Məhkəmə qərarları › İş №2(103)-1452/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1452/2023

03.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1452/2023 03.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair ilkin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı qarşı mənəvi zərərin ödənidlməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə (açar sözlər: mənəvi zərərin tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X9 (sədrlik edən və məruzəçi), X18 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X6, cavabdehin nümayəndəsi Vəkil4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair ilkin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı qarşı mənəvi zərərin ödənidlməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(006)- 1590/2021 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 01 oktyabr 2018-ci il tarixdən "xxxx" MMC-də İnsan Resursları və İnzibati İşlər koordinatoru vəzifəsinə qəbul edilmiş, daha sonra 04 mart 2019-cu ildə o, İnsan Resursları və İnzibati İşlər departamentinin rəhbəri vəzifəsinə təyin edilmişdir.

2. İnsan Resursları və İnzibati İşlər departamentin rəhbəri İddiaçı öz vəzifə öhdəliklərini vaxtında və düzgün yerinə yetirməməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru tərəfindən təsdiqlənmiş İnfrastruktur üzrə departamentin rəhbəri Aleksey Reşetnikov, Layihə İdarəedilməsi üzrə departamentin rəhbəri X21, Maliyyə departamentinin rəhbəri Hacıyeva llhamə Əşrəf qızının iştirakı ilə 14 may 2020-ci il tarixli akt tərtib edilmişdir. Həmin akta əsasən şirkətdə “Ernst & Yanq Holdinqs (SİAyEs) Bİ.Vi.” tərəfindən keçirilən audit zamanı aşağıdakı nöqsanlar müəyyən olmuşdur: 1. İşçilərin işə qəbul zamanı rəsmiləşdirilməsində nöqsanlar: a) Əmək müqavilələrinin və əmək müqavilələrinə razılaşmaların hazırlanması, (öncə hazırlanan bir neçə müqavilələr imzasızdır və müqavilələrdə işə götürən səhv olaraq "xxxx" MMC qeyd olunmuşdur), b) İşə qəbul təkliflərinin olmaması, c) İşə qəbul əmrlərinin və işçilərin ərizələrinin olmaması, d) İşçilərin vəzifə təlimatlarının olmaması, 2. İşçilərin işdən azad olduğu zaman rəsmiləşdlrilməsində nöqsanlar: a) İşdən azad olma əmrlərinin olmaması, b) İşçinin ərizəsinin olmaması, c) İşdən azad olunan əməkdaşın qeyd vərəqəsi, 3. İşçilərin məzuniyyətə çıxmasının rəsmiləşdirilməsində nöqsanlar: a) İşçilərin növbəti məzuniyyətə çıxması haqqında dekabr ayı üzrə əmrlərinin olmaması, b) İşçilərin növbəti məzuniyyətə çıxması haqqında əmrlərə əsas olaraq, işçilərin ərizələrinin olmaması, c) Cəmiyyətin təsdiq olunmuş məzuniyyət planının olmaması, d) İstifadə olunmamış məzuniyyət günlərinin uçotunun aparılmaması və buna uyğun hər hansı bir cədvəlin hazırlanması, 4. Cəmiyyətin Ezamiyyə prosedurunun hazırlanmaması, 5. Cəmiyyətin Təlim Planının və prosedurlarının hazırlanmaması, 6. Cəmiyyətin aylıq işə davamiyyət cədvəlinin hazırlanmaması.

3. Audit yoxlamasının keçirilməsində iştirak etməsi üçün İddiaçı 21 oktyabr 2020-ci il və 23 oktyabr 2020-ci il tarixlərdə qeydiyyatda olduğu və faktiki yaşadığı ünvana məktub və teleqram göndərilmiş, "xxxx" MMC-nin ofisinə gəlib iştirak etməsi xahiş edilmişdir.

4. İddiaçı fəaliyyətinə aid "xxxx" MMC tərəfindən audit yoxlaması keçirilmiş və yoxlamanın nəticələri barədə 30 oktyabr 2020-ci il tarixli Auditor hesabatı tərtib edilmişdir. Həmin hesabata qeyd edilmişdir ki, 7 nəfər işçilərin şəxsi işlərində işə qəbul olunmaları haqqında əmək müqavilələri və vəzifə təlimatları qoyulmamışdır. "xxxx" MMC-nin daxili komissiyasının 14 may 2020-ci il tarixli aktında qeyd olunmuşdur ki, İR və inzibati işlər üzrə departamentin rəhbəri İddiaçı vəzifə borcunu layiqincə yerinə yetirməmiş belə ki, qeyd olunan 7 nəfərə dair işçilərin şəxsi heyətinin şəxsi işlərində ciddi nöqsanlara yol verilmişdir. Belə ki, işçilərin işə qəbul olunmaları haqqında işçilərə təkliflər, işçilərin ərizələri, işçilərin əmrləri, işçilərin əmək müqavilələri və vəzifə təlimatları yazılmamışdır. Qeyd olunan çatışmazlıqlarla bağlı İlhamə Hacıyevadan, Səbinə Sərdarovadan, Emil Həsənovdan və Aygün Cəfərlidən izahatlar alınmış və onlar izahatlarında müqavilələr, vəzifə təlimatlarının yazılmadığı üçün onlar imza etmədiklərini bildirmişlər. Əmək Məcəlləsinin 87 maddəsinin 2 bəndinə əsasən işə qəbul edilmiş işçilərə 5 işgünü müddətinə əmək kitabçalarına qeydiyyatlar aparılması nəzərdə tutulduğu halda, həmin Məcəllənin tələbinə əməl edilməmişdir. Belə ki, əmək kitabçalarında işə qəbul olunmalarına dair qeydiyyatlar aparılmamışdır. "xxxx" MMC-də 11oktyabr 2018-ci il tarixdən Layihələrin İdarəedilməsi Departamentin direktoru vəzifəsində işləyən X17, 01 noyabr 2018-ci il tarixdən Layihələrin İdarəedilməsi Departamentin direktoru vəzifəsində işləyən X4, 18 dekabr 2018-ci il tarixdən aparıcı mühasib və maliyyə analitik vəzifəsində işləyən X7, 29 dekabr 2018 ci il tarixdən xadimə vəzifəsində işləyən X11, sürücü 01 noyabr 2018-ci il tarixdən Zakir Məmmədovun, 15 yanvar 2019-cu il tarixdən sürücü vəzifəsində işləyən İlham Əliyevin, 01 may 2019-cu il tarixdən inzibatçı vəzifəsində işləyən Səbinə Sərdarovanın işə girmələri barəsində onların əmək kitabçalarında qeydiyyatlar aparılmamışdır. İşdən azad olunan işçilərin ərizələri, şəxsi qeyd vərəqəsi, əmrlərin olmaması, işçilərin aylıq işə davamiyyət cədvəlinin hazırlanmaması və digər nöqsanlar müəyyən olunmuşdur.

5. 30 oktyabr 2020-ci il tarixli auditor hesabatına əsasən iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən 30 noyabr 2020-ci il tarixli əmr ilə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir.

6. 21 oktyabr 2020-ci il tarixdə “Sizin fəaliyyətiniz auditor tərəfindən araşdırılmış və fəaliyyətiniz zamanı bir sıra nöqsanlar aşkar edilmişdir. Xahiş edirik 30 Noyabr 2020-ci il tarixində "xxxx" MMC-nin ofisinə gəlib tərtib edilmiş akta əsasən verilmiş ƏMR ilə tanış olasınız” mətnində İddiaçı Elektron ünvan vasitəsi ilə 30 Noyabr 2020-ci il tarixdə bildiriş göndərilməsi, İddiaçı "xxxx" MMC-nin ofisinə gəlib audit aktına və həmçinin qeyd olunan akta əsasən verilmiş əmrə münasibət bildirməməsi barədə "xxxx" MMC-nin direktoru Şərif Şıxlinskiy, Layihə İdarəedilməsi üzrə departamentin rəhbəri X21 və Maliyyə və inzibati işlər üzrə departamentin rəhbəri Hacıyevə llhamə Əşrəf qızı tərəfindən 30 noyabr 2020-ci il tarixli akt tərtib edilmişdir.

7. İddiaçı tərəfindən "xxxx" MMC-nin direktoruna "xxxx" MMC tərəfindən "xxxx" MMC-də hər hansı auditin keçirilib-keçirilməməsi, oktyabr ayı 2020-ci il tarixli Audit hesabatının mövcud olub-olmaması, əgər belə bir audit keçirilmişsə həmin audit zamanı şirkət tərəfindən əmək fəaliyyəti barədə hər hansı nöqsanın aşkar olunub-olunmaması, audit zamanı belə nöqsanlar müəyyən edilmişsə onların əks olunduğu audit hesabatının təqdim edilməsi barədə sorğu verilmişdir.

8. İddiaçı tərəfindən “ERNST & YANQ HOLDİNQS (SİAYES) Bİ.Vİ.” Şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbərinə “Ernst and Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” tərəfindən "xxxx" MMC-də 14 may 2020-ci il tarixdə hər hansı auditin keçirilibkeçirilməməsi, əgər belə bir audit keçirilmişsə həmin audit zamanı şirkət tərəfindən əmək fəaliyyəti barədə hər hansı nöqsanın aşkar olunub-olunmaması, audit zamanı belə nöqsanlar müəyyən edilmişsə onların əks olunduğu audit rəyinin təqdim edilməsi barədə sorğu verilmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

9. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğv edilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən onun barəsində qəbul edilmiş 30 noyabr 2020-ci il tarixli, 15-K/2020 nömrəli əmrin ləğv edilməsi və ona dəymiş mənəvi zərərin əvəzi olaraq 10000 manat pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 01 oktyabr 2018-ci ildən "xxxx" MMCnin İnsan Resursları və İnzibati işlər üzrə departament rəhbəri vəzifəsində çalışır. 30 noyabr 2020-ci il tarixli əmr əsassızdır. Belə ki, əmrdə göstərilən bəzi işçilərlə əmək müqaviləsinin bağlanılması "xxxx" MMC ilə onun arasında əmək müqaviləsinin bağlanılmasından əvvəlki vaxta təsadüf edir. Əmrdə qeyd edilən işçi İlhamə Hacıyeva 27 sentyabr 2018-ci il tarixdə, Zakir Məmmədov 13 avqust 2018-ci ildə işə daxil olmuş və sonuncu ilə əmək müqaviləsi bağlanılmışdır. Onunla bağlanılmış əmək müqaviləsinin tarixi isə 01 oktyabr 2018-ci ildir. Əmrdə göstərilən digər işçi Səbinə Sərdarova isə işə daxil olma tarixi yəni 01 may 2019-cu il tarixi onun analıq məzuniyyətində olma tarixinə uyğundur. X2 və X19 2019-cu il tarixdə işdən azad ediliblər. Onlara məxsus əmək kitabçaları necə əldə edilib ki, əmrdə onların adları qeyd olunub. Bəzi qeyd olunan işçilərin əmək münasibətlərinin rəsmiləşdirilməsi departament rəhbəri tərəfindən deyil, mütəxəssis tərəfindən icra edilməlidir. Əmrdə telefonların geri alınması ilə bağlı müddəalar yer alsa da, burada telefonların geri alınması deyil, nömrələrin “Nar Mobile” abunəçisinə yönləndirilməsi məsələsi yer almalıdır. Eyni zamanda, nömrələrin yönləndirilməsi zamanı hər hansı aktlaşmadan söhbət gedə bilməz. Yəni, nömrələrin yönləndirilməsi zamanı akt tərtib olunmur. 15 yanvar 2019-cu il tarixdə əmək müqaviləsinə xitam verilmiş X10 əmək kitabçasının surətindən də görünür ki, əmək kitabçasında sonuncunun əmək münasibətlərinə daxil olması yəni, işə daxil olması barədə qeydlər mövcuddur. Lakin əmrdə X10 işə daxil olması barədə əmək kitabçasında qeydlərin olmaması barədə iradlar yer almışdır. Əmrin ləğvi üçün əsas hesab edilən audit hesabatının heç bir nüsxəsi ona təqdim edilməmişdir. Bu barədə audit keçirilən "xxxx" MMC-yə və "xxxx" MMC-yə müraciət etsə də, ona audit hesabatı təqdim edilməmişdir. Şiddətli töhmət onun xəbəri olmadan verilib, faktiki olaraq o, 03 aprel 2020-ci il tarixdən işdən kənarlaşdırılmışdır. Audit yoxlaması aparılarkən ondan yazılı izahat alınmayıb. Audit hesabatı üzrə məlumatların toplanması tamamilə qanunsuz formada icra olunmuşdur. Belə ki, İnsan resursları barədə sənədlər onunla heç bir təhvil-təslim olunmadan iş otağından qərəzli və gizli formada götürülmüşdür. Halbuki, həmin sənədlərin konfidensiallığı və sənədlərin qorunub saxlanılması birbaşa onun məsuliyyəti üzərində olan bir məsələdir. Həmin sənədlərdə ola biləcək çatışmazlıqlar onun bir rəhbər kimi nüfuzuna zərər vura biləcək məsələlərdən hesab edilir. Audit nümayəndəsindən qərəzli məqsədli şəkildə onun şəxsi nömrəsi gizlədilib və məlumat verilib ki, onun harda olduğundan xəbərləri yoxdur. Auditorun çağırışına baxmayaraq məlumatlar məqsədli şəkildə gizlədilib. Mübahisəli əmr rəhbərlik tərəfindən birbaşa onu işdən kənarlaşdırmağa yönəlik bir hərəkətdir. Belə ki, 2020-ci il mart ayında ölkədə tətbiq olunmuş karantin rejimi ilə əlaqədar olaraq, işçilərin böyük əksəriyyətinin evdən işləməyə məcbur olması hamıya məlumdur. Ona bu barədə rəhbərlik tərəfindən məlumat verilərkən, eyni zamanda yeni iş tapmağının da zəruri olması qeyd edilmişdir. Həmin vaxtdan etibarən ona qarşı iş yerində təhdidlər başlamış və sonunda barəsində intizam məsuliyyətinə cəlb olunma barədə əmr çıxarılmışdır. Əmrin çıxarılması barədə audit hesabatının aparılması birbaşa onun işdən çıxarılmağına hazırlanmış prosessual hərəkətlər hesab edilir. Belə ki, "xxxx" MMC böyük nizamnamə kapitalına və şəxsi heyətə malik bir şirkətdir. Audit hesabatının məhz onun üçün keçirilməsi rəhbərlik heyətinin ona qarşı qərəzli hərəkətlərinin davamı hesab edilməlidir. Bundan öncə, 2019-cu ilin may ayında birinci audit yoxlaması keçirilmişdir. 14 may 2019-cu il tarixli gizli şəkildə xəbəri olmadan akt tərtib edilmişdir. "xxxx" MMC-nin rəhbərliyi ona qarşı qərəzli şəkildə və həmin aktdan istifadə etməklə, müxtəlif üsullarla onu işdən uzaqlaşdırmağa çalışmışdır. 22 may 2020-ci il tarixdə "xxxx" MMC-nin Qrup üzrə İnsan resurları və inzibati işlər üzrə direktoru Aytən Abbaslı və insan resursları üzrə meneceri Elvira Alışeva onu görüşə dəvət etmişlər və ərizəsinə əlavə etdiyi saxta aktı təqdim edərək ona 3 aylıq əmək haqqını alıb özünə başqa bir iş tapıb könüllü getməyini, onunla işləmək fikirlərinin olmadığını bildirmişlər. O, işdən çıxmaq istəmədiyini bildirmişdir və bunun əvəzinə analıq məzuniyyətinə çıxa biləcəyi ilə bağlı təklifini etmişdir. Lakin həmin xanımlar onu inandırmaq istəmişlər ki, pul stajdan lazımlıdır. Onların təklifini qəbul etməyib şirkətdə qalmaq istəyirsə vəzifə və maaşının aşağı salınacağını bildirmişlər. Əmrdə qeyd edilən xüsusatlar onun intizam məsuliyyətinə cəlb olunmağı ilə nəticələnə bilməz. Çünki, həmin xüsusatlar əmək qanunvericiliyin və müəssisədaxili nizam-intizam qaydalarının pozuntusu hesab edilmir. Daxili sənədləşmənin aparılmaması, əmək kitabçalarında müvafiq qeydlərin olmaması müəssisənin hər hansı maddi və mənəvi ziyana məruz qalması ilə nəticələnməmişdir. Bu xüsusdan onun intizam məsuliyyətinə cəlb olunmağı və şiddətli töhmət ilə cəzalandırılmağı ədalətsiz bir qərardır. Əmrdə qeyd olunan işdən azad olunan işçilərin ərizələri, şəxsi qeyd vərəqəsi, əmrləri, işçilərin aylıq işə davamiyyət cədvəli, işçilərin məzuniyyət cədvəlinin hazırlanmaması kimi nöqsanlar tam qanunsuzdur. Çünki, işçi işdən azad olunarkən onun ərizəsi alınmamış heç bir işçini işdən azad etmək mümkün deyildir. Eyni zamanda, əmrin rəhbərlik tərəfindən imzalanması zamanı işçinin işdən çıxma barədə ərizəsi əmrin arxasına tikilərək, rəhbərliyə təqdim olunur, imzalandıqdan sonra işdən ayrılan işçiyə təqdim olunur. İşçi işdən azad edilərkən, Maliyyə şöbəsi onun haqqında bütün məlumatları toplayaraq işçiyə son haqq-hesab verir. Sual yaranır ki, maliyyə rəhbəri İlhamə Hacıyeva şəxsində 2 il ərzində sənədlər qaydasında olmayan işçilərin əmək haqqını, məzuniyyət pulunu və digər xərcləri necə həyata keçirirdi? İşçilərin aylıq davamiyyət cədvəli və işçilərin məzuniyyət cədvəli isə müntəzəm formada hazırlanır. Audit hesabatının aparılmasından öncə onun otağından sənədlərin götürülməsi, təhviltəslim aktının olmaması əmrdə adıçəkilən sənədlərin mövcud olmaması anlamına gəlməməlidir. Bu isə o deməkdir ki, əmrdə göstərilən onun tərəfindən edilən çatışmazlıqlar ədalətsiz və qanunsuz olaraq, ona hesablanmış hərəkətlərdir. Barəsində çıxarılmış şiddətli töhmətin elan edilməsi barədə əmrin onun konstitusion hüququnun pozulması yəni, dini ayrı-seçkiliyə məruz qalmağı ilə də nəticələnmişdir. Belə ki, xristian dininə qulluq etdiyi üçün rəhbərlik tərəfindən dəfələrlə təhdidlərə məruz qalmışdır. İnsan resursları sahəsində qazanılmış təcrübə və bacarıqları onun Şirkətə böyük töhfələr verməyinə səbəb olmuşdur. Çünki, rus və ingilis dillərini əla səviyyədə bilməyi sayəsində insan resursları sahəsinə beynəlxalq sertifikatlarla mükafatlandırılmışdır. 2020-ci ilin 3 aprel tarixindən faktiki olaraq işdən kənarlaşdırılmışdır. Əmək qanunvericiliyinə əsasən işçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir. Lakin hər hansı sənədləşmə və sübutlar təqdim edilmədən o, işdən kənarlaşdırılmışdır. İşdən kənarlaşdınldıqdan sonra onun intizam məsuliyyətinə cəlb edilməyi artıq barəsində çıxarılmış əmrin qanunsuz qəbul edilməsinə zəmin yaradır. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əmək haqqı ödənilir. Lakin o, indiyə qədər əmək haqqı alır. Göründüyü kimi, rəhbərliyin ona qarşı qərəzli münasibəti yəni işdən kənarlaşdıraraq, onu əmək haqqı ilə təmin etməsi özlüyündə təzadlı bir məsələdir. Dilemma qarşısında qalmış bir rəhbərin edə biləcəyi prosessual hərəkətlər kimi görünür. "xxxx" MMC-dən öncə işlədiyi Cavabdeh MMC-də 4 il iş təcrübəsinin olması və iş müddətində hər hansı intizam tənbehinə məruz qalmamağı onun işçi kimi yüksək keyfiyyətlərinin olması anlamına gəlir. İşin faktiki hallarından göründüyü kimi, barəsində çıxarılmış şiddətli töhmətin elan edilməsi barədə 30 noyabr 2020-ci il tarixli, 15- K/2020 nömrəli əmr ləğv olunmalıdır. Belə ki, əmrin çıxarılması 30 noyabr 2020ci il tarixə təsadüf etsə də, əmrdə göstərilən nöqsan və iradlar təxminən 1 il yarım əvvələ təsadüf edir. İrad və ya nöqsan kimi göstərilən hərəkətlərin son edilmə tarixi xx.xx.2019-cu il tarixinə aiddir. Bu isə o deməkdir ki, həmin iradlar və nöqsanlar vaxtında bildirilmədiyi üçün və eyni zamanda ondan hər hansı yazılı iltizam alınmadığı üçün onun barəsində intizam məsuliyyəti tətbiq edilə bilməz. Yuxarıda göstərilən faktiki əsaslardan göründüyü kimi, onun əmrdə göstərilən hərəkətləri etməyi (halbuki edilməmişdir) işəgötürənin qanunla qorunan mənafelərinə hər hansı ziyan vurmamışdır. Bu xüsusatda onun barəsində çıxarılmış intizam məsuliyyətinə cəlb olunma barədə əmrin qəbul edilməsi qanunsuz və ədalətsiz olduğu üçün ləğv edilməlidir. Əmək vəzifələrini heç vaxt kobud şəkildə pozmamışdır. Mənəvi zərərə görə kompensasiyanın verilməsi təmin olunmalıdır. Ölkə ərazisində karantin rejiminin tətbiq edildiyi müddətdən bəri, yəni işçilərin evdən işləməyə məcbur olduqları müddətdən etibarən, dəqiq deyilsə, 3 aprel 2020-ci il tarixindən o, mənəvi təzyiqlərə məruz qalır. Belə ki, elə həmin vaxtda rəhbərlik onun yeni iş tapmağının zəruri olduğunu bildirmiş və yaxın vaxtlarda işdən çıxma barədə ərizə yazmalı olduğunu onun nəzərinə çatdırmışlar. Həmin vaxtlarda evdən işləmək üçün yaradılmış sistemə girişi məhdudlaşdırılmışdır, ona verilmiş korporativ mobil nömrə bağlatdırılmışdır və o, işdən faktiki olaraq kənarlaşdırılmışdır. İşdən kənarlaşdırılmağına baxmayaraq, yeni işçilərin qəbul edilməsi proseduru aparılır. Yəni, onun əmək funksiyaları başqası tərəfindən icra edilir. Bu isə onun mənəvi zərər almağı ilə nəticələnir. Belə ki, iş mühitinə uyğunlaşmağı və daima fəaliyyətlə məşğul olduğu üçün onun işdən kənarda qalmağı nəticəsində stress və mənəvi sarsıntılar keçirməyinə səbəb olmuşdur. İşin faktiki hallarından və iş üzrə toplanmış sübutlardan göründüyü kimi, cavabdeh təşkilat, onu qanunsuz və əsassız olaraq cəzalandırmışdır. Hazırda himayəsində iki azyaşlı uşaq vardır və üçüncü uşağa hamilədir. Belə həssas vaxtında ona qarşı edilən qərəzli hərəkətlər onun mənəvi zərər almağı ilə nəticələnmişdir. Barəsində çıxarılmış intizam məsuliyyətinə cəlb olunma barədə 30 noyabr 2020-ci il tarixli, 15-K/2020 nömrəli əmr ləğv olunmalı, ona dəymiş mənəvi zərər olaraq, 10000 manat məbləğdə pul vəsaiti cavabdeh "xxxx" MMC-dən alınaraq ona ödənilməlidir.

11. "xxxx" MMC İddiaçı qarşı «mənəvi zərərin tutulması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, cavabdeh İddiaçı "xxxx" MMC-yə onun işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq 50000 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Qarşılıqlı iddianın əsaslarına görə, cavabdehin iddia ərizəsinin birinci bəndində göstərdiyinə görə bəzi nöqsanlar onun tərəfindən edilə bilməzdi. Bunu işçilərlə bağlanmış əmək müqavilələrin onunla bağlanmış 01 oktyabr 2018-ci ildən əvvələ təsadüf etdiyi ilə əsaslandırmağa çalışmışdır, lakin o, nəzərə almamışdır ki, ondan əvvəl işlər görülməmişdirsə, bu onu təyin edildiyi vaxtdan sonra həmin işlərin görülməsindən azad etmir, əksinə həmin işlərin təmin edilməsini tələb edir. Cavabdeh iddia ərizəsinin üçüncü bəndində göstərmişdir ki, bəzi qeyd olunan işçilərin əmək münasibətlərinin rəsmiləşdirilməsi departament rəhbəri tərəfindən deyil, mütəxəssis tərəfindən icra edilməlidir. Cavabdehin bu dəlilləri də əsassızdır. Belə ki, bəzi qeyd olunan işçilərin əmək münasibətlərinin rəsmiləşdirilməsinin mütəxəssis tərəfindən özbaşına icra edilməsi mümkün deyil, çünki bununla bağlı göstərişi məhz departament rəhbəri verməli, həmin işlərin həyata keçirilməsinə də nəzarət məhz departament direktorunun vəzifəsidir, insan resursları ilə bağlı görülən bütün işlərin görülməsinə görə departament rəhbəri məsuliyyət daşıyır. Cavabdeh iddia ərizəsinin dördüncü bəndində göstərmişdir ki, əmrdə telefonların geri alınması ilə bağlı müddəalar yer alsa da, nömrələrin yönləndirilməsi zamanı akt tərtib olunmur. Cavabdehin bu dəlili onun mülahizəsi kimi qiymətləndirilməlidir. Cəmiyyət tərəfindən bununla bağlı akt tərtib olunmuş, bütün əməkdaşlar həmin aktı imzalamış, bircə cavabdeh imzalamamışdır. Bu hərəkətsizliyini əsaslandırmaq üçün bu dəlili irəli sürür, cavabdeh nəzərə almır ki, Cəmiyyət tərəfindən aktın tərtib edilməsi barədə qərar qəbul edilmişdirsə o icra olunmalı, müzakirə predmeti olmamalıdır, həmin aktın imzalanması isə qanun pozuntusu sayılmır, əksinə aktın imzalanmaması pozuntu hesab edilir. Cavabdeh iddia ərizəsinin altıncı bəndində göstərmişdir ki, audit yoxlaması aparılarkən ondan yazılı izahat alınmayıb. Lakin cavabdeh nəzərə almamışdır ki, audit keçirilərkən onun istifadə etdiyi telefona auditor tərəfindən zəng vurularaq Cəmiyyətə dəvət edilmiş, bununla yanaşı ona yazılı məktub da göndərilmiş və onun tərəfindən şəxsən qəbul edilmişdir, belə olan halda isə cavabdeh Cəmiyyətə gələrək audit yoxlamasında iştirak etməklə izahatını verə bilərdi, lakin bunu özü etməmişdir. Cavabdeh iddia ərizəsinin səkkizinci bəndində göstərmişdir ki, əmrin çıxarılması tamamilə qanunsuzdur, 2020-ci ilin mart ayından etibarən ona qarşı təhdidlər başlanmış və sonunda barəsində intizam məsuliyyətinə cəlb olunma barədə əmr çıxarılmışdır. Bu dəlil də tam əsassızdır, çünki belə təhdidlər olmuşdursa, intizam məsuliyyətinə cəlb olunma barədə əmr 8 aydan sonra olmazdı. Cavabdeh iddia ərizəsinin onuncu bəndində göstərmişdir ki, daxili sənədləşmənin aparılmaması, əmək kitabçalarında müvafiq qeydlərin olmaması müəssisənin hər hansı maddi və mənəvi ziyana məruz qalması ilə nəticələnməmişdir. Bu xüsusatdan onun intizam məsuliyyətinə cəlb olunmağı və şiddətli töhmət ilə cəzalandırılması ədalətsiz bir qərardır. Cavabdehin bu mülahizələri də əmək qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, cavabdehin özünün qeyd etdiyi kimi müəssisənin hər hansı maddi və mənəvi ziyana məruz qalması ilə nəticələnməsi işçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasına əsas ola bilər, lakin ziyana məruz qalmaması işçinin intizam məsuliyyətinə cəlb edilməsini istisna etmir, əksinə labüd edir. Cavabdeh iddia ərizəsinin on birinci bəndində göstərmişdir ki, işdən azad olunan işçilərin ərizələri, şəxsi qeyd vərəqəsi, əmrləri, işçilərin aylıq davamiyyət cədvəli işçilərin məzuniyyət cədvəllərinin hazırlanması kimi nöqsanlar tam qanunsuzdur. Cavabdeh göstərilən işlərin görülməməsini əsaslandırmağa cəhd etmişdir. Lakin cavabdeh nəzərə almamışdır ki, sadalanan və görülməyən işlər məhz onun əmək funksiyalarına aiddir, əmək funksiyaların yerinə yetirilməməsi məhz işçinin İntizam məsuliyyətinə cəlb olunmasına əsas hesab olunur. Daha sonra, sual olunur, əgər cavabdeh sadalanan işlərin görülməməsini nöqsan kimi nəzərə almırsa, onda cavabdeh hansı işlərin görülməsinə məsul hesab edir? Cavabdeh iddia ərizəsinin on ikinci bəndində göstərmişdir ki, xristian dininə qulluq etdiyinə görə onu intizam məsuliyyətinə cəlb etmişlər. Cavabdehin bu dəlili onu şəxsi mülahizəsidir, heç bir dəlillərlə sübut olunmur, o, üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsini dini etiqadı ilə pərdələyir, bu isə yolverilməzdir. Əksinə cavabdehin özü Əmək Məcəlləsinin 10-cu maddəsinin a), b) və f) bəndləri ilə nəzərdə tutulmuş vəzifələrini kobud şəkildə pozmuşdur. Cavabdeh iddia ərizəsinin on üçüncü bəndində göstərmişdir ki, rus və ingilis dillərini əla səviyyədə bilməyi sahəsində insan resursları sahəsində beynəlxalq sertifikatlarla mükafatlandırılmışdır. Bu cavabdehi əmək funksiyalarını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyin tələblərininə əməl etmək vəzifələrindən azad etmir və onu intizam məsuliyyətində cəlb olunmasını istisna etmir. Cavabdehin iddia ərizəsinin on dördüncü bəndində göstərdiklərinin iddia tələbləri ilə heç bir əlaqəsi olmadığından ona heç bir münasibət bildirmirlər. Cavabdehin iddia ərizəsinin on beşinci bəndində göstərdikləri ilə bağlı bildirirlər ki, işçinin əvvəllər heç bir intizam məsuliyyətinə cəlb olunmaması, onun tərəfindən əmək funksiyalarının yerinə yetirilməməsi, əmək və icra intizamının pozulmasına yol verdiyi halda intizam məsuliyyətinə cəlb olunmasını istisna və qadağa etmir. Cavabdehin iddia ərizəsinin b) bəndində (səhifə 5) göstərdikləri ilə bağlı bildirirlər ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinə əsasən müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cavabdehin özünün göstərdiyi kimi, pozuntular bir il beş ay əvvəl olmuş, deməli intizam tənbehi ƏM-nin 187-ci maddəsinin 3-cü bəndinə əsasən qanuni hesab edilməlidir. Cavabdehin iddia ərizəsinin c) bəndində (səhifə 6) göstərdikləri ilə bağlı bildirirlər ki, cavabdeh intizam məsuliyyətinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə əsasən cəlb olunmuşdur. Belə ki, həmin maddənin 1-ci bəndinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə məzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Göründüyü kimi, Əmək Məcəlləsinin 186-cı maddəsi intizam məsuliyyətinə cəlb olunması üçün hər hansı bir ziyanın vurulmasını nəzərdə tutmur, yəni intizam tənbehi işəgötürənə ziyan vurulmadıqda belə tətbiq edilir. Cavabdehin iddia ərizəsinin d) bəndində (səhifə 6-7) göstərdikləri ilə bağlı bildirirlər ki, cavabdeh Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilənləri sadalamış, həmin bəndlərdən heç birinin ona aid olmamasını göstərmişdir, lakin o, nəzərə almamışdır ki, həmin hallar işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasını tənzimləyir, göstərilən halda isə cavabdeh işdən azad olunmamış, ancaq intizam məsuliyyətinə cəlb olunmuşdur, deməli onların heç birinin cavabdehə aidiyyatı yoxdur. Cavabdehin iddia ərizəsinin e) bəndində (səhifə 7) göstərdikləri ilə bağlı bildirirlər ki, orada göstərilənlərinin cavabdehin iddia tələbləri ilə heç bir əlaqəsi yoxdur, yəni initizam məsuliyyətinə cəlb olunmasına görə cavabdehə mənəvi zərərə görə kompensasiyanın verilməsinin təmin olunması heç bir dəlil və sübutlar irəli sürülməmiş və əlavə olunmamışdır, sadəcə olaraq iddia ərizəsində cavabdeh pandemiya dövründə öz əmək funksiyalarının evdən yerinə yetirilməsi imkanının məhdudlaşdırılmasını, istifadəsində olan korporativ telefon nömrəsinin bağlanmasını, işdən faktiki olaraq kənarlaşdırılmasını, onun əmək funksiyasının başqası tərəfindən icra edilməsini onun mənəvi zərər almağı ilə nəticələnməsi qənaətinə gəlmişdir, bunların isə cavabdehin iddia tələblərinin predmeti ilə heç bir əlaqəsi yoxdur, buna görə də təmin oluna bilməz. Cavabdehin iddia ərizəsinin 8-ci səhifəsində mənəvi ziyanın tələb olunması ilə bağlı normativ hüquqi aktlara istinad etməsi ilə bağlı bildirirlər ki, cavabdeh mənəvi zərər almağını işləyə bilməməsi ilə əlaqələndirmişdir, halbuki, bu hallar onun iddia predmetini təşkil etmir. Qeyd edilənlərə əsasən İddiaçı Cəmiyyətə qarşı qaldırdığı iddia tələbləri əsassız olduğundan rədd edilməli və aşağıda göstərilənlərə əsasən Cəmiyyətin işgüzar nüfuzuna vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməlidir. Belə ki, İddiaçı iddia ərizəsində göstərmişdir ki, audit keçirilən zaman sənədlər onun otağından qərəzli və gizli formada götürülmüş, təhvil-təslim aktının olmaması əmrdə adıçəkilən sənədlərin olmaması anlamına gəlməməlidir, yəni bununla cavabdeh Cəmiyyəti saxtakarlıqda ittiham etmişdir, bu hal isə Cəmiyyətin işgüzar nüfuzuna xələl gətirir. Beləliklə hesab edirlər ki, İddiaçı iddia ərizəsində irəli sürdüyü fikirlər, eləcə də X14, Azərbaycan Respublikası Prezident Administirasiyasına və Azərbaycan Respublikası Birinci Vitse Prezidentin katibliyinə etdiyi əsassız şikayətlərdə irəli sürdüyü fikir və dəlillər, o cümlədən Cəmiyyəti saxtakarlıqda ittiham etməkdir və bu hal Cəmiyyətin işgüzar nüfuzuna xələl gətirir. İddiaçı qızının Cəmiyyət barəsində həqiqəti əks etdirməyən, Cəmiyyətin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması nəticəsində Cəmiyyətin işgüzar nüfuzuna vurulmuş zərəri 50000 manat həcmində qiymətləndirirlər.

13. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(006)- 1590/2021 nömrəli qətnaməsinə əsasən (hakim X12) ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəf olduğu əmək müqaviləsinin müvafiq şərtlərinə zidd davranmaqla əmək intizamını təqsirli olaraq pozmuşdur. Bu fakt İddiaçı fəaliyyətinə aid "xxxx" MMC tərəfindən tərtib olunmuş 30 oktyabr 2020-ci il tarixli Auditor hesabatına əsasən öz təsdiqini tapmışdır. İddiaçı sözügedən Auditor hesabatına etiraz etsə də bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, irəli sürdüyü dəlilləri də heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakterlidir. İddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilmiş (auditor hesabatının tərtib edildiyi gündən bir ay müddətində), bu barədə olan əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələri ilə cavabdeh tərəfindən əsaslandırılmış, intizam xətasına yol verilməsinin səbəb və şəraitinin aydınlaşdırılması üçün intizam tənbehi iddiaçıya elan edilməmişdən əvvəl ondan yazılı izahat verilməsi tələb edilmiş, bir sözlə əmr verilərkən əmək qanunvericiliyinin tələblərinə tam şəkildə əməl edilmişdir. İlkin iddia üzrə cavabdehin ilkin iddia üzrə iddiaçıya qarşı hər hansı hüquqazidd əmələ yol verməsi sübuta yetirilmədiyindən ilkin iddia mənəvi zərərlə bağlı hissədə də təmin olunmamalıdır. İddiaçı həqiqi saydığı faktları iddia ərizəsində göstərməklə ilkin iddia üzrə cavabdeh MMC-nin işgüzar nüfuzunu ləkələmək, ona zərər yetirmək kimi məqsəd daşımamış, bu faktlar onun tərəfindən ədalətli məhkəmə araşdırmasına olan konstitusion hüququn realizə edilməsinə yönəldilmişdir. Həmin məlumatlar iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallardır və ilkin iddia özü-özlüyündə əsassız olması ilə deyil, sübut olunmadığına görə rədd olunmuşdur. Beləliklə qarşılıqlı iddia üzrə iddiaçının işgüzar nüfuzunu ləkələmiş olduğu ehtimal edilən məlumatların yayılması faktı müəyyən edilmədiyindən, məhkəmə digər iki halın araşdırılmasına lüzum qalmadığını qeyd edərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırmışdır.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097-ci, Əmək Məcəlləsinin 2. 1, 10, 186, 187-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 119.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2(103)-2792/2022 nömrəli qətnaməsi ilə İddiaçı və cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(006)1590/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, ilk iddianı və qarşılıqlı iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İlk və qarşılıqlı iddiaların rədd edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı, Mülki Məcəllənin 21, 1096, 1097-ci, Əmək Məcəlləsinin 2(1), 10, 186, 187-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1, 119.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

19. Bakı Apellyasiya Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(006)1590/2021 nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verib, ləğv edilərək, ilk iddianın təmin edilməsini xahiş etmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(102)- 4663/2022 qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının il 04 iyun tarixli, 2(103)-2792/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilk iddia tələbinin rədd edilməsi hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

21. Ali Məhkəmənin qərarının aşağıdakı bəndlərində göstərilmişdir ki; - 53. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, əmrdə istinad edilən iddiaçı tərəfindən törədilməsi qeyd edilən hərəkətlər xx.xx.2018-ci ildən xx.xx.2019-cu illər arasında edilmişdir. - 54. Əmək Məcəlləsinə görə intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz (maddə 187.3). - 55. Birinci instansiya məhkəməsi bu hala qiymət verərək qeyd etmişdir ki, əmr verilərkən cavabdeh işəgötürən xx.xx.2020-ci il tarixli Auditor hesabatına istinad etmiş, iddiaçının hüquq pozuntusu törətməsi işəgötürənə həmin rəydən sonra məlum olmuş, mübahisələndirilən əmr isə həmin rəydən 1 ay sonra verilmişdir. - 56. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaət ilə razılaşmışdır. - 57. Lakin məhkəmələr nəzərə almamışdır ki, istinad edilən bu hal Əmək Məcəlləsinin 187.1-ci maddəsi ilə tənzimlənən intizam tənbehinin aşkara çıxarıldığı gündən 1 ay keçədənək verilə bilməsini nəzərdə tutan normasıdır. - 58. Lakin məhkəmələr həmin normanın 3-cü hissəsini nəzərdən qaçıraraq intizam tənbehi törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməməsinin imperativ qaydada qadağan edildiyinə əhəmiyyət verməmiş, nəticədə maddi hüquq normasının tələbləri pozulmuşdur. - 59. Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsinə görə, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. - 60. Baxılan işdə iddiaçının törətdiyi istinad edilən hərəkətlərdən 6 ay keçdikdən sonra iddiaçıya intizam tənbeh tədbiri verilmiş, lakin məhkəmələr bu halı nəzərə almamışlar. - 61. İstinad edilən normada həmin normaya yeganə istinad kimi maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməsi nəzərdə tutulmuşdur ki, hazırki işdə aparılan audit iddiaçının maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı olmamışdır. - 62. Digər tərəfdən baxılan işdən görünür ki, cavabdeh tərəfindən əmr verilərkən 30 oktyabr 2020-ci il tarixli Auditor hesabatına istinad edilmişdir. - 63. Apellyasiya instansiyası məhkəməsinə təqdm edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə Nəzarət və Keyfiyyətin idarəedilməsi üzrə Komitənin iddiaçıya ünvanlandığı xx.xx.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, “Auditor” tərəfindən "PAŞA Technology” MMC-nin sifarişi ilə Cəmiyyətdə İnsan resursları və inzibati işlər üzrə koordinator vəzifəsində işləmiş İddiaçı fəaliyyətinə dair aparılmış audit X3, X15 Məcəlləsinin və X1 tələblərinin pozulması ilə aparıldığı üçün keyfiyyətsiz hesab edilmişdir”. - 64. Apellyasiya instansiyası məhkəməsi həmin sübuta qiymət verməmiş, cavabdehin mübahisələndirilən əmrinin verilməsinə əsas olmuş sənədin mötəbər olubolmamasını yoxlamamış, iş üçün mühüm əhəmiyyət kəsb edən bu halı araşdırmamış, həmin sənənin nə üçün sübut kimi qəbul edilməməsi əsaslandırılmamışdır. - 65. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. - 68. Ümumiyyətlə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni olduğu kimi təkrarlamış, apellyasiya şikayətinin dəlillərinə qiymət verməyərək Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinin tələblərini pozmuşdur. - 69. Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. - 72. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbinin digər hissəsi olan mənəvi zərərin ödənilməsi tələbin əmrin ləğv edilməsi hissəsinin nəticəsindən əlaqəli olduğundan və işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən qərarın təsviri əsaslandırıcı hissəsində göstərilənlərə qiymət verdikdən sonra birlikdə baxılamlıdır. - 74. Eyni zamanda qarşılıqlı iddia tələbinin rədd edilməsi də cavabdeh tərəfindən mübahisələndiriılməiyindən həmin hissələr də kassasiya baxışının həddlərini təşkil etmir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

22. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(006)- 1590/2021 nömrəli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması və ilk iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Şikayətin dəlillərinə görə, iddiaçı audit yoxlamasına cəlb edilməmiş, audit hesabatı iddiaçıya təqdim edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsidə məhkəmə prosesi zamanı həmin audit yoxlaması ilə tanış olmuşdur. Audit yoxlaması zamanı iddiaçıya göndərilmiş xx.xx.2021-ci il tarixli məktub və xx.xx.2021-ci il tarixli teleqram iddiaçıya çatdırılmamışdır. Bunun nəticəsində iddiaçı audit yoxlamasına cəlb edilməmiş və məsuliyyəti iddiaçının üzərində olan sənədlər yoxlamaya onun iştirakı olmadan verilmişdir. Audit yoxlamasında qeyd edilən nöqsanların çoxu sənədlərin auditora cavabdeh tərəfindən qəsdən təqdim edilməməsi nəticəsində qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaçının elektron poçt ünvanına göndərilmiş məktubda isə yalnız iddiaçı barəsində çıxarılmış əmrlə tanış olması xahiş edilmiş və qeyd edilən məktubu aldıqdan sonra iddiaçı xx.xx.2020-ci il tarixli eletron məktubla audit hesabatını tələb etmişdir. Lakin audit hesabatı təqdim edilməmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsinin istinad etdiyi xx.xx.2020-ci il tarixli aktla “Ernst & Yanq Holdinqs (SİAyEs) Bİ.Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən iddiaçının əmək fəaliyyətinin qiymətləndirilərək nöqsanlarının olmasının müəyyənləşdirildiyi qeyd edilsə də həmin xarici şirkət tərəfindən iddiaçının əmək fəaliyyəti qiymətləndirilməmişdir. Qeyd edilən akt cavabdehin əməkdaşları tərəfindən qərəzli olaraq tərtib edilmişdir. Bundan başqa iddiaçıya şiddətli töhmət verilsə də bununla bağlı ondan heç bir izahat alınmamış bununla da Əmək Məcəlləsinin 187 (1) maddəsinin tələbləri pozulmuşdur. Həmçinin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Əmək Məcəlləsiin 187 (3) maddəsinə əsasən intizam tənbehi intizam xətasının törədildiyi gündən 6 ay keçdikdən sonra verilə bilməz. Halbulki, audit hesabatındakı sonuncu intizam xətası xx.xx.2019-cu ildə baş vermiş, audit hesabatı isə xx.xx.2020-ci ildə tərtib edilmişdir, yəni intizam xətası baş verdiyi tarixdən 1 il 6 ay sonra aşkara çıxarılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. İddiaçı, onun nümayəndəsi X13 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdilər.

26. Cavabdehin nümayəndəsi Vəkil4 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək izahatında göstərdi ki, onun tərəfindən Azərbaycan Respublikası Audtorlar Palatasına sorğu göndərilmiş və sorğuda Auditorlar Palatası yanında Keyfiyyətə Nəzarət Komitəsinin audit rəyinin keyfiyyətsiz hesab olunması barədə rəy vermək səlahiyyətinin olması, keyfiyyətsiz hesab olunmanın rəyin etibarsızlığına səbəb olub – olmaması, həmin komitənin hazırda fəaliyyət göstərib – göstərməməsi barədə məlumat və komitənin əsasnaməsi istənilmişdir. Lakin hal – hazıra kimi sorğuya cavab alınmamışdır. Əmrin verilməsi üçün əsas olmuş audit rəyində əsassız hesab oluna bilməz. Həmin rəydə göstəridən nöqsanlar həqiqətən də mövcuddur. Hətta iddiaçı tərəfindən təqdim olunmuş rəydə də nöqsanlar öz əksini tapmışdır. Sadəcə olaraq audit rəyinin tərtibatı keyfiyyətsiz olduğundan belə nəticəyə gəlinmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

28. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər; Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək; Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; Maddə 187. 2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir; Maddə 187.3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarı: “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. ... Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər.”

30. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarı: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.”

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı: “Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. ... Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər.”

32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli qərarı: “8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir; Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi tələb edilsə də, Ali Məhkəmənin 05 oktyabr 2022-ci il tarixli qərarı qəbul edilən andan qüvvəyə mindiyindən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qətnaməsi də həmin andan, qarşılıqlı iddia rədd edilən hissədə qüvvəyə mindiyi üçün, hazırkı apellyasiya araşdırmasının predmetini yalnız ilk iddia rədd edilən hissə təşkil etməklə, məhkəmə aktı da eyni hissədə yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamış, iş üzrə mövcud olan faktlar qətnamədə qeyrimötəbər sübutlarla təsdiq edilmişdir.

37. Cavabdehin 30 noyabr 2020-ci il tarixli, 15-K/2020 nömrəli əmrindən görünür ki, "xxxx" MMC-də İnsan Resursları və İnzibati İşlər üzrə departamentin rəhbəri İddiaçı intizam məsuliyyətinə cəlb olunmuş, ona xidmətdə göstərdiyi qeyri-peşəkarlıq və yol verdiyi nöqsanlara görə şiddətli töhmət verilmiş, əmrin cəmiyyət işçilərinə elan edilməsi qərara alınmış, əmrin əsası kimi 30 oktyabr 2020-ci il tarixli audit rəyinə istinad edilmişdir.

38. İddiaçının tələbləri çərçivəsində ilk növbədə hazırkı iddianın faktiki əsasını təşkil edən əmrin qanuniliyi yoxlanılmalıdır.

39. Yoxlama ilə məlum olur ki, əmrdə iddiaçı tərəfindən törədildiyi istinad edilən hərəkətlər 11 oktyabr 2018 – 01 may 2019-cu illər arasındakı dövrü əhatə etmişdir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndiə görə intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Belə olan halda, bu imperativ normaya əməl etməyərək, müddət ötürülməklə verilmiş 30 noyabr 2020-ci il tarixli intizam məsuliyyətinə cəlb olunma barədə əmr qanuni olmamışdır.

40. Birinci instansiya məhkəməsi bu nüansla bağlı, audit rəyinin verildiyi 30 oktyabr 2020-ci il tarixi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğun aşkar edildiyi tarix kimi qəbul etməklə, Əmək Məcəlləsinin 187.2-ci maddəsində göstərilmiş bir aylıq müddətin ötürülmədiyini bildirmişdir. Lakin, bu normaların məzmunundan görünür ki, 187.3-cü maddədə göstərilmiş 6 aylıq müddət intizam xətasının törədildiyi gündən hesablanmaqla, bu müddətin keçməsi xətanın nə vaxt aşkar edildiyindən asılı olmayaraq intizam tədbirinin tətbiq edilməsini birmənalı istisna edir.

41. Digər tərəfdən, iş materiallarında olan “İddiaçı öz vəzifə öhdəliklərini vaxtında və düzgün yerinə yetirməməsi” barədə 14 may 2020-ci il tarixli akt onu deməyə əsas verir ki, cavabdeh tərəfindən intizam xətasının aşkar edildiyi vaxt da audit rəyinin verildiyi 30 oktyabr 2020-ci il tarix yox, ən geci aktın tarixi olan 14 may 2020-ci il tarixi olmuşdur.

42. Bundan əlavə, Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə Nəzarət və Keyfiyyətin idarəedilməsi üzrə Komitənin iddiaçıya ünvanlandığı xx.xx.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, “Auditor” tərəfindən "PAŞA Technology” MMC-nin sifarişi ilə Cəmiyyətdə İnsan resursları və inzibati işlər üzrə koordinator vəzifəsində işləmiş İddiaçı fəaliyyətinə dair aparılmış audit X3, X15 Məcəlləsinin və X1 tələblərinin pozulması ilə aparıldığı üçün keyfiyyətsiz hesab edilmişdir.

43. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə Nəzarət və Keyfiyyətin idarəedilməsi üzrə Komitənin hesabatında da qeyd olunmuşdur ki, rəy tərtib olunarkən əsaslardan biri kimi cəmiyyətdə sürücü vəzifəsində çalışan İlham Əliyevin əmək kitabçasının doldurulmamasına istnad olunsa da, əmək kitabçasının surəti rəyə əlavə olunmamışdır. Araşdırma zamanı həmin əməkdaşın əmək kitabçasının surəti İddiaçı tərəfindən monitorinqə təqdim edilmiş və kitabçada müvafiq qeydlərin aparıldığı məlum olmuşdur. İlham Əliyevin sənədlərinin doldurulmamasının İddiaçı nöqsanı kimi göstərilməsi özü- özlüyündə yanlışdır. Belə ki, İ.Əliyev İddiaçı öhdəlikləri ilə bağlı aparılmış auditdən əvvəl cəmiyyətdən ayrılmış və sonuncunun əmək kitabçasının surəti və ya əsli əldə edilmədən auditorun belə qənaətə gəlməsi 500 saylı “Audit sübutları” adlı X8 pozulmasıdır.

44. Bundan başqa hesabatda qeyd olunmuşdur ki, auditor hesabatının giriş hissəsində yoxlamanın İddiaçı iştirakı ilə aparıldığı göstərilsə də, sonuncunun faktiki olaraq yoxlamada iştirak etməsi təmin olunmamışdır və bu da özlüyündə Auditor tərəfindən 520 saylı “Analitik prosedurlar” adlı X8 pozulmasıdır.

45. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə Nəzarət və Keyfiyyətin idarəedilməsi üzrə Komitənin hesabatında yuxarıda göstərilən nöqsanlarla yanaşı digər əsaslar da qeyd olunsa da, "PAŞA Technology” MMC tərəfindən qeyd olunan halları təkzib edən hər hansı bir sübut məhkəmələrə təqdim olunmamışdır.

46. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə Nəzarət və Keyfiyyətin idarəedilməsi üzrə Komitənin hesabatını toplanmış digər sübutlarla yanaşı qiymətləndirən məhkəmə kollegiyası, hesab edir ki, iddiaçının tələbi "xxxx" MMC tərəfindən onun barəsində qəbul edilmiş 30 noyabr 2020-ci il tarixli, 15-K/2020 nömrəli əmrin ləğv edilməsi hissədə əsaslıdır.

47. Hüquqi müqəddəratı dolayı yolla tələbin bu hissəsi ilə bağlı olan mənəvi zərərin tutulması tələbi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmə Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən mənəvi zərərin tutulması barədə iddiaların təmin olunması üçün şəxsin mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır.

48. İşin hallarından cavabdehin iddiaçının barəsində tətbiq etdiyi intizam tədbirinin qanunsuz olduğu müəyyən olunur.

49. Göründüyü kimi, mənəvi zərərin ödənilməsi üçün zəruri olan üç haldan ikisi – hərəkətin həqiqətən baş verməsi və bu hərəkətin qanunazidd olması barədə sübutlar mövcud olmuşdur.

50. Mənəvi zərərin ödənilməsi üçün zəruri olan üçüncü şərt ilə bağlı isə qeyd edilməlidir ki, iddiaçının cavabdehin qanunsuz hərəkəti nəticəsində stresslər keçirməsi, intizam tədbirinin kollektivə elan edilməsi nəticəsində əmək kollektivində əsassız nüfuzdan düşməsi, cavabdehin bu hərəkətlərin uzun müddət intervalını ehtiva etməsi, bunların nəticəsində iddiaçının davamlı arzuolunmaz mənəvi-psixoloji vəziyyətə düşməsi, bu halın onun şüurunda mənfi psixi reaksiyaya səbəb olmasını müəyyən etməyə əsas verir.

51. Mənəvi zərərin miqdarını müəyyənləşdirərkən məhkəmə kollegiyası hesab edir ki, zərərin məbləğinin 1000 manat məbləğdə müəyyən edilməsi işin konkret hallarına, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsinə, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterinə və ağırlığına uyğun olmaqla, ağlabatan və ədalətlidir.

52. Bu mənada məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır.

53. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ilk iddianın rədd edilməsi hissəsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin yoxlanılan hissədə ləğvinə əsas verir. Bununla bağlı olaraq, qətnamə qismən - yoxlanılan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və eyni hissədə iddia müzakirə olunan qaydada qismən təmin edilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir.

54. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(006)-1590/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(006)-1590/2021 nömrəli qətnaməsi qismən – ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi və mənəvi zərərin ödənilməsi barədə iddiası qismən təmin edilsin. Şahid İddiaçı qızına şiddətli töhmət verilməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 noyabr 2020-ci il tarixli 15-K/2020 saylı əmri ləğv edilsin. Mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğdə pul vəsaiti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar