Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1463/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(010)- 4021/2024 nömrəli qərardadından ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 tərəfindən verilmiş şikayətin mümkünlüyünə dair işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X3, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətlərində olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “Q” Y/S, ev 5, 13 saylı mənzillərini qanunsuz zəbt edərək həmin mənzildə məskunlaşan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X6, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və onların həmin mənzildə yaşayan digər ailə üzvlərinin mülkiyyətlərində olan mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 qarşlıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarş “çıxarışın ləğv edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, X2 tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə dair xx.xx.1994-cü il tarixində əldə edilən orderin və həmin order əsası ilə əvvəllər X2 adına qeydiyyata alınan və hal-hazırda vərəsəlik əsası ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olması faktını təsdiqləyən **********53-05101-093005 reyestr nömrəli xx.xx.2023 və xx.xx.2023-cü il tarixli çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(010)- 4021/2024 nömrəli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 qarşlıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “çıxarışın ləğv edilməsi” iddia tələbi üzrə icraata xitam verilsin və qarşılıqlı iddia ərizəsinin ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməsi, ödəniş sistemində **********86 nömrəli xx.xx.2024-cü il tarixli mədaxil qəbzi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsində qarşılıqlı iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun tam olaraq bu ödənişi həyata keçirən Cavabdeh5 büdcədən geri qaytarılması, iddiaçıya aidiyyəti üzrə Bakı Şəhər İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olunmasının izah olunması qərara alınmışdır. Həmin qərardaddan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(010)- 212/2025 nömrəli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(010)-4021/2024 nömrəli qərardadından verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya hesab edir ki, şikayətə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.7-ci maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanun 8.5-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.17-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması və müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlar istisna olmaqla, digər məhkəmə qərardadlarından şikayətlər verilməsinə görə işdə iştirak edən şəxslər dövlət rüsumu ödəməkdən azaddır. İş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 50 manat məbləğində dövlət rüsumunu ödənilmişdir və həmin ödənişin təyinatı kimi Bakı Apellyasiya Məhkəməsi göstərilmişdir. Kollegiya qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 birinci instansiya məhkəməsi qərardadından şikayəti ilk növbədə apellyasiya instansiya məhkəməsinə deyil, Suraxanı rayon məhkəməsinə vermişdir. Mülki Prosessual Məcəllənin 267-ci maddəsinə görə, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 269-cu maddəsinə görə, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Sadalanan normalardan göründüyü kimi, qanunvericilikdə birinci instansiya məhkəməsinin qərardadından şikayətin ilk növbədə qərardadı çıxarmış məhkəməyə verilməsi və həmin məhkəmənin qərardada baxmaq imkanı, həmçinin işə baxmış məhkəməyə qərardadın ləğv edilməsi səlahiyyəti də nəzərdə tutulmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 qərardadı mübahisləndirərkən ilk növbədə qərarardı çıxarmış birinci instansiya məhkəməsinə verdiyindən, şikayətin verilməsi üçün dövlət rüsumunu təyinatı üzrə Suraxanı rayon məhkəməsinə ödəməli idi. Göründüyü kimi, apelyator tərəfindən dövlət rüsumu tam həcmdə ödənilsə də təyinatı üzrə düzgün ödənilməmiş, lakin buna baxmayaraq, birinci instansiyası məhkəməsi apellyasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(010)-4021/2024 nömrəli qərardadından ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400, 402, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(010)- 4021/2024 nömrəli qərardadından ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1463/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1463/2025
30.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver