Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1459/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5292/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(006)- 5292/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 126,8 m2 olan 3 otaqlı mənzilindən çıxarılmaları, İddiaçı mənzil üzərində mülkiyyət hüququnun həyata keçirməsinin (faktiki istifadə və sahiblik etməsinin) təmin edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən həmin qətnamədən apelyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(006)- 5292/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(006)-5292/2021 saylı qətnaməsindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən həmin qətnamədən yeni apelyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(006)- 5292/2021 saylı qərardadı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(006)-5292/2021 saylı qətnaməsindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən həmin qərardaddan şikayət ərizəsi verilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(006)-5292/2021 saylı qərardadının ləğv edilməsi və tərəflərindən verilmiş apelyasiya şikayətinin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə 13.10.2021-ci il tarixdə onlara rəsmi təqdim edilmiş və 11.11.2021-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Lakin qanunvericiliyin normalarına uyğun olmadığından apellyasiya şikayətinin geri qaytarılması barədə 15.11.2021-ci il tarixli qərardad qəbul edilərək apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qeyd edilməlidir ki, qətnamədən ilkin olaraq verilmiş apellyasiya şikayətinin geri qaytarılmasına dair 15.11.2021-ci il tarixli qərardadı şikayətə əlavə edilmiş poçt konvertinin üzərində olan möhürdən göründüyü kimi qəradad 24.11.2021-ci il tarixdə təqdim edilmiş və tərəflərindən apellyasiya şikayəti 04.12.2021-ci il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə (10 gün müddətində) Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, məhkəmə qərardadı onlara təqdim edildiyi 24.11.2021-ci il tarixdən 04.12.2021-ci il tarixədək 10 gün müddətində verildiyindən tərəflərindən apellyasiya şikayətinin verilməsinə dair prosessual müddət ötürülməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5292/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilməlidir. Belə ki, kollegiya qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(006)- 5292/2021 saylı qətnaməsini cavabdehlər 13 oktyabr 2021-ci il tarixdə almış (i.v. 68), həmin qətnamədən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti isə 11 noyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələbinə görə apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici məhkəmə qətnaməsinə qarşı apelyasiya şikayətinin verilməsi müddətini həmin qərarın rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilməsi imkanını nəzərdə tutmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılmış və nöqsanlar aradan qaldırıldıqdan sonra verilmiş apelyasiya şikayəti prosessual müddət ötürülməklə verilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, apelyasiya şikayəti qeyri-mümkün hesab edilərkən, prosessual müddətin buraxılması əsası ilə deyil, şikayətin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməməsi əsası ilə qeyri-mümkün hesab edilmiş və cavabdehlər tərəfindən də həmin nöqsan aradan qaldırılaraq, yenidən apelyasiya şikayəti ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə müdafiəsindən istifadə etmək hüququ İnsan Hüquqlarının və X1 haqqında Konvensiyanın 6-cı maddəsi ilə təsbit olunmuşdur. Həmin Konvensiyanın 6-cı maddəsində deyilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsilə işinin ədalətli araşdırılması hüququna malikdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq-hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X2 Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” Qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi həmin Qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5292/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(006)-5292/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5292/2021 saylı, 13 dekabr 2021ci il tarixli qərardadı ləğv edilsin və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(006)-5292/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1459/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1459/2022
25.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver