Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1486/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası hakim Musayeva Cəmilə Ceyhun qızından sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin bağlanmış hesab edilməsi, vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7139/2023 saylı, 17 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Yusif qızı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, onunla X8 arasında Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi,ev 36 ünvanında yerləşən 106 saylı mənzilin alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi, həmin daşınmaz əmlakla bağlı Cavabdeh verilmiş vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1997-ci ildə ünvan 2 ünvanında yerləşən 106 saylı mənzili X3 7.500 (yeddi min beş yüz) ABŞ dollarına almışdır. X8 bununla bağlı ona notarial qaydada təsdiq olunmuş etibarnamə vermişdir. X1 həyat yoldaşı X4 mənzilin satılmasına yazılı qaydada razılıq ərizəsi vermiş və həmin ərizə də notarial qaydada təsdiq olunmuşdur. O, 1997-ci ildən ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Qeyd edir ki, mənzili alan zaman X8 mənzilə dair sənədlərini ona təqdim edəcəyini bildirmişdir. Bir müddət sonra o, mərhumdan sənədləri tələb etdikdə o, bəhanələr gətirərək sənədləri tapa bilmədiyini demişdir. Daha sonra isə ümumiyyətlə X8 ilə əlaqə saxlamaq mümkün olmamışdır. Mübahisəli mənzilin alqı-satqısını notarial qaydada rəsmiləşdirmək üçün notariusa müraciət etdikdə notarius X5 özünün iştirakı olmadan alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinin mümkün olmadığını bildirmişdir. Bu səbəbdən də o, ailə üzvləri ilə birlikdə X7 və onun ailə üzvlərini uzun illər axtarsa da, bu heç bir nəticə verməmişdir. Hal-hazırda da X5 qızı Cavabdeh ona və digər ailə üzvlərinə qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın olduğunu bildirərək mənzili tərk etməyini tələb edir. Cavabdeh iddia ərizəsində bildirmişdir ki, guya 1997-ci ildə mərhum atası ona mənzili müvəqqəti yaşamaq üçün verib. Daha sonra dəfələrlə ona xəbərdarlıq edərək mənzili boşaldıb tərk etməyini istəsə də iddiaçı buna məhəl qoymayaraq mənzildə yaşamağa davam etmişdir. Cavabdeh ona zəng edərək iddianı geri götürməyi üçün ona 10.000 (on min) manat pul verməyini tələb etmişdir. Daha sonra ona 30.000 (otuz min) manat ödəniş etməyini tələb etmişdir. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmək məcnburiyyətində qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7139/2023 saylı, 17 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddiaçı Cavabdehlər İddiaçı, X9, X11 və X6 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş ilkin olaraq Bakı Apellyasiya Məhkəməsinin hakimi Vahid Sadıqovun icraatına daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki işlər birləşdirilərək bir icraatda baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etməmişlər. Belə ki, iddiaçı Cavabdehlər İddiaçı, X9, X11 və X6 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli 2(011)-5311/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında xx.xx.2023-cü il tarixdə 2(103)-7292/2023 (2(103)-654/2024) iş nömrəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının (sədrlik edən hakim Vahid Sadıqov) icraatına daxil olmuş və icraatı hazırki mülk işə görə dayandırılmışdır. İddiaçı Cavabdeh qarşı “müqavilənin bağlanmış hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7139/2023 saylı, 17 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında xx.xx.2024-cü il tarixdə 2(103)-1486/2024 saylı iş nömrəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının (sədrlik edən hakim Cəmilə Musayeva) icraatına daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-654/2024 nömrəli 09 yanvar 2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdehlər İddiaçı, X9, X11 və X6 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli 2(011)-5311/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işin icraatı 2(011)-7139/2023 nömrəli mülki iş, yəni hazırki mülki iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Bu Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə kollegiyası, mülki-prosessual hüquq institutu olan “işlərin bir icraatda birləşdirilməsi”nin yuxarıda qeyd olunan iddia tələblərinə (mülki işlərə) münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan mübahisələrə mümkün olan qısa müddətlərdə baxılmasıprosessual qənaət prinsipi ilə uzlaşır. Beləliklə məhkəmə kollegiyası hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, iddiaçı ilə cavabdehin işlərin bir icraatda birləşdirilməsinə etirazı olmadığını, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Belə olan halda hazırda icraatda olan İddiaçı Cavabdeh qarşı “müqavilənin bağlanmış hesab edilməsi, vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair 2(103)-1486/2024 saylı mülki işə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Vahid Sadıqovun icraatında olan iddiaçı Cavabdehlər İddiaçı, X9, X11 və X6 qarşı “mənzildən çıxarılma” tələbinə dair 2(103)- 654/2024 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin bağlanmış hesab edilməsi, vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair 2(103)- 1486/2024 saylı mülki iş iddiaçı Cavabdehlər İddiaçı, X9, X11 və X6 qarşı “mənzildən çıxarılma” tələbinə dair 2(103)-654/2024 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilsin. Mülki işlərə 2(103)-654/2024 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-1486/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1486/2024
20.02.2024 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver