Məhkəmə qərarları › İş №2(103)-1481/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1481/2023

23.01.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1481/2023 23.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, prosessual müddətin bərpasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1468/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1468/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “işə bərpa və digər tələbinə dair” və əmək haqqı tələbinə dair” iddia ərizələri təmin edilməmişdir. İddiaçı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1468/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, eyni zamanda, apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1468/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmənin iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair İddiaçı ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1, 360-cı maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1468/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinin surəti xx.xx.2022-ci il tarixdə İddiaçı göndərilmiş, eyni zamanda onun elektron kabinetinə yerləşdirilmişdir və iddiaçı qətnamənin surətini xx.xx.2022-ci il tarixdə almış hesab olunur. Müddətin bərpasına dair ərizədə də göstərildiyi kimi, qətnamədən apellyasiya şikayəti verilməsi üçün son tarix xx.xx.2022-ci il tarixi olmasına baxmayaraq, iddiaçı X3 qətnamədən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Qətnamədən İddiaçı tərəfində apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş müddət ötürülməklə verildiyinə, müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim olunmadığına görə, müddətin bərpasına dair ərizə əsassız olduğundan təmin edilməməlidir. İddiaçı apellyasiya şikayətini məhkəməyə təqdim edərək, Yasamal rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardadı ləğv edərək, şikayət vermə müddətinin bərpa edilməsini və apellyasiya şikayətinə mahiyyəti üzrə baxılmasını xahiş etmiş və qeyd etmişdir ki, şikayət ona rəsmi şəkildə təqdim edilməmişdir və elektron kabinetdə 05 oktyabr tarixində oxunmamışdır. Qətnamə 05 oktyabr 2022-ci il tarixində təqdim edildiyi təqdirdə belə, (oxuma vaxtı həmin vaxt deyildir) müddətin axını 06 oktyabr tarixində başlanır ki, 1 aylıq şikayət vermənin son günü 06 noyabr tarixinə düşür. Həmin gün isə qeyri-iş gününə düşür.Nazirlər Kabinetinin qərarına əsasənisə 05 oktyabr qeyri-iş və 07 oktyabr iş günlərinin yerləri dəyişdirildiyindən 06, 07, 08 və 09 noyabr qeyri-iş günləri olmuşdur. Bu səbəbdən son şikayət vermə günü 10 noyabr olmalıdır. Hakimin bu məqama diqqət verməməsi onun işə hakim etikasına zidd olaraq işə obyektiv olaraq baxmamasına gətirib çıxarmışdır. Tərəfindən elektron sistemdə və elektron imzada olan problemlər səbəbi ilə şikayəti sadəcə 2 gün gec imzaladığını qeyd etsə də, məhkəmə bunu əsaslı hesab etməyərək müddəti bərpa etməkdən imtina etmiş,məhkəmə məhz gecikmənin hansı səbəbdən əmələ gəlməsini aydınlaşdırmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1468/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət (əsaslar olmadığına əsasən) təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-ci maddəsinə əsasən: Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məcəllənin 129-cu maddəsinə əsasən: 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Məcəllənin 135.5-ci maddəsinə əsasən: Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məcəllənin 135.6-ci maddəsinə əsasən: “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən qeyd edilməlidir ki, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Qeyd edilməlidir ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 128-146, 268, 269, 357, 360-366, 395,596, 385, 387, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal və subyektiv mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, ərizəçi prosessual müddətin bərpası barədə ərizə versə də, müddətin ötürtülməsinin üzrlü səbəbi kimi elektron sistemdə və elektron imzada olan problemlər səbəbi ilə şikayəti sadəcə 2 gün gec imzaladığını qeyd etsə də, ən azından, bunlara dair belə sübutlar təqdim etməmişdir. Halbuki, qeyri-iş günlərinə müddətin təsadüf etməsi elektron mübadilə vasitəsinə aid deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən: Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd edilənlərdən əlavə,Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəalarına əsasən diqqətə çatdırılmalıdır ki, 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10- 1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. 10-1.9. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1468/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar