Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1453/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh1 ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MMC-yə qarşı "müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)- 3821/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MMC-yə qarşı "müqavilənin etibarsız hesab edilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müəraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 23, mənzil 41 haqda hərracın yekunları barədə protokol və sözügedən hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona hec bir bildiriş göndərilmədən və hərrac haqqında xəbər vermədən ardıcıl olaraq bir neçə hərrac keçirilmiş və hərraca çıxarılan daşınmaz əmlakın bu günkü, qiymətinin 300.000 manat olmasına baxmayaraq, 103.000 manata cavabdeh "Cavabdeh1" ASC-yə satılmışdır. Sözügedən protokolu qanunsuz, etibarsız və sözügedən daşınmaz əmlakın, real qiymətini də 3 dəfə az olduğuna görə, hesab edir ki, ləğv edilməsi üçün əsasdır. Etibarsız hesab etdiyi hərrac protokolu əsasında cavabdeh "Cavabdeh1" ASC Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almışdır ki, elə bu çıxarışı da qanunsuz və etibarsız hesab edir. Hərraçın onun iştirakı olmadan keçrilməsi onun ləğvi üçün tam əsasdır. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-3821/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh bankın nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, hərrac “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş, Cavabdeh2 MMC-nin isə hazırki işə aidiyyatı yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası izahatları apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini düzgün əsaslandırmamış, gəldiyi nəticə işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamışdır. Halbuki, MPM-in 220.4-cü və 220.5-ci maddələrinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar, nəticə hissəsində isə məhkəmə xərclərinin hansı qaydada bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi-prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin müəyyən olunmuş hallarına əsasən, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2616/2014 saylı, xx.xx.2014-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçı “Cavabdeh1‘' ASC-nin cavabdehlər “Müller-İnteryer” MMM-yə və X4 qarşı “kredit borcunun tutulması və ipotek predmetinə tələbin yönəldılməsinə dair” iddiası qismən təmin edilmiş, cavabdeh “Müller-İnteryer” MMM-dən iddiaçının xeyrinə 282.200 manal əsas, 86 205,10 manat faiz, 10.000 manat dəbbə pulu olmaqla, cəmi 378.405,10 manat borcun tutulması, tutmanın cavabdeh X4 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu,7-ci mikrorayonda istifadədə olan 0.0929 ha torpaq sahəsində yerləşən 16 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində yerləşən 45.9 kv/m yaşayış sahəsindən ibarət 3 otaqlı 36 nömrəli mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində istifadə olan 0.48454 ha torpaq sahəsində yerləşən 23 nömrəli, 17 mərtəbəli binanın 1-ci girişində, 11-ci mərtəbəsində yerləşən 48.4 kv/m yaşayış sahəsindən ibarət 2 otaqlı 42 nömrəli mənzilə və Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində istifadədə olan 0.48454 ha torpaq sahəsində yerləşən 23 nömrəli, 17 mərtəbəli binada yerləşən 152.9 kv/m ümumi, 102.3 kv/m yaşayış sahəsindən ibarət 4 otaqlı 41 nömrəli mənzillərə yönəldilməsi və həmin mənzillərin açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin “xxxx” ASC-yə ödənilməli qət edilmişdir. Binəqədi rayon İcra şöbəsinin icra məmuru T.Süleymanovun xx.xx.2018-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərarı ilə qeyd olunan daşınmaz əmlakların qiymətləndirilməsi üçün qiymətləndiricinin dəvət olunması qərar alınmışdır. İş materiallarına əlavə olunmuş “X1 Mərkəzi” MMC-nin İddiaçı ünvanladığı hərrac bildirişindən görünür ki, xx.xx.2019-cu il tarixində keçiriləcək hərraca dair bildiriş iddiaçının yaşadığı ünvan üzrə xx.xx.2019-cu il tarixdə ona təqdim edilmişdir. “X1 Mərkəzi” MMC-nin xx.xx.2019-cu il tarixli, Y-243/1 saylı “hərracın nəticələri haqqında” protokolundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, ev 23, mənzil 41 ilkin satış qiyməti: 160000 manat olmaqla, açıq hərraca çıxarılmış, keçirilmiş iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” AR qanununun 43.7-ci maddəsinə əsasən ipotekasaxlayan Cavabdeh1 ASC əmlakı 102000 manata satın almışdır. Müzakirə edilən mülki mübahisənin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, iddiaçı, Cavabdeh1 ASC-yə və Cavabdeh2 MMC-yə qarşı iddianı irəli sürməkdə haqlı deyil; Cavabdeh2 MMC iddiaya cavab verməli olan şəxs deyildir. Lakin işə baxmış Rayon Məhkəməsi iddianı qeyd edilən əsaslar ilə deyil, qiymətləndirmə rəylərinin etibarsızlığına dəlalət edən hər hansı bir əsas aşkar edilməməsi və mübahisə obyektlərinin bazar dəyərinin dəyişməsinə əsas verən hallar (uzun müddətin ötməsi, devalvasiya və s.) müəyyən edilməməsi əsası ilə iddia tələbini rədd etmişdir. Kollegiya qeyd edir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir. Kollegiya hesab edir ki, hazırkı icraat çərçivəsində iddiaçının iddia tələbinin təmin (tam və ya qismən) mümkün deyildir; çünkü iş materiallarında olan “X1 Mərkəzi” MMC-nin xx.xx.2019cu il tarixli, Y-243/1 saylı “hərracın nəticələri haqqında” protokolundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, ev 23, mənzil 41 ilkin satış qiyməti: 160000 manat olmaqla, açıq hərraca çıxarılmış, keçirilmiş iki hərrac baş tutmadığına görə '‘İpoteka haqqında” AR qanununun 43.7-ci maddəsinə əsasən ipotekasaxlayan Cavabdeh1 ASC əmlakı 102000 manata satın almışdır. Göründüyü kimi ipoteka predmetinə dair keçirilmiş hərrac Cavabdeh2 MMC tərəfindən deyil, “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş və alqı-satqı müqaviləsi məhz bankla “X1 Mərkəzi” MMC arasında bağlanmışdır. Bu o deməkdir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən və iddiaçı cavabdehin əvəz edilməsi üçün heç bir təşəbbüs göstərmədiyindən təmin edilə bilməz; iddianın əsaslılığı məsələsinə isə, iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Kollegiya həmçinin iddiaçıya izah edir ki, o, hazırki iddiasına cavab verməli olan əsl cavabdehlərə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Odur ki, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edildiyindən və apellyasiya şikayətinin dəlilləri həmçinin qətnamənin ləğv edilməsinə yönəldiyindən apellyasiya şikayəti qismən təmin edilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-3821/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarilxi qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MMC-yə qarşı "müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov İlham Kərimli
Məhkəmə qərarları › İş №2(103)-1453/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1453/2021
01.02.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver