Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-14681/2019 25.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Xəlilov İsmayıl Kamil oğlundan və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası DSMF-nin Xəzər rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qəbul etdiyi 2(003)-2782/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxx 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1973- cü ildən xx.xx.1993-cü ilədək Ağdam rayonu M.F.Axundov adına üzümçülük sovxozunda və xx.xx.1998-ci ildən xx.xx.2005-ci ilədək «xxxxxxxx» QSC-də yardımçı təsərrüfatda çoban işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1955-ci ildə Ağdam rayonu Əliağlı kəndində doğulmuşdur. xx.xx.1973-cü ildən xx.xx.1993-cü ilədək Ağdam rayonu M.F.Axundov adına üzümçülük sovxozunda işləmişdir. Məlum səbəblər üzündən Ağdam rayonu işğal olduğundan köçkün düşmüşdür. Hazırda Xəzər rayonu Binə qəsəbəsində məskunlaşmışdır. Yaşı ilə əlaqədar olaraq təqaüdə çıxmalıdır, lakin əmək kitabçasında qeyd olunmalığından məhkəməyə müraciət etməli olmuşdur. Onun o vaxtlar işlədiyi faktını məhkəmədə şahidlər də təsdiq edə bilərlər. Bundan başqa xx.xx.1998-ci ildən xx.xx.2005-ci ilədək «xxxxxxxx» QSC-də yardımçı təsərrüfatda çoban işləmişdir. Lakin həmin işlədiyi vaxtı nəzərə almırlar. Həmin faktı da şahidlər təsdiq edə bilərlər. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun 1973- cü il tarixdən 1993-cü il tarixədək Ağdam rayonu M.F.Axundov adına üzümçülük sovxozunda çoban işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etdi. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2782/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, Ərizəçi 1973-cü il tarixdən 1993-cü il tarixədək Ağdam rayonu M.F.Axundov adına üzümçülük sovxozunda çoban işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. Qətnamədən maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət X8 Xəzər rayon şöbəsi apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir və ona görə də ləğv edilməlidir. Apellyasiya baxışı zamanı maraqlı şəxsin nümayəndəsi Nəsiman Ağabəyov apellyasıya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci intsansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etdi. Ərizəçi apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağdam rayon X10 M.F.Axundov adına üzümçülük sovxozu tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdən xx.xx.1993-cü il tarixədək sovxozun qoyunçuluq briqadasında çoban işləmişdir. X2 adına xx.xx.1986-cı il tarixdə açılmış İT seriyalı ******* saylı əmək kitabçasına əsasən o, xx.xx.1975-ci il tarixdə Ağdam rayonu M.F.Axundov adına üzümçülük sovxozuna fəhlə kimi işə qəbul edilmiş (əmr № 153), xx.xx.1988-ci il tarixədək həmin sovxozda müxtəlif vəzifələrdə çalışmaqla Azərbaycan SSR-i ƏQM-nin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. Eyni zamanda X3 adına xx.xx.1968-ci il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1964-cü il tarixdə Ağdam rayonu M.F.Axundov adına heyvandarlıq sovxozuna fəhlə kimi işə qəbul edilmiş (əmr № 114), xx.xx.1983-cü il tarixədək həmin sovxozda müxtəlif vəzifələrdə çalışmaqla öz ərizəsinə əsasən işdən azad edilmişdir. (əmr № 89). Daha sonra xx.xx.1985-ci il tarixdə yenidən həmin sovxoza qayıdaraq 15 saylı briqdaya podratçı-fəhlə vəzifəsinə işə qəbul edilmiş, daha sonra isə (xx.xx.1986-cı il tarixdə, əmr №226) həmin briqadaya briqadir vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə ərizəçiyə ünvanlanan məktubdan görünür ki, Ərizəçi “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən tələb olunan əmək stajı olmadığından və fərdi hesabında toplanan pensiya kapitalı minumum əmək pensiyası məbləğindən yüksək pensiya təminatına imkan vermədiyindən onun yaşa görə əmək pensiyası hüququnun olmadığı bildirilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, Ağdam rayonunda ərizəçi ilə qonşu kəndlərdə yaşamalarına baxmayaraq, Ərizəçi ailəsini tanımışdır. Belə ki, ərizəçinin atası, eyni zamanda özü də çoban olmuşdur. Ərizəçi də atası ilə birlikdə uşaqlıqdan çobanlıq etmişdir. Ağdam rayonunda yerləşən X12 adına olan sovxoz əvvəl heyvandarlıq daha sonralar isə üzümçülüq adlandırılsa da, həm üzümçülük, həm heyvandarlıq, həm də digər sahələr üzrə ixtisaslaşmışdır. O özü 1964-cü ildə X12 adına Ağdam rayon heyvandarlıq sovxozuna fəhlə kimi işə qəbul olunub və müxtəlif vaxtlarda həmin sovxozdan işdən azad olub başqa yerdə işləmiş, sonradan yenə də həmin sovxoza qayıdaraq 1993-cü ilədək həmin sovxozda uzun müddət işləmişdir. Onun sovxozda sonuncu vəzifəsi “briqadir” olmuşdur. Həmçinin bildirmişdir ki, 1993-cü ilin iyun ayının 16- da məcbur olub Ağdam rayonundan çıxdıqlarından əmək kitabçasında 1986-cı ildən sonrakı illərdə həmin sovxozda işləməsi bağlı qeydlər aparılmamışdır. Ərizəçi isə həmin sovxozun fermasında işləmiş və həmin fermanın heyvanlarının otarılması ilə məşğul olmuşdur. Ərizəçi təxminən 1972-ci və 1973-cü illərdə həmin sovxoza rəsmi işə düzəlmiş və məcburi köçkün düşənədək onunla birlikdə həmin sovxozda işləmişdir. Digər şahid X4 ifadəsində bildirmişdir ki, o, Ağdam rayonunda ərizəçi ilə bir sinifdə oxumuş və bir kəndlidirlər. Fazilin atası çoban olmuş, Fazildə uşaqlıqdan atasına köməklik etmişdir. O, 1975-ci ildə Ağdam rayonda yerləşən X12 adına olan sovxozun üzümçülük sahəsində fəhlə kimi işə qəbul olunmuş və 1988-ci ilin sentyabr ayına kimi orda işləmişdir. Sonra isə öz ərizəsi ilə işdən çıxmış və Ağdam rayonunda yerləşən digər idarədə sürücü kimi işləmişdir. Ərizəçi isə ondan əvvəl həmin sovxozda işləməyə başlamışdır. Belə ki, o, sovxoza işə qəbul olunanda Fazil artıq 3- 4 il olardı ki, həmin sovxozda rəsmi işləyirdi. Həmçinin bildirmişdir ki, işdən 1988-ci ildə azad olmasına baxmayaraq qeyd edir ki, Ərizəçi Ağdam rayonu işğal olunanadək həmin sovxozda çoban vəzifəsində işləmişdir. Belə ki, bir kənddə yaşadıqlarından və Fazillə yaxın münasibətləri olduqlarından bu barədə məlumatlıdır. Belə ki, hətta Fazili ailəsi ilə birlikdə o, yük avtomobili ilə Ağdam rayonundan məcburi tərk etməsində də yardım etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 305, 307 və 308-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir (maddə 87). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlsə də, ərizəçinin ərizəsində tələbinin qeyd olunan şəkildə qoyulmasında hüquqi marağının nədər ibarət olduğunu tam olaraq aydınlaşdıra bilməmiş və nəticədə qətnamənin nəticə hissəsində qeyri-müəyyənliyə yol vermişdir. Belə ki, apellyasiya baxışı zamanı Ərizəçi ərizə verərək bildirmişdir ki, birinci instansiya məhkəməsində xx.xx.2019-cu il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərkən 1973-cü ildən 1993-cü ilə kimi işləmə faktının müəyyən edilməsini xahiş etmiş və həmin müddətin hüquqi fakt olaraq müəyyən edilməsini tələb edərkən ilk dəfə iddia ərizəsi verərkən iddia ərizəsində göstərdiyi müddətin, yəni xx.xx.1973-cü ildən xx.xx.1993-cü ilə kimi olan müddəti nəzərdə tutmuşdur. Buradan belə nəticəyə gəlmək olur ki, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə məqsədi xx.xx.1973-cü ildən xx.xx.1993-cü ilə kimi müvafiq sovxozda işlədiyi müddətin onun sığorta stajına daxil edilməsi üçün həmin müddətin fakt olaraq müəyyən edilməsi ilə bağlı olmuşdur. İş materiallarında olan Ağdam rayon X10 M.F.Axundov adına üzümçülük sovxozu tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi həqiqətən də 1973-cü ilin iyul ayının 1-dən 1993cü ilin iyun ayının 16-na kimi sovxozun qoyunçuluq briqadasında çoban işləmişdir. Qeyd olunması zəruridir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə məhkəmə qətnaməsinin nəticə hissəsi tam və dəqiq olmalıdır. Hazırki iş üzrə birinci instansiya məhkəməsi qətnamənin nəticə hissəsində “Ərizəçi 1973-cü il tarixdən 1993-cü il tarixədək Ağdam rayonu M.F.Axundov adına üzümçülük sovxozunda çoban işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”ni qeyd etməklə qeyri-müəyyənliyə, qeyri-dəqiqliyə yol vermişdir ki, bu da sonradan məhkəmə qətnaməsinin icra olunmasında, ərizəçinin hüquqi marağında olduğu əmək stajının onun sığorta stajına daxil edilməsini tələb etdiyi müddətin və həmin dövr üçün müvafiq orqan tərəfindən pensiya məbləğinin hesablanmasında maneələr törədəcəkdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilərək, Ərizəçi xx.xx.1973-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayonu M.F.Axundov adına üzümçülük sovxozunda çoban işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxsin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2782/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilsin. Ərizəçi xx.xx.1973-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayonu M.F.Axundov adına üzümçülük sovxozunda çoban işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər İsmayıl Xəlilov İlham Kərimli
Məhkəmə qərarları › İş №2(103)-14681/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-14681/2019
25.12.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver