qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunmuşdur. Asan 4 tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllə, ev 10, mənzil 3 ünvanında yerləşən mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.3.-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(103)-3781/2020 saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, Azərbaycan SSR Orcanikidze rayon Məhkəməsinin 19.12.1988-ci il tarixli, 2-79 saylı qətnaməsi ilə 63 saylı MİS-nin Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Suraxanı rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh mübahisəli mənzilə köçürülməsi qət edilmiş, qətnamələrdən müəyyən olunmuşdur ki, Cavabdeh Azərbaycan Respublikası SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən həmin mənzilə istifadə hüququ əldə etmişdir. Hazırki iş üzrə iddiaçı X2 həmin mənzilə hər hansı bir hüququ yoxdur. Göründüyü kimi, qüvvədə olan məhkəmə qətnamələri ilə Cavabdeh mübahisəli mənzilə istifadə hüququ müəyyən edilməklə, onun həmin mənzilə köçürülməsi, Cavabdeh iddiası əsasında hazırki iş üzrə iddiaçı Nümayəndə mübahisəli mənzildən çıxarılması qət olunmuşdur. Qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(103)-3781/2020 saylı qətnaməsinə əsasən cavabdeh Nümayəndə mənzilə heç bir hüququnun olmadığı müəyyən olunmuşdur. Kollegiya hesab edir ki, iddiaçı X6 Cavabdeh mənzildən yaşamaq-istifadə hüququnun itirilməsi ilə bağlı tələblə çıxış etmək üçün subyektiv hüququ yoxdur. İddiaçı X2 Cavabdeh iddiası əsasında mənzildən çıxarılması, X2 mənzilə heç bir hüququnun olmaması ilə bağlı qüvvədə olan məhkəmə qətnamələri mövcuddur. Buna görə də, iddia tələbi mübahisələndirilən hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1, 385.1.2-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(010)-4860/2021 saylı qətnaməsi apellyasiya baxışının predmetində qalan- iddianın Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilindən yaşamaq-istifadə hüququnun itirilməsinin təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, ondan Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-1448/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1448/2022
09.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver