Məhkəmə qərarları › İş №2(103)-1479/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1479/2023

27.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1479/2023 27.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, 2(005)-2214/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 oktyabr 2022ci il tarixli qərardaddan Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli (İş № 2(005)- 2214/2020) qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı irəli sürdüyü iddianın qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018ci il tarixli qətnaməsi (İş № 2(105)-1735/2018) ilə Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan aliment məbləğinin dəyişdirilməsi, xx.xx.2007-ci il təvəllüdlü Nurayın və xx.xx.2013-cü il təvəllüdlü Fidanın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh ümumi qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında alimentin, qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan etibarən tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə (İş № 2(103)-2710/2021) ilə apellyasiya şikayətinin təmin edilməməsi və Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmiş və qətnamə üzrə verilmiş icra sənədi icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. Həmin İcra Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bundan sonra, yəni xx.xx.2022-ci il tarixdə İcra Şöbəsinin icra məmuru Vahid Məmmədov ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin alimentin tutulmasının hansı tarixdən başlanması ilə bağlı izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi xx.xx.2020-ci il tarixdə qüvvəyə minsə də, borclu həmin qətnamədən apellyasiya və kassasiya şikayətləri verdiyindən alimentin tutulmasının hansı məhkəmə aktının qüvvəyə mindiyi tarixdən hesablanmasında tərəflər arasında mübahisə yaranmışdır. “Qətnaməyə izah verilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə ərizəni təmin etməmişdir. İcra Şöbəsinin icra məmuru Vahid Məmmədov həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və “izah barədə” ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 230.1-ci maddəsinə görə, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. MPM-nin 230.3-cü maddəsinə görə isə qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Qeyd edilən prosessual hüquq normalarının mənasından göründüyü kimi, məhkəmə aktına o vaxt izah verilə bilər ki, onda qeyd edilmiş ifadə və tələblər aydın olmasın. İzah qətnamənin məzmunun dəyişdirilməsi ilə nəticələnməməlidir. Lakin izah verilməsi xahiş edilən qətnamədən görünür ki, qətnamədə aydın olmayan, anlaşılmayan ifadələrdən istifadə edilməmişdir. Qətnamə aydın və anlaşılandır. Qətnamənin izah edilməsi üçün əsas yoxdur. Bununla yanaşı Məhkəmə qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış qanuni qüvvəyə minmiş qətnamə var. Həmin qətnamənin nəticə hissəsindən birmənalı olaraq başa düşülür ki, yəni məbləğdə aliment həmin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq tutulmalıdır. Əgər qətnamənin qanuni qüvvəyə minməsinin müəyyən edilməsi ilə bağlı qeyrimüəyyənlik yaranıbsa, onda bu hal qətnaməyə izah verilməsi ilə deyil, qətnaməni qəbul etmiş məhkəmədən qətnamənin qüvvəyə minməsi ilə bağlı məlumatın (arayışın) alınması ilə aradan qaldırıla bilər. Yox əgər həmin qeyri-müəyyənlik icra sənədində qeyd edilən məlumatda (məlumatlarda) yol verilmiş yanlışlıq nəticəsində yaranıbsa, onda bu hal, həmin yanlışlığın aradan qaldırılması barədə müvafiq ərizənin həmin məhkəməyə verilməsi ilə aradan qaldırıla bilər. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 230, 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Maraqlı şəxs icra məmuru Vahid Məmmədovun şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 oktyabr 2022-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar