Məhkəmə qərarları › İş №2(103)-1486/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1486/2021

28.01.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1486/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və mənzildən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-579/20 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 iddia tələbi təmin edilərək, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, yeni salınmış yaşayış kompleksi, F blok, mənzil 856 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddiaçının Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, yeni salınmış yaşayış kompleksi, F blok, mənzil 856 ünvanında yerləşən mənzilə köçürülməsi və yaşayış sahəsindən istifadə qaydalarını müəyyən edərək, mənzilin bir otağının iddiaçının istifadəsinə verilməsi və mənzilin mətbəxi, sanıtar qovşağı, dəhlizi və eyvanının ümumi istifadədə saxlanılmasına dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı məcburi köçkün olduğuna görə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə iddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 856 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, yeni salınmış yaşayış kompleksi, F bloku, mənzil 856 ünvanında yerləşən iki otaqlı, 88,65 kv.m sahəsi olan mənzil verilmişdir. İddiaçı Cavabdeh və iki uşağı ilə birlikdə həmin mənzilə köçərərək orada yaşamağa başlamışdır. Lakin bir müddət əvvəl cavabdehlə iddiaçı arasında münasibətləri pozulmuşdur və cavabdeh ata-anası ilə birlikdə mənzilin giriş qapısının qıfılını dəyişmiş və iddiaçının mənzil daxil olması mümkünsüz olmuşdur. Cavabdeh iddiaçını mənzili buraxmamışdır. Bunun nəticəsində iddiaçının hüquqları pozulmuş, o, yaşayış yerindən qanunsuz olaraq məhrum edilmişdir. İddiaçının digər yaşayış yeri yoxdur. İddiaçı qeyd etmişdir ki, mənzil iki otaqdan ibarətdir.Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halları nəzərə alınmamışdır, maddi və prosessual hüquq normaları pozulmuşdur. Bu və digər əsasları gətirərək, cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti qəbul etməyərək təmin olunmamasını, iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edən iddiaçının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, İddiaçı ilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti arasında xx xxxxxx 2018ci il tarixində 856 nömrəli “Xüsusi təyinatlı yaşayış shəsinin kirayə müqaviləsi”nin bağlanılmışdır. Həmin müqaviləyə əsasən kirayə verən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi ərazisində yeni salınmış yaşayış kompleksi, F bloku, mənzil 856 ünvanında yerləşən 2 otaqlı yaşayış sahəsini müvəqqəti yaşamaq üçün müvvəqəti olaraq kirayəçi İddiaçı sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqavilədə kirayəçinin ailə üzvləri kimi Cavabdeh, X4, X1 göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 3972 nömrəli rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən hündürmərtəbəli yaşayış kompleksinin, F blok, ümumi sahəsi 86,65 kv. Metr olan 856 nömrəli mənzilin naturada iki hissəyə bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2., 2.4, 2.9-cü bəndlərinin və metodik əsasların tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyil. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 91.1-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir: Həmin Məcəllənin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3.4-cü maddəsinə əsasən məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə bağlanılmış xx xxxxxx 2018-ci il tarixli 856 nömrəli “Xüsusi təyinatlı yaşayış shəsinin kirayə müqaviləsi”nə əsasən mübahisəli olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən hündürmərtəbəli yaşayış kompleksinin, F blok, ümumi sahəsi 86,65 kv. metr olan 856 nömrəli mənzildə yaşamaq hüququnu əldə etmişdir və Cavabdeh iddiaçının mübahisəli yaşayış sahəsində yaşamaq, həmin sahədən sərbəst istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəliləri qətnamənin ləğvi üçün əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar