Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1496/2025 14.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, Cavabdeh1 MTK-nın nümayəndəsi Yigitgöl Hikmət və üçüncü şəxs Elmir Məhərrəmovun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-4677/2024 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə (cild 1, iş v. 59) tələb olunub ki, iddiaçı ilə Cavabdeh1 MTK-nın arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh1 MTK və Cavabdeh2 MMC-nin direktoru Qabil Əliyev tərəfindən Xətai rayonu, Xocalı prospekti 32, məhəllə 1181 ünvanında tikilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 və A2 bloklarının orta hissəsində 1-ci mərtəbədə yerləşən 8 nömrəli mağaza, ümumi sahəsi 12,0 x 5,0 m, 60 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin (mağazanın) iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunsun. Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv olunsun və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı, Cavabdeh1 MTK-nın nümayəndəsi Yigitgöl Hikmət və üçüncü şəxs Elmir Məhərrəmov apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddia ərizəsində istinad olunan xx.xx.2007-ci il tarixli 061 nömrəli müqavilə iddiaçı ilə Cavabdeh1 MTK-nın arasında bağlanıb (cild 1, iş v. 12). Müqaviləyə əsasən, cavabdeh üzərinə öhdəlik götürüb ki, müqavilədə göstərilən sahəni iddiaçıya təhvil verəcək. Cavabdeh1 MTK müqavilə öhdəliyini icra edə, yəni müqavilədə göstərilən sahəni iddiaçıya təhvil verə bilmir. Buna səbəb həmin MTK-nın digər şəxslər (Cavabdeh2 MMC, Felik Məmmədov və s.) ilə olan münasibətləri və həmin münasibətlər üzrə bağlanmış əqdlərdir (müqavilə, barışıq sazişi və s.). MTK-nın digər şəxslərlə olan münasibətlərində kimin haqlı olduğunun müəyyənləşdirilməsi hazırkı işin predmeti deyil. Belə ki, iddia tələbinin əsasını xx.xx.2007-ci il tarixli 061 nömrəli müqavilə təşkil edir. Müqavilə iddiaçı ilə Cavabdeh1 MTKnın arasında bağlanıb, digər şəxslər bu müqavilədən əmələ gələn öhdəliyin tərəfi deyil. AR Mülki Məcəlləsinin 387.3-cü maddəsinə görə, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Odur ki, iddiaçı həmin müqaviləyə əsaslanaraq Cavabdeh2 MMC-yə və digər şəxslərə qarşı tələb irəli sürə bilməz. Cavabdeh1 MTK etiraf edir ki, xx.xx.2007-ci il tarixli 061 nömrəli müqavilədə göstərilən sahəyə görə pulu iddiaçıdan alıb. Odur ki, MTK-nın müqavilədə göstərilən sahəni iddiaçıya təhvil verə bilməməsi öhdəliyin icra edilməməsi sayılır. Əgər MTK-ya iddiaçının qarşısındakı öhdəliyi icra etməyə digər şəxslər mane olubsa, MTK özü həmin şəxslərə qarşı iddia qaldıra bilər. Digər şəxslərin hərəkətləri nəticəsində yaranmış vəziyyətə görə iddiaçının qarşısında məsuliyyəti MTK daşıyır. Belə ki, AR Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. "xxxx" MTKnın risk dairəsinə daxildir. İddiaçı ödədiyi pulun qaytarılmasını və vurulmuş zərərin ödənilməsini MTK-dan tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 443.1-ci maddəsinə görə, ohdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-4677/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1496/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1496/2025
14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver