Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-145/2024 22.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X39” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: mənzilin təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X19 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının vəkili Vəkil3, Qətnamə maraqlarına toxunan Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil4, Üçüncü şəxs X13 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2072/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə maraqlarına toxunan Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən MMC-nin direktoru X24 tərəfindən alıcı X16 Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 20-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102,4 kv.m olan, 3 otaqlı mənzil dəyəri 51.200 manat müəyyən edilməklə satılmışdır. Eyni tarixli maliyyə arayışına əsasən X20 mənzilin dəyərini tamamilə ödəmiş, heç bir borcu yoxdur.
2. xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən, MMC-nin direktoru X24 tərəfindən alıcı Maraqlı şəxs mübahisəli mənzilin dəyəri 51.200 manat müəyyən edilməklə satılmışdır. xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən Maraqlı şəxs mənzilin dəyərini tamamilə ödəmiş, heç bir borcu yoxdur.
3. MMC-nin təsisçisi X29 ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli 147 nömrəli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 20-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102,3 kv.m olan, 3 otaqlı mənzil 35.000 manat müqabilində İddiaçı mülkiyyətinə verilmişdir.
4. "xxxx" MMC-nin təsisçisi X29 tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 133141 nömrəli kassa mədaxil orderinə əsasən İddiaçı tərəfindən "xxxx" MMC-yə ev almaq üçün 35.000 manat məbləğində pul ödənilmişdir.
5. "xxxx" MMC-nin təsisçisi X29 tərəfindən verilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı "xxxx" MMC ilə bağlanmış xx.xx.2012-ci il tarixli,147 nömrəli alğı-satqı müqaviləsi üzrə Bakı şəhəri, Yeni Yasamal, Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 20-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102,3 kv.m olan 3 otaqlı mənzil üçün şirkətə borcu yoxdur.
6. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-59/2023 nömrəli hökmü ilə X29 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1, 311.3.2, 313 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-1058/2023 nömrəli qərarı ilə həmin hökmdən onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC ilə arasında xx.xx.2012-ci ildə bağlanmış müqavilə üzrə ona məxsus Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən Cavabdeh MMC tərəfindən inşa edilən 1 saylı yaşayış binasının 20-ci mərtəbəsində sağ tərəfdə yerləşən, ümumi sahəsi 102,3 kv.m olan, 3 otaqlı, 147 nömrəli mənzilin təhvil verilməsi öhdəliyinin MMC-nin üzərinə qoyulması və onun mülkiyyət hüququna yaradılmış məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, MMC ilə arasında xx.xx.2012ci il tarixdə Bakı şəhəri Yasamal rayonu, X34 küçəsində inşa edilən 1 saylı Yaşayış binasının 20-ci mərtəbəsində sağ tərəfdə yerləşən ümumi sahəsi 102,3 kv.m dən ibarət 3 otaqlı 147 nömrəli mənzilin alqı-satqısına dair müqavilə imzalanmış, müqaviləyə əsasən mənzilin dəyəri tam olaraq ödənilmiş və xx.xx.2012-ci il tarixli maliyyə arayışı verilmişdir. Müavilənin 3.2-ci bəndinə əsasən bu müqavilənin 2.1-ci bəndində göstərilən tikintiquraşdırma işləri müqavilə bağlandıqdan sonra 24 ay müddətinə tamamlanır, alıcıya təhvil verilir. Bu günə qədər Cavabdeh MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edib, mənzili ona təhvil verməmişdir. Dəfələrlə edilmiş müraciətlərə isə cavabdeh şirkət tərəfindən heç bir əhəmiyyət verilmir.
9. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(004)- 2072/2021 nömrəli, qiyabi qətnaməsi ilə (hakim G.T.Axundova) iddia tələbi təmin edilmiş, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2012-ci ildə bağlanmış müqavilə üzrə İddiaçı məxsus Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilən 1 saylı yaşayış binasının 20-ci mərtəbəsində sağ tərəfdə yerləşən, ümumi sahəsi 102,3 kv.m olan, 3 otaqlı, 147 nömrəli mənzilin təhvil verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması və İddiaçı mülkiyyət hüququna yaradılmış məhdudiyyətlərin aradan qaldırılması qət edilmişdir.
10. Məhkəmə belə qənaətə gəlmişdir ki, maliyyə arayışına əsasən, iddiaçının şirkətə heç bir borcu qalmamışdır. Həmçinin, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək şirkətə 35.000 manat məbləğində ödəniş etmişdir. Buna baxmayaraq, cavabdeh öhdəliklərini pozaraq 24 ay ərzində müqavilə ilə müəyyən edilmiş mənzili iddiaçıya təhvil verməmişdir. Beləliklə, iddia tələbi əsaslıdır və iddiaçının mülkiyyət hüququ təmin olunmalıdır.
11. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 427.3, xx.xx.2017-ci il tarixinədək qüvvədə olan 178.8-ci maddələrinə, Mənzil Məcəlləsinin 112-ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs apelyasiya şikayəti verərək, qiyabi qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil ona məxsusdur, həmin mənzili 2009-cu ildə X21 Cavabdeh MMC-dən almış və xx.xx.2012-ci il tarixdə ona satmışdır. Həmin mənzilin sənədləşdirilməsi üçün MMC-yə müraciət etmişlər və həmin tarixli müqaviləyə əsasən mənzil onun adına rəsmiləşdirilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-2653/2022 nömrəli qətnaməsi ilə (hakimlər – V.N.Sadıqov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayətinin təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2072/2021 saylı iş üzrə 16 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh MMCyə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddiasının rədd edilməsi qət etmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MMC-nin təsisçisi olmuş X7 Səməndər Vüqar oğlunu aldatmaqla, mənzilin satılması adı ilə sonuncudan 35.000 manat məbləğində pul almış və saxta müqavilə və maliyyə arayışı vermişdir. Həmin cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. İddiaçı Vüsal oğlu ilə MMC arasında mənzilə dair hər hansı əqd bağlanmamışdır və 147 nömrəli mənzilə dair xx.xx.2012-ci il tarixli müqavilə isə əhəmiyyətsiz əqd olmaqla etibarsızdır. Həmin əqd etibarsız olduğu üçün onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.3, 337.4-cü maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat
18. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-5018/2022 nömrəli qərarı ilə (hakimlər – Ə.Ə.Əliyev (məruzəçi), M.T.Əhmədova və İ.K.Xəlilov) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-2653/2022 nömrəli qətnaməsi ləğv olunmuş, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
20. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini əsaslandırarkən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubuna istinad etmişdir. Həmin məktubdan görünür ki, cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
21. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
22. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mülki prosessual qanunvericiliyin tələbini pozaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığı halda, məhkəmənin göndərdiyi məktuba qanuni qüvvəyə minmiş hökm kimi qiymət verərək qəbul etdiyi qətnamədə həmin məktubda göstərilmiş məlumatlara preyudisial əhəmiyyətli, təkzibolunmaz sübut kimi istinad etmişdir.
23. Digər tərəfdən, Maraqlı şəxs mübahisəli mənzili xx.xx.2009-cu ildə əldə etmiş X12 almasına istinad edən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, mübahisəli mənzilin S.Rəsulova satılması barədə xx.xx.2009-cu il tarixli müqavilə onun əsli deyil, kserosurətidir.
24. Bundan başqa S.Rəsulovun həmin mənzildən Maraqlı şəxs xeyrinə imtina etməsi barədə iş materiallarına sübut əlavə edilməmişdir.
25. Halbuki, MPM-in 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
26. İş materiallarından o da görünür ki, işə baxan məhkəmə kollegiyası MPM-nin 78.1- 1-ci maddəsinin tələblərinə zidd olaraq zəruri sübutları, yəni qeyd edilən müqavilənin əslini təqdim etməyi cavabdehə təklif etməmişdir.
27. Həmçinin, apellyasiya instansiyası məhkəməsi tərəfindən X4, həqiqətən həmin şəxsin mövcud olub-olmaması, həmin şəxsin mənzili Maraqlı şəxs satmasına dair müqavilənin olub-olmaması, habelə həmin şəxsin mənzildən Maraqlı şəxs xeyrinə imtina edib-etməməsi araşdırılmamış və qeyd edilən hallara ümumiyyətlə qiymət verilməmişdir.
28. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi maraqlarına toxunulan şəxsin oğlu X8 (mülki iş, səhifə 197) Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində verdiyi izahatı (dindirmə protokolunu) nəzərə almamışdır.
29. Həmin izahatında Kənan Əmirov göstərmişdir ki, mübahisəli mənzilə dair onun anası Maraqlı şəxs adına olan 29 noyabr 2012-ci il tarixli müqaviləni MMC-nin təsisçisi olan Fariz Nuriyev imzalamış, həmçinin özündə olan möhürlə təsdiq edib ona vermişdir. Mənzili anasının adına rəsmiləşdirməklə, əslində o almışdır. Həmin müqavilənin anası ilə cavabdeh MMC-nin direktoru X24 arasında tərtib olunmasına baxmayaraq, Fariz Nuriyevin imzası ilə təsdiq olunmasının səbəbini sonuncudan soruşmamışdır. Elnur Məmmədov adlı şəxsi tanımır. Mənzilin dəyəri olan 51.200 manat məbləğində pulu 29 may 2014-cü ildə hissə-hissə olmaqla ofisdə Fariz Nuriyevə ödəmişdir. Müqavilənin alıcı qrafasında özünün də imza etməli olduğunu bilməmiş, Fariz Nuriyev də bu barədə ona heç nə deməmiş, buna görə müqaviləni imzalamamışdır.
30. Göründüyü kimi, Kənan Əmirov izahatında mübahisəli mənzilin X12 alındığını deyil, məhz MMC-dən aldığını göstərmiş və S.Rəhimov adlı şəxsin bu mənzildən imtina etdiyinə dair izahat verməmişdir.
31. Bu halda, apellyasiya instansiyası məhkəməsi maraqlarına toxunulan şəxsin mübahisəli mənzilin X12 alınması barədə apellyasiya şikayətinin dəlili ilə K.Əmirovun yuxarıda qeyd olunan izahatındakı ziddiyyətləri, Maraqlı şəxs mübahisəli mənzilə münasibətdə subyektiv hüququnun olub-olmamasının yoxlanması üçün onun adına bağlanmış müqavilənin etibarlılığını araşdırmalı və qiymət verməli olsa da, bunu etməmişdir.
32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxılarkən kassasiya instansiyası məhkəməsinin hazırkı qərarında şərh edilən göstərişlərə uyğun olaraq irəli sürülən tələbə baxmalı, tərəflərin təqdim etdikləri sübutlara MPM-nin 88-ci maddəsinə uyğun qiymət verməklə mübahisəni həll etməlidir.
Apellyasiya instansiya məhkəməsində ikinci icraat
33. Mülki işin təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə X14 və X21 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.
34. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin tarixli qərardadı ilə həmçinin hazırki mülki iş üzrə icraat Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında Cavabdeh təsisçisi olmuş X29, X15, X25, Cavabdeh direktoru vəzifəsində işləmiş X17 barəsində olan cinayət işi üzrə çıxarılacaq məhkəmə aktı qüvvəyə minənə qədər dayandırılmış, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1058/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı qanuni qüvvəsini aldığından Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.
Proses iştirakçılarının izahatları
35. Məhkəmə kollegiyasının iclasında iştirak edən qətnamə maraqlarına toxunan Maraqlı şəxs nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, İddiaçı təqdim etdiyi müqavilədə mənzilin nömrəsi göstərilməmişdir. Müqavilənin nömrəsini (№147) mənzilin nömrəsi kimi qeyd etmişdirlər. Həmin mərtəbədə iki ədəd 102 kv.metr mənzil var. Dələduzluq faktlarını xarakterizə edən amillərdən biri də odur ki, mənzillərə nömrə verərkən ardıcıllıqla verməmişlər. 4-cü mənzillə 8-ci mənzil yanaşı düşmüşdür. Məhkəmə şəxsin subyektiv hüququ olmadığı halda iddianı icraata götürmüşdür. Maraqlı şəxs adına olan müqavilə cinayət işi üzrə təhqiqat zamanı mübahisə predmeti olmamışdır. Bildiyimiz kimi, ev tikilməyə başlayanda ucuz qiymətə olur, tikiləndən sonra qiymət bahalaşır. Lakin hazırki halda əksinə, 51.000 manata alınan mənzil ikinci dəfə qat-qat ucuz qiymətə - 35.000 manata satılıb. Məhkəmə müqavilənin əslinin olub-olmamasını araşdırmamışdır, müqavilənin surətinə əsaslanaraq qətnamə qəbul etmişdir.
36. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs S.M.Rəsulov apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi və ona verilmiş suallara cavab olaraq bildirdi ki, mənzili ilkin olaraq o almışdır, lakin alqı-satqı müqaviləsinin surəti ondadır, sənədlərin əslini Cavabdeh MMC götürmüşdür. O, mənzili Maraqlı şəxs oğluna satmışdır, lakin mənzil anasının adına rəsmiləşdirilmişdir. Fariz müəllimə, yəni MMC-yə zəng edib mənzili satmaq istədiyini bildirmiş, mənzilin Maraqlı şəxs adına rəsmiləşdirilməsini xahiş etmişdir. Sənədlər Maraqlı şəxs adına rəsmiləşdirilmişdir. Ödəniş hissə-hissə edilmişdir. Mənzili 51.200 manata satmışdır. Farizgil onlara kassa mədaxil qəbzi verirdi və onlar da pulu mənə göndərirdilər. Pul tam ödənilmişdir. Mənzilin satılması ilə bağlı razılıq ərizəsi yazıb göndərmişdir ki, xahiş edirəm bu mənzili filankəsin adına rəsmiləşdirəsiniz, bu mənzillə bağlı gələcəkdə Cavabdeh MMC-yə qarşı heç bir tələbi olmayacaq.
37. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, təqdim olunan sənədlərin hamısı kserosurət olduğundan sübut kimi qəbul edilə bilməz. Ona görə də apellyasiya şikayəti tamamilə əsassızdır. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçının müqaviləsinin əsli təqdim olunmuş, məhkəmə tanış olduqdan sonra geri götürmüşdür. İddiaçının cinayət işi üzrə zərərçəkmiş qismində tanınması onun müqavilə üzrə hüquqlarına xitam vermir.
38. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və digər üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3 Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4 Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Maddə 236-1.2. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.
43. Hazırkı işdə iddia tam təmin edildiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə maraqlarına toxunan şəxs tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.
45. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir.
46. Məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarındakı göstərişlərlə razılaşaraq və onları nəzərə alaraq aşağıdakıları qeyd edir.
47. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-1058/2023 nömrəli qərarına əsasən “X29 qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ayrı-ayrı şəxslərə məxsus əmlakı xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü üçün birbaşa yolla şəxsən maddi neməti təkrarən rüşvət qismində istəməklə almış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah və şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları qeyrisinin köməkçiliyi ilə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən saxta möhür hazırlamış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək fiziki şəxslərin və hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Belə ki, ........ bundan başqa, təkrarən, həmin binanın 20-ci mərtəbəsində cəmi iki ədəd 102,4 m2 ölçülü nömrəsiz üçotaqlı mənzil olmaqla, həmin mənzillərdən birinin Cəmiyyətin möhürü ilə təsdiq edilmiş xx.xx.2012-ci il tarixli xx/xx/2012 nömrəli müqavilə ilə X1 sonuncunun anası Maraqlı şəxs adına rəsmiləşdirildiyini və mənzilin dəyərinin Cəmiyyətə tam ödənildiyini bildiyi, digər mənzili isə özü xx.xx.2013-cü il tarixli müqavilə ilə X2 sonuncunun gəlini X11 adına rəsmiləşdirdiyi və mənzilin dəyəri Cəmiyyətə ödənildiyi, həmin mərtəbədə 102,4 m2 ölçülü üçotaqlı mənzil olmadığı halda belə bir mənzilin olmasını və heç kəsə satılmamasını, hər hansı sahibinin olmamasını mənzil almaq üçün ona 2013-cü ilin aprel ayının ortalarında müraciət edən X18 yalandan bildirib həmin mənzili ona 30.720 manata sata biləcəyini Elnur Məmmədovla birlikdə Cəmiyyətin həmin ünvanda yerləşən binasının 2-ci mərtəbəsində yerləşən ofisində aldatmaqla deyib, inandırmaq üçün sonuncu ilə birlikdə məzmununa həmin ofisdə tamah niyyəti ilə, mənzilin guya xx.xx.2013-cü il tarixdə Mədət Mahirsoya satılmasına dair bilə-bilə yalan məlumat daxil etməklə eyni tarixli müqaviləni, mənzilin dəyərinin ödənilməsinə dair eyni tarixli 136 nömrəli maliyyə arayışını, həmçinin mənzilin dəyərinin Mədət Mahirsoydan qəbul edilməsinə dair məbləğin göstərilmədiyi xx.xx.2013-cü il tarixli kassa mədaxil orderinin qəbzini hazırlayıb, müqavilənin və maliyyə arayışının mətnində olan «direktor: Məmmədov E.A», «X40 MMC-nin direktoru Məmmədov E.A» yazılarının qarşısında qəsdən başqa formada imzalayıb, kassa mədaxil orderi qəbzinin mətnində olan «Rəhbər» yazılarının qarşısında isə Elnur Məmmədov tərəfindən imzalanıb, istintaqla müəyyən edilməyən şəraitdə saxtalaşdırmaqla hazırladıqları qeyd edilən dairəvi möhürlə təsdiq edib, həmin saxta rəsmi sənədləri Mədət Mahirsoya təqdim etməklə həmin mənzilin satılması adı ilə sonuncudan həmin tarixdə Cəmiyyətin həmin ünvanda yerləşən binasının 2-ci mərtəbəsində yerləşən ofisində 30.720 manat pul vəsaitini Elnur Məmmədovun iştirakı ilə alıb aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Mədət Mahirsoya məxsus 30.720 manat məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq, Elnur Məmmədovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı edərək; təkrarən, həmin mərtəbədə 102,4 m2 ölçülü digər bir ədəd mənzilin hər hansı sahibinin olmamasını mənzil almaq üçün ona xx.xx.2013-cü il tarixdən sonra müraciət edən İddiaçı yalandan bildirib, həmin mənzili ona 35.000 manata sata biləcəyini Bakı şəhəri ərazisində istintaqla dəqiq müəyyən olunmayan yerdə aldatmaqla deyib, inandırmaq üçün həmin mərtəbədə 102,3 m2 sahəsi olan mənzil ümumiyyətlə olmadığı halda məzmununa Bakı şəhəri ərazisində istintaqla dəqiq müəyyən olunmayan ünvanda tamah niyyəti ilə bilə-bilə həmin mərtəbədə 102,3 m2 sahəsi olan mənzilin xx.xx.2012-ci il tarixdə guya İddiaçı satılmasına dair bilə-bilə yalan məlumat daxil etməklə eyni tarixli 147 nömrəli müqaviləni və mənzilin dəyərinin ödənilməsinə dair eyni tarixli maliyyə arayışını, eləcə də, mənzilin dəyəri olan 35.000 manat məbləğində pul vəsaitinin qəbul edilməsi haqqında eyni tarixli 133141 nömrəli kassa mədaxil orderini, bundan başqa, həmin mərtəbədə yerləşməklə 102,4 m2 sahəsi olan 147 nömrəli mənzilin İddiaçı təhvil verilməsinə dair arayışı hazırlayıb həmin sənədlərin mətnində olan «təsisçi: Qədirov A.Ə.», «Meqa-Siti Holdinq MMC-nin təsisçisi: Qədirov A.Ə.» və «rəhbər» yazılarının qarşısında imzalayıb istintaqla müəyyən edilməyən şəraitdə saxtalaşdırmaqla hazırladıqları qeyd edilən dairəvi möhürlə təsdiq edib, həmin saxta rəsmi sənədləri xx.xx.2013-cü il tarixdən sonrakı istintaqla müəyyən edilməyən tarixdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən ünvanda İddiaçı verib, mənzilin satılması adı ilə həmin vaxt sonuncudan 35.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı məxsus əmlakı ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və təkrarən vəzifə saxtakarlığı etmişdir......”
48. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir.
49. Göründüyü kimi, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmişdir ki, iddiaçıya qarşı dələduzluq əməli törədilmiş, onun tərəfindən MMCnin təsisçisinə verilmiş 35.000 manatında vəsait sonuncu tərəfindən şəxsi ehtiyaclarına sərf edilmiş, 102,3 m2 sahəsi olan mənzil ümumiyyətlə olmadığı halda mənzilə dair saxta müqavilə və digər sənədlər tərtib edilərək iddiaçıya təqdim edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, MMC tərəfindən inşa edilmiş binanın 20-ci mərtəbəsində cəmi iki ədəd 102,4 m2 ölçülü nömrəsiz üçotaqlı mənzil olmaqla, həmin mənzillərdən biri Cəmiyyətin möhürü ilə təsdiq edilmiş xx.xx.2012-ci il tarixli xx/xx/2012 nömrəli müqavilə ilə X1 sonuncunun anası Maraqlı şəxs adına rəsmiləşdirilmiş və mənzilin dəyəri MMC-yə tam ödənilmişdir.
50. İşdə olan Maraqlı şəxs oğlu Kənan Əmirovun istintaq zamanı verdiyi izahatından görünür ki, mübahisəli mənzilə dair onun anası Maraqlı şəxs adına olan xx.xx.2012-ci il tarixli müqaviləni MMC-nin təsisçisi olan Fariz Nuriyev imzalamış, mənzili anasının adına rəsmiləşdirməklə, əslində o almış, mənzilin dəyəri olan 51.200 manat məbləğində pulu xx.xx.2014-cü ildə hissə-hissə olmaqla ofisdə Fariz Nuriyevə ödəmişdir.
51. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X21 da ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, qeyd olunan mənzili ilkin olaraq o almış, Fariz müəllimə, yəni MMC-yə zəng edib mənzili satmaq istədiyini bildirmiş, mənzili Maraqlı şəxs oğluna satmış, lakin mənzil anasının adına rəsmiləşdirilmiş, mənzilin satılması ilə bağlı razılıq ərizəsi yazıb göndərmiş, onda olan sənədlərin əslini Cavabdeh MMC götürmüş, mənzili 51.200 manata satmış, mənzilin pulu hissə-hissə ödənilmiş, Farizgil onlara kassa mədaxil qəbzi vermiş və pulu ona göndərmişlər.
52. Həmçinin qətnamə maraqlarına toxunan şəxsin nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli arayışında göstərilmişdir ki, Əmrova Sona “X41" MMC tərəfindən inşa edilən 1 saylı yaşayış binasının 20-ci mərtəbəsində sağ tərəfdə yerləşən, ümumi sahəsi 102.3 kv.m olan 3 otaqlı, 147 nömrəli mənzili X12 almışdır. Belə ki, həmin mənzil xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən “X41” MMC tərəfindən X5 və daha sonra isə Saleh Rəsulovun müvafiq ərizəsinə əsasən ''X41" MMC tərəfindən xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən Maraqlı şəxs adına rəsmiləşdirilmişdir.
53. Beləliklə müəyyən edilir ki, mübahisəli 147 nömrəli mənzili cavabdeh MMCdən ilkin olaraq X21 almış, daha sonra həmin mənzili X3, sonuncunun istəyinə uyğun olaraq mənzil MMC tərəfindən anası Maraqlı şəxs adına sənədləşdirilmişdir.
54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı Vüsal oğlu ilə Cavabdeh MMC arasında mənzilə dair hər hansı əqd bağlanmamışdır, xx.xx.2012-ci il tarixli, 147 nömrəli müqavilə isə əhəmiyyətsiz əqd olmaqla etibarsızdır və heç bir hüquqi qüvvəsi olmamışdır. Həmin əqd etibarsız olduğu üçün iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamışdır.
55. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə maraqlarına toxunan Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2072/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.
56. Kollegiya həmçinin qeyd edir ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarından müəyyən olunur ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-2072/2021 nömrəli icra sənədi üzrə tələb təmin edilmiş, “X42” MMC tərəfindən tikilən binanın 20-ci mərtəbəsində sağda yerləşən 3 otaqlı, 147 nömrəli mənzil iddiaçıya təhvil verilmişdir.
57. Belə olan halda kollegiya hesab edir ki, icra edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-2072/2021 nömrəli qiyabi qətnaməsi ləğv edildiyindən və iddia rədd edildiyindən mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən icrada dönüş edilməli və mənzil İddiaçı tərəfindən geri qaytarılmalıdır.
58. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-1.1, 236-1.2, 372, 382, 384.0.2, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin olunsun. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-2072/2021 nömrəli qiyabi qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi və s. tələbinə dair” iddia tələbi təmin edilməsin. İcrada dönüş edilsin və Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında Cavabdeh MMC tərəfindən inşa edilən 1 saylı yaşayış binasının 20-ci mərtəbəsində yerləşən 3 otaqlı, 147 nömrəli mənzil İddiaçı tərəfindən geri qaytarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.