Məhkəmə qərarları › İş №2(103)-1492/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1492/2025

10.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1492/2025 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Bakı şəhəri 28 saylı Notariat ofisinə və xüsusi notarius Cavabdeh2 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X40) qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: miras əmlakda payların müəyyən olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X16 (sədrlik edən və məruzəçi), X35 və X12 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Bakı şəhəri 28 saylı Notariat ofisinə və xüsusi notarius Cavabdeh2 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X40) qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, e-2(006)- 3294/2024 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X40 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı2 və İddiaçı1 valideynləri X17 ilə X24 06 noyabr 1979-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar.

2. X9 04 noyabr 2020-ci il tarixdə vəfat etmişdir.

3. Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən verilmiş 06 may 2021-ci il tarixli, 2V- 74 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı2, İddiaçı1 və X17 "xxxx" ASC üzrə X3 hər birinin nominal dəyəri 0,27 manat olan 3976 ədəd adi adlı səhminə dair mirasdan bərabər hissələrdə irs almışlar.

4. Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən verilmiş 06 may 2021-ci il tarixli 2V- 75 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı2, İddiaçı1 və X17 Bakı şəhəri, Baş Səhiyyə İdarəsinin 9 nömrəli Qadın məsləhətxanasında mama-ginekoloq vəzifəsində işləmiş X3 vəfat etməsi ilə əlaqədar orta əmək haqqının 3 misli qədəri müavinat 966,92 manat məbləğində pul vəsaitinə dair mirasdan bərabər hissələrdə irs almışlar.

5. X17 19 mart 2022-ci il tarixdə vəfat etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 2(102)- 1010/2024 nömrəli qərarına əsasən, iddiaçı X25 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı X8 onun atası olması faktının (atalığın tanınması) müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(103)- 3526/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. "X50” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 25 aprel 2016cı il tarixdən X8 mülkiyyətində olmuşdur.

8. Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 26 avqust 2024- cü il tarixli məktubuna və məktuba əlavə edilmiş sənədlərə əsasən: - Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 67, mənzil 3a ilkin olaraq X7 adına qeydiyyatdan keçmişdir. Sözügedən mənzil Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontorunun 3M-628 reyestr nömrəli, xx.xx.1999-cu il tarixli dəyişmə müqaviləsinə əsasən X8 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. -Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 67 ünvanında yerləşən qeyriyaşayış binasına (qaraj) dair Səbail Rayon İcra Hakimiyyətinin 198 nömrəli, xx.xx.2003-cü il tarixli sərəncamına əsasən X8 adına ilkin texniki pasport tərtib edilmişdir. - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ağamalıyev küçəsı, ev 12, mənzil 07 ilkin olaraq X14 adına qeydiyyatdan keçmişdir. Sözügedən mənzil Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli, 4Ə-1075 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X8 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Bakı şəhəri, Binəqədi rayonu, Rəsuzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 22/24, mənzil 99 ilkin olaraq X32 adına qeydiyyatdan keçmişdir. Sözügedən mənzil Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontorunun xx.xx.1992-ci il tarixli, D4-1136 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən X13 adına qeydiyyatdan keçmişdir. Daha sonra həmin mənzil Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontorunun D1-19 reyestr nömrəli, xx.xx.1994-cü il tarixli dəyişmə müqaviləsinə əsasən X15 adına qeydiyyatdan keçmişdir. Adıçəkilən mənzil Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontorunun 2V-97 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X23 adına qeydiyyatdan keçmişdir. Sonra isə qeyd edilən mənzil Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontorunun 4Ə-02- 291 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli alqısatqı müqaviləsinə əsasən X8 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

9. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 12 sentyabr 2024-cü il tarixli, 02/928 saylı məktubunda qeyd olunmuşdur ki, ünvan 3 ünvanında 813.6 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 146.01 m2 olan, 6 otaqlı, 2 mərtəbəl fərdi yaşayış evi 23.06 2016 cı il tarixdə Naxçıvan Şəhər 1-ci DNK-nın 31.08 2004-cü il tarixli, 4/Ə-610 nömrəli və 22.06.2:016 cı il tarixli, 4/Ə-347 nömrəli bağışlama müqavilələri və 555 inventar nömrəli texniki pasport əsasında daşınmaz əmlakın dövlət reyestrində X8 adına qeydiyyata alınmışdır. Fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinin 429,1 m2 hissəsi Çingiz Əliquliyevin anası X4, torpaq sahəsinin 323,84 m2 hissəsi isə X18 mülkiyyətində olmuşdur.

10. Bakı şəhəri, Binəqədi rayonu, Rəsuzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 22/24, 99 nömrəli mənzil X8 mülkiyyətindədir.

11. "xxxx" ASC-nin BB-09 0067 nömrəli səhminin surətinə və Səhmlərin alqı-satqı və broker xidmətlərinin göstərilməsi haqqında müqavilələrin surətlərinə əsasən, X8 "xxxx" ASC-də 2550 ədəd səhmi vardır.

12. "xxxx" ASC-nin 02 sentyabr 2024-cü il tarili məktubuna əlavə edilmiş razılaşmanın və hesabdan çıxarışın surətinə əsasən, X8 "xxxx" ASC-də olan depozit hesabına 07 oktyabr 2020-ci il tarixdə 9400 manat və 455 manat məbləğində əmanət yerləşdirmişdir

13. Cavabdeh Bakı şəhəri 28 saylı Notariat Ofisinin 09 iyul 2024-cü il tarixli, 390 saylı məktubuna əsasən, mərhum X10 ilə bağlı Bakı şəhəri 28 saylı notariat ofisində vərəsəlik işi açılmış və xx.xx.2021-ci il tarixli 2V-74 və 2V-75 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrə əsasən X19, İddiaçı1 və İddiaçı2 vərəsə kimi tanınmışdılar. Mərhum X3 adına əmlaka dair əlavə sənəd təqdim olunduğu təqdirdə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsi məsələsinə baxılacaqdır. Bu barədə İddiaçı1 bildirilmişdir.

Birinci instansiya məhkəməsində icraat

14. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh xüsusi notarius Cavabdeh2 və üçüncü şəxs X30 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X17 və X3 birgə nikah dövründə əldə etdikləri və qanun üzrə ½ payla X5 məxsus olmuş aşağıda sadalanan əmlaklara dair İddiaçı2 və İddiaçı1 qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir: - Bakı şəhəri, Səbail rayonu Neftçilər prospekti ev 67 mənzil 3A; -** OV *** dövlət qeydiyyat nişanlı X50 minik markalı avtomobil; - Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 67 saylı binanın həyətində yerləşən qeyri-yaşayış sahəsi 23,8 m2 torpaq sahəsi üzərində 19,7 m2 sahəsi olan qaraj; - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, Ağamaliyev küçəsi, 12 saylı evin 22 m2 yaşayış sahəsindən ibarət bir otaqlı 7 saylı mənzil; - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsində istifadədə olan, 0,15688 ha torpaq sahəsində yerləşən 22/24 nömrəli 5 mərtəbəli binada 37,26 m2 ümumi, 17,98 m2 yaşayış sahəsindən ibarət 1 otaqlı, 99 nömrəli mənzil; - ünvan 4 ünvanında istifadədə olan 0,0813 ha torpaq sahəsində yerləşən 146 m2 yaşayış sahəsindən ibarət ev; - 2550 ədəd "xxxx" ASC-nin səhmi; - "xxxx" ASC-də 10293 manat məbləğində pul vəsaiti.

15. Sonradan iddiaçının nümayəndəsi iddia ərizəsinə dəqiqləşdirilməsi bardə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən göstərilən əmlaklar üzrə İddiaçı2 və İddiaçı1 qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehlər Bakı şəhəri 28 saylı notariat ofisinə və həmin ofisin notariusu Cavabdeh2 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddia işin yuxarıda qeyd olunan halları ilə əsaslandırılmış və qeyd olunmuşdur ki, anaları mərhum X9 04 noyabr 2020-ci il tarixdə vəfat etmiş və vərəsələri qismində iddiaçılar və onların ataları X11 Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. X9 və X8 birgə nikah dövründə əldə etdikləri, lakin X8 adına rəsmiləşdirilmiş aşağıdakı əmlaklar ümumi paylı mülkiyyətdə olduğu üçün həmin əmlaklar barəsində də vərəsəlik şəhadətnaməsi verilməli olduğu halda cavabdeh tərəfindən tələbdə qeyd edilən əmlaklar üçün qanun üzrə vərəsəlik şəhadətnamələri verilməmişdir. İddiaçılar qanun üzrə vərəsəlik şəhadətnaməsi almaqla yanaşı yuxarıda sadalanan əmlakları da faktiki olaraq sahiblik etməklə həmin əmlakları da miras kimi qəbul etmişlər. İddiaçıların atası X17 18 mart 2022-ci il tarixdə vəfat etmişdir. İddiaçılar atasının mirası ilə bağlı qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişlər. Hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X40 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1996-cı ildə Bakı şəhərində anadan olduğunu, anası X42, atasının doğum haqqında şəhadətnaməyə əsasən X41 olduğunu, lakin atasının əslində iddiaçıların atası X8 olduğunu iddia etmiş və məhkəmədən iddiaçıların atası X8 Nigar Zolinanın atası olması faktının müəyyən olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qüvvəyə minmiş yekun qərarına əsasən mərhum X2 Nigar Çingiz qızının atası olması faktı məhkəmə tərəfindən tanınmışdır. X1 cavabdeh tərəfindən aparılan vərəsəlik işində miras əmlaklar birgə nikah dövründə əldə edildiyi üçün X5 aid əmlaklar X8 əmlakından ayrılmalı və iddiaçılara X5 aid hissədə vərəsəlik şəhadətnaməsi verilməlidir.

17. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Vəkil2 bildirmişdir ki, bu iddia prosessual pozuntularla verilmişdir. 2020-ci ildə Xaliqa Əliquliyeva vəfat etmişdir və vəfat etdiyi gün də onun adına bank əmanəti kimi pul vəsaiti var imiş. Həmin pul vəsaiti tərəflərin razılığı ilə bərabər şəkildə bölünmüşdür. Bu birgə nikah dövründə əldə olunmuş vəsait olsa belə, mərhum Əliquliyev Çingiz də, digər iddiaçılar da miras əmlakı kimi bərabər şəkildə bölünməsini qəbul etmişlər. İllər keçmiş, vəziyyət dəyişmişdir. Başqa bir məhkəmə işində Əliquliyev Çingizin nikahdan kənar üçüncü qız övladının olması məhkəmə qaydasında təsbit olunmuşdur. İndi qarşı tərəf ona az əmlak qalsın deyə, qisasçılıq niyyəti ilə, onun subyektiv hüquqlarından sui-istifadə edərək, illər keçməsinə baxmayaraq bölünmüş, tamamlanmış vərəsəlik işinin yenidən açılmasına cəhd göstərmişlər. Hesab edir ki, notariusun cavabı çox doğru göstərilmişdir. Adına əmlakın olmadığı göstərilmişdir. İndi illər keçmiş, bu imtinadan məhkəməyə müraciət edərək ½ hissəsinin payının müəyyən olunmasını istəmişdir. Ər və arvad vəfat etmiş, bərabər paylar şəkildə bölünmüşdür. Əgər bərabər yox, Əliquliyev Çingiz ½ hissəsini özünə götürmüş olsa idi, ½ hissənin 1/3 hissəsi müəyyənləşdirilmiş olsa idi, başa düşülər ki, indi vətandaşlardır da, düşünə bilərlər ki, digər əmlak da var, o, açıq qalmışdır. Daha sonra ½ hissə mübahisələndirilməmişdir. Bu iddia qanunsuzdur və təmin oluna bilməz. Konstitusiya Məhkəməsinin Plenum qərarı da var ki, o vaxt bu hüquqdan istifadə olunmayıbsa, artıq istifadə oluna bilməz. Miras qoyanlar vəfat etmişdir. X39 adına olan əmlaka baxılır, onun da əmlakı var, əmlak hüquqları bəllidir. Qaraja münasibətdə qeyd edir ki, sərəncamla torpaq heç bir zaman əvəzli əqd kimi hesab olunmur. Kimin adından verilməsindən asılı olaraq onun mülkiyyəti sayılır, vərəsəlik də ümumi əsaslarla verilir, yəni, paylı mülkiyyət yoxdur, əvəzsizdir.

18. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, e-2(006)- 3294/2024 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq İddiaçı1 və İddiaçı2 valideynləri X9 və X6 miras qalmış və birgə mülkiyyət hesab olunan ** OV *** dövlət qeydiyyat nişanlı “X50” minik markalı avtomobil, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ağamaliyev küçəsi, ev 12, mənzil 7, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 67, mənzil 3A, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, ev 22/24, mənzil 99, "xxxx" ASC-də olan 2550 ədəd səhm və "xxxx" ASC-nin Azneft filialında X8 əmanət hesabında olan 9400 manat məbləğində pul vəsaitinin X5 aid ½ hissəsindən iddiaçıların hər birininin 1/3 hissə payı müəyyən edilərək həmin hissələrdə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 28 saylı Notariat Ofisinə həvalə olunması qət edilmişdir.

19. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 mərhum X9 ilə X8 birgə nikahlarından olan qızlarıdır. İddiaçıların anası - X9 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra, sağlığında ona məxsus Azərbaycan Beynəlxalq Bankı ASC-də hər birinin nominal dəyəri 0,27 manat olan 3976 ədəd adi adlı səhmi, habelə vəfat etməsi ilə əlaqədar orta əmək haqqının 3 misli qədəri müavinat olan 966,92 manat məbləğində pul vəsaiti, onun öldüyü məqamda sağ olan əri - X17, övladları- İddiaçı2 və İddiaçı1 tərəfindən qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr əsasında miras kimi qəbul edilmişdir. İddiaçıların atası X17 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra, sağlığında mülkiyyət hüququ üzrə ona məxsus olmuş iddia ərizəsində sadalanan daşınar və daşınmaz əmlaklar onun öldüyü məqamda sağ olan övladları- İddiaçı2 və İddiaçı1 miras qalmışdır. Daha sonra məhkəmənin qüvvəyə minmiş qətnaməsinə əsasən mərhum X8 hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X25 atası olması faktı məhkəmə tərəfindən tanınmışdır. Beləliklə, mərhum X8 birinci növbə vərəsələri İddiaçı2, İddiaçı1 və Zolina Nigar olmuşdur. Bundan sonra vərəsələrdən İddiaçı2 və İddiaçı1 miras əmlaklarla bağlı 2024-cü ildə ərizə ilə notariat ofisinə müraciət edərək, valideynləri - X17 ilə X3 birgə nikah dövründə əldə etdikləri əmlaklar üzrə analarından miras qalmış əmlaklar üzərində vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. ünvan 5 ünvanlanmış xx.xx.2024-cü il tarixli 277 nömrəli məktubu ilə X3 adına olan miras əmlaka dair hüquq müəyyənedici sənədlərin təqdim edildiyi təqdirdə vərəsəlik şəhadətnaməsinin verilməsi məsələsinə baxılacağı bildirilmişdir. İddiaçılar hazırki məhkəmə mübahisəsində valideynləri - X17 ilə X3 birgə nikah dövründə əldə etdikləri əmlaklardan analarına aid olan hissədən pay almağa nail olmaq istəyirlər və miras qalmış əmlaklara faktiki olaraq sahiblik etmələrinə əsaslanmaqla, həmin əmlaklara dair anaları X5 aid olan ½ hissədə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbini irəli sürürlər.

20. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 1243.3-cü maddəsinin tələbi baxımından, iddiaçıların analarının ölümü ilə ondan miras qalmış səhmlər və ölümlə bağlı müaviət üzrə qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında mirası qəbul etdiklərindən, iddiaçıların iddia ərizəsində sadalanan və onlardan ümumi birgə mülkiyyət hesab edilən əmlaklara da analarından miras qalmış hissədə vərəsəlik hüquqları yaranmış olur. Bu baxımdan iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları vərəsəlik hüququndan əmələ gəlir və cavabdehin nümayəndəsinin “bu hüquqdan istifadə olunmayıbsa, artıq istifadə oluna bilməz” barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, bu hüquq analarının vəfatından sonra atalarının sağlığında mübahisəli əmlaklarla bağlı müvafiq bölgünün həyata keçirilməməsi (payının müəyyən olunmaması və s.) ilə xitam olunmur. Bu hüquq yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Nəzərə alınmalıdır ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquqlar (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və s. əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə müvafiq olaraq vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada miras qoyanın miras əmlakına daxil olan əmlakın həcminin, o cümlədən birgə nikah dövründə əldə edilmiş əmlakın hüquqi rejiminin (ümumi mülkiyyət rejimi) müəyyən edilməsi vərəsəlik institutunun vacib aspektlərindən biridir. Aydın olduğu kimi vərəsəlik hüququ daha çox ailə münasibətləri ilə əlaqəlidir. Konstitusiyanın 34-cü maddəsində nikah hüququ, o cümlədən ər ilə arvadın hüquqlarının bərabərliyi təsbit olunmuşdur. Ailə Məcəlləsinin 29.1-ci maddəsində isə ər və arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olmaları müəyyən edilmişdir. Bununla yanaşı, Ailə Məcəlləsinin 32-ci maddəsində nikah dövründə əldə edilən daşınmaz və daşınar əmlakın kim tərəfindən əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, ər-arvadın birgə mülkiyyətinə daxil edilməsi nəzərdə tutulmuşdur. Öz növbəsində, Mülki Məcəllənin 225.1-ci maddəsində göstərilir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Göründüyü kimi, ailə və mülki qanunvericiliyi ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlakı onların ümumi mülkiyyəti hesab edir. Ər-arvadın ümumi əmlak üzərində mülkiyyət hüququnun həyata keçirilməsi Ailə Məcəlləsinin 33-cü maddəsi ilə tənzimlənir. Bu baxımından qeyd edilməlidir ki, ilk növbədə mübahisəli əmlakların birgə mülkiyyət hesab edilib-edilməməsi müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarda X17 ilə X3 xx.xx.1979-cu il tarixdən rəsmi nikahda olduqları müəyyən edilmiş faktdır. Miras əmlaklar isə həmin müddət ərzində əldə olunmuşdur. Əldə olunmuş əmlakların birgə mülkiyyət hesab edilib-edilməməsinin müəyyən edilməsindən ötrü verilmiş məhkəmə sorğuları əsasında daxil olmuş sənədlərlə iddia tələbində sadalanan əmlaklardan ünvan 6 ünvanında istifadədə olan 0,0813 ha torpaq sahəsində yerləşən 146 m2 yaşayış sahəsindən ibarət ev istisna olmaqla, digər əmlakların X17 ilə X3 birgə nikah dövründə əldə edilmiş ümumi əmlak olması müəyyən edilmişdir. ünvan 6 ünvanında yerləşən ev isə birgə nikah dövründə əldə olunsa da, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 02/928 saylı məktubuna əlavə edilmiş sənədlərə əsasən, həmin fərdi yaşayış evi bağışlama müqavilələri əsasında əvəzsiz qaydada X8 mülkiyyətinə keçdiyindən onun birgə mülkiyyət kimi qiymətləndirilməsi istisna olunur. Bu səbəbdən də, həmin ev X17 ilə X3 ümumi əmlakı olmamaqla, iddiaçıların mərhum anasına aidiyyəti lmamış, beləliklə miras kütləyə də aid olmamışdır, buna görə də iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 1162-ci maddəsinin tələbi baxımından (Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir) birgə əmlak kimi qiymətləndirilən miras qalmış əmlaklardan iddiaçıların anası X5 aid hissədə iddiaçıların paylarının iddiada irəli sürülən ½ hissədə deyil, 1/3 hissədə müəyyən olunmasını məhkəmə məqsədəmüvafiq hesab edir. Belə ki, Xadiqa Əliquliyeva vəfat etdikdən sonra ər-arvadın birgə mülkiyyətindən ½ hissədə təkcə Çingiz Əliquliyevin, Xadiqa Əliquliyeva aid digər ½ hissədə isə İddiaçı1, İddiaçı2 və Çingiz Əliquliyevin hər birinin 1/3 payı vardır. Ona görə də Xadiqa Əliquliyevaya aid olan ½ hissədə əmlaklar üzərində iddiaçıların hər birinin 1/3 hissədə payı müəyyən olunmalıdır.

21. Digər əmlaklardan Bakı şəhəri, Səbail rayonu Neftçilər prospekti ev 67 mənzil 3A xx.xx.1999-cu il tarixli əvəzli müqavilə olan dəyişmə müqaviləsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi Ağamaliyev küçəsi 12 saylı evin 22.0 m2 yaşayış sahəsindən ibarət bir otaqlı 7 saylı mənzil xx.xx.2004-cü il tarixli əvəzli müqavilə olan alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsində yerləşən 22/24 nömrəli evin 99 nömrəli mənzili xx.xx.2007-ci il tarixli əvəzli müqavilə olan alqı-satqı müqaviləsinə əsasən X8 adına qeydiyyatdan keçdiyindən ümumi birgə əmlak kimi qiymətləndirilir və miras əmlak kimi həmin əmlakların X5 aid ½ hissədən iddiaçıların hər birininin 1/3 hissə payı müəyyən edilməlidir. Bunan başqa ** OV *** dövlət qeydiyyat nişanlı “X50” minik markalı avtomobil xx.xx.2016-cı il tarixdə, yəni, X9 ilə birgə nikah dövründə əvəzli qaydada X17 tərəfindən əldə olunduğundan, həmin avtomobil də ümumi birgə mülkiyyətə daxildir və miras əmlak kimi həmin əmlakların X5 aid ½ hissədən iddiaçıların hər birininin 1/3 hissə payı müəyyən edilməlidir. "xxxx" ASC-də olan 2550 ədəd səhmə münasibətdə də həmin səhmlər “Səhmlərin alqı-satqı və broker xidmətlərinin göstərilməsi haqqında” müqavilələr əsasında ayrı-ayrı vaxtlarda - 1994, 2007, 2008, 2013- cü illərdə, yəni, X9 ilə birgə nikah dövründə əvəzli qaydada X17 tərəfindən alındığından, həmin səhmlər də ümumi birgə mülkiyyətə daxildir və miras əmlak kimi həmin səhmlərin X5 aid ½ hissədən iddiaçıların hər birininin 1/3 hissə payı müəyyən edilməlidir. İddia tələbinin "xxxx" ASC-də 10293 manat məbləğində pul vəsaitinə münasibətdə məhkəmə qeyd etmişdir ki, irəli sürülən məbləğin yalnız 9400 manat hissəsi X17 ilə X3 birgə mülkiyyəti hesab olunur. Belə ki, bank tərəfindən təqdim olunmuş X8 hesabdan çıxarış məlumatlarına əsasən, X8 bankda 9000 əmanəti olmaqla 1 il üçün 855 manat faiz hesablanmış, həmin 855 manat faiz məbləğinin 400 manatını 9000 manatla birlikdə (9400 manat) yenidən xx.xx.2020-ci il tarixdə 1 illik müddətə 9.5 faizlə xx.xx.2020-ci il tarixli əmanət müqaviləsi əsasında depozit hesabına yerləşdirmiş, həmin tarixdə də bundan əvvəlki müqavilə əsasında hesablanmış 855 manat faiz məbləğindən 455 manatını məxaric etmişdir. İddiaçıların tələb etdikləri 10293 manat- 9400 manata hesablanmış 893 manat faizlə birlikdə X17 tərəfindən xx.xx.2021-ci il tarixdə, X3 ölümündən sonra yeni əmanət müqaviləsi əsasında hesaba yerləşdirilmişdir, yəni eyni məbləğ prolonqasiya edilərək, hər dəfə yeni faizlər əldə etdikcə məbləğ artırılaraq yeni əmanət hesabı açılmışdır. Göstərilənlərə əsasən, tələbdə irəli sürülən 10293 manatın 9400 manat hissəsi xx.xx.2020-ci il tarixdə mərhumun əmanət hesabına yerləşdirilmişdir ki, bu da yalnız həmin hissədə pul vəsaitinin birgə nikah dövündə əldə edilmiş əmlak kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Məhkəmə iddianın Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektindəki 67 saylı binanın həyətində olan qeyri-yaşayış binası (qaraj) ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, Səbail Rayon İcra Hakimiyyətinin 198 nömrəli xx.xx.2003-cü il tarixli sərəncamına əsasən X21 adına ilkin texniki pasport tərtib edilərək, həmin daş qaraj daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Məhkəmə hesab edir ki, texniki pasport əsasında X26 ayrılmış 23,8 m2 torpaq sahəsi üzərində 19,7 m2 sahəsi olan qeyri-yaşayış binası (qaraj) üzərində onun ölümündən əvvəl mülkiyyət hüququ qeydiyyata alınmasa da, onun həmin daşınmaz əmlak üzərində əmlak xarakterli subyektiv hüququ ölümü ilə xitam olunmur. Bu baxımdan həmin əmlak Mülki Məcəllənin 1151-ci maddəsi üzrə miras kütləsinə daxil olsa da, onun üzərində payların müəyyən olunması istisna edilir. Bununla bağlı iddiaçılara izah edilir ki, mərhumun adına müvafiq qaydada arayış almaqla mülkiyyət hüququnun rəsmiləşdirilməsini həyata keçirdikdən sonra qeyri-yaşayış binasına (qaraja) münasibətdə miras paylarının müəyyən edilməsini yenidən məhkəmə qaydasında tələb edə bilərlər. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında AR Qanununun 22.2-ci maddəsinə əsaən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.

22. Məhkəmə cavabdeh qismində göstərilmiş notarius Cavabdeh2 münasibətdə iddianın rədd olunmasını məqsədəmüvafiq hesab etmişdir. Belə ki, vərəsəlik üzrə şəhadətnamələrin verilməsi üzrə iddiaya cavab verməli olan şəxs kimi notariusun özü deyil, notariat ofisi çıxış etdiyindən, hazırda irəli sürülən tələblər notariusa şəxsən yönəlmədiyindən, ona münasibətdə iddia tələbi təmin edilməməlidir, iddiaya cavab verməli şəxs Bakı şəhəri 28 saylı notariat ofisidir.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 225.2, 1133, 1145, 1146, 1151, 1159, 1162, 1243, 1246, 1255, 1273, 1321, 1322, 1325-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 34.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

24. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X40 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə işin hallarını tam almamışdır. Miras qoyan iddiaçıların anaları X.Əliquliyevanın ölümü ilə bağlı açılmış vərəsəlik işi üzrə həm iddiaçı, həm də mərhum atası Çingiz Əliquliyev Bakı şəhəri 28 saylı Notariat Ofisinə mirasın qəbulu ilə bağlı ərizə müraciət etmişdir. Lakin onların adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdə miras olmuş "xxxx"ASC-də miras qoyanın adına olan səhmlər üzrə hər birinin payı bərabər şəkildə, yəni 1/3 hissəsi üzrə vərəsəlik hüququ tanınmışdır. O zaman, tərəflərin razılığına əsasən baxmayaraq ki, mərhum atası Ç.Əliquliyevin həmin əmlak birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunsa da, onlar (yəni, vərəsələr) miras əmlakın müqqədəratını ümumi razılığa gələrək bərabər şəkildə bölmüşdürlər. İndi isə ona açıq aşkar nifaq hissi göstərərək, atası Ç.Əliquliyevin vərəsəsi kimi görmək istəmədiklərinə görə, bu süni iddia ilə məhkəməyə müraciət edərək, vaxtılə artıq bölünmüş əmlakın yenidən bölünməsini, eləcə də mərhum anaların adına, eləcə də atam Ç.Əliquliyevlə birgə nikah dövründə hesab olunmayan əmlaklar üzrə anaların olmayan ½ hissəsini yaradaraq özlərini əsassız olaraq varlandırmaq məqsədini güdmüşdürlər. Xüsusən qeyd edir ki, ünvan 7 ünvanında yerləşən mənzil də birgə nikah dövründə hesab olunaraq, əmlak üzrə miras qoyan X.Əliquliyevanınn mülkiyyət hüququ tanınaraq iddiaçıların vərəsəlik hüqüqu əmlakın ½ hissəsinə hər birinin 1/3 pay hüququ qətnamə ilə tanınmışdır. Halbuki, bildiyinə görə həmin əmlak X.Əliquliyevanın və atası Ç.Əliquliyevin nikah dövründə atamın adına mülkiyyət hüququ alınsa da, həmin əmlak dəyişdirmə müqaviləsi nəticəsində əldə edilmişdir. Həmin müqavilə üzrə dəyişilən əmlak, yəni ünvan 8 ünvanında yerləşən mənzil vaxtılə atasının adına əvəzli müqavilə əsasında yox, məhz əvəzsiz əsaslarla onun tərəfindən əldə edilmişdir. (özəlləşdirmişdir). Beləliklə, məhkəmə işin buhalların nəzərə almamış, ümumiyyətlə araşdırmamış və sorğu edilmiş sənədlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə arxiv sənədlər verilsə də, onlar tam olaraq təqdim edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişdir.

28. İddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2025-ci il tarixli, 2(103)-1492/2025 nömrəli qərardadına əsasən kompleks məhkəmə tikinti – texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

30. Məhkəmə tikinti- texniki ekspertizasının 29 sentyabr 2025-ci il tarixli, 10/5205 nömrəli rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, ünvan 9 saylı mənzilin faktiki ümumi sahəsinin Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 018430 nömrəli, 08 oktyabr 1999-cu il tarixli qeydiyyat vəsinəsində göstərilən sahədən 43 kv.m (95,4-52) artıq olduğunu, yaşayış otaqlarının sayının da qeydiyyat vəsiqəsində göstərilən saydan 1 yaşayış otağı artıq olduğunu nəzərə alaraq, tədqiq olunan mənzilin sahəsinin və yaşayış otaqlarının sayının artırıldığı müəyyən edilmişdir.

31. "xxxx" MMC-nin 18 dekabr 2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, ünvan 9 ünvanında yerləşən sənəd üzrə 2 otaqlı mənzilin bazar dəyəri 354200 manat, 2 otaqlıdan 3 otaqlıya çevrilmiş mənzillərin bazar dəyəri 416200 manat, dəyişikliklər aaparılmadan və aparıldıqdan sonra həmin mənzilin dəyəri arasında olan fərq 62000 manat təşkil edir.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir; Maddə 1159.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər; Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir; Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Maddə 1325. Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.

33. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarı: “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz.”

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya şikayətində qətnamənin tam ləğvi tələb edilsə də, məhkəmə aktı müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən iddianın təmin olunduğu hissədə mübahisələndirildiyindən şikayətin dəlilləri üzrə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar hazırki mübahisə üzrə valideynləri - X17 ilə X3 birgə nikah dövründə əldə etdikləri əmlaklardan analarına aid olan hissədən pay almağa nail olmaq istəyirlər və miras qalmış əmlaklara faktiki olaraq sahiblik etmələrinə əsaslanmaqla, həmin əmlaklara dair anaları X5 aid olan ½ hissədə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbini irəli sürürlər.

38. Birinci instansiya məhkəməsi iddianın qismən təmin olunması ilə bağlı qənaətini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 1243.3-cü maddəsinin tələbi baxımından, iddiaçıların analarının ölümü ilə ondan miras qalmış səhmlər və ölümlə bağlı müaviət üzrə qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında mirası qəbul etdiklərindən, iddiaçıların iddia ərizəsində sadalanan və onlardan ümumi birgə mülkiyyət hesab edilən əmlaklara da analarından miras qalmış hissədə vərəsəlik hüquqları yaranmış olur. Bu baxımdan iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları vərəsəlik hüququndan əmələ gəlir və cavabdehin nümayəndəsinin “bu hüquqdan istifadə olunmayıbsa, artıq istifadə oluna bilməz” barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, bu hüquq analarının vəfatından sonra atalarının sağlığında mübahisəli əmlaklarla bağlı müvafiq bölgünün həyata keçirilməməsi (payının müəyyən olunmaması və s.) ilə xitam olunmur. Bu hüquq yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Nəzərə alınmalıdır ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquqlar (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və s. əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə müvafiq olaraq vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən bu istiqamətdə aparılmış əsaslandırma ilə razılaşır.

39. Mübahisə predmeti olan Bakı şəhəri, Səbail rayonu Neftçilər prospekti 67 saylı evin 3A saylı mənzilinə münasibətdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs ona istinad edir ki, ünvan 10 ünvanında yerləşən mənzil X.Əliquliyevanın və atası Ç.Əliquliyevin nikah dövründə atasının adına mülkiyyət hüququ alınsa da, həmin əmlak dəyişdirmə müqaviləsi nəticəsində əldə edilmişdir. Həmin müqavilə üzrə dəyişilən əmlak, yəni ünvan 8 ünvanında yerləşən mənzil vaxtılə atamın adına əvəzli müqavilə əsasında yox, məhz əvəzsiz əsaslarla onun tərəfindən əldə edilmiş, özəlləşdirmişdir.

40. Qeyd olunan xüsusatın araşdırılması məqsədilə mənzil üzərində hüquqların qeydiyyatı üçün əsas olmuş sənədlər tələb olunmuş, müəyyən edilmişdir ki, ünvan 8 ünvanında yerləşən mənzil Binəqədi rayon İcra Hakimiyyəti başçısının 29 may 1995-ci il tarixli sərəncamına əsasən əvəzsiz olaraq X8 mülkiyyətinə verilmiş, sonradan isə həmin mənzil 30 sentyabr 1999-cu il tarixdə X20 ilə bağlanmış dəyişmə müqaviləsinə əsasən sonuncunun mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən mənzil ilə dəyişdirilmişdir.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında əks olunan hüquqi mövqe bundan ibarətdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz.

42. İddiaçıların isə arqumentləri bundan ibarətdir ki, dəyişdirilən mənzillər arasında hətta rəsmi müqavilədə 50% qiymət fərqi mövcuddur. Bu isə sübut edir ki, dəyişmə müqaviləsinin bağlanması zamanı qiymət fərqi Ç.Əliquliyev tərəfindən tam şəkildə ödənilmişdir. İddiaçılar iddianın predmetini təşkil edən ünvan 12 ünvanında yerləşən mənzilin dəyişməsi ilə bağlı mənzildən əlavə külli miqdarda pul vəsaitini A. P. Yefromaya ödənildiyini, bundan əlavə yaşadıqları müddətdə həmin mənzili valideynləri tərəfindən əsaslı təmir edildiyini iddia edir. Onlar tərəfindən təqdim olunmuş mütəxəssis rəyində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 67 saylı evin 3 “a” saylı mənzilinin əsaslı təmir nəticəsində iki otaqdan üç otağa dəyişdirilməsini, divarlarında və tavanına aparılan təmir işlərini, qapı – pəncərələrin dəyişdirildiyini, tavanında, sanitar qovşağında kafel-metlax vurulduğunu, su, kanalizasiya, elektrik xətlərini çəkildiyini nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 67 saylı evin 3 “a” mənzilində əsaslı təmir işləri aparıldığı qeyd olunur. ünvan 13 ünvanında yerləşən mənzilin dəyişməsi müqaviləsindəki mənzillər arasındakı qiymət fərqini, eləcə də mənzildə aparılan təmir işlərinin onun qiymətinə təsirini, eləcə də hazırda Bakı şəhərində yerləşmə yerinə uyğun olaraq həmin mənzillərin qiymət fərqi mübahisə predmetini təşkil edən ünvan 13 ünvanında yerləşən mənzilin iddiaçıların valideynləri, Çingiz Əliquliyev və Xədiqə Əliquliyevanın birgə mülkiyyəti sayılmasını demək üçün kifayət edir.

43. Məhkəmə kollegiyası iddiaçının irəli sürdüyü dəlillərin Mülki Məcəllənin 225.4cü maddəsinin tələbləri (Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin) baxımından qiymətləndirmək məqsədilə kompleks məhkəmə tikinti – texniki və məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

44. Məhkəmə tikinti-texniki ekspertizasının 29 sentyabr 2025-ci il tarixli, 10/5205 nömrəli rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, ünvan 9 saylı mənzilin faktiki ümumi sahəsinin Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 018430 nömrəli, 08 oktyabr 1999-cu il tarixli qeydiyyat vəsinəsində göstərilən sahədən 43 kv.m (95,4-52) artıq olduğunu, yaşayış otaqlarının sayının da qeydiyyat vəsiqəsində göstərilən saydan 1 yaşayış otağı artıq olduğunu nəzərə alaraq, tədqiq olunan mənzilin sahəsinin və yaşayış otaqlarının sayının artırıldığı müəyyən edilmişdir.

45. "xxxx" MMC-nin 18 dekabr 2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, ünvan 9 ünvanında yerləşən sənəd üzrə 2 otaqlı mənzilin bazar dəyəri 354200 manat, 2 otaqlıdan 3 otaqlıya çevrilmiş mənzillərin bazar dəyəri 416200 manat, dəyişikliklər aaparılmadan və aparıldıqdan sonra həmin mənzilin dəyəri arasında olan fərq 62000 manat təşkil edir.

46. İddiaçıların dəyişdirilən mənzillər arasında hətta rəsmi müqavilədə 50% qiymət fərqinin olması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, 30 sentyabr 1999-cu il tarixli dəyişmə müqaviləsinə əsasən Əliquliyev Çingiz mülkiyyətində olan Bakı şəhəri Gənclər Dostluğu küsəsində yerləşən sahəsi 47 kv.m olan 3 otaqlı mənzili ünvan 10 ünvanında yerləşən sahəsi 52 kv.m olan 2 otaqlı mənzilə dəyişmişdir, müqavilədə ünvan 10 ünvanında yerləşən mənzilin qiyməti 24993358 manat, Bakı şəhəri Gənclər Dostluğu küsəsində yerləşən sahəsi 47 kv.m olan 3 otaqlı mənzilin dəyəri 16010988 manat göstərilmişdir. İstər mənzillərin sahələri, istərsə də yerləşmə yeri, qiymətləri arasında olan fərq də iddiaçıların bu arqumentinin inandırıcı olması qənaətinə gəlməyə əsas versə də, dəyişdirmə müqaviləsində bu barədə hər hansı bir müddəa, şərt nəzərdə tutulmadığına görə qeyd olunan hal mənzilin Çingiz Əliquliyev və Xədiqə Əliquliyevanın birgə mülkiyyəti sayılması üçün əsas hesab oluna bilməz.

47. Ekspert və mütəxəssis rəylərini qiymətləndirən məhkəmə kollegiyası qeyd edir ki, mənzilin qeydiyyat vəsiqəsinində göstərilən sahəsi hazırkı vəziyyətdə olan sahədən demək olar ki, 2 dəfə azdır. Саһəнин əһəмијјəтли дəрəҹəдə артырылмасы, һəмчинин, дəјəр артымынын мөвҹудлуғу Mülki Məcəllənin 225.4-cü maddəsinin tələbi nəzərə alınmaqla nikah dövründə ərlə arvadın ümumi əmlakı hesabına əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğunu təsdiq edir və Bakı şəhəri, ünvan 9 saylı mənzilinin Çingiz Əliquliyev və Xədiqə Əliquliyevanın birgə mülkiyyəti sayılması üçün əsas hesab edilə bilər.

48. Birinci instansiya məhkəməsi qeyd olunan istiqamətdə araşdırma aparmayıb göstərilən halları nəzərə almasa da, ümumilikdə düzgün nəticəyə gəlindiyi üçün məhkəmə kollegiyası MPM-nin 385.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

49. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, e-2(006)- 3294/2024 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X40 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, e-2(006)- 3294/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə sərf olunan 100 manat məbləğində pul vəsaiti X22 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Mütəxəssis rəyinin alınması üçün 600 manat məbləğində pul vəsaiti X22 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar