Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-15/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1, Cavabdeh və X1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(009)- 4792/2016 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhər Səbail rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddiаçılаr İddiaçı1 və qeyrilərinin cаvаbdeh Məmmədova Rəhmiyyə Hüseyn qızınа qаrşı kompensasiya verilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dаir iddiаsı rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhər Səbail rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək iddiаçılаr İddiaçı1, İddiaçı2, AbdullayevaMarifə Nəriman qızı, İddiaçı4 cavabdehlər Məmmədova Rəhmiyyə Hüseyn qızı və X1 xeyrinə 15.000 manat tutulmaqla sonuncuların ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, həmin məbləğ ödənildikdən sonra cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Cavabdeh Məmmədova Rəhmiyyə Hüseyn qızı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli 2(102)-5938 /2017 saylı qərarı ilə cavabdeh Məmmədova Rəhmiyyə Hüseyn qızının kassasiya şikayətinin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2017ci il tarixli 2(102)-5938 /2017 saylı qərarıında vurğulanmışdır ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxxxx 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Apellyasiya instansiyası məhkəməsi iş materialları ilə iddiaçıların təklif etdiyi kompensasiya məbləğinin cavabdehlərin başqa yerdə əvvəlki mənzilə ona xas olmuş şəraitli mənzildə 4 il müddətində yaşamaq üçün kifayət etdiyini müəyyən etmişdir.Lakin Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarında göründüyü kimi, təklif edilən kompensasiya məbləği istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməlidir. Məhkəmə işə baxarkən qeyd edilən qərarda göstərilənlərə qiymət verməmiş, hansı əsasa görə qərarda göstərilən “müəyyən müddət daxilində” ifadəsinin 4 il müddəti ehtiva etməsini əsaslandırmamışdır. İşə apellyasiya qaydasında yenidən baxılarkən bir neçə dəfə işin icraatı dayandırılmış və təzələnmiş, sonuncu dəfə isə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə cavabdehin vəsatəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsində baxılan “İddiaçı Məmmədova Rəhmiyyə Hüseyn qızının cavahdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı 3-cü şəxslər İddiaçı1 və qeyriləri cəlb edilməklə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyat vəsiqəsi verilməsinə dair sərəncamın ləğv edilməsi” tələbinə dair işə baxılıb yekunlaşınca hazırkı işin icraatının dayandırılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə işin dayandırılmasına əsas olan hallar aradan qalxdığından (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 2(102)-1721 /2020 saylı qərarıı ilə “İddiaçı Məmmədova Rəhmiyyə Hüseyn qızının cavahdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı 3-cü şəxslər İddiaçı1 və qeyriləri cəlb edilməklə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyat vəsiqəsi verilməsinə dair sərəncamın ləğv edilməsi” tələbinə dair iddianın mümkün sayılmaması qərara alınmışdır.) iş üzrə icraat təzəlnmişdir. Apellyasiya baxışı zamanı iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 apellyasiya şikayətinin təmin olunmasını və Bakı şəhər Səbail rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin ləğv edilərək və iddia təmin edilərək iddiаçılаr İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Məmmədova Rəhmiyyə Hüseyn qızı və X1 xeyrinə 15.000 manat tutulmaqla sonuncuların ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, həmin məbləğ ödənildikdən sonra cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Həmçinin, iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 kompensasiyanın məbləğinin 15.000 manatdan artırılması fikirlərinin olmadığını bildirmişdir. Cavabdehlər Cavabdeh və X3 15.000 manat kompensasiya məbləği ilə razılaşmadıqlarını bildirmişlər. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 kompensasiyanın məbləğinin 15.000 manatdan artırılması fikirlərinin olmadığını bildirməsi səbəbindən dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiаçılаr İddiaçı1, İddiaçı2, AbdullayevaMarifə Nəriman qızı, İddiaçı4 cavabdehlər Məmmədova Rəhmiyyə Hüseyn qızı və X2 qarşı kompensasiya verilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə iddia vermişlər. İşin mübahisə edilməyən hallarına görə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2015-ci il tarixdə vəfat etmiş Alidə Abdullayevaya məxsus olmuşdur.Onun vəfatından sonra vərəsələrin heç biri miras əmlakın rəsmi qəbulu üçün müraciət etməmiş, miras iddiaçılar tərəfindən faktiki qəbul edilmişdir. Cavabdeh Rəhmiyyə Məmmədova iddiaçı Eldar Abdullayevin keçmiş həyat yoldaşı, digər cavabdeh Aytən Abdullayeva isə onların qızıdır.Rəhmiyyə Məmmədova ilə Eldar Abdullayevarasındakı nikah 2001-ci ildə pozulmuşdur.Bakı şəhər Səbail rayon məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi ilə cavabdeh R.Məmədovanın qeyd olunan mənzilə istifadə hüququ tanınmış və uşağı ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. Hal-hazırda cavabdehlər həmin mənzilin 25.8 kv.m sahəsi olan bir otağında yaşayırlar. İddiaçılar cavabdehlərə kompensasiya təklif etməklə sonuncuların mənzildən istifadə hüququna xitam verilməsini xahiş edirlər.Cavabdehlər hesab edirlər ki, iddiaçıların təklif etdiyi kompensasiya məbləği olduqca azdır və həmin pula onlar özləri üçün şərait qura bilməzlər. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən daha əvvəl həll edilərkən apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki,Səbail rayonunda istinad edilən evə xas olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən mənzildə minimum 3 il müddətə ən azı 250 manata kirayədə yaşamaq üçün 9000 manat, aylıq 300 manata kirayə haqqı 4 il müddət kirayədə yaşamaq üçün isə 14400 manat tələb olunduğunu nəzərə alaraq iddiaçının təklif etdiyi 15.000 manat kompensasiya məbləği cavabdehlərə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzilə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2017ci il tarixli 2(102)-5938 /2017 saylı qərarı ilə cavabdeh Məmmədova Rəhmiyyə Hüseyn qızının kassasiya şikayətinin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır və Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının həmin qərarıında vurğulanmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İş materiallarında olan “xxxx” MMC evlərin alqı-satqı mərkəzinin xx xxxxxxxx 2016-cı il tarixli arayışından görünür ki, Səbail rayon ərazisində Bayıl qəsəbəsində hal-hazırda kirayə evlərin, yənı 1 otaqlı normal şəraitli kirayə qiyməti qara bazarda, mərkəzdən kənarda 150 manat, 180 manat dəyərində, 2 otaqlı evlərin kirayə qiyməti 180 manat, 200 manat dəyərində, 3 otaqlı ev normal şəraiti olan 200-250 manat dəyərində dəyişir. “X7” MMC-nin təqdim etdiyi, daşınmaz əmlakın orta aylıq kirayə haqqının müəyyən edilməsi barədə xx xxxxxxx 2016-cı il tarixli arayışa əsasən, Bakı şəhəri, Səbail rayonu, İsrafıl Məmmədəov küçəsi, 40 saylı ev və yaxın ətraf ərazidə oxşar şəraitli (normal yaşayış tələbatlarını ödəyən, yaşayış sahəsi azı 25-30 kv.m) olan fərdi yaşayış evlərinin orta aylıq kirayə haqqı, təmirliyindən, təchizatından, mərtəbəliyindən asılı olaraq xx xxxxxxx 2016-cı il tarixə 250-300 manat təşkil edir. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxxxx 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarında göründüyü kimi, təklif edilən kompensasiya məbləği istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməlidir. Lakin Kollegiya hesab edir ki, iddiaçıların təklif etdiyi 15.000 manat kompensasiya məbləği cavabdehlərə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Kollegiya hesab edir ki, iddiaçıların təklif etdiyi 15.000 (on beş min) manat kompensasiya məbləği cavabdehlərə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermədiyindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(009)-4792/2016 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(009)- 4792/2016 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-15/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-15/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver