Məhkəmə qərarları › İş №2(103)-1492/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1492/2020

23.01.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1492/2020 23.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şamayev Elşad Yaquboviçin sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X16 ibarət tərkibdə, Məhkəmə iclas katibi X19 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət X14 və x İdarəsinə qarşı “əmək kitabçasının təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə qəbul edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(005)-4076/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət X14 və x İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 036506 saylı əmək kitabçasının ona qaytarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət X14 və x İdarəsi üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Dövlət X14 və X5 X10 üzrə rəis müavini vəzifəsinə xx xxxxxxxx 2007-ci il tarixli, 58-K saylı əmrlə qəbul olunmuş, xx xxxxxx 2009-cü il tarixli, 160-k saylı əmrlə x və X5 x İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. Rəisi X1 x İdarəsini ləğv etdirərək Baş idarə x və x İdarəsinin tərkibində keçmiş struktur və ştat vahidi saxlanılmaqla Kəşfiyyat x Bölümü yaratmışdır. Cavabdeh İdarə tərəfindən 1380-k saylı, xx xxxx 2014-cü il tarixli əmrlə iddiaçı işdən azad edilmiş, lakin bununla bağlı olan əmri iddiaçı xx xxx 2017-ci il tarixində imza ataraq təhvil almışdır. O, işdən azad olunarkən ona əmək kitabçası təhvil verilməmiş və bununla bağlı o, cavabdeh İdarəyə iki dəfə yazılı müraciət etmişdir. xx xxxxxx 2018-ci il tarixli son müraciətinə cavab olaraq verilmiş məktubda “İlk öncə bildiririk ki, eyni məzmunlu ərizənizə x və x idarəsinin xx.xx.2017-ci il tarixli, SOCAR**********0490075X00097 nömrəli məktubu ilə ətraflı cavab verilmişdir. Bir daha nəzərinizə çatdırırıq ki, x və xİdarəsinə qarşı qaldırdığınız “Əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair” tələbiniz Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən iştirakınızla araşdırılmış və işdən azad olunan zaman əmək kitabçanızın sizə təhvil verildiyi təsdiq edilmişdir. Yəni, x və x İdarəsi tərəfindən sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəliəsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq, əmək müqavilənizin ləğv edilməsi haqqında əmrin surəti və əmək kitabçanız, aparılmış son haqq-hesab ilə birlikdə (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli olan əmək haqqı) sonuncu işgünü Sizə verildiyi məhkəmə araşdırılması zamanı sübuta yetirilmişdir. Əlavə olaraq bildiririk ki, hər iki məhkəmə instansiyasının qətnamələrində qeyd olunduğu kimi, irəli sürdüyünüz iddia tələbiniz yalnız əsassız olan şifahi mülahizələrinizə əsaslandığından və bu tələbin irəli sürülməsi üçün qanunla müəyyən olunmuş iddia müddətini üzürsüz səbəbdən ötürdüyünüz üçün təmin edilməmişdir.” göstərilmişdir. Lakin cavabdeh İdarənin iddiaçıya ünvanladığı cavab məktubunda sözügedən qətnamələrdə əmək kitabçasının onun tərəfindən alınması sübuta yetirilməmişdir. Belə ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində dəfələrlə cavabdeh İdarənin təqdim etmiş olduğu və iş materiallarına əlavə edilmiş əmək kitabçasının təhvil verilməsi barədə cədvəlin təsdiq olunmuş surətində olan guya onun əmək kitabçasını təhvil almağı barədə atılmış imzanın onun olmadığını bildirmiş və bununla bağlı məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsi üçün yazılı və şifahi vəsatətlər vermişdir. Lakin vermiş olduğu vəsatətlər məhkəmələr tərəfindən nəzərə alınmamışdır. O, ali təhsilli bir mütəxəssis kimi əmək kitabçasının ona qərəzli şəkildə təqdim olunmaması ucbatından işsizdir və ailəsinə baxmaq iqtidarında deyildir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(005)- 4076/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsində iddiaçının əmək kitabçasının cavabdeh tərəfindən ona verilmədiyini sübut etməli olduğu halda, bunu edə bilməməsini, bunun əksinə olaraq, Azərbaycan Respublikası Əmək və X15 Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin Sabunçu Rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli məktubunun məzmunu ilə, əmək kitabçasının ona verildiyini qeyd etmişdir. Cavabdeh əmək kitabçasını iddiaçıya vermədiyindən, olmayan bir şeyin sübuta da ehtiyacı yoxdur. Azərbaycan Respublikası Əmək və X15 Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin Sabunçu Rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, **********2 nömrəli məktubda əmək kitabçasının iddiaçıda olduğu göstərilməyib və həmin məktubla, yalnız əmək kitabçasının surəti məhkəməyə təqdim edilib. Həmin kserosurətin Sabunçu Rayon Məşğulluq Mərkəzi tərəfindən hansı üsullarla və kimdən əldə edilməsi barədə məlumat yoxdur. Əmək kitabçası iddiaçıya verilmədiyinə görə, onun Sabunçu Rayon Məşğulluq Mərkəzinə təqdim etməsi qeyri-mümkündür. Cavabdeh məhkəməyə x və x İdarəsində “Əmək kitabçalarının hərəkəti” jurnalını təqdim edərək, əmək kitabçasının iddiaçıya rəsmi olaraq jurnala imza etdirilməklə verildiyini bildirmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş həmin jurnalda əmək kitabçasının verilməsi ilə bağlı iddiaçının adından edilmiş imza saxtalaşdırılmaqla yanaşı, Jurnalın özü də sonradan cavabdehin əməkdaşları tərəfindən tərtib edilmişdir. Belə ki, 2008-ci ildən 2012-ci il tarixinə, 2012-ci ildən isə 2014-cü ilədək x və x İdarəsində işə qəbul olunan və işdən azad edilən yüzlərlə əməkdaş olsa da, Jurnala diqqət yetiriləndə aydın olur ki, guya 2008-ci ildən 2012-ci ilədək işdən azad edilən və əmək kitabçası özünə qaytarılan əməkdaş ümumiyyətlə olmayıb. Eyni zamanda, 2012-ci ildən sonra da 2014-cü il tarixinədək, yəni iddiaçı işdən azad edilənədək Jurnalda heç bir qeyd aparılmamışdır. Bundan başqa, iddiaçı həmin Jurnalda adının qarşısında olan imzanın ona aid olmadığını və başqa şəxs tərəfindən icra edildiyini bildirərək, bu faktın müəyyən edilməsi məqsədi ilə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət versə də, məhkəmə tərəfindən vəsatətə heç bir hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Dövlət X14 və Geologiya İdarəsinin etibarnamə əsasında nümayəndəsi X17 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR-ın) x və x İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin xx xxxx 2017-ci il tarixli, 2(005)-5217/2017 nömrəli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-11307/2017 nömrəli qətnaməsi ilə, sonuncu qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(102)-2054/2018 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmış, iddiaçının müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət X14 və x İdarəsinin “Əmək kitabçalarının hərəkəti” jurnalından çıxarışa əsasən İddiaçı məxsus ******* nömrəli əmək kitabçası sonuncuya imza etməklə təhvil verilmişdir. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) x və x İdarəsi tərəfindən xx xxxx 2014-cü il tarixli, 1380-k saylı əmrlə işdən azad olunduqdan sonra ona məxsus əmək kitabçasının ona təhvil verilməməsi ilə bağlı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçı, iddiasının əsası kimi tərəflər arasında mövcud olan müqavilə münasibətlərinə istinad edir. Lakin, işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı istinad etdiyi halları sübut edə bilmir. Əksinə məhkəmə araşdırması zamanı tədqiq olunmuş sənədlərə əsasən həmin halların baş verməsi təkzib edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçıya məxsus əmək kitabçasının hazırda cavabdeh təşkilatda olması halı iş materialları ilə öz təsdiqini tapmır. Əksinə iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və X15 Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin Sabunçu rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, **********2 saylı məktubla müəyyən olunmuşdur ki, İddiaçı xx xxxx 2014-cü il tarixdə həmin Mərkəzdə işaxtaran kimi qeydiyyata alınmış, ona xx xxxxxx 2014-cü il tarixli 19 saylı əmrlə xx xxxxxx 2014-cü il tarixdən xx xxxxxx 2015-ci il tarixədək ayda 456,7 manat olmaqla işsizlik müavinəti təyin olunmuşdur. İddiaçı əmək kitabçası mərkəzdə olmadığına və ilkin müraciət zamanı əmək kitabçasının surəti mərkəzdə saxlanıldığına görə həmin surətlər məhkəməyə təqdim olunmuşdur. Yəni Azərbaycan Respublikasının Əmək və X15 Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin Sabunçu rayon Məşğulluq Mərkəzinin yuxarıda qeyd olunan məktubundan müəyyən olunur ki, iddiaçının həmin Mərkəzə müraciəti zamanı əmək kitabçası təqdim olunmuşdur. İddiaçının qeyd olunan sənədin onun tərəfindən Sabunçu rayon Məşğulluq Mərkəzinə təqdim edilməməsi, həmin haldan xəbərinin olmamasına dair apellyasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, iddiaçının Azərbaycan Respublikasının Əmək və X15 Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin Sabunçu rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyata alındığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2002-ci il tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş “İşsizlərin qeydiyyata alınması” Qaydalarının 1.1-ci bəndinə əsasən 15 yaşına çatmış hər bir vətəndaş yaşadığı ərazi üzrə şəhər, rayon məşğulluq mərkəzinə şəxsən aşağıdakı sənədləri təqdim etdikdən sonra işaxtaran kimi qeydiyyata alınır və ona işaxtaranın fərdi qeydiyyat vərəqəsi açılır: 1. şəxsiyyətini təsdiq edən sənəd; 2. əmək kitabçası (yaxud onu əvəz edən sənəd); 3. peşə və ya ixtisasını təsdiq edən sənəd (zəruri hallarda). Həmin Qaydaların 3.13-cü bəndinin birinci cümləsinə əsasən işsizlik müavinəti alan vətəndaşlar ayda bir dəfə əmək kitabçası (və ya onu əvəz edən sənəd) təqdim etməklə şəhər, rayon məşğulluq mərkəzində müvafiq qeydiyyat kitabında yenidən qeydə alınmalıdırlar. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və X15 Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin Sabunçu rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, **********2 saylı məktubunda iddiaçının əmək kitabçasının kimi tərəfdən Mərkəzə təqdim edilməsi bilavasitə qeyd olunmasa da, qanunvericilikdə işaxtaranın qeydə alındığı zaman, habelə sonrakı dövrdə hər ay əmək kitabçasını aidiyyəti məşğulluq mərkəzinə şəxsən təqdim etmək vəzifəsi müəyyən olunmuşdur. Onun həmin vəzifəsinin üçüncü şəxs tərəfindən icra olunması və həmin icranın Sabunçu rayon Məşğulluq Mərkəzi tərəfindən qəbul edilməsi qeyri-mümkündür. Belə ki, həmin üçüncü şəxs ən azı iddiaçının Mərkəzə müraciət etməsindən və sonuncudan bu sənədin tələb edilməsindən məlumatlı olmalı idi. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx xxxx 2014-cü il tarixdən işaxtaran kimi qeydiyyata alındığı üçün azı həmin tarixdən də əmək kitabçasının (onun surətinin) Məşğulluq Mərkəzinə təqdim edildiyi barədə məlumatlı olduğu halda, hazırki iddia ilə 5 il 5 aydan sonra məhkəməyə müraciət etmiş və bu halın səbəbini də izah edə bilməmişdir. Apellyasiya şikayətinin digər dəlilinə - “Əmək kitabçalarının hərəkəti” jurnalında olan imzanın iddiaçıya məxsus olmamasına da münasibət bildirərək, məhkəmə kollegiyası onu əsassız bilir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-11307/2017 nömrəli qətnaməsinin məzmunundan müəyyən olunur ki, iddiaçının əmək kitabçasını almaması, kitabda qeyd edilən imzanın ona məxsus olmaması Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(005)-5217/2017 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin müdafiəsi üçün irəli sürdüyü dəlillərdən biri olmuş və həmin dəlillər apellyasiya, sonradan isə kassasiya instansiyası məhkəmələri tərəfindən araşdırılaraq, əsassız hesab edilməklə şikayətlər təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X4rşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. X18 Məhkəməsi “X2rşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X13 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(005)- 4076/2019 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Elşad Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar