Məhkəmə qərarları › İş №2(103)-147/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-147/2023

31.01.2023 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-147/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Asc-yə qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-147/2023 (Açar sözlər: sığorta ödənişi) Bakı şəhəri, 31 yanvar 2023-cü il Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2(006)-283/2016 saylı qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" ASC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:

1. İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC ilə onun arasında bağlanmış 20 iyul 2016-cı il tarixli BA 648444 saylı “Daşınmaz əmlakın icbari sığorta müqaviləsi”nə əsasən baş vermiş sığorta hadisəsi üzrə 25000 manat məbləğində sığorta ödənişinin, cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçıya məxsus əmlaka dəymiş əlavə zərərə görə 116548 manat məbləğinin, iddiaçıya vurulmuş mənəvi ziyanın əvəzi olaraq 10000 manat məbləğinin, əlavə xərclərin (qiymətləndirmə ekspertizaları, dövlət orqanlarına müraciət və s.) əvəzi olaraq 3000 manat məbləğinin onun xeyrinə, habelə ödənilmiş 31 manat dövlət rüsumunun ASC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, 20 iyul 2016-cı il tarixində "xxxx" ASC və onun arasında 1 (bir) il müddətinə BA 648444 saylı “Daşınmaz əmlakın icbari sığorta müqaviləsi” bağlanmışdır. Bu Müqavilə üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən əmlak cavabdeh tərəfindən sığortalanmışdır.2017-ci ilin yanvar ayının sonunda evin daxili divarlarından suyun sızdığını görüb, dərhal usta gətirmişdir. Usta suyun təzyiqi nəticəsində partlayışın baş verdiyini bildirdi və suyun axmasının qarşısını almışlar. Fevral ayının əvvəlində isə küçədən suyun qaynadığını görüb, dərhal "xxxx" ASC-nin 955 qaynar xəttinə məlumat vermişdir. 2017- ci ilin aprel ayında evin divarlarında çatların əmələ gəldiyini görmüş və bu barədə dərhal cavabdehə məlumat vermişdir. 29 aprel tarixində hadisə qeydə alınmışdır. Cavabdeh tərəfindən baxış keçirildikdən sonra ona sığorta müqaviləsinin ancaq yanğın hadisələrini əhatə etdiyi və istilik sistemi kimi istifadə olunan samovarın düzgün yerdə yerləşmədiyinə görə su sızması olduğunu və bunun sığorta hadisəsi hesab olunmadığı bildirilmişdir. "xxxx" ASC-nin ona ünvanlanan 19 iyun 2017-ci il tarixli 07/03- 3/1/10034 saylı cavab məktubunda qeyd olunmuşdur ki, həqiqətən tərəfindən "xxxx" ASCyə evin yaxınlığında yerləşən boru ilə əlaqəli müraciət edilmiş və su təchizatı xəttində baş vermiş qəza dərhal aradan qaldırılmışdır. Bundan sonra cavabdeh şifahi qaydada 6250 manat məbləğində sığorta ödənişi edə biləcəyini ona bildirmişdir. Maliyyə Bazarlarına Nəzarət Palatasının məsləhəti ilə 08 iyun 2017-ci il tarixində evə dəymiş zərərin qiymətləndirilməsi üçün müstəqil ekspertə müraciət etmiş və həmin qiymətləndirmə şirkəti evə dəymiş zərərin 31100manat olmasını müəyyən etdi. Lakin cavabdeh ekspertizanın rəyi ilə razılaşmadı və ona evi özlərinin təmir edəcəklərini bildirdilər. O, bu təklif ilə razılaşmış, lakin təmirin hansı məbləğdə ediləcəyi ona bildirilmədi.2017-ci ilin iyul ayında sığorta müqaviləsinin müddətinin bitməsini nəzərə alaraq, həmin evi sığortalanması ilə bağlı cavabdeh ilə həm könüllü, həm də icbari sığorta müqavilələri imzalamışlar. Sonra cavabdeh tərəfindən “Azsurvey” LLC Azerbaijan şirkəti evdə əmələ gələn çatların hansı səbəbdən yaranması ilə bağlı müraciət edilmiş və bu şirkətin rəyində çatların yaranma səbəbi kimi evin düzgün inşa edilməməsi göstərilmişdir. Cavabdeh tərəfindən sığorta ödənişin vaxtında edilməməsi və evin təmir edilməməsi səbəbindən, 2017-ci avqust ayında həmin çatlar böyüməyə başladı, evin qapı və pəncərələri sıxıldı və evə dəymiş zərər artmağa başladı. Çatların hansı səbəbdən yaranmasının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azkommunlayihə” KLİ-nin xx.xx.2017-ci il tarixli rəyində göstərilmişdir ki, araşdırma aparılan zaman fərdi yaşayış evi qəzalı vəziyyətdədir və bunun səbəbi su borusunnan sızan su və evin vaxtında təmir edilməməsidir. Çatların əmələ gəlməsindən sonra bərpa gücləndirmə işləri aparılmadığından evin qəzalı vəziyyətə düşdüyü bildirilmişdir.xx.xx.2017-ci il tarixində həmin rəyi cavabdehə təqdim etmiş və 7 iş günü ərzində sığorta ödənişinin verilməsini tələb etmişdir. Lakin cavabdeh yenə öhdəliyini yerinə yetirmədi və o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Tikintidə Qiymətqoyma mərkəzinə müraciət edərək evə dəymiş zərərin qiymətləndirilməsini xahiş etmişdir. Qiymətqoyma mərkəzi öz rəyində çatların böyüməsi nəticəsində evin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar dəymiş zərərin artaraq 141548.38 manat məbləğində olduğunu qeyd etmişdir. O, həmin zərər aktını cavabdehə təqdim etmiş, lakin cavabdeh həmin məbləğlə razılaşmayaraq yenidən xx.xx.2018-ci il tarixində 6260 manat məbləğ ödəyə biləcəklərini bildirdilər. Bu məbləğin isə faktiki dəymiş zərərdən dəfələrlə az olduğundan xx.xx.2018-ci il tarixində yenə onlara həmin məbləğlə razilaşmadığını bildirdi.Ona və "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktublarında hər üç tərəfin iştirakı ilə evə dəymiş zərərin yenidən qiymətləndirilməsinin keçirilməsini tələb etmişdir. Lakin həmin məktubda cavabdeh qeyd etmişdir ki, qiymətləndirmə ilə razılaşmaya bilər. Göründüyü kimi sığorta hadisəsi baş verən andan 1 (bir) ildən artıq müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ona sığorta ödənişi edilməmiş, işin araşdırılması və digər müxtəlif bəhanələr ilə sığorta ödənişinin edilməsi yubadılmış və bunun nəticəsində ona həm maddi həm də mənəvi zərər dəymişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.Tağıyeva) 29 yanvar 2019-cu il tarixli, 2(006)-283/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, dəymiş ziyanın əvəzi olaraq 119.956.25 (bir yüz on doqquz min doqquz yüz əlli altı manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaitinin "xxxx" ASC-dən alınması və İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən tutularaq, dövlət büdcəsinə köçürülməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin "xxxx" ASC-dən alınaraq İddiaçı verilməsi qət edilmişdir.

4. Məhkəmənin qənaətinə görə iddiaçının "xxxx" ASC ilə onun arasında bağlanmış 20 iyul 2016-cı il tarixli BA 648444 saylı “Daşınmaz əmlakın icbari sığorta müqaviləsi”nə əsasən baş vermiş sığorta hadisəsi üzrə 25000 manat məbləğində sığorta ödənişinin cavabdehdən tutulması” tələbinə dair iddiası həmin hissədə təmin edilə bilməz. Belə ki, 20 iyul 2017-ci il tarixində iddiaçı ilə "xxxx" ASC arasında əmlak sığortası üzrə sığorta müqaviləsi bağlanmışdır. 28 avqust 2017-ci il tarixində iddiaçı ASC-yə müraciət edərək sığortalanmış yaşayış evinə zərər dəyməsi barəsində məlumat vermişdir. Lakin 2016-cı il tarixində yağış sularının axması ilə baş vermiş subasma hadisəsi nəticəsində 2017-ci ilin aprel ayından etibarən iddiaçının yaşadığı evin divarlarında çatlar əmələ gəlmiş və əmlakına zərər dəymişdir. Baş vermiş hadisə əmlakının sığortalandığı sığorta müqaviləsinin qüvvəyə minmə tarixindən əvvəl baş vermiş və sığorta müqaviləsinin müddətini əhatə etmir. Sığorta hadisəsi Azərbaycan Respublikası MM-nin 922.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya olunana və ya digər faydalanan şəxsə ödənilməsi üçün əsas olan sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal hesab edildiyindən, yuxarıda sözügedən hadisə sığorta hadisəsi hesab edilmir və bu hadisə üzrə heç bir sığorta təminatı nəzərdə tutula bilməz. Odur ki, iddia həmin hissədə rədd edilməlidir. Bununla belə, məhkəmə Mülki Məcəllənin 21.1-ci, 1096.1-ci və 1097.1-ci maddələrinə və yuxarıda qeyd olunan ekspertiza rəyinə istinadən hesab etmişdir ki, cavabdeh tərəfindən vurulmuş zərərin məbləği məhz 119956.25 manat müəyyən edilməli və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddianın mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı məhkəmə hesab etmişdir ki, iddiaçının həmin tələbinin təmin edilə bilməsi üçün mötəbər sübutlar təqdim etmədiyindən, həmin hissədə iddia rədd edilməlidir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat a) Apellyasiya şikayətinin dəlilləri

5. Həmin qətnamədən iddiaçı və cavabdeh narazı qalmış və ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) 18 may 2021-ci il tarixli, 2(103)-87/21 nömrəli qətnaməsi ilə İddiaçı və cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 yanvar 2019cu il tarixli, 2(006)-283/2016 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdeh "xxxx" ASC və maraqlı şəxs "xxxx" ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi və s. barədə iddiasının qismən təmin edilməsi, dəymiş ziyanın əvəzi olaraq 119.956,25 (bir yüz on doqquz min doqquz yüz əlli altı manat iyirmi beş qəpik) manat, iddiaçıya dəymiş mənəvi zərərə görə 2000 (iki min) manat, əlavə xərclərə görə ödənilmiş 3000 (üç min) manat məbləğində pul və ödənilmiş 50 manat dövlət rüsumu, cəmi 125006,25 (yüz iyirmi beş min altı manat iyirmi beş qəpik) məbləğində pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən alınaraq iddiaçı X3 verilməsi, cavabdeh "xxxx" ASC-dən 150 (yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

7. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi baş vermiş hadisəni sığorta hadisəsi kimi qəbul etməmiş, lakin zərərin tutulmalı olması barədə nəticəyə gəlmiş, bununla da sığorta təminatı ərzində baş verməyən hadisəyə görə zərərin tutulmalı olması barədə gəldiyi nəticə əsaslı olmamışdır. İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu,Gəncəprospekti 377 ünvanında yerləşən yaşayış evi (daşınmaz əmlak) BA648444 saylı, xx.xx.2016-cı il tarixli Daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsi ilə 25.000 manat sığorta haqqı müqabilində "xxxx" ASC tərəfindən sığortalanmışdır. İddiaçı qeyd edilən ünvanda ümumi su xəttində baş vermiş partlayış nəticəsində daşınmaz əmlaka dəymiş ziyana görə sığorta ödənişinin edilməsi üçün cavabdehə sığorta tələbilə müraciət etmişdir (işin bu halını cavabdeh mübahisələndirmir). Lakin sığorta məbləği ilə bağlı tərəflər arasında mübahisə olduğu üçün sığorta ödənişi həyata keçirilməmişdir. Cavabdeh həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində verdiyi izahatlarda sığorta hadisəsinin baş verdiyini qəbul edərək, iddianı qismən qəbul etmişdir. Kollegiya işin müəyyən edilmiş göstərilən hallarına əsaslanaraq hesab etmişdir ki, sığorta hadisəsi baş vermiş və cavabdeh sığorta hadisəsinə görə xx.xx.2016-cı il tarixli Daşınmaz əmlakın icbari sığorta müqaviləsinə görə sığorta ödənişi üçün məsuliyyət daşıyır. Kollegiya iddia tələbinin dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı hesab etmişdir ki, həmin tələb də əsaslıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçının sığorta etdirdiyi daşınmaz əmlak su xəttində baş vermiş qəzadan sonra yaranmış,qəza nəticəsində evdə çatlar əmələ gəldikdən sonra bərpa gücləndirmə işləri aparılmadığından, qəzalı vəziyyətə düşmüşdür. Yəni cavabdeh tərəfindən sığorta ödənişi vaxtında edilmədiyindən, qəzanın nəticələri vaxtında aradan qaldırılmamış, bunun nəticəsində də iddiaçı əlavə zərərə məruz qalmışdır. Bu da cavabdehin hüquqa zidd əməli kimi qiymətləndirilməlidir. Kollegiya hesab etmişdir ki, iddiaçı 2017-ci ilin fevral ayından pozulmuş hüquqlarının bərpası üçün müraciət etsə də, hüququ bərpa olunmamış, qəzalı vəziyyətdə olan yaşayış sahəsindən istifadə edə bilməmiş və bunun nəticəsində də mənəvi iztirab və sarsıntı keçirmişdir. Bu da cavabdehin qanunsuz hərəkəti və hərəkətsizliyi nəticəsində baş vermişdir. İddiaçının mənəvi zərərin əvəzi kimi 10.000 manat tələb etməsini kollegiya ağlabatan hesab etməyərək qeyd etmişdir ki, mənəvi zərərin 2000 manat müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir və eyni zamanda hesab edir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin əlavə xərclərin (dövlət orqanlarına müraciət, qiymətləndirmə ekspertizası və s.) əvəzi olaraq 3000 (üç min) manat məbləğinin ödənilməsi hissəsini də kollegiya əsaslı hesab edərək qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərlə tələb olunan məbləğin iddiaçı tərəfindən ödənilməsi öz təsdiqini tapır.

Kassasiya instansiyası məhkəməsində icraat:

8. "xxxx" ASC kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

9. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə (X4 (sədrlik edən və məruzəçi), X7 və X9) Kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-87/2021 nömrəli iş üzrə 18 may 2021-ci il tarixli qətnaməsi ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

10. Tərəflər arasında iki dəfə - 20 iyul 2016-cı ildən 19 iyul 2017-ci ilədək və 20 iyul 2017-ci ildən 19 iyul 2018-ci il tarixədək olan dövrü əhatə edən daşınmaz əmlakın icbari sığorta müqavilələri bağlanmışdır. Müqavilələrdə sığorta məbləği 25.000 manat göstərilmişdir. Eyni zamanda iddiaçının əmlakına münasibətdə sığorta hadisəsinin baş verməsi işdə mübahisə olunmur. Bununla belə, 2017-ci ilin əvvəlində su xəttində baş verən qəzaya görə iddiaçının evində çatların əmələ gəlməsi, habelə həmin ilin avqust ayından sonra çatların genişlənərək evin qəzalı vəziyyətə düşməsi haqqında işdə məlumatlar var. Məhkəmələr keçirdikləri ekspertizalarla iddiaçının evinə dəymiş zərərin ümumi həcmini 119.956,25 manat müəyyən etmişlər (§ 7-9, 15, 18).Apellyasiya instansiyası məhkəməsi həmin məbləğdə pulu cavabdehdən tutarkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının sığorta etdirdiyi daşınmaz əmlak su xəttində baş vermiş qəzadan sonra yaranmış, qəza nəticəsində evdə çatlar əmələ gəldikdən sonra bərpa gücləndirmə işləri aparılmadığından, ev qəzalı vəziyyətə düşmüşdür. Yəni cavabdeh tərəfindən sığorta ödənişi vaxtında edilmədiyindən, qəzanın nəticələri vaxtında aradan qaldırılmamış, bunun nəticəsində də iddiaçı əlavə zərərə məruz qalmışdır. Bu da cavabdehin hüquqa zidd əməli kimi qiymətləndirilməlidir. Məhkəmə, qətnaməsində həm sığorta münasibətlərinə, həm də mülkihüquq pozuntusu (deliktə) dair maddi hüquq normalarına istinad etmişdir. Kollegiya 119.956,25 manatın ümumi şəkildə zərər kimi (özü də bir qisminin delikt normaları əsasında) cavabdehdən tutulması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Ona görə ki, baş vermiş hadisəyə (hadisələrə) görə cavabdehin iddiaçı qarşısında məsuliyyətinin həcmi və əsası dəqiqliklə müəyyən edilməli, onun hüquqi əsasları aydın şəkildə göstərilməlidir. Bunun üçün iddiaçının əmlakına münasibətdə sığorta hadisəsinin nə vaxt və neçə dəfə baş verdiyi, hər bir sığorta müqaviləsinin əhatə etdiyi sığorta müddətinə daxil olub-olmadığı, sığorta hadisəsi nəticəsində (əgər birdən artıq sayda hadisə baş veribsə hər biri üzrə ayrı-ayrılıqda) əmlaka dəyən zərərin miqdarı, beləliklə cavabdehin sığorta müqavilələrindən irəli gələn öhdəliyinin həcmi müəyyən olunmalıdır. Bununla da, cavabdehdən tutulan məbləğin hansı hissəsinin sığorta müqavilələri əsasında verilməli olan sığorta ödənişini təşkil etməsi aydınlaşdırılmalıdır. Bununla yanaşı, iddiaçının bildirdiyi hallar nəzərə alınmaqla, sığorta müqavilələrində göstərilən sığorta məbləğindən artıq olan zərərə görə cavabdehin məsuliyyətinin hüquqi əsas(lar)ı yoxlanılmalıdır. Bu xüsusat üzrə cavabdehin mövqeyi ilə bağlı Kollegiya qeyd edir ki, sığorta şirkətinin müxtəlif şəxslərlə sığorta münasibətlərinə daxil olması, sığorta, azadolma və digər məbləğləri müəyyənləşdirməsi, sığorta ödənişlərinin həcmini razılaşdırması, onun gecikdirilməsinə görə qanunda müvafiq gecikdirmə faizinin nəzərdə tutulması və s. sığorta müqavilələri və sığorta qanunvericiliyi ilə tənzimlənən hüquq münasibətləridir. Bununla belə, sığortaçı, müqavilədən irəli gələn öhdəlik münasibətlərində borclu kimi də çıxış edir. Borclunun müqavilə öhdəliyini icra etməməsindən əmələ gələn zərərə görə məsuliyyət Mülki Məcəllənin öhdəliyə dair ümumi normalarında nəzərdə tutulmuşdur. Belə ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və s.) başa düşülür, öhdəliyini icra etməyən borclu, kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Sığorta müqaviləsindən yaranan öhdəliklərin pozulmasından və ya lazımınca icra edilməməsindən əmələ gələn zərərə görə sadalanan normalar əsasında sığortaçının borclu kimi məsuliyyəti qanunvericiliklə istisna edilməmişdir. O da nəzərə alınmalıdır ki, sığortaçının sığorta ödənişini gecikdirməsi nəticəsində yaranan zərərə görə məsuliyyət daşıması üçün həmin ödənişin verilməsindən imtinanın əsassız olması, əlavə zərərin sığortaçının öhdəliyini təqsirli şəkildə pozması nəticəsində əmələ gəlməsi, başqa sözlə həmin zərərlə sığortaçının hərəkətsizliyi arasında səbəbli əlaqə müəyyən edilməlidir. Apellyasiya məhkəməsi iddianı göstərilən həcmdə təmin edərkən onu əsas götürmüşdür ki, iddiaçının evində 2017-ci ilin avqust ayındakı qəzalı vəziyyət (həmin vəziyyətə görə müəyyən olunan 119.956,25 manat zərər) 2017-ci ilin əvvəlində yaranan çatların vaxtında aradan qaldırılmadığına (bərpa-gücləndirmə işləri aparılmadığına) görə yaranmışdır. Halbuki, işin məhkəmələr tərəfindən müəyyən edilən hallarından görünür ki, cavabdeh "xxxx" ASC, İddiaçı əmlakına dəyən zərəri 6.260 manat qiymətləndirsə də, sığortalı həmin məbləğlə razı olmamış, daha böyük məbləğdə ödəniş tələb etmişdir. Əgər 2017-ci ilin əvvəlində baş vermiş sığorta hadisəsinə görə yaranan zərər məbləği cavabdehin qiymətləndirdiyi və təklif etdiyi məbləğdən çox olmamışsa, yəni bu məbləğdən artıq həcmdə ödənişə görə imtina əsaslı olmuşsa, sözügedən çatların vaxtında aradan qaldırılmaması nəticəsində əmələ gələn zərər üçün sığorta şirkəti məsuliyyət daşıya bilməz. Buna baxmayaraq məhkəmə, 2017-ci ilin əvvəlində baş vermiş sığorta hadisəsi nəticəsində yaranmış zərərin həcmini dəqiqliklə müəyyən etməmiş, bundan asılı olaraq həmin hadisəyə görə cavabdehin sığorta ödənişini verməkdən imtinasının əsaslı olub-olmamasını araşdırmamışdır. Halbuki bu xüssuatlar müəyyən edilmədən cavabdehin sığorta məbləğindən artıq olan həcmdə zərərə görə məsuliyyət daşıması barədə gəlinən nəticə qanuni və əsaslı hesab edilə bilməz. Qeyd edilənlər ona dəlalət edir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən maddi hüquq normalarını tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

12. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verilməmişdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

15. Məhkəmə kollegiyası şikayətə maraqlı şəxs "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür

17. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

18. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

21. Maddə 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur.

22. Maddə 897.3. İcbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu:

23. Maddə 6.1. İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir.

24. Maddə 8.1. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir.

25. Maddə 10.1. Sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir.

26. Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.

27. Maddə 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.

28. Maddə 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.

29. Maddə 18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

34. X3 məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 saylı ev "xxxx" ASC tərəfindən 20 iyul 2016-cı il tarixdən 19 iyul 2017-ci il tarixədək 25.000 manat məbləğində sığortalanmışdır.

35. "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli məktubuna əsasən, xx.xx.2017-ci il, saat 11:14-də Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 ünvanının yaxınlığında su təchizatı xəttində baş vermiş qəza ilə bağlı Qaynar xətt (955) mərkəzinə edilmiş müraciət əsasında Xətai rayon Sukanal idarəsinin Su və Kanalizasiya şəbəkələri istismarı sahəsinin nümayəndələri tərəfindən həmin qəza aradan qaldırılmışdır.

36. "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli zərər aktına əsasən, İddiaçı məxsus evə dəymiş zərərin məbləği 31.100 manat müəyyən edilmişdir.

37. "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli məktubda göstərilmişdir ki, onun əmlakına dəyən zərər sığorta şirkəti tərəfindən 6.260 manat müəyyən edilmişdir. Lakin İddiaçı qeyd olunan məbləğlə razı olmadığını bildirmişdir. Bununla əlaqədar müstəqil ekspertlərdən birini seçərək şirkətə məlumat verilməsi xahiş olunmuş, eyni zamanda zərərin qiymətləndirilməsi prosesində sığorta şirkətinin və "xxxx" ASC-nin əməkdaşlarının iştirakının zəruri olması da bildirilmişdir.

38. İddiaçı "xxxx" ASC-yə ünvanladığı xx.xx.2018-ci il tarixli müraciətdən görünür ki, o, müstəqil ekspert dəvət etməkdən imtina etdiyini, mübahisənin həlli üçün məhkəməyə müraciət olunacağını bildirmişdir.

39. X3 məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 saylı ev "xxxx" ASC tərəfindən 20 iyul 2017-ci il tarixdən 19 iyul 2018-ci il tarixədək 25.000 manat məbləğində sığortalanmışdır.

40. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının xx.xx.2017-ci il tarixli, 356 nömrəli arayışına əsasən, İddiaçı müraciəti əsasında onun evinin yerləşdiyi əraziyə vizual mühəndis-geoloji baxış keçirilmiş, əraziyə düşən atmosfer yağıntıları və texnogen mənşəli suların yamac boyu süzülərək həmin ünvanın yerləşdiyi ərazidə toplanması səbəbindən və texnogen amillərin təsirindən torpaq qatında kiçik çatlar və deformasiyalar müşahidə olunmuşdur, təbii və texnogen amillərin təsirindən prosesin dinamikasında aktivləşmə proqnozlaşdırılmışdır.

41. FHN-nin TTNDA-nin “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş xx.xx.2017ci il tarixli mütəxəssis rəyinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planalma Ekspedisiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışa əsasən, fərdi yaşayış evində yaranmış çatlar xx.xx.2017-ci il tarixində su təchizat xəttində baş vermiş qəzadan (qəza barəsində "xxxx" ASC-nin 07/03- 3/1/10034 saylı məktubunda öz əksini tapmışdır) sonra yaranmış, qəza nəticəsində su binanın kürsü hissəsinə dolaraq qruntun fiziki- mexaniki xüsusiyyətini (geoloji arayışa əsasən) dəyişmişdir. Bunun da nəticəsində bünövrədə qeyri-bərabər çökmələr, yükdaşıyan divarlarda isə keçici çatlar əmələ gəlmişdir. Sözü gedən evdə çatlar əmələ gəldikdən sonra bərpa-gücləndirmə işləri aparılmadığından ev qəzalı vəziyyətə düşmüşdür. Fərdi yaşayış evinin texniki vəziyyəti qəzalıdır.

42. Xətai rayon MKTB-nin, 25 saylı MKİS-nin əməkdaşlarının tərtib etdikləri xx.xx.2017-ci il tarixli akta əsasən, sözügedən evə baxış zamanı evin fasadında, 1-ci mərtəbədə, dəhliz, mətbəx, hamam otağında, hamamın döşəməsində çatlar var, mətbəxdən həyətə çıxan qapı çökmə nəticəsində açılıb-bağlanmır, 2-ci mərtəbədəki dəhliz və mətbəxdə çatlar var, giriş qapısı çökmə nəticəsində açılıb-bağlanmır, evdə olan çatların gündəlik genişlənməsi müşahidə olunur.

43. "xxxx" ASC-nin İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı izahatına əsasən, 2016-cı il tarixində yağış sularının axması ilə baş vermiş subasma hadisəsi nəticəsində 2017-ci ilin aprel ayından etibarən yaşadığı evin divarlarında çatlar əmələ gəlmiş və əmlakına zərər dəymişdir. Sığorta şirkəti bildirmişdir ki, baş vermiş hadisə əmlakının sığortalandığı sığorta müqaviləsinin qüvvəyə minmə tarixindən əvvəl baş vermiş və sığorta müqaviləsinin müddətini əhatə etmir. Sığorta hadisəsi Azərbaycan Respublikası MM-nin 922.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya olunana və ya digər faydalanan şəxsə ödənilməsi üçün əsas olan sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal hesab edildiyindən, yuxarıda sözügedən hadisə sığorta hadisəsi hesab edilmir və bu hadisə üzrə heç bir sığorta təminatı nəzərdə tutula bilməz.

44. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Tikintidə Qiymətqoyma mərkəzinə müraciət edərək evə dəymiş zərərin qiymətləndirilməsini xahiş etmişdir. Qiymətqoyma mərkəzi xx.xx.2018-ci il tarixli məktubla təqdim etdiyi rəyində çatların böyüməsi nəticəsində evin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar dəymiş zərərin 141.548,38 manat məbləğində olduğunu qeyd etmişdir.

45. Birinci instansiya məhkəməsindəki icraatda keçirilmiş Məhkəmə mühəndis-texniki ekspertizasının 26 noyabr 2018-ci il tarixli 20368 saylı rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğu müəyyən edilmişdir. FHN-nin TTNDA-nin “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş xx.xx.2017- ci il tarixli mütəxəssis rəyinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planalma Ekspedisiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışına əsasən, fərdi yaşayış evində yaranmış çatlar xx.xx.2017-ci il tarixində su təchizat xəttində baş vermiş qəzadan (qəza barəsində "xxxx" ASC-nin 07/03- 3/1/10034 saylı məktubunda öz əksini tapmışdır) sonra yaranmış, qəza nəticəsində su binanın kürsü hissəsinə dolaraq qruntun fiziki-mexaniki xüsusiyyətini (geoloji arayışa əsasən) dəyişmişdir. Bununda nəticəsində bünövrədə qeyri- bərabər çökmələr, yükdaşıyan divarlarda isə keçici çatlar əmələ gəlmişdir. Sözü gedən evdə çatlar əmələ gəldikdən sonra bərpa-gücləndirmə işləri aparılmadığından ev qəzalı vəziyyətə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası FHN-nin TTNDA-nin Tikintidə Qiymətqoyma Mərkəzinin xx.xx.2018-ci il tarixli xx/xx-00124 saylı məktubuna əlavə edilmiş müqavilə qiymətləri və artım əmsallarının hesabatlarına əsasən 377 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə dəymiş ziyanın məbləği 119956.25 manat (ƏDV-siz) olduğu müəyyən edilmişdir.

46. Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2021-ci il tarixli 10/3610 saylı “əlavə məhkəmə tikinti- texniki ekspertizasının” keçirilməsinə dair rəyindən müəyyən edilir ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin bünövrəsində çökmələr, yükdaşıyan divarlarında iki tərəfli (keçici) çatların olduğu müəyyən edilir. FHNnin TTNDA-nin “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş xx.xx.2017- ci il tarixli mütəxəssis rəyinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planalma Ekspedisiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixində su təchizat xəttində baş vermiş qəzadan (qəza barəsində "xxxx" ASC-nin 07/03- 3/1/10034 saylı məktubunda öz əksini tapmışdır) sonra yaranmış, qəza nəticəsində su binanın kürsü hissəsinə dolaraq qruntun fiziki-mexaniki xüsusiyyətini (geoloji arayışa əsasən) dəyişmişdir. Bunun da nəticəsində bünövrədə qeyribərabər çökmələr, yükdaşıyan divarlarda isə keçici çatlar əmələ gəlmişdir. Sözü gedən evdə çatlar əmələ gəldikdən sonra bərpa-gücləndirmə işləri aparılmadığından ev qəzalı vəziyyətə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası FHN-nin TTNDA-nin Tikintidə Qiymətqoyma Mərkəzinin xx.xx.2018-ci il tarixli xx/xx-00124 saylı məktubuna əlavə edilmiş müqavilə qiymətləri və artım əmsallarının hesabatlarına əsasən 377 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə dəymiş ziyanın məbləği 119956.25 manat (ƏDVsiz) olduğu müəyyən edilmişdir.

Apellyasiya baxışının hədləri:

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

49. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən hesab edir ki, apelyasiya sikayətləri qətnamənin ləğvinə yönəldildiyindən, qətnamə tam yoxlanılmalıdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. İşin materiallarından görünür ki, İddiaçı özünə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 saylı fərdi yaşayış evində baş vermiş sığorta hadisəsi nəticəsində onun əmlakına zərər dəymiş (evində çatlar əmələ gəlmiş), cavabdeh sığorta ödənişini vaxtında ödəmədiyi üçün lazımi bərpagücləndirmə işlərini görə bilməmiş, bunun da nəticəsində çatlar böyümüş və evi yararsız vəziyyətə düşmüşdür. Ona görə də cavabdehdən sığorta ödənişindən əlavə ona dəyən zərərin əvəzinin ödənilməsini tələb edir.

51. İddiaçının tələbinin əsasını ilk öncə X3 məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 saylı ev "xxxx"ASC tərəfindən 20 iyul 2016-cı il tarixdən 19 iyul 2017-ci il tarixədək 25000 manat məbləğində sığortalanmış, azad olma məbləği 250 manat təşkil edən «Daşınmaz Əmlakın icbari sığortası şəhadətnaməsi, daha sonra isə fərdi yaşayış evinə dəymiş ziyanın məbləği 119956.25 manat (ƏDV-siz) Azərbaycan Respublikası FHNnin TTNDA-nin Tikintidə Qiymətqoyma Mərkəzinin xx.xx.2018-ci il tarixli xx/xx-00124 saylı rəyi təşkil edir.

52. Həmçinin işin materiallarından görünür ki, tərəflər arasında 20 iyul 2017-ci ildən 19 iyul 2018-ci il tarixədək olan dövrü əhatə edən, sığorta məbləği 25.000 manat göstərilmiş daşınmaz əmlakın icbari sığorta müqaviləsi də bağlanmışdır.

53. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 ünvanının yaxınlığında su təchizatı xəttində baş vermiş qəza ilə bağlı xx.xx.2017-ci il, saat 11:14-də Qaynar xətt (955) mərkəzinə edilmiş müraciət əməkdaşlar tərəfindən qeydiyyata alınmış və tədbir görülməsi məqsədilə aidiyyəti üzrə tapşırıq verilmişdir. Tapşırıq əsasında Xətai rayon Sukanal idarəsinin Su və Kanalizasiya şəbəkələri istismarı sahəsinin nümayəndələri tərəfindən su təchizatı xəttində baş vermiş qəza dərhal aradan qaldırılmışdır.

54. Bakı şəhəri Xətai rayon MKTB və 85 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli Aktdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 saylı fərdi yaşayış evinə baxış keçirilən zaman fərdi yaşayış evinin fasadında, birinci mərtəbəsində, dəhlizdə, hamamda, mətbəxdə çatlar olduğu, hamamın döşəməsinin yataraq çatladığı, mətbəxdən həyətə çıxan qapının çökmə nəticəsində açılıbbağlanmadığı, ikinci mərtəbədə dəhlizdə, mətbəxdə çatlar olduğu, ikinci mərtəbədə olan giriş qapısının çökmə nəticəsində açılıb-bağlanmadığı, evdə olan çatların gündəlik genişlənməsi müşahidə olunduğu müəyyən edilmişdir.

55. Bakı şəhəri Xətai rayon MKTB 85 saylı MKİS tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 731№-li arayışdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 saylı fərdi yaşayış evinə xx.xx.2017-ci il tarixdə Xətai rayon 85 saylı MKİS-də tərtib edilmiş akta əsasən onun evində su xəttində baş vermiş qəza nəticəsində mənzilə su axaraq ziyan dəymişdir.

56. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli hesabatdan görünür ki, əmlaka dəymiş zərər tərəflərindən 6260 (altı min iki yüz altmış) manat müəyyən edilmişdir.

57. Kassasiya instansiyası məhkəməsinin qərarında iddiaçının əmlakına münasibətdə sığorta hadisəsinin baş verməsi işdə mübahisə olunmaması göstərilsə də, işin materiallarından görünür ki, iddiaçı qeyd edilən ünvanda ümumi su xəttində baş vermiş partlayış nəticəsində daşınmaz əmlaka dəymiş ziyana görə sığorta ödənişinin edilməsi üçün cavabdehə sığorta tələbi ilə müraciət etməsini cavabdeh mübahisələndirmir, lakin görünən odur ki, sığorta məbləği ilə bağlı tərəflər arasında mübahisə olduğu üçün sığorta ödənişi həyata keçirilməmişdir.

58. İşin materiallarından həmçinin görünür ki, tərəflər arasında sığorta məbləği ilə bağlı mübahisə aradan qalxmadığı vəziyyətdə 20 iyul 2017-ci ildən 19 iyul 2018-ci il tarixədək olan dövrü əhatə edən, sığorta məbləği 25.000 manat göstərilmiş daşınmaz əmlakın yeni icbari sığorta müqaviləsi də bağlanmışdır.

59. Bundan sonra xx.xx.2017-ci il tarixli «zərər aktı»na əsasən aydın olur ki, X3 məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 saylı evə dəymiş zərərin məbləği 31100 manat müəyyən edilmişdir.

60. Daha sonra isə Azərbaycan Respublikası FHN-nin TTNDA-nin Tikintidə Qiymətqoyma Mərkəzinin xx.xx.2018-ci il tarixli xx/xx-00124 saylı məktubuna əlavə edilmiş müqavilə qiymətləri və artım əmsallarının hesabatlarına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə dəymiş ziyanın məbləği 119956.25 manat (ƏDV-siz) olduğu müəyyən edilmişdir.

61. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2018-ci il tarixli 20368 saylı “məhkəmə mühəndis-texniki ekspertizasının” keçirilməsinə dair rəyindən müəyyən edilir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğu müəyyən edilmişdir. FHN-nin TTNDA-nin “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş xx.xx.2017- ci il tarixli mütəxəssis rəyinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planalma Ekspedisiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışına əsasən, fərdi yaşayış evində yaranmış çatlar xx.xx.2017-ci il tarixində su təchizat xəttində baş vermiş qəzadan (qəza barəsində "xxxx" ASC-nin 07/03- 3/1/10034 saylı məktubunda öz əksini tapmışdır) sonra yaranmış, qəza nəticəsində su binanın kürsü hissəsinə dolaraq qruntun fiziki-mexaniki xüsusiyyətini (geoloji arayışa əsasən) dəyişmişdir. Bununda nəticəsində bünövrədə qeyri-bərabər çökmələr, yükdaşıyan divarlarda isə keçici çatlar əmələ gəlmişdir. Sözü gedən evdə çatlar əmələ gəldikdən sonra bərpa-gücləndirmə işləri aparılmadığından evin qəzalı vəziyyətə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası FHN-nin TTNDA-nin Tikintidə Qiymətqoyma Mərkəzinin xx.xx.2018-ci il tarixli xx/xx-00124 saylı məktubuna əlavə edilmiş müqavilə qiymətləri və artım əmsallarının hesabatlarına əsasən 377 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə dəymiş ziyanın məbləği 119956.25 manat (ƏDV-siz) olduğu müəyyən edilmişdir.

62. İş materiallarında olan ekspert Ş.Hüseynov, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi O.Qurbanov və İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli Aktdan görünür ki, tədqiq olunan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 saylı fərdi yaşayış evinə baxış keçirilən zaman fərdi yaşayış evinin ümumi sahəsi 214,5 kv.m olmaqla, 1-ci mərtəbənin 2 saylı otağının giriş qapısına əks olan divarda 4,5 kv.m hissədə çatlar və döşəmədə çökmələr müşahidə olunur. Fərdi yaşayış evi monolit beton konstruksiyalı örtüklü olub, mişar daşından inşa edilmişdir. Evin birinci mərtəbsinin bütün otaqlarında çatlar aşkar edildi. Bununla yanaşı eyni sahəsi olan 2-ci mərtəbədə də yerləşən otaqlarda çatların olduğu müəyyən edildi.

63. Kassasiya instansiyası məhkəməsi qərarında iddiaçının əmlakına münasibətdə sığorta hadisəsinin nə vaxt və neçə dəfə baş verdiyi, hər bir sığorta müqaviləsinin əhatə etdiyi sığorta müddətinə daxil olub-olmadığı, sığorta hadisəsi nəticəsində (əgər birdən artıq sayda hadisə baş veribsə hər biri üzrə ayrı-ayrılıqda) əmlaka dəyən zərərin miqdarı, beləliklə cavabdehin sığorta müqavilərindən irəli gələn öhdəliyinin həcmi müəyyən olunması, bununla da, cavabdehdən tutulan məbləğin hansı hissəsinin sığorta müqavilələri əsasında verilməli olan sığorta ödənişini təşkil etməsi aydınlaşdırılması kimi göstərişi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, ilk növbədə 2017-ci ilin əvvəlində baş vermiş sığorta hadisəsinə görə yaranan zərər məbləğinin cavabdehin qiymətləndirdiyi və təklif etdiyi məbləğdən çox olub-olmamasına qiymət verilməlidir.

64. Məhkəmə kollegiyası iddiaçının bildirdiyi hallar və kassasiya instansiyası məhkəməsinin göstərişlərinin nəzərə alınmaqla, sığorta müqavilələrində göstərilən sığorta məbləğindən artıq olan zərərə görə cavabdehin məsuliyyətinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, sığorta şirkətinin müxtəlif şəxslərlə sığorta münasibətlərinə daxil olması, sığorta, azadolma və digər məbləğləri müəyyənləşdirməsi, sığorta ödənişlərinin həcmini razılaşdırması, onun gecikdirilməsinə görə qanunda müvafiq gecikdirmə faizinin nəzərdə tutulması və s. sığorta müqavilələri və sığorta qanunvericiliyi ilə tənzimlənən hüquq münasibətləridir. Bununla belə, sığortaçı, müqavilədən irəli gələn öhdəlik münasibətlərində borclu kimi də çıxış edir. Borclunun müqavilə öhdəliyini icra etməməsindən əmələ gələn zərərə görə məsuliyyət Mülki Məcəllənin öhdəliyə dair ümumi normalarında nəzərdə tutulmuşdur. Belə ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və s.) başa düşülür, öhdəliyini icra etməyən borclu, kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Sığorta müqaviləsindən yaranan öhdəliklərin pozulmasından və ya lazımınca icra edilməməsindən əmələ gələn zərərə görə sadalanan normalar əsasında sığortaçının borclu kimi məsuliyyəti qanunvericiliklə istisna edilməmişdir.

65. Kassasiya instansiyasının göstərişinə əsasən sığortaçının sığorta ödənişini gecikdirilməsi nəticəsində yaranan zərərə görə məsuliyyət daşıması üçün həmin ödənişin verilməsindən imtinanın əsassız olması, əlavə zərərin sığortaçının öhdəliyini təqsirli şəkildə pozması nəticəsində əmələ gəlməsi, başqa sözlə həmin zərərlə sığortaçının hərəkətsizliyi arasında səbəbli əlaqə müəyyən edilməlidir.

66. Ali Məhkəmənin göstərişlərinin yerinə yetirilməsindən ötrü məhkəmə xx.xx.2022ci il tarixdə (cild- 2, səh-131) əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspert qarşısında xx.xx.2017-ci il tarixində baş vermiş birinci sığorta hadisəsi nəticəsində ikinci sığorta hadisəsi (xx.xx.2017) baş verənədək Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 337 saylı evə dəymiş zərərin həcmini müəyyən etmək mümkündürmü? - sualı qoyulmuşdur, lakin, xx.xx.2022-cil tarixində Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olmuş Məlumatdan görünür ki, sübutların təqdim edilməməsi səbəbilə ekspertiza aparılmasından imtina edilmişdir.

67. Tərəflərin iştirakı ilə məhkəmə iclasında nəyə görə ekspertə buna dair sübutlar təqdim edilməməsi araşdırıldıqda iddiaçı bildirmişdir ki, bu barədə yuxarı instansiya məhkəməsinin qərarında qeyd edilən göstərişləri hazırda icra etmək mümkün deyil, cünki birinci hadisədən sonra ikinci hadisə də baş verdiyindən hazırda birinci hadisə zamanı işdə əvvəlcədən mövcud olan sübutlardan başqa hər – hansı bir sübut təqdim etmək mümkün deyildir, cünki, sonradan ikinci hadisə baş vermişdir ki, bu zaman ev daha da pis vəziyyətə düşmüşdür.

68. Məhkəmə kollegiyası 2017-ci ilin əvvəlində baş vermiş sığorta hadisəsi nəticəsində yaranmış zərərin həcminin dəqiqliklə müəyyən edilməsi ilə əlaqədar kassasiya instansiyasının göstərişi ilə bağlı qeyd edir ki, hazırda daşınmaz əmlak ikinci sığorta hadisəsindən əvvəlki vəziyyətində olmadığından sözügedən zərərin həçminin dəqiqliklə müəyyən edilməsi qeyri-mümkündür.

69. Buna baxmayaraq, məhkəmə kollegiyası hesab edir ki, həmin vaxtı yaranan zərər məbləğinin cavabdehin qiymətləndirdiyi və təklif etdiyi məbləğdən çox olması iş materiallarında olan zərər aktı ilə müəyyən edildiyindən bu sənəd mötəbər sübut kimi qiymətləndirilməlidir.

70. Başqa sözlə, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli hesabat və 13 aprel 2018-ci il tarixli məktubunda iddiaçının ASC-yə müraciətinə cavab olaraq əmlaka dəymiş zərər tərəflərindən 6260 (altı min iki yüz altmış) manat müəyyən edilməsinin bildirilməsi ilə iddiaçının razılaşmaması özü-özlüyündə cavabdehin qeyd edilən hesabatının düzgün olmasının sübutu deyildir. Cavabdeh xx.xx.2017-ci il tarixli «zərər akt»ında göstərlən 31100 manat məbləğinin düzgün müəyyən edilməməsini təkzib edən sübutları təqdim etməmişdir.

71. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sığortaçının sığorta ödənişinin gecikdirilməsi nəticəsində yaranan zərərə görə məsuliyyəti məhz həmin ödənişin verilməsindən imtinanın əsassız olması ilə birbaşa bağlıdır və 2017-ci ilin əvvəlində baş vermiş sığorta hadisəsi nəticəsində yaranmış zərərin həcmi xx.xx.2017-ci il tarixli «zərər akt»ında göstərlən 31100 manat məbləği düzgün hesablanmış məbləğ kimi qəbul edilməlidir.

72. Kollegiyanın qənaətinə görə iddiaçının sığorta etdirdiyi daşınmaz əmlak su xəttində baş vermiş qəzadan sonra yaranmış, qəza nəticəsində evdə çatlar əmələ gəldikdən sonra bərpa gücləndirmə işləri aparılmadığından, ev qəzalı vəziyyətə düşmüşdür ki, bu da 20 iyul 2016-cı il tarixdən 19 iyul 2017-ci il tarixədək dövrü əhatə edən «Daşınmaz Əmlakın icbari sığortası şəhadətnaməsi»nin təsiri altına düşür.

73. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, cavabdeh tərəfindən sığorta ödənişi vaxtında edilmədiyindən, qəzanın nəticələri vaxtında aradan qaldırılmadan mövcud vəziyyətdə tərəflər arasında 20 iyul 2017-ci ildən 19 iyul 2018-ci il tarixədək olan dövrü əhatə edən, sığorta məbləği 25.000 manat göstərilmiş daşınmaz əmlakın yeni icbari sığorta müqaviləsi bağlandığından əvvəlki sığorta dövrünə təsadüf edən qəza nəticəsində evdə çatlar əmələ gəldikdən sonra bərpa gücləndirmə işləri aparılmadığından, sözügedən evin qəzalı vəziyyətə düşməsi də sözügedən sığorta müqaviləsinin təsiri altına düşür.

74. Bununla da baş vermiş hadisənin əmlakının sığortalandığı sığorta müqaviləsinin qüvvəyə minmə tarixindən əvvəl baş verməsi və sığorta müqaviləsinin müddətini əhatə etməməsinə dair cavabdehin dəlilləri təkzib edilir. Maraqlıdır ki, apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş sənədlərdən də görünür ki, cavabdeh tərəfindən iddiaçıya məxsus və artıq yaşayış üçün yararsız olan ünvan üzrə tərəflər arasında icbari sığorta üzrə yeni müqavilələr də tərtib edilməklə, sığorta münasibətləri davam etdirilir.

75. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən sığorta ödənişinin vaxtında edilməməsi, qəzanın nəticələrinin vaxtında aradan qaldırılmaması ilə (həmin zərərlə bağlı sığortaçının hərəkətsizliyi) iddiaçının əlavə zərərə məruz qalması arasında səbəbli əlaqə mövcuddur ki, bu da cavabdehin hüquqa zidd əməli kimi qiymətləndirilməlidir.

76. Ona görə də kollegiyanın qənaətinə görə iddiaçının evində 2017-ci ilin avqust ayındakı qəzalı vəziyyət (həmin vəziyyətə görə müəyyən olunan 119.956,25 manat zərər) 2017-ci ilin əvvəlində yaranan çatların vaxtında aradan qaldırılmadığına (bərpa-gücləndirmə işləri aparılmadığına) görə yarandığından cavabdeh sığorta hadisəsi nəticəsində iddiaçıya vurulmuş zərəri ekspertiza rəyləri ilə müəyyən edilmiş həddə, yəni, 119956,25 manat məbləğində iddiaçıya ödəməlidir

77. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir.

78. Həmin qərarda daha sonra göstərilmişdir ki, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”.

79. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini, Konstitusiya Məhkəməsinin məsələ ilə bağlı şərhini və Ali Məhkəmənin mübahisə edilən qərarla bağlı hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələbləri baxımından hüquqi qiymət verilərkən yuxarıdakı müzakirələrdən irəli gəlinən nəticədən qeyrisinə gəlmək mümkün olmur.

80. Kollegiya iddia tələbinin mənəvi zərərin ödənilməsi ilə bağlı aşağıdakıları qeyd edir:

81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir.Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir.

82. Həmçinin, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında deyilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X6 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

83. Kollegiya hesab edir ki, iddiaçı 2017-ci ilin fevral ayından pozulmuş hüquqlarının bərpası üçün müraciət etsə də, hüququ bərpa olunmamış, qəzalı vəziyyətdə olan yaşayış sahəsindən istifadə edə bilməmiş və bunun nəticəsində də mənəvi iztirab və sarsıntı keçirmişdir. Bu da cavabdehin qanunsuz hərəkəti və hərəkətsizliyi nəticəsində baş vermişdir.

84. İddiaçının mənəvi zərərin əvəzi kimi 10000 manat tələb etməsini kollegiya ağlabatan hesab etmir. Kollegiya işin hallarını nəzərə alaraq, mənəvi zərərin 2000 manat müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir və eyni zamanda hesab edir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

85. İddia tələbinin əlavə xərclərin (dövlət orqanlarına müraciət, qiymətləndirmə ekspertizası və s.) əvəzi olaraq 3000 (üç min) manat məbləğinin ödənilməsi hissəsini də kollegiya əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə tələb olunan məbləğin iddiaçı tərəfindən ödənilməsi öz təsdiqini tapır.

86. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124-cü maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

87. Qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsasən kollegiya hesab edir ki, iddiaçının təqdim etdiyi qəbzlər əsasında iddia tələbində tələb etdiyi əlavə xərclərə görə 3000 (üç min) manat cavabdehdən tutulub, iddiaçıya ödənilməlidir. Həmçinin kollegiya hesab edir ki, xx.xx.2018-ci il tarixli ekspertiza tədqiqatına görə 50 manat, 12 mart 2021-ci il tarixli ekspertiza tədqiqatına görə 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq, Ekspertiza Mərkəzinə ödənilməlidir.

88. İddiaçının apelyasiya məhkəməsinə təqdim etdiyi ərizədə göstərdiyi 12000 manat kirayə haqqı, 5436,20 manat əlavə xərclərlə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının iddia tələbində kirayə haqqı və ərizədə göstərdiyi əlavə xərclər tələb edilmədiyindən, həmin ərizənin təmin edilməsi üçün əsaslar yoxdur.

89. Kollegiya eləcə də qeyd edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 20 manat məbləğində pul Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

90. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

91. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

92. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405- ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q ə t e t d i:

İddiaçı və cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2(006)-283/2016 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" ASC və maraqlı şəxs "xxxx" ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi və s. barədə iddiası qismən təmin edilsin. Dəymiş ziyanın əvəzi olaraq 119956.25 (bir yüz on doqquz min doqquz yüz əlli altı manat iyirmi beş qəpik) manat, iddiaçıya dəymiş mənəvi zərərə görə 2000 (iki min) manat, əlavə xərclərə görə ödənilmiş 3000 (üç min) manat məbləğində pul və ödənilmiş 50 manat dövlət rüsumu, cəmi 125006,25 (yüz iyirmi beş min altı manat iyirmi beş qəpik) məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən alınaraq iddiaçı X3 verilsin. Cavabdeh "xxxx" ASC-dən 150 (yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar