Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1456/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadəyə maneələrin aradan qaldırılması” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “kirayə müqaviləsinin ləğv olunması, mənzilin boşaldılması və ödənilməyən kirayə pulunun ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağladığı xx xxxx 2019-cu il tarixli icarə (kirayə) müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 19 saylı mənzili özünün və ailə üzvlərinin yaşaması üçün aylıq 400 manata bir il müddətinə icarəyə götürdüyünü, kirayə pulunu vaxtlı-vaxtında ödədiyini, 2020-ci ilin yanvar ayında Cavabdeh ondan kirayə pulunu tələb etdiy zaman kirayə haqqının ayın 28-də ödənilməli olduğunu ona xatırlatdığını, bundan sonra Cavabdeh mənzilin elektrik enerjisini komendantın vasitəsilə kəsdirdiyini və mənzildə yaşamalarına maneələr törətdiyini bildirmiş, buna görə də mənzildən istifadəsinə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, artıq xeyli müddətdir aralarında anlaşmazlıq olduğunu, hər ay kirayə pulunun vaxtı gələndə Cavabdeh çoxsaylı müraciətlər, zənglər edilməsinə baxmayaraq onun kirayə haqqını ödəmədiyini, yaxud müəyyən hissəsini ödəyib qalan hissəsini ödəməkdən müxtəlif bəhanələrlə yayındığını, sonuncu beş ay 20 gün ərzində kirayə pulunu ümumiyyətlə ödəməkdən imtina etdiyini, bununla bağlı müraciət etdiyində isə onu polisə verəcəyi ilə hədələdiyini, İddiaçı qanunsuz hərəkətləri nəticəsində mənzili üzərində mülkiyyət (sahiblik, istifadə və sərəncam) hüquqlarını həyata keçirə bilmədiyini irəli sürmüş, İddiaçı ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin ləğv olunması, ünvan 2 ünvanında yerləşən 19 saylı mənzilin boşaldılması, ödənilməyən beş ay iyirmi gün üçün 2200 manat kirayə haqqının və 30 manat dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilin İddiaçı tərəfindən boşaldılması, İddiaçı 2200 manat ödnilməyən kirayə haqqının və 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh ödənilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, işə iştirakı olmadan baxaraq mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığı, sübutlara düzgün hüquqi qiymət vermədiyi, kirayə müqaviləsinin müddəalarının məhz Cavabdeh tərəfindən yerinə yetirilmədiyini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış İddiaçı teleqram ünvanlayaraq xəstəliyi ilə bağlı prosesin təxirə salınmasını xahiş etmiş, Cavabdeh isə məhkəməyə gəlməmişdir. İşin halları, apellyatorun qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddianın rədd, qarşılıqlı iddianın isə qismən təmin olunması ilə bağlı hissələrinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki, iddiasının qismən təmin olunmasına baxmayaraq qarşılıqlı iddiaçı qətnaməni ümumiyyətlə mübahisələndirməyərək əksinə onun qüvvəsində saxlanılmasını istəmiş, İddiaçı (ilkin iddiaçı) isə yazılı apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, şikayətin mahiyyətindən qətnamənin məhz sözügedən hissələrini mübahisələndirdiyi aydın olmuşdur. Başqa sözlə, qarşılıqlı iddia tələbinin təmin olunmadığı hissədə qətnamə apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, Cavabdeh İddiaçı ilə bağladığı xx xxxx 2019cu il tarixli müqaviləyə əsasən özünə məxsus ünvan 2 ünvanında yerləşən 19 saylı mənzili ayda 400 manat kirayə haqqı ödəməsi şərtilə bir il müddətinə sonuncuya kirayəyə vermiş, xx.xx.2020-ci il tarixdə o, Seadət Axundovaya bildiriş ünvanlayaraq kirayə haqqının ödənilmədiyini və müqavilə müddətinin xx.xx.2020-ci il tarixdə başa çatacağını bildirməklə xx.xx.2020-ci il tarixdə mənzilin ona təhvil verilməsi, habelə ödənilməyən aylara görə kirayə haqqının ödənilməsini xahiş etmiş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edəcəyini bildirmişdir. Tərəflər arasında bağlanmış sözügedən müqavilənin 3.1-ci bəndində təsbit olunmuşdur ki, mənzil icarəçi tərəfindən korlandıqda, icarə haqqı, telefon və elektrik enerjisindən istifadə haqqı vaxtında ödənilmədikdə icarədar müqaviləni ləğv və 30 gün ərzində icarəçinin mənzili tərk etməsini tələb edə bilər. İlkin iddiaçının iddiasına görə, kirayəyə verən onun mənzildən istifadəsinə maneələr yaratmaqla müqavilə öhdəliyinə əməl etməmişdir; kirayə verənin (qarşılıqlı iddiaçının) irəli sürdüyü hal isə ondan ibarətdir ki, İddiaçı kirayə haqqını ödəməmiş, bununla müqavilənin şərtlərini pozmuş, məhz bu səbəblə ona müqavilənin ləğv olunması (əslində uzadılmayacağı) barədə bildiriş göndərmişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, hər iki iddia tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin kirayə müqaviləsi və öhdəliklərlə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə isə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericiliyin müddəalarına görə, müqavilənin ləğv edilməsi üç halda mümkündür; bunlardan birincisi Mülki Məcəllənin 421.1-ci maddəsində təsbit edilən tərəflərin könüllü razılaşmasıdır. Hazırki halda bu hal istisna olunur, çünki tərəflərin razılaşması yoxdur. İkinci hal Mülki Məcəllənin 421.2-ci maddəsində müəyyən olunmuş digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunun sübuta yetirildiyi haldır. Buna görə, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin hallarından görünür ki, bu halın mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir – belə ki, məhkəmənin də vurğuladığı kimi, İddiaçı kirayə müqaviləsi üzrə öhdəliklərini icra etmiş olduğuna, yəni kirayəyə verənin ödənilmədiyini iddia etdiyi 5 ay 20 günlük kirayə haqqını ödədiyinə dair heç bir sübut təqdim etməmişdir. Üçüncü hal isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğv edilməsi halıdır. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Kollegiyanın qənaətinə görə, hazırkı mübahisə baxımından həmin halın mövcud olub-olmadığının xüsusi araşdırılmasına ehtiyac yoxdur – çünkü, qarşılıqlı iddiaçının tələbinin bir qanuni əsasının mövcudluğu artıq müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, qarşılıqlı iddiaçının hazırkı apellyasiya baxışının predmetini təşkil edən tələblərinə münasibətdə irəli sürdüyü faktiki hallar onun həmin tələblərinin qanuni əsasının dispozitiv əlamətləri ilə uzlaşmaqdadır və birinci instansiya məhkəməsi həmin hissədə müvafiq nəticəyə gəlməkdə, buna uyğun olaraq isə ilkin iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Kollegiya, apellyatorun işə onun iştirakı olmadan baxıldığı arqumentinə münasibətdə qeyd edir ki, iş materiallarından onun dəfələrlə məhkəməyə teleqram göndərərək məhkəmə prosesinin təxirə salınmasını istədiyi, xx.xx.2020-ci il tarixdə keçirilən iclasda iştirak etdiyi, növbəti prosesə isə gəlmədiyi aydın olur – məlumatlı olduğu prosesə gəlməməsinin məsuliyyətini isə tərəf özü daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1829/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1456/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1456/2021
11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver