Məhkəmə qərarları › İş №2(103)-1456/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1456/2023

16.03.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1456/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 ("xxxx" Mənzil Tikinti Komunal və "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:Pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi X4, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Əbdül oğlunun, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ("xxxx" Mənzil Tikinti Komunal və "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı pul tələbinə dair mülki iş üzrə mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(006)- 101/2022 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə 16 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 23 oktyabr 2014-cü il tarixdə "xxxx" MTK ilə Cavabdeh2 arasında mənzil inşaatı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən MTK Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 802-803-cü məhəllədə inşa edilən yeni yaşayış massivinin “B” blokunun 6-cı mərtəbəsində ümumi sahəsi 278 kv.metr olan 4 otaqlı 145 saylı mənzillə təmin etmək barədə üzərinə öhdəlik götürmüşdür.

2. Müqavilədə qeyd olunmuşdur ki, ümumi dəyəri 625.000 manat müəyyən olunmuş mənzilə görə Cavabdeh2 tərəfindən avans olaraq 125.000 manat, qalan 500.000 manat isə inşaatçının zaminliyi ilə alınacaq bank krediti hesabına ödənilməlidir.

3. Bundan başqa, 23 oktyabr 2014-cü il tarixdə "xxxx" MTK ilə Cavabdeh2 arasında həmin ünvanda yerləşən evin 4-cü mərtəbəsində eyni ölçüdə 140 saylı mənzilə dair eyni şərtlərlə müqavilə bağlanmışdır.

4. 145 saylı mənzil Cavabdeh2 oğlu X11 ailə qurmaq niyyətində olduğu Məmmədova (Sadıqlı) Aidə Loğman qızının atası İddiaçı tərəfindən təmir olunmuş və 14 mart 2015-ci il tarixdə Aidə və Ülvi rəsmi nikaha girərək həmin mənzilə köçmüşlər.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qətnaməsi ilə Aidə Məmmədova ilə Ülvi Sadıqlı arasında bağlanmış nikah pozulmuşdur.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 iddia tələbi təmin olunaraq cavabdehlər X14 və İddiaçı ünvan 1 ünvanında yerləşən 145 saylı mənzilindən çıxarılması qət edilmişdir.

7. Cavabdeh2 tərəfindən "xxxx" MTK-ya ünvanlamış xx.xx.2017-ci il tarixli notariat qaydasında təqsdiq edilmiş ərizənin surətindən görünür ki, onun istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 802-803-cü məhəllə ünvanında yerləşən B-blok, ümumi sahəsi 278 m2 olan 4 otaqlı, 140 saylı dupleks mənzilin X2 etiraz etmədiyini bildirmiş və xx.xx.2014- cü il tarixli, **********13914 saylı kredit müqaviləsi üzrə bütün öhtəliklərini yerinə yetirəcəyini bildirmişdir.

8. Cavabdeh2 tərəfindən "xxxx" MTK-ya ünvanlamış xx.xx.2017-ci il tarixli notariat qaydasında təqsdiq edilmiş ərizənin surətindən görünür ki, onun istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 802-803-cü məhəllə ünvanında yerləşən B-blok, ümumi sahəsi 278 m2 olan 4 otaqlı, 140 saylı dupleks mənzilin X2 etiraz etmədiyini bildirmiş və xx.xx.2014- cü il tarixli, **********13914 saylı kredit müqaviləsi üzrə bütün öhtəliklərini yerinə yetirəcəyini bildirmişdir.

9. 18.12.2018-ci il tarixli, ******* nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 51.000 manat məbləğində pul “Kreditin ödəniş cədvəli üzrə ödənilməsi” təyinatı üzrə Cavabdeh2 "xxxx" ASC-dəki hesabına ödəniş edilmişdir.

10. 18.12.2018-ci il tarixli, ******* nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 51.000 manat məbləğində pul “Kreditin ödəniş cədvəli üzrə ödənilməsi” təyinatı üzrə Cavabdeh2 "xxxx" ASC-dəki hesabına ödəniş edilmişdir.

11. 30.08.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli qəbzlərin sürətindən görünür ki, X12 tərəfindən müvafiq olaraq 51.000 manat və 51.000 manat məbləğində pul “Kreditin ödəniş cədvəli üzrə ödənilməsi” təyinatı üzrə Cavabdeh2 "xxxx" ASC-dəki hesabına ödəniş edilmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6421 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı tərəfindən ünvan 2 ünvanınd yerləşən X8 yaşayış kompleksinin B blokunda 278 kvm sahəsi olan 4 otaqlı, 145 saylı mənzildə təmir-tikinti və quraşdırılma (mətbəx mebeli, qarderoblar (hər otaqda) giriş qapısı, divara montaj edilmiş işıqlandırma) işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 639.057,5 manat məbləğində müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

13. 2020-ci ilin sentyabr ayında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə və iddia tələbinin həcminin artırılmasına dair ərizələrlə məhkəməyə müraciət edərək 145 saylı mənzilini cavabdehlərin xahişi ilə əsaslı surətdə təmir etdirib buna görə 850.000 manat məbləğində vəsait sərf etməsini, mənzil üçün alınmış məişət əşyalarına görə 115.000 manat xərcləməsini, bundan başqa 140 saylı mənzilin alınması üçün Cavabdeh2 "xxxx" ASCyə olan 510.000 manat məbləğində borcunu ödəməsini əsas göstərməklə mənzilin təmirinə çəkdiyi xərclərə görə 850.000 manatın, həmin pul vəsaitinin ona qaytarılmasının keçikdirilməsinə görə hesablanmış faizlərə görə 127.500 manatın, həmin pul vəsaitdən istifadə etməklə faydalanmaya görə 191.250 manatın, banka ödədiyi 510.000 manatın, həmin pul məbləğinin geçikdirilməsinə görə 76.500 manatın, həmin pul vəsaiti hesabına qanunsuz faydalanmasına görə 95.625 manatın, dövlət rüsumuna görə ödədiyi 30 manatın cavabdehlərdən onun xeyrinə tutulmasına, tutmanın 145 saylı mənzilə yönəldilməsinə və mənzilin açıq hərracdan satılaraq əldə edilən pul vəsaitinin borc hesabına ona ödənilməsinə, bu kifayət etmədikdə borcun cavabdehlərin digər əmlakları hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(006)-101/2022 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada mənzilin təmir xərcinə görə 639.057,5 manatın, bu məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 45.267 manatın, borc olaraq 510.000 manatın və bu məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 36.125 manatın, dövlət rüsumuna görə ödənilmiş 30 manatın 15 manatının, cəmi 1.230.464,5 (bir milyon iki yüz otuz min dörd yüz altmış dörd manat əlli qəpik) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət olunmuşdur.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Cavabdehlər qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişlər.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflər arsında olan mülki hüquq münasibətlərinin nədən ibarət olduğunu dəqiqləşdirməmişdir.Ən əsası məhkəmə tərəflər arasında olan borc münasibətlərinin 2017-ci ildə cavabdehlərə məxsus olmuş ünvan 3 ünvanında inşa edilmiş “X9” yaşayış kompleksinin “B” blokunda yerləşən, 4 otaqdan ibarət 140 saylı mənzili İddiaçı təşəbbüsü və təklifi ilə onun bacısı oğlu Babək İsmayılovun adına sənədləşdirilərək əvəzləşdirilməsi ilə bağlı sübuta düzgün hüquqi qiymət verməmiş, aşağıda göstərdikləri faktı nəzərə almamışdır. Belə ki, işin qeyd edilən bu halı “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 23 iyun 2021-ci il tarixli sonuncu qərarı ilə tam sübuta yetirilmişdir (həmin qərardan məhkəmə nəzarəti qaydasında iş üzrə iddiaçı tərəfindən verilmiş şikayətlər də təmin edilməmişdir). Mülki Prosessual Məcəllənin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər (maddə 106.1, 106.2). Məhkəməyə qeyd edilən mənzilin Babək İsmayılovun adına sənədləşdirilən zaman onun tərəfindən mülkiyətçiyə hər-hansı bir ödənişin olunmadığını, həmin mənzilin iddiaçıya olan yuxarıda qeyd edilən borc hesabına əvəzləşdirilməsi (bir daha qeyd edirik ki, bu fakt cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarla öz təsdiqini tapır) ilə bağlı iş üçün əhəmiyyətli olan hallar araşdırılmamış, hazırda idiaçı tərəfindən tələb olunan pul vəsaitinin və digər borclarlarla birlikdə iddiaçının təklifi ilə Babək İsmayılovun adına sənədləşdirilməsi işin halları ilə təsdiq olunsa da, məhkəmə bu halllara da düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4- cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hisssəsində məcburidir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3962/2022 nömrəli iş üzrə 25 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Babayev və Rafael Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin olunmasını qanuni sayarkən mənzilin təmir xərcinə münasibətdə hesab etmişdir ki, iddiaçı həmin təmiri cavabdehlərin xahişi ilə etdiyini, cavabdehlər isə həmin pulu vaxtında qaytarmamaqla ona ziyan vurmuşlar.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdehlər kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini əsas göstərməklə ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2022-ci il tarixli, 2(102)-5868/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 25 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1091-ci maddəsinə əsaslanıb cavabdehləri əsassız varlanan şəxs hesab edərkən nəzərə almamışdır ki, qanunun həmin normasına görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Müəyyən olunduğu kimi tərəflərin övladlarının nikaha girmələri ilə əlaqədar Cavabdeh2 mənzil əldə etmiş, iddiaçı Loqman Məmmədov isə orada təmir işləri aparmışdır.Təmir işləri iddiaçının istəyinə və iradəsinə uyğun aparılmış və övladlarının ailə münasibətləri pozulduqdan sonra mənzildə aparılmış yaxşılaşdırma işləri cavabdehdə qalmışdır. Göstərilən vəziyyətdə cavabdehin hüquqi əsas olmadan varlanması nəticəsinə gəlmək üçün əsaslar olmadığından, kollegiya hesab edir ki, mübahisənin həmin hissədə həllinə Mülki Məcəllənin 1091,1092-ci maddələrinin qüvvəsinin tətbiq edilməsi üçün əsaslar olmamışdır.

22. Həmçinin, qeyd etmişdir ki, Mülki Məcəllənin 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin normaya görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. İşdən görünür ki, İddiaçı cavabdehlərdən həm ayrıla bilən, həm də ayrıla bilməyən yaxşılaşdırmaların dəyərinin ona ödənilməsini tələb edir.Yəni təmir işlərinin dəyəri ilə yanaşı mənzildə olan məişət əşyalarının dəyərini də tələb edir. İş üzrə ekspertiza tədqiqatını həyata keçirən Məhkəmə Ekspertizası Mərkəzi də görülmüş təmir işlərinin dəyərini cəmi 639.057,36 manat məbləğində müəyyən edərkən ayrıla bilən yaxşılaşdırmaların dəyərini də nəzərə almış və məhkəmə iddianı həmin hissədə qismən təmir edərkən cavabdehlərdən məhz həmin məbləği – 639.057,36 manatı tutmuşdur. Məhkəmə bu zaman həmin əşyaların nə iddiaçı tərəfindən götürülməməsinin səbəblərini araşdırmamış, nə də təmir işlərinin 2014,2015-ci illərdə görülməklə aşınmaya məruz qalmasını nəzərə almamış və işin həmin hallarına qiymət verməmişdir.

23. Qərarda həmçinin qeyd edilmişdir ki, ekspert rəyindən isə təmir işlərinə sərf olunan materialların dəyərinin hansı dövrə, təmirin aparıldığı dövrə, yoxsa hazırkı dövrə uyğun müəyyən edilməsi görünmür. Məhkəmə ekspert rəyinə qiymət vermədən həmin rəyi mübahisəsiz sübut kimi qəbul edərək iddianı rəydə göstərilən məbləğdə təmin etmişdir. Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə yaxşılaşdırmaya çəkdiyi məsrəflərin dəyərini ala bilər. İşdən görünür ki, Cavabdeh2 tərəfindən mənzilin alınması üçün müqaviləyə görə 625.000 manat vəsait sərf etmişdir. İddiaçı cavabdehlərdən təmir işlərinə görə 850.000 manat tələb etmiş, məhkəmə isə həmin hissədə iddianı 639.057,36 manat məbləğində təmin etməklə, eyni zamanda həmin məbləğin qaytarılması üçün cavabdehlərdən 45.267 manat faiz borcuna görə pul tutmuşdur. Beləliklə, məhkəmə tərəfindən cavabdehlərdən yaxşılaşdırmaya görə tutulan pul vəsaiti əmlakın, yəni mənzilin dəyərini aşmışdır.

24. Kollegiya qeyd etmişdir ki, təmirə xərclənmiş vəsaitin iddiaçıya qaytarılmasının gecikdirilməsinə görə cavabdehlərdən 45.267 manat tutarkən məhkəmə, yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 445.7-ci maddəsinə əsaslanmışdır. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərdən təmir xərclərinə görə 850.000 manat və həmin məbləğin qaytarılmasının gecikdirilməsinə və qanunsuz faydalanmağa görə 318.750 manat məbləğində faiz tələb etmişdir. Tələb olunan vəsaitə həm ayrıla bilən, həm də ayrılması mümkün olmayan yaxşılaşdırmalar daxil edilməklə cavabdehlər üçün qaytarılmalı olan pul vəsaitinin məbləği aydın olmadığından, eləcə də həmin məsələ məhkəmə araşdırılmasını tələb etdiyindən, belə vəziyyətdə məhkəmə kollegiyası gecikdirmənin baş verib-verməməsini araşdırmalı idi.Tələb olunan təmir xərci hər hansı mötəbər sübutla təsdiq olunmadığından cavabdehlər iddiaçının ilk tələbi əsasında həmin məbləği ödəməyə borclu deyildilər. Həmin məbləğ cavabdehlərə hər hansı müqavilə əsasında verilməməklə bu məsələdə tərəflər arasında mübahisə doğurmayan konkretlik olmamışdır. İddiaçı mənzilin təmirinə çəkilmiş xərcin cavabdehlər tərəfindən ona qaytarılmalı olması barədə aralarında razılaşmanın olmasını iddia etsə də, bu, iş materiallarından görünmür.Cavabdehlər hesab edirlər ki, iddiaçı övladlarının yaşayacağı mənzili onlara xüsusi ilə qızına hədiyyə olaraq təmir etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi işin həmin halına müvafiq hüquqi qiymət verməmişdir.

25. Qərarda eyni zamanda qeyd edilmişdir ki, müəyyən olunduğu kimi, Cavabdeh2 məxsus 140 saylı mənzilin alınması üçün onun bankdan götürdüyü kreditin 510.000 manat məbləğində hissəsi İddiaçı tərəfindən ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin məbləği borc hesab edib mübahisəni Mülki Məcəllənin 739-cu maddəsinin tələblərinə uyğun həll edərkən nəzərə almamışdır ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Kollegiya hesab edir ki, iddiaçı krediti Cavabdeh2 əvəzinə banka ödəməklə onun bank qarşısında öhdəliyini icra etmişdir. Belə olduqda, kollegiya hesab edir ki, mübahisəli hüquq münasibətinin həllinə Mülki Məcəllənin 431.1-ci maddəsinin tələbləri baxımından həlli imkanına qiymət verilməlidir.

26. Cavabdeh2 öhdəliyini icra edən İddiaçı həmin məbləği cavabdehdən tələb etmək hüququna malik olsa da özünün tələb hüququndan yalnız hazırkı iddia ilə məhkəməyə müraciət etməklə istifadə etmişdir. Lakin İddiaçı bununla əlaqədar məhkəməyə müraciət edərkən tələbinin qanuni əsasını düzgün müəyyən etməmiş və işə baxan məhkəmə də iddianı həmin hissədə təmin edərkən Mülki Məcəllənin 739-cu maddəsinin qüvvəsinə əsaslanmaqla qanunun tətbiqində səhvə yol vermişdir. Mülki Məcəllənin 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Qanun üçüncü şəxs tərəfindən ödənilmiş pul məbləğinin qaytarılmasına borclunun vəzifəsi kimi müəyyən etməmiş və bununla əlaqədar onun üzərinə öhdəlik qoymamışdır. Göstərilən vəziyyətdə pulun qaytarılması üçüncü şəxsin tələb hüququndan asılıdır. Belə olduqda cavabdehlərin iddiaçı qarşısında öhdəliklərin icra etməməsi barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanunun tələbinə uyğun sayıla bilməz.

27. Kollegiya qeyd edir ki, işdən görünür ki, Cavabdeh2 banka olan borcu iddiaçı tərəfindən 2018-2019-cu illərdə hissə-hissə ödənilmiş və ödədiyi pul məbləğinin cavabdehlərdən tutulması barədə iddiaçı məhkəməyə 2021-ci ilin oktyabr ayında müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həm məhkəməyə qədər olan 12 ay ərzində, həm də işə məhkəmədə baxılan dövrdə 17 ay ərzində icranı gecikdirdiyi üçün cavabdehlərdən 36.125 manat məbləğində faiz tutulması (Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən) qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2ci maddəsinə görə borclunun icranı gecikdirilməsi o zaman baş verir ki, öhdəlik onun icrası üçün müəyyən olunmuş müddətdə icra edilməsin (445.2.1.), eləcə də icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyini icra etməsin (445.2.2). Üçüncü şəxsin ödədiyi pul məbləğinin borclu tərəfindən ona qaytarılması, yuxarıda qeyd olunduğu kimi, borclunun öhdəliyi kimi müəyyən olunmadığından belə halda cavabdehlərdən gecikdirməyə görə faiz tutulması qanunun tələbinə uyğun deyildir. Cavabdehlərin iddianı əsassız sayarkən irəli sürdükləri əsas dəlil ondan ibarətdir ki, onlar İddiaçı onlardan tələb etdiyi pul məbləğinin əvəzi olaraq onun göstərişi əsasında 140 saylı 4 otaqlı mənzili onun bacısı oğlu Babək İsmayılovun adına sənədləşdirməklə iddiaçıya olan borclarını ödəmişlər. İşin 1-ci cildinin 307,308-ci səhifəsində olan Cavabdeh2 və Cavabdeh1 MTK-ya ünvanlanmış ərizələrindən görünür ki, onlar 140 saylı mənzilin Babək İsmayılova satılmasına etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsi prokurorun cinayət işin başlanmasının rədd edilməsi haqqında 23 iyun 2021-ci il tarixli qərarından görünür ki, X3 Sadıqovun ona qarşı dələduzluq edərək 300.000 manat pulunu talaması, həmçinin, İddiaçı Cavabdeh1 ona qarşı dələduzluq edərək 300.000 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirməsi barədə prokurorluğa şikayət etmiş və həmin şikayətlər araşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 müxtəlif vaxtlarda banklara olan borclarını ödəyə bilmədiyi üçün İddiaçı ümumilikdə 900.000 ABŞ dolları borc almış, Cavabdeh2 məxsus 140 saylı mənzil həmin borcun əvəzinə iddiaçının razılığı ilə onun bacısı oğlu Babək İsmayılova verilməklə borc əvəzləşdirimişdir. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehlərin bu mühüm dəlili ilə əlaqədar hər hansı bir araşdırma aparmamış, bununla əlaqədar sübut əhəmiyyəti daşıyan zəruri sənədləri işə üçüncü şəxs kimi cəlb edilmiş "xxxx" MTK-dan tələb etməmiş, işin həmin halına müvafiq hüquqi qiymət verməmişdir.

28. Kollegiya qeyd edir ki, işdə mənzilin hansı qaydada Babək İsmayılovun adına keçməsi, bununla əlaqədar tərəflər arasında hər hansı bir müqavilənin olması, əgər satılmışdırsa hansı qiymətə satılması işdən görünmür. Apellyasiya instansiyası məhkəməsi bank kreditinə görə ödənilmiş 510.000 manatı eyni zamanda Cavabdeh1 tutarkən nəzərə almamışdır ki, o, kredit müqaviləsi üzrə tərəf olmamaqla kreditin ödənilməsi ilə əlaqədar üzərinə heç bir öhdəlik götürməmişdir. Belə olduqda, iddianın Cavabdeh1 münasibətdə təmin edilməsinin mümkünlüyünə qanunun tələblərinə uyğun qiymət verilməli idi.

d) Hazırki Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

29. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Əbdül oğlu tərəfindən apellyasiya şikayətinə etirazı daxil olmuşdur. Etirazda qeyd edilmişdir ki, İddiaçı Cavabdeh1la 2015-ci ildən quda kimi qohum olmuşdur. Cavabdeh1 Yasamal rayonu ərazisində 3 ədəd 4 otaqlı mənzili, Nərimanov rayonunda 2 ədəd 4 otaqlı mənzili ona göstərmişdir. Qohum kimi razılığa gəlmişlər ki, Yasamal rayonunda olan evlər hazır olmadığından, bütün mənzillər təmirsiz olduğundan, Bakı şəhərinin istənilən yerində təmirli və ucuz ev olsun, bu gənc ailə toydan sonra müvəqqəti yaşasınlar. Loğman hətta təklif etmişdir ki, onun əlində təmirli evlər var, istərlərsə orada yaşasınlar. Cavabdeh1 bildirmişdir ki, əlində pulu yoxdur, Nərimanov rayonu ərazisində yoldaşının adına olan 145 nömrəli mənzilini təmir etdirərək, özünə məxsus evlərin birini satıb pulumu qısa müddətdə qaytaracaq. İddiaçı razılaşdı, Nərimanov rayonu ərazisində Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 adına olan 145 nömrəli mənzilini təmir elətdirdi və beləliklə, uşaqları, yəni qızı– Aida Məmmədova və onun yoldaşı Cavabdeh1 oğlu – Ülvi Sadıqlı həmin evə köçdülər. 2016-cı ildə Cavabdeh1 İddiaçı xahiş etdi ki, “sənin tanış dostun istehsalçı zavod direktor vardır, onlardan bir məktub al ver mənə, mən PaşaBankın rəhbərliyi ilə danışmışam, böyük məbləğdə kredit ayıracaq, həmin pul mənə vacib lazımdır.” Cavabdeh1 söz verdi ki, krediti və onun faizlərini PaşaBanka özü qaytaracaq. Belə də oldu. İddiaçı “Göyçay-Şərab” zavodunun direktoru-yaxın dostu olan Naib Kərimovdan xahiş etdi və o, da razılaşdı. Beləliklə, Cavabdeh1 bütün ailə üzvlərinin bir neçə əmlakını PaşaBanka girov qoydu və özü də zaminlik müqaviləsi bağlayaraq PaşaBankdan təxminən 700 min manat kredit götürdü. Bununla əlaqədar, Cavabdeh1 məmur kimi Naib Kərimova müxtəlif vədlər verdi və onu inandırdı. Çox çəkmədi ki, N.Kərimov İddiaçı bildirdi ki, Cavabdeh1 PaşaBanka olan kredit borcunu vaxtlı-vaxtında ödəmir, narazılıq var. İddiaçı dedi ki, səbirli ol (qohumluq xətrinə). 2017-ci ildə məlumat aldı ki, Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 adına olan 2 mənzil hər biri 4 otaq sahəsi 278 kv.m XalqBanka girov qoyaraq 1 milyon manat pul götürüblər. Son 3 il müddətində pulu ödəməyiblər, 816000 manat borcları yaranıb. Bunu ona Cavabdeh1 özü danışıb. Göstərilən mənzillərdən birini yəni qızının yaşadığı 145 saylı mənzili İddiaçı təmir elətdirib, bu necə ola bilərdi? Cavabdeh1 ona bildirdi ki, “sənin köməyinə ehtiyacım var, məni bu vəziyyətdən çıxart”. Soruşdu ki, bu qədər pullar necə olub, ona bildirdi ki, “X13ytarıb, istəyə bilmirəm.” 2016-cı ildə PaşaBanka borcu, 2017-ci ildə XalqBankın 816000 manatlıq borcu, əlavə İddiaçı 145 saylı mənzilə xərclədiyi təmir pulu. Vəziyyətin çətin olduğu ona aydın oldu. Yasamalda olan evlər hazır olmadığından, onun əlində pul olmadığından, Nərimanov rayonu, Kazımzadə küçəsindəki 140 saylı mənzili satmağı təklif etdi. İddiaçı XalqBankdan vaxt istədi və dedi ki, məni tanıyacaqsan, pulları bağlayım, məhkəməni dayandır. Beləliklə, yaxın qohumu Babək İsmayılova həmin mənzili almağı təklif etdi, evin təmiri başa çatmamışdı. Beləliklə, 900000 manata B.İsmayılov və Cavabdeh1 razılaşdılar. 2016-2017-ci illərdə olan bütün sənədlər sübut edir ki, vəziyyət necə olub və Cavabdeh1 140 saylı mənzili satmaq məcburiyyətində qalıb. Həmin illərdə Cavabdeh1la Cavabdeh2 İddiaçı ancaq 145 saylı mənzilin təmiri ilə bağlı olan borcları olub. Təkrar bildirir ki, 140 saylı mənzilin satışı dövründə onların İddiaçı ancaq digər mənzilin, yəni 145 saylı mənzilin təmir pulu borcu olub. Beləliklə, 2017-ci ilin oktyabrında Cavabdeh1la Cavabdeh2 razılıq ərizələri əsasında 140 saylı mənzil B.İsmayılova satıldı. Beləliklə, 306000 manat B.İsmayılov öz 140 saylı mənzili üçün XalqBanka borclu qalır, İddiaçı XalqBanka şifahi zamin durdu ki, 145 saylı mənzil üçün 510000 manatı ödəyəcək. 140 saylı mənzil üçün qalıq 600000 manat onun və digər şahidlərin yanında Cavabdeh1 B.İsmayılov tərəfindən verildi. Cavabdeh1 ona bildirdi ki, “mənim vəziyyətimi bilirsən, PaşaBank məni məhkəməyə verə bilər, mənim zaminlik kağızım var, iş yerimə məktub yaza bilər.” İddiaçı xahiş etdi ki, ona müvəqqəti kömək etsin. Bununla da B.İsmayılov və İddiaçı Cavabdeh1la Cavabdeh2 XalqBanka borcunu hər ay 51000 manat olmaqla ödəməyə başladıq. Cavabdeh1la onun arasında borc 2018-ci ildən başlayıb, 2018-2019cu illərdə 510000 manat pulu Nərimanov rayonu, Kazımzadə küçəsindəki 145 nömrəli mənzilə görə Cavabdeh1la Cavabdeh2 XalqBanka borcunu ödəmişdir. Əlində ödəniş qəbzləri var, şahidləri var. 2018-ci ilin fevralında Cavabdeh1 200000 ABŞ dollarını İddiaçı vəzifəyə getmək adıyla almışdır və indiyədək qaytarmamışdır. 2018-ci ilin axırlarında Yasamaldakı evlərinin birini B.İsmayılova satmaq adı ilə 300000 manatı Cavabdeh1 vermişdir. Lakin pulu alandan sonra evin B.İsmayılovun adına sənədləşməsini uzadıb onları aldatdı, sonradan bildik ki, həmin evi başqasına satıb, İddiaçı məcbur olub B.İsmayılovun 300000 manat pulunu özünə qaytardı, amma Cavabdeh1 isə 300000 manat pulu indiyə kimi ona qaytarmamışdır. Bununla da, Cavabdeh1 ona ümumilikdə, 145 saylı mənzilin təmirindən başqa, ******* manat ziyan vurmuşdur, bu isə onun iş fəaliyyətimi dayandırmış və o banklara əlavə faiz verməyə məcbur olmuşdur. Təsəvvür edin ki, 145 saylı mənzilin təmir pulu borcundan başqa, Cavabdeh1 ona olan ******* manat borcları 2018-2019-cu illərdə yaranıb. Buna baxmayaraq, Cavabdeh1 nümayəndəsi vəkili Vəkil1 isə bildirir ki, guya 2017-ci ilin oktyabrına kimi Q,Sadıqovun İddiaçı ümumilikdə 900000 ABŞ dolları borcu olub və guya bu borcun əvəzində 140 saylı mənzil mənə verilib. Birincisi, İddiaçı Cavabdeh1 145 saylı mənzilin təmir pulundan başqa 900000 ABŞ dolları borc verməmişdir, ******* manat vermişdir. Həm də həmin pullar 2018, 2019-cu illərdə verilib. Necə ola bilər ki, 2017-ci ildə satılan ev 2018-2019-cu illərdə yaranmış borcla əvəzləşdirilsin? İkincisi, Q,Sadıqova verdiyi 200000 ABŞ dolları və 300000 manatın qaytarılmaması ilə bağlı şikayəti üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda AR Baş Prokurorluğunun Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin müstəntiqi əsassız olaraq qeyd edir ki, guya onunla Cavabdeh1 arasında razılaşma olub və guya onun İddiaçı olan borcu ilə 140 saylı mənzil əvəzləşdirilib. Həmin iş materiallarında belə bir razılaşma ilə bağlı heç bir sənəd, sübut yoxdur, buna görə də müstəntiqin belə bir nəticəyə gəlməsinin heç bir əsası yoxdur. Mübahisə olmasaydı İddiaçı niyə prokurorluğa şikayət yazırdı və məhkəmədə iddia qaldırırdı? Mübahisənin olmasını müstəntiq də xx.xx.2022-ci il tarixli 02/2-462 saylı məktubu ilə də təsdiq edir, həmin məktubda müstəntiq qeyd edir ki, mübahisə olduğundan məhkəməyə şikayət edə bilər.

b) Proses iştirakçılarının izahatı

30. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 qeyd etdi ki, iş üzrə İddiaçı və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs, həmçinin İddiaçı bacısı oğlu və biznes şəriki X10 Cavabdeh1 barəsində aidiyyəti dövlət və hüquq mühafizə orqanlarına etdikləri çoxsaylı şikayət ərizələri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində və Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində hərtərəfli və obyektiv şəkildə araşdırılmış, hazırki iddia tələbinə birbaşa aidiyyəti olan xüsusatların şər və böhtan olduğu aşkara çıxarılmış və iş üzrə 23 iyun 2021-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” Qərar qəbul edilmişdir. Loğman Məmədov ərizələrində göstərdiklərinin şər-böhtan olduğunu bilə-bilə öz çirkin, məqsədyönlü əməlindən əl çəkməyərək, düşmənçilik etmək, qisas almaq niyyəti ilə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 23 iyun 2021-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” Qərarından məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verərək, qərarın ləğv edilməsi, işin yenidən araşdırılması üçün həmin orqana qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 6(001)-217/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə Loğman Məmədovun verdiyi şikayət rədd edilmişdir. Çirkin və məkrli əməllərindən əl çəkməyən İddiaçı Cavabdeh1 ailəsinə mənəvi və maddi iztirab yaşatmaq məqsədilə Binəqədi Rayon Məhkəməsinin göstərilən qərarından Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək qərarın ləğv ediləsini tələb etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 6(103)- 36/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilmədən, Binəqədi Rayon Məhkəməsinin 6(001)-217/2021 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılaraq bir daha məhkəmə qərarı ilə sübut olunmuşdur ki, tərəflər arasında olan bütün borc münasibətləri 2017-ci ildə Cavabdeh2 adına rəsmiləşdirilərək Cavabdeh1 ailəsinə məxsus olmuş, "xxxx" MTK-nın inşa etdiyi ünvan 5 ünvanında yerləşən “X8” yaşayış kompleksinin B blokunda, 4 otaqlı, 278 kv.m. sahəsi olan 140 saylı mənzili İddiaçı təklifi ilə bacısı oğlu X1 verilməklə əvəzləşdirilmişdir. Eyni zamanda istinaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Babək İsmayılov tərəfindən Cavabdeh1 və ya onun ailəsinə mənzilə görə hər hansı bir məbləğdə pul vəsaiti ödənilməmişdir. Göründüyü kimi artıq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 23 iyun 2021-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” Qərarında və bu qərardan məhkəmə nəzarəti qaydasında verilmiş şikayətlərlə bağlı qəbul edilmiş məhkəmə qərarlarında hazırki iş üzrə tərəflər arasında olan bütün borc münasibətlərinin, habelə "xxxx" ASC-yə ödənilmiş pulun, yuxarıda göstərilən mənzillə əvəzləşdirilməsi öz əksini tapmışdır. Hesab edirlər ki, qeyd edilən qərarlar qanuni qüvvəsin aldığı üçün hazırki iş üzrə predusial əhəmiyyətə malik olduğundan, işə baxan məhkəmə üçün məcburi qüvvəsi vardır. İddiaçı hazırkı iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindəın verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarının 71-ci bəndində göstərilən xüsusata hüquqi qiymət verilərək göstərilir ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsi prokurorun cinayət işin başlanmasının rədd edilməsi haqqında 23 iyun 2021-ci il tarixli qərarından görünür ki, X3 Sadıqovun ona qarşı dələduzluq edərək 300.000 manat pulunu talaması, həmçinin, İddiaçı Cavabdeh1 ona qarşı dələduzluq edərək 300.000 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirməsi barədə prokurorluğa şikayət etmiş və həmin şikayətlər araşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 müxtəlif vaxtlarda banklara olan borclarını ödəyə bilmədiyi üçün İddiaçı ümumilikdə 900.000 ABŞ dolları borc almış, Cavabdeh2 məxsus 140 saylı mənzil həmin borcun əvəzinə iddiaçının razılığı ilə onun bacısı oğlu Babək İsmayılova verilməklə borc əvəzləşdirimişdir.

31. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6,İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Əbdül oğlu apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.

32. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 öz izahatında qeyd etdi ki, o, "xxxx" Şirkətinin təsisçisi kimi uzun müddət təmit və tikintidən yanaşı, həmçinin müxtəlif evlərin alqı-satqısı ilə məşğul olur. Cavabdeh1 ilə 2015-ci ildə İddiaçı qohumu kimi tanış olmuş və müxtəlif vaxtlarda görüşləri olmuşdur. 2017-ci ilin payız ayında Loğman Məmmdov ona zəng edib görüşməyə cağırmışdır. Beləliklə, saat 18.00-19.00 radələrində Nərimanov Rayon ərazisində “Məxməri” restoranında görüş təyin edildi. Əslində o özü ev tikir və evə ehtiyacı yoxdur. İddiaçı və Cavabdeh1 ondan xahiş etdi ki, Nərimanov rayon ərazisində 4 otaqlı mənzili almağı təklif etdilər. X25 ASC-yə pul borcları var. Birlikdə evə baxmışlar. Ev təmirli, dubleks evdir. Beləliklə 900000 manata razılaşdılar. 24 oktyabr 2017-ci ildə Cavabdeh2 və Cavabdeh1 evin onun adına keçməsi barədə ərizələri MTK-ya verdilər. Həmin tarixdə 600000 manatı İddiaçı yanında sayaraq Cavabdeh1 təhvil verdi. Cavabdeh1 Natiq adlı şəxsə pulu saxlamaq məqsədilə verdi. Qalan məbləği üçüncü şəxs Xalq Bank ASC-yə keçirdi. Orada 6000 manat artıq ödəniş olmuşdu. İddiaçı həmin pulu ona ödəmişdir. Banka keçirilən pullarla əlaqədar qəbzlər vardır. 27 oktyabr 2017-ci ildə üçüncü şəxslə İnkom MTK arasında evin alqı-satqısına dair müqavilə bağlandı. O, evi aldıqdan sonra catışmayan məqamları tamamlayıb, təmir etdirib, otaqlara pərdə və bəzi əşya yerləşdirdikdən sonra 2019-cu ildə Əhməd adlı şəxsə satmışdır. Tərəfindən təqdim edilən qəbzlər onun tərəfindən işçiləri vasitəsi ödənilmişdir. Həmin ödəniş qəbzlərinin Loğmanın ödədiyi pullara hər hansı bir aidiiyəti yoxdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

33. Maddə 157.7. vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

34. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

35. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

36. Maddə 1094. Əassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.5, 157.6 və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

37. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 38.Maddə 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin ºəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir.

39. Maddə 445.2.1-445.2.2. Borclunun icranı gecikdirilməsi o zaman baş verir ki, öhdəlik onun icrası üçün müəyyən olunmuş müddətdə icra edilməsin, eləcə də icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyini icra etməsin.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 384.0.2. Apellyasiya insatnasiya Məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

45. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsi bütöv yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46.İlk öncə məhkəmə iddia tələbinin mənzildə aparılmış təmir işlərinə münasibətdə qeyd edir ki, işin mübahisəsiz hallarından müəyyən oluduğu kimi, tərəflərin övladlarının nikaha girmələri ilə əlaqədar cavabdeh tərəf mənzil əldə etmiş, Loqman Məmmədov isə orada təmir işləri aparmışdır. Təmir işləri iddiaçının istəyinə və iradəsinə uyğun aparılmış və övladlarının ailə münasibətləri pozulduqdan sonra cavabdehlərin birgə nikah dövründə əldə etdikləri əmlak olan mənzildə aparılmış yaxşılaşdırma işləri cavabdehlərdə qalmışdır. Hazırki halda kollegiya məhz cavabdeh tərəfə münasibtədə əsassız varlanma halına istinad etməklə mülki qanunvericiliyin 157-ci müddəası ilə birlikdə qiymət verərək çəkilmiş xərcin məhz bu əsaslarla cavabdehdən tutulmasını qanuni və əsaslı hesab edir. Belə ki, əvvəla mülki qanunvericiliyin əsassız varlanma qaydalarının müəyyən edən normaları məhz mülkiyyətin müdafiəsini özündə ehtiva edən qanunvericiliyin normasına göndəriş verməklə məhz həmin müddəanın da tələbləri baxımından əsassız varlanmanın təsbit edilməli olmasını özündə ehtiva etmişdir.

47. Eyni zamandan iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh2 iddia tələbi təmin olunaraq cavabdehlər X14 və İddiaçı ünvan 1 ünvanında yerləşən 145 saylı mənzilindən çıxarılması qət edilmişdir. Belə olan halda, iddiaçı tərəfindən görülmüş təmir işləri ilə bağlı iddiaçı tərəfin həmin mənzildən yararlanmaq ehtimalıda əldə çıxdığından həmin mənzildə aparılan təmir işlərinin dəyərinin cavabdeh tərəfdən tələb edilməsi əsaslıdır.

48. Həmçinin, sözügedən 145 saylı mənzilində aparılmış təmir işlərinin aparılma müddəti, yəni aşınmada nəzərə alınmaqla hesablanma aparılmasına münasibtədə məhkəmə kollegiyası qeyd edir ki, işdə olan xx.xx.2022-ci il tarixli ekspert rəyində aparılmış təmir və əşyaların hazırki vəziyyətdə orta bazar qiymətlərinin müəyyən edilməsi qeyd edilmişdir. İşin bu halı həmçinin ekspertin iştirakı ilə məhz həmin mənzilə yerində baxış keçirilərkən ekspert tərəfindən qeyd edilmişdir. Lakin bununla belə ekspert rəyində qiymətləndirilən əşyaların təyinatına zərər yetirilmədən ayrıla bilən olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə kollegiyasının və ekspertin iştirakı ilə yerində baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin mənzildə bəzi dəyəri 38675 manat olan əşyalar təyinatına zərər yetirilmədən ayrıla bilən əşyalardır və həmin əşyalar iddiaçı tərəfindən götürülüb aparıla bilər. Bu baxımdan kollegiya hesab edir ki, həmin əşyaların qiyməti cavabdehlərdən tutula bilməz. Həmin əşyalar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/6421-9/8779 saylı ekspert rəyindəki smetada aşağıdakı kimi sadalanmışdır: 9-cu bənd: Kombi aparatı (1 ədəd) (qiymət 1700 manat, ümümi qiymət 1700 manat), Radiator (51 ədəd) ( qiymət 15, ümümi qiymət 765 manat) 1 dairəvi stol, 6 stul, 1 divan ( ümumi qiymət 2000 manat) İşiqlanma (Lyustra) Elegance 20L White (1 ədəd, ümumi qiymət 8280 manat) İşiqlanma (Lyustra) Article Gold (3 ədəd, qiymət 2800 manat, ümumi qiymət 8400 manat) İşiqlanma (Lyustra) Artica (1 ədəd, qiymət 2950 manat, ümumi qiymət 2950 manat) İşiqlanma PL2790/İ.Ö.26 Kristallı Trasparenti (2 ədəd, qiymət 1450 manat, ümumi qiymət 2900 manat) İşiqlanma (Lyustra) İcasmmere (1 ədəd, ümumi qiymət 2200 manat) İşiqlanma (Lyustra) Gold (1 ədəd, ümumi qiymət 4500 manat) İşiqlanma (Lyustra) Rosas (1 ədəd, ümumi qiymət 2400 manat) İşiqlanma (Lyustra) İntenso LYS (1 ədəd, ümumi qiymət 2580 manat)

49.Bununla yanaşı mənzilə baxış keçirilərkən tərəfləri iştirakı ilə işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, mənzilin zalında parketin vurulması iddiaçı tərəfindən aparılsa da, sonradan tərəflərin övladlarının nikahda olmaqla orada yaşadığı dövrdə sıradan çıxmış və cavabdeh tərəf həmin otağa yenidən öz vəsaiti hesabına parketi alaraq yeniləmişdir. Kollegiya hesab edir ki, bununla bağlı ekspert rəyində ümumi otaqlar üçün hesablanmış məbləğdən zal sahəsi üçün hesablanan 3397,50 (otaq sahəsi 45,3 m2 x 75 manat parketin 1 m2 qiyməti) manat pul məbləği də təmir xərci kimi cavabdeh tərəfdən iddiaçının xeyrinə tutula bilməz. 50.Eyni zamada kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdehlərin nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfin orada təmir işlərini görməsi mübahisələndirməməklə yalnız çox bahalı avadanlıqların onlar üçün hər hansı bir vacibliyinin olmamasını, istədiyi əmlakı götürə biləcəyini və ümumilikdə təmir xərcinin yalnız yüksək məbləğdə olması əsası ilə tələbin bu hissəsini qəbul etməmişdir.

51. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, təmir işlərinə görə iddiaçının xeyrinə cavabdehlərdən 639.057,5 manatın tutulması hissəsində qətnamə dəyişdirilərək, həmin məbləğ 595.985 manat (639057.5-38675- 3397,50) müəyyən edilməlidir.

52. Kollegiya təmirə xərclənmiş vəsaitin iddiaçıya qaytarılmasının gecikdirilməsinə görə cavabdehlərdən iddiaçının xeyrinə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsaslanmaqla 45.267 (faiz) manat tutması hisəsində məhkəmənin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, həmin hissədə məhkəmənin qətnaməsi ləğv edilməklə iddia həmin hissədə təmin edilməməlidir. Əvvəla, göstərilən müddanın tələbləri baxımından gecikmə ilə bağlı faizin tutulması üçün tərəflər arasında pul öhdəliyi olmalı idi. Lakin onlar arasında belə bir pul öhdəliyi olmamamışdır. Bununla yanaşı, tələb edilən məbləğ mənzilin təmirinə çəkilmiş xərclə bağlı olmaqla həmin mənzildə tərəflərin övladları yaşamış və yalnız Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə X14 və İddiaçı ünvan 1 ünvanında yerləşən 145 saylı mənzilindən çıxarılmasından sonra irəli sürülmüşdür. Yəni, təmir xərclərinin çəkilməsi ilə bağlı xərcin cavabdehlər tərəfindən iddiaçıya hər hansı şərtləşdirilmiş müddət ərzində qaytarılması da nəzərdə tutulmamış, tələb hüququndan isə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməklə istifadə etmişdir.

53. İddiaçının “140 saylı mənzilin alınması üçün Cavabdeh2 "xxxx" ASC-yə olan borcuna görə banka ödədiyi 510.000 manatın, həmin pul məbləğinin geçikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun hesablanmış faizin tutulması” tələbi üzrə kollegiya aşağıdakıları qeyd edir:

54. İşdən müəyyən olunduğu kimi (kassasiya instansiyası məhkəməsinin qərarında da bu hal işin mübahisəsiz halı kimi qeyd edilmişdir), Cavabdeh2 məxsus 140 saylı mənzilin alınması üçün onun bankdan götürdüyü kreditin 510.000 manat məbləğində hissəsi İddiaçı tərəfindən ödənilmişdir. Lakin birinci instansiyası məhkəməsi həmin məbləği borc hesab edib mübahisəni Mülki Məcəllənin 739-cu maddəsinin tələblərinə uyğun həll edərkən nəzərə almamışdır ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Kollegiya hesab edir ki, iddiaçı krediti Cavabdeh2 əvəzinə banka ödəməklə onun bank qarşısında öhdəliyini icra etmişdir. Belə olduqda, kollegiya hesab edir ki, mübahisəli hüquq münasibətinin həllinə Mülki Məcəllənin 431.1-ci maddəsinin tələbləri baxımından qiymət verilməlidir.

55. Cavabdeh2 öhdəliyini icra edən İddiaçı həmin məbləği cavabdehdən tələb etmək hüququna malik olsa da, özünün tələb hüququndan yalnız hazırkı iddia ilə məhkəməyə müraciət etməklə istifadə etmişdir. Lakin İddiaçı bununla əlaqədar məhkəməyə müraciət edərkən tələbinin qanuni əsasını düzgün müəyyən etməmiş və işə baxan birinci instansiya məhkəməsi də iddianı həmin hissədə təmin edərkən Mülki Məcəllənin 739-cu maddəsinin qüvvəsinə əsaslanmaqla qanunun tətbiqində səhvə yol vermişdir.

56. Mülki Məcəllənin 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Qanun üçüncü şəxs tərəfindən ödənilmiş pul məbləğinin qaytarılmasına borclunun vəzifəsi kimi müəyyən etməmiş və bununla əlaqədar onun üzərinə öhdəlik qoymamışdır. Göstərilən vəziyyətdə pulun qaytarılması üçüncü şəxsin tələb hüququndan asılıdır. Belə olduqda cavabdehlərin iddiaçı qarşısında öhdəliklərin icra etməməsi barədə birinci instansiyası məhkəməsinin nəticəsi qanunvericiliyin tələblərinə uyğun hesab edilməməlidir.

57. Qanunvericiliyin tələblərinə görə icranı gecikdirilməsi o zaman baş verir ki, öhdəlik onun icrası üçün müəyyən olunmuş müddətdə icra edilməsin. Eləcə də icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyini icra etməsin. Üçüncü şəxsin ödədiyi pul məbləğinin borclu tərəfindən ona qaytarılması, yuxarıda qeyd olunduğu kimi, borclunun öhdəliyi kimi müəyyən olunmadığından belə halda cavabdehlərdən gecikdirməyə görə faiz tutulması qanunun tələbinə uyğun olmamaqla təmin edilə bilməz. 58.Buna görə də ümumilikdə iddia tələbinin müvafiq hissəsi üzrə qətnamə tam ləğv edilməli (maddi hüquq normasının seçimində səhvə yol verildiyi üçün), həmin hissədə iddianın qismən – Cavabdeh2 510 000 manatın tutulması – hissəsində təmin olunmalı, qalan hissədə təmin edilməməlidir.

59. Bundan başqa, kollegiya cavabdeh tərəfin İddiaçı onlardan tələb etdiyi 510.000 manat pul məbləğinin əvəzi olaraq onun göstərişi əsasında 140 saylı 4 otaqlı mənzili onun bacısı oğlu Babək İsmayılovun adına sənədləşdirməklə iddiaçıya olan borclarını ödəmələri, işin bu halının Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsi prokurorun cinayət işin başlanmasının rədd edilməsi haqqında 23 iyun 2021-ci il tarixli qərarı ilə də müəyyən edilməsi və həmin qərarın qanuni qüvvəsin aldığı üçün hazırki iş üzrə predusial əhəmiyyətə malik olduğundan, işə baxan məhkəmə üçün məcburi qüvvəsi olması barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, göstərilən dəlil əsaslı sayıla və təmin edilə bilməz.

60. Belə ki, işdə olan Cavabdeh2 və Cavabdeh1 "xxxx" MTK-ya ünvanlanmış ərizələrindən görünür ki, onlar 140 saylı mənzilin Babək İsmayılova satılmasına etiraz etmədiklərini bildirmişlər. Burada cavabdehlər ərizələrində hər hansı bir səbəbdən həmin mənzilin Babək İsmayılovun adına rsmiləşdirilməsini deyil, məhz sonuncuya satılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyasının iclasında isə Babək İsmayılov veridiyi izahatında həmin mənzilin dayısı olan iddiaçının borclarının əvəzinə ona verilməməsini, aralarında olan razılığa əsasən ona satılmasını və banka olan borclarının ödənilməsinə dair də qəbzlərinin olmasını qeyd etməklə həmin qəbzləri məhkəməyə təqdim etmişdir. Həmin qəbzlərdən aydın şəkildə görünür ki, Babək İsmayılovun tərəfindən onun məsul etdiyi şəxslər vasitəsilə "xxxx" ASC-yə 306000 manat məbləğində pul ödənişi edilmişdir. Məhkəmə araşdırması zamanı da cavabdehlərin nümayəndəsi və vəkili tərəfindən Babək İsmayılov tərəfindən ödənilən ödənişlər üzrə bəzi qəbzlərin İddiaçı tərəfindən ödənilən məbləğ görə verilmiş qəbzlərlə üst-üstə düşməsi barədə etiraz edilmiş, bu etiraza münasibətdə kollegiya tərəfindən bütün qəbzlərə yerində tərələrin iştirakı ilə baxış keçirilməklə ödəniş qəbzlərinin hər birinin ayrı-ayrı vaxtlarda ödənilməklə, qəbz nömrələrinin də fərqli olması tərəflərin iştirakı ilə müəyyən edilmişdir.

61. Eyni zamanda, kollegiya Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsi prokurorun cinayət işin başlanmasının rədd edilməsi haqqında 23 iyun 2021-ci il tarixli qərarının hazırki iş üzrə predusial əhəmiyyətə malik olması və işə baxan məhkəmə üçün məcburi qüvvəsi olması barədə dəlili münasibətdə hesab edir ki, həmin qərar hazırki iş üçün predusial olmamaqla məcburi qüvvəsi ola bilməz.

62. Belə ki, prosessual qanunvericiliyin sübut etməkdən azad olmaq üçün əsasları müəyyən edən müvafiq norması məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarının mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi olmasını özündə ehtiva etmişdir. Qanunverici burada cinayət təqibi üzrə qüvvəyə minmiş məhkəmənin digər qərarı deyərkən cinayət işin başlanmasının rədd edilməsi haqqında qərardan verilmiş şikayət üzrə məhkəmənin həmin qərarı dəyişdirmədən saxlaması barədə qərarı deyil, məhkəmənin özünün cinayət işi üzrə gəldiyi yekun qərarını ehtiva etmişdir. Burada məhkənin digər qərarı dedikdə, cinayət işi üzrə icraata cinayət məsuluyyətindən azad edilməsi, təqsirləndirilən şəxsin ölümü, cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi, zərərçəkmiş şəxslə barışma əsasları ilə xitam verilməsi barədə məhkəmə qərarları nəzərdə tutulur. Hətta cinayət prosessual qanunvericiliyə əsasən də cinayət təqibi - cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyət kimi göstərilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edildiyi kimi 510.000 manat onun xeyrinə Cavabdeh2 tutulmalı, həmin iddia tələbi qalan hissədə (Cavabdeh1 münasibətdə) təmin edilməməlidir. Belə ki, sonuncu kredit müqaviləsi üzrə tərəf olmamaqla kreditin ödənilməsi ilə əlaqədar üzərinə heç bir öhdəlik götürməmişdir.

63. Kollegiya məhkəmə xərclərinə dair məsələyə də münasibət bildirərək hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 400 manat tərəflər arasında bölüşdürülməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinə dair məsələ prosessual qanunvericiliklə tənzimlədndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, tələbin olub-olmamasına bağlı deyildir.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Məhkəməsinin 2(006)-101/2022 saylı iş üzrə 04 mart 2022-ci il tarixli qətnaməsi təmir xərci olaraq 639 057,5 manatın Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh1 və Cavabdeh2 təmir xərci qismində müştərək qaydada 595985 manat tutularaq İddiaçı ödənilsin. Qətnamə “Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada faiz borcu kimi 45.267 manatın, borc olaraq 510 000 manatın və bu məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 36125 manatın tutulması” hissələrində ləğv olunsun və həmin hissələrdə yeni qətnamə çıxarılsın. İddiaçı “Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 45.267 manatın və 36.125 manatın tutulması” tələbləri təmin edilməsin. İddiaçı “140 saylı mənzilin alınması üçün Cavabdeh2 "xxxx" ASC-yə olan borcuna görə banka ödədiyi 510.000 manatın cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması” tələbi qismən təmin edilsin. Cavabdeh2 İddiaçı xeyrinə 510 000 manat tutulsun. Həmin iddia tələbi qalan hissədə (Cavabdeh1 münasibətdə) təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manatın 200 (iki yüz) manatı İddiaçı, 200 (iki yüz) manatı isə Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ( Hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar