Məhkəmə qərarları › İş №2(103)-1493/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1493/2024

28.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1493/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “BP Eksploreyşn (Kaspian Si) Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair”mülki iş üzrə (Açar sözlər: əmək mübahisələri, maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkilləri Nümayəndə və Vəkil2, Cavabdeh “BP Eksploreyşn (Kaspian Si) Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(006)-3230/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinə əməliyyatlar üzrə (mexanik) texnik (təcrübə keçən) vəzifəsinə qəbul olunmuş, xx.xx.2006-cı ildə mexanik üzrə texnik vəzifəsinə təyin olunmuş, xx.xx.2014-cü ildə vəzifəsinin adı texniki işlər üzrə texnik kimi dəyişdirilmiş, xx.xx.2016-cı il tarixli, 4007 saylı müqaviləyə əsasən vəzifəsinin adı nəqletmə (Midtrim) əməliyyatları departamentində texniki xidmət üzrə texnik kimi dəyişdirilmiş, xx.xx.2016-cı il tarixli, 4608 saylı əmək müqaviləsinə dəyişikliyə əsasən həmin departamentdə qalmaqla texniki xidmət üzrə planlaşdırıcı vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci ildə həmin departamentdə qalmaqla texniki xidmət üzrə planlaşdırıcı- sahə vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixli, 8663/EM/VO saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 maddəsinin altıncı bəndinə əsasən ştatların ixtisarı əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. 2.İddiaçı cavabdehin təqsiri ucbatından sağlamlığının korlandığını bildirmiş və sağlamlığın korlanması nəticəsində dəymiş ziyanın əvəzi kimi cavabdehdən pul tələb etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh “BP Eksploreyşn (Kaspian Si) Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2005-ci ildən 2022-ci ilin 31 may tarixinədək BP Eksploreyşn (Kaspian Si) Limited şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində müxtəlif vəzifələrdə çalışmışdır. Belə ki, əmək fəaliyyətinə xx.xx.2005-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2006-cı ilədək Əməliyyatlar üzrə texnik (mexanik) vəzifəsinə qəbul olunmuşdu. Bundan sonra xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixinədək Mexanika üzrə texnik, xx.xx.2014-cü ildən xx.xx.2016-cı il tarixinədək və xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixinədək Texniki işlər üzrə texnik vəzifəsində çalışmışdı. Daha sonra xx.xx.2016-ci ildən xx.xx.2018-ci ilədək və xx.xx.2018-ci ildən xx.xx.2022-ci il tarixinədək Texniki xidmət üzrə planlaşdırıcı vəzifələrində işləmişdir. Gördüyü işin xüsusiyyətləri nəzərə alınaraq iş yeri işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerləri kateqoriyasına məxsus olmuşdur. Belə ki, tutduğu vəzifənin xüsusiyyətləri, həmçinin sağlamlığıma vurulmuş zərərin xüsusiyyətləri nəzərə alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən barəsində İİİ dərəcəli əlillik verilməklə pensiya təyin edilmişdir. İlk əvvəl işə başladığım dövrdə hər şey normal idi. Lakin, səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerində çalışdığım üçün səhhətimdə nasazlıqlar yaranmağa baş vermişdir. Artıq 2007-ci ildə keçirilən müayinələr zamanı səhhətində müəyyən nasazlıqların yarandığı hiss olunurdu. Bununla bağlı müəyyən tibbi sənədləri də mövcuddur. Bu nasazlıqlar sonda səhhətinin ciddi şəkildə pozulmasına və xx.xx.2010-cu il tarixində sol mədəciyin aşağı divarının kəskin miokard infarktı ilə nəticələnən xəstəliyimin yaranmasına gətirib çıxardı. Bununla bağlı xx.xx.2010-cu il tarixdə ürəyinin tac divarlarının stendlənməsi (3 stend) əməliyyatı həyata keçirilmişdir. Onun iş yeri şəhərdən 120 km (gedib/qayıtmaq) uzaqlıqda yerləşən Səngəçal terminalında olmuşdur. Ağır dərəcəli miokard infarkt keçirmiş bir insanın hər gün o məsafəni qət etməklə işə getməsi nə deməkdir? Gündə 3 saat vaxtın təkcə yola sərf edilməsi deməkdir. Xəstə insana bu mənəvi iztirabdan başqa bir şey deyildir. Ən pisi isə odur ki, terminalda ümumiyyətlə həkim xidməti yox idi, yalnız feldşer olurdu. Bir anlıq təsəvvür edin ürəyinin təkrar infarkt keçirməsi halında terminalda həkimin olmaması səbəbindən o həyatını itirə bilərdi, çünki məsafə baxımından heç təcili yardım maşınının ora gəlməsi də mümkün deyildir. Məsələ orasındadır ki, həmin ərazidə heç təcili yardım xidməti də yoxdur. Səngəçal terminalında gördüyü işin xüsusiyyətlərinə uyğun olaraq daim xeyli məsafə qət etməli və sahədə qurğuları yoxlamalı, hündürlüklərə çıxmalı idi. Bütün bu hərəkətlilik ayaqlarımın da sıradan çıxmasına gətirib çıxarmışdır. Belə ki, sağlamlığı üçün zərərli iş sahəsində çalışdığı üçün bütün bunlar səhhətinə çox ciddi təsir edirdi. Bununla bağlı “A GROUP” şirkəti tərəfindən X8 müvafiq göndəriş verilmiş və orada ona sol diz oynağının medial meniskinin arxa buynuzunun 1-ci dərəcəli yırtığı. Sağı diz oynağının medial meniskinin arxa buynuzunun deqenerativ dəyişiklikləri (2-ci dərəcəli). Onurğanın L5-S1 inetrvertebral diskin degenerasiyası və arxa mərkəzi protruziyası diaqnozu qoyulmuşdur. X10 tərəfindən təqdim edilən QN 095/10 xx.xx.2010-cu il tarixli arayışdan da görünür ki, ona yüngül fiziki işlə təmin olunmağım məsləhət görülmüşdür. X8 göndəriş verən Cavabdehin işçilərini sığorta etdirdiyi “A Group” şirkəti olmuşdur. Həmin arayış cavabdehə təqdim olunması həmin dövrdən ötən müddət ərzində iş yeri dəyişdirilməmiş, daha yüngül fiziki işlər təmin olunmamışdır. Bütün bu halları davamlı olaraq hər il keçirilən işçinin müayinəsi zamanı yoxlamanı həyata keçirən həkimin diqqətinə çatdırsa da heç bir nəticə vermirdi. Cavabdehin məhz hərəkətsizliyi nəticəsində sağlamlığı günü gündən pisləşməkdə davam etmiş və sonda xx.xx.2021-ci il tarixində açıq ürək əməliyyatı (aortakoronar şuntlama) olunmağına səbəb olmuşdur. Daha sonra o əlilliklə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş, əvvəlcə imtina edilsə də sonradan Bakı İnzibati Məhkəməsinə müraciətimdən sonra İİİ dərəcə əlillik dərəcəsi müəyyən edilməklə pensiya təyin edilmişdir. Cavabdeh tərəfin mediasiya prosesində iştirak edən nümayəndəsi X4 prosesdə şirkətin belə hal olduğu zaman “siyasətini” də açıqlamışdır . Onun dediyinə görə şirkətin işçisinin daha yüngül işə keçirilməsi ilə bağlı həkim rəyi olduqda “dərhal bununla bağlı tədbir görülür”. Hətta onun vəzifəsinə uyğun daha yüngül iş olmadıqda belə yüngül iş yeri boşalana qədər işçinin işə çıxmadan əmək haqqı alması təmin olunur. Nümayəndənin dediklərindən bir anlıq ona elə gəldi ki, sən demə o həmin şirkətdə işləməmişəm, 16 il fasiləsiz yuxu görmüşdür. Ələxsus onu yandıran evdə oturub maaş almalı olduğu ilə bağlı utopik fikirlər idi. Təbii ki, nümayəndə bu zaman təkidlə bildirirdi ki, işçinin yüngül işə keçirilməsi ilə bağlı bir dənə də olsun həkim rəyi olmayıb. Artıq onun diqqətinə özlərinin sığorta etdirdiyi A Group sığorta şirkəti tərəfindən verilən göndəriş əsasında müayinə olduğum X7 verilmiş yuxarıda adıçəkilən arayışı təqdim edir. Arayışdan da göründüyü kimi həkim göstərişlərinə əsasən yüngül işə keçirilməyim tövsiyə olunsa da Cavabdeh buna məhəl qoymamış və onu ağır şəraitli işdə işlətməyə davam etdirmişdir. Bunun nəticəsində sağlamlığa ciddi zərər vurulmuşdur. Səhhəti ilə bağlı təqdim etdiyi bülletenlər təsdiq edir ki, sağlamlığı pozulması ilə bağlı o davamlı olaraq stasionar və ambulator müalicələr almış, bu zaman əmək qabiliyyətli olmamışdır. Hətta məsələ o həddə çatmışdır ki, sonuncu dəfə o məcburi olaraq 1 (bir) il müddətində işə çıxa bilməmiş, bununla bağlı forma 27 sənədi də vardır. Bütün bunlar bir daha sübut edir ki, Cavabdehin təqsiri ucbatından (hərəkətsizliyi) pozulmuş sağlamlığımı heç cür bərpa edə bilməmişdir. Eyni zamanda bildirir ki, təqdim etdiyi bank çıxarışından da görünür ki, aylıq əmək haqqı 3516.84 manat təşkil edirdi. Əgər Cavabdehin təqsiri ucbatından sağlamlığı pozulmasaydı və ya daha yüngül işə keçirilsəydim o əmək pensiyası yaşına çatana qədər işləyə bilərdi. Nəzərə alsaq ki, qanunvericiliklə kişilər üçün pensiya yaşı 65-dir və hazırda onun da 59 yaşı var. 2022-ci ilin may ayında işdən çıxarılmağını nəzərə alaraq həmin vaxtı 58 yaşı var idi. Hesablama aparsa 65 yaşı xx.xx.2029-cu ildə tamam olacaqdır. İşdən xx.xx.2022-ci ildən işdən çıxdığı vaxtdan xx.xx.2029cu il tarixədək hesablama aparsa (hər ay əmək haqqının 3516.84 manat olduğunu nəzərə alaraq) 7 il x 12 ay+6 ay (31.05-09.12)x3516.84 manata = 316.515,60 manat əldə edə bilərdi. Cavabdehin məsuliyyətsizliyi, hərəkətsizliyi nəticəsində o bu qazancı (gəlirlərindən) məhrum olunmuşdu. Əgər Cavabdeh əmək mühafizəsinə dair qanunvericiliyin tələblərinə əməl etmiş olsaydı, həkim məsləhətinə diqqət edilsə idi o bugünədək işdə qalıb işləyə, əmək haqqı alıb, ailəsini və özünü dolandıra bilərdi. Lakin, Cavabdehin təqsiri ucbatından o bu gün əlil olmaqla nəinki işləmək, eyni zamanda kənardan qulluğa ehtiyac duyur. Bundan əlavə bütün bu müddət ərzində o müalicə məqsədilə daim həkim müayinələrində olmuş, müxtəlif ömürlük ona yazılan dərman vasitələri almış və bununla bağlı külli miqdarda vəsait xərcləmişdir. Həkim müayinələrində ambulator və stasionar müalicələrdə olmağı ilə bağlı sənədləri məhkəmə prosesi gedişində təqdim edəcəkdir. Sərf etdiyim vəsait külli miqdarda olsa da Mülki Məcəllənin 384.0.3-cü maddəsinin tələbinə əsasən həmin vəsaitin son üç ildə aylıq 2000 manat tələb edilməsini ədalətli hesab edir. O səbəbdən həmin məbləğin ona dəymiş maddi ziyan kimi 72.000 manat (36 ay*2000=72.000 manat) ödənilməsini istəyir. 5.İddiaçı cavabdeh “BP Eksploreyşn (Kaspian Si) Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” tələbinə dair yazılı izahat ilə məhkəməyə müraciət etmişdir. 6.İzahat onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim etdiyi AT-İV №4656654 nömrəli Əmək kitabçasına əsasən, İddiaçı "CavabdehNDƏ (bundan sonra Nümayəndəlik) aşağıdakı müddətdə qeyd olunan vəzifələrdə çalışmışdır:

1. xx.xx.2005 - xx.xx.2006 - Əməliyyatlar üzrə (mexanik) texnik (təcrübə keçən)

2. xx.xx.2006 - xx.xx.2014 - Mexanika üzrə texnik

3. xx.xx.2014 - xx.xx.2016 - Texniki işlər üzrə texnik (yalnız vəzifənin adı dəyişib) 4.xx.xx.2016 - xx.xx.2016 - Nəqletmə (Midstrim) əməliyyatları departamenti, texniki xidmət üzrə texnik (yalnız vəzifənin adı dəyişib) 5.xx.xx.2016 - xx.xx.2018 - Nəqletmə (Midstrim) əməliyyatları departamentində qalmaqla texniki xidmət üzrə planlaşdırıcı 6.xx.xx.2018 - xx.xx.2022 - Nəqletmə (Midstrim) əməliyyatları departamentində qalmaqla texniki xidmət üzrə planlaşdırıcı - sahə

7. xx.xx.2022 - İşdən çıxarılmışdır. Əmək kitabçasından da göründüyü kimi, 2006-ci ildən xx.xx.2016-cı il tarixinədək o eyni yerdə və vəzifədə çalışmışdır. Çalışdığı vəzifələrdə yalnız vəzifənin adında dəyişiklik olmuşdur. Məhkəmə prosesi zamanı qarşı tərəf vəzifənin adına edilən dəyişikliyi sanki vəzifə dəyişikliyi kimi göstərməyə çalışması tamamilə qəbulolunmazdır. Hesab edir ki, bununla Cavabdeh məhkəməni yanlış istiqamətləndirməyə cəhd edir. Halbuki reallıq əmək kitabçasından da aydın görünür ki, bu heç də belə olmamışdır. İstər onun məhkəməyə təqdim etdiyim "X9" tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli arayışdan, istərsə də qarşı tərəfin son məhkəmə prosesi zamanı məhkəməyə təqdim etdiyi Medi Club tərəfindən barəmdə verilmiş xx.xx.2010-cu il, xx.xx.2011-ci il və xx.xx.2011-ci il tarixli arayışlardan onun iş üçün yararsız və/və ya məhdudiyyətlə yararlı olmağı açıq aşkar göstərilmişdir. Bununla yanaşı qeyd olunan məlumatlar Cavabdehin özü tərəfindən hər tibbi arayışa münasibətdə verilən tibbi sertifikatlarda (Xəstəlikdən sonra tibbi sertifikat) öz əksini tapmışdır. Buna baxmayaraq, o eyni vəzifədə saxlanılmış və həmin ağır şəraitdə işləməyə davam etməyə məcbur edilmişdir. Eyni zamanda məlumat üçün bildirir ki, "Medi Club" tərəfindən verilmiş arayışlarda onun yalnız ofis işi üçün yararlı olmağı qeydləri də mövcuddur. Göründüyü kimi Cavabdeh çoxsaylı tibbi rəylərə əhəmiyyət verməmiş, qanunvericiliyin tələblərinə məhəl qoymayaraq onu ağır işdə işləməyə məcbur etmiş və sonda bu hal səhhətinin kəskin şəkildə pozulmasına səbəb olmuşdur. Bundan əlavə qeyd edilməlidir ki, Cavabdeh tərəfindən təqdim edilmiş "Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair" arayışdan görünür ki, Mahmudov llham Aqoş oğlunun xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixinədək işlədiyi Texniki xidmət üzrə texnik vəzifəsi - neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçiçilingər vəzifəsinə uyğun olmuş, vəzifə üzrə işləri isə "Səngaçal Terminalında" çətin şəraitdə, açıq havada, küləkli, qeyri-sabit, isti və soyuq hava şəraitində növbə metodu ilə (gecə və gündüz vaxtında 12 saat istirahət, 12 saatlıq əmək şəraiti) həyata keçirilmişdir. Son olaraq xx.xx.2016-cı il tarixdən Nəqletmə (Midstrim) əməliyyatları departamentində texniki xidmət üzrə planlaşdırıcı, daha sonra texniki xidmət üzrə planlaşdırıcı - sahə vəzifələrinə diqqət yetirdikdə həmin vəzifələrin də daha əvvəl texnik kimi işlədiyi eyni departamentin tərkibində olduğu və eynilə digər vəzifələr kimi ağır şəraitli işlər kateqoriyasına aid olduğu görünür və bu hal Cavabdeh tərəfindən verilmiş yuxarıda adıçəkilən arayışla tam təsdiq edilir. Məsələ burasındadır ki, həm texnik, həm texniki xidmət üzrə planlaşdırıcı, həm də texniki xidmət üzrə planlaşdırıcı - sahə vəzifələri ağır şəraitli iş yeri kateqoriyasına aiddir. Göstərilən hər üç vəzifə tamamilə ofis şəraitli iş kateqoriyasında uzaq, adından da göründüyü kimi birmənalı olaraq sahədə ağır şəraitdə görülən işlərə aid edilir. Bütün bu qeyd edilənləri ümumiləşdirsək belə demək olar ki, Cavabdeh onu yüngül işə keçirilmə zərurəti olmasına baxmayaraq ƏM-in 231-ci maddəsinin göstərişlərinə əməl etməyərək məni daha yüngül vəzifəyə keçirməmişdir. 7.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim-Əfsanə Heydərova) 13 noyabr 2023-cü il tarixli, 2(006)-3230/2023 saylı qətnaməsi ilə (bundan sonra-məhkəmə) iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan: 8.4656654 saylı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinə əməliyyatlar üzrə (mexanik) texnik (təcrübə keçən) vəzifəsinə qəbul olunmuş, xx.xx.2006-cı ildə mexanik üzrə texnik vəzifəsinə təyin olunmuş, xx.xx.2014-cü ildə vəzifəsinin adı texniki işlər üzrə texnik kimi dəyişdirilmiş, xx.xx.2016-cı il tarixli, 4007 saylı müqaviləyə əsasən vəzifəsinin adı nəqletmə (Midtrim) əməliyyatları departamentində texniki xidmət üzrə texnik kimi dəyişdirilmiş, xx.xx.2016-cı il tarixli, 4608 saylı əmək müqaviləsinə dəyişikliyə əsasən həmin departamentdə qalmaqla texniki xidmət üzrə planlaşdırıcı vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci ildə həmin departamentdə qalmaqla texniki xidmət üzrə planlaşdırıcı- sahə vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixli, 8663/EM/VO saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 maddəsinin altıncı bəndinə əsasən ştatların ixtisarı əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. 9.Nəsrəddin Tusi adına Klinikanın xx.xx.2007-ci il tarixli arayışından görünür ki, İddiaçı Agoş oğlunun müayinəsinə əsasən lyumbar fizioloji lordoz saxlanılmış, fəqərələrin formaları və siqnalları saxlanmış, dagılmalar olmamış, fəqərə limblərində əhəmiyyətli lokal Şmorl tipli düyünlər müşahidə olunmuş, vertebral kanalın stenozu aşkarlanmamışdır. Onurğa beynin istiqamətində və cauda equina strukturunda patoloji siqnallar nəzərə çarpmamışdır. İntervertebral disklər: L1-L2 - disk hündürlüyü azalmamış, Diskin T2Wl signalinda azalma olmamışdır, L2-L3 - intervertebral disk normal hündürlükdəymiş, diskin T2Wl siqnali azalmamışdır, L3-L4 - diskin hündürlüyü yastılaşmamış, iskin T2 Wİ siqnal intensivliyi azalmamışdır. Diskin fibroz xəlqəsinin arxa fraqmentin qabarması, protruziyası mövcud deyildir. Dural kisəsinin ventral səthi kompressiya olunmamış. L4-L5 intervertebral disk yastılaşmamışdır, diskin T2Wİ Signalı normointensdir. Diskin arxa protruziyası yaxud yırtıqı aşkar edilməmiş, dural kisəsinin ventral səthi kompressiya olunmamışdır. L5-S1 intervertebral diskin hündürlüyü azalmamış, diskin T2Wİ Signalı hipointensdir. Diskin arxa protruziyası aşkar edilmiş, fibroz xəlqəsinin zədələnməsi ( tears) mövcuddur. Dural kisəsinin ventral səthinin sıxılması, sag və sol Najot sinirin kompressiyası olmamış, lateral kanal mənfəzi daralmamış, sag və sol nevral kökcüyünün kompressiyası nəzərə carpmamışdır. Üst və alt tamamlayıcı lövhəsinin deqenerasiyası ( tip 1 - 2- 3) əks olunmamış, sakral hissədə əhəmiyyətli abnormal simptomlar mövcud deyildir. Paravertebral toxumalarda patoloji dəyişikliklər nəzərə carpmamış, onurğanın bel hissəsinin degenerativ dəyişiklikləri olmamışdır. 10.“X9” MMC-nin 08 oktyabr 2010-cu il tarixli arayışından görünür ki, aparılan kliniki və diaqnostik müayinələr nəticəsində İddiaçı Agoş oğluna sol diz oynağının medial meniskinin arxa boynuzunun 1 -ci dərəcələ yırtığı, sağ diz oynağının medial meniskinin arxa buynuzunun degenerativ dəyişiklikləri (2ci dərəcəli), nurğanın L5-S1 intervertebral diskin degenerasiyası və arxa mərkəzi protruziyası" diaqnozu qoyulmuşdur. Qoyulmuş diaqnoz və aparılan müayınıləri əsas tutaraq İddiaçı Agoş oğluna yüngül fiziki işlə təmin olunması məsləhət görülür, 8-12 kq. artığ yük qaldırmaq məsləhət görülmür. Avtomobil idarə edərkən, diz oynağların hərəkətdə olmasını komplektə olunmuş maşınları sürə bilər. 11.Klinikalar tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı sığorta təminatı üçün mütamadi olaraq fərqli müayinələrdən keçmişdir. 12.Medi Club tərəfindən İddiaçı barədə verilmiş xx.xx.2010-cu il tarixli arayışda və arayışa münasibətdə verilən tibbi sertifikatlarda İddiaçı iş üçün yararsız olmağı göstərilmişdir.

13.Medi Club tərəfindən İddiaçı barədə verilmiş xx.xx.2010-cu il, xx.xx.2011-ci il və xx.xx.2011ci il tarixli arayışlarda və hər tibbi arayışa münasibətdə verilən tibbi sertifikatlarda İddiaçı iş üçün məhdudiyyətlə yararlı olmağı göstərilmişdir. 14.Medi Club tərəfindən İddiaçı barədə verilmiş xx.xx.2010-cu il, xx.xx.2011-ci il, xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixli arayışlarda və hər tibbi arayışa münasibətdə verilən tibbi sertifikatlarda İddiaçı iş üçün yararlı olmağı göstərilmişdir. 15.X2 tərəfindən İddiaçı barədə verilmiş xx.xx.2017-ci il, xx.xx.2018-ci il xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli arayışlarda və hər tibbi arayışa münasibətdə verilən tibbi sertifikatlarda İddiaçı dənizdə və ya ucqar sahələrdə işləmək üçün yararlı olması göstərilmişdir. 16.“MediClub” Klinikasının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Pasiyent Mahmudov llham oğlunun diaqnozu: - əsas: əvvəllər keçirilən miokard infarktı (125.2). Koronar angioplastik implant və transplantantın olması (Z95.5). - yanaşı: arışıq hiperlipidemiya (E78.2). -Xəstəliyin fəsadları və ya mürəkkəbləşməsi yoxdur. Xəstənin sağlamlıq durumu qənaətbəxşdir. Tredmil test mənfi idi, davamllığı 09 dəq 00 san (Brüs protokolu ilə, son İİİ-cü pililənin davamlığı 3 dəq 00 san). Ağır fiziki və emosional gərginliyə məruz qalmaq məsləhət görülmür. 17.“MediClub” Klinikasının 794 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə həkim-travmatoloq tərəfindən müayinə olunmuşdur. Pasiyent Mahmudov llham oğlunun diaqnozu: hər iki diz oynağının 3-cü dərəcəli artrozu, medial meniskin arxa buynuzunun yırtığı, beyker kistası, onurğanın L5-S1 intervertebral diskin degenerasiyası və arxa mərkəzi yırtığı, boyun fəqərələrinin C1-C7 çoxsaylı fəqərəarası disklərin sinirlərini sıxan protruziyalar və yırtığları, Th8-Th11 səviyyəsinin osteoxondrozu, bağların kalsifikasiyası, aşağı ətraflarda hərəkətin və hissiyatın pozulması .Vəziyyətində hərəkət məhdudluğu qeyd olunmuş, narahat vəziyyətdə işləyə, davamlı gərgin fiziki işlə məşğul ola, kimyəvi maddələrlə işləyə bilməzdir. 18.“Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair" arayışdan görünür ki, Mahmudov llham Aqoş oğlunun xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixinədək işlədiyi Texniki xidmət üzrə texnik vəzifəsi - neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər vəzifəsinə uyğun olmuş, vəzifə üzrə işləri isə "Səngaçal Terminalında" çətin şəraitdə, açıq havada, küləkli, qeyri-sabit, isti və soyuq hava şəraitində növbə metodu ilə (gecə və gündüz vaxtında 12 saat istirahət, 12 saatlıq əmək şəraiti) həyata keçirilmişdir. xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixinədək işlədiyi Texniki xidmət üzrə planlaşdırıcı (Sahə) - neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzfəsinə uyğun olmuşdur. 19.Bakı şəhəri 13 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/13/203-00829 saylı, xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 14:00-dan 15:00- dək keçirilən ilkin mediasiya sessiyasında İddiaçı Agoş oğlu, xx.xx.2022-ci il tarixli, 7E-1666 nömrəli etibarnamə üzrə nümayəndə Vəkil2, xx.xx.2023-cü il tarixli etibarnamə üzrə Nümayəndə və BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin xx.xx.2023-cü il tarixli, RGJ/6816 nömrəli etibarnamə üzrə nümayəndə X4 iştirak etməmişdirlər. Mediasiya xərci olan 50 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir. BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin xx.xx.2023-cü il tarixli, RGJ/6816 nömrəli etibarnamə üzrə nümayəndə X4 mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. 20.Bakı İnzibati Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1401/2023 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı “əlilliyin təyin olunması” tələbinə dair 2- 1(112)- 1401/2023 saylı iş üzrə icraata xitam verilmişdir. 21.Məhkəmə iddiaçının pul tələbinin üç hissədən olmasını xüsusilə vurğulayaraq ilkin olaraq ona ödənilməsi nəzərdə tutan 316.515 (üç yüz on altı min beş yüz on beş ) manat hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçı 316.515 (üç yüz on altı min beş yüz on beş ) manatın onun cavabdehin təqsiri üzündən xəstələnməsi səbəbindən əmək münasibətlərinə tez xitam verilmiş və əmək pensiyasına vaxtında əvvəl çıxmasına əsaslanmışdır. O, hesab etmişdir ki, cavabdehin təqsiri üzündən sağlamlığı pozulmasaydı 65 yaşına kimi işləyər və nəticədə ümumilikdə əmək haqqı kimi 316.515 (üç yüz on altı min beş yüz on beş ) manat əmək haqqı alacağdı. Halbuki iddiaçı həqiqətən 65 yaşına kimi cavabdehlə əmək münasibətlərini davam etdirəcəyini, cavabdehin onunla əvvəl bağlamış olduğu əmək müqaviləsində pensiya yaşına kimi əmək müqaviləsinin müddətinin sonunun müəyyən edilməsi barədə hər hansı qeyd şərt müəyyən edilməmiş, ehtimala əsaslanmış və iddiaçı bunu sübut edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir.

22. Məhkəmə iddianın digər hissəsi olan 72.000 (yetmiş iki min ) manat hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, iddiaçı sonuncu məbləği son üç illlik müddət nəzərə alınmaqla aylıq 2000 manat olaraq hesablamış və bunun əsasında xəstəliyi ilə bağlı müvafiq dərman vasitələrinin alınması, həkim müayinə və müalicələrində olmasına əsaslanmışdır. Lakin, məhkəmə bu halda qeyd edir ki, iddiaçı cavabdehlə əmək münasibətlərində olduğu dövr ərzində iddiaçının tibbi sığortası mövcud olmuş və müvafiq qaydada yararlanmışdır. Əgər tam deyil qismən yararlanmış olsada belə artıq bu hal iddiaçının öz risk dairəsinə düşməklə iddiası əsassız olmasına gətirib çıxartmışdır. Bundan əlavə isə məhkəmə tibbi xərclərin ödənilməsi ilə bağlı qeyd edir ki, “Tibbi Sığorta Haqqında” Azərbaycan Respublisı Qanunun müvafiq maddələrinə əsasən iddiaçı icbari qaydada tibbi xidmətlər zərfi çərçivəsındə ödənişsiz qaydada tibbi xidmətlərdən yararlanmaq hüququda mövcud olmuşdur. 23.Məhkəmə iddianın mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı hesab etmişdir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində rədd ediliyindən və iddiaçı digər qaydada mənəvi ziyan çəkməsi barədə mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi mənəvi ziyan hissəsində də təmin edilməməlidir. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. 24.Məhkəmə belə qənaətə gələrkən mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. 25.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1, 21.1-ci; “Tibbi Sığorta Haqqında” Azərbaycan Respublisı Qanunun 15-2.1-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndinə; Mülki Prosessual Məcəlləsinin 77.1, 89.3, 76.1, 76.2, 14.2, 217.3, 217.4, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

26.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 27.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmasında maraqlı olmamışdır və bununla bağlı hərəkətsizlik nümayiş etdirmişdir. Məhkəmə iddiaçının tələblərinin hüquqi təbiətini belə araşdırmadan, sübutların tədqiqini aparmadan, tələsik cavabdeh xeyrinə qərar qəbul etmişdir. İddiaçının tələbinə diqqət yetirdikdə isə tam aydın olur ki, tələb əmək münasibətləri zəminində yaranmış əmək mübahisəsi üzrə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. Belə ki, iddiaçı öz ərizəsində cavabdehdə uzun müddət çalışdığını, bu müddət ərzində cavabdeh tərəfindən əməyin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin kobud şəkildə pozulduğunu və bunun nəticəsində öz sağlamlığını itirdiyini bildirmişdir. Öz iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 231-ci maddəsini göstərmişdir. Həmin maddənin imperativ normasına əsasən, səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur. Lakin, birinci instansiya məhkəməsi işin mahiyyətinə varmadığı və ya bu halı görməzdən gəldiyi üçün nə əmək qanunvericiliyinin, nə də əməyin mühafizəsi sahəsində tələblərin, eləcə də “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanununun bircə maddəsinə belə istinad etmədən qətnamə qəbul etmişdir. Bundan əlavə, məhkəmə qətnamədə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, yuxarıda qeyd edildiyi kimi, məhkəmə işə əmək münasibətləri kontekstindən baxılmalı olduğuna diqqət yetirmədiyi və baxmadığı üçün unutmuşdur ki, tərəflər hazırkı iş üzrə heç də bərabər olmamışlar. Bir tərəfdən əlilliyi dövlət tərəfindən müəyyən edilmiş İddiaçıqoş oğlu, digər tərəfdən isə 111 milyard 347 milyon 40 min ABŞ dolları bazar kapitalizasiyası olan nəhəng bir şirkətdir. Məsələ burasındadır ki, iddiaçı tərəfindən işə aid olan və onda olan bütün sənədləri - əmək kitabçası, şəxsin güzəştli şərtlərlə pensiya hüququ olan işdə çalışmasına dair arayışları, əmək haqqı kartından (hesabdan) çıxarışı, BP Eksploreyşn (Caspian Si) şirkətinə dair çıxarış və saysız hesabsız tibbi arayışlar məhkəməyə təqdim edilmişdir. Bunun əksinə olaraq, işəgötürən olaraq cavabdeh iş üçün əhəmiyyət kəsb edən bütün sənədləri məhkəməyə təqdim etmək imkanı olsa da, nəinki bunun etməmiş, hətta məhkəmənin iddiaçının vəkillərinin vəsatəti əsasında qəbul etdiyi № e-2(006)-3230/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına belə məhəl qoymamış və bununla da məhkəmə qərarlarına da saymazyana münasibətini açıqca nümayiş etdirmişdir. Belə ki, həmin qərardada əsasən, cavabdehdən İddiaçı BP Eksploreyşn (Kaspian Si) Limited şirkətində tutduğu vəzifənin xüsusiyyətləri nəzərə alınmaqla (çətin şəraitdə, açıq havada, küləkli və qeyri-sabit, isti və soyuq hava şəraitində növbə metodu ilə (gecə və gündüz vaxtında 12 saat istirahət, 12 saatlıq əmək şəraiti) yerinə yetirməsi) dövri olaraq sağlamlıqla bağlımüayinələrə cəlb olunub-olunmamasına dair məlumatların, əgər olunubsa buna dair sənədlərin (məlumatların), habelə işçinin sağlamlığı ilə bağlı əlavə sığorta olunub-olunmamasına dair məlumatların, sığorta olunubsa buna dair sənədlərin (müqavilə), habelə sığorta xətti ilə İddiaçı müayinələrə göndərilməsinə dair göndəriş vərəqələrinin, həmin müayinələr (həmçinin keçirilən tibbi əməliyyatlar) və onların nəticələri ilə bağlı sənədlərin (məlumatlar), işçinin səhhəti ilə bağlı işə çıxa bilmədiyi hallarda əmək qabiliyyətini müvəqqəti olaraq itirilməsinə dair işəgötürənə (BP Eksploteyşrn (Kaspian Si) Limited şirkətinə) təqdim etdiyi bülletenlərin surətlərinin götürülməsi qərara alınmışdır. Lakin, cavabdehin bu saymazyana münasibəti qarşısında məhkəmə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş hər hansı tədbir görülməmişdir. cavabdehin nümayəndəsi məhkəmə zalında ona verilən suala: tibbi rəyə əsasən İddiaçı işə yararsız olduğu dövrlərdə hansı tədbirlər görülüb? – Cavab verməmiş, susmuşdur. Digər verilən suala isə: tibbi rəyə əsasən, iddiaçı yalnız ofis işi üçün yararlı olduğu dövrlərdə onun ofisə keçiribmisinizmi? – cavab olaraq bildirmişdir ki, təmirçi çilingərin ofisdə nə işi vardır. Qeyd edilməlidir ki, bütün bu səsləndirilən izahlar məhkəmə protokolunda əks olunsa da, qətnamədə nədənsə bununla bağlı bir kəlmə də olsun ifadə göstərilməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə qətnaməsi qəbul edilərkən işin halları, tərəflərin izahatları, məhkəmədə sübut qismində təqdim edilən sənədlərə dair məlumatlar müfəssəl şəkildə əks etdirilməlidir. Görünür ki, məhkəmə təqdim edilən sübutlara hüquqi qiymət verməkdən yayınmaq, eləcə də cavabdehin izahatındakı iddia tələbi ilə bağlı etirafedici məqamları göstərməmək üçün bu halları qətnamədə əks etdirməmişdir. İddiaçı 2016-cı il tarixində vəzifədə irəli çəkilməsi, daha yüngül işə keçmək kimi qələmə verən cavabdeh və məhkəmə nəzərə almamışdır ki, işçinin yalnız ofis şəraitində işləməsini nəzərdə tutan tibbi rəylərin bir qismi hətta 2010 və 2011-cı illərə (X9 xx.xx.2010-cu il tarixli arayış, Medi Club xx.xx.2010, xx.xx.2011 və xx.xx.2011-ci il tarixli arayışlar) təsadüf edir. İddiaçı və eyni zamanda cavabdehin təqdim etdiyi tibbi rəylərə nəzər salsaq X9 xx.xx.2010-cu il tarixli arayışda onun ümumiyyətlə işə yararsız olduğu, “Medi Club” tərəfindən verilmiş xx.xx.2010-cu il, xx.xx.2011-ci il və xx.xx.2011-ci il tarixli arayışlarda isə həm iş üçün yararsız və/və ya məhdudiyyətlə yararlı, eyni zamanda yalnız ofis işinə yararlı olduğunun göstərildiyinin şahidi oluruq. Buna baxmayaraq, iddiaçı eyni vəzifədə saxlanılmış və həmin ağır şəraitdə işləməyə davam etməyə məcbur edilmişdir. Qeyd olunanlara, habelə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - ƏM) 231-ci maddəsinin məsələ ilə bağlı imperativ normasının olmasına baxmayaraq, cavabdeh heç bir tədbir görməmiş və iddiaçını eyni vəzifədə, ağır şəraitdə işlətməyə məcbur etmişdir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə “sübut” kimi iddiaçının “daha yüngül” işə keçirilməsini “təsdiq edən” sənəd olaraq təqdim etdiyi xx.xx.2011-ci il tarixli əmək müqaviləsi də bu halı bir daha təsdiq edir. Belə ki, həmin müqavilədə eynilə iddiaçı xəstəlikdən sonra Mexanika üzrə texnik vəzifəsində saxlanılmışdır. Məsələ burasındadır ki, qeyd edilən əmək müqaviləsi qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə bağlanmışdır. Belə ki, həmin əmək müqaviləsi işçinin əmək kitabçasında ayrıca öz əksini tapmamışdır. Hesab edir ki, həmin tarixdə işçinin əmək funksiyasında, eləcə də vəzifəsində hər hansı dəyişikliklər edilməsi onun əmək kitabçasında öz əksini tapmalı idi. Bununla da cavabdeh Əhalinin Sağlamlığı haqqında Azərbaycan Respublikasının tələblərini, eləcə də əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuş və nəticədə həmin pozuntular iddiaçının səhhətinin geridönməz itirilməsinə - əlil olmasına, bununla yanaşımaddi və mənəvi ziyana məruz qalmasına gətirib çıxarmışdır. Lakin, bütün bunlara baxmayaraq məhkəmə cavabdehin xeyrinə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bununla da, İddiaçı nəinki Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş hüquqları pozulmuş, eyni zamanda "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 4-cü maddəsinin tələbləri pozulmuşdur. Beləki, İddiaçıqoş oğlu yalnız ofis işinə yararlı olduğu həkimrəyi tərəfindən müəyyən edilməsinə baxmayaraq öz işini ofis şəraitində deyil "Səngaçal Terminalında" çətin şəraitdə, açıq havada, küləkli, qeyri-sabit, isti və soyuq hava şəraitində növbə metodu ilə (gecə və gündüz vaxtında 12 saat istirahət, 12 saatlıq əmək şəraiti) həyata keçirməyə vadar edilmişdir. İddiaçı əlacsız qalaraq, bu barədə BP-nin İnsan resursları departamentinə mail göndərərək sağlamlığnın pozulduğunu, daha yüngül işə keçirilməsini xahiş etmişdir. Lakin, həmin vaxt cavabdeh İddiaçı bu çağırışına belə məhəl qoymamışdır. Məhkəmə prosesində bununla bağlı elektron mail üzərindən yazışmalar tərcümə edilərək təqdim edilmişdir. Təəssüf hissi ilə qeyd edilməlidir ki, bir tərəfdə iddiaçı tərəfindən təqdim edilmiş bütün sadalanan sübut və sənədlər, digər tərəfdə cavabdehin susqunluğu, məhkəməyə qarşı saymazyana münasibəti və eyni zamanda iddia tələbi ilə bağlı etirafedici ifadələrinin olmasına baxmayaraq məhkəmə hazırkı birtərəfli və ədalətsiz qərarı qəbul etmişdir. O da xüsusilə vurğulanmalıdır ki, təbii olaraq iddiaçı həkim rəylərinin olmasına baxmayaraq özbaşına işini dəyişə bilməzdi. Bunun üçün ilk növbədə qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehin bununla bağlı təşəbbüsü olmalı və bununla bağlımüvafiq əmr verməli idi. Bu işdə yeganə çıxış yolu öz xahişi ilə işdən çıxmaq görünürdü ki, buna da iddiaçının ailəsinin maddi durumu imkan vermirdi. Çünki, iddiaçı cavabdehdən maddi cəhətdən tam asılı idi və cavabdeh bu vəziyyətdən məharətlə istifadə etmişdir. Əslində, iddiaçının başqa işə keçirilməsinə dair həkim rəyinin olmasına baxmayaraq cavabdeh tərəfdən bunun edilməməsi, bir növ iddiaçının “köləlik vəziyyətində” olmasınıgöstərmişdir”. Çünki iddiaçıya hər hansı bir seçim hüququ verilməmişdir, ya o, sağlamlığının pozulmasına baxmayaraq əvvəlki ağır iş yerində işləyib öz funksiyalarını çətinliklə də olsa yerinə yetirməli idi, ya da ki, onu işdən çıxarılma cəzası gözləyirdi. Hesab edirik ki, əgər iddiaçı tibbi rəyə uyğun olaraq onun üçün zəruri olan daimi və ya müvəqqəti (dörd aydan çox müddətə) başqa işə keçməkdən imtina etsəydi və ya cavabdeh müvafiq işi olmadıqda əmək müqaviləsinə xitam verilsəydi bu hal işçinin sağlamlığının qorunmasına yönəlmiş addım olaraq qiymətləndirilərdi. Lakin, cavabdeh nəinki onu başqa eyni səviyyəli işə, hətta başqa daha aşağı vəzifəli işə keçirilməklə bağlı hər-hansı təklif belə etməmişdir. Bir işçinin başqa işə köçürülməsi zərurəti ixtisaslaşmış orqan tərəfindən müəyyən edilməli və qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada verilmiş tibbi rəydə qeyd edilməlidir ki, bu da obyektiv meyarların istifadəsini nəzərdə tutur və əmək müqaviləsinə xitam verilməsi üçün bu əsasdan özbaşına istifadəni istisna edir. Peşə yararlılığının müayinəsi ilkin tibbi müayinələrin və dövri tibbi müayinələrin nəticələrinə əsasən tibb mütəxəssisləri cəlb edilməklə tibb təşkilatının tibbi komissiyası tərəfindən aparılır. Peşə uyğunluğunun yoxlanılmasının nəticələrinə əsasən, tibbi komissiya işçinin müəyyən iş növlərini yerinə yetirməyə uyğunluğu və ya yararsızlığı barədə tibbi rəy verir. İş materiallarında həm İddiaçı, eləcə də cavabdehin özü tərəfindən təqdim edilən tibbi sənədlər bu halların mövcud olduğunu sübut edir. Eyni zamanda mübahisəli qətnamədə məhkəmə qeyd edir ki, “İddiaçı cavabdehlə əmək münasibətlərində olduğu dövr ərzində iddiaçının tibbi sığortasımövcud olmuş və müvafiq qaydada yararlanmışdır. Əgər tam deyil qismən yararlanmış olsada belə artıq bu hal iddiaçının öz risk dairəsinə düşməklə iddiası əssasız olmasına gətirib çıxartmışdır. Bundan əlavə isə məhkəmə tibbi xərclərin ödənilməsi ilə bağlı qeyd edir ki, “Tibbi Sığorta Haqqında” Azərbaycan RespublisıQanunun müvafiq maddələrinə əsasən iddiaçı icbari qaydada tibbi xidmətlər zərfi çərçivəsındə ödənişsiz qaydada tibbi xidmətlərdən yararlanmaq hüququ da mövcud olmuşdur”. Məhkəmənin bu fikri ilə də qətiyyən razılaşmayaraq bildiririk ki, İddiaçıBP şirkətində işlədiyi dövrdə səhhətində yaranan problemlərlə bağlı sığorta xidmətinə üz tutsa belə, hazırda BP-nin sığortasında istifadə edə bilmir. Həmin sığorta ömürlük istifadəni nəzərdə tutmamışdır. Bir halda ki, iddiaçının səhhəti cavabdehin təqsiri ucbatından, vaxtında həkim rəylərinə əsasən iddiaçını daha yüngün başqa işə keçirməməsi səbindən pisləşmişdir, o halda hazırkı dövrdə sual meydana çıxır nə üçün bu gün iddiaçı öz pensiyasını pozulmuş sağlamlığının müalicəsi üçün dava dərmana sərf etməlidir. Məhkəmənin iddiaçının İcbari sığortadan yararlanma imkanına dair mövqeyi isə, məhkəmənin öz dili ilə desək ehtimallara əsaslanır, məgər məhkəmə tərəfindən iddiaçının sağlamlığının pozulması ilə bağlı yaranmış xəstəliklərə görə göstərilməli xidmətlərin İcbari sığorta tərəfindən tam olaraq qarşılanıb-qarşılanmadığı araşdırılmışdırmı? Təqdim edilmiş sənədlərdən iddiaçının ildə bir neçə dəfə stasionar şəraitdə müalicə alması, 2021-2022-ci illər ərzində 365 gündən artıq fasiləsiz əmək qabiliyyətinin itirilməsi və nəhayət iddiaçıya əlillik dərəcəsinin verilməsi, onun cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən sağlamlığının itirilməsi tam olaraq sübuta yetirilir. Üçüncü tələbə gəldikdə isə məhkəmə iddianın mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində rədd ediliyindən və iddiaçı digər qaydada mənəvi ziyan çəkməsi barədə mötəbər sübutlarıməhkəməyə təqdim etmədiyindən iddia tələbi mənəvi ziyan hissəsində də təmin edilməməlidir. Yuxarıda da qeyd edildiyi kimi, məhkəmə iş üzrə maddi ziyanın ödənilməsi ilə bağlı hissəni araşdırmadan, təqdim edilən sənədləri tədqiq etmədən, sübutlara düzgün hüquqi qiymət vermədən, cavabdehin etirafedici izahatlarını nəzərə almadan münasibət bildirdiyindən mənəvi zərərlə bağlı hissəyə də eyni prizmadan yanaşması göz qabağındadır. Hesab edir ki, məhkəmə tərəfindən qəbul edilən qətnamənin nəticəsi işin faktiki halları uyğun deyildir. Məhkəmə dərin araşdırma aparmadan, sübutlara düzgün hüquqi qiymət vermədən belə bir ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir.İşin hallarından da görünür ki, işdə olan müxtəlif tibb müəssisələrindən alınmış rəylərə BP şirkəti tərəfindən məhəl qoyulmamış, İddiaçı həmin tibbi rəylərdə göstəriş kimi qeyd edilən ofis şəraitindəki hər hansı işə keçirilməmişdir. İddiaçının BP şirkətində 2022- ci il tarixində ştatların ixtisarı ilə işdən çıxarılması, ona dövlət tərəfindən əlillik pensiyasının verilməsi BP şirkətini iddiaçıya vurduğu maddi və mənəvi ziyanın ödənilməsi və dəymiş zərərlə bağlı iş qabiliyyətinin pozulması nəticəsində itirilmiş qazancının əvəzinə kompensasiya ödənilməsi öhdəliyindən azad etmir.İşin hallarından da göründüyü kimi, cavabdeh üçün işçinin həyat və sağlamlığı əhəmiyyət hər hansı əhəmiyyət kəsb etməmiş, İddiaçının sağlamlığının qorunmasına yönəlmiş həkim rəylərinin hər hansı biri nəzərə alınmamış, işçi daha yüngül işə keçirilməmişdir. Cavabdeh hərəkətsizlik etməklə qanunvericiliyin tələblərinə riayət etməmişdir. İddiaçı məhkəmə prosesində çalışdığı yerdə əməyin mühafizəsi yalnız formal təşkil olunduğunu, cavabdehin “Səngəçal” terminalında minlərlə işçinin çalışdığı yerdə bir dənə də olsun həkim olmadığını, yalnız feldşerin fəaliyyət göstərdiyini bildirmiş olsa da cavabdeh bir dəfə də olsun bu inkar və ya təkzib edən məlumatlarıməhkəmələr təqdim etməmişdir. Eyni zamanda iddiaçı hər il tibbi komissiyalardan keçmiş, bir neçə dəfə onun işə yararsız olduğu qeyd edilmiş, bir neçə dəfə məhdudiyyətlərlə yararlı olduğu (yalnız ofis işi üçün yararlı olduğu qeyd olunmuş) lakin buna baxmayaraq onun iş yeri dəyişdirilməmiş və hər hansı formada vəziyyəti yüngülləşməmişdir. Cavabdeh İddiaçı 2016cı il tarixdə vəzifədə irəli çəkilməsi onun işinin yüngülləşdirilməsi kimi qələmə verməyə çalışsa da, məhkəmədə bunu sübuta yetirə bilməmişdir. Əksinə məhkəməyə təqdim etdiyi xx.xx.2011-ci il tarixli əmək müqaviləsi də işçinin eyni vəzifədə və eyni yerdə işdə saxlanıldığını bir daha sübut və təsdiq edir. Bu məqamda xüsusilə qeyd edilməlidir ki, birincisi cavabdehin ofis işinə keçirilməsinə dair göstərişlərin olduğu həkim rəyləri 2010 və 2011-ci illərə təsadüf edir. İkincisi isə İddiaçı 2016-cı ildə belə işçi ofis işinə deyil, həmin departamentdə və iş yerində qalmaqla texniki planlaşdırıcı vəzifəsinə təyin edilmişdir. Bununla yanaşı iddiaçının təqdim etdiyi əmək kitabçasına da nəzər salsaq, bir daha təsdiq olunur ki, 2016- cı ilədək onun vəzifəsi və gördüyü iş dəyişməz olaraq qalmışdır. Göründüyü kimi, Əmək Məcəlləsinin 231-ci maddəsinin tələbi imperativ xarakter daşımaqla işəgötürənin üzərinə birbaşa öhdəlik qoyur. Bu öhdəliyinqoyulmasında məqsəd vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş hüquqların həyata köçürülməsi mexanizminin təmin olunmasıdır. Məsələ ilə bağlı qanunvericiliyin imperativ normasının olmasına baxmayaraq, cavabdeh heç bir tədbir görməmiş və iddiaçını maddi cəhətdən asılı olmasından istifadə edərək onu eyni vəzifədə, ağır şəraitdə işləməyə məcbur etmişdir. Bu hallar iş materiallarında olan tibbi rəylərlə, habelə iddiaçınınəmək kitabçasından çıxarışlarla da bir daha təsdiq olunur. Bununla da BP şirkəti iddiaçıya onun sağlamlığının itirməsi nəticəsində maddi və mənəvi ziyan vurmuş, eyni zamanda iddiaçı sağlamlığına dəymiş zərərlə bağlı iş qabiliyyətinin pozulması nəticəsində qazancını itirmişdir. Cavabdeh işçinin səhhətinə mənfi təsir göstərməyən yüngül və əvvəlki işə nisbətən aşağı maaşlı işə keçirilməmişdir. İddiaçı BP şirkətinin insan resurslarına elektron müraciət ünvanlanyaraq ağır işdə işləməyi davam edə bilməyəcəyini, onu həkim rəyinə uyğun olaraq daha yüngül işə keçirilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən hər hansı tədbir görülməmiş və məhkəmədə də bunun əksi ilə bağlı hər hansı bir sənəd təqdim edilməmişdir. Cavabdeh əməyin mühafizəsi sahəsində qanunvericiliyin, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan RespublikasıQanununun, əmək qanunvericiliyin tələblərini gözləmiş olsaydı, iddiaçı 58 yaşında sağlamlığını tamamilə itirərək əmək qabiliyyətsiz olmayacaqdı. Əlbəttə ki, iddiaçının bu gün nə sağlamlığının, nə də ki, əmək qabiliyyətinin bərpa edilməsi mümkün deyildir, iddiaçı ona vurulmuş zərərin əvəzinin pul kompensasiyası şəklində tələb etməyə haqlıdır.Sadalanan hallar da göründüyü kimi, qanunvericiliyin yanaşması heç də məhkəmənin yanaşması ilə üst üstə düşmür, qanunvericilikdə açıq aydın şəkildə qeyd edilmişdir ki, sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur. Qanunvericilik hətta zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilməməsini nəzərə almışdır. İddiaçı qanunvericiliyin tələbini nəzərə alaraq ona ödənilməli olan məbləğə birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinətini daxil etməmişdir. Eyni zamanda qeyd etmək istəyirik ki, iddiaçı BP şirkətində müddətli əmək müqaviləsi deyil, müddətsiz əmək müqaviləsinə əsasən işləmiş, eyni zamanda bu müddət iddiaçının peşəkarlıq səviyyəsinin yüksək olması səbəbindən 1 il deyil, iki il deyil, düz 17 il, İddiaçının tam olaraq əlil olması dövrünədək davam etmişdir. Əlbəttə iddiaçı cavabdehin hərəkət (və ya hərəkətsizliyindən) sağlamlığını və ya əmək qabiliyyətini itirməsəydi istər BP, istərsə də digər bir şirkətdə əmək fəaliyyətini davam edərək bunun əvəzində yüksək məbləğdə əmək haqqı alacaqdı. Məhkəmənin nəzərinə tərəfimizdən çatdırılmış olsa da ki, İddiaçıtutduğu vəzifə cavabdehin təqdim etdiyi arayışa əsasən “Nəqletmə (Midstrim) əməliyyatları departamentində qalmaqla texniki xidmət üzrə planlaşdırıcı - sahə” neft, qaz, və qaz kondensatı hasilatı üzrə sexin operativ islahat xidmətləri üzrə rəis müavini” vəzifəsinə uyğundur. Yəni, İddiaçı yüksək peşəkarlıq tələb edən və məsuliyyətli vəzifələrdə çalışmışdır. Məhkəmə isə İddiaçı vaxtından əvvəl əmək qabiliyyətinin açıq aşkar cavabdehin həkim rəylərinə məhəl qoymadan qanunsuz olaraq onu çilingər kimi “Səngəçal” terminalında amansızcasına məcburi şəkildə, kölə kimi işlədilməsinə münasibət bildirmək əvəzinə rus şairi X3 “Fatalist” əsərinin ruhunda bir açıqlama vermişdir. Xüsusən də bu halın iddiaçının öz risk dairəsinə düşməsinin qeyd edilməsi ilə bağlı fikirlərin qətnamədə göstərildiyi hissəsində qeyri-obyektiv yanaşma özünü qabarıq şəkildə göstərir. məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməmişdir. İlk növbədə qeyd edilməlidir ki, məhkəmənin “sübutların tələb edilməsi”nə dair xx.xx.2023-cü il tarixli № e2(006)-3230/2023 saylı qərardadının icrası hərəkətsiz qalmışdır. Belə ki, BP Eksploreyşn (Kaspian Si) LimitedŞirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi həmin qərardadla məhkəmə tərəfindən tələb olunan sənədləri məhkəməyə təqdim etməmişdir. Tələb edilən sənədlər hazırkı apellyasiya şikayətinin 5-ci bəndində ətraflı şəkildə göstərilmişdir. Azərbaycan Respublikasının adından çıxarılmış qərardad olmasına baxmayaraq cavabdeh həmin qərardadı icra etməmiş və bununla da məhkəmə araşdırmasına maneəçilik törətmişdir. Məhkəmə də öz növbəsində cavabdehin bu saymazyana münasibətinə reaksiya verməmişdir. Qeyd edilməlidir ki, hazırkımübahisə əmək münasibətlərindən qaynaqlandığından əksər sənədlər cavabdehin sərəncamında olmuşdur. Eyni zamanda o hal da qeyd edilməlidir ki, məhkəməyə sübutların alınmasına dair vəsatət verərkən həmin sənədlərin vəkil sorğusu əsasında da verilməməsinə dair sənədlər məhkəməyə təqdim edilmişdir. Cavabdehdən fərqli olaraq iddiaçı işə aid olan və onun sərəncamındakı, iş üçün əhəmiyyət kəsb edən bütün sənədləri (əmək kitabçası, şəxsin güzəştli şərtlərlə pensiya hüququ olan işdəçalışmasına dair arayış, əmək haqqı kartından (hesabdan) çıxarış, BP Eksploreyşn (Caspian Si) şirkətinə dair çıxarış və xeyli sayda tibbi arayışlar) iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim etmişdir. İddia ərizəsində formalaşdırılmış tələblər təqdim edilən sənədlərlə tam sübuta yetirilmişdir. İş materiallarında olan işçinin yalnız “ofis işi” üçün yararlı olduğuna dair tibbi rəylər, işçinin xəstəliyindən sonra iş yerinin dəyişdirilmədən saxlanılmasını təsdiq edən əmək kitabçası, işçinin əlil olmasına dair müvafiq sənədlər, işçinin zərərli sahədə çalışmasına dair cavabdehin ona verdiyi müvafiq arayış və s. sənədlər məhkəmə zalında tədqiq edilmiş olsa da, məhkəmə tərəfindən təqdim edilən sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Bunun açıqlaması apellyasiya şikayətinin 5-ci bəndində ətraflı şəkildə göstərilmişdir. Birinci instansiya məhkəməsi işi hərtərəfli, tam və obyektiv araşdırmamış, habelə işə obyektiv və qərəzsiz baxmamışdır. Hesab edir ki, məhkəmə mübahisəli qətnaməni özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslanmaqla qəbul etmişdir. İşin hallarından göründüyü kimi, məhkəmə iş üzrə təqdim edilmiş sənədləri sadalamaqla, və sonda heç də anlaşılmayan yanaşma ilə məsələyə “münasibət” bildirməklə işini yekunlaşmış saymışdır. Halbuki qanunvericiliyin tələbləri baxımından məhkəmə təqdim edilən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara hüquqi qiymət verməli idi. Təəssüf ki, hazırkı qətnamədə bu hallar qətiyyən müşahidə olunmamaqdadır. Birinci instansiya məhkəməsi əsassız olaraq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutlara məhəl qoymadan cavabdehin yalnızca şifahi qeyd etdiyi mövqeyə uyğun olaraq qətnamə çıxarmışdır. Halbuki, iş üzrə cavabdeh məhkəməyə yazılı etiraz belə təqdim etməyi lüzum bilməmişdir. Cavabdehin bu dərəcədə arxayın olmasının səbəbi artıq hazırkımübahisəli qətnamənin yekun nəticəsi ilə məlum olmuşdur. Digər tərəfdən məhkəmə işin mahiyyətinə belə varmadığından işin əmək münasibətlərindən irəli gəldiyinə əhəmiyyət verməmişdir. Məhz bu səbəbdən məhkəmə nə əmək qanunvericiliyinin, nə də əməyin mühafizəsi sahəsində tələblərin, eləcə də “Əhalinin sağlamlığının qorunması haqqında” AR Qanununun bircə maddəsinə belə istinad etmədən qətnamə qəbul etmişdir. Cavabdeh tərəf qanunvericiliyin tələbləri baxımından işçinin sağlamlığın pozulduğu halda cavabdeh şirkətdə dərhal tədbir görüldüyünü, işçini ya başqa işə, bu mümkün olmadıqda isə münasib iş tapılana qədər aylıq əmək haqqı saxlanılmaqla evdə oturduğunu bildirirdi. Bununla o sanki cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə ciddi riayət etdiyini göstərməyə çalışırdı. Lakin, cavabdehin bu ifadələri yalnız quru sözlər səviyyəsində qalırdı. Belə ki, cavabdehdən bununla bağlı sənədlərin təqdim edilməsi istənilsə də, o məhkəməyə bir sənəd belə olsa təqdim edə bilməmişdir.Mübahisəli qətnamədə birinci instansiya məhkəməsinin “müəyyən edilmiş” kimi hesab etdiyi, iş üçün əhəmiyyətli olan halların heç biri məhkəmə tərəfindən sübut olunmamışdır. Belə ki, iş üzrə mövcud olan faktlar hər hansı qanunla müəyyən edilmiş müddəalarla təsdiq edilməmiş, əksinı qeyri-mötəbər, ziddiyyətli “sübutlara” istinad edilmişdir. Məhkəmənin iddiaçının hər üç tələbi ilə bağlıməsələyə yanaşma mövqeyi barədə hazırkı apellyasiya şikayətinin 5-ci bəndində (işin faktiki hallarında) ətraflı şəkildə məlumat verilmiş və münasibət bildirilmişdir. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlımünasibətləri üzrə səhv nəticəyə gəlmiş, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun deyildir. Belə ki, işin hallarına uyğun olaraq mübahisə əmək münasibətlərindən irəli gəlsə də, qətnamədə bununla bağlı hər hansı bir müddəa yoxdur, işin faktiki hallarından və Cavabdehin nümayəndəsinin verdiyi izahatından da görünür ki, cavabdeh qanunvericiliyin imperativ tələbləri baxımından İddiaçının sağlamlığı pozulduqdan sonra onu başqa işə keçirməli olduğu halda bunu etməmiş və ya bunu etməsi ilə bağlıməhkəməyə hər hansı sübut təqdim etməmişdir. Lakin, məhkəmə buna əhəmiyyət verməmiş və özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslanmaqla qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 28.Cavabdeh “BP Eksploreyşn (Kaspian Si) Limited” Şirkəti tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir. a)Məhkəmə icraatı iştirakçılarının izahatları

29.Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf İddiaçı, onun nümayəndəsi və vəkilləri Nümayəndə və Vəkil2 apellyasiya şikayətini müdafiə etdilər, onun məzmunua uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. 30.İddiaçı ona verilən suallara cavab olaraq bildirdi ki, cavabdehin əməkdaşı Əlizadə Nəzrinlə 23 may 2011-ci ildə elektron poçt vasitəsi ilə yazışmadan sonra o, sonradan müraciət etməmişdir. Bunun səbəbi o olmuşdur ki, ona cavabdeh təşkilat tərəfindən hədə-qorxu olmuşdur. 31.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini qəbul etmədi, apellyasiya şikayətinə qarşı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi: 32.Maddə 191.1-ci hissə.Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 33.Maddə 191. 1-ci hissə.Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 34.Maddə 22. 1-ci hissə. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 35.Maddə 191. 2-ci hissə.Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 36.Maddə 192.2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 37.Maddə 224. 1-ci hissə.1. Əmək müqaviləsinin bağlanması şərtləri bu Məcəllə ilə müəyyən edilmiş əməyin mühafizəsi normalarının tələblərinə uyğun olmalıdır. 38.Maddə 224. 2-ci hissə 2. Əmək müqaviləsində hökmən işəgötürən tərəfindən işçinin sağlam və təhlükəsiz əmək şəraitinə təminat verilməsi barədə öhdəliyi göstərilməlidir. 39.Maddə 195.İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; b) əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə; c) işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə; ç) əmək funksiyasını yerinə yetirərkən işçinin şəxsi əşyalarının və ya digər əmlakının işəgötürən tərəfindən mühafizəsi, saxlanılması lazımi qaydada təşkil olunmadığına görə onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda, həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə; d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; e) əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə; ə) əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda; f) əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə; g) işçi seksual qısnamaya məruz qaldıqda 40.Maddə 231.Səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 41.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 42.Maddələr 385.1.1, 385.1.2.Maddi hüquq normalarının və ya prosessual hüquq normalırının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasıməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 43.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

44.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 45.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanunililiyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. 47.Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: 48.Belə ki, mülki iş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, məhkəmə tərəfindən iddia tələbi rədd edlərkən mübahisənin qanuni əsasına uyğun əsaslandırma aparılmamış, bununla da maddi hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. 49.Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 50.İşin fakitki hallarına əsasən kollegiya bu qənaətə gəlir ki, iddiaçının cavabdehdən maddi və mənəvi zərərin əvəzi kimi pulun tutulması ilə bağlı iddia tələbinin qanuni əsasını əmək münasibətləri prosesində işəgötürən və işçinin öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə onların maddi məsuliyyətinın əsaslarını müəyyən edən Əmək Məcəlləsinin 191-ci maddəsi, bundan əlavə 231-ci maddə təşkil edir. 51.Belə ki, iddia tələbi üzrə iddiaçı ilkin olaraq cavabdehdən 316.515 (üç yüz on altı min beş yüz on beş ) manatın tutulmasını onunla əsaslandırmışdır ki, o, cavabdehin təqsiri üzündən xəstələnməsi səbəbindən əmək münasibətlərinə tez xitam verilmiş və əmək pensiyasına vaxtından əvvəl çıxmışdır. O, hesab etmişdir ki, cavabdehin təqsiri üzündən sağlamlığı pozulmasaydı 65 yaşına kimi işləyər və nəticədə ümumilikdə əmək haqqı kimi 316.515 (üç yüz on altı min beş yüz on beş ) manat əmək haqqı alacaqdı. 52.İddiaçı ikinci tələbi olan 72000 manatın cavabdehdən tutulması ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, o, cavabdehin təqsiri ucbatından həkim müayinələrində olmuş, müxtəlif ömürlük ona yazılan dərman vasitələri almış və bununla bağlı külli miqdarda vəsait xərcləmişdir. Sərf etdiyi vəsait külli miqdarda olsa da Mülki Məcəllənin 384.0.3-cü maddəsinin tələbinə əsasən həmin vəsaitin son üç ildə aylıq 2000 manat tələb edilməsini ədalətli hesab etmişdir. Bu səbəbdən həmin məbləğin ona dəymiş maddi ziyan kimi 72.000 manat (36 ay*2000=72.000 manat) ödənilməsini tələb edir. 53.İddiaçının üçüncü tələbi isə cavabdehdən 450000 manat mənəvi zərərin tutulması ilə bağlıdır. 54.Bununla bağlı kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 55.Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə görə aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 56.Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə iddiaçının əsaslandığı faktlar iş materiallarının araşdırılması ilə öz təsdiqini tapmamaqla, işin müəyyən edilmiş faktiki halları hazırki mübahisə üzrə cavabdeh olan işəgötürənin iddiaçı qarşısında maddi məsuliyyətinin əsaslarını müəyyən edən Əmək Məcəlləsinin 191-ci maddəsinin dispozitiv şərtləri ilə üzlaşmadığıdan iddia tələbi təmin edilə bilməz. 57.Kollegiya öncə qeyd etməyi zəruri hesab edir ki, prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. 58.Hazırki halda Əmək Məcəlləsinin 192-ci maddənin 2-ci hissəsindən göründüyü kimi iddia tələbi üzrə ziyanın məbləği, habelə ziyanın cavabdehin təqsiri nəticəsində vurulmasını sübutetmə yükü iddiaçının, vurulmuş ziyanın cavabdehin təqsiri nəticəsində yaranmadığı iddia edildikdə isə bunu sübutetmə yükü cavabdehin üzərinə düşür. 59.İddiaçının sübut etməli olduğu hal-ziyanın cavabdehin hərəkətsizliyi (hərəkəti) nəticəsində vurulması ilə bağlıdır 60.Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçının müxtəlif vaxtlarda ümumi xəstəlik kimi gah diz oynağı, gah onurğa fəqərələri, gah mədə, gah da ürək problemləri olmuşdur. Bu xəstəliklərin məhz cavabdehin hərəkətsizliyi (hərəkətləri) nəticəsində baş verdiyini iddiaçı sübut etməmişdir. 61.Qeyd olunmalıdır ki, cavabdeh qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçının istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etdirmişdir. Qanunvericliyə görə əlverişsiz və zərərli istehsalat amillərinin şəxsin orqanizminə təsiri nəticəsində baş verən xroniki və ya kəskin xəstəlik - peşə xəstəliyi hesab edilir (bax: "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanunun 2.0.11-ci maddəsi). Həmin Qanunun 2.0.12-ci maddəsinə görə peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan sığorta halı hesab edilir. Qanunun 16.1-ci maddəsinə görə faydalan şəxsə sığorta ödənişləri - aylıq sığorta ödənişi və əlavə sığorta ödənişləri formasında ödənilir. Sığorta ödənişini ödəmək - işəgötürənin deyil, sığortaçının öhdəliyidir (bax: Qanunun 9.2.2-ci maddəsi və Əmək Məcəlləsinin 239.5-cİ maddəsi). Yəni, əgər iddiaçı peşə xəstəliyinə tutulduğunu hesab edirdisə, belə olan halda o, bu məsələ ilə bağlı müvafiq sığorta şirkətinə müraciət etməli idi. 62.Bundan əlavə iddiaçının diz oynağı, onurğa fəqərələri, mədə, ürək problemlərinin heç biri qanunvericiliyinə görə peşə xəstəliyi hesab edilmir. Belə ki, peşə xəstəliklərinin siyahısı Nazirlər Kabinetinin 7 saylı, 14 yanvar 2002-ci il tarixli "İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısının təsdiq edilməsi haqqında" Qərarında öz əksini tapmışdır. İddiaçının qeyd etdiyi xəstəliklər bu Qərarda olan peşə xəstəlikləri siyahısında yoxdur. 63.İddiaçının məhz peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətini itirməsini təsdiq edən heç bir sənəd iş materiallarında mövcud deyildir. Halbuki, yuxarıda qeyd edilən Qanunun 10.1.2-ci maddəsinə görə sığorta hadisəsi müvafiq icra hakimiyyəti orqanının peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı əsasında müəyyən edilir. Belə bir qərar iş materiallarında yoxdur. 64.Kollegiya iddiaçının tələbi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehin təqsiri nəticəsində sağlamlığını və əmək qabiliyyətini itirdiyini bildirsə də, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin 3-17-4/2-14172/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş çıxarışdan müəyyən olunur ki, İddiaçı əlillik səbəbi “Ümumi xəstəlik” kimi qeyd olunmuşdur. 65.Beləliklə, iddiaçının sübut edilməli olduğu hal-ziyanın cavabdehin hərəkətsizliyi (hərəkəti) nəticəsində vurulması heç bir sənədlə təsdiq edilmir. 66.İddiaçı 316.515 manat ziyan məbləği ilə bağlı tələbini onunla əsaslandırır ki, cavabdeh onun əmək müqaviləsinə 31 may 2022-ci il tarixdə xitam vermişdir. İddiaçı qeyd edir ki, əgər cavabdehin təqsiri ucbatından sağlamlığı pozulmamış olsaydı və onun əmək müqaviləsinə 31 may 2022-ci il tarixdə xitam verilməmiş olsaydı, o, 09 dekabr 2029-cu il tarixinədək, yəni 65 yaşı olana qədər əlavə 90 ay cavabdeh ilə işləmiş olardı və bu 90 ay ərzində 316.515 manat (90 ay x 3516,84 manat) məbləğində əmək haqqı almış olardı. Bununla bağlı kollegiya qeyd edir ki, əvvəla cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə 31 may 2022-ci il tarixdə xitam verilməsi - iddiaçının səhhəti ilə bağlı olan məsələyə görə olmamışdır. Cavabdeh tərəfindən 31 may 2022-cİ il tarixdə iddiaçının əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70 (b) bəndinə əsasən (işçilərin sayının və ştatlarının ixtisarı) xitam verilmişdir. Tərəflərin imzaladığı əmək müqaviləsində cavabdeh heç bir öhdəlik götürməmişdir ki, o, iddiaçı ilə əmək münasibətlərini mütləq şəkildə iddiaçının 65 yaşı olanadək davam etdirəcəkdir. Belə olan halda, 316.515 manat məbləğində ziyanın ödənilməsi tələbi ehtimallara əsaslanmış və iş materiallarında olan heç bir sübut İlə öz təsdiqini tapmamışdır. 67.İddiaçı 72.000 manat məbləği üzrə tələbini onunla əsaslandırmağa çalışır ki, o, sağlamlığının pozulması nəticəsində hər ay 2.000 manat xərc (həkim müayinə və müalicəsinə, dərman vasitələrinə çəkilən xərclər) çəkmişdir. İddiaçı qeyd edir ki, hər ay 2.000 manat olmaqla son 3 ildə 72.000 manat (2.000 manat x 36 ay) xərc çəkmişdir və bu xərcin əvəzinin ödənilməsini tələb edir. Bununla bağlı kollegiya qeyd edir ki, əvvəla iş materiallarında iddiaçının qeyd edilən xərcləri çəkdiyini təsdiq edən heç bir sübut yoxdur. Tam əksinə, iş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh öz işçisi kimi iddiaçını həm könüllü, həm də icbari tibbi sığorta etdirmişdir və iddiaçının tibbi xərcləri işçiyə hər hansı bir əlavə xərc olmadan, könüllü sığorta üzrə sığorta şirkəti tərəfindən qarşılanmışdır. 68.Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. 69.Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 70.Kollegiya iddiaçının üçüncü pul tələbi olan 450.000 manat mənəvi zərərlə bağlı tələbi üzrə qeyd edir ki, zərərin cavabdehin qanunsuz hərəkətsizliyi (hərəkəti) nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmədiyindən, iddia tələbi mənəvi zərərlə bağlı hissədə də, əsassız hesab olunmalıdır. 71.Digər tərəfdən xüsusi norma olaraq Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. 72.Həmin maddənin qeyd hissəsində qeyd olunur ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. 73.Kollegiya qeyd edir ki, həmçinin mənəvi zərərin təmin edilməsi üçün ƏM-nin 290-cı maddəsinin qeyd hisisəsində göstərilən əsaslar müəyyən olunmur. 74.Kollegiya iddiaçının Əmək Məcəlləsinin 231-ci maddəsinin tələblərinin cavabdeh tərəfindən pozulması ilə bağlı dəlilini əsassız hesab edərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 75.İddiaçı iddia edir ki, 2010-2011-ci illərdə verilmiş tibbi arayışlara görə onun yalnız ofis işi üçün yararlı olmasının qeyd edilməsinə baxmayaraq, cavabdeh Əmək Məcəlləsinin 231-ci maddəsinin tələblərini pozaraq onu daha yüngül işə keçirməmiş və o, əmək şəraiti ağır olan iş yerində işləməyə məcbur edilmişdir. 76.İddiaçı həmçinin göstərir ki, onun 2010-2011-ci illərdə tutduğu vəzifə - Səngəçal Terminalında “Mexanika üzrə texnik” olmuşdur və bu vəzifədə əmək şəraitinin şərtləri ağır olmuşdur. İddiaçının bu vəzifədə əmək şəratinin şərtlərinin ağır olmasını cavabdehin təqdim etdiyi “Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair" 07 iyun 2022-ci il tarixli arayışı ilə əlaqələndirir. 77.Kollegiya qeyd edir ki, işçilərin həyat və sağlamlığının qorunması cavabdeh üçün prioritet olan məsələlərdən biridir. Belə ki, iş materiallarında olan tibbi sənədlərə əsasən cavabdeh öz hesabına ildə bir dəfə iddiaçını dövri tibbi müayinədən keçirmişdir. 78.Bundan əlavə, iddiaçının xəstəliyindən sonra cavabdeh öz hesabına onu tibbi müayinələrə göndərmişdir ki, iddiaçının işə yararlı olub-olmadığı müəyyən edilsin. Bütün bunlar iş materiallarında olan iddiaçının illik dövrü tibbi müayinə arayışları və xəstəlikdən sonrakı vəziyyətə dair tibbi arayışlarla sübut olunur. 79.Həqiqətən də xx.xx.2010, xx.xx.2011 və xx.xx.2011-ci il tarixli tibbi arayışlardan görünür ki, həkim tərəfindən həmin tarixlərdə iddiaçının yalnız ofis şəraitində işə yararlı olması müəyyən edilmişdir. 80.Lakin artıq 11 noyabr 2011-ci il tarixdə verilmiş arayışda isə iddiaçının işə tam yararlı olması göstərilir. xx.xx.2010 -xx.xx.2011-ci illərdə, yəni iddiaçının ofis şəraitində işə yararlı olduğu müddətlərdə o ofis şəraitində işlərin görülməsinə cəlb edilmişdir. 81.Belə ki, Səngəçəl Terminalında sahədə işlər ilə yanaşı, ofis işləri də mövcuddur ki, iddiaçıya da ofis şəraitində işə yararlı olduğu dövrdə həmin kateqoriyadan olan işlərin görülməsi tapşırılmışdır. Bu hal birinci instansiya məhkəməsində işə baxılması zamanı təsdiq olunmuşdur. 82.Belə ki, bu halı iş materiallarında olan iddiaçı ilə cavabdehin əməkdaşı Əlizadə Nəzrİn arasında olan 23 may 2011-cİ İl tarixli elektron poçt yazışması təsdiq edir (İ cild i/v 176-177). 83.Bu yazışmadan görünür ki, Əlizadə Nəzrin iddiaçıya bildirir ki, siz mexanika üzrə texnikin adətən yerinə yetirdiyi vəzifələri deyil, müvəqqəti olaraq kompyüterdə müəyyən işləri görürsünüz. Buradan görünür ki, iddiaçıya yüngül işin yerinə yetirilməsi tapşırılıb. 84.Bundan əlavə, Əlizadə Nəzrin həmçinin 2011-ci ilin iyun ayında keçirilməsi nəzərdə tutulan növbəti tibbi müayinəyə qədər iddiaçının Səngəçal Terminalına gəlməməyini bildirir. Buradan da görünür ki, iddiaçıya Səngəçal Terminalına işə gəlməməyi bildirilir. 85.Həqiqətən də, iş materiallarında olan Mediclub tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı 17 noyabr 2011-ci ildə tibbi müayindən keçmiş və işə tam yararlı olması müəyyən edilmişdir. 86.Əlavə olaraq Əlizadə Nəzrin qeyd edir ki, həmin tarixədək iddiaçının iş qrafiki növbəli iş rejimindən həftədə 40 saatlıq iş rejiminə keçilir və ona hansı ofisdən əmək funksiyalarının yerinə yetiriləcəyi barədə məlumat veriləcəkdir. 87.Həqiqətən də, əlavə edilən əmək müqaviləsindən görünür ki, 01 iyun 2011-ci İl tarixdən etibarən cavabdeh iddiaçını 40 saatlıq iş rejiminə keçirmişdir (İ cild, i/v 224-225). 88.Nəhayət, Əlizadə Nəzrin iddiaçıya tövsiyə edir ki, iddiaçı şirkət daxili TAS sistemində boş iş yerlərinə nəzər yetirsin və özünə uyğun hesab etdiyi boş iş yeri üçün müraciət etsin. 89.Beləliklə, yuxarıda qeyd edilənlərdən görünür ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 231-ci maddəsinin tələbləri pozulmamışdır. 90.Beləlikə, qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(006)-3230/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. 91.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(006)-3230/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar