Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1454/2020 21.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı idda üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi, eyni zamanda vəkili Nümayəndə, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi, eyni zamanda vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əfsaləddin qızı, Cavabdeh3 və X4 qarşı “mənzildən çıxarılma” barədə ilk, Cavabdeh1 İddiaçı qarşı “müqavilənin etibarsız sayılması və çıxarışın ləğv edilməsi” barədə qarşılıqlı iddialarına dair mülki iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-3554/2019 saylı, xx.xx.2019-cu il tarixliqətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərin, övladları X5 və X2 əşyaları ilə birlikdə ona məxsus olan ünvan 1 (indiki Ş.Mehdiyev 1054) ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilindən çıxarılmaları və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi təqdim edərək “xxxxx” fərdi firması ilə İddiaçı arasında ünvan 2 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzilinə dair bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-3554/2019 saylı, xx.xx.2019-cu il tarixliqətnaməsi ilə ilk iddia ərizəsinin təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, övladları X8 və X2 əşyaları ilə birlikdə İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, 1054-cü məhəllə, 60 saylı mənzildən (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 331, M8, m1) çıxarılmaları və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini, qarşılıqlı iddiasının təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışlar ki, İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh1 və digərlərinin ünvan 3 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzildən çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxx" fərdi firmasının direktoru X9 ilə arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 və digərlərinin mənzildən çıxarılmasını tələb edir. “xxxxx fərdi firmasının direktoru X9 xx xxxxx 2019-cu il tarixli, 06 saylı cavab məktubu ilə Bakı şəhər Yasamal rayon İcra və Probasiya Şöbəsinə tərəflərindən daxil olmuş xx/xx-138498/4-5184 saylı, xx.xx.2019-cu il tarixli Qərarla tanış olduqlarını bildirmişdir. X14 Rayon Məhkəməsinin müvafiq icra sənədlərinin icrası ilə bağlı ünvan 4 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzilin borcu qismən ödənilməsi hesabına iş üzrə tələbkar İddiaçı verilməsi və onun adına rəsmiləşdirilməsi “xxxxx” Fərdi Firmasına həvalə edilmişdir. Qərarın icrası ilə bağlı ünvan 2 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzili iş üzrə İddiaçı adına rəsmiləşdirilməklə onunla alqı-satqı müqaviləsi bağlaya biləcəklərini bildirmişlər. Bununla bağlı qeyd edir ki, “xxxxx” fərdi firmasının direktoru X10 ilə Cavabdeh1 ilə bağlanan xxxx/2012 saylı, “Yeni Tikili yaşayış binasında mənzillərin alqı-satqısına dair müqaviləsi ləğv olunmamışdır. Bununla bağlı borcu qalmadığı qeyd olunmuşdur. Göründüyü kimi əmlakın satıcısının həmin əmlakın mülkiyyətçisi olması əsas şərtdir. Lakin “xxxxx” fərdi firması belə mülkiyyətçi deyildir. Həmin alğı-satqı müqaviləsinə görə bir tərəf digər tərəfə pul ödəməmiş və ödəyə bilməzdi. Bundan əlavə həmin mənzilin faktiki mülkiyyətçisi iddiaçıdır və onun əmlak hüququları qüvvədədir. Beləliklə, xx.xx.2019-cu il tarixli müqavilənin hüquqi qüvvəsi yoxdur və etibarsız hesab edilməlidir. Göründüyü kimi Cavabdeh1 əmlakın ( ünvan 5 ünvanında yerləşən 18 mərtəbəli yeni tikilinin J blokunda yerləşən 60 saylı mənzilin mülkiyyətçisi olduğu halda onun hüquqları kobud şəkildə pozulmuş və “xxxxx" fərdi firması tərəfindən həmin mənzil İddiaçı adına rəsmiləşdirmişdir. Bu səbəbdən İddiaçı Cavabdeh1 və qeyrilərinin mənzildən çıxarılmasına dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. (Cavabdeh1 mənzilin faktiki mülkiyyətçisidir). Lakin, birinci instansiya məhkəməsi bunun əksinə olaraq ilkin iddia tələbini tam təmin etmişdir. Bu hal bir daha təsdiq edir ki, qətnamə maddi hüquq normalarının və iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi, eyni zamanda vəkili X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verəərk apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-3554/2019 saylı, xx.xx.2019-cu il tarixliqətnaməsinin ləğv edilərək ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı idda üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi, eyni zamanda vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin rədd edilməsini, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-3554/2019 saylı, xx.xx.2019-cu il tarixliqətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə ilk iddia tələbi üzrə cavabdehlər Cavabdeh2 Əfsaləddin qızı, Cavabdeh3 və X4 lazımı qaydada məlumat verilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən ilk iddia tələbi üzrə cavabdehlər Cavabdeh2 Əfsaləddin qızı, Cavabdeh3 və X3iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin, iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-3554/2019 saylı, xx.xx.2019-cu il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ilkin iddia tələbinin qanuni əsası Mülki Məcəllənin 157.2-ci maddəsinin dizpozisiya şərtlərində nəzərdə tutulmuşdur. İddia tələbinin faktiki əsası isə (faktiki hallar), onun qanuni əsasının dizpozisiya şərtlərinə uyğundur. Çünki, iddianın faktiki halları tələbin qanuni əsasının dizpozisiya əlamətləri ilə uzlaşır. Belə ki, işin mübahisəsiz hallarından aydın olur ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-4436/2017 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı ünvan 6 (hazırda Şəfayət Mehdiev 1054) ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilin pay haqqını təşkil edən 144000 ABŞ dollarından cavabdehin borclu qaldığı 85000 ABŞ dollarının tutularaq onun xeyrinə ödənilməsi barədəiddia ərizəsi təmin edilərək, cavabdehdən 85000 ABŞ dollarının tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)- 10236/2017 saylı qətnaməsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-4436/2017 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-3402/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-10236/2017 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Həmçinin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-4960/2017 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “müqavilənin ləğvi, maddi və mənəvi ziyan tələbinə dair”iddia ərizəsi qismən təmin edilərək, xx.xx.2017-ci il tarixli Razılıq sazişinin ləğv edilməsi, Cavabdeh1 iddiaçının xeyrinə xx.xx.2017-ci il tarixdə bağlanmış Razılıq sazişinə əsasən əvəzləşdirilmiş olan 107000 ABŞ dolları və sazişin 1.2 və 1.3-cü bəndlərinə uyğun olaraq ödənilmiş 4500 ABŞ dolları məbləğində pul vəsaitinin, 1000 manat mənəvi ziyanın, 84 manat hüquqi yardıma görə ödənilmiş məbləğin və 13 manat dövlət rüsumunun tutulması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 3272/2018 saylı qətnaməsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-4960/2017 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə Cavabdeh1 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-6396/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-3272/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmuru R.Əsgərovun xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-4436/17 saylı və xx.xx.2018-ci il tarixli, 2(004)- 4960/17 saylı icra sənədləri üzrə borclu eyni şəxs olduğundan icra sənədləri icra məmurunun xx.xx.2018-ci il tarixli qərarı ilə ümumi icraatda birləşdirilmişdir. Qeyd olunan qərarla həmin icra sənədləri üzrə borcun əvəzi olaraq borclu Cavabdeh1 məxsus ünvan 1 (indiki Ş.Mehdiyev 1054) ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilinin tələbkar İddiaçı adına rəsmiləşdirilməsinin “xxxxx” fərdi firmasına həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan “xxxxx” fərdi firması ilə İddiaçı arasında bağlanmış yeni tikilən yaşayış binasında mənzillərin alqı-satqısına dair xx.xx.2019-cu il tarixli, 107/2019 saylı müqavilə müqavilənin surətindən görünür ki, icra sənədləri üzrə borcun əvəzi olaraq borclu Cavabdeh1 məxsus ünvan 1 (indiki Ş.Mehdiyev 1054) ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzili tələbkar İddiaçı adına rəsmiləşdirilmişdir. İş materiallarında olan “xxxxx” fərdi firmasının direktoru X9 tərəfindən Bakı şəhəri Yasamal rayon İcra və Propasiya şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 06 saylı məktubun surətindən görünür ki, həmin məkubda İddiaçı oglunun adına rəsmiləşdirilmiş mənzil hal-hazırda iş üzrə borclu Cavabdeh1 sərəncamında (faktiki sahibliyində) olduğundan həmin mənzilin İddiaçı verilməsinin səlahiyyəti xaricində olduğu bildirilmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, 1054-cü məhəllə, 60 saylı mənzil (Yeni qaydalarla: AZ 1122,Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 331, M8, m1) İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 3132 nömrəli reyestr kitabının 292589 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və xxxxxlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azad-lıq-la-rının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci mad-də-sinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hü-qu-quna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məh-rum edilə bilməz». Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98-ci maddəsinə əsasən, yaşayış sahəsini özbaşına tutmuş şəxslər Məcəllənin 89-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulan qaydada digər yaşayış sahəsi verilmədən çıxarılırlar. Məcəllənin 89-cu maddəsinin ikinci hissəsində qeyd olunduğu kimi, yaşayış sahəsindən çıxarma məhkəmə qaydasında həyata keçirilir. İşin hallarından göründüyü kimi məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsi təqdim edərək “xxxxx” fərdi firması ilə İddiaçı arasında ünvan 2 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzilinə dair bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməsinə və qarışlıqlı iddia tələbi üzrə sübutetmə yükü onun üzərinə olmasına baxmayaraq qarışılıqlı iddia tələbinin əsaslığına dair hər hansı sübutlar nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya intansiyası məhkəməsinə təqdim edilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi bir daha vurğulayır ki, ilkin iddia tələbi üzər cavabdehlərin iddiaçının mülkiyyətində olan evdən çıxmaq istəməmələri iddiaçının mənafeyinə zərər vura biləcək hallardır. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apelliyasiya şikayətlərində göstəriləri dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirdiyi hissədə ləğv olunması üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi onların hazırki iş üzrə apellyasiya şikayətlərində göstərdiyi dəlillərə münasibətdə, mübahisələndirdiyi hissədə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-3554/2019 saylı, xx.xx.2019-cu il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1454/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1454/2020
21.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver