Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-145/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun ödənilməsi, tələbin ipoteka predimetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə olunmuş vəsait hesabına ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-161/2020 saylı 21 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə və dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 059/M saylı Kredit müqaviləsinə əsasən ümumilikdə 17311.11 manat, əsas borc 11221.52 manat, faiz borcu 4198.59 manat, 1891 manat dəbbə pulu məbləğinin tutulması; tələbin Cavabdeh4 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.40 ha torpaq sahəsi; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsi; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.010802 ha torpaq sahəsi; Quba rayonu, 2- ci Nügədi kəndində yerləşən 0.7581 ha torpaq sahəsi; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.0108 ha torpaq sahəsi; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.7581 ha torpaq sahəsi; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 2.010772 ha torpaq sahəsi; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.217666 ha torpaq sahəsi; Quba rayonu, 2- ci Nügədi kəndində yerləşən 0.7531 ha torpaq sahəsi; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.516301 ha torpaq sahəsi; Quba rayonu, 2ci Nügədi kəndində yerləşən 1.4855 ha torpaq sahəsi; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.743895 ha torpaq sahəsi; Quba rayonu, 2-ci Nügədi kəndində yeriəşən 1,960697 ha torpaq sahəsi; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 3.641497 ha torpaq sahəsi; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.034112 ha torpaq sahəsi; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.024 na torpaq sahəsi; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2418 ha torpaq sahəsi; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.22 ha torpaq sahəsi, Cavabdeh3 məxsus Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.62 ha torpaq sahəsinə yönəldilməsi; Cavabdeh2 məxsus Xaçmaz rayonu, Günəşli qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi; Cavabdeh1 məxsus Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.2285 ha torpaq sahəsinə yönəldilməsi; xx.xx.2016-ci il tarixli 148/KTN saylı kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh1 xx.xx.2016-cı il tarixli 148/KTN saylı kredit müqaviləsinə əsasən ümumilikdə 561323.19 manat, əsas borc 433053.61 manat, faiz borcu 46477.58 manat, 81792 manat dəbbə pulu) məbləğinin tutulması; tələbin 148/KTN saylı kredit müqaviləsi üzrə Cavabdeh4 tərəfindən aşağıdakı ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklara yönəldilməsi; tələbin 148/KTN saylı kredit müqaviləsi üzrə Cavabdeh4 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.40 ha torpaq sahəsi; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsi; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.010802 ha torpaq sahəsi; Quba rayonu, 2ci Nügədi kəndində yerləşən 0.7581 ha torpaq sahəsi; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.0108 ha torpaq sahəsi ; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.7581 ha torpaq sahəsi; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 2.010772 ha torpaq sahəsi; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.217666 ha torpaq sahəsi; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.7531 ha torpaq sahəsi; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.516301 ha torpaq sahəsi ; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.4855 ha torpaq sahəsi; Quba rayonu, 2- ci Nügədi kəndində yerləşən 0.743895 ha torpaq sahəsi; Quba rayonu, 2- ci Nügədi kəndində yeriəşən 1,960697 ha torpaq sahəsi; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 3.641497 ha torpaq sahəsi; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.034112 ha torpaq sahəsi; Quba rayonu, 2ci Nügədi kəndində yerləşən 1.024 na torpaq sahəsi; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2418 ha torpaq sahəsi; Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.22 ha torpaq sahəsi, Cavabdeh3 məxsus Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.62 ha torpaq sahəsinə yönəldilməsi; Cavabdeh2 məxsus Xaçmaz rayonu, Günəşli qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi; Cavabdeh1 məxsus Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.2285 ha torpaq sahəsinə yönəldilməsi; göstərilən daşınmaz əmlakların açıq hərracdan satılması və satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, əmlakların açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına 578634.3 manat borcun, daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 720 manat məbləğində xərcin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-161/2020 saylı, 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 148/KTN saylı kredit müqaviləsi ləğv edilmiş; Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 059/M saylı kreditmüqaviləsi üzrə 11221,52 manat əsas borc, 4198,59 manat faiz borcu, 180 manat dəbbə pulu olmaqla, cəmi 15600,11 manat, xx.xx.2016-cı il tarixli, 148/KTN saylı kredit müqaviləsi üzrə 433053,61 manat əsas borc, 46477,58 manat faiz borcu, 8000 manat dəbbə pulu olmaqla, cəmi 487531,19 manat pulun, daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 720 manat məbləğində xərcin və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması; iddia tələbinin Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.62 ha torpaq sahəsi, Xaçmaz rayonu, Günəşli qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə, Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.2285 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.40 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.010802 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.7581 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.0108 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.7581 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 2.010772 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.217666 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.7581 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.516301 ha torpaq sahəsi, Quba rayonu, 2ci Nügədi kəndində yerləşən 1.4855 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.743895 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.960697 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 3.641497 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.034112 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.024 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2418 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.22 ha torpaq sahəsinə yönəldilərək, açıq hərracda satılması; Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.62 ha torpaq sahəsinin ilkin satış qiymətinin 55898 manat, Xaçmaz rayonu, Günəşli qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 73000 manat, Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.2285 ha torpaq sahəsinin ilkin satış qiymətinin 57500 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.40 ha torpaq sahəsinin ilkin satış qiymətinin 10950 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinin ilkin satış qiymətinin 9882 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.010802 ha torpaq sahəsinin ilkin satış qiymətinin 7906 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.7581 ha torpaq sahəsinin ilkin satış qiymətinin 5928 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.0108 ha torpaq sahəsinin ilkin satış qiymətinin 7906 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.7581 ha torpaq sahəsinin ilkin satış qiymətinin 5928 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 2.010772 ha torpaq sahəsinin ilkin satış qiymətinin 15726 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.217666 ha torpaq sahəsinin ilkin satış qiymətinin 1720 manat, Quba rayonu, 2ci Nügədi kəndində yerləşən 0.7581 ha torpaq sahəsinin ilkin satış qiymətinin 5928 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.516301 ha torpaq sahəsinin ilkin satış qiymətinin 11858 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.4855 ha torpaq sahəsinin ilkin satış qiymətinin 11618 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.743895 ha torpaq sahəsinin ilkin satış qiymətinin 5807 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.960697 ha torpaq sahəsinin ilkin satış qiymətinin 15335 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 3.641497 ha torpaq sahəsinin ilkin satış qiymətinin 28148 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.034112 ha torpaq sahəsinin ilkin satış qiymətinin 267 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.024 ha torpaq sahəsinin ilkin satış qiymətinin 8000 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2418 ha torpaq sahəsinin ilkin satış qiymətinin 9711 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.22 ha torpaq sahəsinin ilkin satış qiymətinin 9542 manat müəyyən edilməklə, onların satışından əldə olunmuş məbləğin kredit məbləğlərinin ödənilməsinə yönəldilməsi; iddiaçının tələbi ödənildikdən sonra Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.62 ha torpaq sahəsi satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh3, Xaçmaz rayonu, Günəşli qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh2, Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.2285 ha torpaq sahəsinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi cavabdeh X3, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.40 ha torpaq sahələrinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi cavabdeh, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.010802 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.7581 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.0108 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.7581 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 2.010772 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.217666 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.7581 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.516301 ha torpaq sahəsi, Quba rayonu, 2ci Nügədi kəndində yerləşən 1.4855 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.743895 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.960697 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 3.641497 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.034112 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.024 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2418 ha torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.22 ha torpaq sahələrinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin Cavabdeh4 verilməsi; ipoteka predmeti olan daşınmaz əmlakların satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, ipoteka predmetləri olan daşınmaz əmlakların ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi və borcun düzgün hesablanmaması arqumenti ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümyəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməmsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissəsində qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, qətnamə yalnız Cavabdeh1 tərəfindən iddianın təmin edilməsi hissəsində mübahisələndirilmişdir. Bununla yanaşı, qətnamə iddiaçı bank tərəfindən mübahisələndirilmədiyindən, qətnamə iddianın təmin edilmədiyi hissədə yoxlanılmır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 xx.xx.2016-cı il tarixli 148/KTN saylı kredit müqaviləsi üzrə tutulmalı olan əsas və faiz borcu hissəsində dəyişdirilməlidir. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, iddiaçı bank İddiaçı ASC ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış 07 avqust 2015- ci il tarixli 059/M saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 60 ay müddətinə illik 10 faiz olmaqla 500000 manatməbləğində kreditin verilməsini öhdəsinə götürmüş, borc alan isə krediti qəbul etməyi və bərabər hissələrlə, müəyyən olunmuş qrafik əsasında krediti və faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Eyni tərəflər arasında bağlanmış 29 iyun 2016cı il tarixli 148/KTN saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 60 ay müddətinə illik 07 faiz olmaqla 442000 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüş, borc alan isə krediti qəbul etməyi və bərabər hissələrlə, müəyyən olunmuş qrafik əsasında krediti və faizləri qaytarmağı öhdəsinə götürmüşdür xx.xx.2020-cu il tarixli maliyyə arayışlarına əsasən müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixə xx.xx.2015-ci il tarixli 059/M sayli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-yə cəmi borcu 17.331,11 manat, o cümlədən 11.221,52 manat əsas borc, 4.198,59 manat faiz borcu, 1.891 manat dəbbə pulu təşkil edir. xx.xx.2016-cı il tarixli 148/KTN saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-yə cəmi borcu 561.323,19 manat, o cümlədən 433.053.61 manat əsas borc, 46.477,58 manat faiz borcu, 81.792 manat dəbbə pulu təşkil edir. xx.xx.2020-ci il tarixli, 5545 saylı ekspert rəyinə əsasən cavabdeh – borc alanın xx.xx.2015-ci il tarixli, 059/M saylı kredit müqaviləsi üzrə 11295,44 manat əsas borc, 3175,27 manat faiz borcu, xx.xx.2016-cı il tarixli, 148/KTN saylı kredit müqaviləsi üzrə 430870,42 manat əsas borc, 3016,09 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Lakin bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin artırılması barədə ərizə və yeni maliyyə arayışları təqdim etmişdir. Həmin maliyyə arayışlarına əsasən Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 059/M saylı kredit müqaviləsi üzrə ümumilikdə 17311.11 manat, 11221,52 manat əsas borc, 4198,59 manat faiz borcu, 1891 manat cərimə borcu, xx.xx.2016-cı il tarixli, 148/KTN saylı kredit müqaviləsi üzrə isə ümumilikdə 561323,19 manat, 433052,61 əsas borc, 46477,58 manat faiz borcu, 81792 manat cərimə borcunun olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1, yuxarıda göstərilən müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişdir və bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Kollegiya hesab edir ki, cavabdehə xx.xx.2016-cı il tarixli 148/KTN saylı kredit müqaviləsi əsasında xx.xx.2020-ci il tarixə hesablanmış əsas və faiz borcu düzgün hesablanmamışdır. Həmin müqavilə üzrə Cavabdeh1 xx.xx.2020-ci il tarixə hesablanmalı olan əsas borcun 430.870,42 manat, faiz borcunun 31.166,29 manat təşkil etdiyi apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza rəyi ilə müəyyən olunmuşdur. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/169 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli 059/M saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə Cavabdeh1 İddiaçı ASC-yə olan əsas borcu 11.221,60 manat və faiz borcu isə 4.201, 87 manat olmaqla, cəmi 15423,47 manat, xx.xx.2016-cı il tarixli 148/KTN saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə cavabdehin İddiaçı ASC-yə olan əsas borc üzrə-430.870,42 manat, faiz borcu isə 31.166,29 manat olmaqla cəmi 462.036,71 manat məbləğində müəyyən edilir. Qeyd edilən ekspert rəyi ilə 1-ci (xx.xx.2015-ci il tarixli) kredit müqaviləsi üzrə müəyyən edilmiş əsas və faiz borcu məbləği qətnamə ilə müəyyən edilmiş məbləğlə müqayisədə nisbətən yuxarı məbləğlər olduğundan və bu şikayət vermiş cavabdehin mənafeyinə zidd olduğundan (cavabdeh tərəfindən məbləğlər də mübahisləndirilmiş) məhkəmə kollegiyası 1-ci (xx.xx.2015-ci il tarixli) kredit müqaviləsi üzrə borcun tutulmasına aid hissədə qətnamənin dəyişdirilməsini əsaslı hesab etmir. Kollegiya xüsusilə qeyd edir ki, sözügedən borc məbləğləri apelyasiya icraatı zamanı keçirilmiş ekspert rəyinə əsasən müəyyən edilmiş və borc məbləğlərinin hesablanması xüsusi bilik tələb etdiyindən onunla razılaşmamaq üçün əsaslar mövcud deyildir. Həmçinin, iş materiallarında görünür ki, birinci instansiya məhkəməsi tərəfindən mühasibatlıq ekspertizası iddia həcmi artırılmadan qabaq keçirilmişdir. Apellyasiya şikayətinin ipoteka predmetlərinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi ilə bağlı hissəsi üzrə isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azerbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadı ilə müəyyən edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə xx.xx.2019-cu il tarixli mütəxəssis rəylərindən görünür ki, ipoteka predmetləri olan Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.62 ha torpaq sahəsinin hazırki bazar qiyməti 55898 manat, Xaçmaz rayonu, Günəşli qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 73000 manat, Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.2285 ha torpaq sahəsinin hazırki bazar qiyməti 57500 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.40 ha torpaq sahəsinin hazırki bazar qiyməti 10950 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinin hazırki bazar qiyməti 9882 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.010802 ha torpaq sahəsinin hazırki bazar qiyməti 7906 manat, Quba rayonu, 2ci Nügədi kəndində yerləşən 0.7581 ha torpaq sahəsinin hazırki bazar qiyməti 5928 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.0108 ha torpaq sahəsinin hazırki bazar qiyməti 7906 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.7581 ha torpaq sahəsinin hazırki bazar qiyməti 5928 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 2.010772 ha torpaq sahəsinin hazırki bazar qiyməti 15726 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.217666 ha torpaq sahəsinin hazırki bazar qiyməti 1720 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.7581 ha torpaq sahəsinin hazırki bazar qiyməti 5928 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.516301 ha torpaq sahəsinin hazırki bazar qiyməti 11858 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.4855 ha torpaq sahəsinin hazırki bazar qiyməti 11618 manat, Quba rayonu, 2ci Nügədi kəndində yerləşən 0.743895 ha torpaq sahəsinin hazırki bazar qiyməti 5807 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.960697 ha torpaq sahəsinin ilkin satış qiyməti 15335 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 3.641497 ha torpaq sahəsinin hazırki bazar qiyməti 28148 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.034112 ha torpaq sahəsinin hazırki bazar qiyməti 267 manat, Quba rayonu, 2ci Nügədi kəndində yerləşən 1.024 ha torpaq sahəsinin hazırki bazar qiyməti 8000 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2418 ha torpaq sahəsinin hazırki bazar qiyməti 9711 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.22 ha torpaq sahəsinin hazırki bazar qiyməti 9542 manat təşkil edir. Apellyasiya icraatında təyin edilmiş qiymətləndirməyə əsasən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəylərindən görünür ki, ipoteka predmetləri olan Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.40 ha torpaq sahəsinin bazar dəyəri 10780 manat, likvid dəyəri 9700 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinin bazar dəyəri 9730 manat, likvid dəyəri 8757 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.010802 ha torpaq sahəsinin bazar dəyəri 7780 manat, likvid dəyəri 7000 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.7581 ha torpaq sahəsinin bazar dəyəri 5837 manat, likvid dəyəri 5253 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.0108 ha torpaq sahəsinin bazar dəyəri 7783 manat, likvid dəyəri 7000 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.7581 ha torpaq sahəsinin bazar dəyəri 5837 manat, likvid dəyəri 5253 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 2.010772 ha torpaq sahəsinin bazar dəyəri 15483 manat, likvid dəyəri 13935 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.217666 ha torpaq sahəsinin bazar dəyəri 1676 manat, likvid dəyəri 1508 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.7581 ha torpaq sahəsinin bazar dəyəri 5837 manat, likvid dəyəri 5253 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.516301 ha torpaq sahəsinin bazar dəyəri 11675 manat, likvid dəyəri 10507 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.4855 ha torpaq sahəsinin bazar dəyəri 11438 manat, likvid dəyəri 10294 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.743895 ha torpaq sahəsinin bazar dəyəri 5728 manat, likvid dəyəri 5155 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.960697 ha torpaq sahəsinin bazar dəyəri 15097 manat, likvid dəyəri 13587 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 3.641497 ha torpaq sahəsinin bazar dəyəri 28039 manat, likvid dəyəri 25235 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.034112 ha torpaq sahəsinin bazar dəyəri 262 manat, likvid dəyəri 235 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.024 ha torpaq sahəsinin bazar dəyəri 7884 manat, likvid dəyəri 7095 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.2418 ha torpaq sahəsinin bazar dəyəri 9562 manat, likvid dəyəri 8605 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1.22 ha torpaq sahəsinin bazar dəyəri 9394 manat, likvid dəyəri 8455 manat, Xaçmaz rayonu, Günəşli qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 70000 manat, likvid dəyəri 65000 manat, Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.62 ha torpaq sahəsinin bazar dəyəri 50000 manat, likvid dəyəri 45000 manat, Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.2285 ha torpaq sahəsinin bazar dəyəri 55282 manat, likvid dəyəri 79753 manat təşkil edir. Hazırki qiymətləndirmə rəyi ilə müəyyən edilmiş məbləğlər qətnamə ilə müəyyən edilmiş ilkin satış qiymətlərindən daha aşağı məbləğlər olduğundan və bu cavabdehin mənafeyinə uyğun olmadığından məhkəmə kollegiyası bu hissədə, yəni ipoteka predmetlərinin ilkin satışı qiyməti hissəsində qətnamənin dəyişdirilməsi üçün əsas görmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertiza xərci tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-161/2020 saylı 21 sentyabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 xx.xx.2016-cı il tarixli 148/KTN saylı kredit müqaviləsi üzrə tutulmalı olan əsas və faiz borcu hissəsində dəyişdirilsin. Cavabdeh1 xx.xx.2016-cı il tarixli 148/KTN saylı kredit müqaviləsi üzrə İddiaçı ASCnin xeyrinə tutulmalı olan əsas borc 430.870,42 (dörd yüz otuz min səkkiz yüz yetmiş manat 42 qəpik) manat, faiz borcu 31.166,29 (otuz bir min yüz altımış altı manat 29 qəpik) manat məbləğində müəyyənləşdirilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş mühasibatlıq ekspertizasının xərci qismində 100 (yüz) manatın 50 (əlli) manatı Cavabdeh1, 50 (əlli) manatı isə İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-145/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-145/2022
08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver